"İnsanın estetik əməliyyatlara başlaması narkotika kimidir, həmişə davamını istəyir"-SOSİOLOQ

"İnsanın estetik əməliyyatlara başlaması narkotika kimidir, həmişə davamını istəyir"-SOSİOLOQSon zamanlar estetik əməliyyatlar gənclər arasında geniş yayılmaqdadır. Bu əməliyyatlara üz tutan hər kəs bir-birinə oxşamağa çalışır sanki. Estetik dəyişikliklərə bu qədər təlabat olması nədən irəli gəlir?

Mövzu ilə bağlı BiG.AZ-A sosioloq Lalə Mehralı açıqlama verib.

O bildirib ki, ölkədə çox qızlarda eyni burun var. Daha qövslü burnu olan da yoxdur, fındıq burunlular da. Burun dəlikləri qarşı küçədən görünən estetikli qızlar hər gün artır. Estetik həkimlər "copy-paste" üsulu ilə işləyir, hamıda eyni tip burun var. İplərlə dartılıb gicgaha bağlanmış badam gözlülər, tülkü gözlülər, bir-birinin eynisi olan qızlar çoxalır.

"Miyanə anlayışı ortadan yoxa çıxıb. Küçədə qarşılaşdığın hər 10 qızdan 8-i bir birinin eynidir. "Qonçə dodaq", "yarpaq dodaq" deyə vəsf edilib tarixən gözəllər. "Ağız nazik, dodaq nazik, dil nazik" deyən Vaqif indiki şar dodaqları görsə nə cür təsvir qoşardı, kim bilir. Daha nazik dodaqlı qızlar gözəl hesab edilmir, o qədər lağ obyekti olurlar ki onlar da gedib şar kimi edirlər dodaqlarını. Mən hələ ombasına silikon qoydurub gülünc bədən quruluşu düzəltdirənləri demirəm. İndi gözəllik etalonu sinəsi qabağa, burnu nöqtə boyda, dodağı üfürülmüş şar kimi olmaqla ölçülür.

Çənə sümüyünü yonub üçbucaq görüntü verirlər. Ağız içindən kəsib xüsusi cihazla girib çənəni rəndələyirlər. Nə estetikası var bu cür yanağın? Ölkə dolub Malefisenta görünüşlü qadınlarla, özlərinə xoş görünürlər sadəcə. Gözəllik anlayışı sərhəd tanımır, insan təbii görüntüsünə qane olmur, həmişə daha yaxşısını istəyir. İnsanın estetik əməliyyatlara başlaması narkotika kimidir, davamını istəyir həmişə. Əvvəl gözəlləşmək üçün edir, sonra fərqlənmək üçün, axırda da həyatda qala bilmək üçün. Sözsüz ki psixoloji vəziyyətləri qaydasında deyil. Gözəllik uğrunda gedən bu mübarizədən qazanclı çıxan hələ ki, estetik həkimlərdir. Bazar onlara işləyir. Əvvəlcə öz bədənimizi olduğu kimi qəbul etməliyik. Sağlam bədənə sahib olmaq həm də sağlam psixologiya deməkdir. İstədiyimiz qədər trendlərlə ayaqlaşmağa çalışaq, ruhumuz həmişə olduğu kimi qalacaq. Özünü olduğun kimi qəbul etsən, insanlar səni olduğun kimi qəbul edəcəklər. Əsas olan insanların səni necə gördüyü deyil, özünü necə gördüyündür. Gözəllik spesifikdir. Bunu qəbul etmək lazımdır".
AYSEL ƏKBƏR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 527   Tarix: 16 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Dünyanın ən bahalı şampanının qiyməti – TƏƏCCÜBLƏNDİRƏCƏK

Dünyada ən bahalı şampanın qiyməti 40 min dollardan bahadır. -ın xarici mediaya istinadla məlumatına görə, aristokratik içki kimi məclislərimizdən əksik olmayan köpüklü şampanın ən bahalısı "1820 Juglar Cuvee"dir. İçki hərracda qırx min dollardan baha qiymətə alınıb. Dəyəri əsasən onun antikva

31.10.2024 207
.

Daha bir qadın qan donduran cinayətin qurbanı oldu

Türkiyənin Antalya şəhərində Aynur Çilli adlı qadın sevgilisi tərəfindən qətlə yetirilib. türk mediasına istinadən xəbər verir ki, qadın mişarla oğlunun gözləri qarşısında doğranıb. Buna qane olmayan təqsirləndirilən şəxs Aynur Çillinin övladının da əllərini bağlayaraq başını kəsib. Ətrafdakı şəxslə

31.10.2024 295
.

Heç kim onun 84 yaşı olduğuna inanmadı

Sosial şəbəkədə 84 yaşlı aktrisa Linda Qreyin yeni fotoları müzakirələrə səbəb olub. -ın xəbərinə görə, Linda Qrey Texasda keçirilən festivala qatılıb və təbii gözəlliyini nümayiş etdirib. İzləyicilər aktrisanın görünüşünə heyran olduqlarını bildiriblər. Onun 84 yaşda olduğuna inanmadın mümkün olmadığın

31.10.2024 430
.

Hande Ataizi bir günlük ömrü olan evliliyi haqqında danışdı

Türkiyənin məşhur aktrisası Handə Ataizi uzun illər əvvəl evli olduğu Fethi Pekin haqqında maraqlı etiraf edib. türk mediasına istinadən xəbər verir ki, aktrisa Ahmet Mümtaz Taylanın "Empati" verilişinin qonağı olub. Verilişdə keçmiş evliliyi haqqında danışan aktrisa Fethi Pekinin onunla ail

31.10.2024 275
.

Prezident onları təltif etdi - Siyahı

Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Sərəncama əsasən, aşağıdakı şəxslər təltif ediliblər:. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Dünyamalıyev Mətlə

31.10.2024 281
.

Gədəbəydə ağır qəza, ölən var

Gədəbəy rayonunda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Ərtəpə kəndində qeydə alınıb. İlkin məlumata görə, hadisə nəticəsində "QAZ53" markalı avtomobil dərəyə yuvarlanıb. Bu zaman 1975-ci il təvəllüdl

31.10.2024 145
.

Qadın başqa qıza salam verən sevgilisini küçədə öldürdü

Argentinada qısqanc qadın sevgilisi başqa qıza salam dediyi üçün onu bıçaqlayıb. xarici KİV-ə istinadla xəbər verir ki, 23 yaşlı Mariano Qrinspun sevgilisi Nataşa Palavesino ilə gəzərkən yoldan keçən qıza salam verib. Lakin sevgilisi bunu bəyənmədiyi üçün onu bıçaqlayıb. Hadisə şahidlərinin çağırdıqlar

31.10.2024 274
.

Elnarə Abdullayeva: "Axırda məni də öldürəcəklər"

Əməkdar artist Elnarə Abdullayeva qızı Xədicənin reanimasiyaya düşməsi ilə bağlı məlumata aydınlıq gətirib. xəbər verir ki, xanəndə Qaynarinfo-ya açıqlamasında yayılan xəbərdən çox əsəbləşdiyini qeyd edib:. "Dünən efirə gedəcəkdim. Zəng etdilər ki, qızın xəstələnib. Qızım da qrip idi, mən də xəstəliklərdə

31.10.2024 543
.

Gömrük Komitəsi məlumat yaydı: Sərhəddən bunları keçirmək olar - MƏLUMATLAR

Azərbaycanda 18 yaşına çatmış hər bir fiziki şəxs gömrük sərhədindən keçərkən müəyyn olunmuş qaydalara əməl etməlidir. Bu barədə -a Dövlət Gömrük Komitəsindən məlumat daxil olub. Təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, zəruri ehtiyacların ödənilməsi üçün nəzərdən tutula

31.10.2024 361
TOP MP3