İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısındaFövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib. Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın apellyasiya şikayəti veriblər. Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.

Z.Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonunadək iş otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 645   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Sumqayıt səmasında meteorit görünüb? - FOTOLAR

Sumqayıt səmasında meteoritə bənzər obyekt görünüb. Görüntüləri Sumqayıt sakinləri -a göndərib. Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib. [hh4-unikal]

20.09.2024 702
.

Vardanyan Bakıdan Paşinyana cavab verdi

Qarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan Bakı həbsxanasından Ermənistanın Baş naziri Nikol Paşinyanın onun barəsində səsləndirdiyi fikirlərə cavab verib. "Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Vardanyan Bakıda həbsxanada dindirilm

20.09.2024 346
.

ABŞ Konqresindən Azərbaycanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK

Qarabağdakı separatçı qurumun rəsmən tanınmamasına baxmayaraq, ABŞ-nin uzun illər onun qondarma hakimiyyət orqanlarının sənədlərini qanuniləşdirməsini, İrəvandakı səfirliyinin isə mövcud olmayan dövlətin nümayəndələrinə fəal şəkildə viza verməsini Azərbaycan Vətən Müharibəsindəki qələbədən və ərazi bütövlüyünü

20.09.2024 121
.

Sahibkarların övladları arasında QANLI DAVA

Sabirabad rayonunda 2004-cü il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Xəyala xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, Əli Sabirabad şəhərinin İ.İsgəndərov küçəsində yerləşən ailəsinə məxsus gündəlik tələbat malları mağazasından müxtəlif vaxtlarda nisyə mal almı

20.09.2024 219
.

Abort QADAĞAN EDİLSİN: Bəs "arzuolunmayan" insanın gələcəyinə kim məsuliyyət daşıyacaq? AÇIQLAMA

Hər bir qadın dünyaya sağlam körpə gətirmək istəyir, hətta bunu özü üçün müqəddəs missiya hesab edir. Çünki qadının, ümumiyyətlə, dişinin təbiət tərəfindən yaradılışı belədir - Ana olmaq!. Azərbaycanda qadınların çoxu bir və ya ikinci uşağı dünyaya gətirdikdən sonra növbəti arzuolunmaz hamiləliyi sün

20.09.2024 439
.

Milyonlarla manat pul, mindən çox bank kartı, 25 mənzil - Azərbaycanda ŞOK ƏMƏLİYYAT

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib

20.09.2024 489
.

Yeməkdən əvvəl su içmək həqiqətən arıqlamağa kömək edir?

Mütəxəssislər yeməkdən əvvəl bir stəkan su içməyi tövsiyə edirlər. xarici mətbuata istinadən xəbər verir ki, yeməkdən əvvəl maye içmək porsiyaya nəzarət etmədən daha az yeməyə kömək edə bilər. Aparılan tədqiqatlarda nahardan yarım saat əvvəl 500 ml su içməklə, kök insanlar 12 həftə ərzində orta hesabl

20.09.2024 256
.

Qadın dayanmadan ona zəng edən ərini TUTDURDU

Yaponiyada kişi qeyri-adi səbəblə həbs edilib. xarici mediaya istinadla bildirir ki, hadisə Amaqasaki şəhərində baş verib. 31 yaşlı qadının telefonuna qəribə zənglər gəlib. Qadın telefona cavab versə də, zəng edən danışmayıb. Zənglər anonim nömrədən gəldiyi üçün qadın onları bloklaya bilməyib. Gün ərzind

20.09.2024 216
.

"Yalı çapkını"nın çəkildiyi villa satılır - Foto

"Yalı çapkını" serialının çəkildiyi villa satışa çıxarılıb. Axşam.az xəbər verir ki, Sabancı ailəsinə məxsus olan "Sakıp Sabancı - Şevket Paşa" köşkü 1 milyard 250 milyon lirə (62 milyon 299 min 114 manat) müqabilində satışa qoyulub. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğl

20.09.2024 1387
TOP MP3