Qurban Qurbanov: "Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq"

Qurban Qurbanov: "Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq""Tovuzda olmaq həmişə xoşdur mənim üçün. Dünən bizi çox xoş qarşıladılar. Bizim üçün vacib oyun idi. Həmişə istəmişəm ki, çətin oyunlardan sonra futbolçularım xarakter göstərsinlər. Komanda toparlandı. Oyunun əvvəllərində bir az gərginlik yaşandı. Sonra oyunu ələ ala bildik. Futbolçularımı təbrik edirəm. Çox sıx qrafikdə idik. Oyunçularımda xarakter gördüm. Öz azarkeşlərimizə də təşəkkür edirəm".

"Qaynarinfo" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 27-ci turunun "Turan Tovuz"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- "Qarabağ" çempionluğu təmin edəndən sonra komandanı oyunlara motivasiya etmək çətin olmayacaq?

- Motivasiya ilə bağlı problemimiz olmayacaq. Daha yaxşı hazırlaşmalıyıq. Milliyə gedən oyunçular istərahət edə bilməyəcəklər. Digərlərinə istirahət verəcəyik. İnanmıram ki, hansısa çətinlik olsun. Öz oyunumuzun üzərində çalışaçacağıq.

- Milli fasilə ilə bağlı planlarınız nədir?

- Komandaya dörd gün istirahət verəcəyik. İnanmıram ki, yoxlama oyunu keçirək. Bakıda olacağıq.

- Mateus Silva mərkəz müdafiəçisi kimi necə təsir bağışlayır?

- Normal təsir bağışlayır. Amma mövqe səhvləri çoxdur. Üstün cəhətləri də var. Birə-bir mübarizələrdə sürətindən yaxşı istifadə edir. Oynadıqca özünü daha yaxşı hiss edəcək.

- Abdullah Zubir, Leandro Andrade, Juninyo kimi futbolçuları meydana buraxmaq əvvəlcədən planınızda var idi?

- Oyunun gedişatına görə addım atacaqdıq. Meydanda olan oyunçuların durumu vacub idi. Yorulanlar var idi. Amma əvvəldən Zubir və ya Juninyonun oynaması sırf planımda yox idi.

- İki eyni səviyyəli heyət saxlamaq üçün limit mane olur?

- Limit haqda nəsə deyə bilmərəm. Eyni səviyyədə iki heyət olsa, hamı oynamaq istəyəcək. Əlimdə olan futbolçuların hamısı nəticə verir. Gənclərə də şans veririk. Toral Bayramov, Elvin Cəfərquliyev yavaş-yavaş püxtələşir. Ümumən bugünkü heyətimizdən razıyam. Bəlkə bir-iki əlavə futbolçu olsaydı, pis olmazdı.

- Futbolçularınıza yayda təkliflər gələ bilər. Onlarla danışıqlara başlamısınız?

- Heç bir danışıq yoxdur, hər şey qaydasındadır. Təklif olması da normaldır. Bu, gözləniləndir. Biz də istəyirik ki, komandanı qoruyub-saxlayaq. Mənim bildiyim qədərilə hələ ki, heç kimə rəsmi təklif yoxdur. Biz transfer bazarına girməliyik ki, Azərbaycan futboluna maraq böyük olsun.

- Martda çempionluğunuzu rəsmiləşdirmək üzrəsiniz. Bu durumu necə şərh edərdiniz?

- Mən normal baxıram. Avropanın çox ölkələrində belə xal fərqi olub. Bu, o demək deyil ki, bizdə hamı bərbaddır. Ola bilər ki, bu il oyunumuz daha yaxşı alındı. Amma o demək deyil ki, hər il belə olacağıq.

- Yeni AFFA rəhbərliyi təklif etsə, AFFA İcraiyyə Komitəsində təmsil olunmaq istəyərsiniz?

- Biz Azərbaycan futbolu üçün çalışırıq. Tək özümü düşünməyim yaxşı olmaz. Görsək ki, Azərbaycan futboluna faydası var, onda lazımi addımı atacağıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 489   Tarix: 17 mart 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

CAS-ın Nurlan İbrahimovun şikayətinə baxacağı tarix açıqlandı

İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ" klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxacaq. Dinləmələr oktyabrın 8-nə təyin edilib. Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı "Facebook" hesabında ermənilərlə bağlı paylaşımın

29.08.2021 669
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Lamiyə Vəliyeva: "Özümlə fəxr edirəm"

"Çox sevinirəm ki, ikinci medalımı əldə etdim və bu, "qızıl" oldu. Özümlə fəxr edirəm. Rəqiblərim güclü idi, amma qalib gəldim". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib

04.09.2021 1126