Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"

Sarvan Cəfərov: "COP29-a ev sahibliyinin aqrar və ekoloji siyasətdə mühüm rolu olacaq"Azərbaycanın bu il Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi ölkədə aqrar və ekoloji siyasətin qabaqcıl beynəlxalq təcrübəyə, texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq.

"Report " xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bu gün Yevlaxda keçirilən "İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi" mövzusunda respublika müşavirəsində bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə innovativ yanaşmaların və alətlərin istifadəsi ətraf mühitin qorunması ilə yanaşı, kənd təsərrüfatının davamlılığına, ekoloji təmiz ərzaqla təminatına, habelə kənd yerlərində rifahın artmasına töhfə verəcək.

"Həmçinin, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkə Prezidentinin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub və bu məqsədlə ölkəmizdə bir sıra beynəlxalq və yerli tədbirlərin keçirilməsinə başlanılıb. Belə tədbirlərdən biri kimi bu gün burada Kənd Təsərrüfatı Nazirliyi "Azərşəkər" MMC ilə birlikdə respublika müşavirəsi keçirir. Bu baxımdan müşavirənin gündəliyinə uyğun olaraq müasir su ehtiyatlarına qənaət edən texnologiyalardan istifadə, eləcə də karbon emissiyasının azaldılması yollarına dair ediləcək təqdimatlarla yanaşı, qabaqcıl və innovativ texnologiyalar nümayiş etdiriləcək. Təqdim edilən bir sıra texnologiyaların respublikanın müəyyən bölgələrində sınaqları keçirilib. Bu texnologiyaların geniş ərazilərdə tətbiqi məhdud resurslar şəraitində torpaq və sudan daha səmərəli istifadəyə imkan verir", - deyə nazir müavini qeyd edib.

S.Cəfərov əlavə edib ki, ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqi ilə bağlı artıq çoxsaylı təcrübələr yaranıb: "Belə ki, nazirliyin tabeliyində olan elmi-tədqiqat institutları təcrübə xarakterli, özəl şirkətlər isə kommersiya məqsədli "ağıllı istixana" və "ağıllı bağ"lar qurub, torpaq və su sensorları, "ağıllı" suvarma sistemləri, aqrodronlar, agrorobotlar, "dəqiq" əkin texnologiyaları tətbiq edilib. Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi aqrar sektor haqqında təsəvvürlərin dəyişməsinə səbəb olur və onu daha çox gəlirli, səmərəli bir sahəyə çevirir. Bu gün müasir təsərrüfatlar rəqəmsal texnologiyalarla böyük mənfəətlər əldə edirlər. Bu texnologiyalar kənd təsərrüfatı məhsul istehsalçılarına dəqiq əkinçiliyin həyata keçirilməsinə, sudan və gübrədən daha səmərəli istifadə etməyə, rəqabətqabiliyyətli məhsulun istehsalına, eləcə də ətraf ekosistemə mənfi təsirin aradan qaldırılmasına imkan verir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 177   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İranda polislər tərəfindən döyülən tanınmış yazıçı qadın insult keçirdi

İranda repressiv qüvvələr tərəfindən döyülən tanınmış yazıçı və rejissor Zəhra Şəfii insult keçirdib. Bu barədə "Azad İran" "Telegeram" kanalı insan haqları üzrə vəkil Səid Dehqana istinadla xəbər verib. Bildirilib ki, insulta səbəb müxalif fikirləri ilə tanınan yazarın 2023-cü i

20:20 95
.

Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub

Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində zəlzələ qeydə alınıb. BİG.AZ xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Bildirilib ki, ilkin məlumata görə, zəlzələ 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb

17:47 460
.

Bakıda DƏHŞƏT: kişi gecə saatlarında özünü asdı

Bakıda intihar hadisəsi olub. -ın məlumatına görə, hadisə gecə saatlarında Nəsimi rayonunda qeydə alınıb. 42 yaşlı T. Məmmədov yaşadığı evdə özünü asaraq həyatına son qoyub. Faktla bağlı araşdırma aparılır

17:00 209
.

Azərbaycanda vəfat edən tələbə bir gün əvvəl əməliyyat olunubmuş - AÇIQLAMA

"Əməliyyatdan dərhal sonra dünyasını dəyişib". Bu barədə -a Bakı Slavyan Universitetindən tələbə Sevinc Bayramovanın ölümü barədə bildirilib. Universitetdən Sevinc Bayramovanın heç bir xəstəliyi olmadığı vurğulanıb:. "Tələbənin xəstəliyi yox idi. Bir müddət əvvəl qızılcaya yoluxmuşdu

14:23 560
.

"Qaziyəm" deyib şəhəri bir-birinə qatdı, saxlanıldı - VİDEO

Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qaydaları kobud şəkildə pozan sürücü saxlanılıb. xəbər verir ki, Nizami Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları dövlət qeydiyyat nişanı olmadan müxtəlif təhlükəli manevrlər edərək əks istiqamətli yola dəfələrlə çıxan sürücünü saxlamağa müvəffə

18:50 215
.

İsrailin hava zərbələri nəticəsində Dəməşqdə SEPAH-a bağlı qruplaşmanın üzvləri öldürüldülər

Suriyanın paytaxtında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadına bağlı qruplaşmanın üzvləri öldürülüblər. Bu barədə "Azad İran" "Telegram" kanal xəbər verib. Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri İraqın "Hizbullah əl-Nücəba" yarımhərbi qruplaşmasını

22:50 0
.

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

Rusiyanın Komi Respublikasının Peçora şəhərində beşmərtəbəli bina qismən çöküb. "Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional bölməsi məlumat yayıb. Məlumata görə, binanın bir blokunun bir neçə mərtəbəsi uçub. İtkilər barədə məlumat verilmir

17:30 155
.

ICESCO: "Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir"

"Birinci vitse-prezident, birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu qarşısına nəcib hədəflər qoyub". AZƏRTAC xəbər verir ki, bu barədə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalınd

15:13 140
.

İlham Əliyev və Mehriban Əliyeva Şuşada "Xarıbülbül" Festivalının açılışında - YENİLƏNİR + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində "Xarıbülbül" VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib. 08:29. Bu gün "Xarıbülbül" Beynəlxalq Musiq

12:48 211