Ermənistan Azərbaycandan gələn humanitar yardımı niyə qəbul etmək istəmir? - AÇIQLAMA

Ermənistan Azərbaycandan gələn humanitar yardımı niyə qəbul etmək istəmir? - AÇIQLAMAAvqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolunda gözləyir. Ermənistan tərəfi bu addımları atmaqla nə etmək istəyir?

Mövzu ilə bağlı hərbi jurnalist Səxavət Məmməd BiG.AZ-a açıqlama verib:

O, erməni sakinlər humanitar yardımları qəbul etməyəcəkləri barədə etiraz aksiyaları keçirdiklərini bildirib:
"Azərbaycan Laçın sərhəd məntəqəsini yaradandan sonra, buna həm Ermənistan, həm Qarabağdakı separatçı rejim etiraz edirdi Ermənistanın əsas havadarı olan, amma, daha çox öz maraqlarını güdən Fransa da bu hadisələrə öz etirazını bildirmişdi.

Daha sonra isə bu məsələləri humanitar böhranla əvəz etdilər. Guya ki, həmin ərazidə yol bağlıdır və orada humanitar böhran yaranır. Fransadan həmin əraziyə 10 yük maşını humanitar yardım göndərildi. Elə bu zaman Azərbaycan da Qarabağda yaşayan erməni sakinlərinə humanitar yardım göndərdi. Bu humanitar yardım isə Ermənistan tərəfindən qəbul edilmədi.

Bundan əlavə olaraq erməni sakinlər Azərbaycandan gələn humanitar yardımları qəbul etməyəcəkləri barədə etiraz aksiyaları keçirdilər. Bu isə baş verənlərin oyun olduğunu bir daha sübut edir".

Ekspertin fikrincə, hazırda danışıqlar tamamilə dayanıb:

"Paşinyan mətbuata hər dəfə fərqli açıqlamalar verir. Bir yandan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir, digər tərəfdən separatçı rejimə dövlətlərarası kredit ayırır. Eyni zamanda separatçı rejimin "müstəqillik günü"nü təbrik edir. Bununla da Paşinyanın səmimi olmadağı aydın şəkildə görünür.

Hesab edirəm ki,danışıqlar tamamə dayanıb. Bu məqamda hərbi gərginliyin artması qaçılmazdır. Siyasi gərginlik artıqca, hərbi müdaxilə mütləq olur. Hazırda Qarabağ və şərqi sərhəd istiqamətində hərbi əməliyatarın başlama ehtimalı son dərəcədə yüksəkdir".
Gülcahan Məmmədova


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1091   Tarix: 05 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Əsrin toyu"ndakı bəy 25 il həbs oluna bilər - SƏBƏB

Noyabr ayında medianın əsrin toyu adlandırdığı toydakı bəy 25 il həbs oluna bilər. xarici mediaya istinadən xəbər verir ki, "Ussery Automotive Group" avtomobil şirkətinin baş direktoru Madlen Brokvey və Ceykob Laqronun qızlarının Parisdə dəbdəbəli toyu olmuşdu. Məlumata görə, toya 25 milyo

08.12.2023 572
.

"Reel Agency" "Google"un Azərbaycandakı yeni partnyorudur!

"Google" ilə tərəfdaşlıq güvənilir və inkişaf etməyə açıq olmaqdan xəbər verir. Sözügedən tərəfdaşlıq, həm ölkəmizin adını sərhədlərdən kənarda səsləndirir, həm də agentliyin peşəkar fəaliyyəti üçün yeni imkanlar vəd edir. "Google" ilə partnyorluq innovasiyalardan yararlanmaq, hədə

11.05.2024 659
.

Tehran Birjası Rəisinin ölüm xəbərindən sonra fəaliyyətini dayandırdı

Tehran Birjası fəaliyyətini dayandırıb. Bu barədə birjanın Direktorlar Şurasının üzvü Reza Eyvazlu məlumat verib. Məlumata görə, Tehran Birjası İran Prezident İbrahim Rəisinin vəfatı barədə məlumat yayıldıqdan sonra fəaliyyətini dayandırmaq qərarına gəlib. "Birja bu gün və rəsmi bildiriş gələn

20.05.2024 291
.

Ajda Pekkan: "Saçımı həftədə bir dəfə yuyuram"

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan: "Saçımı həftədə bir dəfə yuyuram"deyə açıqlama verib. xarici KİV-ə istinadən xəbər verir ki, O, tez-tez saçın yuyulmasını tükün diblərinə zərərli olduğunu qeyd edib. Ona görədə saçını həftədə bir dəfə yuduğunu və belə daha sağlam olduğunu açıqlayıb

11.09.2023 1008
.

Dəhşətli hadisə! Bir evdən 5 kişi cəsədi tapıldı

Meksikanın Verakrus ştatında dəhşətli hadisə baş verib. Bir edvdın 5 nəfərin meyiti tapılıb. BİG.AZ xarici mediaya istinadən xəbər verir ki, onlar silahlı hücum nəticəsində həlak olub. Xəbər üzərinə hadisə yerinə gələn polis və təcili tibbi qrupları cəsədlərin beşinində kişiyə aid olduğunu açıqlayıb

23.09.2023 809
.

Qadın qorxulu yuxu sayəsində ərinin xəyanətini AŞKARLADI

Sunisa adlı Tailand sakini dəhşətli yuxu sayəsində ərinin xəyanətindən xəbər tutub. xarici KİV-ə istinadən xəbər verir ki, qadın yuxudan bir neçə gün sonra işə gedəndə qəflətən yadına kabus düşüb və çox narahat olmağa başlayıb. Gün ərzində əri ilə bir neçə dəfə əlaqə saxlaya bilməyən qadın həmkarı il

26.06.2023 1289
.

İran Prezidenti İbrahim Rəisi və digər rəsmilərin həlak olduqları rəsmən TƏSDİQLƏNDİ

İranda prezident helikopterinin qəzaya uğraması nəticəsində həlak olan sərnişinlərin cəsədlərinin tanınması prosesinə başlanılıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Öz növbəsində İranın vitse-prezidenti Möhsün Mənsuri prezident İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzasınd

20.05.2024 983
.

Sabiq deputat Hadı Rəcəblinin harada dəfn olunacağı BİLİNDİ - YENİLƏNİB

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli Qurd qapısı qəbiristanlığında dəfn olunacaq. Bunu -a açıqlamasında mərhum deputat Hadi Rəcəblinin qardaşı İqbal Rəcəbli deyib. O, qeyd edib ki, vida mərasimi Təzəpir məscidində saat 13:00-da olacaq. 08:58. "Sabi

17.04.2024 1695
.

Laçında mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab tədbirləri gördü

Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəli

09.04.2024 1020