Cızma-qaralar və xasiyyətimiz

Cızma-qaralar və xasiyyətimizYəqin ki, hər biriniz boş-bekar oturub ,darıxdığımız zaman ,telefonla danışdığınız və yaxud da kiminləsə söhbət etdiyiniz vaxt kağız üzərində cızma-qaralar çəkmisiniz . İlk baxışdan bu şəkillər mənasız görünə bilər . Amma əslində onlar sizin xasiyyətinizdən , əhval-ruhiyyənizdən xəbər verir :

1.Spiral (vintəoxşar xətt , buruq), dalğalı xətlər- Başqalarının dərdini dinləməyi xoşlamırsan , bəzən isə ümumiyyətlə ,heç kimin problemi səni maraqlandırmır . Əsəbi və böhranlı vaxtlarında özünə nəzarət etməyi unutma . Çünki özün də bilmədən yaxınlarını təhqir edib , incidə bilərsən .

2.Güllər , günəş , hörük şəkilli naxışlar- Şən və gülərüz görünməyə çalışırsan . Amma əslində əhvalın göründüyü kimi yaxşı deyil . Sənin həyatında ən çox arzuladığın dostluq və özünə qarşı mehriban münasibətdir . İnsanlardan çəkinmə . Çalış ki , dostlarının əhatəsində daha çox vaxt keçirəsən .

3. Torlu şəkillər- Özünü insanlar arasında təhlükədə və narahat hiss edirsən ,çox vaxt incidiyini bildirməməyə çalışırsan . Sənin haqqında deyilən sözlərdən incisən də , anlamağa , qəbul etməyə meyl göstərirsən .

4. Bir-birinə keçirilən ürəklər- Sənin ürəyin gözəl hisslərlə doludur , səndə bütün dünyaya yetəcək qədər sevgi var . Amma nədənsə bunu gizlədirsən , bu qədər soyuq və laqeyd görünməyə çalışma .

5. Xaç , çarpaz xətlər- Belə şəkillər günahkarlıq hissini əks etdirir . Nədənsə , özünü yaman günahkar hiss edirsən . Bu da səni çox narahat edir .

6. Müxtəlif adam şəkilləri- Belə şəkillər sənin köməksiz olduğundan xəbər verir , özünü köməksiz ,aciz hiss edirsən . Buna görə də , bəzən məsuliyyətli işlərdən mümkün qədər qaçmağa , uzaqlaşmağa çalışırsan .

7. Kvadratlar , üçbucaqlar və başqa həndəsi fiqurlar- Səni aldatmaq çətindir , çünki nə istədiyini və nə vəd etdiyini çox yaxşı bilirsən . Heç kimdən fikirlərini gizlətmirsən , tədbirli insansan .

8. Arı şanına bənzər şəkillər- Deməli , sakitliyi çox xoşlayırsan , bütün işlərini qaydasında görmək , günlərini isə macərasız keçirməyi arzulayırsan . Ailənlə və tanışlarınla olmaqdan zövq alırsan .

9. Şahmat lövhəsinə oxşar şəkillər , ağ-qara damalar - Bu şəkillər çətin və xoşagəlməz vəziyyətdə olduğunu göstərir . Bundan da çox narahatsan . Əgər belə hallar səndə tez-tez təkrar olunursa , özünə qarşı bir az diqqətli ol . Bəlkə səndə gizli , özünə də məlum olmayan komplekslərin var .

10. Hörülən , bir-birinə keçirilən halqalar (dairələr) – Baş verən hadisələrdən kənarda qalmağı xoşlamırsan , özünü hadisələrin xaricində yox , mütləq daxilində , ən maraqlı hissəsində görmək istəyirsən .


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7980   Tarix: 12 avqust 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyada cəmi 75 nəfərdə olan xəstəlik: İnsanları şeytan simasında görür - VİDEO

ABŞ-nin Tennessi ştatından olan 59 yaşlı yük maşını sürücüsü dünyada cəmi 75 nəfərdə olan nadir "şeytan üzü" sindromuna tutulub. Üç il əvvəl peyda olan xəstəlik Viktor Şerrahın həyatını qorxu filminə çevirib. İndi o insanların üzünü ağız, qulaq və göz ucları yuxarı dartılmış şəkildə görür

24.03.2024 680
.

Qulaq ağrısının təbii üsulla müalicəsi

Qulaq ağrısı Ciddi bir xroniki xəstəliyin xəbərçisi olaraq can sıxır. Mütəxəssislər ağrılara qulaqla əlaqədar ya da boyun qulaq bölgəsinə yaxın linfa vəzlərinin bir problemi, çənə sümüyündə deformasiya və diş ağrısının səbəb ola biləcəyini ifadə edir. Keçməyən və uzun müddət davam edərsə qulaq agris

23.03.2024 2492
.

Bakıda çörək zavodunun açılış mərasimi - Nadir GÖRÜNTÜLƏR + VİDEO

AzTV-nin "Qızıl Fond"u illər əvvəl Bakı şəhəri Keşlə qəsəbəsində olan çörək zavodunun açılış mərasimindən görüntülər təqdim edib. Həmin görüntülərdə zavodun fəaliyyət istiqamətləri və iş prinsipi əksini tapıb.( )

16.03.2024 435
.

Dünyanın ən varlı beş qadını

Dünyanın ən varlı qadınları əyləncə, kosmetika və qida kimi müxtəlif sənaye sahələrində hökmranlıq edirlər. Statistik məlumata görə, ən varlı beş qadının əksəriyyəti (2024-cü ilin fevral ayına kimi) ABŞ-dandır. Onları sizə təqdim edirik:. 5. Miriam Adelson. Narkotik asılılığı ilə mübarizə aparan AB

10.03.2024 596
.

İtlər hətta simvolları anlamaq qabiliyyətinə malikdirlər - ARAŞDIRMA

Alimlər kəşf ediblər ki, itlər əslində bizim düşündüyümüzdən daha çox söz və rəmz başa düşmək qabiliyyətinə malikdirlər. Alimlərin bu yeni araşdırması Britaniyada dərc edilən "Current Biology" jurnalında çap edilib. Belə ki, mütəxəssislər elektroensefaloqrafiya (baş beyinin summar elektri

24.03.2024 298
.

Boşanmaların sayının azalması üçün hansı yaşda evlənməliyik? - Mütəxəssisdən AÇIQLAMA

"Boşanma riskinin daha az olduğu və evlilik üçün ən uyğun yaş həddi 25-30 yaşdır". Bu fikri amerikalı psixoterapevt Lori Qotlib Stiven Bartletin "Diary of a CEO" podkastında bildirib. Qotlib iddia edib ki, çox erkən evliliklərdə ər-arvadın həyat təcrübəsi olmur, onlar özlərini axtarmağ

16.03.2024 336
.

Novruz süfrəsi bir ailəyə minimum neçə manata başa gələcək? - ARAŞDIRMA

Novruz bolluq, bərəkət rəmzi sayılır. Bu səbəbdən süfrəmizə hər cür naz-neməti düzməyə çalışırıq. Lakin bu gün bazardakı qiymətlər süfrələrin də nizamına təsir edir. Süfrəsini bolluca nemətlərlə bəzəyib bayramı ürəyi istədiyi kimi keçirmək hər ailəyə nəsib olmur. Maraqlıdır, Novruz süfrəsi bu il bi

17.03.2024 673
.

"Bitcoin" alaq, yoxsa qızıl? - ARAŞDIRMA

Həm qızılın, həm də "Bitcoin"in qiymətində artım müşahidə edilir. Bu artım bəzi psixoloji baryerləri belə adlayıb. Ekspertlər düşünürlər ki, hər iki bazar dəyişkən olduğu üçün istənilən an qiymət dəyişiklikləri yaşana bilər. Son zamanlar dünya bazarında "Bitcoin"in qiyməti 70 mi

17.03.2024 438
.

Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlandı

Avstraliyada əvvəllər alimlərə məlum olmayan tüklü böcək tapılıb. Böcək Avstraliyanın Kvinslend əyalətindən olan, entomologiya (həşəratları öyrənən elm) ilə məşğul olan alim Ceyms Tvid tərəfindən aşkarlanıb. Alim böcəyə təbiətdə gəzinti zamanı rast gəlib. Diqqətlə böcəyə baxış keçirən Ceyms Tvid qarşısınd

24.03.2024 438