ÜMUMXALQ HÜZN GÜNÜ
20 Yanvar - 1990 Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən on doqquz il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.
Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi.
Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.
Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Yaralıları aparmağa gələn "təcili yardım" maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər də var idi. Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. "Kalaşnikov" avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir.
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
HƏR BİR AZƏRBAYCANLI VƏTƏNDAŞI ÖZ TARİXİNİ UNUTMAMALIDI!!!!!
ALLAH RƏHMƏT ELƏSİN!!!!!!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 10902 Tarix: 19 yanvar 2009
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəşhur bloqer evində güllələndi
Braziliyalı məşhur bloqer Alzira Mariya Teodoro Luis güllələnərək öldürülüb. xarici mediaya istinadla xəbər verir ki, kənd təsərrüfatı mövzusunda səhifəsi olan 43 yaşlı qadının meyiti evində aşkarlanıb. Onun baş nahiyəsindən güllə yarası aldığı müəyyən edilib. Polisin ilkin versiyasına görə, bloqer so
18:30 190 "Bir plus" mağazasından şikayət: Nasaz məhsullar satılır?
1200 manata arzusunda olduğu robot tozsoranı aldı. Amma, sevinci çox çəkmədi. XALQ xəbər verir ki, Şəlalə Ağaşirinovanın sözlərinə görə, 10 gün sonra mağazadan məlumat verilib ki, servis heç bir problem aşkarlamayıb. Məhsul normal işləyir, gəlib təhvil götürsün. Məsələ ilə əlaqədar "bir plus"
16:42 182 The New York Post: "Donald Trampın əmri ilə ABŞ yaxın saatlarda Xark adasını ələ keçirəcək"
Donald Trampın əmri ilə ABŞ yaxın saatlarda İranın strateji əhəmiyyət daşıyan Xark adasını ələ keçirmək üçün genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq. BİG.AZ The New York Post-a istinadən xəbər verir ki, Ağ Evə yaxın mənbələrin məlumatına görə, ABŞ ordusu artıq bölgədə tam döyüş hazırlığı vəziyyətin
20:55 53 İtaliyanın baş naziri: "Aİ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olmalıdır"
İtaliyanın Baş naziri Giorgia Meloni cümə axşamı günü bildirib ki, Avropa Birliyi İran Yaxın Şərqdəki böhrana son qoymasa, ona qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olmalıdır. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Meloni parlamentə bildirib ki, "Əgər Tehran səhv yolla getməy
12:23 190 Culfada yanğında 3 yaşlı uşaq öldü
Bu gün Naxçıvan Muxtar Respublikasının (MR) Culfa şəhərində beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yanğın olub. BİG.AZ "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Emil Cəfər oğlu Zeynalo
17:39 172 CNN xəbər verir ki, ticarət hücumlarına baxmayaraq, ABŞ-İran danışıqları hələ də davam edir
CNN-in cümə axşamı diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, Vaşinqton və İran arasında razılığa gəlmək üçün danışıqlar gecə danışıqlarından sonra hələ də davam edir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, Reuters xəbəri dərhal təsdiqləyə bilməyib. Müəllif: İlkin Məmmədkərimo
12:13 184 Böyük Britaniyanın müşahidəçiləri bildirir ki, Oman sahillərində tankerdə yanğın baş verib
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, cümə axşamı günü Omanın Sohar limanından 21 dəniz mili şimal-şərqdə yerləşən tankerin mühərrik otağında yanğın baş verib. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, UKMTO əlav
12:51 181 "Rigs" otelində 2000 manatlıq oğurluq
Bakıda fəaliyyət göstərərn "Rigs" otelində oğurluq hadisəsi baş verib. Oteldə gecələyən turistlərdən birinin 200 manatı oğurlanıb. Zərəçəkmişin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəs
17:10 183 "Space TV"də işə başladı
Aparıcı Vüsalə Səid "Space TV"də işə başlayıb. Axşam.az xəbər verir ki, aparıcı kanalın xəbərlər buraxılışını təqdim edəcək. Bu barədə Vüsalə sosial media hesabında özü paylaşım edib. Qeyd edək ki, V.Səid Lider TV, İctimai TV, AZTV kimi kanallarda çalışıb
15:04 199