Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edibAprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Report" xəbər verir ki, Antoni Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. Dövlət katibi ABŞ-nin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.

Dövlətimizin başçısı iki ölkənin delimitasıya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlətimizin başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Telefon söhbəti zamanı COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Antoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirərək, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkəmizdə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 374   Tarix: 28 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bəzi qadınların maaşı artırıla bilər

Elmi dərəcəsi olan işləyən qadınların maaşları artırıla, onlara əlavə məzuniyyət günü verilə bilər. "Report"un əldə etdiyi məlumata görə, bu, "Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı"nda öz əksin

13.05.2024 385
.

Qazaxıstanda sabiq nazir arvadını döyərək öldürməkdə təqsirli bilinərək 24 il həbs olundu

Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmə tərəfindən həyat yoldaşı Saltanat Nukenovanın qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edilib. xəbər verir ki, bu barədə TASS məhkəmə zalından məlumat yayıb. 44 yaşlı Bişimbayev Astanadakı restoranlardan birind

13.05.2024 422
.

İnsanın cinsinə görə rənglər hansıdır? - "Uşaq vaxtından qara rəngi PİS BİLİRƏM" - VİDEO

Biz rənglər aləmində yaşayırıq. Bu rənglər gözlə göründüyündən daha dərin anlamlara sahibdir. İnsanlar 180-dək rəng tonunu görməyə və onların 10 min artıq rəng çalarlarını fərqləndirməyə qadirdir. Rənglərə isə dərin mənalar yükləyən şəxslərin sayıda az deyil. xəbər verir ki, mövzu ilə bağlı "Ap

13.05.2024 254
.

Əməkdar artist vəfat etdi

Azərbaycanın Əməkdar artisti Faiq Sadıqov xəstəxanada 76 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə onun qızı Əminə Sadıqova məlumat verib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov müalicə aldığı xəstəxanada vəfat edib. Qeyd edək ki, F.Sadıqo

13.05.2024 359
.

Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır - VİDEO

Xankəndidəki Qarabağ Universiteti yeni tədris ilinə hazırdır. xəbər verir ki, bu barədə görüntülər İTV-nin efirində yayımlanıb. Kadrlarda son tamamlanma işlərinin getdiyini görmək mümkündür. Qeyd edək ki, Qarabağ Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq. Universitetdə ilkin mərhələd

13.05.2024 222
.

Elnarə yeni ifaçıları zibil qutusuna bənzətdi

"Yaşıdlarım arasında ikinci mənim kimi ifaçı yoxdur. Deyəndə ki, Elnarə ailə qurdu, başı uşağa qarışdı, elə bil başımdan qaynar su tökürlər. Hər şeyi qarnımda uşaq etmişəm. "Qan qrupu" mahnısını oxuyanda həkimlər dedilər ki, gəzmək olmaz, uşaq tələf ola bilər. Düşünürdüm ki, uşağın y

13.05.2024 371
.

Noyabrın 1-də minimum əməkhaqqı bu qədər ARTA BİLƏR! - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır. Sənəddə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etməsi tapşırılıb. Digər tərəfdən minimu

13.05.2024 540
.

"Avroviziya 2025" hansı şəhərdə keçiriləcək?

Xəbər verdiyimiz kimi, "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub. Axşam.az-ın məlumatına görə, "Avroviziya 2025"in ölkənin hansı şəhərində keçirilməsi haqda suallar yaranıb. Müsabiqəyə ev sahibliyi etmək istəyə

13.05.2024 551
.

İsrail Rəfah şəhərini vurub

İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinə hücum edib. BİG.AZ xəbər verir ki, bu barədə türk məlumat yayıb. İsrail şəhərin mərkəzi və ətrafına bombalar yağdırıb. Rəfahın şimal-şərq məhəllələrinin bombalanması ilə bağlı da məlumat var

13.05.2024 226