Cazibədar aparıcı: "Futbolçularımız özlərinə yaxşı baxsınlar ki, xanım azarkeş toplaya bilsinlər"

Cazibədar aparıcı: Cazibədar aparıcı: Cazibədar aparıcı: Cazibədar aparıcı: Cazibədar aparıcı: Cazibədar aparıcı: Cazibədar aparıcı: Cazibədar aparıcı: Cazibədar aparıcı: Cazibədar aparıcı: Qol.Az-ın təqdim etdiyi "Futbol xanımların gözündə" lahiyəsinin bu dəfəki qonağı "Lider" TV-də yayınlanan populyar "Qızıl onluq" verlişinin keçmiş cazibədar aparıcısı Zemfira Adıgözəlovadır. Tamaşaçılar onu daha çox Zema kimi tanıyırlar.

- Ənənəvi olaraq, sizə də ünvanlamaq istədiyimiz ilk sual futbola marağınızla bağlıdır...
- Açığı, futbolla çox az maraqlanıram. Əksinə, bəzən telekanalları dəyişəndə hansısa kanalda futbol getdiyini görəndə orada saxlamıram, tez başqa kanala keçirirəm ki, birdən görüb, eşidən olar, deyər ki, "saxla görək kim oynayır" (gülür)

- Ömrünüzdə nə vaxtsa stadionda futbola baxmısınız?
- Yox, təəssüf ki olmamışam.

- Azərbaycanlı futbolçulardan kimləri tanıyırsınız?
- Desəm ki, kimisə tanıyıram, yalan olar. Heç bir futbolçumuzu tanımıram, adlarını da bilmirəm.

- Bəs klublarımızı necə?
- "XəzərLənkəran"ın adını çəkə bilərəm. Bundan başqa, "Neftçi"ni də tanıyıram.

- Avropada hansı komandaya azarkeşlik edirsiniz?
- Konkret azarkeşlik etdiyim komanda yoxdur. Ümumiyyətlə, futbola o qədər də çox baxmadığımdan bu suala cavab verməkdə də çətinlik çəkirəm.

- Klub adı çəkməkdə çətinlikçəkirsiniz. Bəs, tanıdığınız futbolçu var?
- Bir neçə il bundan qabaq dünya çempionatını izləmişdim. Konkret ili yadımda qalmayıb amma orada Ronaldo var idi, ləqəbi də "yekədiş" bax, onu bəyənirdim. Özü də xatirimdədir ki, onun komandası həmin çempionatda kuboku qazanmışdı. (Zemfira xanım 2002-ci il dünya çempionatını nəzərdə tutur-A.X)

- Ən yaraşıqlı futbolçu kimi qeyd edərdiniz?
- Elə yenə də Ronaldonun adını çəkərdim.

- Ən yaraşıqlı futbolçuların "qızıl onluğ"unu bizə deyə bilərsiniz?
- "Onluq" çətin quraram. Çünki bütün futbolçuları tanımıram. Ancaq tanıdıqlarım futbolçular arasında bir neçəsinin adını çəkə bilərəm, hansı ki, "qızıl onluğ"a düşməyə layiqdir. Məsələn, Alessandro Del Pyero,Paolo Maldini, İker Kasilyas, Ronaldo... Aaaa bir də Rüştü. Bax bu futbolçuları yaraşıqlı olduqlarına görə "qızıl onluğ"a daxil edərdim.

- Futbolçu ilə ailə həyatı qurardınız?
- Xeyr, futbolçu ilə heç vaxt ailə həyatı qurmaram. Çünki ailə həyatı qursam,gərək mən də oturub onunla birlikdə futbollara baxam, futbolla maraqlanam. Yox, yox futbol aləmi məndən uzaqdı və heç təsəvvür də edə bilmirəm. O, otura topdan, futboldan danışa, mən də qulaq asam? Yox, bu mümkün olan şey deyil, bunu bacarmaram (gülür).

- Sizcə, niyə Azərbaycan futbolu inkişaf etmir?
- Düzü, niyə inkişaf etməməsinin səbəbini bilmirəm. Yəqin ki, nə vaxtsa Azərbaycanda da futbol lazım olan səviyyədə inkişaf edəcək. Amma açığını desəm, şəxsən mən yaxın gələcəkdə bunu görmürəm.

- Dünya və Avropa çempionatlarında daha çox hansı komandalara azarkeşlik edirsiniz?
- Hazırda Türkiyəyə. Ancaq nə vaxtsa Braziliyanın azarkeşi olmuşam.

- Sonda. Azərbaycan futboluna arzularınız.
- Arzum odur ki, işlərinə ciddi yanaşsınlar, məsuliyyətli olsunlar. Bundan başqa, futbolçularımız özlərinə yaxşı baxsınlar ki, xanım azarkeş toplaya bilsinlər.

Mənbə: Qol.Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 14323   Tarix: 28 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Bu da Pərvinin MAKİYAJSIZ HALI - FOTOLAR

Aktrisa Pərvin Abıyevadan xəbər var. xəbər verir ki, aktrisa "Instagram" hesabında canlı yayımda olub. Canlı yayım zamanı Pərvin makiyajsız və saçları dağınıq halda görünüb. İzləyiciləri onun bu halını bəyənməyib. Həmin fotoları təqdim edirik:

16.09.2021 4042
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964