"Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir"

"Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir""Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir. Daha doğrusu, hər kəs bir daha şahid oldu ki, regionda sülh və təhlükəsizlik sferaları başda olmaqla, gündəlik Azərbaycan tərəfindən diktə olunur. Məlumdur ki, Azərbaycan və Ermənistan arasında müvafiq razılaşmanın imzalanmasının ardınca ABŞ sükuta üstünlük verir və məsələyə münasibət bildirməməyə çalışırdı. Lakin Blinkenin zəngi göstərir ki, Vaşinqton nəinki artıq proseslərin Prezident İlham Əliyevin müəyyən etdiyi formatı ilə barışmalı olub, üstəlik ABŞ Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılmasına dəstək göstərməyə də hazırdır".

Bu sözləri BiG.AZ-A deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Azərbaycanın regionda dayanıqlı sülh naminə istənilən sağlam təklif üçün açıqdır.

"Hətta aprelin 26-da Almaniya Kansleri ilə birgə mətbuat konfransında Azərbaycan Prezidenti bildirmişdi ki, "Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq". Lakin "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda Prezident məsələyə daha detallı aydınlıq gətirərək qeyd etmişdi ki, "Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik. Azərbaycan insan hüquqları sahəsində öhdəliklərinə sadiqdir və ölkəmizdə demokratik islahatlar davam etdirilməkdədir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 304   Tarix: 30 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib

Rusiya prezidenti Vladimir Putin yeni müddətinin ilk xarici səfəri üçün Çinə gedib. xəbər verir ki, Rusiya lideri Putinin təyyarəsi səhər tezdən Pekin hava limanına enib. Putinin səfəri beynəlxalq və regional gərginliyin artdığı bir vaxta təsadüf edir. Vladimir Putin Pekindəki təmaslarından sonra Çini

16.05.2024 275
.

Ərdoğan bu generalları əfv etdi

Türkiyədə 1997-ci ildə baş verən postmodern çevrilişdə ("28 Fevral prosesi") iştirak etməkdə təqsirli bilinərək həbs edilən yüksəkvəzifəli 14 nəfər əfv edilib. "Qafqazinfo" "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı qəra

10:23 288
.

Belarus Prezidenti Aleksandr Lukaşenko Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkon

11:25 271
.

Qəzzada ölənlərin sayı 35303 nəfərə çatıb

İsrailin 224 gündür hücumlarını davam etdirdiyi Qəzzada hücumları davam edir. BİG.AZ xəbər verir ki, hücumlar nəticəsində ölənlərin sayı 35 303 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif yerlərində həyata keçirdiyi hücumlarda 4 qətlia

11:01 104
.

Azərbaycanda pedofillərə cəza müddəti nə qədərdir?

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında uşaqlara qarşı cinsi istismar törədənlər (pedofiliya) məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən dörd ildən səkkiz ilədək müddətə azadlıqda

12:21 387
.

İsrail 8755 fələstinlini əsir götürüb

Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən əsir alınan fələstinlilərin sayı 8755-ə çatıb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Edilən Heyət tərəfində

16.05.2024 267
.

ABŞ-ın Texas ştatında qasırğa nəticəsində 4 nəfər ölüb

ABŞ-ın Texas ştatında güclü yağışlar və fırtınalar gündəlik həyatı iflic edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb. Bu barədə ABŞ mediası məlumat yayıb. Məlumata görə, Hyuston ştatında hündürmərtəbəli binaların pəncərələrinin qırılması, ağacların qırılması və elektrik ötürücü xətləri

13:25 36
.

Bakıda "Çingene Kızı Zeugma" filminin Qala gecəsi baş tutub - VİDEO

"Gənclik" TM-də yerləşən "CineMastercard" premium kinoteatrında "Çingene Kızı Zeugma" Türk komediyasının Qala gecəsi baş tutub. xəbər verir ki, tədbirdə filmin prodüseri İbrahim Akbaba, rejissoru Kamil Çetin və rolları canlandıran aktyorlar İnan Ulaş Torun, Aysel Nazim

12:55 249
.

İlqarə Kazımovadan anası ilə bağlı paylaşım - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova sosial şəbəkədə paylaşım edib. xəbər verir ki, o anası Aygün Kazımovanın yeni fotosunu izləyiciləri ilə bölüşüb. Şəkil Pop divanın "Maşallah" adlı mahnıya çəkilən klipi zamanı lentə alınıb. Xatırladaq ki, Aygün Kazımova ekran işini Genco Ecerl

15:58 395