Moda nümayişində işıq platforması çökdü, model dünyasını dəyişdi

Moda nümayişində işıq platforması çökdü, model dünyasını dəyişdiHindistanın Noida şəhərində keçirilən moda nümayişində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

BiG.AZ xəbər verir ki, şou üçün qurulan işıqlı platforma 24 yaşlı model Vanşika Çopranın üzərinə düşüb. Nəticədə model podiumun işıqlarını daşıyan dəmir platformanın altında qalaraq dünyasını dəyişib.

Hadisə zamanı Bobbi Rac adlı başqa bir şəxs də yaralanıb. Rac həkimlər tərəfindən yaxınlıqdakı xəstəxanaya aparılıb və hazırda müalicəsi davam edir. Moda nümayişinin təşkilatçısı və işıqları quraşdıran şəxslər polis tərəfindən saxlanılıb.

İstintaq davam etdirilir.

Aynur HÖKMÜRƏVAN


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 739   Tarix: 12 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040