Azyaşlı uşaqları olan anaların hansı güzəşt hüquqları var?

Azyaşlı uşaqları olan anaların hansı güzəşt hüquqları var?Əmək Məcəlləsinin 37-ci fəsli qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları müəyyən edir. Hamilə və ya üç yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və üç yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

Bunu AZƏRTAC-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılmalı, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilməlidirlər. Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedirtmək üçün əlavə fasilələr verilməlidir.

"Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər üç saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyənləşdirilir. Hamilə, 14 yaşına çatmamış uşağı və yaxud 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara vaxta mütənasib əmək haqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir", - deyə vəkil bildirib.
Toğrul Məmmədovun sözlərinə görə, Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən hamilə və yaş yarımadək uşağı olan qadınlar və üç yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan çox olmamalıdır: "Müəssisənin ləğv olunması və müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi hallarından başqa hamilə və ya üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan edilir. Hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq peşədə çalışan qadınlar attestasiya olunmayan işçilərə aid edilir. Göründüyü kimi Əmək Məcəlləsi ilə hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan analara və uşaqlarını təkbaşına böyüdən atalar üçün güzəştlər nəzərdə tutulub".

Vəkil bildirib ki, aliment ilə bağlı icra sənədi icra şöbəsində olduqda şəxsə bank hesabı göndərilir. Digər tərəf işlədiyi təqdirdə əməkhaqqıdan tutulur və tələbkarın hesabına göndərilir. Əgər şəxs işləmirsə, burada müəyyən problemlər yaranır. Bu zaman işləməmək şəxsi aliment öhdəliyindən azad etmir. Şəxs aliment borcunu ödəməlidir.

"Tərəfin təqdim etdiyi bank hesabına və ya poçt hesabı ilə göndərib qəbzi özündə saxlayıb aliment ödədiyini sübut edə bilər. Şəxs aliment borcunu ödəmirsə, tələbkar icra məmuruna məlumat verməlidir. İcra məmuru məsələni araşdırıb bu zaman qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görür. İlk növbədə şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə, əsasən, inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilir. 528-ci maddə "məhkəmə və digər orqanlarının icrası tələbi icra məmurunun tələblərinin yerinə yetirilməməsi" adlanır. Protokola baxan məhkəmə işin hallarına baxaraq işə xitam verə, 500-1000 manat arasında cərimə və yaxud da bir ayadək inzibati həbs cəzası verə bilər. İnzibati məsuliyyətdən sonra şəxs aliment borcunu ödəmirsə, növbəti dəfə icra məmuru tərəfindən həmin şəxs barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi açılır. Bu maddə ilə təqsirli bilinən şəxsi iki min manat məbləğində cərimə və ya üç ilədək azadlıqdan məhrum etmə kimi cəza gözləyir. Aliment borcu ilə bir dəfə cinayət işinə cəlb olunubsa, bununla da bir daha cinayət işi açılmayacağı qənaətinə gələ bilmərik. Çünki gələcəkdə yenidən aliment borcu yaranarsa, eyni proses həyata keçirilə bilər. Əgər uşaq yetkinlik yaşına çatana qədər borc yaranıbsa, həmin aliment borcu silinmir və yenə də onu ödəmək lazımdır", - deyə T.Məmmədov vurğulayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 565   Tarix: 10 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877