Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi

Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdiMayın 9-da faşizm üzərində tarixi Qələbədən 79 il ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarını ziyarət edərək abidəsi önünə gül dəstəsi qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu Qələbənin qazanılmasında çox böyük payı olan xalqımız 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən artıq əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Azərbaycan sovet ordusu üçün yanacaq-sürtkü materiallarının əsas tədarükçüsü olub. Mühərrik yağlarının 90 faizi, benzinin 80 faizi, neftin isə 70 faizi Azərbaycan tərəfindən təchiz edilib.

Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri hər zaman ehtiramla anılıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərib, onları "xalqımızın qızıl fondu" adlandırıb. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayır, 9 May - Qələbə bayramı ərəfəsində onlara maddi yardımlar göstərilir. Azərbaycan Prezidentinin 2024-cü il 2 may tarixli Sərəncamı ilə 1941-1945-ci illər müharibəsində iştirak etmiş şəxslərə 2000 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1000 manat məbləğində birdəfəlik maddi yardım verilib. Bütün bunlar bir daha sübut edir ki, müharibə veteranlarına hərtərəfli diqqət və qayğı Azərbaycanda dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Azərbaycan xalqı artıq dördüncü ildir ki, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin doğurduğu sevinc hissi ilə birgə ikiqat qürurla qeyd edir. Xalqımızın 30 il uğrunda mübarizə apardığı ədalət nəhayət Zəfər çaldı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə və 1941-1945-ci illər müharibəsində canlarından keçmiş bütün oğul və qızlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdiPrezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdiPrezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdiPrezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdiPrezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdiPrezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 338   Tarix: 09 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rəisinin helikopterini axtaranların sayı artırıldı

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazidə axtarış aparan xilasedicilərin sayı gecənin düşməsi ilə əlaqədar 65-ə çatdırılıb. BİG.AZ -a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin məlumatında deyilir

19.05.2024 556
.

TƏCİLİ! İran Prezidentini daşıyan helikopter qəzaya uğradı, Rəisinin vəziyyəti...

İran Prezidentini daşıyan helikİran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib. "Report" xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbayca

19.05.2024 1458
.

SEPAH: Rəisinin helikopterinin dəqiq yeri müəyyən edilib

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib. "Report" xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib. "Bir neçə dəqiqə əvvəl hadis

19.05.2024 957
.

Rusiyada 40-dan çox ev və tikililər yanıb

Saxalinin Poronaysky şəhər rayonunun Vostok kəndində 40-dan çox bağ evi və yardımçı tikililər yanıb. Bu barədə Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Yanğın 2,1 min kvadratmetr ərazini əhatə edib və səhər saatlarında söndürülüb. Nazirliyin mətbuat xidmətində

19.05.2024 204
.

Biləsuvarda ot bağlamasının qiyməti 2 dəfə ucuzlaşıb

Biləsuvar rayonunda artıq bir neçə gündür ki, ot biçini başlayıb. "Report"un Muğan bürosunun məlumatına görə, biçin hava şəraiti ilə əlaqədar bir müddət gecikib. Həmçinin quru ot bağlamalarının satışlarına da start verilib. Fermerlərin sözlərinə görə, quru yonca otunun bağlamalarının qiymət

19.05.2024 274
.

İranda yəhudi gənc edam ediləcək

İran müsəlmanı öldürməkdə günahlandırılan Kirmanşah şəhərindən olan 20 yaşlı yəhudi Ervin Karmani (Natanal) edam etməyə hazırlaşır. -ın xarici mediaya istinadən məlumatına görə, Ervin təxminən iki il əvvəl törədilən qətlə görə həbs edilib. İran müxalifəti mənbələrinin bildirdiyinə görə, edam mayın 20-n

19.05.2024 256
.

Kim qalib gələcək: Tramp, yoxsa Bayden? - SORĞU

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bütün əsas ştatlarda hazırkı dövlət başçısı Cozef Baydeni inamla qabaqlayır. "Nyu York Tayms" digər nəşrlərlə birlikdə Pensilvaniya, Arizona, Corciya, Miçiqan, Nevada və Viskonsin ştatlarında sosial araşdırmalar aparıb. Onlar seçkidən seçkiyə ya Demokratik

19.05.2024 202
.

Aygün Kazımova saatlarla ASILI QALDI - VİDEO

Xalq artisti Aygün Kazımova türkiyəli müğənni-bəstəkar Genco Ecerlə duet şəklində oxuduğu "Maşallah" klipindən kadrarxası görüntüləri paylaşıb. xəbər verir ki, ifaçı ekran işində yaratdığı ən maraqlı və çətin obrazının hazırlıq məqamlarını yayımlayıb. Obrazı yaratmaq üçün uzun hörüklərdən istifad

19.05.2024 1781
.

Prezident: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

İndi Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir. Biz bu prosesin ilkin müsbət nəticələrini görürük. "Report" xəbər verir ki, bu barədə Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağını

19.05.2024 213