Şok! Müəllim şagirdi bir yumruqla uçurtdu – VİDEO

Şok! Müəllim şagirdi bir yumruqla uçurtdu – VİDEO

Sinfə daxil olan müəllim görür ki, şagirdlərdən biri onun yerində oturub, ayaqlarını da masanın üstünə qoyub. Müəllimin içəri girdiyini görən şagird yerindən tərpənmir. Müəllim ona əsəbi halda "Dur, cəhənnəm ol yerinə"-deyir. Şagird isə cavabında "Nə olub ə, durmuram" – deyir və müəllimi itələməyə başlayır. Sonra isə onlar yumruq davasına çıxırlar.

Buna qədər də dəfələrlə belə hallarla qarşılaşmışıq. Şagirdlər tərəfindən internetə yerləşdirilən bu tip materiallar hər dəfə Azərbaycan cəmiyyətinin ciddi etirazına səbəb olur.

Bəs niyə müəllim və şagirdlər öz vəzifə və öhdəliklərini unudur və nəticədə bu cür utancverici halların yaşanır?

Məsələ ilə bağlı Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin münasibətini öyrəndik. O, öncəliklə təhsil sistemində baş verən yeniliklərin müəllim-şagird münasibətlərinin daha demokratik istiqamətdə qurulmasına xidmət etdiyini bildirdi:

"İndi müəllim-şagird münasibətləri əməkdaşlıq şəraitində qurulub. Bu münasibətlər sadəcə öyrənmək, öyrətmək məqsədi daşımır, müəllimlər qarşısında xüsusi tələblər qoyulur. Qarşılıqlı əməkdaşlıq şəraitində şagird müəllimin xoşuna gəlməyən suallar da versə belə o buna xüsusi səbrlə yanaşmalıdır".

O həmçinin məktəblər müəllim şagird münasibətlərinin mövcud durumu və yaşanan problemlərə də aydınlıq gətirib.

Ə.Ağayev bildirib ki, qanun münasibətlərin əməkdaşlıq şəraitində qurulmasını tələb etsə də, çox zaman bunların əksini müşahidə edirik. Bu gün məktəblərdə müəllim-şagird münasibətlərində müəyyən problemlər müşahidə olunur:

"Xüsusən müəllimlərin şagirdləri təhqir etməsi, kobud davranması halları yaşanır. Amma onlar müəllim deyil, əməkhaqqı almaq üçün işləyənlərdir. Müəllimlər bu xoşagəlməz hərəkətləri bəzən savadsızlıqdan, bəzən isə kobudluqdan edirlər. Bəzilərinin isə, mədəni səviyyəsi çox aşağıdır. Universiteti qurtarmaq, diplom almaq hələ- müəllim olmaq deyil. Bu müəllimlərin pedoqoji tələblərə cavab verməməsi, şagirdlərin də pis formalaşmasına təsir edir. Əgər bir müəllim sinifdə necə davranacağını bilmirsə, ona "müəllim" demək olmaz.

Bu kimi halların baş verməməsi üçün, müəllimlər qədər şagirdlər və onların valideynləri də məsuliyyətli olmalıdır. Çünki, həmin şagirdlərin ilk tərbiyəsi ailədə formalaşır. Ailədə düzgün tərbiyə almayan uşaqlar müəllimlərinə qarşı kobud davranır, qaydaları pozurlar. Ancaq belə hallarda belə müəllim əsəbiləşməməli, məsələni şagirdlərin müzakirəsinə verməli, sonra isə valideyn və məktəb rəhbərliyi qarşısında məsələ qaldırmalıdır".

Təhsil eksperti son vaxtlar məktəblilərin aqressivləşməsini cəmiyyətdə baş verən proseslər və ailə tərbiyəsi ilə birbaşa bağlı olduğunu bildirdi:

"Günahı birmənalı olaraq şagird və ya müəllimdə görmək olmaz. Çünki hər birimiz, həm də cəmiyyətdə yaşayırıq və burada baş verən proseslər bizə təsir edir. Televiziyalar cəmiyyətin güzgüsüdür və onlara baxanda ancaq dava-dalaş, ölüm hadisələrinin şahidi oluruq. TV-lərimizə baxaraq, yetişən gənclik düşünür ki, problemi ancaq zorakı yolla həll etmək olar. Bəziləri isə, bunu xüsusi qəhrəmanlıq kimi qəbul edir."

Təhsil eksperti məktəblərdə psixoloqların olmamasını ciddi problem hesab edir:
"Bu gün məktəblərdə müəllim-şagird münasibətlərini tənzimləyən xüsusi bir qurum yoxdur. Məktəblərdə ictimai təşkilatlar, psixoloji kadrlar yetərli deyil. Müəllimin şagirdlərə qarşı kobud davranması onların da daxilindəki aqressivliyi ortaya çıxarır. Məktəblərin aqressiv şagirdlərlə işləmək üçün yetərincə potensial kadrlarının olmaması, bu kimi halların baş verməsinə gətirib çıxarır."
Qeyd edək ki, istər şagird, istərsə də müəllim kobud davranışa yol verərsə qanunlara uyğun cəzalandırılır:

"Pedoqoji normalara görə, qaydaları pozan şagirdlərin oxuduğu sinifdən və məktəbdən xaric edilərək, digərinə yerləşdirilməsi cəzası var. Əgər cinayət hadisəsi törədərsə, şagird məktəbdən xaric olunur və istintaqa cəlb olunur. Müəllim şagirdə qarşı kobudluq edərsə, ona şiddətli töhmət verilir. Həmin müəllimin təlim-tərbiyədə pozuntulara yol verdiyi təsdiqlənərsə, o, müəllimlik fəaliyyətindən uzaqlaşdırılır. Şagirdlə necə davranacağını bilməyən biri, müəllim işləməməlidir. Bu vaxta qədər, bir neçə dəfə belə hallar yaşanıb. Ümumiyyətlə, şagird necə davranır-davransın, müəllim fiziki güc tətbiq etməməlidir.

mənbə: xəzərxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3394   Tarix: 17 avqust 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740