Həkim bədəndəki göyərmələri təhlükəli xəstəliyin əlaməti adlandırıb
"Kiçik bir travmadan sonra çox böyük göyərmə sahəsi yaranırsa, diqqətli olmaq lazımdır".
Bunu rusiyalı terapevt Darya Miftaxova deyib. Həkim hansı hallarda bu simptomlarla üzləşdikdə mütəxəssisə müraciət etməli olduğumuzu izah edib.
Miftaxovanın sözlərinə görə, yüngül zərbələrdən sonra yaranan böyük göyərmə sahələri qanın kifayət qədər laxtalanmaması səbəbindən yarana bilər. Bunun səbəbi trombositlərin qanda səviyyəsinin aşağı olması və ya laxtalanma faktorlarında çatışmazlıq ola bilər. Həkim xəbərdarlıq edib ki, bu halda qanaxma həyati təhlükə yarada bilər.
"Həmçinin bədəndə eyni vaxtda yaranan və ölçüsü bir santimetrdən çox olan çoxlu sayda göyərmə olduqda diqqətli olmalısınız", - deyə terapevt Darya Miftaxova bildirib.
Bundan əlavə, əgər göyərmələr tez-tez baş verir və qəfil qanaxma ilə müşayiət olunursa, xüsusən də oynaqlarda, əzələlərdə və yumşaq toxumalarda, həkimlər hemofiliyadan şübhələnə bilərlər.
"Bədəndə tez-tez çox sayda iri həcmli göyərmələr yaranarsa, həkimə müraciət etməlisiniz. Xəstədə qanaxma pozğunluğuna dair şübhə varsa, ona trombositlərin miqdarı, PT (protrombin vaxtı) və APTT (aktivləşdirilmiş qismən tromboplastin vaxtı) müəyyən edilməsi üçün analizlər təyin edilməlidir.(oxu.az)
BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq Baxılıb: 1243 Tarix: 29 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşArıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər". Bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva "Doctor Piter" portalına müsahibəsində bildirib. Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imka
30.03.2024 868 Yağışın yağacağını əvvəlcədən hiss etdirən xəstəlik daha çox qadınları "sevir"
Havaların soyuması ilə revmatizm (kəskin revmatizmal qızdırma) xəstələrinin çətin günləri başlayır. Oynaq ağrılarından şikayətlər çoxalır, xəstələrin həyat keyfiyyəti aşağı düşür. Narahatedici məqam isə odur ki, bu xəstəlik xeyli cavanlaşıb. Əvvəllər oynaq ağrıları ilə bağlı şikayətləri yaşlı nəsildə
11.02.2024 881 Həkim məsləhəti olmadan vitamin qəbul etmək olar?
Türkiyənin Trakya Universiteti Tibb Fakültəsi Xalq Sağlamlığı şöbəsinin müdiri professor Qalip Ekuklunun həkim məsləhəti olmadan vitamin qəbul etməklə bağlı fikir bildirib. Professor bildirir ki, həkim məsləhəti olmadan istifadə edilən vitamin və əlavələr sağlamlıq problemlərinə səbəb ola bilər. İmmunite
11.02.2024 865 Təmiz hava təhlükəli xəstəliyin inkişafına kömək edirmiş - ARAŞDIRMA
ABŞ-nin Nyu-York Universitetinin alimləri müəyyən ediblər ki, havada kükürd dioksidin (geniş yayılmış çirkləndirici) daha az konsentrasiyası əksər hallarda ağır pnevmoniya ilə özünü biruzə verən təhlükəli xəstəlik olan legionellyozun inkişafına kömək edir. Tədqiqatın nəticələri PNAS (Proceedings of th
05.05.2024 358 2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
2023-cü ildə həyatında ilk dəfə təyin olunmuş diaqnozla 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb. Bu barədə APA-ya Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 1 044 nəfər insulindən asılı, 29 456 nəfər isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir. 2023-cü ili
19.05.2024 201 Qarğıdalının faydaları
Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir. Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var. Qarğıdalının faydaları orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir
23.03.2024 3055 Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar
Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin
21.04.2024 559 Kifayət qədər yuxulamamaq insanı qocaldır
Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli
31.03.2024 706 Səhər qəhvə içmək zərərlidir - SƏBƏB
Mütəxəssislər qəhvə içmək üçün ən yaxşı vaxtın yuxudan oyandıqdan bir neçə saat sonra olduğunu iddia edirlər. xarici mətbuata istinadən xəbər verir ki, acqarına çox erkən qəhvə içmək kortizol səviyyəsini artıra və həmçinin həzm problemlərinə səbəb ola bilər. Həddindən artıq kortizol səviyyəsinin depressiyay
26.02.2024 1212