Azərbaycanda müəllimlər könüllü pensiyaya ÇIXA BİLƏCƏK? - AÇIQLAMA

Azərbaycanda müəllimlər könüllü pensiyaya ÇIXA BİLƏCƏK? - AÇIQLAMABu gün Azərbaycanda şəxslər 65 yaşa kimi pensiyaya çıxır. Amma vətəndaşlar bu yaşa çatanda pensisiyaya getmək yerinə, işləməyə davam etmək istəyirlər. Biz bilirik ki, Azərbaycanda əhalinin uzunömürlülüyü aşağı düşdüyü üçün pensiya yaşı azaldılmalıdır. Amma şəxslər aldıqları pensiyadan razı qalmadıqları üçün yeni iş axtarır ayxud bunu uzarmağa cəhd göstərir. Bu gün Azərbaycanda vətəndaşlar, xüsusilə müəllim olaraq fəaliyyət şəxslər könüllü şəkildə pensiyaya çıxa bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan sosioloq Rəşad Əsgərov deyib ki, burada əsas məsələlərdən biri məşğulluqdur. 65 yaşında əsasən dövlət qulluqçuları prezident sərəncamı ilə rütbə və vəzifə tuturlarsa, həmin mərkəzi icra orqanının rəhbərinin əmri əsasında pensiyaya çıxa bilirlər. Əmr verilmirsə, 70 yaşına qədər işləyə bilirlər. Onlara bu şamil olunmur:

"Lakin aşağı kateqoriyadan olan şəxslər (şöbə müdiri, baş məsləhətçi, məsləhətçi) konkret olaraq 65 yaşına çatan kimi onları pensiyaya göndərilir. Bəzən onlar ilə müqavilə 1 yaxud artıq artırılır. Nazirliklər və onun tərkibində olan publik hüquqi şəxslərdə 70 yaşa qədər vaxtını uzadırlar. Amma normalda 65 yaş tamam olan kimi bu şəxslər vəzifədən azad edilir. Elmi və pedaqoji sahələrdə fəaliyyət göstərənlərdə vəziyyət fərqlidir. Elmi dərəcəsi olan, elmi tədqiqat sahəsində xidmətləri olanlar üçün qanunvericiliyə uyğun olaraq yaş kvotası tətbiq olunmur. Onlar nəinki 70, hətta 90 yaşına qədər əmək qabiliyyəti varsa işləyə bilirlər. Qanunvericilik şəxslərin könüllü pensiyaya çıxmasına imkan vermir. Çünki müəyyən yerlər var ki, bu şəxslər yerləri tutulur. Bu dövlət qulluqçusu yaxud müəllim ola bilər. İkinci tərəfdən bakalavrlar, universitet məzunları işlə təmin olunmalıdır. Bunu etməklə pensiya mədəniyyətini formalaşdırmağa çalışırlar. O cümlədən pensiyaya çıxanlar yeni gənc nəslə öz işlərini ötürməlidir ki, novatorluq yaransın. Bunun nəticəsində həmin müəssisə və təşkilatlar işi yeni sistemin tələblərinə uyğun olaraq yeni əsaslar qurulmuş olsun".

Sosioloqların sözlərinə görə, vətəndaşların bu gün pensiyaya çıxmaq istəməməsinin bir sıra səbəbləri var. Çünki onlar pensiyaya çıxanda aşağı məbləğ alırlar:

"Onların aldığı maaş, pensiyadan yuxarı olduğu üçün bu təşviq edici addım olmur. Bu baxımdan onlar asanlıqla pensiyaya çıxa bilmirlər. Çalışırlar ki, pensiya yaşını uzatsınlar yaxud digər yardımçı vəzifələrdə işləməyə çalışırlar. Bununla da həm pensiya alır, həm də öz vəziyyətlərini düzəldirlər. Avropa ölkələrində müqayisəli təhlil deyə bilərik ki, orada insanların pensiya yaşı müxtəlif ölkələr üzrə dəyişir. Bu əsasən ölkədə əhalinin uzunömürlülüyünə görə müəyyən olunur. Onlar pensiya yaşına çıxmağı gözləyirlər və pensiyaya çıxan kimi aldıqları məvacib onların normal yaşayışını, istirahətini təmin edir. Avropalı şəxsin işlədiyi müddətdə dünya turuna, səfərə, gəzməyə müxtəlif yerlərə getməyə vaxtı olmaya bilər. Onlar aldığı pensiyalar ilə müxtəlif ölkələrə, tura gedir. Pensiya orada insanlar üçün istirahət dövrüdür. Azərbaycanda əfsuslar olsun ki, alınan pensiya ilə nəinki xarici tura getmək, respublika mərkəzində vaxtını keçirməyə bəs etmir. Aydın məsələdir 300-500 manat pensiya təlabatı ödəmir. Ona görə də, onlar bu sahədə maraqlı olmurlar. Bu baxımdan 65 yaşdan sonra da işləməyə meyilli olurlar".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 459   Tarix: 10 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949