Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏY

Gürcü ekspert: Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir - RƏYGürcüstan hazırda müstəqilliyini qorumaq üçün mübarizə aparır. "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Azərbaycan nümunəsi isə tək Gürcüstan yox, bütün dünya üçün örnəkdir. Azərbaycan öz milli maraqlarını hər şeydən üstün tutur.

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında siyasi şərhçi Vaso Kapanadze deyib.

O, qeyd edib ki, hər bir ölkə milli maraqları üzərindən inkişaf etməlidir: "Gürcüstan höküməti çətin dövrdən keçir. Çünki, hazırkı vəziyyətdə istər Qərb, istərsə də ABŞ-nin təzyiqlərinə tab gətirib, qanun layihəsini qəbul etmək olduqca çətin məsələdir.

Təbii ki, onlar Gürcüstanın gələcəyi və inkişafı naminə, milli maraqlarımız üçün bunu etməlidir: "Ya öz siyasi kursları ilə milli maraqları qorumağa davam edəcəklər, ya da xarici qüvvələrin oyuncağı olacaqlar. Buna nümunə olaraq Ukraynanı misal gətirə bilərik. "Maydan" hadisələrini yada salaq. Bundan sonra da Ukraynada olanları bilirik. Ölkəni müharibəyə çəkdilər və Ukraynanı demək olar, məhv etdilər.

Gürcüstan xalqı isə bu təxribatları başa düşür. Xalq və hökumət burada ikinci cəbhənin açılmasına imkan verməyəcək. Gürcü xalqı destruktiv qüvvələrin məkrli planlarını həyata keçirməsinə şərait yaratmayacaq".

V.Kapanadzenin sözlərinə görə, hazırda Qərb və ABŞ-nin beyin mərkəzləri Gürcüstanda çevriliş niyyətindədir. Hökumət bunu çox yaxşı başa düşür: "Tarixdə iki dəfə bu səhvi buraxmışıq. Sonuncu dəfə 2003-cü ildə "Qızılgül inqilabı"nda Qərb və ABŞ Mixeil Saakaşviliyə vədlər verərək hakimiyyətə gətirdi. Sonra vədləri yerinə yetirmədi və ondan, eləcə də gürcü xalqından istifadə etdi. Torpaqlarımızı itirdik, insanlarımız müharibədə həlak oldular.

Bu dəfə buna imkan verməyəcəyik, milli maraqlarımızı qoruyacağıq. Bu qanun qəbul ediləcək və hər şey qanun çərçivəsində olacaq".

V.Kapanadze qeyd edib ki, Gürcüstanda siyasi oyunlar gedir: "Ölkədə ciddi siyasi oyunların şahidi oluruq. Təbii ki, indi baş verənlər qarşıdakı parlament seçkiləri üçün planlanmış məsələlərdir. Ona görə də, oktyabra qədər çətin dövrdən keçəcəyik. Gürcüstanda baş verən proseslər təbii ki, təkcə bizi yox, regionu da maraqlandırır. Çünki, Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh rolunu oynayan ölkələrdəndir. Mühim strateji nöqtədə yerləşir. Şərqlə Qərbi birləşdirən məkandır. Təbii ki, Qərb və ABŞ burada böyük planlar qurur. Amma bütün bunlara baxmayaraq, təkcə Gürcüstanın yox, regionun inkişafı üçün əlimizdən gələni edəcəyik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 252   Tarix: 04 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gəncin ölümünə səbəb olan qazi sərxoş imiş - Hökm oxundu

Ötən ilin 16 oktyabrında Bakının Buzovna qəsəbəsində ağır qəza törədən 1995-ci il təvəllüdlü Əlisurət Rzayevin məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Ə.Rzayevə hökm oxunub. Bildirilib ki, Ə.Rzayev həmin gün saat 00:30 radələrind

17.05.2024 515
.

Azərbaycanda pedofillərə cəza müddəti nə qədərdir?

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında uşaqlara qarşı cinsi istismar törədənlər (pedofiliya) məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əsasən pedofillər dörd ildən səkkiz ilədək müddət

17.05.2024 727
.

Şahdağa qar yağıb

Bu gün saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, dağlı

12:32 73
.

İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublar

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar. Bununla bağlı məlumat yayıb

17.05.2024 381
.

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Bu gün Daxili İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın iclası keçirilib və iclasda Mətanət Əsgərqızı (Mətanət Cəfərova) İctimai Şuranın Etik Davranış Kodeksini kobud şəkildə pozduğuna görə, Şura üzvlüyündən çıxarılıb. -ın əldə etdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, M.Əsgərqız

17.05.2024 494
.

Kanadada meşə yanğınlarında 6600 nəfər üçün evakuasiya olundu

Kanadanın Qərbi Kanada bölgəsində zərər verən meşə yanğınları olub. BİG.az xəbər verir ki, hadisə səbəbindən 6600 nəfər üçün evakuasiya edilib. Vud Buffalo Regional Şurası tərəfindən "yerli fövqəladə vəziyyət" elan edilib. Alberta ştatının Vud-Buffalo şəhərində Fort-MakMurrayın bir neçə məhəlləsind

17.05.2024 160
.

Bakının mərkəzi küçəsində qanunsuzluq: Səki zəbt olunub, baryerlər çıxarılıb - FOTO/VİDEO

Bakının mərkəzində, Mirzəağa Əliyev küçəsində yerləşən restoranın qarşısı avtomobillər tərəfindən zəbt olunub. -ın məlumatına görə, mərkəzi küçədə dayanma-durmanı qadağan edən nişanın olmasına baxmayaraq, həmin ərazidəki səkidən parklanma yeri kimi istifadə olunur. Buradakı qiyməti isə ərazidəki "parkovşik"

17.05.2024 360
.

Sabah da yağış yağacaq?

Mayın 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Mülayi

17.05.2024 395
.

Özünü asan qız son anda xilas edildi

Bakıda gənc qız intihara cəhd edib. "Qafqazinfo" xəbər verir ki, dünən saat 13 radələrində Səbail rayonu Fikrət Əmirov küçəsi 1 ünvanındakı binanın (Hökumət evinin arxası) pilləkən qəfəsində gənc qız özünü asıb. Oradan keçən şəxslər qızın asılı halda qaldığını görüblər. Ərazidə xidmət apara

12:44 100