Seymur Talıbov ölkəni niyə tərk edib? - Universitetdəki yoxlamaların pərdəarxası

Seymur Talıbov ölkəni niyə tərk edib? - Universitetdəki yoxlamaların pərdəarxasıNaxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun və yaxın ətrafının başı üzərindəki "qara bulud"lar hələ çəkilməyib. Ötən il dekabrın 21-də könüllü şəkildə vəzifəsindən istefa verən Naxçıvan "xan"ı onu və ailə üzvlərini gözləyən təhlükəni tam dəf edə bilməyib.

"Yeni Sabah" xəbər verir ki, Vasif Talıbov mandatını və azadlığını qoruya bilsə də, ailə üzvləri bu təhlükədən tam olaraq sığortalanmayıblar. Atasından əvvəl tutduğu vəzifədən könüllü şəkildə imtina edən Seymur Talıbovun həbs təhlükəsi ilə üzləşdiyi bildirildi.

Qeyd edək ki, Talıbovların süqutuna kimi Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələr üzrə prorektor postunu tutan Seymur Talıbov bir müddət əvvəl ölkəni tərk edib. Sabiq prorektorun Dubayda olduğuna dair məlumatlar var. Yaxın ətrafı gənc Talıbovun ailə biznesini idarə etmək üçün Dubaya yollandığını bildirsə də, bunun əksini iddia edənlər də var.

Vasif Talıbovun "vurulmasından" sonra ailənin düşdüyü situasiyanı göz önündə canlandıran bəzi müşahidəçilər Seymur Talıbovun Dubaya işgüzar məqsədlə səfər etdiyinə inanmırlar. Onların qənaətinə görə Talıbovların sonbeşiyi olan Seymur gələcək təhlükədən yayınmaq üçün Dubaya qaçmaq məcburiyyətində qalıb.

Xatırladaq ki, Hesablama Palatası martın 14-də Naxçıvan Dövlət Universitetində yoxlamalara başlayıb. Qurumun ciddi pozuntular aşkarlayacağı heç kimdə şübhə doğurmur.

Naxçıvan hakimiyyətində təmsil olunan vəzifəli şəxslərdən biri saytımıza açıqlamasında deyib ki, universitetdə yoxlamaların aparılacağı ilə bağlı Seymur Talıbovdan əvvəldən məlumat olub. Hesablama Palatası onun bir çox qanunsuz əməllərinin üstünü açacağını başa düşən keçmiş prorektor vəziyyətdən çıxış yolunu ölkəni tərk etməkdə görüb.

Mənbə Seymur Talıbovun taleyi ilə bağlı qərarın yoxlamalar başa çatdıqdan sonra veriləcəyini bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1402   Tarix: 16 mart 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Avrora Qrup "Açıq qapı" elan edir

"Avrora Qrup" müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verib. Şirkət yeni formalaşan və hazırda aktiv olan mütəxəssis və fəhlə katiqoriyaları üzrə 50-dən çox işçinin işə götürülməsini planlaşdırıb. Vakansiyalarımız:. * Maliyyə analitiki. * Proqram dəstək üzrə mütəxəssis. * It biznes analitik

16:53 93
.

Əməkdar artist 1 yaşlı övladını itirib - VİDEO

Əməkdar artist Elnur Zeynalovun övladı vəfat edib. xəbər verir ki, "Rəngarəng səhər" verilişinə qonaq olan sənətçi bu barədə ilk dəfə danışıb. Muğam ifaçısı övladının vəfatının onun üçün həyatda ən böyük itki olduğunu qeyd edib. Elnur Zeynalov 1 yaşlı övladının xəstəlikdən dünyasını dəyişdiyin

14:30 329
.

Sabah muzeylərdə "Açıq qapı" günü olacaq

Hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. -ın məlumatına görə, Mədəniyyət Nazirliyindən bildirilib ki, bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmiş və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Beynəlxal

17.05.2024 360
.

Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb

Türkiyənin Van şəhərində, İranla sərhəddəki Başkelə rayonunda hərbi maşın aşıb. "Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Qəza nəticəsində 11 hərbçi yaralanıb. Onlardan 6-sının durumunun ağır olduğu bildirilib

17:20 76
.

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşüblər

İsveçrənin Cenevrə şəhərində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan arasında görüş keçirilib. xəbər verir ki, görüş zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarına parlamentlərin dəstək verə biləcəyi məsələlər dəyərləndirilib

17.05.2024 277
.

Qurban bayramına qədər veteranlara verilən pul 150 manata QALDIRILIR? - AÇIQLAMA

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi laraq "Müharibə veteranı" statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub. Hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 180.476 nəfə

17.05.2024 1322
.

Mustafa Ceceli azərbaycanlı jurnalistdən üzr istədi - VİDEO

Türkiyəli müğənni Mustafa Ceceli Xəzər TV-nin müxbirindən üzr istəyib. Bu barədə "Xəzər axşamı" verilişində məlumat verilib. Qeyd olunub ki, ötən il sözügedən jurnalistlə ifaçı arasında yanlış anlaşılmadan dolayı problem yaşanmışdı. Onlar bir il sonra yenidən bir araya gəliblər və Ceceli bunlar

10:45 451
.

Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb

Bakıda usta işlədiyi evlərdən oğurluqlar etdiyi üçün saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, Binəqədi rayonunun Goradil və Fatmayı bağlar massivində yerləşən yeddi evdən oğurluq edilib. Rayon polis idarəsinin 43-cü Polis Bölməsinə müraciət edən zərərçəkənlə

15:45 141
.

Rəşad Dağlının qızı əməliyyat olundu

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının qızı Bətül xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, onun qolunda problem yaranıb. Bətül xəstəxanalardan birində əməliyyat olunub. Həmin görüntüləri R.Dağlının oğlu Yusif sosial şəbəkədə paylaşıb. O bildirib ki, bacısı özünü yaxşı hiss edir

12:05 690