"Zerkalnı nömrə"ləri baha satılması oyunu

Zaman elə gətirib ki, indi yaddaqalan mobil nömrə işlətmək də nüfuz gətirir. Bir vaxtlar dəbdə olan mobil telefon markasını almaq üçün dəridən-qabıqdan çıxanlar, indi də yaddaqalan nömrə əldə etmək üçün ciblərinin son qəpiyini belə xərcləyirlər.

"Filankəsin" nömrəsi "zerkalnıdır", məndə niyə olmasın!?" prinsipi ilə əlində-ovcunda olan qəpik-quruşunu xərcləyənlər prinsipcə heç nə əldə etməsələr də, bahalı nömrələrə olan maraq azalmaq bilmir. Elə bunun nəticəsində də ölkədə yaddaqalan mobil nömrələrin qiyməti günü-gündən bahalaşır. Nömrələrin satışını həyata keçirən diler və distribüterlər də son illərdə ölkədə "qızıl nömrə"lərin qiymətinin xeyli artdığını təsdiqləyirlər. Amma maraqlı fakt odur ki, bizdə mobil operatorların çoxu satışda olan bahalı nömrələrin qiymətinin adi nömrələrin qiymətindən fərqlənmədiklərini iddia edirlər. Beləcə bizdə rəqəmlərin düzülüşünə görə seçilən nömrələr əslində, baha qiymətə satılsa da, mobil operatorlar tərəfindən adi nömrələrin qiymətinə sənədləşdirilir. Bu isə vergidən yayınmağa yol açır.

Şirkət nə deyir

Ölkədə hegemon mobil operator sayılan "Azercell" şirkətindən bildirdilər ki, onlar qiyməti nömrələrin yaddaqalanlığına görə təyin etmirlər: "Azərbaycanın lider mobil operatoru "Azercell" abunəçilərin istifadəsinə verilən mobil telefon nömrələrinin satışı ilə birbaşa məşğul olmur. Şirkət istifadəyə təqdim etmək üçün nəzərdə tutduğu nömrələrini rəsmi diler və distribyutorları vasitəsilə yayır. Abunəçilərin istifadəsinə verilməsi üçün nəzərdə tutulan nömrələr isə standart qiymətlərə rəsmi diler və distribütorlara təqdim edilir. "Azercell Telekom" MMC ilə diler və distribütorları arasında münasibətlər isə müvafiq müqavilələrlə tənzimlənir. Lakin bu müqavilələr və təlimatlar ilə yalnız birbaşa nömrələrin abunəçilərə təklif edilməsi və nömrələrin (o cümlədən "qızıl", "cüt" və ya "yaddaqalan" adlandırılanların da) standart qiymətləri ilə əlaqədar məqamlar tənzimlənmədiyindən onlara "Kommersiya sirri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən kommersiya sirri rejimi tətbiq edilir".

Şirkətdən onu da bildirdilər ki, diler və distribyutorlar mobil telefon nömrələrini öz qərarlarına əsasən müəyyən etdiyi qiymətə sata bilərlər. Belə olan halda diler və distribütorlardan nömrələrin satışı zamanı kassa çeki təqdim edilməlidir.

Nəzərə alsaq ki, nömrələrin alışı zamanı alıcıya heç bir çek təqdim edilmir, onda açıq aşkar vergidən yayınma halı baş verir. Amma mobil operator diler və distribütorlar tərəfindən yol verilən qanun pozuntuları, vergidən yayınma hallarına görə isə araşdırma aparılması və hər hansı tədbirlər görülməsi onların səlahiyyətləri xaricində olduğunu dedilər.

Dilerlər başqa söz deyir

Amma dilerlər şirkət sözçülərinin dediyini təkzib edirlər. Baş çəkdiyimiz nömrə satışı mağazalarından bizə bildirdilər ki, onlar yaddaqalan nömrələri elə "Azərcell" şirkətindən baha alırlar. Bu səbəbdən də həmin nömrələrin qiyməti adi nömrələrin qiymətindən fərqlənir.

Qeyd edək ki, satışda adi nömrələrin qiyməti 10-15 manat arasında dəyişir. Bu mobil operatorun ən yaddaqalan nömrəsi isə 3 min manata qoyulub. Amma rəqəmlərin düzülüşünə görə bir qədər fərqli olan rəqəmləri isə 1000 manata da almaq olar. Mağazalarda 500-800 manata olan mobil nömrələr satılır. Amma bunlar 3 min manata satılan nömrələr kimi prestijli sayılmır.

"Baksell" etiraf etdi

"Bakcell" şirkətindən isə etiraf etdilər ki, nömrələrin qiyməti onların yaddaqalan olmasından, eyni rəqəmlərin bir neçə dəfə təkrarlanmasından və s. amillərdən asılı olaraq dəyişir: "Dünya təcrübəsində mobil operatorlar öz abunəçilərinə müxtəlif dəyərdə və kateqoriyada olan mobil telefon nömrələri təqdim edir. Nömrələrin qiyməti isə onların yaddaqalan olmasından, eyni rəqəmlərin bir neçə dəfə təkrarlanmasından və s. amillərdən asılı olaraq dəyişir. Digər bütün mobil operatorlarda olduğu kimi, "Bakcell" şirkəti də özünün həm "CİN", həm də "Klass" abunəçiləri üçün müxtəlif dəyərdə olan nömrələr təklif edir. Şirkətin diler və distribütor fəaliyyətinə dair siyasətinə müvafiq olaraq yalnız "Bakcell"-in rəsmi tərəfdaşları SİM kartları və nömrələri birbaşa şirkətdən əldə edir. Bütün digər abunəçilərimiz isə bu məhsulları bizim agentlərdən, yəni diler və distribütorlarımızdan ala bilirlər. Eyni zamanda, hər satılmış SİM kart üçün tələb olunan sənədlər, şirkətimizin agentləri tərəfindən aramızda bağlanılmış müqavilə şərtlərinə uyğun olaraq bizə göndərilir".

Qeyd edək ki, bu mobil operatorun təqdim etdiyi "Klass" nömrələrin qiyməti 15-20 manatdır. Amma satışda bu qiymətə nadir hallarda rast gələrsən. Yaddaqalan "Bakcell" nömrələri satışda 500-2 min manat arasında dəyişir. Lakin nəzərinizə çatdıraq ki, bu mobil operatorların nömrələrini satışda bu qədər baha olmasını şirkətin günahkar olduğunu dedilər.

Tələb var araşdırma necə?

Beləliklə mobil operatorlar yaddaqalan nömrələri dilerlərə baha qiymətə satmadıqlarını iddia etsələr də, bu reallığı əks etdirmədiyi göz qabağındadır. Bəs görəsən bu işlərindən Vergilər Nazirliyi xəbərdardırmı?

Vergilər Nazirliyindən isə bildirdilər ki, əgər nömrələrin satışından gələn gəlir mobil operatorların gəlirlərində əks olunmursa, deməli, vergidən yayınma halı mövcuddur. Amma mobil operatorlar dilerlərə nömrələri hansı qiymətə satırlarsa həmin məbləğin vergisini ödəyirlər. Dilerlərin isə nömrələrə hansı qiyməti qoymasını bazar müəyyənləşdirir. Əgər nömrə satıldıqda məbləğ kassaya vurulmursa, bu vergidən yayınma halı hesab olunur. Belə halların qarşısını almaq üçün hər gün nazirliyin əməkdaşları mülki geyimdə belə yerlərə nəzarət edirlər. Vergidən yayınma halı aşkar olunanda obyekt sahibləri müvafiq qaydada cərimələnirlər.

Qeyd edək ki, xarici ölkələrdə bahalı nömrələr açıq hərraclarda satıldığından bu biznesdən gələn gəlirləri gizlətmək mümkün deyil.

mənbə: xəzərxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8760   Tarix: 07 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925