Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMA

Əmlak bazarında "tilov effekti" - ARAŞDIRMAYanvar ayından etibarən daşınmaz əmlak bazarında yeni qaydaların tətbiqinə başlanılıb. Əmlak ekspertləri və alqı-satqı edənlərin sözlərinə görə, 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən yazılı bəyannamə tələb olunur. Yəni daşınmaz əmlak alan şəxs ödədiyi vəsaitin mənbəyini göstərməlidir. Maraqlıdır, bu qaydalar daşınmaz əmlak bazarına necə təsir edib?

"Kaspi" qəzetinin mövzu ilə bağlıq məqaləsini təqdim edirik:

Məntiqsiz qiymət artımı

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, bazarla bağlı istənilən dəyişiklik təsirsiz ötüşmür. Sədrin sözlərinə görə, hazırda daşınmaz əmlak bazarından təklif olunan qiymətlər çox yüksəkdir və bu, hər ay artan templə davam edir: "Hazırda bazarda alqı-satqı faktları o qədər də çox deyil. Buna baxmayaraq, öz əmlakını satmaq istəyən vətəndaşlar mövcud iqtisadi durumu, əmlak qiymətlərində baş verə biləcək dəyişiklikləri nəzərə alaraq, əmlaklarını yüksək qiymətlərlə təklif etməkdən çəkinmirlər. Məlumdur ki, qiymət artımı hər hansı iqtisadi prosesin nəticəsi olur. Lakin son vaxtlar bu sahədə xaotiklik müşahidə edilir. Məsələn, bazarın müəyyən bir hissəsində qiymətlər çox yüksək həddədir, digər rayonda qiymət stabilliyi var. Eyni zamanda, bəzi qiymət artımlarını da məntiqi baxımdan izah etməkdə çətinlik çəkirik".

Digər mənzil sahibləri də qiymətə baxır və...

Mütəxəssis vurğulayır ki, mənzil bazarında "tilov effekti" hökm sürür: "Bazarda mövcud qiymətlərdən uzaq təkliflərə də rast gəlirik. Yəni bəzi mənzil sahibləri əmlakçıların vədlərinə inanaraq öz əmlaklarını daha yüksək, real olmayan qiymətə təklif edilər. Digər təklif edənlər də qiymətə baxır, düşünür ki, mən niyə ucuz qiymətə satmalıyam. Bu tendensiya belə davam edir. Mən buna "tilov" effekti deyirəm. Yəni bir şəxs bazar üçün əsas yaradır və qiymətlər süni şəkildə qalxır. Təbii ki, bahalaşmanın tək səbəbi bunlar deyil. Amma "tilov effekti" də xüsusi rol oynayır".

Gəlirləri açıqlamaqdan niyə qorxmalıyıq?
Vətəndaşların ev alarkən gəlirlərini bəyan etmək məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, bu, ölkənin təhlükəsizliyi ilə bağlı məsələdir və tətbiqi də vacibdir: "Bu, hər bir Azərbaycan vətəndaşı və dövlət üçün çox önəmlidir. Ölkədə əmlak alqı-satqısı üzərindən müxtəlif layihələr gerçəkləşdirilə bilər ki, bu, ölkənin milli maraqlarına uyğun deyil. Təbii ki, ölkənin təhlükəsizliyi üçün müəyyən tədbirlərin görülməsi vacibdir. Bu, həm də sivil dünyanın tələbidir. Hər bir vətəndaş öz gəlir mənbələrini istənilən vaxt açıqlamağa hazır olmalıdır. İnsanlar qazandıqları gəlirləri açıqlamaqdan niyə qorxmalıdırlar?".

Vətəndaşların alqı-satqı zamanı incidilməsi məsələsinə gəldikdə isə, V.Oruc deyir ki, qeyd edildiyi kimi, burada vətəndaşların incidilməsi, sorğuya çəkilməsi prosesi baş vermir: "Sadəcə, vətəndaşlarla gəlirlərinin haradan gəldiyi ilə bağlı sorğular aparılır və bununla da kifayətlənirlər. Kimsə bu hala görə daşınmaz əmlakın alqı-satqısından imtina etmir, planını dəyişmir. Bu, sadəcə qoruyucu tədbirdir və Azərbaycanın dövlət maraqlarına cavab verən addımdır".

Bazarda çaşqınlıq yaradan qərar

Əmlak eksperti Mülkədar Rüstəmov isə deyir ki, yanvardan tətbiq olunan bu qaydalar bazarda kifayət qədər çaşqınlıq yaradıb: "Müştərilərim də bununla bağlı problem yaşadı. Əvvəlki qaydalarda mənzil satılan zaman vergi tutulurdu. Əgər bir vətəndaş üç il ərzində satdığı ünvanda qeydiyyatda olubsa, o, vergidən azad olunurdu. Əks halda 100 kvadratmetrlik mənzili olan vətəndaş 70 kvadratmetrin vergisini ödəyir, 30 kvadratmetrini isə dövlət güzəşt edirdi. Bu, artıq oturuşmuş bir qayda idi və narazılıq yox idi. Amma 2024-cü ilin yanvar ayından tətbiq olunan bəyannamə məsələsi ciddi narazılıq yaratdı".

Əmlakçı vurğulayır ki, evini satıb ev alanlar müqavilə sənədi ilə gəlirini rahat göstərə bilirlər, lakin xaricdə yaşayan iş adamları ilə bağlı çaşqınlıq yaranır: "Əsasən, biznes fəaliyyəti ilə məşğul olanlar bu pulun mənbəyini göstərməkdə çətinlik çəkirdilər. Xüsusilə, qonşu Rusiya, Türkiyədə hər hansısa bizneslə məşğul olub, gəlirini burada yatırım etmək istəyən insanlarda çaşqınlıq yarandı. Nəticədə bu qərar bir çox alqı-satqı prosesini ləngitdi. Bəzi insanlar gəlirlərini bəyan etməkdən narahat olurdular. Xüsusilə, yanvar ayında mənzil bazarında ciddi səngimə oldu. Bunun hələ tövsiyə xarakterli olduğu deyilir. Ciddi şəkildə tətbiqi əmlak bazarına böyük zərbə vura bilər. Çünki hazırda ciddi bahalaşma var və alıcılar onsuz da küskündürlər. İnsanlar gəlirlərinə görə əmlak ala bilmir, ipoteka məbləğləri real deyil. Hazırda əmlak bazarında durğunluq var. Mənzil alanların əksəriyyəti öz mənzilini satıb başqa mənzil alanlardır, ya da çox imkanlı insanlardır. Aşağı və orta təbəqə incikdir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 321   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201