Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər.

Etirazçılar bildirirlər ki, hazırda İstanbulda bir ailənin ortabab məkanda nahar etməsi təxminən 1000 lirəyə (52 AZN) başa gəlir. Yemək bir yana, çay və ya qəhvə içmək də artıq kifayət qədər sanballı hesab tələb edir. Həmçinin vətəndaşlar eyni yeməyə görə fərqli məkanlarda fərqli qiymət təklif olunmasından şikayətçidirlər.

Bəs Azərbaycanda kafe və restoranlarda yemək neçəyə başa gəlir? Həftədə bir dəfə ailə ilə yeməyə çıxmaq üçün büdcədə nə qədər əlavə gəlir olmalıdır?

"Qafqazinfo"nun araşdırmasına görə, şəhərin mərkəzində 4 nəfərlik ailənin şam yeməyi təxminən 150-200 manata başa gəlir. Kənarlarda bu rəqəm təxminən 70-90 manat arasında dəyişir.

Məsələn, paytaxtın mərkəzi hissələrində göyərti və tərəvəz qiyməti 5-8 AZN-dir. Müxtəlif pendirlərdən ibarət bulud 8-10 AZN-ə, kolbasa deserti 15-17 AZN-ə təklif olunur.

Salatların isə növündən və məkandan asılı olaraq 1 porsiya üçün qiyməti 13-18 manatdan başlayır və yerə görə 20-25 manata qədər dəyişir. Hazırda rəngarəng məzələr də yemək masasını cəlbedici edir. Qiymətləri isə təxminən 7-10 manat təşkil edir. Sac yeməkləri 35 manatdan 70-80 manata qədər dəyişir. Quzu qabırğası ilə tərəvəzli plov 120 manat, şah plov 50 manat, kababların bir şişi restorandan asılı olaraq orta hesabla 8-12 manatdır.

4 nəfərlik ailə təkcə alabalıq və ya qızıl balıq sifariş etsə, 60-100 manat arası hesab verməlidir. Öncədən sifarişlə hazırlanmış bütöv quzu qızartması 500 AZN-ə təklif olunur. Əvvəllər qiyməti daha əlçatan olan qutabın da qiyməti xeyli qalxıb. Belə ki, könlünüzə 4 ədəd qutab düşsə, şəhərin tanınmış restoranlarında 11-12 AZN ödəyərək yeyə bilərsiniz.

Meyvə şirələrinin də qiymətləri məkandan asılı olaraq 5-20 manat arasında dəyişir.

Kafe və restoranların bəziləri isə yemək sifariş etməyənlərə, ümumiyyətlə, çay vermir. Şəhər kənarlarında çaydanı 3-5 manat olan çayın mərkəzi restoranlarda 1 stəkanı 4-5 manata satılır. Dəstgahla, yəni çaydan əlavə mürəbbə, qənd, konfet, ləpə və paxlava daxil isə 30-35 manatdır. Əgər çayın yanında müxtəlif şirniyyatlar da sifariş versək, bu qiymət bir az da yüksəlir. Məsələn, çizkeykin bir dilimi 12, katmer 30, paxlava dilimi 11, balqabaq və ya heyva şirniyyatı 10, sütlaç 10, künəfə 12 manatdır. Meyvə salatı 15-20 manata təklif olunur.

Səhər yeməyi qiymətləri də ortabab məkanlarda bir nəfərə 20 manatdan başlayır. Hətta 30, 40, 50 manat olanlar da var.

İqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, vətəndaşların alıcılıq qabiliyyətini təhlil etmiş olsaq, vətəndaş hər gün 1,5 manat gündəlik tələbat mallarına, ərzaq məhsullarına xərcləyir. Bu o deməkdir ki, onun digər istiqamətlərə, o cümlədən, iaşə xidmətlərinə, asudə vaxtın səmərəli keçirilməsinə və s. sərf edəcəyi vəsaitlərin həcmi azalır: "Gəlirlər və qiymət aspektindən müqayisə apardıqda, Azərbaycanda həyat, o cümlədən, iaşə xidmətləri kifayət qədər qeyri-əlçatandır. İkinci məsələ isə ondan ibarətdir ki, xidmətlər çoxçeşidlidir və fərqli qiymətlərə təklif olunur. Bu yerdə qiymətlərin formalaşmasını tələb və təklif şərtləndirir. İaşə sektorunda təklif elastik deyil, tələbə uyğun olaraq xidmətlərin miqyasını genişləndirmək olmur. Ona görə də səfərlərin, turistlərin daha çox olduğu ərazilərdə qiymətlərin fantastik olduğunu deyə bilərik. Eyni zamanda, kənarlarda qiymətlər qismən əlçatandır. Burada başqa bir məqam da iqtisadi mühit və məhsulun maya dəyəri ilə bağlıdır. Bizdə bazar kifayət qədər liberal olmadığı üçün bütün məhsulların qiymətlərinin üzərində əlavə bir marja alır. Yüksək marja tendensiyaya çevrilib".

İqtisadçı bildirir ki, digər məqam renta iqtisadiyyatının olmasıdır: "Dünyada əhəmiyyətli investisiya imkanı olan şəxslərin böyük əksəriyyəti passiv investisiyanı seçirlər. Renta gəlirlərinə meyil edirlər və bazarda iştirakçı sayının az olması da rentanı yüksəldir. Həmçinin qeyri-rəsmi ödənişlər bütün sahələrdə var və iaşə sahəsində daha çoxdur. Bunlar da sənayeni əlavə maliyyə yükü ilə üzləşdirməklə son nəticədə ölkədə qiymətlərin qeyri-əlçatanlığına dəstək olur".

Ailənin nə qədər gəliri olmalıdır ki, həftədə bir dəfə restorana getsin?

R.Həsənov deyir ki, bu, ailənin ölçüsündən, seçimindən, zövqündən asılıdır: "İnkişaf etmiş cəmiyyətlərdə əhali gündəlik tələbat məhsullarına ərzaq məhsullarına öz gəlirlərinin 20-25 faizini xərcləyir. Azərbaycan vətəndaşları da nə vaxtsa o səviyyəyə yüksəlsə, bütün vətəndaşların bu kimi xidmətlərdən istifadə imkanı artacaq. Amma məsələni nisbətən lokallaşdırsaq, 4 nəfərlik Azərbaycan ailəsinin regionlarda həftədə 1 dəfə kafe və restoranlardan istifadə üçün 200 manat, Bakıda isə 250-300 manat əlavə gəliri olmalıdır. Bu o deməkdir ki, bugünkü orta aylıq əməkhaqqı təxminən 20-30 faiz daha yüksək olarsa, həftədə bir dəfə iaşə xidmətlərindən istifadə üçün şərtləri daha uyğun edir".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, hər həftə istehlakçılar tərəfindən 1-2 şikayət daxil olur: "Şikayətlər əsasən telefon zəngi şəklində olur və regionun hər yerindən gələn bu şikayətlər əsasən gecə saatlarında - saat 23:00-dan sonra daxil olur. Vətəndaşlar qiymətlərin artıq olması, əlavə xidmət haqqının tələb olunmasından şikayətlənirlər. Qiymətlər kafe və restoranlarda təəssüf ki, getdikcə yüksəlir. Bunun ciddi səbəblərindən biri budur ki, tələb təklifi üstələyir. Tələb həddindən artıq çoxdur. Məsələn, ötən il mən turizm həvəskarı və istehlakçı hüquqlarını qoruyan bir şəxs kimi ölkənin bütün zonalarında monitorinqlər apardım. Məsələn, şimal zonasında – Qusar ətrafında Qayakənddə bir neçə restoranda oldum. Bu restoranların birində o qədər növbə var idi ki, orada adamlara it əti də versələr, nə qədər də pul istəsələr, verməyə məcburdurlar. Çünki insanlar acdılar və yemək istəyirlər. Orada vəziyyət həddindən artıq pis idi, eləcə də antisanitariya hökm sürürdü. Eləcə də Gəncədə Hacıkənd istiqamətində çoxsaylı qondarma restoranlar var və antisanitariya baş alıb gedir. Qiymət isə yuxarıdır. Nisbətən yaxşı vəziyyət cənub bölgəsində idi".

"Restoranlarla bağlı müəyyən qaydalar tərtib olunmalıdır"

E.Hüseynov deyir ki, tələb təklifi üstələdiyindən, bu barədə heç bir dövlət qanunu olmadığından restoranlar istədikləri kimi qiymət qoyurlar: "Hesab edirəm ki, restoranlarla bağlı müəyyən qaydalar tərtib olunmalıdır. Amma bazar iqtisadiyyatıdır və qiymətlər tələb-təkliflə formalaşır. Lakin Azərbaycanda boykota nail olmaq qeyri-müşkül məsələdir. Mən hələ bəlli satış şəbəkələri istisna olmaqla, istehlakçıların boykotuna nail ola bilməmişəm. Restoranlarda lazım olsa, müəyyən boykot olmalıdır ki, belə hallar baş verməsin.

Qiymət artımının qarşısını almaq üçün hökumət bu biznes sektoru üçün əlverişli şərait yarada bilər. Torpaq ayırmaq, elektrikə, qaza əlçatanlığı yaxşılaşdırmaqla rəqabət şəraiti yaranar. Bu halda qiymət aşağı düşə bilər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 347   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024