Hakim stadionda futbolçunu döydü (Video)

Hakim stadionda futbolçunu döydü (Video)Türkiyədə hakim stadionda futbolçuya qəfildən hücum edərək onu sillə-təpik döyməyə başlayıb.
Hadisə, Türkiyə "Spor Toto" 3-cü liqasının 3-cü qrupunda oynayan "Altınorduspor"la "Pazarspor" komandaları arasında keçirilən qarşılaşmada baş verib. Məlumata görə, qarşılaşmanın 55-ci dəqiqəsində "Pazarspor" cərimə zərbəsi vurarkən yan xətt hakimi "Altınorduspor"un oyunçusu Enginin söyüş söydüyünü deyərək həmin oyunçuya hücum edib. Qəfil zərbə ilə yerə yıxılan oyunçu ayağa qalxaraq əks hücuma keçib.

Qeyd edək ki, baş vermiş qalmaqalı digər komandanın oyunçuları və texniki heyət ayırmağa çalışıb. Yan xətt hakimi hadisə yerindən uzaqlaşdırılsa da, onun qarşı tərəfə sataşmaları davam edib. bu dəfə isə "Altınorduspor" oyunçuları kütləvi şəkildə hakimə hücum edib. baş vermiş qalmaqalda hakimin paltarı cırılıb və oyun təxirə salınıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 833   Tarix: 14 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740