Tünzalənin saçını şüşədə saxlayır

Tünzalənin saçını şüşədə saxlayır"İlk görüşümüz bulvarda oldu. Əlbəttə ki, çox həyəcanlı idim. Metrodan çox istifadə edən biri deyildim, stansiyaları tam olaraq tanımırdım. Gecə saat 10-da görüşəcəkdik. Amma mən metroda azıb qaldım, heç cürə çıxa bilmirdim. Saata baxdım ki, artıq 11-ə qalıb. Amma hələ də metroda idim. Birtəhər çıxdım, telefonum da sönüb. Amma əvvəldən demişdik ki, Hökumət Evi deyilən binanın önündə görüşəcəyik. Gec idi, düşünürdüm ki, 2 saata yaxın gecikmişəm, gedib yəqin. Həmin gün də elə bir yağış yağırdı ki, küçə tamam su idi".

Axşam.az xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb. O, aktrisadan qalan əşyalardan bəhs edərək, onun fotosunu paylaşıb:

"Saat 12-yə işləmiş həmin yerə çatdım. Baxdım ki, Tünzalə milli geyimdə məni gözləyir, məclisdən çıxıb gəlib. Göy rəngdə, bəzəkli geyimdə idi. İkimiz də həyəcanlı idik, danışmadan bir-birimizə baxırdıq. Bəlkə, 15 dəqiqə danışmadıq. Sonra dedim ki, keçək yolu. Bulvar tərəfə keçdik, ikimiz də tamam islanmışdıq. Bir az gəzdik, çox danışmadıq. İkimiz də həyəcanlı idik, gecə saat 1 idi. Sagollaşanda qolumdakı sep Tünzalənin geyiminə ilişdi. 10 dəqiqəyə yaxın çıxarmağa çalışdıq. Dedi ki, bu sep elə-belə ilişmədi və getdi. Sonra 9 il heç ayrılmadıq.

Bu gün ömrümdən mənə bir neçə şey yadigar qalıb: əxlaqı, Zəhram, geyimləri, bir-iki əşyası və saç telləri. Şüşədə saxlayıram, cəsarətim çatmır çıxarıb toxunmağa, birdən düşər, tapa bilmərəm. Allaha həmd olsun, ruzimizi verir, dünyadakı günlərim bir-bir gedir. Dünyadakı günlərim çoxalır, sənə qovuşacağım günlər azalır".

Qeyd edək ki, T.Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra ötən ilin yanvarında vəfat edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 980   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Dişini yumayan, ayağı ayaqqabı görməyənlər məni tənqid edir"

"Tənqid üçün ürəyim gedir. Tənqid insanı inkişafa aparır. Qara Qarayev deyib ki, tənqid edənləri qızıl axtaranlara bənzədirəm. Tənqidçilər sübut edəcək qədər tənqdi bacarmalıdırlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" proqramında deyib

17.05.2024 993
.

"Buna görə səhhətimdə ciddi problem var idi"

"Bu yaxınlarda Amerikadan bir həkim mənim analizlərimin cavabına baxdı və mənə məsləhət verdi. Bütün izləyicilərimizə də deyirəm ki, pəhrizi yığışdırın, səhhətinizə fikir verin. Yağlı yeməklərə, çörəyə diqqət edin ki, çox olmasın". Axşam.az xəbər verir ki, bu sözələri aparıcı Xoşqədəm Hidayətqız

19.05.2024 524
.

"Avroviziya"dan kənarlaşdırılan iştirakçı hakim qarşısına çıxacaq

"Avroviziya" mahnı müsabiqəsində Niderlandı təmsil edən Yost Klyain yarışdan bir ay sonra İsveçdə hakim qarşısına çıxacaq. Müsabiqənin təşkilatçıları operatora qarşı etdiyi hədələyici hərəkət səbəbindən Klyaini yarışda iştirakdan uzaqlaşdırıb. Belə ki, operatorlar səhnəyə çıxmazdan öncə sənətçin

18.05.2024 354
.

3 uşaq anası Aysel Teymurzadə gözəlliyi ilə HEYRAN ETDİ - YENİ FOTOLAR

"Avroviziya" təmsilçilərimizdən olan Aysel Adıgözəlzadə (Teymurzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, ifaçı yeni fotolarını instaqram hesabında yayımlayıb. Fotoda Aysel gözəlliyi ilə izləyicilərin diqqətini çəkib. Fotolara çoxsaylı tərif, bəyəni yağdırıblar. Qeyd edə

19.05.2024 3005
.

Serenay Sarıkayanın Cem Yılmazla barışdığı iddia olunur

Serenay Sarıkayanın Cem Yılmazla barışdığı iddia olunur. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. İddialara görə Serenay keçən həftə serialının primyerasından sonra Cem Yılmazın evinə gedib

18.05.2024 360
.

Aygün Kazımovanın qızı İlqarədən XƏBƏR VAR

Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova uzun müddət sonra səhnəyə çıxacaq. OLAY yazır ki, ifaçı bu gün paytaxtda məşhur restoranların birində çıxış edəcək. Qeyd edək ki, İlqarə sonuncu dəfə "Metro" adlı mahnısını təqdim edib

18.05.2024 4665
.

Anar Heybətova ağır itki

Əməkdar artist Anar Heybətova ağır itki üz verib. Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. O, əmisi oğlunun dünyasını dəyişdiyini bildirib:. "Əmim oğlu Zaur, Allah sənə rəhmət eləsin. Sənin haqda keçmiş zamanda danışmaq hər birimiz üçün uzun müddət çətin olacaq. Hə

19.05.2024 907
.

Pərvinin rejissorla elə görüntüləri yayıldı ki... Görənlər ŞOK OLDU - VİDEO

Aktrisa Pərvin Abıyeva sosial şəbəkələrdə yayılan videosuna münasibət bildirib. Aktrisa videonun qışda Şəkidə çəkildiyini deyib. "Bu video "Xənnas" filminin çəkilişləri baş tutan zaman çəkilib. Oynadığım oğlan rejissorumuz Elvin Abdullayevdir. Çəkilişlər gecədən səhərə kimi olduğunda

18.05.2024 1388
.

Həyatı film olacaq

Türkiyəli müğənni Kənan Doğulunun həyatı film olacaq. Axşam.az xəbər verir ki, ifaçının 30 illik səhnə həyatı ekranlaşdırılacaq. Bu barədə açıqlama verən Kənan layihənin yayda təqdim olunacağını açıqlayıb. Qeyd edək ki, müğənni aktrisa Beren Saatla evlidir

17.05.2024 527