DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyik

DİM sədri: Kütləvi imtahanları da elektron formata keçirəcəyikDövlət İmtahan Mərkəzinin (DİM) yeni istifadəyə verilən elektron imtahanlar korpusunda hər gün iki növbə olmaqla təqribən 1700 nəfər qiymətləndirmə prosesinə cəlb oluna bilər.

BiG.AZ report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu günə qədər mərkəzin keçirdiyi 45 növ imtahanın 21-i elektron formada olub: "Elektron imtahanlarda isə keçən il 7000 nəfər iştirak edib. Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək. Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanların hamısı bundan sonra elektronlaşdırılacaq".

DİM sədri bildirib ki, işə qəbul imtahanları da elektronlaşdırılacaq: "Bu il üçün ilkin mərhələdə kontingenti 2000 nəfərdən az olan bütün imtahanlar bu binada keçiriləcək. Gələn ilin imtahan cədvəli barədə artıq düşünülür. Hesab edirəm ki, bir il ərzində bütün imtahanlar, hansı ki kontingent sayı 10 mindən azdır, həmin imtahanların hamısı burada keçiriləcək".

"Təkcə regional bölmələrlə yox, müxtəlif ali məktəblər, tədris mərkəzləri ilə əlaqə yaradacağıq və çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək. Bu həftədən imtahanlar başlayacaq. Yüksəliş müsabiqəsinin onlayn sessiyası mayın 13-dən etibarən burada 5 gün ərzində baş tutacaq", - M.Abbaszadə əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 526   Tarix: 08 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyadakı Slavyansk neftayırma zavodu dronların hücumundan sonra fəaliyyətini dayandırıb

Rusiyanın Krasnodar diyarında yerləşən Slavyansk Neftayırma Zavodu ("Slavyansk EKO" MMC) ötən gecəki dron hücumundan sonra fəaliyyətini dayandırıb. "Report" xəbər verir ki, bu barədə "Slavyansk EKO" şirkətlər qrupunun kompleks təhlükəsizlik üzrə direktoru Eduard Trudne

17:40 157
.

İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib

İsrail hərbçiləri Fələstinin cənub-şərqindəki Rəfah şəhərində davam edən əməliyyat zamanı 50-yə yaxın terrorçunu məhv edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İDF-nin 401-ci diviziyası Rəfahın şərq kənarında əməliyyatları gücləndirir. Hərbçilər HƏMA

18:30 117
.

Erməni barbarlığına tuş gələn Qubadlı məscidi - VİDEO

Uzun illər işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən dağıdılıb. Qubadlı şəhər məscidi də bu abidələr sırasındadır. Belə ki, məscidin içərisində kol-kos bitib, üzəri isə tamamilə dağıdılıb. Baku TV sözügedən dini abidənin görüntülərin

20:10 100
.

Slovakiyanın baş nazirinə sui-qəsd edən şəxslə bağlı qərar verildi

Slovakiyada məhkəmə ölkənin Baş naziri Robert Fitsoya qarşı sui-qəsddə ittiham olunan müxalif "Proqressiv Slovakiya" partiyasının tərəfdarı, yazıçı Yuray Sintulanın polis nəzarəti altına alınması ilə bağlı qərar verib. Bu barədə Slovakiyanın "Pravda" nəşri məlumat yayıb. "Slovakiy

15:30 190
.

Belarusda ağır yol qəzasında 2 nəfər ölüb

Belarusun Minsk rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi sürücülərin ölümü ilə nəticələnib. "Report" BELTA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Qəza axşam saatlarında M4 Minsk - Mogilev magistralında

16:40 150
.

Bu günə qədər neçə taksi sürücüsünə buraxılış vərəqəsi verilib? - AÇIQLAMA

Artıq bir aydır ki, istehsal tarixi 15 ili keçməyən nəqliyyat vasitəsinə malik hüquqi şəxslər və fərdi sahibkarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yaradılan AYNA informasiya sisteminin "Daşıyıcılar" altsistemi üzərindən elektron qaydada müraciət edərək icazələr əld

14:30 152
.

Slovakiyanın baş naziri yenidən əməliyyat olundu

Sui-qəsdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır. Bu barədə Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova məlumat verib. Nazir əlavə edib ki, bu gün Robert Fitso yenidən əməliyyat olunub. "Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyat

19:50 105
.

Sumqayıtda təhlükəli tapıntı

Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşlar

15:40 215
.

Dunay çayında gəmilər toqquşub, ölənlər

Dunay çayının Macarıstanın şimalındakı Verötse kəndindən keçən hissəsində motorlu qayıqla sərnişin gəmisinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər itkin düşüb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Ölkə polisinin məlumatına görə, faciəvi hadis

21:40 16