Bakıda kişi sevgilisinə "mənim olmalısan" deyib qanını tökdü
Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən "Sahil bağı" parkında "yox" cavabı aldığı üçün sevdiyi qızı bıçaqlayan şəxsə hökm oxunub.
"Qaynarinfo"nun məlumatına görə, 1997-ci ildə Şəki şəhərində anadan olmuş Sadıq Hüseynovun (soyad şərti) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmə iclasında məlum olub ki, Sadıq 2017-ci ildən Şəki şəhərində Aytənlə (şərti ad) dostluq münasibətləri olub. 2021-ci ildə Aytən Azərbaycan Universitetinin Filologiya fakültəsinə daxil olduqdan sonra təhsil almaq üçün Bakı şəhərinə gəlib. Sadıq da Bakıda işləyib və mütəmadi onunla əlaqə saxlayıb, daha sonra evlənmək təklifini edib. Amma qız təklifə "yox" cavabı verib. Aytən Sadıqdan ona zəng etməməsini və axtarmamasını xahiş edib. Lakin oğlan ondan əl çəkməyib.
2023-cü ilin iyun ayında Şəki şəhərində olarkən Sadıq sosial şəbəkə vasitəsilə onunla əlaqə saxlayaraq, hədə-qorxu gəlib və qızın şəkillərini paylaşıb. Aytən Şəki şəhər Polis Şöbəsinə şikayət edib və bununla əlaqədar araşdırma aparılıb. Lakin Sadıq ondan əl çəkməyərək, mütəmadi qızla müxtəlif vasitələrlə əlaqə saxlayaraq onunla ailə həyatı qurmasa, onu öldürəcəyini deyib. Aytən 13 sentyabr 2023-cü il tarixdə Şəki şəhərindən Bakıya qayıdıb. 15 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində rəfiqəsi Aytacla birlikdə universitetdən çıxıb, metronun Sahil stansiyasına gedib. Onlar Nizami küçəsində sərgidə iştirak ediblər. Saat təxminən 14:15 radələrində rəfiqəsi Aytac metroya tərəf gedib, Aytən isə Sahil bağında skamyada oturub. Bundan bir neçə dəqiqə sonra Sadıq ona yaxınlaşıb, danışmağa başlayıb, "səni yaşamağa qoymayacağam, əl çəkməyəcəyəm, sən mənim olmalısan, əks təqdirdə səni öldürəcəyəm" deyib. Daha sonra Sadıq Aytənin kürəyindən, qolundan, belindən, boynundan və üzündən bıçaqla vurub.
Məhkəmənin qərarı ilə Sadıq Hüseynov Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 2 il müddətinə azadlıqdan məhrum edilib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 731 Tarix: 08 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşGəncədə velosiped oğruları saxlanıldı
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər ərazisində bir neçə vətəndaşa məxsus velosipedi oğurlamaqda şübhəli bilinən 2007-ci il təvəllüdü K.Qasımov və həmyaşıdı C.Zülfüqarov saxlanılıb. xəbər verir ki, araşdırmalar zamanı K.Qasımovun daha bir cinayə
18:10 135 Dünyanın ən yaşlı monarxı xəstələnib
Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz Əl Səud qızdırma və oynaq ağrıları səbəbindən tibbi müayinədən keçəcək. Bu barədə monarxın ofisinə istinadən məlumat yayılıb. Məlumata görə, prosedurlar Ciddədəki sarayda ixtisaslaşmış klinikada aparılacaq. Qeyd edək ki, 2022-ci ilin sentyabrında Böyü
21:10 82 Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi
İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. "Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında yazıb. "Türkiyə Cümhuriyyəti olaraq hadisəni yaxından
22:34 0 Polşa Rusiya və Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar xərcləyəcək
Polşa Rusiya və Belarusla sərhədlərinin təhlükəsizliyinə təxminən 2,5 milyard dollar sərmayə qoyacaq. "Report" xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bəyan edib. "Təhlükəsizliyimizə və hər şeydən əvvəl şərq sərhədimizin təhlükəsizliyinə təxminən 10 milyard zlot (2,5 milyar
15:00 130 İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
Fəxr edirəm ki, missiyamın son günündə ölkənin ən böyük sərhəd layihəsi istifadəyə verilib. "Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi sosial şəbəkədə yazıb. "Fəxr edirəm ki, missiyamın son günü ölkənin ən böyük sərhəd layihəsi və su diplomatiyasında uğurl
19:10 151 Rusiyada 40-dan çox ev və tikililər yanıb
Saxalinin Poronaysky şəhər rayonunun Vostok kəndində 40-dan çox bağ evi və yardımçı tikililər yanıb. Bu barədə Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yanğın 2,1 min kvadratmetr ərazini əhatə edib və səhər saatlarında söndürülüb. Nazirliyin mətbuat xidmətində
15:50 176 Dövlət başçısı: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir
Bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. "Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qı
14:12 160 İranda 250-dən çox satanist həbs edilib
İranda 250-dən çox satanist həbs edilib. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. IRNA-nın xəbərinə görə, FƏRACA (İran hökumətinin Hüquq-Mühafizə Qüvvələrinin Komandanlığı) polisi Tehran əyalətinin Şəhriyar qəsəbəsində satanist şəbəkə üzvlərinin həbs olunduğunu açıqlayıb
17:30 169 Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ
Türkiyənin Aksaray şəhərində M. Musa sevgilisi K. Ümmühan ilə evinə əşyalarını götürmək üçün getdiyi zaman həyat yoldaşı ilə mübahisə edib. Türkiyə mediasına istinadən xəbər verir ki, ərinin sevgilisi ilə evə gəldiyini görən qadın eyni məhəllədə yaşayan qardaşlarını çağırıb. Hadisə nəticəsində M. Mus
15:10 319