Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Qalmaqallı prodüser işlədiyi müğənninin səhnədən getməsinin səbəbini açıqlayıb!
Azərbaycan şou-biznesinə ağır itki üz verməyib! Müğənni olmağa çalışan Gürcüstanlı Suli səhnədən gedib. Görəsən, Suli niyə gedib və bu gediş birdəfəlikdirmi?!
Qalmaqallı prodüser Tolikdən Sulinin şou-biznesi atmasının səbəbini soruşub. Az bir müddətdə Suli ilə işləməsinə baxmayaraq, onun solo konsertini təşkil etdiyini deyən Tolik bunu normal qarşıladığını deyib: - "Şou-biznesdən getmək onun öz qərarı idi. "Sarı gəlin" layihəsi yarımçıq qalsa da, ona ilk solo konsert təşkil elədim. Moskvadan İraklini gətirdim. Sulinin başqa işləri də var idi deyə, vaxtında düzgün qərar qəbul edib, oxumağın daşını atdı. Onun sağ əli digər oxuya bilməyənlərin başına! Qoy, onlar da nə vaxtsa başa düşsünlər ki, oxuya bilmirlər. Vaxtında üzü sulu səhnəni tərk etsinlər!"
"Kimi nəzərdə tutursan", sualına, Tolik belə cavab verib: - "Sözü at, yiyəsi götürəcək! Ad çəkməyə ehtiyac yoxdur. Bundan sonra kimisə reklam etməyəcəm!"

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Arzumun Azərbaycan turnesi başa çatıb!
Gənc müğənni xalq artisti Zülfiyyə Xanbabayevadan sonra rayonlarda oxuyan ikinci müğənni oldu.
Öz avanqard geyimləri ilə diqqət çəkən gənc müğənni Arzumun rayonlara turnesi başa çatıb!
Müğənni öz istəyi ilə Azərbaycanın şəhər və rayonlarında konsert verib. İyunun 21-dən oktyabrın 5-dək Quba, Qusar, Xaçmaz, Göyçay, Mingəçevir, Lənkəran, Gəncə, Şirvan şəhərlərində tamaşaçılar qarşısına çıxan Arzum açıq havada öz pərəstişkarlarını sevindirib. Arzum konsertlərdən olduca razı qalıb. Bölgələrdə yüksək səviyyədə qarşılanan müğənni deyib ki, gələcəkdə də bu ənənəni davam etdirəcək. Qubadan başlayan silsilə konsertlər seriyası Şirvanda başa çatıb.
Xatırladaq ki, Arzumdan bir neçə il əvvəl xalq artisti Zülfiyyə Xanbabayeva Azərbaycanın bölgələrini gəzərək, açıq havada konsertlər verib. Gənc müğənni isə həmkarının ənənəsini davam etdirən yeganə müğənnidir.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Röya ana olacağı günü açıqladı!
Müğənni həyatında baş verəcək yenilikləri açıqlayacığını bildirib.
Oktyabrın 1-dən 5-ə qədər Akademik Opera və Balet Teatrında "Ulduz nağılı" adlı konsert verən müğənni Röya hamiləliyinin kuliminasiya həddində səhnəyə çıxmağı ilə uzun müddət yaddaşlarda qalacaq!
Röya oktyabrın sonuncu həftəsi ana olacaq! Bu barədə məlumatı müğənni özü verib. Onun sözlərinə görə, həkimlər özləri konkret gün deməkdə çətinlik çəkir: - "Bilirsiniz, çox nadir hallarda həkimlərin təyin etdiyi gün uşa dünyaya gəlir! Konkret tarix demək çətindir. Amma bilirəm ki, oktyabrın sonuncu həftəsi ana olacağam!"

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Alim Qasımov Bakıda verəcəyi konsertin proqramını hazırlayır!
Xalq artisti kimlərəsə pul qazandırmaq niyyətində olmadığını bildirib.
Bakıda sonuncu konsertini iki il əvvəl verən xalq artisti Alim Qasımovun növbəti çıxışı yaxın ayların birində baş tuta bilər!
Alim Qasımov ona edilən təkliflərdən birini seçdikdən sonra bu məsələ reallaşacaq: - "Yerli konsert təşkilatçılarından bir sıra təkliflər almışam. Bunları gözdən keçirirəm. Mənim niyyətim kimlərəsə pul qazandırmaq deyil, insanların musiqi zövqünü tamamlamaqdan ibarətdir. Bu səbəbdən də düşünmək məcburiyyətindəyəm. Bununla yanaşı, konsertin proqramını hazırlayıram."
Xalq artisti əlavə edib ki, xarici səfərlərdə istədiyi repertuarla çıxış edə bilir. Ona görə ki, əcnəbi vətəndaş qəzəllərin mənasını başa düşmədiyindən, onun üçün hər ifa bir yenilik olur: - "Azərbaycanda isə muğam həvəskarları bir neçə dəfə eşidilən qəzəli təkrar dinləmək istəmir. Bu səbəbdən repertuarı yeniləməyə ehtiyac duyulur."
Alim Qasımov onu da deyib ki, hazırda Füzulinin, Seyid Əzim Şirvaninin, Əliağa Vahidin və bir sıra ədəbi ustadlarının qəzəlləri arasında seçim aparır. Musiqili proqram hazır olandan sonra xanəndə konsetin tarixini açıqlayacağını bildirib. Onu da deyək ki, konsertin Heydər Əliyev Sarayında keçirilməsi planlaşdırılır!

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

"Eurovision-2010" üçün yeni namizədlər dinlənilib!
Bu barədə məlumatı İTV yayıb.
Gələn ilin mayında Osloda keçiriləcək "Eurovision" yarışmasında ölkə təmsilçisinin seçilməsi üçün yeni milli seçim baş tutub.
Təşkilat komitəsi həmin müsabiqədə iştirak etmək istəyən gənc ifaçıların müraciətlərini nəzərə alaraq milli seçim turunda əlavə seçim turu keçirib. Bu barədə açıqlama verən İctimai Televiziya və Radio Verilişləri Şirkətinin (İTV) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov deyib ki, bu milli seçimlərin ikinci turu deyil, yeni namizədlərin dinləməsi mərhələsi hesab olunur: - "Milli seçimlərin növbəti mərhələsi İTV-də yerli Təşkilat Komitəsinin iştirakı ilə keçirilib. Təşkilat Komitəsi o namizədləri dinləmək qərarına gəlib və buna görə də dinləmə keçiriblər. Bundan öncə olan dinləmə kimi bu dəfə də qatılanların çıxışları lentə alınıb, onların fikirləri dinlənilib və yeni namizədlərlə söhbətlər aparılıb."
İTV nümayəndəsinin sözlərinə görə, bu mərhələdə avqustun əvvəllərində keçirilən dinləmələrdə iştirak edənlər yox, yeni namizədlər iştirak edib. Azərbaycanın "Eurovision-2010" müsabiqəsində təmsilçisi məhz, yerli münsiflər heyətinin və beynəlxalq ekspertlərin iştirakı ilə müəyyənləşəcək. Şöbə müdiri əlavə edib ki, sonuncu əlavə dinləmədə daha 8 namizəd dinlənilib. Onlardan altısı solo ifaçı, ikisi isə qrupdur.
Xatırladaq ki, "Eurovision-2010" yarışmasında Azərbaycanı təmsil edəcək şəxsin adının bu ilin noyabrda açıqlanması gözlənilir. Bu dəfə "Eurovision-2010" müsabiqəsində iştirakçının 46 namizəd arasından seçiləcəyi deyilir.

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında


Şou-biznesin "xoruz"ları meydanda at oynadacaq!
Bu il yalnız plastik əməliyyatları ilə xatırlanan Rəqsanədən yeni hoqqa!
Rəqsanə oxuyacağı "Xoruz" mahnısına xoruzlarla klip çəkdirəcək! Bu barədə məlumatı klipin rejissoru olacaq Zorik kimi tanınan Zöhrab Ağayev verib: - "Yaxın günlərdə Rəqsanə söz və musiqisi Arifə aid olan "Xoruz" adlı mahnını ifa edəcək. Mahnıya klip çəkəcəyəm. Bunun üçün maraqlı süjet xətti fikirləşmişəm. Belə ki, pavilyonda 10-dan artıq döyüşən canlı xoruz olacaq. Rəqsanə isə kresloda oturub mahnını ifa edəcək. Süjet xəttinə görə, xoruzlar döyüşsələr də, Rəqsanə onlara fikir vermir, sənətini davam etdirir, mahnılarını oxuyur. Hesab edirəm ki, hər kəs buradan öz payını götürəcək. Klipin bütün maliyyə xərcləri mahnının müəllifi çəkir. Mahnı sənətdə və həyatda onun ayağının altını qazanlara həsr olunub. Həmin mahnı da məhz onlara həsr edilib."

Şou Biznesdən Son Xəbərlər WwW.BiG.aZ saytında

Zülfiyyə Xanbabayevanın qızı Dənizin ad günü qeyri-adi olacaq!
Xalq artisti bu barədə məlumatı özü verib.
Məlum olduğu kimi, oktyabrın 16-sı Zülfiyyə Xanbabayevanın, 26-sı isə qızı Dənizin ad günü olacaq!
Zülfiyyə Xanbabayevanın qızının doğum günündə iştirak edəcək qonaqlar yalnız Dənizin öz həmyaşıdları olacaq! Xalq artistinin sözlərinə görə, ötən il Dənizin dünyaya gəlməsini ailə üzvləri qeyd edibsə, bu il o, özü anadan olmasını qeyd edəcək: - "Belə qərara gəlmişik ki, bu il Dənizin ad günündə yalnız öz həmyaşıdları iştirak etsin! Qoy, uşaqlar özləri böyüklərin müdaxiləsi olmadan, doyunca əylənə bilsinlər! Ola da bilər ki, hansısa bir ölkəyə gedib, ad günümüzü orda qeyd edək!"

BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 15137   Tarix: 14 oktyabr 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Kızıl goncalar"la bağlı yeni qərar

"Kızıl goncalar" serialının mövsüm finalı ilə bağlı dəyişiklik edilib. Axşam.az xəbər verir ki, layihə 20-ci yox, 19-cu bölümündə izləyiciləri ilə vidalaşacaq. Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır

16.04.2024 612
.

"Gələcəkdə Ajda Pekkan kimi olacağam" - Xoşqədəm

Aparıcı Xoşqədəm Hidayətqızı "Günaydın, Azərbaycan" verilişindəki açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, aparıcı türkiyəli müğənni Ajda Pekkan kimi olmaq istədiyini etiraf edib. "Ajda Pekkanı çox sevirəm. Bilirsiniz niyə? Mən də elə olacağam. İndidən deyirəm. Çünki ekrand

15.04.2024 1119
.

Plastik əməliyyat olunan Türkan Vəlizadə İLK DƏFƏ EFİRDƏ - VİDEO

Müğənni Türkan Vəlizadə "7 tamam" verilişinə qonaq olub. xəbər verir ki, bir müddət əvvəl plastik əməliyyat olunan sənətçi ilk dəfə canlı efirə qonaq olub. Türkan bildirib ki, əməliyyatdan sonra daha da gözəlləşib və özgüvəni yerinə qayıdıb. Ətraflı videoda:

18.04.2024 5660
.

"Yalı çapkını"nın aktyoru üzr istədi - Foto

Türkiyəli aktyor Taro Emir Tekinin son paylaşımı ona baha başa gəlib. Axşam.az xəbər verir ki, aktyor paylaşımında "İsrail əsgərləri taktiki atışmada belə qısa məsafə saxlayırlar. Bu mənim gündəlik çəkilişlərimdən ibarət qısa videodur. Şüurlu seçimdir" deyə, yazıb. Teronun bu paylaşımı izləyicilə

19.04.2024 1715
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 929
.

Toyu bu xəbərlə açdı

Aparıcı Könül Muxtarova aparıcılıq etdiyi toy məclisini Qazaxın dörd kəndinin işğaldan azad edilməsi xəbəriylə açıb. OLAY yazır ki, o, gecədə qonaqları salamladıqdan sonra bunları söyləyib:. "Şad xəbəri sizə çatdırmaq, sizinlə bölüşmək istəyirəm. Bir neçə dəqiqə bundan öncə aldığımız məlumata görə

19.04.2024 742
.

Coni Dip qala alacaq

60 yaşlı aktyor Coni Dip tarixi tikili alacaq. xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb. O, İtaliyanın Torino şəhərində 15-ci əsrdə tikilən qalanı almağı düşünür

17.04.2024 382
.

"Avroviziya"dan sonra rus dilində danışır, verilişlərə gəlmirlər"

"Avroviziya"ya gedib gəlirlər efirə çıxmırlar. Onlara bunu xüsusi tapşırırlar ki, efirə çıxmayın? Ya da rus dilində danışırlar. Biri lap qabağa getdi. Hər yerdə rus dilində danışır, yazırdı. Bir gün konnservatoriyanın qabağında dayananda onu gördüm. İstiqanlı gəncdir, yaxınlaşdı orada uşaqlar

17.04.2024 722
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 1048