"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı

"Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşan rəsmi Bakı müxtəlif beynəlxalq aktorlar arasında daim orta xətti qoruyub. Azərbaycanın Qərb, Rusiya və İranla münasibətlərində bizim milli maraqlarımızın nəzərə alınması daim ən ali məqsəd olub".

Bu sözləri BiG.AZ-A Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O bildirib ki, məlum olduğu kimi,dünən Azərbaycan prezidenti İlham Əliyev Moskvada səfərdə idi. Bu, fevralda baş tutan prezident seçkilərindən sonra Moskvaya baş tutan ilk səfərdir. Sözsüz ki, həmişə olduğu kimi ,bu dəfə də Kremldə baş tutan görüşə, nəinki Qafqazda, ümumilikdə Qərbdə və region ətrafında diqqət böyükdür.

"İlk növbədə onu qeyd etmək lazımdır ki, Moskva görüşünün rus sülhməramlılarının vaxtından əvvəl dinc şəkildə bölgəni tərk etməsi fonunda baş tutması,Azərbaycan və Rusiya arasında əməkdaşlığın hazırda qarşılıqlı anlayış şəraitində olmasının bariz nümunəsidir. Bakı və Moskva son addımları ilə siyasətdə vəd və sözünə sadiqliyin nə olduğunu göstərmiş oldular.
Ümumilikdə, qeyd edilməlidir ki, Azərbaycan lideri MDB məkanında ən çətin bölgədə yerləşməyimizə baxmayaraq Rusiya ilə münasibətlərdə müstəqilliyini qoruyan, dövlət və milli maraqları tam olaraq həyata keçirməyi bacaran yeganə lider olmağı bacardı. Rusiyada baş tutan Kazan görüşü, o zaman Medvedevin bəyanatı, Qarabağda status - kvo ilə bağlı arzuları fonunda rəsmi Bakı reallığın tamam fərqli olduğunu dialoq yolu ilə göstərdi. Cənubi Qafqazda 200 ildən sonra ilk dəfə olaraq bölgənin geosiyasi konfiqurasiyası dəyişdi, Qara dəniz - Xəzər regionunda Azərbaycanın başçılığı ilə yeni dönəmə başlanıldı.
Təbii ki, yaranmış mövcud reallıqlar bizə qonşu olan dövlətlərin Azərbaycana yanaşmasında yeni baxış bucaqları və davranışlar sistemini tələb edirdi ki, Moskvanın Bakıya yanaşmasında bunu son zamanlar xüsusilə görməkdəyik. 19- 20 sentyabr 2023 hadisələri, BMT TŞ - da 2022 və 2023 - də baş verənlər aysberqin görünən hissələri idi. Azərbaycanın bölgədə yeni reallıq yaratması və Qafqazın real siyasi mərkəzinə çevrilməsi fonunda Ermənistanda baş verənlər regionla bağlı yuxarıda qeyd edildiyi kimi Rusiya hökumətinin baxış bucağında korrektələrlə müşahidə olunurdu. Burada, xüsusilə onun üzərində dayanmaq lazımdır ki, şimal qonşumuzun xarici siyasət davranışı birbaşa olaraq, həm də, Ukrayna, əslində isə, ABŞ və bəzi Qərb dairələri ilə ziddiyyətlərin həlli nəticəsindən və liderlik kürsüsündə kimin olmasından asılıdır. İndiki vəziyyətdə son 4 il ərzində Qafqazda cərəyan edən hadisələr hər kəsə məlumdur.
4 kəndin qaytarılması, delimitasiya- demarkasiya, Zəngəzur dəhlizi, sülh müqaviləsi kimi Azərbaycan və Ermənistan arasındakı mövzular, sözsüz ki, Moskvanın diqqəti mərkəzindədir. Məlumdur ki, Ermənistan delimitasiyanın 1991 -ci il Alma - Ata sazişinə müvafiq olaraq o dövrün xəritələrinə əsasən aparılmasını istəyir. (Hərçənd orada dəqiq xəritələrdən və xətlərdən söhbət getmir) Lakin, məlumdur ki, xəritələrlə bağlı tərəflər arasında fikir ayrılığı var. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı Paşinyan, hələ də, vaxtı uzatmaqla məşquldur.
Hazırda Moldova və Ukraynada baş verənlər onu deməyə əsas verir ki, Qafqaz da daxil olmaqla Avrasiyada yeni reallıqlar ( dövlətlərin xəritələri, sərhəd xətləri, Avropanı Asiya ilə birləşdirən nəqliyyat yolları) qaçılmazdır və bu yeni reallıqlar, həm də , köhnə xəritələrlə bağlıdır. Beləcə, Azərbaycan və Ermənistan arasında 1920- 1991 - ci illər arası xalqların öz müstəqilliyini elan etməsi, hansı ərazilərdə yaşaması, hansı ərazilərin "hədiyyə" verilməsi və bu gün hansı xəritələrin əsas götürülməsi kimi mövzular aktuallıq təşkil edir. Sözsüz ki, 100 il əvvəl olduğu kimi, bu gün də , bu mövzularda Rusiyanın mövqeyi vacibdir. Təsadüfi deyil ki, son 4 ildə mütamadi olaraq İran və bəzi Qərb dairələri "sərhədlər dəyişilməzdir" , "Zəngəzur dəhliz deyil" bəyanatlarını verirlər. Və yenə də, heç də təsadüfi deyil ki, Aİ - nın xüsusi missiyasının Qərbi Zəngəzura Azərbaycanı dayandırmaq üçün gəlməsindən əvvəl,İran da lazım gələrsə, ordusunu Sünikə göndərə biləcəyi haqqında bəyanatlar verirdi. Bu gün Moskvada baş tutan görüş, sözsüz ki, aktualdır, lazımlıdır və gələcəyə istiqamətlənəndir. Onun görünməyən tərəfləri isə çox dərindədir".
AYSEL ƏKBƏR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 350   Tarix: 23 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Kəlbəcərdəki qəzada yaralanan hərbçimiz vəfat etdi

Müdafiə Nazirliyi Kəlbəcər rayonunda qəzaya düşən hərbçilərlə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, rayon ərazisində şəxsi avtomobilin qəzaya uğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov Fuad Cəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakı hərb

17:39 263
.

Bu halda qadınlar pensiyaya tez çıxa biləcək - PREZİDENT TƏSDİQLƏDİ

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslər erkən pensiyaya çıxacaq. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Əmə

17:07 383
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

14:02 536
.

İsraildə həbsdə olan 53 fələstinli jurnalist var

İsrail həbsxana və təcridxanalarında saxlanılan 53 fələstinli jurnalist var. xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi Dünya Mətbuat Azadlığı Günü münasibətilə fələstinli jurnalistlərin vəziyyəti ilə bağlı yazılı açıqlama verib. Bəyanatda həmçinin 7 oktyabr 2023-cü il tarixindən sonra 70 fələstinl

20:30 0
.

"Birbaşa uçuşların sayını artırmaqda digər hava yollarının da maraqları olmalıdır" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Göydəniz Qəhrəmanov -a bildirib ki , Azərbaycan Hava Yolları birbaşa uçuşların sayını artırır. Amma bu məsələd

15:11 227
.

Azərbaycanda Analar Günü təsis oluna bilər

"Azərbaycanda Analar Gününün təsis olunması məsələsinə baxıla bilər". Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:. "Bizim də başqa ölkələrdə olmaya

12:36 410
.

İraqın şimalında 32 terrorçu zərərsizləşdirilib - VİDEO

İraqın şimalında yerləşən Haftanin, Qara, Hakurk və "Klaw-Lock" əməliyyatı keçirilib. BİG.AZ xəbər verir ki, ümumilikdə 32 PKK terrorçusu zərərsizləşdirilib

16:54 124
.

Pakistanda avtobus aşdı: 20 ölü

Pakistanda sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb, 20 nəfər yaralanıb. Bölgəyə polis və xilasedicilər cəlb olunub. Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib. Yaralananlar xəstəxanaya yerləşdirilib. Araşdırmala

16:10 120
.

Serenay Sarıkayanı çəkmək istəyən jurnalistlərə hücum - ANBAAN VİDEO

Məşhur aktrisa Serenay Sarıkayanın yeni sevgilisi Mert Demirlə getdiyi məkanda jurnalistlərə hücum edilib. -ə istinadən bildirir ki, hadisə Cankurtarandakı məkanlardan birində yaşanıb. Mühafizəçilər jurnalsitlərə hücum edərək onları döyüblər. Həmin anlar hadisə zamanı açıq qalan kameralar tərəfində

18:30 165