Almaniyalı futbolçunun anası onun qadınlara qarşı zorakılığından yazdı
35 yaşlı almaniyalı futbolçu, "Salernitana" klubunun müdafiəçisi Jerom Boatenq qadınlara qarşı zorakılıqda günahlandırılıb.
Bu barədə futbolçunun anası "Spiegel" nəşrinə yazdığı məktubda bildirib.
Nəşrin dərc etdiyi məktubdan bir parçada Jerom Boatenqin anası onun qadınlara qarşı zorakılıq etdiyini açıqlayıb.
"Oğlum illərdir qadınları mənəvi və fiziki təhqir edib. Kasia Lenhardt intihar etdi, - deyə məktubda qeyd edilib.
Model Kasia Lenhardt 2019-2021-ci illərdə Boatenqlə sevgili olub. 9 fevral 2021-ci ildə 25 yaşlı Lenhardt Berlin-Şarlottenburq rayonundakı mənzildə ölü tapılıb. O intihar edib.
Berlin hüquqşünaslarından biri təsdiqləyib ki, Lenhardt ölümündən bir müddət əvvəl Boatenqin onu təhqir etdiyi barədə polisə şikayət ərizəsi vermək istəyib.
Bundan əlavə, nəşrin əlində 2019-cu ildə göndərilmiş mesajlar var ki, bu mesajlarda Lenhardt Boatenqi fiziki zorakılıqda ittiham edir. Model bildirib ki, futbolçu az qala onun sol əlindəki baş barmağını sındıracaqmış.
"Davam edən məhkəmə çəkişmələri səbəbindən müştərimiz hazırda suallara ətraflı cavab verə bilmir. Çox şey barədə yanlış məlumat verilib", - deyə Boatenqin vəkili "Spiegel"in sorğusuna cavab verib.(oxu.az)
BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman Baxılıb: 310 Tarix: 17 mart 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşLamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"
"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib
04.09.2021 1126 Lorenzo Sotomayor karyerasını başa vurub
Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ
12.09.2021 599 Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"
İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind
12.09.2021 850 Ronaldonun yeni klubu rəsmən açıqlandı
"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib
27.08.2021 1027 Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo
28.08.2021 1373 İbrahimoviçin qayıdacağı vaxt bilindi
"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib
23.08.2021 954 Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"
"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın
04.09.2021 533 Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı
Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli
29.08.2021 912 Sərbəst güləşçilərimizin I MDB Oyunlarındakı qazancı: Üç qızıl, iki gümüş və iki bürünc medal
Rusiyanın Kazan şəhərində I MDB Oyunları davam edir. Bu gün sərbəst güləşçilərin yarışı keçirilib. Ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), Tural Hüseynov (61 kq), Sabir Cəfərov (65 kq), Namus Orucov (70 kq), Cəbrayıl Hacıyev (7
04.09.2021 627