"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, ifaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb.

"Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mənə zəng vurmuşdular, deyəsən verilişin adı "Evə gəl" idi. Mən də yola verməkdə bir nömrəyəm. Çəkiliş olacaqdı, yatıb qalmışam. Maşın sürə-sürə makiyaj edib çatdırdım özümü. Elçin onda rəhmətlik anamı da çəkirdi. Namaz vaxtı gəldi, Elçin çəkilişi dayandırdı gedib namazını qıldı. Ay Allah oradaca o anamın gözündə ucaldı. Onda mən ona aşiq olmamışdım. Əvvəl elə bilirdim mən onu evlilik tələsinə salmışam, amma sən demə o məni salıbmış. Elçinlə çox gözəl münasibətimiz var. Biz onunla ilk dost olmuşuq. Həmin çəkilişdən sonra ona hörmətim artdı. Gözəl-göyçək qızam, mənə baxmamaq nə bilim, kişi olasan və mənə baxmayasan. O elə həyalı idi ki... Mən onun həyasını sevdim. Bir insan olaraq. Şükür Allaha ki, hələ də elədir, yoxsa onu öldürərdim. Göz-qaşı qaynayan oğlanla ailə qurmazdım.

Ailədə qərarları hər ikimiz veririk. O, çox ağıllıdır. Çox çalışıram ki, onun ağlına çatım. Elçindən səbri öyrənirəm. O, mənim kimi adama dözürsə, deməli səbrlidir. Həmişə deyirəm ki, görəsən hansı hərəkətimin mükafatıdır. Elçin də mənim üçün deyir. Amma arada Elçinə deyirəm ki, hansı günahlarımın cəzasısan. Amma zarafatla deyirəm. Elçini çox tərifləmək istəmirəm. Qorxuram, birdən nə vaxtsa məni yanıldar və o tərifi dediyimə görə peşman olaram. Elçinin xəstə olmasından çox qorxuram. Bilmirəm, bəlkə də atam xəstə olub deyə o qorxu var məndə".

Xuraman "Bir dəfə Elçin çox az maaş alır və bu, yalnız kommunal xərclərə çatır demişdin. Bu müsahibədən sonra Elçin səndən incimişdi?" sualını belə cavablayıb:

"Yalan danışaydım? Deyəydim ki, həyat yoldaşım oliqarxdır? Mən bilirdim kiminlə ailə qururam. Bilmişəm ki, o, dövlət kanalında çalışır və oradan alınan məbləğ bəllidir. Lakin o, çalışır ki, nələrsə etsin. Ancaq indi bizə görə gedib oğurluq etməli deyil ki. Əgər ruzini mənə və ya bərəkəti mənə verirsə, buna görə çox şükür edirəm. Nə mənim qazancım Elçinin, nə də onunku mənim deyil. Bu, uşaqlarımızın qazancıdır. Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram. Onun mənim qəpiyimdə belə gözü yoxdur. Hətta olub ki, demişəm, gəl sənin maşınını dəyişək. Deyib ki, mənə lazım deyil, öz qazancım var. Mən həyat yoldaşıma pul vermirəm, ya da o istəmir ki, toya getmisən, gətir bura ver. Bizim ailədə belə şey yoxdur. Lakin belə ailələr var. Bilirəm. Elçin həm də gözəl övladdır. Ailənin tək oğludur, onlara da baxır. O can atır, işləmək istəyir, amma nə etsin ki, müğənni deyil. O, həm də gözəl atadır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 525   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nigar aldığı ən bahalı hədiyyədən danışdı

"Avroviziya" qalibimiz Nigar Camal aldığı ən bahalı hədiyyədən söz açıb. OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu "Günaylı gün" verilişində danışıb. "Aldığım ən bahalı hədiyyə "Avroviziya" yarışmasında qalib gələndən sonra oldu. Dövlətimiz tərəfindən mənə və Eldar

11.05.2024 442
.

Xatirə mini ətəklə sükan arxasında GÖRÜN NƏ ETDİ... - ŞOK VİDEOSU

Müğənni Xatirə İslam paylaşımı ilə gündəmə gəlib. O, sükan arxasında çəkdirdiyi videosu birmənaı qarşılanmayıb. O, avtomobil idarə edərkən səslənən musiqini ifa edibç rəqs etməsindən daha çox geyimi gündəmə gəlib. İzləyicilər kəmər taxmadan sükan arxasında olan müğənninin yeni tərzini və geyimini qınayıblar

12.05.2024 1674
.

"Sən mənim həyatımsan, oğlum" - Foto

Müğənni-bəstəkar Murad Arif oğlu Mikayılla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, ifaçı övladının ad günü olduğunu bildirib. "Oğul payım, həyatımın bir hissəsi, 12 yaşın tamam olur. Bu 12 ilin hər saniyəsində varlığına şükür etmişik. Arzularınla, xəyallarınla yüksəl, ədalətli, mübariz v

12.05.2024 379
.

Röya toyda ofisianta ELƏ BİR ŞEY ETDİ Kİ... - Oğlan ŞOK OLDU və... + VİDEOsu

Sosial şəbəkələrdə Xalq artisti Röya Ayxanın maraqlı videosu yayılıb. Həmin görüntüləri təqdim edirik:

11.05.2024 1862
.

Qədir Qızılsəsin sağlamlıq sirri

Müğənni Qədir Qızılsəs sağlam həyat tərzi sürməsindən danışıb. Axşam.az xəbər verir ki, ifaçı illərdir yalnız evdə hazırlanan qidalar yediyini bildirib. Bu haqda Q.Qızılsəs "Qonaqcanlı" proqramında deyib. "Mağazada olan qidaları yemirəm. Kolbasa, sosiska istifadə etmərəm. Ancaq kənd məhsullar

10.05.2024 794
.

"Avroviziya"dakı münsiflərimiz onlar olub

"Avroviziya 2024"ün Azərbaycan seçimlərində münsif kürsüsündə əyləşən sənət adamlarının adları bəlli olub. Axşam.az xəbər verir ki, seçim turunda münsif kimi Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, "Avroviziya 2011" qalibi Nigar Camal, rejissor Emil Quliyev, aparıcı Könül Arifqızı

12.05.2024 469
.

Natavan oğluna ad günü etdi - Video

Müğənni Natavan Həbibi və reper Dado Əliyev oğlu Zeyd Əliyə ad günü edib. Axşam.az xəbər verir ki, evində məclis edən sənətçi görüntüləri sosial şəbəkə hesabında paylaşıb. O, oğlunun 5 yaşı olduğunu bildirib. Qeyd edək ki, Natavanla Dado 2017-ci ildə ailə qurub və bir neçə ay sonra ayrılıblar

10.05.2024 825
.

Çində günəşi daha yaxından izləyəcəklər

Çin Günəşdən gələn yüklü hissəciklərin axınını müşahidə etmək üçün nəhəng radioteleskopun tikintisini başa çatdırıb. Güclü astronomik alət texniki sınaqlardan uğurla keçib. Layihəyə Çin Elmlər Akademiyasının Milli Kosmik Tədqiqatlar Mərkəzi nəzarət edib. Obyekt Çinin şimalındakı Daxili Monqolustan Muxta

12.05.2024 261
.

"4 ilə 350 dollar qazanmışam"

"4 ildən çoxdur mən şirkətlə işləyirəm. 350 dollar pul qazanmışam. 4 il ərzində bu qədər yığılmışdı. Heç nədən bu da yaxşıdır". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Zaurla Günaydın" verilişində deyib. İfaçı yutub kanalından qazandığı puldan danışıb. Sevda dah

10:15 490