Heydər Əliyev Mərkəzində baş vermiş yanğınla bağlı ilk rəsmi versiyalar (Təfərrüat)

Heydər Əliyev Mərkəzində baş vermiş yanğınla bağlı ilk rəsmi versiyalar (Təfərrüat)"Baş verən yanğın Heydər Əliyev Mərkəzinin fəaliyyətinə mane olmayıb. Hazırda Heydər Əliyev Mərkəzi fəaliyyətini davam etdirir".APA-nın məlumatına görə, bunu Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov verib.

Onun sözlərinə görə, yanğın mərkəzin Heydər Əliyev muzeyi yerləşən hissəsində, tavanda baş verib: "Mərkəzdə son dərəcə mükəmməl yanğınsöndürmə sistemi var, lakin onun quraşdırılması hələ başa çatmayıb, podratçı şirkət bu sistemi quraşdırmaqda davam edir".

"Qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydaları pozulub"

"Yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin daxili hissəsinə zərər dəyməyib. Mərkəzin 1000 kvadrat metr dam örtüyü yanıb". Bunu isə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov bildirib.

Onun sözlərinə görə, yanğın barədə məlumat FHN-nin yanğınsöndürmə qüvvələrinin idarə edilməsi mərkəzinə saat 11:34-də daxil olub. Dərhal hadisə yerinə yanğınsöndürmə qüvvələri göndərilib. Hadisə yerində yanğının mürəkkəbliyi nəzərə alınaraq, yüksək çağırış elan edilib və Bakı qarnizonunun əlavə 25 texnikası və 2 yanğınsöndürmə helikopteri əraziyə göndərilib.

"Şəxsi heyətimizin yüksək peşəkarlığı nəticəsində yanğının Mərkəzin daxilinə nüfuz etməsinin qarşısı alındı. Mərkəzin daxilinə heç bir ziyan dəyməyib, insanlar arasında xəsarət alan olmayıb".

F. Əsədovun sözlərinə görə, YMX-nin nəzdində fəaliyyət göstərən təhqiqat və sınaq laboratoriyasının əməkdaşları tərəfindən hadisə yerindən sınaq nümunələri götürülüb. Gələn həftənin əvvəllərində yanğının səbəblərinə dair məlumat ictimaiyyətə açıqlanacaq: "İlkin versiya ondan ibarətdir ki, yanğın qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verib".

"İstintaq-əməliyyat qrupu yaradılıb"

"Hadisə yerinə müfəssəl baxış keçirilərək müəyyən edilib ki, yanğın Mərkəzin muzey korpusunun tavan hissəsini əhatə edib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən elektrik qaynağı aparatı, üzərində qaynaq işləri aparılmış metal hissələr götürülüb". Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.

Onun sözlərinə görə, ötən gün Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında baş vermiş yanğın hadisəsi ilə bağlı baş prokurorun tapşırığına əsasən dərhal Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəhbəri, müstəntiqləri, kriminalistika şöbəsinin prokurorları və mütəxəssisi müasir kriminalistik avadanlıqlarla təchiz edilmiş səyyar kriminalistika laboratoriyası ilə birlikdə yanğının baş verdiyi əraziyə gələrək hadisə yerinə baxış keçiriblər. Baxışa Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin, eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və mütəxəssisləri cəlb olunub.

"Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə baş prokurorun göstərişinə əsasən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Məhkəmə-yanğın-texniki, Tikinti-texniki, Fiziki-kimyəvi və Trasoloji ekspertizalar təyin edilib. Eyni zamanda yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilir.

Cinayət işi üzrə baş prokurorun, Fövqəladə Hallar, Milli Təhlükəsizlik və Ədliyyə nazirlərinin 20 iyul 2012-ci il tarixli birgə əmri ilə həmin qurumların mütəxəssislərindən və təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Baş prokurorun eyni tarixli qərarı ilə cinayət işi üzrə Baş Prokurorluğun, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb".

E. Sultanov da yanğının baş verməsi ilə bağlı əsas fərziyənin qaynaq işləri görülərkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması olduğunu deyib: "Eyni zamanda digər fərziyyələr ətrafında da intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilməklə zəruri istintaq hərəkətləri, o cümlədən Mərkəzdə işləyən mütəxəssislər və digər şahidlərin dindirilməsi prosesləri həyata keçirilir".

Eldar Sultanov hadisə zamanı hər hansı bir şəxsin, o cümlədən yanğınsöndürənlər, binanın mühafizə işçiləri və təmir işləri aparan mütəxəssislərdən heç birinin xəsarət almadığını deyib.

mənbə: lent.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3975   Tarix: 23 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672