Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMABildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiyi dəbdəbəli tikililər hamıya məlumdur. Bu tikililətr Azərbaycan ərazisində və rəsmi qurumların icazəsi olmadan inşa edilib. Bu baxımdan ən çox maraqlandıran məsələlərdən biri də həmin mülklərin taleyidir. Həbs olunmuş separatçıların mülklərinin taleyi necə olacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib ki, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə bütün məsələlər, o cümlədən tikinti işlərinin aparılması qanunvericiliyə uyğun şəkildə aparılır. Hüquqi dövlətdə bütün növ ictimai münasibətdə, o cümlədən tikintilər ilə bağlı proses qanunvericiliyə və hüquqa uyğun şəkildə həyata keçirilməlidir:

"Bununla bağlı, tikintinin aparılması nəzərdə tutulan torpaq sahəsinə mülkiyyət hüququ mövcud olmalıdır. Daha sonra həmin mülkiyyət hüququnun olduğu torpaq sahəsində tikintinin aparılması üçün müvafiq sənədlər və qurumların razılığı olmalıdır. Bununla bağlı Azərbaycan Respublikasının qanunvericiliyində açıq şəkildə bütün tələblər öz əksini tapıb. Nəzərə alaq ki, həmin ərazilər işğal altında olub. Azərbaycan dövlətinin müvafiq qurumlarının nəzarətindən kənar olub".

Xəyal Bəşirovun sözlərinə görə, Qarabağda atılan bütün addımlar hüquqa və qanuna zidd olduğundan və Azərbaycan dövlətinin razılığı olmadan həyata keçirildiyinə görə hamısı qanunsuz hesab olunub:

"Qanunsuz hesab olunduğu üçün onların özlərinin istəklərinə uyğun şəkildə tikdikləri tikililər qanununa ziddir olduğu üçün sökülməsi realdır. Bununla bağlı müvafiq qərarı dövlət özü verəcək. Azərbaycan dövləti həmin tikintilərin müqəddəratını təyin edəcək. Müqəddəratının müəyyən edilməsi zamanı qanunvericiliyə əməl olunacaq. Böyük ehtimalla yerləşdiyi bölgədən asılı olmayaraq o tikintilərin sökülməsi reallaşması baş tuta bilər. Çünki o separatçılar zorla və güclə əraziləri işğal altında saxladılar. Həmin torpaqlar isə Azərbaycan xalqı və dövlətinə məxsusdur. Həmin tikinti ərazilərdə tikinti işlərini Azərbaycan vətəndaşları və dövlət qurumlarından icazə almış şəxslər həyata keçirə bilərlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 361   Tarix: 23 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:. "Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriy

03.05.2024 725
.

Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib - VİDEO

Müğənni Roza Zərgərli "Son" adlı yeni layihəsini təqdim edib. Sözləri və musiqisi Emil Bayramova aid olan nəğmə bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verilib. Eyni zamanda, R. Zərgərli sözügedən mahnını ekranlaşdırmaq qərarına da gəlib. Bunun üçün o, Röyal Səfərova (Eresmoon

03.05.2024 272
.

Dilan özünə qəsd edib

Həbsdə olan fenomen Dilan Polat özünə xəsarət yetirib. OLAY yazır ki, bununla bağlı Türk mediasında məlumatlar yayılıb. Bildirilib ki, sonuncu məhkəmədən sonra Dilan qolunu və ayaqlarını kəsib "Azadlığa çıxa bilməyəcəyəmsə, burada ölmək istəyirəm" dediyi öyrənilib

03.05.2024 763
.

Həmin həkim şəhid anasından üzr istədi - Video

Dünən sosial şəbəkələrdə Vətən müharibəsi şəhidi, "Mixaylo" ləqəbli gizir Mehti Şıxəliyevin anasına özəl klinikada həkim tərəfindən kobudluq edilməsi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, qohumunu müayinəyə aparan ana Şəlalə Şıxəliyevaya nevroloq İbrahim Qulamo

03.05.2024 532
.

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qozlu Körpü kəndi ərazisində qeydə alınıb. Belə ki, hərbçiləri daşıyan "VAZ-21015" markalı maşın "Daf" markalı avtomobillə toqquşub. Qəza zamanı "VAZ-21015"də ola

03.05.2024 649
.

Bu gün bəzi ərazilərdə qaz olmayacaq

Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, "Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasını

03.05.2024 335
.

Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib. APA xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsin

03.05.2024 187
.

İçərişəhərə giriş məhdudlaşdırılır

İçərişəhərdə keçiriləcək Milli Xalça Festivalı ilə əlaqədar ərazidə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Bu barədə -a "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Qeyd edilib ki, məhdudlaşdırma mayın 3-dən 5-dək Qoşa Qala girişi, Kiçik Qal

03.05.2024 458
.

"İsrailin Rafah şəhərində evə hücumu nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli öldü"

İsrailin Rafah şəhərində evə hücumu edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4-ü uşaq olmaqla 7 fələstinli ölüb. İsrail döyüş təyyarələri Rəfahın Əl-Zuhur məhəlləsində fələstinli Şahin ailəsinin evinə hava hücumu həyata keçirilib. İsrailin baş naziri Benyamin Netanyahunun Rafaya hücum edəcəklər

03.05.2024 134