IPB

Salam, qonaq ( Giriş | Qeydiyat )

> Qanuni Oğrular
Qonaq_X_Pirat_*
ismarıc 01.07.2010, 23:31
İsmarıc #1
No Avatar




Qonaqlar







Salam. Bu bölmədə Qanuni Oğrular barədə söhbət açacayıq. Yəni kimin əlində hər hansı Qanuni Oğru barəsində məlumat vardırsa buyurub yerləşdirə bilər. Bundan əlavə onlar haqqında öz fikirlərinizidə bölüşəcəksiniz. Amma biri-birini təhqir və of-topplar yol verilməzdir.



İsmarıcı redaktə etdi X_Pirat - 02.07.2010, 0:16


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
2 səhifə V   1 2 >  
Yeni mövzu aç
Cavablar (1 - 19)
Xanum~Femida...
ismarıc 01.07.2010, 23:42
İsmarıc #2


ƏDALƏT CARÇISI
*****

Qrup: Forumçu
İsmarıc: 1408
Qeydiyyat: 31.03.2010
Şəhər: BADI~~KUBE
İstifadəçi №: 7503
Təşəkkür ediblər: 1475 dəfə




Malxaz Kitiya-bu da qanuni oqrulardan olub.. amma deyesen qetle yetirilib.. Yavaş yavaş Onianinin tərəfdarları aradan götürülür.




İsmarıcı redaktə etdi XANUM__GETA - 01.07.2010, 23:43


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Attractive_girL
ismarıc 01.07.2010, 23:56
İsmarıc #3


Aktiv forumçu
****

Qrup: İstifadəçi
İsmarıc: 652
Qeydiyyat: 26.06.2009
Şəhər: Onun ürəyi...
İstifadəçi №: 4456
Təşəkkür ediblər: 241 dəfə




Allah ölənlərə rəhmət eləsün, qalanlara da can sağlığı.. Nə qədərki, türmə var o qədər də VoroVSkoy Mir Olacaq!


Çingiz Axundov--- "Ağbaş" kliçkalı (Allah rəhmət eləsün)
Bextiyar Novxani --- "Batya,Basilava" kliçkalı
Hikmət Sabirabad--- "Starşiy Brat" kliçkalı
Mamed--- Masallinski
Quli---- "Kuli"--gürcü dilində mərd dimeydi -- Gruzinski
Rehim----"Juk" kliçkalı
Hesenağa ---" Sanka Ustyumski" kliçkalı
Cavanşir--- Dağlı (Fındığandan)
Neriman--- "TT" kliçkalı (Mahir atıcı olduğuyçun)
Allahverdi---- "Xan" kliçkalı (Əmircanlı)
İqor----"Vasya Brilliant" kliçkalı
Lotu Rafiq
Lotu Yunus
Rövşən Masallı (Moskvada karanavat olunub,oğru adın sxodkada alıb)
Vyaçislav İvankov--- "Yaponçik" kliçkalı
Sabir---"Göygöz" kliçkalı (Zabrat)
Zaur--- Tərtərli
Əlipaşa--- Kürdəmirli
Ağakərim--- "Diktator" kliçkalı ( Dağlı balası olub )
Cəbrayıl--- "Mamlyuk, Zolotoy Mujik" kliçkalı

yadıma düşdükcə yazıcam...






Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Qonaq_X_Pirat_*
ismarıc 02.07.2010, 0:02
İsmarıc #4
No Avatar




Qonaqlar







Hikmət Sabirabadskıy




1956-ci il noyabrin 3-də Sabirabadin Kürkənd kəndində anadan olub.
1974-cü ildə Xalq Təsərrüfati institutunda təhsil alarkən Baki şəhər Prokurorluğunun müstənqinin oğlu ilə dalaşib və ilk məhkumlugunu yaşayib.Üç il azadligdan məhrumedilmə cəzasina məhkum edilib.Cəzasini Bakida 5sayli İslah Əmək Kolonyasinda və Xələc düşərgədində çəkib.
1981-ci ildə yenidən həbs olunub.Sabirabadda “xod” gedənlərdən birini biinsafliğina,fağri incitdiyinə görə cəzalandirdigindan 7-il müddətində azadligdan məhrum edilib.Rostov düşərgəsində Mixail “Kotovski”,Kolya “Lebed”lə taniş olub və ən qati “otritsalovka”lardan birinə çevrilib.Üç nəfər oğru ponyatkali dustak kirnizi zonu “qara”ya çeviriblər.Bununla barişmayan düşərgə rəhbərliyi onu dörd dəfə ardicil olaraq on beş sutkalik karserlə cəzalandirib.Dördüncü cəzalanma müddətində aclik aksiyasina başlayib və düşərgədəki bütün dustaklarin ona qoşulmasi ilə işinin üstünə 3 il əlavə olunmasi ilə nəticələnib.”Böyük Qardaş” ləqəbi ilə Novoçerkassk qapali türməsinə göndərilib.
Leninqradin “Kresti”kiçmaninda və Vorkuta zonlarinda cəza çəkib.
1997-ci ildə Bakida həbs olunub və iki gün sonra azadliğa buraxilib.
2001-ci ildə cibindən narkotik vasitə heroin “tapilib”və 8 il azadligdan məhrum edilib.Bir il üç aydan sonra əməlində cinayət tərkibi tapilmadiğindan “qapısı açılıb”
İttifaqda sayilib-seçilən klasshik “VOR”lardan biri olub.Lotu Bəxtiyar,”Yetim”Hüseyn,”Donbalan”Tofik,”Maliş” Söhbət,Viktor Yulyeviç Nikiforov “Kalina”,Otari Kvantrşvili-Paşa,”Sirul”,Slavnik,”Ded”Olim və sair “Qanuni oğrularla dostluq edib.”XX”əsrin ən məşhur oğrulari “kitabinda 169-cu sirada(əlifbaya uyğun)yer alib.Basilava Bəxtiyarin etibar və etimadini qazanan insanlardan biri olub


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Qonaq_X_Pirat_*
ismarıc 02.07.2010, 0:16
İsmarıc #5
No Avatar




Qonaqlar







Y A P O N Ç İ K




Məşhur “qanuni oğru”, “Yaponçik” ləqəbli Vyaçeslav Kiriloviç İvankov haqda indiyəcən yüzlərlə məqalə yazılıb. Özü də təkcə Rusiyada yox: ABŞ-da, İngiltərədə, Fransada, Kanada da, hətta Azərbaycanın özündə belə. Qərbdə onu keçmiş SSRİ məkanının ən nüfuzlu kriminal avtoriteti hesab edirlər. Rusiyanın cinayətkar aləmi üçün o az qala Allahdır. Bütün dünyada onun isə haqqında ən ağlasığmaz rəvayətlər gəzir, əfsanələr dolaşır.
Dünən etibarlı bir mənbədən xəbər alanda ki, “Yaponçik” Ermənistana səfərini başa vurub Azərbaycana da gəlmək istəyir, əslində bunu o qədər də ciddiyə almaq istəmirdik. Amma Rusiyanın internet saytlarına nəzər saldıqda məlum oldu ki, “cinayətkar aləmin bu nəhəng insanı”nı - ifadə məşhur rus estrada müğənnisi Villi Tokarevindir - Azərbaycan və azərbaycanlı kriminal avtoritetlərlə də bağlayan tellər də varmış. Biz İvankovun Bakıya nə üçün gəlmək istədiyi barədə ətraflı yazacağıq. Amma hələ ki onun həyatı ilə bir qədər yaxından tanış olsaq, sizlər üçün də maraqlı olar.
Məktəbli Vyaçeslav “Monqol”un bandasına necə düşdü?

Vyaçeslav Kiriloviç İvankov 1940-cı ildə Odessa yaxınlığındakı kiçik xutorda anadan olub. 20-ci əsr Rusiya kriminal tarixini araşdıran jurnalistlərin tədqiqatından belə məlum olur ki, indiyəcən bu ölkədə “Yaponçik” ləqəbli iki avtoritet olub. Onlardan biri hələ ötən əsrin 20-ci illərində məşhur seyf oğrusu kimi tanınırmış. Maraqlısı odur ki, həmin “Yaponçik”də məhz odessalı imiş. Amma bizim qəhrəmanımızın keçmiş adaşına heç bir dəxli yoxdur. Bu ləqəb ona gözünün bir qədər qıyıq olduğuna görə, kriminal aləmdə özünə “xaç atası” hesab etdiyi “Monqol” ləqəbli Gennadi Korkov tərəfindən verilib. Şahidlərin dediyinə görə, İvankov hələ məktəbdə oxuyarkən o zamanların ən məşhur banda başçılarından olan “Monqol”a qoşulur. 16 yaşında boks üzrə SSRİ idman ustası normativini ödəmiş İvankov “Monqol”un yanına “Bitumşik” ləqəbli başqa bir avtoritetin məsləhəti ilə gedir. Bu həmin “Bitumşik”dir ki, ona bu ləqəbi caynağına keçirdiyi qurbanının sir-sifətini qaynar qırla yandırdığına görə vermişdilər. İvankov əvvəlcə onun yanında “dərs” alır. Amma sonradan KİV-ə verdiyi müsahibələrinin birində etiraf edəcəkdi ki, bu cür vəhşi üsulla adama əzab vermək onda ikrah doğurduğundan “Bitumşik”dən aralanıb, “Monqol”un dəstəsinə keçir. “Monqol”un yanında isə İvankov tez bir zamanda bandanın aparıcı üzvlərindən birinə çevrilir. Sonradan bir DTK agenti xatırlayacaqdı: “Bu adam canavar kimidir. Adam öldürmək, ev qarət etmək, kiməsə hədə-qorxu gəlmək, bir sözlə, bütün cinayətlərə gedirdi. 70-ci illərin kriminal elementlərinin əsas qurbanları mağaza sahibləri, gizli sex işlədənlər, kolleksiya toplayanlar və s. idi. Bu bandanın qurbanları qorxularından heç vaxt milisə şikayət etmədikləri üçün cinayətkarların da izinə düşmək mümkün olmurdu”.

60-cı illərin ortalarından etibarən banda öz fəaliyyətini paytaxt Moskvaya “transfer edir”. Çoxsaylı oğurluqlar, vəzifə sahiblərindən təhdid yolu ilə pul qoparılması, qətllər tezliklə Moskva milisini də ciddi fəaliyyətə keçməyə məcbur edir. Bandanın içərisinə yeridilən agentlərin köməyi ilə tezliklə “Monqol” və dostları ələ keçir. Yaxalanalar arasında artıq “Yaponçik” ləqəbi almış İvankov da var idi. 1972-ci ildə banda üzvlərinin məhkəməsi olur. İstintaq və məhkəmə heç nəyi sübut edə bilmir. Amma “Monqol” 14 il azadlıqdan məhrum edilsə də, İvankov məhkəmə zalından azad edilir.Amma hökmdən bir neçə gün keçəcək, içəridən gələn “ksiva”dan məlum olacaq ki, “Monqol” “Yaponçik”in varisi elan edib.



“Yaponçik” öz bandasını yaradır.

Tezliklə onun tərəfindən elə bir cinayətkar dəstə formalaşdırılır ki, nəinki Moskvanı, bütün Sovet İttifaqını ayaqüstə saxlayır. Onların qurbanları yenə də gizli milyonçular olur. Bandaya öz xoşuna bac verməyənlər amansız işgəncələrə məruz qalır. Tezliklə “Asəf” və “Sliva” adlı məşhur avtoritetlər də ona qoşulur. İttifaqın əksər iri şəhərlərinin - Sverdlovsk, Riqa, Daşkənd, Bakı, İrəvan, Tiflisin gizli milyonçuları banda üzvlərinə bac vermək məcburiyyətində qalırlar. 1978-ci ildə Moskvanın “Rus” restoranında qafqazlılarla atışma zamanı milis “Yaponçik” başda olmaqla bir neçə banda üzvünü həbs edir. Elə həmin il məşhur “Butırka” həbsxanasında “Yaponçik”ə “qanuni oğru” titulu verilir.

80-ci illərdən başlayaraq o, artıq “KQB”nin birbaşa nəzarətində olur. Kəşfiyyatçılar gözəl başa düşürdülər ki, “Yaponçik” demək olar ki, bütün milis ierarxiyasını ələ alıb. 81-ci ildə SSRİ-nin bütün “qanuni oğruları”nın “Yalta sammiti” “KQB” dağıdır. İvankovu həbs edib Maqadana sürgün edirlər. Burda isə o, daha bir cinayət törədir. Türmədə cəza çəkən başqa bir “qanuni oğru”, “Maxo” ləqəbli İlya Simoniyaya anasından göndərilmiş məktubu cırdığı üçün milis leytenantı Kuşarenkonun həyatına sui-qəsd təşkil edir. Kuşarenko sağ qalsa da, ömürlük şikəst qalır.

Köməyə Kobzon gəlir.

Onun həbs müddətinin uzadılması üçün başlayacaq məhkəmə prosesi ərəfəsində onun köməyinə məşhur İosif Kobzon gəlir. SSRİ Ali Sovetinin deputatları Neçayev və Fyodorov SSRİ Ali Məhkəməsinə İvankovun vaxtından əvvəl azad edilməsi üçün sorğu göndərirlər. Sorğuya müsbət cavab verilir. Həmin vaxt hamı bilirdi ki, adı çəkilənlər İvankovu elə-belə müdafiə etmirlər. Sən demə, həm müğənni, həm də deputatlar “Yaponçik”ə qumarda uduzublar və ona külli-miqdarda pul borclu imişlər...

90-cı illərin əvvəllərində “Yaponçik” ABŞ-a köçür. Tezliklə o, Federal Təhqiqatlar Bürosunun diqqətini cəlb edir. Maraqlıdır ki, İvankovun ABŞ-a getməsinə şəraiti də Rusiyanın Daxili İşlər Nazirliyində və XİN-də isə yüksək rütbəli məmurlar yaradır. Onun üçün hətta diplomatik pasport belə hazırlanır. İrina Oley aldlı qadına 10 min dollar da verilir ki, İvankovla saxta kəbin kəsdirsin. Beləcə o, çox rahatlıqla okeanın o tayına keçə bilir. Orda isə məşhur rus rejissoru və aktyoru Rolan Bıkovla şərikli kinostudiya açır. Onun əsas biznesi isə Rusiyadan, keçmiş MDB ölkələrindən, hətta bir sıra Avropa ölkələrindən olan biznesmenlərdən aldığı xərac idi.


“Fidan” restoranında qətl

ABŞ-a getməmişdən əvvəl İvankov Rusiya ərazisində iki səs-küylü cinayət törədir. Onlardan biri Moskvanın mərkəzindəki azərbaycanlılara məxsus “Fidan” restoranında iki Türkiyə vətəndaşını öldürməsi idi. O vaxt bəziləri İvankovun Moskvada inşaat biznesi ilə məşğul olan türkləri bac vermədiyi üçün qətlə yetirdiyi qənaətində idilər. Amma sonradan keçiriləcək məhkəmə prosesində İvankov etiraf edəcəkdi ki, səbəb türklərin sadəcə özlərini yaxşı apara bilməməsi olub. “Adam göndərib onlardan özlərini yaxşı aparmağı xahiş etdim. Veclərinə almadılar. Üstəlik, məni ağır sözlərlə təhqir etdilər. Yerimdən qalxıb onları güllələdim”.

İvankov “Əl-Qaidə”yə silah da satıb


Hər halda bunu İngiltərənin Mİ-16 kəşfiyyatının şefi Riçard Dierlav etiraf edib. Onun dediyinə görə, Moskvanın məşhur “Solntsev” cinayətkar briqadası İvankovun göstərişi ilə Uraldakı kimya zavodlarının birindən kimyəvi silah hazırlanması üçün lazım olan maddələri Üsəma bin Ladenə ötürə bilib. Polşanın “VPROSI” jurnalında yazılanlara diqqət edək: “”Əl-Qaidə" keçmiş SSRİ ərazisindəki cinayətkar qruplaşmalarla əlaqəyə girərək onların vasitəsi ilə kimyəvi silahlar əldə edib. İsrail kəşfiyyatı da bu barədə məlumat yayıb. Kəşfiyyatın məlumatına görə, bütün bunlara İvankov ləqəbli rus avtoritet başçılıq edir. İndi o, ABŞ-dadır. Rusiyadakı nümayəndəsi isə ondan heç də geri qalmayan Semyon Moqileviç adlı birisidir". Bütün bunlar isə ABŞ-ın diqqətini cəlb etməyə bilməzdi. Çox keçmir ki, “Yaponçik” “Çara-bank”da çirkli pulların yuyulması ilə bağlı həbs edilir. Əslində bu, bəhanə idi. Sonradan məlum olacaqdı ki, həbsin əsl səbəbi bin Ladenlə əlaqələr imiş.


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
İbadov
ismarıc 02.07.2010, 1:00
İsmarıc #6


Əməkdar forumçu
***

Qrup: İstifadəçi
İsmarıc: 228
Qeydiyyat: 07.02.2010
Şəhər: Paytaxt
İstifadəçi №: 6876
Təşəkkür ediblər: 326 dəfə




Lotu Söhbət, Şahmurad, Sanka Zver.
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Xanum~Femida...
ismarıc 02.07.2010, 1:20
İsmarıc #7


ƏDALƏT CARÇISI
*****

Qrup: Forumçu
İsmarıc: 1408
Qeydiyyat: 31.03.2010
Şəhər: BADI~~KUBE
İstifadəçi №: 7503
Təşəkkür ediblər: 1475 dəfə




Sitat(Attractive_girL @ 02.07.2010, 1:56) *
Allah ölənlərə rəhmət eləsün, qalanlara da can sağlığı.. Nə qədərki, türmə var o qədər də VoroVSkoy Mir Olacaq!


Çingiz Axundov--- "Ağbaş" kliçkalı (Allah rəhmət eləsün)
Bextiyar Novxani --- "Batya,Basilava" kliçkalı
Hikmət Sabirabad--- "Starşiy Brat" kliçkalı
Mamed--- Masallinski
Quli---- "Kuli"--gürcü dilində mərd dimeydi -- Gruzinski
Rehim----"Juk" kliçkalı
Hesenağa ---" Sanka Ustyumski" kliçkalı
Cavanşir--- Dağlı (Fındığandan)
Neriman--- "TT" kliçkalı (Mahir atıcı olduğuyçun)
Allahverdi---- "Xan" kliçkalı (Əmircanlı)
İqor----"Vasya Brilliant" kliçkalı
Lotu Rafiq
Lotu Yunus
Rövşən Masallı (Moskvada karanavat olunub,oğru adın sxodkada alıb)
Vyaçislav İvankov--- "Yaponçik" kliçkalı
Sabir---"Göygöz" kliçkalı (Zabrat)
Zaur--- Tərtərli
Əlipaşa--- Kürdəmirli
Ağakərim--- "Diktator" kliçkalı ( Dağlı balası olub )
Cəbrayıl--- "Mamlyuk, Zolotoy Mujik" kliçkalı

yadıma düşdükcə yazıcam...


Atam deyirki o vaxtlar hər kendin,qesebenin özünün lotusu var imiş.. Lotu deyende ya mütləq kimisə öldürməli,ya da yixib sökməliymişki o adi qazansin..
Görəsən belə qadin olubb??
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Attractive_girL
ismarıc 02.07.2010, 16:52
İsmarıc #8


Aktiv forumçu
****

Qrup: İstifadəçi
İsmarıc: 652
Qeydiyyat: 26.06.2009
Şəhər: Onun ürəyi...
İstifadəçi №: 4456
Təşəkkür ediblər: 241 dəfə




Sitat
Atam deyirki o vaxtlar hər kendin,qesebenin özünün lotusu var imiş.. Lotu deyende ya mütləq kimisə öldürməli,ya da yixib sökməliymişki o adi qazansin..
Görəsən belə qadin olubb??


Xeyr, bu səh fikirdir.. Lotu bespridel deyil ki, kimisə günahsız öldürsün.. Lotu tolko kasıbın malın əlindən alanı, bespridellik eləyəni, haqqsızların gücünü zəifin üstündə sınayanı kaznit edirlər.. O adı qazanmaq asan bir iş deyil.. O insanın bütün həyatı bir kitab kimi oxunurki, bu keçmişdə kim olub, nə işlər görüb karoçi strimit eləməlidir Aftoritet və ya Lotu adını almaq üçün.. Bu ad hər adama verilmir.. Onda hər adam öldürənə Lotu adı verərələr də.. Prosta gülməli fikirdi. Daha da Lotular kimisə günahsız öldürənin cavabın verənlərdir.Lotu haqqın,ədalətin, düzgünlüyün tərəfdarıdı.. Onlar özlərini Lotu adlandırmır sadəcə Zakonik vəya Oğru adlandırırlar. Bir videoda izlədim---- Səhv eləmirəmsə Masallı Mamed deyir ki, " Ya ne ubitsa ya Vor" !!! Qaldı qadınlara, Oğru adını qadın ala bilməz, o kişiyə xas olan addır. Sadəcə o vaxtlar Zerkalo Klara, Qızılbarmaq Fatimə çox hünərli və kişi kimi olduqlarına görə Sadəcə Aftoritet kimi Batya və bir çox Oğrular tərəfdən adlandırılıblar.. Ama onlar Qanuni Oğru deyirlər... Batya diyib ki, "Qadından Oğru olmaz".. Ama Pristupni Mirdə öz əməlləri ilə, zəhmətlərinə görə onlara "Voravayka" kimi q\bul ediblər !


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Qonaq_X_Pirat_*
ismarıc 02.07.2010, 17:47
İsmarıc #9
No Avatar




Qonaqlar







Sitat(XANUM__GETA @ 02.07.2010, 2:20) *
Atam deyirki o vaxtlar hər kendin,qesebenin özünün lotusu var imiş.. Lotu deyende ya mütləq kimisə öldürməli,ya da yixib sökməliymişki o adi qazansin..
Görəsən belə qadin olubb??


Burda söhbət qanuni oğrulardan gedir. Dırnaqarası bık lotu deyilənlərdən yox. Lotu adı üçün gərək əvvəl Strimit eliyəsən onnan sora müəyyən söhbətdər var keçəsən oplardaın və nəhayət adı sənə verələr.

İsmarıcı redaktə etdi X_Pirat - 02.07.2010, 17:48
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Xanum~Femida...
ismarıc 02.07.2010, 17:59
İsmarıc #10


ƏDALƏT CARÇISI
*****

Qrup: Forumçu
İsmarıc: 1408
Qeydiyyat: 31.03.2010
Şəhər: BADI~~KUBE
İstifadəçi №: 7503
Təşəkkür ediblər: 1475 dəfə




Lotu və qanuni oğru) Oxumağa səbrim çatmir.. X-pirat o zaman qisa,lakanik terif ver görey Lotu və qanuni oğru) bunlari konkret fərqləndirən nədir??


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
_APHRODiTE_
ismarıc 02.07.2010, 19:59
İsmarıc #11


Əməkdar forumçu
***

Qrup: İstifadəçi
İsmarıc: 96
Qeydiyyat: 01.07.2010
İstifadəçi №: 8467
Təşəkkür ediblər: 26 dəfə




Demek bele bir zamanlar yaxindan maraqlandigim movzu.hetta evden verilen xerclik puluna gizlin Lotu Bextiyarin kitabin almiwdim kitab sonra anam terefinden cirilsa da boyuk hevesle oxumuwdum.qiz olmagima baxmayaraq bu sirli dunyaya maragim boyukdur.hetta gizli bir perestiwim de var.duzdu desteklemirem bu heyati ornek de deyil ama cox maraqlandirir neyniyim.
.ne ise Allah hamisina rehmet elesin!
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Attractive_girL
ismarıc 03.07.2010, 16:05
İsmarıc #12


Aktiv forumçu
****

Qrup: İstifadəçi
İsmarıc: 652
Qeydiyyat: 26.06.2009
Şəhər: Onun ürəyi...
İstifadəçi №: 4456
Təşəkkür ediblər: 241 dəfə




Sitat
Lotu və qanuni oğru) Oxumağa səbrim çatmir.. X-pirat o zaman qisa,lakanik terif ver görey Lotu və qanuni oğru) bunlari konkret fərqləndirən nədir??


Dosi, onları heçnə fərqləndirmir.. Qanuni Oğru(Vorvzakone) - Oğru- Lotu eyni jarqonlardı. sadəcə olaraq adın yalandan Lotu qoyub gücündən istifadə eliyənlər var. Əsl Lotuların gücü onların sözündədir. Onlar bir insanı söznən də sındıra bilərlər. Onlar ağıl,ideya, təfəkkür baxımından güclü olmalıdırlar.

Gəlin, hamımız boynumuza alaq ki, hal-hazırda Azərbaycanda Vorovskoy ötən illərlə müqayisədə çox zəifdi. İndi mentovskoy sistem daha güclüdü. Əvvəllər çoxların bacarmadığını rəhmətlik Oğrularımızın 1 sözüylə həll olunurdu. Çoxsu səhv başa düşür oları, qəbul etmir, elə bilirlər ki, onlar adam öldürən,qulaqdan sırğa oğrayan, cibgirlərdi əsl Oğrular...


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Qonaq_X_Pirat_*
ismarıc 14.07.2010, 12:55
İsmarıc #13
No Avatar




Qonaqlar







Shakro Molodoy




Baxtiyar




Yaponcik





Rövşən Lənkəranskiy




Masallı Mamed




Ded Xasan




Sanka Zver




Diktator Ağakərim




Göy-Göz Sabir




Dağlı Cavanşir


Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Milaska89
ismarıc 14.07.2010, 13:04
İsmarıc #14


Hеприкосновенная
******

Qrup: Moderator
İsmarıc: 3490
Qeydiyyat: 23.03.2010
Şəhər: Bir başqa dünya
İstifadəçi №: 7395
Təşəkkür ediblər: 5491 dəfə




Qoxdum 255.gif

İsmarıcı redaktə etdi Milaska-89 - 14.07.2010, 13:27


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Attractive_girL
ismarıc 14.07.2010, 14:23
İsmarıc #15


Aktiv forumçu
****

Qrup: İstifadəçi
İsmarıc: 652
Qeydiyyat: 26.06.2009
Şəhər: Onun ürəyi...
İstifadəçi №: 4456
Təşəkkür ediblər: 241 dəfə




Ölənlərə rəhmət qalanlara can sağlığı... Bizlərə ancaq bunu dimey düşür.. obsujdat eləməyə bəlkə də zasluqamız çatmaz.


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
shebnem
ismarıc 17.07.2010, 16:17
İsmarıc #16
No Avatar

Forumda yeni
*

Qrup: İstifadəçi
İsmarıc: 9
Qeydiyyat: 17.07.2010
İstifadəçi №: 8673
Təşəkkür ediblər: 2 dəfə




Müasir zamanda oğlurara pis baxıram
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
John Nash
ismarıc 19.07.2010, 23:55
İsmarıc #17


kəndçi balası
*****

Qrup: Forumçu
İsmarıc: 1227
Qeydiyyat: 18.03.2009
Şəhər: Ankara
İstifadəçi №: 3422
Təşəkkür ediblər: 2101 dəfə




Ağlım kəsməyəndə bu aləmin insanlarından ağız dolusu ilə danışan idim. Amma sonradan bunlara 1-cə qramda olsun hörmətim qalmadı. Hamısı bir başqalarının dillərində , kitablarda şişirdilmiş , qəhrəmanlaşdırılmış amma mənə görə bir fərqliliyi olmayan canlılar təbəqəsindəndirlər. Kimiləri deyir onlar Robin Hood kimi olublar , ədalət , haqq , kasıbın yanında olmaq zad ) boş şeylərdi ) Vaxtı ilə gəlib elə kasıbında, gücsüzündə əlindəkini alıb , hələ əlavə olaraq alçaldıb gediblər. Yoxe , 1 zənglə filan bəhman söhbət həll eliyən olublar. Sanki həmin vaxt yanlarında olan 4-cü adam bu olub və bütün söhbətdən xəbərdardı ) Boş söhbətlərdi )

İsmarıcı redaktə etdi Vaska1988 - 19.07.2010, 23:56


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
NeoNa
ismarıc 20.07.2010, 14:40
İsmarıc #18


Неоновая Бабочка
******

Qrup: Forumçu
İsmarıc: 3326
Qeydiyyat: 03.03.2009
Şəhər: Baku
İstifadəçi №: 3229
Təşəkkür ediblər: 4150 dəfə




Qanuni oğruların mövzu daxilində yayımlanmasını qəbul etmədim 100.gif

Oğru haqda nə müzakirə edək?

Ailəvi olaraq şəkillərinin yerləşdirilməsi, adlarının çəkilməsi məncə artıq söhbətdir.
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
Active
ismarıc 20.07.2010, 15:12
İsmarıc #19


ƒaŋ†a∫γ
*****

Qrup: Forumçu
İsmarıc: 2478
Qeydiyyat: 05.10.2008
İstifadəçi №: 1278
Təşəkkür ediblər: 3384 dəfə




Robin Hudun davamcilari ))


Təşəkkür ediblər:
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir
buta218
ismarıc 20.07.2010, 15:21
İsmarıc #20


Aktiv forumçu
****

Qrup: Forumçu
İsmarıc: 593
Qeydiyyat: 31.01.2009
Şəhər: Yol Üstə
İstifadəçi №: 2750
Təşəkkür ediblər: 915 dəfə




Bəlkə Bakı qoçularından yazaq....
Eşitdiyimə görə düşmən qoculardan biri həbs olunanda, o biri onun ailəsinə kömək edər, arxa olarmış düşməni qayıdana qədər...
Səhifənin başlanğıcına keçmək
 
+İsmarıcı sitat gətir

2 səhifə V   1 2 >
İndiki mövzuya cavabYeni mövzu aç
1 nəfər bu mövzuya baxış edir (qonaq: 1, gizli istifadəçilər: 0)
istifadəçilər: 0

 

Mətn versiyası İndi: 20.04.2014, 5:03
 
 IPB Romantic Style by Fisana