Sədaqət Vəliyeva: "Azərbaycan faşizm üzərində qələbənin qazanılmasında xüsusi rola malikdir

Sədaqət Vəliyeva: "Azərbaycan faşizm üzərində qələbənin qazanılmasında xüsusi rola malikdir"Azərbaycan İkinci Dünya müharibəsində böyük qəhrəmanlıq və cəsarət nümayiş etdirərək faşizm üzərində qələbənin qazanılmasında xüsusi rol oynamışdır. 1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi və minlərlə oğul və qızlarımız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək könüllü surətdə cəbhəyə getmişdir. Ümumilikdə Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsində iştirak etmiş, həmçinin Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, 77-ci, 223-cü, 227-ci, 242-ci, 271-ci, 392-ci, 394-cü, 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırılmışdır. İkinci Dünya Müharibəsi zamanı göstərdikləri qəhrəmanlığa görə Azərbaycanın 170 mindən çox əsgər və zabiti müxtəlif orden və medallarla təltif edilmiş, 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyalarımız Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmişdir. Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, Gəray Əsədov, Qafur Məmmədov, Hüseynbala Əliyev, Züleyxa Seyidməmmədova, Ziba Səlimova, Şövkət Səlimova kimi igid həmyerlilərimiz göstərdikləri qəhrəmanlıq salnamələri ilə öz adlarını dünya tarixinə həkk etdirmişdir. Bütün bunlar bir daha Azərbaycan Xalqının necə qəhərəman, igid və qorxmaz olmasının göstəricisidir".

Bu sözləri BiG.AZ-A deputat Sədaqət Vəliyeva deyib.

O bildirib ki, faşizm üzərində qələbənin qazanılmasında ön cəbhə il yanaşı, arxa cəbhədə də azərbaycanlılar böyük şücaət göstərmişlər. İkinci Dünya Müharibəsində qələbənin əldə olunmasında Bakı nefti böyük əhəmiyyət kəsb etmişdir. Beləki, müharibə illərində 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verilmiş, 300-dən artıq mühüm ixtira işlənərək istehsalata tətbiq olunmuş, hər beş təyyarənin, beş tankın, beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi, ümumilikdə isə Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşmüşdür.
"Azərbaycanda hər il 9 May - faşizm üzərində qələbə günü böyük təntənə ilə qeyd olunur. Azərbaycan Xalqının Ümumilli Lideri Heydər Əliyev hər zaman İkinci Dünya Müharibəsi veteranlarına böyük diqqət və qayğı ilə yanaşmışdır. Bu diqqət və qayğı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyev hər il 9 May-Qələbə Günündə İkinci Dünya Müharibəsində şücaət göstərmiş igid oğullarımızın əziz xatirəsini dərin ehtiramla yad edir, müharibə veteranları ilə görüşür, onları Qələbə bayramı münasibətilə təbrik edir. Eyni zamanda ölkə başçımız cənab İlham Əliyev tərəfindən müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sərəncamların imzalanması artıq ənənə halını almışdır. Möhtərəm prezidentimiz cənab İlham Əliyev İkinci Dünya müharibəsi və veteranları haqqında bu fikirləri söyləmişdir:
"Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğul və qızı İkinci Dünya müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 251   Tarix: 09 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyə MN: Suriyanın şimalında 5 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalındakı "Fərat qalxan"ı əməliyyatı bölgəsində PKK-nın beş terrorçusunu zərərsizləşdirib. "Report" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. "Terrora və terrorçulara heç bir yerdə keçid yoxdur. Qəhrəma

19.05.2024 184
.

İranda prezidentin vəzifələrini icra edəcək Məhəmməd Möhbər kimdir?

İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd Möhbər İbrahim Rəisinin vəfatından sonra ölkə prezidentinin vəzifələrini icra edəcək. xarici mətbuata istinadən, Möhbər barəsində məlumatları təqdim edir:. Bundan əvvəl siyasətçi İranın Ali rəhbəri Xameneinin əmrlərinin icrası üzrə qərargahın rəhbər

10:04 444
.

Rəisi mayın 21-də Təbrizdə dəfn ediləcək

İranın helikopter qəzasında həlak olmuş prezidenti Rəisi və digər rəsmi şəxslərlə vida mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək. xəbər verir ki, bu məlumatı Mehr agentliyi yayıb. Rəisinin Təbriz şəhərində dəfn ediləcəyi bildirilir

12:52 337
.

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

"Hər il təxminən 10 minə yaxın tələbə ali təhsil müəssisələrindən məzun ola bilmir". Bunu "Xəzər Xəbər"ə müsahibəsində təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, xüsusən də I və II ixtisas qrupu üzrə məzun ola bilməyən qızların sayı oğlanlara nisbətən daha çoxdur. Eksper

19.05.2024 275
.

Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İran tərəfinə başsağlığı verib. "Helikopter qəzası zamanı İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhmətinin, Təbrizin imamı Məhəmməd Əl

10:33 171
.

Pakistanda qız məktəbinə bombalı hücum olub

Pakistanın Xyber Paxtunkhva əyalətinin Cənubi Vəziristan vilayətində qız məktəbinə bombalı hücum olub. BİG.AZ xəbər verir ki, bu barədə polis zabiti Safdar Xan açıqlama yayıb. O bildirib ki, hücum gecə yarısı naməlum şəxslər tərəfindən olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Xan deyib ki, bu a

10:39 85
.

İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirildi

İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib. xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Həmçinin

11:13 230
.

Slovakiyanın baş naziri yenidən əməliyyat olundu

Sui-qəsdə məruz qalaraq ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitsonun səhhəti getdikcə yaxşılaşır. Bu barədə Slovakiyanın səhiyyə naziri Zuzana Dolinkova məlumat verib. Nazir əlavə edib ki, bu gün Robert Fitso yenidən əməliyyat olunub. "Əməliyyat iki saat davam edib və cərrahiyyə əməliyyat

19.05.2024 165
.

Pakistanda matəm günü elan edildi

İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olması ilə əlaqədar Pakistanda matəm günü elan olunub. "Qafqazinfo" "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə məlumatı Pakistanın Baş naziri Şahbaz Şərif açıqlayıb. Bildirilir ki, İbrahim Rəisi və onunla birlikdə həla

11:53 366