Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur.

Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. Ona görə də istixanalar artıq yanacaqdan istifadə etmir, təbii günəş enerjisindən faydalanır. Bu da həm məhsulun maya dəyərini aşağı salır, həm də məhsul bolluğu yaradır. Ona görə də yaxın günlərdə xiyar, pomidor və çiyələyin qiyməti xeyli aşağı düşəcək".

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, açıq sahədə yetişdirilən xiyar, pomidor və çiyələk də yaxın günlərdə bar verməyə başlayacaq:

"Bu da bazarda təklifin artmasına şərait yardacaq. Amma bu mərhələyə çatmağımız üçün ən azı 15-20 gün zaman tələb olunur. Yəqin ki, mayın ikinci yarısında növbəti qiymət enişinə şahidlik edəcəyik. O zaman biz bazarlarda kiloqramı 1 manata qədər olan xiyar, 1-1,5 manata olan pomidor və çiyələk görəcəyik".

Akif Nəsirli bazara faraş kartofun da çıxdığını qeyd edib:

"Yaxın günlərdə Cəlilabad və digər rayonların fermerləri cari ilin kartofunu kütləvi şəkildə bazara çıxaracaqlar. Bundan əlavə, yeni soğan da artıq piştaxtalara yol tapır. Təsadüfi deyil ki, bəzi bazarlarda soğanın kiloqramı 30 qəpiyədək ucuzlaşıb. Kartof da yaxın günlərdə daha ucuz qiymətə təklif olunacaq.

Bundan əlavə göyərtinin qiymətində eniş olacaq. Dəsti 20-25 qəpiyə satılan göyərti ən azı 2 dəfə ucuzlaşacaq. Bu ucuzlaşma əsasən yay aylarına qədər davam edəcək. Çünki isti havalarda göyərti becərmək kifayət qədər çətin olur".

Həmsöhbətimiz bu ilin fevral-mart aylarında havaların əlverişli keçməsini meyvə bolluğuna gözəl zəmin kimi dəyərləndirib:

"Ona görə də bu il biz daha ucuz qiymətə meyvə görəcəyik. Ola bilsin ki, ərik bir qədər baha olsun. Ancaq digər mövsümi meyvələr bol və ötən illə müqayisədə xeyli ucuz olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1306   Tarix: 01 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Rəisinin ölümü xüsusi xidmət orqanlarının fəaliyyətində ciddi qüsurların olmasından irəli gəlir" - Politoloq

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər dövlət nümayəndələri helikopter qəzasında həlak olublar. Politoloq Elşən Manafov -a bildirib ki, helikopterin İsrail və ya ABŞ tərəfindən vurulması ehtimal edilə bilər. Ortalıqda isə hələlik ciddi dəlil və sübutlar yoxdur:

20.05.2024 875
.

İran prezidenti və həlak olan digər rəsmi şəxslərin cənazəsi Təbrizdən Tehrana gətirildi

Mayın 19-da helikopter qəzasında həlak olan İran prezidenti və digər həlak olan hökumət rəsmilərinin cənazələri Təbrizdən İranın paytaxtı Tehran şəhərinə göndərilib. Cənazələr Mehrabad hava limanında rəsmi şəxslərin və hərbçilərin müşayiəti ilə Tehranın İmam Xomeyni ibadət məkanına aparılıb

15:41 158
.

Ərdoğan "Avroviziya"nı "biabırçılıq" adlandırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Avroviziya" beynəlxalq mahnı müsabiqəsi ilə bağlı açıqlama verib. Axşam.az-ın məlumatına görə, Ərdoğan müsabiqəni tənqid edib və 12 ildir ölkənin yarışmaya qatılmamasını uğurlu siyasət adlandırıb:. "Beynəlxalq yarışmalarda hərəkətləri, geyimləri

11:34 461
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə məlumat yayıb. Bildirilib ki, telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğa

20.05.2024 385
.

İran prezidentini daşıyan helikopterin qəza səbəbi AÇIQLANDI

İran prezidenti İbrahim Rəisinin olduğu helikopterlə bağlı qəza texniki nasazlıq səbəbindən baş verib. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Agentlik helikopterlə bağlı problemlərin mahiyyətini dəqiqləşdirməyib

20.05.2024 1551
.

BMT-nin iclasında Rəisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - FOTO

BMT Təhlükəsizlik Şurasının iclası təyyarə qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. xəbər verir ki, bu barədə BMT-nin xəbər xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "BMT Təhlükəsizlik Şurasının üzvlər

20.05.2024 272
.

Aygün Kazımova kimdir? – Həyatında olan insanlar və saxladığı sirlər

Yəqin ki, Azərbaycan estrada sənətində Aygün Kazımovanın rolunu başqa heç kim oynaya bilməzdi. O, öz cəsarəti ilə yeni bir yol açdı və arxasınca gələnlər də ulduz oldular, lakin heç kim 36 illik sənət yolunda onun şöhrətinə kölgə sala bilmir. "Bioqrafiya" rubrikasında şou-biznesin sərhədlərin

16:37 0
.

Ekvadorda 5,2 bal gücündə zəlzələ olub

Ekvadorun Cənubi Amerika ölkəsində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5.2 bal gücündə baş verib. Bu barədə ABŞ-ın Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələnin episentri El Oro ştatının Pinas şəhərindədir. Zəlzələ yerin 88 kilometr dərinliyində qeydə alınıb. Xatırladaq ki, Ekvadorda 2016-c

11:13 88
.

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş bir qəpiklik metal pul nişanları tədavülə buraxılıb. xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bildirilib ki, tədavülə buraxılan yenilənmiş bir qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət gerbi, eləcə də pul nişanını

20.05.2024 428