Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi

Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idiRuanda soyqırımı 1994-cü ildə törədilən bir Fransa əməliyyatı idi.

Bunu Ruandanın Ankaradakı səfiri (Azərbaycanın qeyri-rezident səfiri) Çarlz Kayonqa Ruanda soyqırımının 30 illiyini anma mərasimindən sonra "Report"un Türkiyə bürosuna açıqlamasında deyib.

Səfir bildirib ki, 30 il öncə Afrikanın bəzi ölkələrində soyqırımı sanki bir ideologiya halını almışdı: "1994-cü ildə Ruanda soyqırımında tutsilər dəhşətli qırğına məruz qalıblar. Gənc, qoca, kişi, qadın, körpə və hətta ana bətnində olanlar belə təsəvvür olunmaz şəkildə qətlə yetirilib. Bu dəhşəti dövrün siyasətçiləri tərəfindən həyata keçirilən kollektiv bir təşəbbüs də adlandırmaq olar. Bütün əhali kollarda, tarlalarda, bataqlıqlarda, təpələrdə, dərələrdə və hər hansı şübhəli yerdə gizlənən tutsilərin ovuna qatılmaq üçün səfərbər edilmişdi. 100 günə qədər sürən bu qanlı hadisələr hutu tayfalarının üstünlük təşkil etdiyi hökumətin tutsilərin dəstəklədiyi üsyançı Ruanda Vətənpərvər Cəbhəsinin lideri Paul Kaqameyə sadiq qüvvələrin devrilməsi ilə başa çatıb. Amma qisas daha sonra da davam edib. Tutsilərin hücumları nəticəsində yüzminlərlə hutu qonşu Zairə (Konqo Respublikası) sığınıb. Eyni tayfalar - huti və tutsilərin qırğını orada da baş verib. O zaman nifrət, kin, qisas toxumları səpilirdi, genosid sanki bir ideologiya idi. Beynəlxalq təşkilatlar, bu qırğında rolu olanlar isə sadəcə kənardan müşahidə edirdilər. Bu mənada, mən deyərdim ki, onlar üçün insan hüquqları önəmli deyil".

Hazırda dünyada azad medianın, geniş sosial şəbəkələrin olduğunu qeyd edən Çarlz Kayonqa hələ də bu dəhşətli genosidin kifayət qədər gündəmə gətirilmədiyini bildirib: "Dünyada bu qədər azad və sosial media var, amma genosid gündəmə gətirilmir. Soyqırımı törədənlərin onu inkaretmə kampaniyası aparılır. Xüsusən də Qərb paytaxtlarına sığınan bir ovuc bloqçu və qeyri-müəyyən "akademiklərin" lobbiçilik, ictimaiyyətlə əlaqələr və vəkillik fəaliyyəti ilə məşğul olduğu sosial media bu fəaliyyəti böyütməyə davam edir".

Səfir hazırda Ruandanın insan haqlarına hörmət, dünyada və regionda sülhün bərpasının tərəfdarı olduğunu vurğulayıb: "Biz hüzurun, sülhün, inkişafın tərəfindəyik. Ağlasığmaz itkilərə, ağrılara, faciələrə məruz qalmalarına baxmayaraq, əzizlərinin qatillərini bağışlamaq mərhəmətinə, cəsarətinə malik olanların yanındayıq. Tələbimiz, mübarizəmiz bir daha soyqırımının olmaması üçündür. Biz insanlığa qarşı hər cür cinayətlərə, irqçilik, islamofobiya, ksenofobiya və ekstremist ideologiyaya qarşıyıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 243   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edildi

Mayın 8-də işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentləri aşkar edilib. xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Fakt üzrə Xocalı Rayon Prokurorluğund

09.05.2024 346
.

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin vaxtı uzadıldı

Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin 90 gün uzadılmasını nəzərdə tutan qanun imzalayıb. Bu barədə Ukrayna Ali Radasının saytında məlumat verilib. Beləliklə, ölkədə hərbi vəziyyətin yenidən uzadılması 2024-cü il mayın 14-dən qüvvəyə minəcək və avqustun 11-dək qüvvəd

09.05.2024 263
.

Qızı Nigar Camala qadağa qoydu

Müğənni Nigar Camal qızları Jasmin və Səidədən söz açıb. OLAY yazır ki, sənətçi qonaq olduğu "Günaylı gün" verilişində bildirib ki, kiçik övladı Səidə fotolarının sosial şəbəkədə paylaşılmasını sevmir. "Böyük qızım Jasminin 18, kiçik qızım Səidənin isə ilin sonunda isə 17 yaşı olacaq

09.05.2024 976
.

YAP parlament seçkilərinə hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir. "Report"un xəbərinə görə, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, parlament seçkilərini

11:30 159
.

Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Bununla bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən -a məlumat verilib. Bildirilib ki, mayın 10-da səhər saat 08:00-da

09.05.2024 328
.

Zaur Kamal TANINMAZ HALDA - FOTOlar

Teleaparıcı Zaur Kamalın maraqlı fotoları yayılıb. xəbər verir ki, məşhurun süni intellektlə fərqli obrazlarda olan görüntüləri insanların marağına səbəb olub. Həmin fotoları təqdim edirik:

09.05.2024 1294
.

Azərbaycanda iki tələbə faciəli şəkildə öldü

Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb. APA xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib. Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən "Bazar gölü"n

12:20 312
.

Ən ağıllı uşaqlar bu aylarda doğulanlardır

Alimlər bir milyondan çox uşağın məlumatlarını araşdırıb və onların nailiyyətlərini doğulduğu aylara görə sıralayıblar. Müəyyənləşib ki, uşaqların doğulduğu aydan asılı olaraq uğurlarında fərqlər var. xarici mediaya istinadla bildirir ki, tədqiqatçıların 1 milyondan çox şagirdin məlumatları nəzərə alınara

09.05.2024 1117
.

"Sevgilimin olmasını istəsəydim, ailəmi dağıdardım" - VİDEO

Müğənni Qumral "Tarixin bir günü" verilişinin qonağı olub. xəbər verir ki, o, dediyi sözlərin yalnış istiqamətə yönləndirildiyini bildirib. Sənətçi 17 ildir ailəli olduğunu və həyat yoldaşını çox sevdiyini etiraf edib. Bəziləri kimi sevgiliyə görə ailəsini dağıtmaq istəmədiyini söyləyən Qumra

09.05.2024 801