Kömək - Axtar - İstifadəçilər - Kalendar
Bu səhifənin tam versiyası: Voleybol
www.big.az Forum > Ümumi bölmə > İdman
Səhifə: 1, 2
.A.R.Z.U.
Azərbaycanda ən çox inkişafda olan idman növlərinin bəlkədə birincisi Voleyboldur.
Bizim Rabitə Komandamız bu gün Avropa dördlər finalında iştirak etdi, Rəqib İtaliyanın Yamamay komandası idi. Amma 3-2 uduzduq.104.gif
Komandamızın hazırlığı çox super idi. Oyuna baxanlar gördülər sərgilənən oyunu. Amma son anda səhvliklər ard-arda rəqibə xal gətirdi. Mən də Rabitənin gənc komandasında forma geyinirəm, yəni oynayıram. Heyf çox üzüldüm, hətta ağladım belə qızlar çox əziyyət çəkmişdilər. 104.gif Halal olsun. Bu mövzunu üzülərək göz yaşı ilə açmaq istəməzdim. 104.gif
Ümumiyyətlə isə Voleybol- Bu idman növü haqqında fikirləriniz nələrdir? Voleybol haqqında bu mövzuda fikirlərimizi bildirək, və gündəlik xəbərlər yazaq.
Buyurun
Active
Voleybolu çox sevirəm. Özüm də 4-5 ay məşğul olmuşam. Boyum da uzanıb onun sayəsində 100.gif İzləməyi də çox sevirəm . Azerrail`in bütün oyunlarına gedirdim vaxtilə. Amma artıq əvvəlki qədər maraq qalmayıb. Voleybolumuz sönüb sanki. Həm də ki oğlanların voleybol oyununa baxandan sornra qızların oyunu heç maraqlı gəlmir. Oğlanlar daha dinamik cəld güclü olduqlarına görə oyun da çox maraqlı olur...Dövlət də son vaxtlar çox qayğı göstərir voleybola. Bu da çox sevindirici haldır. Voleybollu gələcəyimiz parıaq görsənir 100.gif
HaNNiBaL
İnkişaf etməsinə etdi ama nəsə davamı çox olmadı ama yenədə olsa ümidlər var 100.gif
KENZO
Sonbahar üzülmə can) eybi yox inşallah o biri oyunlarda udarsız) voleybolu çox sevirəm. məncə voleybol sahəsində istədiyimiz uğuru qazana bilərik. çünki bu idman sahəsinə maraq və istək var bizimkilərdə 108.gif
Umbriel
Eybi yox uduzmagi da bacarmaq lazimdir,ama mence voleybolda 1 yer olmag diger idmanlara baxanda ele de onemli deyil
tenhaqiz
Fikrimcə Azərbaycanda voleybolun vəziyyəti qənaətbəxşdir.Voleybol sahəsində voleybolçularımızın uğurları da az olmayıb.İnşallah zaman keçdikcə daha da çox inkişaf edər.
PANDA55
Ailəmiz Rabitəci ailəsi olduğundan bu komanda ailəmizin komandası sayılır...Böyük ümüdlərim var iid bu komandayla bağlı...Düzünü desəm indidə var...Canları sag olsun..Dördlüyə düşmək özüdə pis deyil...Komandaya gələcəkdə uğurlar.. 133.gif
.A.R.Z.U.
Sitat(PANDA55 @ 20.03.2010, 23:42) *
Ailəmiz Rabitəci ailəsi olduğundan bu komanda ailəmizin komandası sayılır...Böyük ümüdlərim var iid bu komandayla bağlı...Düzünü desəm indidə var...Canları sag olsun..Dördlüyə düşmək özüdə pis deyil...Komandaya gələcəkdə uğurlar.. 133.gif

Bir vaxtlar Azərrail komandamız Avropada meydan sulayırdı. Amma sonradan komanda yoxa çıxdı. İndi isə Uzun tarixi olan Rabitə komandamız dirçəlir. inşAllah uğurlarımız qabaqdadır. 108.gif Sizə düşən sadəcə olaraq dəstək olmaqdır. Oyunlara gəlməkdir.
PANDA55
Sitat(Sonbahar @ 21.03.2010, 0:12) *
Bir vaxtlar Azərrail komandamız Avropada meydan sulayırdı. Amma sonradan komanda yoxa çıxdı. İndi isə Uzun tarixi olan Rabitə komandamız dirçəlir. inşAllah uğurlarımız qabaqdadır. 108.gif Sizə düşən sadəcə olaraq dəstək olmaqdır. Oyunlara gəlməkdir.

Gözəl, Azərreil komandasıda dircələcək..mən bilən o komdada nəsil dəyişməsi baş verdi..O komandanın zəhmətini danmaq olmaz..Azərbaycanın valeyolsuz günlərində o komanda voleybolun yükünü ciynində tək daşıdı..Rabitəcilərində dircəlməsinə sevinirəm..istəmərəm ki, belə komandadan ancaq bir dənə olsun..Belə komdandalardan cox olsa rəqabət olar..Rəqabət olan yerdə inkişaf olar..Oyunlara imkan olanda gedirik..(vaxt manasında)
.A.R.Z.U.
Sitat(PANDA55 @ 21.03.2010, 0:17) *
Gözəl, Azərreil komandasıda dircələcək..mən bilən o komdada nəsil dəyişməsi baş verdi..O komandanın zəhmətini danmaq olmaz..Azərbaycanın valeyolsuz günlərində o komanda voleybolun yükünü ciynində tək daşıdı..Rabitəcilərində dircəlməsinə sevinirəm..istəmərəm ki, belə komandadan ancaq bir dənə olsun..Belə komdandalardan cox olsa rəqabət olar..Rəqabət olan yerdə inkişaf olar..Oyunlara imakn olanda gedirik..

Cənab, sizinlə tam olaraq razıyam. Mən elə Azərreil`in oyunlarına baxa-baxa böyümüşəm. 108.gif Hal-hazırda komanda heyətində cavanlaşma gedir. Və komandanın orta yaş həddi minimuma endirilməkdədir. Hər şey super olacaq, dəstək olsun, dəstək olun, başqa heç nəyə ehtiyyac yoxdur, sadəcə olaraq oyunlarda izləyici olmaq, dəstəkləmək.
j@net
Inwallah gelen oyunlariniz da qalib gelersiniz. Bir defe uduzmaq her weyin bitmesi deyil ki, uzulmeyin. Inwallah coxlu ugurlar naliyetler qazanarsiniz 100.gif
.A.R.Z.U.
Martın 21-də Avropa Voleybol Konfederasiyası (CEV) Kuboku yarışlarının final mərhələsi çərçivəsində İtaliyanın “Yamamay” klubu Serbiyanın “Srvena Zvezda” komandası ilə qarşılaşıb.
Bakının “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən qarşılaşmanın ilk seti Serbiya voleybolçularının xeyrinə başa çatıb – 25:22.
Gərgin mübarizə şəraitində keçən oyunda “Yamamay” voleybolçuları ardıcıl olaraq üç seti öz xeyrlərinə başa vurmuş (25:22, 25:12, 25:22) və kubokun sahibi olublar.
Elix
Voleybol(xüsusəndə qadın klubları)..Ən sevdiyim idman növlərindən biridir..Böyük həvəs və zövqlə baxıram oyunun hər saniyə,dəqiqəsinə...Düzü çoxdandır daha dəqiq desək Azerreylin vaxtından baxmırdım voleybola..DÜzünü desəm başqa komandalarına oyununa baxmamağıma səbəb qısqanclıq idi..Niyə bizim qızlar oynamır ??? -sualı idi..Rabitə sağ olsun yenidən sevindirdi bizi,o zövqü yaşatdı...ilk oyunlarda iş yoldaşlarım oyuna gedirdilər ,səhər işə gələn kimi birinci oyundan danışırdılar..Qızların oyununu tərifəyirdilər..bir neçə gün öncəki məğlubiyyət mənədə pis təsir elədi,çünki çox gözəl oynayırdılar,rəqibdəndə zəif deyildilər...Böyük zövq aldım oyundan...Davamını gözləyirəm bundan sonra oyunlarının..Adları daha yüksəklərdən gəlsin bizdə maraqla baxaq və dəstəkləyək!
MaKu
Boyları uzun olur lezet edir amma pul da verselər getmərəm o idmana nədənsə
_MilaYa_SlaDkaYa_
Voleybol və basketboll sevdiyim idman növləridi..Voleybolla "peşəkarca" məşğul olmamışam ama xobbi olaraq çox oynamışam ..
.A.R.Z.U.
Fənərbaxça Voleybol qadın komandası Çempiyonlar Ligi final maçında, İtalya'nın Volley Bergamo komandası ilə qarşılaşdı. Fenerbahçe Acıbadem Voleybol komandası, 2-0 geriye düştüyü maçta oyunu 2-2'yə gətirdi ancaq, final setini 15-9 hesabla 3-2 qələbəni əldən verdi. Avrupa Çempiyonluğu unvanını son anda əldən verdi.
_L_A_D_Y_
Xoşum gəlir bu idman növündən,pis-yaxşı böyük həvəslə oynayıram (dım)))).Amma day profesional deyilem deee bezileri kimi 108.gif
Elix
Milli çempionatda Finalda Lokomotiv`lə Rabitəçi qızlar üz-üzə gələcək..Oyun 23-29 arası keçiriləcək...Bundan öncəki mərhələdə Lokomotiv Azərreyli 3-2 hesbı ilə məğlub edib..Məncə Rabitəçi qızlar qələbə qazanacaq.
.A.R.Z.U.
Bəli Lokomativ və Rabitəçi qızlarımız qarşı qarşıya gələcəklər. İnşAllah bizim qızlar qalib gələcək, yəni Rabitəçi qızlar. Komandada əhval-ruhuyyə çox yaxşıdır. Görək necə olur. Çox maraqlı oyun olacaq. Bizə isə çoxlu tamaşaçı, azarkeş lazımdır.
Уличка
Amma bu dəfə qalibiyyyət gözləyirik
.A.R.Z.U.
Yenicə evə gəlmişəm. Komandamızın möhtəşəm yunu var idi. Yəqin ki xəbəriniz var. Az öncə Rabitə və Lokomativçi qızlarımız üz üzə gəldilər. 5ci və ən son setdə Rabitəçi qızlarımız qalib gələrək adını finala yazdırdı. Bu super göstəricidir. Bu gün bizim bayramımızdır, məhz bizim 100.gif Və bütün Rabitəçı azarkeşlərimizin. Oyun çətin olsada əzimkarlıqla qələbəni bayram edirik. Rabitə 3 - 2 Lokmativ. 100.gif
Elix
Oyun maraqlı idi,axırıncı setin bitməyəciyini düşünməyə başlamışdım artıq 100.gif
.A.R.Z.U.
Sitat(FeliX_ @ 26.04.2010, 10:08) *
Oyun maraqlı idi,axırıncı setin bitməyəciyini düşünməyə başlamışdım artıq 100.gif

Oyun həqiqətən çox maraqlı idi, final səviyyəsində oyun idi. Son setdə alınan hər sayı bizi finala apardı. Amma rəqib komandanın da əziyyətini danmaq olmaz. Çox yaxşı oyun alındı. Qızlarımızı bir daha və bu dəfə burdan təbrik edirəm. 100.gif
PANDA55
“Azərreyl” “İqtisadçı”ya yenə uduzdu




Bu gün Quba Olimpiya İdman Kompleksində voleybol üzrə qadınlar arasında Super Liqada üçüncü yer uğrunda oyun keçirilib. Bu oyunda “Azərreyl” və “İqtisadçı” ikinci dəfə qarşılaşıb.
İlk matçda rəqibinə 2:3 hesabı ilə məğlub olan Adnan Kistakın yetirmələri meydana revanş üçün çıxsalar da, yenə uduzublar. Bununla da onların bürünc medal qazanmaq şansı azalıb.
Qeyd edək ki, üçüncü yer uğrunda görüşlər 3 qələbəyə kimi davam edəcək.

“Azərreyl” – “İqtisadçı” – 0:3 (19:25; 11:25; 23:25)

Birinci hissə kifayət qədər gərgin keçsə də, “Azərreyl” rəqibi ilə bacara bilməyib. Daha güclü oyun nümayiş etdirən “İqtisadçı” 25:19 hesabı ilə qələbə qazanıb.

***
İkinci setdə “İqtisadçı” “Azərreyl”in əvvəlki vaxtından əsər-əlamət qalmadığını bir daha sübut edib. Bunun məntiqi nəticəsi kimi “iqtisadçılar” 25 xal qazandıqları halda, rəqiblərinə cəmi 11 xal veriblər.

***
Növbəti setdə “Azərreyl”in hesab arasındakı fərqi azaltmaq cəhdi alınmır. Onlar üçüncü setin sonlarında irəli keçsələr də, rəqib qələbə qazanır.
Beləliklə, “Azərreyl”ə 3:0 hesabı ilə qalib gələn “İqtisadçı” Adnan Kistakın yetirmələrini ikinci dəfə məğlub edirlər.


“Rabitə” qızıl medalların bir addımlığında




Bu gün voleybol üzrə qadınlar arasında Azərbaycan Super Liqasında final mərhələsinin oyunu keçirilib. Qubada həlledici mərhələdə “Rabitə” və “Lokomotiv” komandaları üz-üzə gəliblər.
Birinci oyunda rəqibinə 3:2 hesabı ilə qalib gələn “rabitəçilər” ikinci görüşdə “quru hesab”la qələbə qazanıblar. Belə ki, ilk setdə “Lokomotiv”ə 25:17 hesabı ilə qalib gələn CEV kubokunun bürünc mükafatçısı növbəti hissədə rəqibinə əlavə 1 xal “bağışlayıb” – 25:18.
Üçüncü setdə isə 25:21 hesablı qələbəni bayram edən “Rabitə” ikinci dəfə “Lokomotiv”ə sərt üzünü göstərib - 3:0.
Qeyd edək ki, aprelin 29-da keçiriləcək üçüncü oyunda “Lokomotiv” növbəti dəfə məğlub olarsa, “Rabitə” Azərbaycan çempionu adını qazanacaq.
.A.R.Z.U.
Bəli, Rabitə Çempion!!!
Rabitə - Lokomotiv 3:0 ( 25:20, 25:17, 25:18 )
Hər 3 oyunda qələbə qazanan Rabitəçi qızlarımız Azərbaycan Çempionlu adına layiq göründü. Lokomotiv ikinci, İqtisadçı isə üçüncü yerə layiq görülüb 100.gif
Əməyimizin bəhrəsini görürük. 108.gif 100.gif
Sun_Light
Voleybol... Bizimkilər voleybolu pis oynamır. Ən çox sevdiyim idman növüdür. Əvvəl voleybola getmek istəyirdim. Amma evdəkilər icazə vermədilər.Dedilər bir voleybolçumuz çatmır. Ancaq televizordan izləyə bilirəm.
Umbriel
Azərbaycan çempionu yığmamızın lideri ilə danışıqların aparılmadığını açıqladı

Qadın voleybolçulardan ibarət milli komandamızın lideri Natalya Məmmədova karyerasını Azərbaycanda davam etdirməyəcək.Bəzi mətbuat orqanlarında "Rabitə"nin "Dinamo"un (Krasnodar) üzvünü heyətinə cəlb etməsi ilə bağlı yayılan xəbərlər klub tərəfindən təkzib olunub.
"Rabitə" klubundan ANS PRESS-ə bildirilib ki, Natalya ilə heç bir danışıqlar aparılmır. "Rabitə" növbəti ildən Çempionlar Liqasında uğurlu çıxış etmək üçün heyətinə daha bir neçə səviyyəli voleybolçu qatacaq. Ancaq klubdan verilən məlumata görə, bu voleybolçuların arasında Məmmədova olmayacaq.
Xatırladaq ki, Natalya Məmmədova "Dinamo" (Krasnodar)ın heyətində bu mövsüm Rusiya çempionatının bürünc medalını qazanıb.
.A.R.Z.U.
Çempionlar Liqasında Azərbaycanın idman şərəfini qoruyacaq “Rabitə” klubu heyətini gücləndirməkdə davam edir. 5 legionerlə müqavilə bağlayan “rabitəçilər” bu dəfə Azərbaycan yığmasının lideri Natalya Məmmədova ilə danışıqlara başlayıblar.
“Rabitə” rəhbərliyinin Rusiya çempionatında Krasnodar “Dinamo”su ilə bürünc mükafata sahib olan voleybolçumuz ortaq məxrəcə gəldiyi bildirilir.
Paytaxt komandası növbəti mövsüm üçün serbiyalılar - Boyana Doganjiç, Silviya Papoviç Sanya Staroviç, Mira Qoluboviç və litvalı Olqa Toçko ilə 1 illik müqavilə imzalayıb.
PANDA55
Milli komandamızdan gözlənilən məğlubiyyət.



Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması “ənənə”sinə sadiq qalıb. Avropa çempionatının təsnifat mərhələsində İngiltərə ilə qarşılaşan Sahib Əliyevin yetirmələri elə ilk mərhələdəcə çıxışlarını dayandırıblar. Maraqlıdır ki, voleybolçularımız Bakıda 3:0 (25:21, 25:18, 25:22) hesabı ilə qalib gəldikləri rəqibdən səfərdə 1 set də “oğurlaya” bilməyiblər. Bu azmış kimi onlar 0:3 (25-18, 25-12, 25-18) hesabı ilə uduzaraq, topların fərqinə görə mübarizəni dayandırıblar.
Qeyd edək ki, komandamız topların fərqində 12 xal geri qalıblar.


“Azərbaycana transferim Çempionlar Liqasında oynamaq istəyimdən irəli gəldi”




“Azərbaycanın ən güclü klubu olan “Rabitə”ni seçməyim Çempionlar Liqasında oynamaq istəyimdən irəli gəldi. Bu turnirdə Avropanın ən güclü komandaları və ya dünyanın ən yaxşı voleybolçuları mübarizə aparırlar. Təcrübəli voleybolçuların oynadığı turnir həm də, daha güclü oynamaq üçün əsl meydandır”. Bu sözləri “Rabitə” klubunun yeni transferi Natalya Kulikova deyib.
24 yaşında dünya çempionu olan rusiyalı voleybolçu bildirib ki, paytaxt klubu növbəti mövsümdə güclü olacaq və yüksək yerlər uğrunda mübarizə aparacaq: “Rabitə” çox güclü komanda qurur və rəhbərliyin iddialı planı mənim Azərbaycana klubuna keçidimdə mühüm rol oynadı. Bakı klubunun hədəfi böyükdür. Yeni komandamdan fərqli, Çempionlar Liqasının debütantı deyiləm. Ötən mövsüm “Universitet Belqorod”in heyətində qitənin ən güclü yarışında iştirak etmişəm. Buradakı oyunlar mənim yaddaşımdan heç vaxt silinməyəcək. Püşkə əsasən, İtaliya “Foppapedretti”si və Fransa “Kann”ının yer aldığı güclü qrupa düşdük. Yekunda italiyalılar Çempionlar Liqasının qalibi, fransızlar isə üçüncü oldu. Biz “Foppapedretti” ilə ilk matçda həlledici hissədə məğlub olsaq da, cavab görüşündə onlara 3:1 hesabı ilə qalib gəldik. Bununla da Rusiya klublarının Apennin təmsilçilərinə 7 illik məğlubiyyət seriyasına son qoyduq”.
.A.R.Z.U.


Rabitə” voleybol klubu daha bir transfer reallaşdırıb. Son Azərbaycan çempionu Avropanın məşhur voleybolçularından olan serbiyalı Nataşa Krsmanoviçlə 1 illik müqavilə imzalayıb.
1985-ci ildə anadan olan, 188 sm boya malik Krsmanoviç peşəkar karyerasına “Yedinstvo”da başlayıb. 2001-2004-cü ildə bu klubun şərəfini qoruyan voleybolçu 2004-2008-ci illərdə İsveçrənin “Volero” komandasında çıxış edib. “Rabitə” klubunun yeni transferi son 2 ilini Türkiyə “Qalatasaray”ında keçirib. 2006-cı ildə dünya çempionatının bürünc, 1 il sonra Avropa çempionatının gümüş medalını qazanıb.



Active
Voleybolçu qadınlardan ibarət Azərbaycan yığma komandası növbəti qələbəsini qazanıb

Komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 3-cü görüşünü də qələbə ilə başa vurub.
Zəriflərimiz bu dəfə meydan sahibi Belarus seçməsini 3-0 hesabı ilə məğlubiyyətə uğradıb (25-16, 25-20 və 25-13).
Umbriel
Gələn mövsüm qadın voleybolçulardan ibarət komandalar arasında Avropa Çempionlar Liqasına qatılacaq klublar müəyyənləşib.Azərbaycan çempionu "Rabitə" ilə yanaşı, Avropa Voleybol Konfederasiyasının (CEV) bir nömrəli klub turnirində 20 klub iştirak edəcək.
Azərbaycanın bir klubla mübarizə aparacağı yarışa Türkiyə, İtaliya və Polşadan üç klub qatılacaq. Fransa və Rusiyadan iki, Xorvatiya, Rumıniya, Serbiya, İspaniya, İsveçrə və Çexiyanın bir klubu qalib adı uğrunda yarışacaq.
Turnirin püşkatma mərasimi iyunun 25-də Avstriyanın Vyana şəhərində keçiriləcək.

Çempionlar Liqasında mübarizə aparacaq klublar

1.Rabitə (Azərbaycan)
2.Fənərbaxça (Türkiyə)
3.Vakıfbank (Türkiyə)
4.Eczaçıbaşı (Türkiyə)
5.Skavolini (İtaliya)
6.Karnagi Villa (İtaliya)
7.Berqamo (İtaliya)
8.Bielsko-Biala (Polşa)
9.Budovlani Lodz (Polşa)
10.Bank BPS Fakro (Polşa)
11.Kann (Fransa)
12.ASPTT (Fransa)
13.Zareçye (Rusiya)
14.Dinamo (Moskva, Rusiya)
15.Zok Split (Xorvatiya)
16.Dinamo (Buxarest, Rumıniya)
17.Srvena Zvezda (Serbiya)
18.Aguera (İspaniya)
19.Volero (İsveçrə)
20.Modranska (Çexiya)
Уличка
Bir iki dəfə Azerreyl komandasının oyunlarına baxmışam.Ona görə də bir o qədərdə voleybol haqqında xəbərlərdən heç nə bilmirəm.
Elix
Rabitə qızlardan ibarət voleybol komandasına yeni oyuncu gəldi :Nataliya Məmmədova.. Azırbaycanda ən yaxşı voleybolçu qızlardan biridir,ona görə sevindim 100.gif
Umbriel
Türkiyə yığma komandasının üzvü və "Eczaçıbaşı" klubunun voleybolçusu Natalia Hanikoğlu karyerasını Azərbaycanda davam etdirəcək. Voleybolçu Bakının "Azərreyl" klubuna transfer olunub.
Xatırladım ki, Natalia Hanikoğlu rus əsilli Türkiyə vətəndaşıdır. Əvvəllər Rusiya yığmasının tərkibində çıxış edən idmançı türk voleybolçu Hakan Hanikoğlu ilə evləndikdən sonra Türkiyə komandasının şərəfini qoruyub.

P.S. Ən çox sevdiyim voleybolçudur. Özü də çox şirin qızdır. Onu sevirəm... 100.gif
Sergio Ramos
indi voleybolumuzda güclu komanda mənce RABİTƏ di Azərreyl evvəlki kimi deyil
prences
voleybool idmanin bir novudur.ve voleyboola mende heves cooooooooooxdu
PANDA55
Azərbaycan reytinq cədvəlində 1 pillə irəlilədi


Avropa Voleybol Konfederasiyası (CEV) qadınlar arasında ölkələr üzrə reytinq cədvəlini açıqlayıb.Açıqlanan siyahıda Azərbaycan yeni rekord müəyyənləşdirərək, 154.33 xalla 15-ci sıraya yüksəlib. Bu xala əsasən ölkəmiz qadın komandalar arasında növbəti il CEV kubokunda və “Çelenc cup”da 2 klubla təmsil olunmaq hüququ qazanıb.
Ötən il 134.33 xalı olan Azərbaycanın reytinq cədvəlində bir pillə irəliləməsi isə “Rabitə” klubunun CEV kubokunda bürünc medal qazanması sayəsində baş verib. Nəticədə reytinqimizə 20 xal əlavə edilib. Lakin buna baxmayaraq, hələ də Çempionlar Liqasında iştirak hüququ qazanmamışıq. Reqlamentə əsasən, 1-11-ci yerin sahibləri qitənin ən mötəbər klub yarışında mübarizə aparacaqlar. Onlar, həmçinin Avropa kuboklarında ümumilikdə 5, 12-15-ci yerlərin sahiblər 4, 16-22-ci yerlərin sahibləri 3, 23-28-ci yerlərin sahibləri 2 və 29-35-ci yerlərin sahibləri isə 1 komanda ilə qüvvələrini sınaya bilərlər.
Qeyd edək ki, reytinq cədvəlinə 450.33 xalla İtaliya başçılıq edir. İkinci yerdə Rusiya (412.00), üçüncü yerdə isə Türkiyə (363.67) qərarlaşıb.
PANDA55
“İqtisadçı”nın voleybolçusu Almaniya yığmasına çağırıldı




Qadın voleybolçulardan ibarət Almaniya yığmasının Yaponiyada keçiriləcək dünya çempionatına yollanacaq heyəti müəyyənləşib.Siyahıda Bakının “İqtisadçı” klubunun yeni transferi Katlin Ueiss də yer alıb.
Mundialın favoritlərindən olan Bundestimin heyətində 2003-cü ildən çıxış edən 26 yaşlı voleybolçunun komandası C qrupunda qüvvəsini sınayacaq. Onlar növbəti mərhələyə yüksəlmək üçün ABŞ, Kuba, Qazaxıstan, Tailand və Xorvatiyaya qarşı mübarizə aparacaqlar.
Qeyd edək ki, Almaniya yığması 2006-cı ildə keçirilən dünya çempionatının final mərhələsində Azərbaycan voleybolçuları ilə eyni qrupda yer almışdı və 3:0 hesabı ilə qələbə qazanmışdılar. Lakin onlar qrupda 2 yeri tutsalar da, sonda 11-ci olublar.
Hollow_Man
Axerbaycan xanimlarin voleybolundan nese gozleyirsiniz?))
.A.R.Z.U.
Sitat(Hollow_Man @ 02.09.2010, 0:43) *
Axerbaycan xanimlarin voleybolundan nese gozleyirsiniz?))

Azərbaycan oglanlarinin futbolundan gözləmədiklərimizi 185.gif
Hollow_Man
Sitat(Donna @ 02.09.2010, 1:14) *
Azərbaycan oglanlarinin futbolundan gözləmədiklərimizi 185.gif


Bes Azerbaycan oglanlarin futzalina ne deyesen 107.gif , ikisininde istifade etdiyi meydanca eynidir))
.A.R.Z.U.
Sitat(Hollow_Man @ 02.09.2010, 1:40) *
Bes Azerbaycan oglanlarin futzalina ne deyesen 107.gif , ikisininde istifade etdiyi meydanca eynidir))

Azerbaycan oglanlarin futzalina deyirem ki, komandada cəmi 2 azəri var. əsas heyətə baxanda isə elə bil Azərbaycan yox Braziliya komandasıdır 185.gif
Hollow_Man
Sitat(Donna @ 02.09.2010, 1:42) *
Azerbaycan oglanlarin futzalina deyirem ki, komandada cəmi 2 azəri var. əsas heyətə baxanda isə elə bil Azərbaycan yox Braziliya komandasıdır 185.gif


Korotenko, shabovta, parxomenko, natalya mammadova,alla hasanova, inessa qorxmaz- xamsi azerbaycanli imish 122.gif

Bir azeri voleybolcu yadimdadir, qesheng qiz idi Ilahe Agayeva goresen indi o hardadir?
Umbriel
Sitat(Donna @ 02.09.2010, 1:42) *
Azerbaycan oglanlarin futzalina deyirem ki, komandada cəmi 2 azəri var. əsas heyətə baxanda isə elə bil Azərbaycan yox Braziliya komandasıdır 185.gif

Bu nədi hər şeydən xəbərin var sənin, futbol, voleybol, basketbol, futzal və s. 185.gif Olmaz belə, azərbaycan qızı evdə oturub kartof soymalıdır 185.gif
P.S. Bu arada həndbol ilə aran necədi, mənlə oyuna varsan? 214.gif
PANDA55
Yığmamızın bazasına çevriləcək komanda bəlli oldu




“Biz gənclərdən ibarət komanda qurmaq istəyirik. Klubumuzda yığmanın oyunçularına şans verərək, onların təcrübə toplaması üçün çalışacağıq”. Bu sözləri “Nəqliyyatçı” voleybol klubunun yeni baş məşqçisi Adnan Kistak deyib.
Son mövsümdə “Azərreyl”i çalışdıran türkiyəli mütəxəssis yeni komandasında titul qazanmağa üstünlük verməyəcək. Onun sözlərinə görə, əsas məqsədləri yığmaya voleybolçu yetişdirmək olacaq: “Qarşıya gənc voleybolçuları yetişdirmək məqsədi qoymuşuq. Düzdür, çempionatda bütün rəqiblərimizlə başabaş oynamağa çalışacağıq. Amma bununla bərabər “Nəqliyyatçı”nı gənclər yığmasının bazasına çevirmək istəyirik. İlk növbədə “Azərreyl”də rəhbərliyim altında oynayan perspektivli və gənc voleybolçuları komandaya gətirəcəyik. Onların təcrübə qazanması və güclü rəqiblər qarşı oynaması milli komandada rəqabəti artıracaq. Bundan sonra isə təcrübəli və əcnəbilərlə danışıqlara başlayacağıq. Fikrimcə, bu sahədə klubumuz Azərbaycan voleyboluna öz töhfəsini verəcək”.
“Nəqliyyatçı” digər klublarımızdan fərqli, hazırlıqlarını Bakıda keçməyi planlaşdırır. Kistak bildirib ki, yaxın günlərdə heyət formalaşdıqdan sonra təlim-məşq toplanışına başlayacağıq: “Hazırlıq üçün ölkə xaricinə getməyəcəyik. Məşqlərimizi paytaxtımızda keçəcəyik. Ola bilsin burada komandanın gücünü yoxlamaq üçün bir neçə sınaq görüşü baş tutsun”.
Sharm
Həmişə ən böyük istəklərimdən biri də Voleybola getmək olub.Amma nədənsə anam heç vaxt icazə verməyib 104.gif Bizim məktəbin voleybol komandası Bakıdakı bütün məktəbləri udmuşdu.Məşqçimiz Ramiz, yəni mənim yox qızların Çox sərt adam idi.Lakin yenə də hamı onu inanılmaz dərəcədə çox istiyirdi.Özdə bir sözü var idi "Qaz elədik bütün məktəbləri 185.gif " tez-tez deyərdi.Ehhhhh....
Politic science
Turk liseyinde oxudugum vaxtlarda A-2 komandasinda oynuyurdum. ve 1 ci yeri bizim sinifin A-1 komandasi 2 ci yeri ise ele bizim sinifin A-2 komandasi oldu. belediki voleybolla aram zordu. ele futbollada
PANDA55
Azərbaycan çempionu üçün “Qalatasaray” nümunəsi


Rabitə” voleybol klubunun Çempionlar Liqasındakı rəqibi “Dinamo Romplest” “Qalatasaray”la yoxlama görüşündə qüvvəsini sınayıb.İstanbulda təlim-məşq toplanışında olan rumıniyalılar hazırlıq çərçivəsində qarşılaşdıqları “sarı-qırmızılar”la oyunda heç nə ilə yadda qalmayıblar. Görüşün əvvəlindən sonunacan üstün oyun nümayiş etdirən Türkiyə klubu Super Liqanın qalibi “Rabitə”nin rəqibinə heç bir şans verməyib. İlk hissədə 25:22 hesabı ilə qələbə qazanan “Qalatasaray” növbəti setdə 25:21 hesabı ilə qalib gəlib. Son hissədə isə “Dinamo Romplest” daha zəif oynayıb və 16:25 hesabı ilə uduzub.
Qeyd edək ki, “Rabitə” Çempionlar Liqasında debütünü noyabrda məhz “Dinamo Romplest”ə qarşı keçirəcək.
PANDA55
Dünya çempionatının gümüş mükafatçısı Bakıya gəlir




Paytaxtın “Lokomotiv” klubu növbəti mövsümə hazırlığı davam etdirir. Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olan Super Liqanın gümüş mükafatçısı heyətinə yeni voleybolçu qatıb.
“Dəmiryolçular” ABŞ yığmasının üzvü Nansi Metkalfın transferini reallaşdırıblar. Aleksandr Çervyakovun komandası onunla 1 illik müqavilə imzalayıb. 1978-ci ildə anadan olan voleybolçu 186 sm boya malikdir.
2000-ci ildən ABŞ yığmasının şərəfini qoruyan Metkalf bu komanda ilə dünya çempionatının gümüş (2002), dünya Qran-Prisinin (2003, 2004) və dünya kubokunun bürünc medallarına sahib olub. Panamerika kubokunun qalibi (2003) və üçüncüsü (2010) adını qazanıb. Karyerası ərzində “İndias Mayaguez” (Puerto-Riko, 2002-2003), “Peruca” (İtaliya, 2003-2004), “Əczaçıbaşı” (Türkiyə, 2004-2005, 2007-2009), “Mursiya” (İspaniya, 2006-2007), “Minas” (Braziliya, 2009-2010) və “Kriollas de Kaguas” (Puerto-Riko, 2010) klublarında çıxış edib. Klub karyerasında Türkiyə, İspaniya çempionatının və kubokunun qalibi adını qazanıb. Onun Avropada ən böyük uğuru 2007-ci ilə təsadüf edib. Amerikalı voleybolçu “Mursiya”nın heyətində “Top-komandalar” kubokuna sahib olub.
Qeyd edək ki, Metkalfın “Lokomotiv”ə transferindən sonra Azərbaycanda oynayan amerikalı voleybolçuların sayı 8-ə çatıb.
Bu səhifənin tam versiyasına baxmaq üçün, linkdən keçin.
Русская версия IP.Board © 2001-2014 IPS, Inc.