• Sübh namazı 04:54
  • Gün çıxma vaxtı 06:19
  • Zöhr namazı 13:41
  • Əsr namazı 18:15
  • Axşam namazı 21:10
  • İşa namazı 22:49
 Bakı
  • Gündüz +30
  • Gecə +20
AZN məzənnəsi
USD
0.7858
EUR
1.0053
RUR
0.0252

Şuşanın işğalından 16-il keçir !!!

Şuşanın işğalından 16-il keçir !!!

ŞUŞA
1992-ci il 8 May
Hal-hazırda rayonun ərazisi erməni silahlı dəstələri tərəfindən işğal olunub
Ərazisi - 289 km2
Əhalisinin sayı - 241165
İnzibati mərkəzi - Şuşs
Qəsəbələr / Kəndlər
Malıbəyli, Yuxarı Quşçular, Aşağı Quşçu-lar, Xəlfəli, Dükanlar, Zamanpəyəsi, Şüşiilü, Mirzələr, Qaybalı, Laçmlar, Şırlan Çaykənd, Paşalar, Məmişlər, Xanalılar, İmamqulular, Əmillər, Səfixanlar, Xanlıq-pəyə, Allahqulular, Böyiik Qala dərəsi, Kiçik Qala dərəsi, Salatın kənd, Göytala, Onverst, Turşsu, Zarıslı, Nəbilər
Şuşa Yadigarları!
Lətif Səfərov
Üzeyir Hacıbəyov
Xurşidbanu Natəvan
Mir Möhsün Nəvvab Qarabaği
Yusif Vəzir Çəmənzəminli
Qasım bəy Zakir
Süleyman Sani Axundov
Nəcəf bəy Vəzirov
Zülfüqar Hacıbəyov
Unudanlar üçün Şuşanı xatırladan Bülbülsüz qalan Xarı
Azərbaycanın tarixi şəhəri, Qarabağın incisi Şuşa 1992-ci il mayın 8-də erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Artıq 16 ildir ölkənin canlı musiqi akademiyası adlandırılan Şuşa işğal altında inləyir. Şəhərdə Azərbaycanlılara məxsus mədəniyyət və tarixi abidələr yerlə-yeksan edilib, məşhur Üzeyir bəyin, Natəvanın və Xan Şuşinskinin heykəlləri güllələnib. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri də düşmən tərəfindən talan edilib. Bunlardan Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla butövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Həmçinin 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-marif, kənd təssərüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinotetar, 3 muzey, şərq musiqi alətləri fabriki dağıdılıb. Hazırda isə, ermənilər Şuşanın görkməini dəyişməyə hazırlaşır. Bu məqsədlə baş plan da hazırlanıb. Bu gün Şuşanın işğalı günü ilə əlaqədar dünyanın bir çox ölkələrində etiraz mitinqələri, Azərbaycanda anım mərasimləri keçirilib. Paytaxt Bakıda minlərlə insan Şəhidlər xiyabanını ziyarət edib, şəhərin müdafiəsində həlak olanlar xatırlanıb. 16 ilin həsrəti şuşalıları doğma şəhərləri üçün yamanca darıxdırıb. Şuşanın işğalı Azərbaycan tarixinin siyasi böhranlı dövrünə təsadüf edir.
90 faizdən çoxunu Azərbaycanlıların təşkil etdiyi Şuşanın ələ keçirilməsi ilə Dağılq Qarabağ adlanan bölgənin işğalı başa çatdırılıb. Bununla ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı o vaxtkı Azərbaycan rəhbərliyinin bacarıqsızlığı və milli maraqlara laqeydliyinin nəticəsi idi. Təcavüz nəticəsində Şuşada 480 nəfər günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
Niyə yerlərimizdən yurdumuzdan didərgin düşüb o yerlərə yenidən qayıtmaq ümüdü yoxdu, niyə hər şeyi unuduruq, niyə belə asanlıqla biz yatıb dururuq, heçmi fikirləşmirik ki bu bizim adımıza ləkədi, 16-il keçir artıq hər il eyni şey ildə bir dəfə yad edirik bitir, gözləyək birdə 17-ci ili , bundan sonrakı illəri 18, 19, 20, hara gedir bu rəqəmləri illərdi təkrar təkrr deyib üstünə 1 ildə əlavə eləyirik ayıl qəflət yuxusundasan hec olmasa gözlərini aç, ayıl Vətən Övladı, Bu tək Şüşalının Qarabağlının cəkdiyi dərt deyil sənində dərdindi, Vətən Üşün Nə etmisən deyəndə qayıdıb deyillər ki , vətən Mənim üçün nə edib axı, Vətən sənin üçün ən gözəl diyarı vermişdi , qaytar o diyarı vətən sənin üçün cənnət versin, Vətəndən istəki əldə eləyəsən , Vəttən səndən öz Ürəyini İstəyir Öz şah damarını Qarabağı istəyir ondan ayrılan damarlarını istəyir, bu zəif qanla cox yaşamaz Azərbaycan O diyarın Havası var deyənə ayaqdadı Azərbaycan, Havasın Yox Torpaqın , suyun, Dağların Al gətirki Min illər boyu Yaşam hədii bitənə kimi Yaşayasan o diyarlarla !
Azadlıq uğrunda Vuruşub Canlarını qurban verənlər bizim üçün Gələcək Üçün Qurban verdilər bir vaxtlar hələdə borcluyuq bu günki yaşayışımıza görə , biz Gələcəyə necə gedirik , nə qoymaq ümüdü ilə gedirik, nə aparırıq özün özünə sual vermisən?
Şuşa İşğalında Rəhmətə Gedənlərin Ailələrinə və bütün AZərbaycan Xalqının Başı sağ olsun , Ölənlərə ALLAHDAN Rəhmət diləyirik İnşALLAH qanları yerdə qalmaz!!!
Bax bu gözəl , dağılıq , düşmən tapdaqı altında olan diyar bizimdi , amma bizimlə deyil ! ! !
ŞUŞAmızda yaradılmış düşmən kilsəsi

Paylaş:
Bölmə: Azərbaycan Müəllif: Stealth Oxunub: 3418 Tarix: 08.05.2008
Mobil telefonlardan sayta daxil olmaq və şərh yazmaq üçün Wap.BiG.Az-a daxil olun !
Təşəkkür edənlər (1) | Təşəkkür et
Bu bölməyə aid digər xəbərlər
Bakı metropolitenində törədilmiş erməni terr.. ÜMUMXALQ HÜZN GÜNÜ
Seyid Əzim Şirvani “Əshabi-Kəhf”in sirri
Bu gün Azərbaycanın üç Milli Qəhrəmanının.. Xocavənd rayonunun işğalından 18 il ötür
Əbədiyyətin 19-cu ili üçün yeni il təbriki!.. Bu gün Azərbaycanda radio və televiziya işçil..
Səfəvilər dövləti “Aygün City”də qanunsuzluq aşkarlandı
Fikrini bildir !
Siz sayta qonaq kimi daxil olduğunuz üçün şərh edə bilməzsiniz. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmə imkanını qazanın.

SAYTA GİRİŞ
Bölmələr
DİLMANC
Mob.Az - pulsuz mobİl yükləmələr