Kömək - Axtar - İstifadəçilər - Kalendar
Bu səhifənin tam versiyası: Hansı milli qəhrəmanları tanıyırıq?
www.big.az Forum > Azərbaycan > Hərbi
Səhifə: 1, 2
BARSA-1899
Mən bilmək istərdim, bizim gənclər Azərbaycanın milli qəhrəmanlarını tanıyırlarmı?
Gəlin, təkcə adları yazmaqla kifayətlənməyək. Nəyə görə Milli qəhrəman adına layiq görüldüyünü də yazaq...
Gəlin, ONLARı tanımayanlara tanıdaq.


P.S. Sizləri unutmayacağıq...
Active
Çingiz Mustafayev
Believer
Nizami Məmmədov, Natiq Məmmədov , Rövşən Hüseynov, Salatın Əsgərova, və nəhayət milli qəhrəman adını verilib verilmədiyini bilmirəm amma o bizim küçənin adını daşıyır , Qarabağda şəhid olmuş İlqar Həsənov Allah rəhmət eləsin
captain070
tanidiqlarimi saysam vaxt qurtarar
BARSA-1899
Ceyhun mən bilirəm sən bunları deyə bilərsen.Çox sağ ol.Sən əsl PATRİOTsan.
Fred Asif.Allahverdi Bağırov və.s
RESID7
Fred Asif,Canpolad,Əlif Hacıyev və.s
Believer
dostlar çoxdur deməklə iş düzəlmir , məndə bilirəm çoxdur amma bir ikisini qeyd edin . Allahverdi Bağırov , Yusif Əliyev
la Belle au bois dormant
hm... çoxusunu tanımıram. ancaq Çingiz Mustafayev, Əlif Hacıyev, Alı Mustafayev, Salatın Asgerova, Riad Əhmədov, İlham Hüseynov, Ayaz İsmayılov, Rövşən Əliyev və s.
HaNNiBaL
Əlbətdə çoxlarını tanıyıram ama üçünü yazsam məncə qəbul edərsən Tahir Bağırov,Mahmud İbrahimov
Dostik
Ay millət çoxu yazır ki hamısını saysam bura yerləşməz.Niyə yalan danışırsınız?Yazın görək yerləşir yoxsa yox.Əgər bilmirsinizsə yazmayın.

Bir marqlı qəhrəman haqda sizə yazım.
Əhmədiyyə Cəbrayılov

Əhmədiyyə Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəkinin Oxud kəndində anadan olmuşdur. 1942-ci ilin mayında Donbas uğrundakı döyüşlərdə yaralanaraq almanlara əsir düşmüş, Daxao və Elzas- Lotaringiya ölüm düşərgələrinə göndərilmişdir. 1942-ci ilin noyabrında əsir düşərgəsindən qaçaraq fransız partizanlarına qoşulmuş, "Armed Mişel", "Ryus Armed", "Xarqo" gizli adları ilə Fransa Müqavimət Hərəkatında iştirak etmiş, Şarl de Qolla çiyin- çiyinə alman faşistlərinə qarşı vuruşmuşdur. Fransanın Milli qəhrəmanı adına layiq görülmüş və Fransanın Fəxri Legion ordeni ilə təltif olunmuşdur. Təsadüfü deyil ki, Şarl de Qoll Fransa hökümətinin başçısı kimi Moskavaya gələndə Əhmədiyyə Cəbrayılovla görüşmüşdür.


Şarl de Qoll Əhmədiyyə ilə İki əlli görüşüb.Onlar müharibə vaxtı dostlaşmışdılar.Hətta Əhmədiyyəyə onun yanında qalmasını da təklif etmişdi.Ən əsası ona Pejo ya da ki reno şirkətini verirdi.Dəqiq yadımda qalmayıb.Amma bunların hamısından imtina edərək vətəninə qayitdı.Amma vətənində ona qəhraman kimi hörmət göstərmədilər.Çoox təəssüf.

P.S. Bu da bizim Əlillərə göstərdiyimiz hörmət.Hələm çox qəhrəmanlarımız var ki yad edilmir.
HaNNiBaL
Bütün qəhramanlarımızla fəxr edirəm ama ,,Tankist Albert Aqarunovun,, qəhramanlıq,savaşlarını tanış olduqda çoxlu fərəh hissi keçirdirəm!
PANDA55
Əliyev Nadir Alış oğlu

1962-ci iyul ayının 30-da Ağdam rayonunun Əliağalı kəndində anadan olub.
1977-1981-ci illərdə Bakı Politexnik Texnikumunu bitirib.
1991-ci ildən Mili Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olan N.Əliyev 1991-ci ilin sentyabr ayından dekabr ayınadək olan müddətdə Azərbaycan DTK (1991-ci ilin noyabr ayından MTN-nin) Mardakert (Ağdərə) Rayon Bölməsində, 1992-ci ildən etibarən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Qarabağ üzrə İdarəsinin Ağdərə Rayon Bölməsində baş əməliyyat müvəkkili, 1993-cü ilin yanvar ayından MTN Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuşdur. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə N.Əliyev könüllü olaraq cəbhə bölgəsinə ezam olunması barədə raportla müraciət etmiş, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdərə rayonunun Sırxavənd kəndində gedən döyüşlərdə şəxsi rəşadət göstərmiş, Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət göstərmiş və qəhrəmancasına həlak olmuşdur. Əliyev Nadir Alış oğlu Azərbaycan Respublikası Prezidentinin 09 oktyabr 1994-cü il tarixli 218 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
HaNNiBaL
Salatın Əziz qızı Əsgərova



Doğum tarixi 1961
Doğum yeri Bakı
Ölüm tarixi 1991
Ölüm yeri Laçın Qaladərəsi
Ölüm səbəbi Qətlə yetirilmişdir

Əsgərova Salatın Əziz qızı 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində doğulmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir. 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə istedadlı jurnalist, "Molodyoj Azerbaydjana" qəzetinin əməkdaşı və ən nəhayət Azərbaycanın qeyrətli qızı Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir.
Ailəli idi, bir oğlu var.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd "Salatınkənd" adlanır.
BirOmurNegmesi

Səyad Rəhimov,
Fikrət Tağıyev,
Nazim İsmayılov,
Tahir Firuzoğlu,
Salatın Əsgərova,
Çingiz Mustafaev,
Cəbrəyl Məmmədov....

bu qədərini bilirəm...[/b]
selos
Cingiz Mustafayev
Salatin Esgerova
Agayev Vasif
Quliyev Nazim
Eliyev Ilham
Ehmedov Natiq
Hesenov Eldar
Salahov Shakir
Eliyev Nadir
............


SCHOOL_258
Çingiz Mustafayev
budis
Cingiz Mustafayev Salatin Esgerov Ramil Seferov
X_Pirat
Əlyar Əliyev.
Ami-Djan
Çingiz Mustafayev, Salatın Əsgərova...
_L_A_D_Y_
Nadir Əliyev,Ənvər Arazov,Məzahir Rüstəmov,Faiq Cəfərov,Etibar Hacıyev

ETİBAR HACIYEV

Etibar Hacıyev 1971-ci il Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur.Orta məktəbi btirdikdən sonra bir müddət savxozda işləmişdir.Erməni millətçiləri və seperatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna getməli olurlar.Etibar 1989-cu ildə hərbi xidmətə çağrılır,ordudan tərxis edildikdən sonra isə Vətənə geri dönür.

1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır.Böyük Canbar,Kiçik Canbar,Buzlaq,Erkəc kəndləinin erməni quldurundan azad edilməsində xüsusi fədakarlıq göstərir.1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür

Göygöl rayonunda dəfn olunmuşdur.Göygöl rayonunda küçələrdən biri qəhrəmanımız adını daşıyır
tenhaqiz
Çingiz Mustafayev,Alı Mustafayev,Allahverdi Bağırov,Salatın Ələsgərova.
P.S.Orta məktəbdə oxuyanda bizə xeyli milli qəhrəmanın adını əzbərlətmişdilər.Amma son vaxtlar milli qəhrəmanları artıq yada salan olmadığına görə təəssüf ki onların adları unudulur,həmçinin mən də çoxlarının adını unutmuşam. 104.gif
0504708787
MİLLİ QƏHRƏMANLARIMIZ:

ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ..!!



Fərzəlİyev Pəhlivan Əhliman oğlu:



27 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində ana dan olub. Şuşa Kənd Təsərrüfatı Texnikumunu bitirib. İdmanla məşğul olan P.Fərzəliyev Şuşada keçirilən çempionatda Qarabağ çempionu adını qazanıb.
P.Fərzəliyev 1979-cu uldə orduya çağırılıb. 1986-cı ildə Orenburq Politexnik Universitetini bitirib.

BTR-n ekipaj komandiri olan Pəhlivanın taqımı Füzuli rayonundakı sərhəd kəndlərinin qorunmasında iştirak edib. Onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və bir BTR məhv edilib. P.Fərzəliyev 1992-ci il aprelin 11-də həlak olub.

Evli idi. İki oğlu, bir qızı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə baş leytenant Fərzəliyev Pəhlivan Əhliman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Füzuli rayonunun Qobu Dilağarda kəndində dəfn edilmişdir.

Bakı şəhərindəki qəsəbələrdən biri qəhrəmanın adını daşıyır.



Ibrahimov Rasim Səxavət oğlu:



18 aprel 1962-ci ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olan R.İsmayılov 1979-cu ildək burada oxuyub. 1983-cü ildə Almaniyaya hərbi xidmətə göndərilib. 1988-ci ildə Bakıya qayıdan R.İsmayılov 1992-ci ildə o Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb. Bu tabor Füzuli rayonunun kəndlərini mərdliklə qoruyurdu. Onların taboru 1992-ci il 26 iyun Tuğ kəndi uğrunda döyüşə girir. Onlarla erməni quldurunu məhv edən döyüşçülər digər dəstənin gəlib çatmamasından mühasirəyə düşürlər. Cəsur komandir R.İbrahimov döyüşçü dostlarını mühasirədən xilas edərkən özü düşmənin mühasirəsinə düşür. Ermənilərə təslim olmayan R.İsmayılov “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”,-deyərək özünü qumbara ilə partladır.

Ailəli idi, iki övladı qalıb. Oğlu bu gün atasının yolunu davam etdirir.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Çilov adasında abidəsi ucaldılıb, qəhrəmanımızın adına burada bağ salınıb.




Məmmədov Seymur Qəhrəman oğlu:



8 sentyabr 1971-ci ildə Füzuli şəhərində anadan olub. 1978-88-ci illərdə Füzulidəki 2 saylı məktəbdə təhsil alıb. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olub. 1991-ci ildə hərbi xidmətə çağırılan S.Məmmədov hərbi xidmətini Almaniya və Ukraynada keçirib. Vətənə qayıtdıqdan sonra könüllü olaraq Füzulidəki özünümüdafiə taboruna yazılıb. S.Məmmədov bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında qəhrəmanlıq göstərib. Qorxmaz qumbaraatan S.Məmmədov 1992-ci il 1 aprel tarixində Məlikcan kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni yaraqlısı olan 15 post məhv ediir.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Oxuduğu məktəb onun adını daşıyır.


Zülfüqarov Elxan Qaçay oğlu:



29 iyun 1954-cü ildə Füzuli rayonunda anadan olub. 1969-cu ildə Bünyad Sərdarov adına 1 saylı məktəbin səkkizinci sinfini bitirib. Daha sonra Yevlax rayonunda orta təhsilini davam etdirən E.Zülfüqarov 1972- 1974-cü illərdə Ukraynada hərbi xidmət keçib. E.Zülfüqarov 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilir və orada milis işçisi olaraq fəaliyyətə başlayır.

Qarabağ hadisələri başlayanda E.Zülfüqarov vətənə qayıdır. 1992-ci ildə könüllü olaraq Azərbaycan ordusuna yazılan E.Zülfüqarov Laçın, Qubadlı, Zəngilan, Füzuli bölgələrində döyüşüb. 40-dan çox hərbi əməliyyatda iştirak edən Elxan xeyli erməni quldurunu məhv edib. Qısa müddətdə ona kapitan rütbəsi verilir və kəşfiyyat qrupunun komadir müavini vəzifəsinə təyin edilir. Erməni, rus dillərini səlis bilən E.Zülfüqarov 4 yanvar 1994-cü il yenidən kəşfiyyata yollandı onun əldə etdiyi məlumatlardan sonra 19 kənd azad edildi. Ermənilərin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah sursat ələ keçirildi. Döyüşçülərimiz hərbi texnikaları belə götürə bilmişdilər. 5 yanvar 1994-cü il Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı E.Zülfüqarov qəhrəmancasına həlak oldu.

Ailəli idi, dörd övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.



Rəfiyev Faiq Qəzənfər oğlu:



22 fevral 1955-ci il Füzuli rayonunda anadan olub. 1972-ci ildə Qarakollu kənd məktəbini bitirib. 1973-75-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olub. 1990-cı il 20 Yanvar hadisəsindən sonra DİN-ə müraciət edir və təcrübəsi nəzərə alınaraq Xocavənd rayonuna sahə müvəkkili göndərilir. F.Rəfiyev Axullu, Tuğ, Qaradağlı kəndlərində əsl qəhrəmanlıq göstərib. 1992-ci il yanvarın 10-da Koçbəy kəndinin erməni quldurlarından təmizlənməsi zamanı F.Rəfiyev həlak olub.

Ailəli idi, iki övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Doğulduğu Sarıcıq kəndində dəfn edilmişdir.

Lökbatan qəsəbəsindəki 166 saylı məktəb qəhrəmanımızın adını daşıyır.



Kərimov Bəşir Bəylər oğlu:



2 fevral 1976-cı ildə Füzuli rayonunda anadan olub. 1991-ci ildə səkkizinci sinfi bitirərək texniki-peşə məktəbində təhsilini davam etdirib. 1993-cü ildən döyüşlərdə iştirak edən B.Kərimov 19 may 1994-cü ildə Azərbaycan ordusunda xidmətə çağırılır. 1995-ci il 13-17 mart hadisələri zamanı o, Azərbaycan dövlətçiliyi əleyhinə çıxmış silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı B.Kərimov həlak olub.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
RESID7
Ələkbər Əliyev
BARSA-1899
Bunları Yazmağı Özümə Borc Bildim...


Azərbaycanın Milli Qəhrəmanları

ABBASOV MEHDİ-BAYRAMOV SOLTANAĞA-ƏLİYEV VASİLİ-ABDULLAYEV MAŞALLAH-BEHBUDOV SƏFİYAR-ƏLİYEV YAVƏR-ABDULLAYEV NAMİQ----CƏBRAYILOV FƏXRƏDDİN
ƏLİYEV YUNİS
ABDULLAYEV RÖVŞƏN
CƏBRAYILOV MİKAYIL
ƏLİYEV YUSİF
ABDULLAYEV ŞÖVQİYAR
CƏFƏROV FAİQ
FƏRZƏLİYEV PƏHLİVAN
AQARUNOV ALBERT
ƏHMƏDOV RİAD
GÜLƏLİYEV OQTAY
ƏLİYEV EHTİRAM
HACIYEV FİKRƏT
ATAKİŞİYEV İNTİQAM
ƏLİYEV ƏLƏKBƏR
HƏBİBOV RƏFAEL
ATAKİŞİYEV ASLAN
ƏLİYEV ƏLİYAR
HƏSƏNOV MƏHƏMMƏD
AXUNDOV SƏFA
ƏLİYEV ƏMİRASLAN
HƏSƏNOV ELDAR
AZNAUROV İSGƏNDƏR
ƏLİYEV ƏSGƏR
HƏSƏNOV İLHAM
BABAYEV ÇİNGİZ
ƏLİYEV ETİBAR
HƏSƏNOV SƏYAVUŞ
BABAYEV ƏJDƏR
ƏLİYEV İLHAM
HƏSƏNOV TABİL
BABAYEV NAZİM
ƏLİYEV İMAMVERDİ
HƏSƏNOV TAHİR
BAĞIROV ALLAHVERDİ
ƏLİYEV NADİR
HÜMBƏTOV FƏRHAD
BAĞIROV TAHİR
ƏLİYEV RÖVŞƏN
HÜSEYNOV ƏFQAN
HÜSEYNOV ELMAN
MƏDƏTOV FARİZ
MURTUZƏLİYEV SERGEY
HÜSEYNOV ELŞAD
MEHDİYEV FAZİL
MUSAYEV AQİL
HÜSEYNOV ELŞƏN
MƏHƏRRƏMOV SƏXAVƏT
MUSAYEV FƏXRƏDDİN
HÜSEYNOV RÖVŞƏN
MƏHƏRRƏMOV ASİF
MÜSLÜMOV VALEH
HÜSEYNOV SADIQ
MƏMMƏDOV AQİL
MUSTAFAYEV ALI
HÜSEYNOV ŞAHLAR
MƏMMƏDOV AYTƏKİN
MUSTAFAYEV ÇİNGİZ
HÜSEYNOV TOFİQ
MƏMMƏDOV ƏLİ
NAĞIYEV DİLQƏM
HÜSEYNOV VÜQAR
MƏMMƏDOV ELŞAD
NƏCƏFOV FƏXRƏDDİN
İBRAHİMOV MİRƏLƏKBRƏR
MƏMMƏDOV İBRAHİM
NƏCƏFOV YUNİS
İBRAHİMOV NURƏDDİN
MƏMMƏDOV KAZIM
NƏSİBOV KAMİL
İBRAHİMOV RASİM
MƏMMƏDOV MÖVSÜM
NƏSİBOV MƏRİFƏT
İSGƏNDƏROV ƏLABBAS
MƏMMƏDOV NATİQ
NƏSİROV YALÇIN
İSGƏNDƏROV FAMİL
MƏMMƏDOV NİZAMİ
NƏSRƏDDİNOV RAFİQ
İSMAYILOV ETİBAR
MƏMMƏDOV SAHİL
NƏZƏRLİ HİKMƏT
İSMAYILOV İLQAR
MƏMMƏDOV SƏFƏRALI
NİFTƏLİYEV CƏMİL
İSMAYILOV İNQİLAB
MƏMMƏDOV SEYMUR
NOVRUZOV ƏLƏSGƏR
KARLOV YEVGENİ
MƏMMƏDOV XANOĞLAN
NURİYEV ELNUR
KƏRİMOV BƏŞİR
MƏMMƏDOV ELDAR
OCAQVERDİYEV SƏRXAN
KƏRİMOV ELGİZ
MƏNSUROV BƏHRUZ
ORUCOV VƏZİR
KƏRİMOV KAZIMAĞA
MİRABOV RƏŞAD
PAŞAYEV BAXŞEYİŞ
KƏRİMOV KƏRİM
MİRZƏYEV KƏRƏM-POLOVİNKO RUSLAN
KOVALYOV YURİ
MİRZƏYEV ŞİRİN
QASIMOV İXTİYAR
MAHMUDOV ƏRƏSTUN
MİRZƏYEV YUSİF
QASIMOV MUXTAR
MAKEYEV İQOR
MURADOV HİKMƏT
QƏDİMƏLİYEV ARİF
MƏCİDOV ELDAR
MURADOV RUSLAN
QƏHRƏMANOV FARİZ
MƏCİDOV ZAKİR
MÜRSƏLOV VÜQAR
QƏNBƏROV RAMİZ
QUBADOV ARİF
RZAYEV CANBULAQ
SEYİDOV MƏHƏRRƏM
QULİYEV MƏDƏT
RZAYEV QASIM
SEYİDOV MİRƏSGƏR
QULİYEV MƏTLƏB
RZAYEV RÖVŞƏN
ŞİKAROV ŞİKAR
QULİYEV NOFƏL
ŞAHBAZOV FƏXRƏDDİN
SLESARYOV MİXAİL
QULİYEV VAHİD
ŞAHBAZOV YAVƏR
ŞÜKÜROV ŞAHLAR
QULİYEV ZABİT
ŞAHVERDİYEV İSRAFİL
TAĞIYEV ŞAHİN
QULİYEV AQİL
SALAHOV ŞAKİR
TAĞIZADƏ ELDAR
QULİYEV EMİN
ŞAMOYEV FİRUDDİN
TƏHMƏZOV PAŞA
QULİYEV MİRZƏ
SARIYEV ZAUR
TEYMUROV RİZVAN
QULİYEV NAZİM
SAYADOV MEHMAN
XASIYEV SAMİR
QURBANOV NOVRUZ
SƏDİYEV VƏZİR
XƏLİLBƏYLİ TƏBRİZ
RAMAZANOV ŞAMİL
SƏFƏROV CƏLİL
XƏLİLOV ELDAR
RƏFİYEV FAİQ
SƏFƏROV SƏRDAR
YƏHYAYEV ELŞAD
RƏHİMOV CAVANŞİR-SƏLİMOV ARAZ-YUSİFOV NAİQ-RƏHİMOV KOROĞLU-SƏMƏDOV PƏRVİZ-YUSİFOV ROMAN-RÜSTƏMOV FÜZULİ-SENYUŞKİN SERGEY-YUSİFOV ZAKİR-RÜSTƏMOV HİDAYƏT-SERYOGİN VİKTOR-ZÜLFÜQAROV ELXAN-RÜSTƏMOV MƏZAHİR-ZÜLFÜQAROV SAMİR-ƏMİROV FAİQ-AĞAYEV ELDAR-ÇİRİNQOV RAMAZAN-ƏSƏDOV ƏSƏD-AĞAYEV BƏYLƏR-ÇOBANOV ŞAMOY-ƏSƏDOV MALİK-AĞAYEV FAİQ-DAVİDOVİÇ ANATOLİ-ƏSƏDOV RƏFAEL-AĞAYEV FƏRHAD-EDİLOV YELMAR-ƏSGƏROVA GÜLTƏKİN-ALICANOV RAFİQ-ƏHƏDOV ELŞAD-ƏSGƏROVA SALATIN-ALLAHVERDİYEV BƏXTİYAR-ƏHMƏDOV ƏSƏD-EYVAZOV QORXMAZ-ALLAHVERDİYEV ELBRUS-ƏHMƏDOV MÜBARİZ-FƏRƏCOV ƏNVƏR-ALLAHVERDİYEV NAMİQ-ƏHMƏDOV NATİQ-ARAZOV ƏNVƏR-ƏKBƏROV RÖVŞƏN-HACIYEV ƏLİF-ASLANOV NİYAZİ-ƏKBƏROV AKİF-HACIYEV ETİBAR-ASLANOV ŞİKAR
Sabina-87
İsgəndərov Hətəm Əjdər oğlu - ölümündən sonra Milli Qəhrəman adı verilib.
HaNNiBaL
Mübariz kimi mübariz ol!!!!!



Dünən milli qəhrəmanlar arasına daha biri əlavə edildi - Mübariz İbrahimov.Bir neçə gün əvvəl bundan qabaq qəhrəmancasına şəhid olan qardaşımıza bu adı belə tez bir zamanda verilməsi məni çox sevindirdi xüsusəndə onun zabit heyyətindən olması mənə daha çox təsir elədi hərbi xidmətdə olanlar bilərlərki bir zabitin şəhid düşməsi nə deməkdir.Allah ailəsinə səbr versin bir daha Allah rəhmət eləsin!


Hollow_Man
Elton İsgenderov Dövlet Serhed Qoşunlarında Milli Qehremanı adı ile teltif edilen ilk esgerdir
Prezident İlham Eliyevin serencamı ile Dövlet Serhed Xidmetinin esgeri, Samux rayon Ehmedbeyli kend sakini, 1990-cı il tevellüdlü Elton Xaleddin oğlu İsgenderov ölümünden sonra Milli Qehreman adı ile teltif olunub. Prezidentin Milli Qehreman adına layiq gördüyü Elton 2009-cu il iyun ayının 18-de İran-Azerbaycan serhedini qanunsuz keçmek isteyen “Meşe qardaşları” adlı qanunsuz silahlı qruplaşmanın üzvleri ile atışmada komandirinin ve esger yoldaşlarının heyatını öz heyatı bahasına xilas ederek, şehid olub. Şehid ve Milli qehremanın anası Münevver İsgenderova onların evinde olan müxbirlere dövletin bu qayğısının aile üçün teselli olduğunu bildirib ve ali baş komandan, Azerbaycan Respublikasının prezidenti İlham Eliyeve teşekkür edib. Hisslerini ve xatirelerini bölüşüb. “Dövlet Serhed Qoşunlarında “Azerbaycanın Milli Qehremanı” adı ile teltif edilen ilk esgerin anası olmaqla qürur duyuram” - Heyat yoldaşım ve men ölke prezidenti terefinden oğlumuza bu adın verilmesini Azerbaycanın Silahlı Qüvvelerine, onun esgerine dövletin ve ali baş komandanın verdiyi en yüksek deyer kimi qiymetlendiririk. Dövletin öz esgerine sahib çıxması qan veren yaramıza melhemdir. Bu ölüm Tanrı terefinden ömrün-günün tamamlanmağı deyil, bu ölüm yuxularımda gördüyüm kimi oğlumla vetenin sarmaşıq şekilde bir-birine isteyinin neticesidir. Elton bir defe de Dövlet Serhed Xidmeti terefinden xidmetde ferqlendiyine, sayıqlıq ve peşekarlığına göre döş nişanı ile teltif edilib. “Qonşu ve qohum uşaqların paltarlarını esger getmemişden nişanlayırdı” - Emisi oğlu herbiden yenice qayıtmışdı. Hamı onun şenine verilen qonaqlıqda öz kefinde idi. 14 yaşlı Elton ise sakitce emisi oğlunun herbi formasını geyib, eve qayıtmışdı. Qayıdanda gördüm ki, ele hemin paltardaca şirin yuxuya gedib. Günlerle paltarı eyninden çıxarmadı. Çox böyük marağı vardı esger paltarına. Mektebde de herbi vetenperverlik dersinde, yarışlarda feal iştirak edirdi. Hetta uşaqlara ders de keçirdi. Tek qardaşına da daim vetenin müqeddesliyinden, igidlik ve merdlikden danışırdı. “Şehidlerin ölmediyini bildiyi üçün şehid oldu” - Hemişe televiziyada şehidlerle bağlı verilişlere xüsusi maraq göstererdi. Deyirdim ki, üreyim dözmür, başqa kanala çevir. Mene cavabı heç vaxt deyişmedi: “Ana, şehidler ölmür. Onlar da bizim kimi yaşayır. Üreyini üzme”. “Eltonun ölümünedek tesadüflere inanmırdım” - Oğlum 1990-cı ilin oktyabrının 21-de evimize sevinc getirdi. Ele esgerliye de hemin tarixde yola düşdü. Ölen günü 9 aylıq xidmeti başa çatmaq üzre idi. Sağ qalsaydı, daha 9 ay xidmet edecekdi. 11 yaşından atasına kömek etmek üçün Ehmedbeyli qebiristanlığında işleyirdi. Ele genc yaşda zehmet çekdiyi yer onun son ve ebedi ünvanına çevrildi. Bütün bunlar tesadüfdürmü? Bilmirem. Herden onun 9 ay sonra qapını döyerek, içeriye daxil olacağını ve yeni de mene gülümseyeceyi günü gözleyirem… “Oğlumun ruhu dedi ki, hele de serhedlerimizi qoruyuram” - Elton şehid olan geceni özümü çox narahat hiss edirdim. Nefes ala bilmirdim. Bir de gördüm ki, külek pencereni taybatay açdı ve perdeni göye qaldırdı. İçeri serin hava doldu. İçimdeki narahatlıqla ellerimi göye qaldırıb, “Allah yene nahaq qan var, balamı hifz ele” dedim. Bütün geceni yata bilmedim. Sehere yaxın gözüme yuxu getdi. Yuxumda gördüm ki, Elton otağının ortasında rengi qaralmış şekilde durub, mene baxır. Dedim, oğul, ne olub, niye gelmisen, bu ne haldır? “Ana, seninle görüşmeye gelmişem” - deye cavab verdi. Qalmasını istedim. “Mene gedirem serhedlerimizi qoruyam” - dedi ve yoxa çıxdı. Yerinde, qapımızın düz ağzındaca qara kölgeler gördüm. Vahimeden oyandığımda, qapı döyülürdü. Mene qara xeber getirmişdiler...ALLAH REHMET ELESIN!


Bu esger menimle bir yerde qullug edib
Hollow_Man
Iki esgerimiz TER-TER -de ermenilerle atishma zamani wehid oldular 104.gif
Onlara milli qehreman adi verildi, biri Sabirabad rayonundan Pervin Abdullayev ve digerinin heyif adi yadimda qalmadi. Allah her ikisne rehmet elesin,
Veten sag olsun!
MaKu
Əfsər Məmmədov.Məhlə uşağı olub
Hollow_Man
Sitat(MaKu @ 03.09.2010, 0:13) *
Əfsər Məmmədov.Məhlə uşağı olub


Allah rehmet elesin, tezelikce wehid olandir?
Milaska89

Rövşən Abdullayev 1969-cu il yanvar ayının 16-da Lerik rayonunda doğulmuşdur. Məktəbi burada başa vurduqdan sonra isə ailəsi ilə birlikdə Lənkərana köçmüşdür. Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı. Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü oldu erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə “Qaz 66” markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr etdi özü isə ağır yaralansada silahı yerə qoymurdu. Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi...Subay idi.
zərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir.
X_Pirat
Yuxarıda qeyd edilib amma məndə qeyt etməyi qərara aldım. Mübariz İbrahimov
turksboy
ELTUN Isgenderov(DSX)...MUBARIZ IBRAHIMOV...ULVI BUNYADZADE..ELXAN ATAKISIYEV..(DSX)
HaNNiBaL
Abayev
He men onlarla bir yerde olmusam.Digeri Imisli rayonu Xoscobanli kendinden Emirov Vuqar Emreli oglu idi.Allah Onlara Rehmet Elesin
monashka
cox milli qehramanlarimizi taniyiram,amma Azerbaycanin tarixinde MUBARIZ IBRAHIMOV kimi ogul olmayib,menim fikrimce.o esil IMAM HUSEYN mektebinin ardicilidi.ALLAH REHMET ELESIN.
SADECE_MEN
İbrahimov Mübariz Ağakərim oğlu
07.02.1988-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur.
“Canım atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar.
Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin.
Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bu sözlər cəbhənin Tərtər rayon Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.
Şəhid gizirimizi unutmayaq!!!
turksboy
Fərid Əhmədov,ANAR Mürsəlov,Çingiz mustafayev
Ashiqi Movla
Cingiz Mustafayev Fuad oglu 1960-ci ilde avqustun 29-da herbci ailesinde anadan olub.1983-cu ilde Azerbaycan Tibb Universitetini bitirib.1985-ci ilde yaratdigi Cengi birliyindeki fealiyyeti ile genclerin lideri seviyyesine yukselir. Ermanistan Azerbaycana qarshi tecavuze bashalayandan sonra,Cingiz jurnalistikaya uz tutur. O,1991-ci ilden AZ-TV-de reportyer kimi calishmaga bashlayir.Ancaq,yalniz Azerbaycan miqyasinda fealiyyet gostermekle kifayetlenmedi. Dovlet televiziyasinda olan senzura ve yasaqlar Cingiz Mustafayevi genish fealiyet imkanlarindan mehrum edirdi. Ona gore de,Cingiz 215 KL studiyasini yaratmaq qerarina geldi.
O,cebhede bir esger,bir zabit ve hetta bir komandan kimi cox vezifeleri oz uzerine gotururdu. Cingiz Mustafayev telejurnalist kimi cebhede yarandigi kimi,cebhede de helak oldu.1992-ci ilin iyunun 15-de Agdamin Naxcivanik kendinde cekilish ederken aldigi mermi qelpesinden helak oldu.
Cingiz Mustafayev 1993-ci ilden Azerbaycanin MILLI QEHRAMANIDIR.
extreme1
Mubariz ibrahimov.Cingiz mustafayev.
men_bakinka
Cingiz Mustafaev,Mübariz İbrahimov,Fərid Əhmədov.
Rusalka
Salatin Esgerova, Fexreddin Sahbazov, Ali Mustafayev, Mubariz Ibrahimov, Ferid Ehmedov, Cingiz Mustafayev.
Ashiqi Movla
Aqil Quliyev Milli Qehraman

Həyatı
Quliyev Aqil Sahib oğlu 1963-cü il sentyabr ayının 19-da Qərbi Azərbaycanın Qarakilsə rayonunda doğulmuşdur.
1980-ci ildə məktəbi bitirmiş və Neft Akademiyasına daxil olmuşdur. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis edildikdən sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, 1985-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olmuşdur.
1988-ci ildə ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edərkən onun da ailəsi bu təcavüzə məruz qalmışdır. Aqil ailəsini Bakıya gətirmiş, burada müvəqqəti sığınacaq tapmışdır.


Döyüşlərdə iştirakı
Sonra Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etmişdir. O, 45 nəfər döyüşçü ilə Ağdama göndərilmiş, rota komandiri təyin olunmuşdur. Onun kiçik qardaşı Nəsimi də Vətənin müdafiəsinə qalxmış, erməni işğalçılarına qarşı döyüşmüşdür. Nəsimi kəşfiyyat taboruna başçılıq etmişdir.
Aqil Quliyev ilk hərbi əməliyyatını Xocalıda həyata keçirmişdir. 1992-ci il fevral ayının 18-də ermənilər Rusiyaya məxsus 366-cı moto-atıcı alayın köməkliyi ilə Xocalı şəhərini mühasirəyə alıb atəşə tutduğu vaxt Aqilin komandirlik etdiyi rota onlara qarşı rəşadətlə vuruşmuş, onlarla qulduru məhv edə bilmişdilər. Amma cəsur komandir burada hər iki ayağından yaralanmışdır.
25 fevral 1992-ci ildə döyüşçü dostları onu təhlükəsiz yerə aparmaq istəyərkən xain düşmənin gülləsinə tuş gəlmiş və şəhid olmuşdur.


Ailəli idi, bir qız övladı var.
Ashiqi Movla
Şahin Tağıyev


Tağıyev Şahin Talıb oğlu 3 fevral 1949-cu ildə Tərtər rayonunda anadan olmuşdur.İlk təhsilini 1956-cı ildə Bakının Bülbülə qəsəbəsində 208 saylı orta məktəbdə almış, 12 saylı internat məktəbində təhsilini bitirmişdir. 1969-cu ildə Bakı Energetika Texnikumunu bitirmişdir. Hərbi xidmətini Novosibirskdə keçmiş, burada zabitlik kursunu bitirmişdir.Raket - artilleriya qoşun hissələrində xidmət etmişdir. Ordudan tərxis olunaraq, Bakı Mayesiz Transformatorlar Zavodunda işləmişdir. 1992-ci ildə yenicə yaradılmış "Qurtuluş" batalyonunun tərkibinə qatılır. Tərtər, Seysulan, Yarımca, Levonarx döyüşlərində iştirak edir.1992-ci ilin mart ayında "Qurtuluş" batalyonuna komandir təyin edilir. Polkovnik - leytenant Ş. Tağıyev torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərənlərdən biri olub.
Ailəlidir.
Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ashiqi Movla
…Fərid 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 1992-cı ildə N.Gəncəvi adına Cəlilabad rayon 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub. 2007-ci ildə oranı əla qiymətlərlə bitirən müdavim Fərid Əhmədov rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir. Kursu uğurla başa vuraraq leytenant rütbəsi alır və Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilir. Xidmətə başlayandan sonra Türkiyəyə göndərilir. Orada 6 ay yüksək təlim kurslarını başa vurur və fərqlənmə nişanı və diplomla təltif olunur. Sonra Gəncədəki «N» saylı hərbi hissəyə xidmətə qayıdır. 2009-cu ildə Gəncədəki xidmətini başa vuran Fərid öz ərizəsi ilə Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətə başlayır. Qısa müddət ərzində hərbi hissədə hörmət və etimad qazanan Fərid Əhmədov kəşfiyyat bölüyünün komandiri təyin edilir. 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığında erməni qəsbkarlarına qarşı vuruşan Fərid qəhrəmancasına şəhid olur.
Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyidi düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə gцrə layiq gorulub.
Fərid Əhmədov Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi imzanı atmış oldu...
Anası Nərgiz xanımın dedikləri:
«Fərid uşaqlıqdan qeyrətli, namuslu idi. Çox istedadlı, qeyri-adi uşaq idi. Uşaq vaxtlarında gözəl şəkillər çəkərdi. Həmin şəkillərdə də vətənpərvərlik hissləri vardı. Hələ altıncı sinifdə oxuyanda mərhum prezident Heydər Əliyevin şəklini çəkmişdi. Rəsmlərində cəngavərlik səhnələrini təsvir etməyi xoşlayırdı. Bir dəfə də şirlə pələngin döyüş səhnəsini canlandırmışdı. Həmişə mənə deyərdi ki, bunları elə-belə çəkirəm. Bir dəfə oturarsan, sənin şəklini də çəkərəm. Yas məclisinə gələn kurs yoldaşı mənə danışdı ki, bir dəfə dərsdə müəllim danışdıqca Fərid də şəkil çəkirmiş. Birdən müəllim soruşur ki, sən orda neyləyirsən? Fərid şəkli müəllimə göstərir. Müəllim heyranlığını gizlədə bilməyib deyr: «Fərid, sənin ki belə istedadın vardı, hərbiyə niyə gəlirdin, gərək rəssam olaydın». Dediyim kimi, Fərid həm də gözəl şeirlər yazardı. Uşaqlıqdan mərd, sözübütöv idi. Məktəb illərində öz yoldaşlarını müdafiə edərdi. Hər işini özü həll edər, narahat olmayım deyə, çox şeyləri mənə deməzdi. Hərbi məktəbdə çavuş idi. İki kursant dalaşanda onları ayıran zaman əlindən zədələnmişdi. Ona görə də əməliyyat etmişdilər. İstəmirdi ki, mən narahat olum.
Yadımdadır, Fəridin 8 yaşı vardı, evimiz tikilən zaman idi, bir dəfə oynayanda dəmir qolunu kəsdi. Həkim tikiş qoymalı oldu. Həmin tikişin izləri qalmışdı. Həmişə zarafatla mənə deyərdi ki, itsəm məni bu çapıqla taparsınız. Elə bil hər şeyi bilirdi. Onun bu uşaq zarafatı kədərli gerçək oldu. Sonradan xəstəxanada biz Fəridi əlində və qolundakı həmin çapıqla tanıdıq. Fərid haqqında danışmaq mənə çox ağırdır.Hərbi məktəbdə oxuduğu 4 il ərzində də hamıdan seçilib. 9-cu sinifdən hərbi məktəbə hazırlaşırdı. Həm özünün marağı vardı, həm də atası onun hərbçi olmasını istəyirdi. Cəmi iki uşaq idilər ailədə, bir bacı , bir qardaş. 5 ay əvvəl, aprel ayında bacısını gəlin köçürdü. Deyirdi ki, Gülü, nə çətinliyin varsa, mənə de. Fərid mənim arxam, dayağım idi. İstər orta məktəbdə, istərsə də hərbi məktəbdə yaxşı oxuyurdu. Hərbi məktəbə qəbul olunandan sonra mənə təşəkkürnamələr gəlməyə başladı. Yazırdılar ki, belə övlad böyütdüyünüzə görə çox sağ olun. Təbii ki, mən bir ana kimi bu sözlərdən qürur hissi keçirirdim. Və onu da bilirdim ki, Fəridin hərbi işə marağı çox güclüdür. Təsadüfi deyil ki, sonralar Türkiyədə təhsil alanda ona sertifikat verən türk general Fəridin əlini sıxaraq demişdi: «Sən əsl hərbçisən!».
Onu da deyim ki, Fərid Türkiyədən qayıdandan sonra özü ərizə yazıb döyüş bölgəsinə - Tərtər rayonuna xidmətə gedib. İstəmirdi ki, fikir çəkim, ona görə çox şeyi mənə bildirmirdi. Hər dəfə zəng edəndə deyirdi ki, Gəncədə işlərim yaxşı gedir, narahat olma. Sonradan bilmiєəm ki, Fərid Gəncədə yox, dьz bir il iki ay imiє Tərtərdə qulluq edirmiє. Dediyim kimi, könüllü getmişdi ora. Sonradan hərbi hissənin rəisi, zabitlər bildirdilər ki, Fərid necə işlər görüb, hərbi hissədə hamının hörmətini qazanıb, bir komandir kimi orda necə nizam-intizam yaradıb. Onun bacarıqlı olduğunu diqqətdən yayınmır. Fəridə leytenant rütbəsi verilir və qərargah rəisi onu rota komandiri təyin edir. O vaxt Fərid çox gənc idi, cəmi 23 yaşı vardı. General şəxsən özü Fəridə demişdi ki, sən yeganə zabitsən 23 yaşında bu rütbəni qazanmısan. Mənə deməmişdi, amma sonradan bildim ki, Fərid kəşfiyyat bölməsinin də rəisi olubmuş.
İyul ayında məzuniyyət götürüb Bakıya bacımgilə getmişdim. Fərid zəng etdi ki, ana, gəlmək istəyirəm, üçgünlük məzuniyyət götürəcəyəm. Mən də dedim onda Bakıya gəl. Cavabında Fərid bildirdi ki, ana, sən qal istirahət elə, mən gedim rayona, Cəlilabada getmək istəyirəm. Balam ildə iki-üç dəfə mənim əziz qonağım olurdu. Ürəyim necə dözərdi? Beləliklə, mən də getdim rayona. İyulun 14-15-i olardı. Əhvalı mənə xoş gəlmədi Fəridimin. Narahat oldum. «Oğul, sənə nə olub axı?» - deyə soruşanda: «Narahat olma, ana, havalar isti keçir, yemək olmur. Ona görə beləyəm».
Hələ də bilmirəm ki, o nə üçgünlük məzuniyyət idi? Elə bil vidalaşmağa gəlmişdi. Gələn kimi bacısını görməyə getdi. Çox fikirli, qəmli görünürdü. Sanki məndən qaçmağa çalışırdı. Gedəndə də mənimlə pilləkəndə görüşdü, onu darvazaya qədər ötürməyə qoymadı. Mən evdə olmayanda mobil telefonunda Mübariz İbrahimovun şəkillərini nənəsinə göstərib, deyib ki, gör necə oğuldur? Vaxt gələcək, mən də şəhid olacağam.
Mübarizin cəsədinin düşmən tərəfdə qalması onu çox üzürdü, buna görə çox narahat idi. Mənə deyilənlərə görə, Fərid Mübarizin meyiti ilə dəyişdirilməsi üçün erməni zabiti ələ keçirmək istəyirmiş. Ona görə də tez-tez kəşfiyyata gedirmiş. Həmişə əsgər və zabitlərə deyirmiş ki, görərsiniz, bu oğul (özünü göstərib) gedib Mübarizi gətirəcək! Mübarizlə fəxr edirdi. Həmişə də deyirmiş ki, biz necə hərbçiyik ki, onun cəsədini qaytara bilmirik. Telefonunda Mübarizin şəkillərinin üstündən yazıbmış ki, biz səninlə fəxr edirik. Bunu yoldaşları da görübmüş.
Birinci kursda oxuyanda Ramil Səfərov Fəridə dərs demiєdi. Sonradan Ramil Macarıstanda həbs olunanda Fərid özünə yer tapa bilmirdi. Fərid mənim ona ehtiyacım olan vaxtda, vətənə lazım olan zamanda getdi. Amma bir şeylə təsəlli tapıram ki, Vətən üçün, torpaq uğrunda canını qurban verdi. Sentyabrın 3-də kapitan Əhməd Abdullayevlə birlikdə (o da bizim rayondan idi) kəşfiyyata gediblər. Əhməd yaralananda Fərid rabitəçi və əsgərlərə əmr edib ki, Əhmədi götürüb geri çəkilsinlər. Özünü ermənilərin səngərinə ataraq Əhmədə deyib ki, «Sən ailəlisən, balaların var, mən isə subayam, səni qoruyacağam!».
Dayısı Aslan müəllimin dedikləri:
«Biz din adamlarıyıq, yəni namaz qılan, oruc tutanıq. Fərid də namaz qılırdı. Onu uşaqlıqdan kiçik dayısı öyrətmişdi. Hərbi məktəbə gedənə qədər hər zaman namazını qılardı. Amma sənəti ilə əlaqədar sonradan vaxtın azlığına görə qıla bilmədi. Bununla belə, qəhrəmanlıqla həlak olduğu gün ramazan ayına təsadüf etdiyi üçün Fərid oruc idi.
Sabazios
Milli qəhramanlarimiz coxdu. Allah hamisinin ruhun şad, məkanlarini cənnət, aillələrinə səbir versin. Ancaq Mübariz İbrahimovon adin yazmasam ürəyim partllayar.
sdhq-a
Müharibəni uduzmuş bir dövlətin nə Geniralı olur nədə Milli Qəhrəmanı..bu bir qanundur
Blackkk
"Google`da hansı milli qəhrəmanlarımızı axtarırıq"
Cardia
bu movzuya gore twk.men burda Qarabag doyuwlerinde iwtirak eden ,veten yolunda canlarindan kecen ,qehremanliq gosteren,milli qehreman adi almasada ,Allah qatinda wehidlik zirvesine yukselen iki wehidimizin adini qeyd etmek isteyirem.Aga Mirismayil oglu Haciyev ve Memmedov Alim.
Cardia
bu movzuya gore twk.men burda Qarabag doyuwlerinde iwtirak eden ,veten yolunda canlarindan kecen ,qehremanliq gosteren,milli qehreman adi almasada ,Allah qatinda wehidlik zirvesine yukselen iki wehidimizin adini qeyd etmek isteyirem.Aga Mirismayil oglu Haciyev ve Memmedov Alim.
Bu səhifənin tam versiyasına baxmaq üçün, linkdən keçin.
Русская версия IP.Board © 2001-2014 IPS, Inc.