"Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır?" - Elməddin Muradlı

"Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır?" - Elməddin MuradlıAzərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir.

Nəqliyyat eksperti Elməddin Muradlı BiG.AZ-a bildirib ki, 3000 avtobusun hamısını elektrikli mühərrrikə çevirmək risklidir. Çünki gələcəkdə elektrikli avtomobillərin batareyalarının utilizasiyası ətraf mühitə zərər verəcək. Bir elektrikli avtobusun qiymətinə 3 dizel mühərrikli avtobus almaq mümkündür.Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır? Yəni bu avtobusdan asılı olan məsələ deyil. Bu o deməkdir ki, bizim dizelimiz, yanacağımız pisdir:

"Elektrikli avtobuslar ətraf mühitin qorunması üçün əlverişli mexanizmdir. Ümumiyyətlə dünyada elektrikli nəqliyyat vasitələrinə maraq böyükdür. Bunun üstünlükləri yalnız ətraf mühitin qorunması ilə bağlıdır. Zəhərli qaz ixrac etmir, səs-küy yoxdur. Bunun digər tərəfləri də var. Tutaq ki, elektrik avtobus almışıq, gün ərzində 400 km yol qət edir və bu yolun qət edilməsi qışda bir qədər aşağı olur 300 km və daha az olur. Bir neçə il sonra bu kilometrlər get-gedə azalır. Avtobusun akkumulyatorunun dəyişdirilməsi kifayət qədər bahadır. Çünki bir neçə akkumulyatordan ibarətdir. Gələcəkdə ciddi problem kimi ortaya çıxıb ki, elektrikli avtomobillərin batareyalarının utilizasiyası ətraf mühitə zərər verəcək. Bu məsələ ilə bağlı düşüncələr çox fərqlidir. Biz də təklif edirik ki, bu məsələlərə fərqli aspektdən baxaq. Elektrik avtobusu ediriksə, bu, hər şeyi həll edəcək demək deyil. Bunun sonrakı fəsadları var. Bu gün bir elektrik avtobus axşama kimi 20 reys gedə bilirsə, 3 il sonra 15 reysə düşəcək. Deməli interval pozulacaq və həmin xəttə əlavə bir avtobus da buraxmaq lazım olacaq. Nəzərə almaq lazımdır ki, bu avtobusların özünün də istismar müddəti var. Sonra istismara yaramır. Onlarla davranmaq üçün ustalar, servis xidməti olmalıdır. Bir çox məsələlər var ki, həssas yanaşmaq lazımdır. Normalda qiyməti 500 000-800 000 arasıdır, 1 milyona qədər vəsait çıxır. Amma dizel mühərrikli avtobus 250 000 - 300 000 manat olur. Bir elektrikli avtobusun qiymətinə 3 dizel mühərrikli avtobus almaq mümkündür. Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır? Yəni bu avtobusdan asılı olan məsələ deyil. Bu o deməkdir ki, bizim dizelimiz, yanacağımız pisdir. Bunun ətraf mühitə zərəri çox deyil. Bəlkə də hesablasaq, elektrikli avtobusların zərəri gələcəkdə daha çox ola bilər. Ona görə də 3000 avtobusun hamısını elektrikli mühərrrikə çevirmək risklidir. Müəyyən dövr üçün bunun yaxşı tərəflərini görəcəyik, amma sonra arxa planda nə baş verəcəyi sual altındadır. Bu məsələni də indidən düşünməliyik".

Şəbnəm Lətifi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 551   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş bir qəpiklik metal pul nişanları tədavülə buraxılıb. xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, tədavülə buraxılan yenilənmiş bir qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət gerbi, eləcə də pul nişanını

20.05.2024 398
.

Mərkəzi Bankda yeni TƏYİNAT

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub. xəbər verir ki, Məhəmməd Məhərrəmli Mərkəzi Bankın Risklərin İdarə Edilməsi Departamentinin direktoru təyin olunub. Qeyd edək ki, Məhəmməd Məhərrəmli 2008-2012-ci illərdə bakalavr təhsilini maliyyə ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini

20.05.2024 337
.

Rəisi mayın 21-də Təbrizdə dəfn ediləcək

İranın helikopter qəzasında həlak olmuş prezidenti Rəisi və digər rəsmi şəxslərlə vida mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək. xəbər verir ki, bu məlumatı Mehr agentliyi yayıb. Rəisinin Təbriz şəhərində dəfn ediləcəyi bildirilir

20.05.2024 818
.

Ölən uşağın ailəsi bağışlamadı - 5 il həbs cəzası verildi

Ötən ilin iyul ayında Abşeron rayonunda "Toyota Prius" markalı avtomobillə 10 yaşlı velosipedçini vurub öldürən sürücü İlqar İmanova hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə İ.İmanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirl

20.05.2024 583
.

"Sağlam paketlərdə satılan dondurmalara diqqət yetirmək çox vacibdir" - Qida eksperti

Dondurma mövsümü artıq gəlmiş sayılır. Bəs keyfiyyətli dondurmanı necə seçə bilərik?. Mövzu ilə bağlı -a danışan Fərid Səfərov bildirib ki, sağlamlıq şərtlərinə uyğun mühitlərdə istehsal edilən, lazım olduqda qorunan və sağlam paketlərdə satılan dondurmalara diqqət yetirmək çox vacibdir:. "Dondurm

20.05.2024 272
.

"Onu 40 il gözləmişəm"

"Oğlumla atasının arasında elə sevgi var ki, onları ayırmaq günahdır. Hər bir valideynin də, övladın da haqqı var o hissləri yaşasın. Mən də ata tərəfdən o hissi doyunca yaşamamışam. Həmin hisslərin sonradan verdiyi travmanı, zərbəni yaşamışam. Ona görə də Zeydin ata ilə münasibətinə başqa cür yanaşıram

20.05.2024 1016
.

Ermənistan prezidenti İran hökumətinə və xalqına başsağlığı verib

Ermənistan Prezidenti Vahaqn Xaçaturyan İran İslam Respublikası Prezidentinin və onu müşayiət edən heyətin həyatına son qoyan helikopter qəzası ilə əlaqədar İran hökumətinə və xalqına başsağlığı verib. xəbər verir ki, bu barədə erməni mətbuatı bildirib. "İran İslam Respublikasının prezidenti Seyi

20.05.2024 242
.

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, 2006-cı ildə doğulmu

20.05.2024 485
.

Rəisinin ölümü Xameneinin oğluna yol açdı

Prezident İbrahim Rəisinin helikopter qəzasında həlak olması İranın ali dini lideri ayətullah Seyid Əli Xameneinin oğlunu atasının əsas mümkün varisi edir. Məlumata görə, Rəisinin ölkə rəhbərliyinə sədaqəti son illərdə onun ali dini lider kimi Xameneini əvəz edə biləcəyi ilə bağlı fərziyyələrə səbə

20.05.2024 781