"Onlardan bezib televiziyadan getdim" - Ceyran Rəhimova

"Onlardan bezib televiziyadan getdim" - Ceyran Rəhimova"Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım. Çünki açıq-saçıq geyinmədən də gündəmdə olmaq olar. Son vaxtlar mənim instaqram hesabım açıqdır. Təbii ki, şərhlərin hamısı xoşagələn deyil. Bu, ola da bilməz. Aralarında qərəzli şərhlər də var. İnsan özü bilir, həmin qərəzli şərhləri kimlər yazır. Lakin müsbətlər də var. Ona görə deyirəm ki, vacib deyil açıq-saçıq geyinib gündəm yaradasan. Müəyyən adamlar var idi ki, o dövrdə efirə çıxanda geyimi, hərəkəti davranışı ilə.. Axı sən həyatda bu deyilsən. Bəs niyə kamera qarşısına çıxan kimi belə oldun, dəyişdin? Sən bir oxuduğun mahnıya, onun yazarına, bəstəkarına bax, ondan sonra. Axı sənin oxuduğun xalq mahnısı, muğamla geyimin düz gəlmir. Ona görə geyimlərinə müdaxilə edirdim"

Axşam.az xəbər verir ki, sözləri aparıcı Ceyran Rəhimova "O üz" verilişində qonaq olarkən deyib. O, fəaliyyət göstərdiyi dövrdə qarşılaşdığı rəqabətlərdən söz açıb. Aparıcı verilişinin bağlanmasını istəyənlərin olduğunu etiraf edib:

"Mən onları görmürdüm. Həmişə öz işimlə məşğul olmuşam. Verilişin efirə getməyini istəməyənlər də var idi. Verilişi efirdən çıxartmaq istəyiblər. Amma yenə də öz işimdə olmuşam. Onlardan bezib televiziyadan getdim. Artıq elə şeylərlə mübarizə aparmaqdan yoruldum. Ona görə də düşündüm ki, getsəm yaxşıdır. Həmin insanlar bu gün heç televiziyada deyil, uzaqlaşıblar".

C.Rəhimova son aylarda yaşadığı itkilərdən danışıb:

"Güclü qadın ifadəsini sevmirəm. Qadına güclü sözünü yaraşdırmıram. Qadın incə, zərifdir. Amma həyat bizi gücləndirir. Biz güclü olmağa məhkumuq. Həyatımda nə qədər çətin anlar olsa da onların öhtəsindən gəlmişəm. Amma itki insanı gücdən salır. İstər kişi, istərsə də qadını . Son 10 ayda həyatımda iki ağır itki oldu. Gördüm ki, həqiqətən də gücümü itirmişəm. Dünyasını dəyişmək asandır, amma onun dərdini çəkmək çətindir".

Qeyd edək ki, C.Rəhimova uzun illər AzTV-də "Sən bir nəğmə" verilişinin aparıcısı olub. Bu yaxınlarda aparıcı tezliklə efirə qayıdacağını bildirmişdi.

Aparıcının bir müddət əvvəl bacısı vəfat edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 657   Tarix: 15 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

21:30 0
.

Rusiya: "Biz Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Semenovka qəsəbəsini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib. Açıqlamada Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatlarını

20:15 106
.

Azərbaycanın Əməkdar jurnalisti vəfat edib

Tanınmış jurnalist Vasif Səmədov vəfat edib. APA xəbər verir ki, Azərbaycanın Əməkdar jurnalisti Vasif Səmədov bu gün dünyasını dəyişib. Vasif Səmədov 22 yanvar 1950-ci ildə Masallı rayonunda anadan olub. ADU-nun jurnalistika fakültəsini bitirdikdən sonra Ukraynada hərbi xidmətdə olub. O, "Azərbayca

14:48 272
.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

15:46 140
.

Rusiyada zəlzələ oldu

Rusiyanın Kuril adalarına yaxın ərazidə zəlzələ olub. BİG.AZ xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geofizika Xidməti məlumat yayıb. Zəlzələ 4.4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların episentri Şimali Kurilsk şəhərindən 42 kilometr cənubda, 95 kilometr dərinlikdə yerləşir

16:56 270
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

10:58 805
.

Zaurla Günay Nəzringilin toyundan küsüb gedib?

Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb. OLAY yazır ki, bu barədə "PrimeTime" iddia yayıb. Belə ki, muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barəd

16:56 1081
.

Nigeriyada qızılcadan 19 uşaq ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində qızılcadan 19 uşaq ölüb. xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında bildirib. Tanqvami ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyinə inandırıb

21:00 67
.

Tailandın xarici işlər naziri istefa verib

Tailandın baş nazirinin müavini və xarici işlər naziri Parnpri Bahiddha-Nukara hökumətin kabinet dəyişikliyini elan etməsindən sonra istefa verib. BİG.AZ xəbər verir ki, bu barədə "Bangkok Post" qəzeti məlumat yayıb. Parnpri açıqlamasında kabinet dəyişikliyinin onun performansı ilə heç bi

10:10 188