Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır

Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırırErmənipərəst senator Bob Menendes ona qarşı rüşvətalma maddəsi ilə federal cinayət işinin açılmasına səbəb olan əməllərdə arvadı Nadin Arslanyanı ittiham etməyi planlaşdıra bilər.

Bu yaxınlarda açıqlanan məhkəmə sənədlərindən belə qənaət hasil olur.

Vəkilləri senatorun arvadı Nadin Arslanyanın ondan məlumatları gizlətdiyini, yaxud da hansısa qeyri-qanuni bir iş görülmədiyinə inandırdığını və bu səbəbdən də Menendesin qanundankənar niyyətlərinin olmadığını sübut etməyə çalışırlar.

Martın ortalarında Menendesin hüquqşünas komandası bu müdafiə strategiyasını gizlətməyə cəhd edib, çünki onun üzə çıxmasının andlılar məhkəməsinin heyətinə mənfi təsir göstərə biləcəyinə inanıb. Lakin Nyu-Yorkun NBC kanalının müxbiri, daha sonra isə "Politico" da daxil olmaqla media təşkilatlarının koalisiyası bu strategiyanın ictimaiyyətə çatdırılması üçün mübarizə aparıblar. Federal hakim Sidni Ştayn aprelin 15-də bunun ictimaiyyətə açıqlanmasına dair göstəriş verib.

50 səhifəlik hüquqi sənəddə iddia edilirdi ki, senator və onun həyat yoldaşının məhkəmə işləri ayrı-ayrılıqda araşdırılmalıdır. Vəkillər bildiriblər ki, qanunda həyat yoldaşlarından birinin digərinin əleyhinə ifadə verməyə məcbur edilməsinin qarşısını alan müddəa Menendesin müdafiəsini çətinləşdirəcək.

Nadin Arslanyanın "sağlamlıqla bağlı problemləri" olduğunu federal prokurorlar və hakim ciddi qəbul etdiklərindən prosesin təxirə salınması istəyini qəbul edərək, onun məhkəmə işini ayrıca icraata veriblər.

Mayın 6-da Manhettendə Menendesin daha iki müttəhim - Vael Hana və Fred Daybes ilə birlikdə hakim qarşısına çıxarılacaqları gözlənilir. Nadin Arslanyanın işi üzrə məhkəmə iclası isə bu yayın sonuna təyin edilib./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 548   Tarix: 17 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109