Kömək - Axtar - İstifadəçilər - Kalendar
Bu səhifənin tam versiyası: 20 Yanvar «Şəhidlər günü»
www.big.az Forum > Azərbaycan > Tariximiz
login
«Öz imperiya maraqlarını hər şeydən üstün tutan güruh, dinc əhaliyə qanlı divan tutmaqla, ölkəmizin müstəqillik amallarının gerçəkləşməsini mümkünsüzləmək niyyətini güdürdü. Lakin, İmam Hüseynin (ə) qəhrəmanlıq və fədakarlıq məktəbindən şövqlənən əzmkar və şücaətli xalqımız bütün təzyiq və divanlara baxmayaraq, öz müstəqilliyni qazandı və imperiyanın çökməsinə öz töhfəsini verdi.

20 yanvar – sonsuz hüzn və kədəri özündə ehtiva edən bir gün olmaqla bərabər, eyni zamanda, Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) müqəddəs yolunun yolçusu olan xalqımızın əsrlərdən bəri bəslədiyi azadəlik arzularının həyata keçməsinin bir rəmzidir. Və milli-mənəvi dəyərləri yaşatmaq baxımından bu tarixə diqqətlə yanaşmaq hər birimizin üzərində olan şərəfli məsuliyyətlərdəndir. Yaşadığımız məhərrəm-səfər əyamı bu dəyərlərin yaşanması baxımından xüsusi missiya müəyyən edir»
Hörmətli istofadəcilər, bu gün haqqında bidiklərimizi.şahidi olduqlarımızı bura yazaq..Şəhidlərimizi yad edək...
Angel_Misha
Ilk onceSALAM cox saq ol movzu ucun ama mence hec bunu unutmamliyiq ki yaddasimizi imenni her il 20 yanvarda yenileyek..ama gorunur ele bu hadise 20 yanvardan 20 yanvara xatirlanir bu bizim qara tarixe yazilib unudulmayacqda hec ...sizede tesekkurrrrr.. 133.gif
BARSA-1899
Allah bütün ölənlərə rəhmət eləsin.bu gün biz bu şəhidlərin sayəısində həyatdayıq.
N.sehra...
Uşaqlar nə olub sizə ? Axı 20 yanvar bizim qan yaddaşımızdır. 110.gif
Sizlərdə öz fikrinizi bildirin 20 yanvar haqqında,törədilən vəşicəsinə hadisələr haqqında yazında.
Vətənpərvər userləri bu mövzuda fikirlərini bilmək hamımız üçün maraqlıdır. 110.gif
Xain düşmənlərin törətdiyi və etdiyi vəhşi hərəkətlər heç vaxt bizim yaddaşımızdan çıxmayacaq.
Ulu babalarımızın qanı ilə yoğrulan torpağımızı düşmən əlinə veməyək.
Göylərdə narahat gəzən şəhid ruhlarına xəyanət etməyək.Axı onlar bizə görə şəhid olublar.Onlar torpağlarımızı xilas edib,öz canlarından keçiblər.

Allah bütün şəhidlərimizə rəhmət etsin.AMİN.
Necla
Allah bütün şəhidlərimizə rəhmət eləsin.Amin
kabus_ve_zulmet
sehidleri ve o gunleri unutmaq olmaz. goresen o seyleri toreden ruslara niye biz nifgret etmirik yoxsa gucu var bir az asilacagimiz var qorxuruqmu? onlara qarsi nifretimiz yoxdu olsada bunu qabariq gostermirik..
JAKAMI
Şəhidlər ölmürlər Allah rəhmət eləsin şəhidlərimizə 104.gif
login


AMİN! Allah Qarabağ, 20 Yanvar və Qəzza şəhidlərini Kərbəla Şəhidləri ilə məşhur etsin!
LENKERANLI



Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 19 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

Əziz istifadəçilər buyrun 20 Yanvar ,O gün haqta bildiklərimizi bir-birimizlə bölüşək !




XiRDa_XaNiM
Neçe gelinler gözüyaşlı, neçe analar sinesidağlı, neçe körpelerimiz yetim qaldı o gece. Zaman her derdin dermanıdır, iller keçdikce yaralar qaysaq bağlayır, amma tarix qalır. 1990-cı ilin 20 yanvarı xalqımızın qanı ile, canı ile yazdığı şanlı bir sehifedir.
O gecenin qehremanları yeni başlayan esrimizin nağıllarına köçecekler: biri vardı, biri yoxdu, İlham adında bir igid, onun Ferize adında gözel bir sevgilisi vardı. Ve ya başqa bir nağılda bele deyilecek: Ülvi o qeder ağıllı, o qeder terbiyeli idi ki, qonşu arvadlar her defe onu görende “Allah seni qandan-qadadan qorusun” deyerdiler. Bir başqa nağılda da deyilecek ki, Allahyar 4 balasını bağrına basdı, öpüb-qoxladı, ömür-gün yoldaşı ile halallaşdı ve düşmen qabağına getdi”.
Belece, nağıllar yazılacaq, şeirler qoşulacaq o igidlerin adına. 20 Yanvar nağıla dönecek, o nağılın qehremanları Veten azadlığı uğrunda Melikmemmed kimi, ağ atlı oğlan kimi divlerle, ejdahalarla döyüşe yollanacaqlar.

Xalqımız 20 yanvar şehidlerinin xatiresini daim eziz tutur ve her il facienin ildönümünü geniş qeyd edir. Bu il de hazırlanmış tedbirler planına esasen, her yerde xatire tedbirleri keçirilir. Artıq bir neçe gündür ki, Baki Şeher İcra Hakimiyyetinin serencamına esasen paytaxtın bütün rayonlarında yaşayan şehid ailelerine yardım gösterilir. 20 Yanvar respublikamızın bütün bölgelerinde de anılmaqdadır. Dünen ölke erazisinde fealiyyet gösteren mekteblerde 20 Yanvar şehidleri anılıb, onların qehremanlıqlarından söz açılıb. Yanvar faciesinin 16-cı ildönümü xarici ölkelerde yaşayan soydaşlarımız terefinden müxtelif şeherlerde geniş qeyd edilir.


…Bu gün de minlerle insan Şehidler xiyabanına üz tutacaq. Ziyaretçilerin gediş-gelişlerini asanlaşdırmaq meqsedile metronun Elmler Akademiyası stansiyasının yaxınlığındakı avtobuslar onları Şehidler xiyabanına daşıyacaq. 20 Yanvar stansiyası ise gün erzinde sernişinlere pulsuz xidmet edecek. Hemin gün Bakı vaxtile saat 12:00-da respublikanın bütün erazilerinde şehidlerin xatiresi bir deqiqelik sükutla yad edilecek, gemilerden, avtomobillerden ve qatarlardan ses siqnalları verilecek, gün erzinde Şehidler xiyabanında hüznlü musiqi seslenecek. 20 yanvar faciesinin 16-cı il dönümü ile elaqedar keçirilecek ümumxalq tedbirinin rahat teşkili üçün Dövlet Yol Polisi İdaresigüclendirilmiş iş rejiminde fealiyyet gösterecek. Qurumun metbuat xidmetinin rehberi Vaqif esedov Şehidler Xiyabanına Parlament prospekti, ezizbeyov heykeli ve “Teleteatr” terefden daxil olan bütün neqliyyat vasiteleri hereketinin gün erzinde mehdudlaşdırılacağını bildirib.
XiRDa_XaNiM

Sinəllər güllə-güllə,
Qan axır dönür gülə.
Qərənfillər ağlayır
Düşmənə gülə-gülə.


. . .

Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşayır.
XiRDa_XaNiM
Ağla qərənfil, ağla!

Qərənfil — şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla qərənfil, ağla!

Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla qərənfil, ağla!

Hər şəhidə bir düzüm,
Abşeron — qan dənizim.
Sən — mənim ağlar gözüm,
Ağla qərənfil, ağla!


Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla qərənfil, ağla!


Kərbəla — qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə,
Ağla qərənfil, ağla!


Bəxti asılan qıza,
Hünəri aslan qıza
Toyu yas olan qıza
Ağla qərənfil, ağla!



Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla qərənfil, ağla!


Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə,
Ağla qərənfil, ağla!


Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara,
Ağla qərənfil, ağla!


Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara,
Ağla qərənfil, ağla!


Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya,
Ağla qərənfil, ağla!


Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara,
Ağla qərənfil, ağla!


Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi…
Ağlamalı gün gəldi,
Ağla qərənfil, ağla!


XiRDa_XaNiM
Şəhidlər
Namerd gulləsine qurban gederken
Gozunu sabaha dikdi sehidlər.
Ucrengli bayragı oz qanlariyla,
Veten goylərinə cekdi sehidlər.

O senbe gecəsi,o qətl gunu,
Mumkune donderdik namumkunu.
Xalqin qelbindeki qorxu mulkunu
O gece dagidib sokdu sehidlər.

Tarixi yaşadıb diləyimizdə
Bir yumruğa donduk o gecə biz də
Yıxıb koləliyi urəyimizdə
Cəsarət mulkunu tikdi şəhidlər

Zalım oyunməsin zulmləriylə
Min bir bohtanıyla, min bir şərilə.
Həqiqət uğrunda olumləriylə
Olwmw kamına cəkdi şəhidlər

...İnsan insan olur oz hunəriylə
Millət millət olur xeyri şərilə
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər.
login
«Öz imperiya maraqlarını hər şeydən üstün tutan güruh, dinc əhaliyə qanlı divan tutmaqla, ölkəmizin müstəqillik amallarının gerçəkləşməsini mümkünsüzləmək niyyətini güdürdü. Lakin, İmam Hüseynin (ə) qəhrəmanlıq və fədakarlıq məktəbindən şövqlənən əzmkar və şücaətli xalqımız bütün təzyiq və divanlara baxmayaraq, öz müstəqilliyni qazandı və imperiyanın çökməsinə öz töhfəsini verdi.

20 yanvar – sonsuz hüzn və kədəri özündə ehtiva edən bir gün olmaqla bərabər, eyni zamanda, Həzrət Peyğəmbər (s) və Əhli-beytin (ə) müqəddəs yolunun yolçusu olan xalqımızın əsrlərdən bəri bəslədiyi azadəlik arzularının həyata keçməsinin bir rəmzidir. Və milli-mənəvi dəyərləri yaşatmaq baxımından bu tarixə diqqətlə yanaşmaq hər birimizin üzərində olan şərəfli məsuliyyətlərdəndir. Yaşadığımız məhərrəm-səfər əyamı bu dəyərlərin yaşanması baxımından xüsusi missiya müəyyən edir», - deyə İçərişəhər «Cümə» məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu bu hüznlü günlə bağlı bildirmişdir.

İçərişəhər «Cümə» məscidinin dini icması bu mühüm mövzuya öz töhfəsini vermək niyyətilə «Şəhidlər günü» adlı fotosərgi nümayiş etdirəcəkdir. Fotosərgidə 1990-cı ilin 20 yanvar tarixində Sovet imperiyasının Azərbaycanın azadə insanlarına tutduğu qanlı divanı, xalqımızın azadlıq mübarizəsini əks etdirən, habelə, dünyanın müxtəlif bölgələrində təcavüzə məruz qalan təcavüzə məruz qalan dinc insanların, körpələrin faciəsini, Qarabağ müsibətini, Qəzza müsibətini təzahür edən fotoəsərlər nümayiş etdiriləcəkdir. Bununla yanaşı, proyektorla slayd-şou nümayişi də nəzərdə tutulmuşdur.

Psixoloq
Umid edirem ki shehidlerimizin qani yerde qalmaz!!!
tenhaqiz
O gün heç kəs başını aşağı əymədi. Biz şəhid verdik, lakin qalib gəldik. Biz nə əyildik, nə sındıq. O gün "Azadlıq!" sədası göylərə qalxdı. Biz o azadlığı qanımız bahasına əldə etdik... Elə bir gün olmur ki, Şəhidlər xiyabanı adamsız, yalqız qalsın. Axı nə idi o qocaların, körpələrin günahı?!
İndi nəyin bahasına olursa-olsun biz hamımız azadlığımızı qorumalıyıq. Budur bizim şəhidlər qarşısında müqəddəs borcumuz!
Ruhunuz şad olsun! Sizin Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, firavan gələcəyi uğrunda axıtdığınız qan hədər getməyib.
Hər birimiz Şəhidlər xiyabanına gedərkən içərimizdə xəfif titrəyiş hiss edirik. Oradan qayıdanda isə bu titrəyiş qürur hissi ilə əvəz olunur. Başqa cür ola da bilməz!
Yox, bu gün ürəyimiz ağrısa da, biz ağlamayacağıq! Hər bir şəhid - istər yaşlı, istər gənc, istərsə də körpə - bizim hər birimizin vüqarıdır. Gəlin vüqarlı olaq
ANS delisi
Sizi bilmirem, amma men her il tekrarlanan bosh sohbetlerden bezmishem. Axi ne qeder öz ichimizden düshmen axtaracagiq? Siz seher diqqetle AZTV-ye qulaq asin, onda basha dushersiniz menim ne demek istediyimi.
iMPERATOR_22
Allah Butun Sehidlerimize Rehmet Elesin Sehidlerimizin ruhu Sad olsun Amin insallah
Pianist_88
Bir 20 Yanvar daha gəldi çatdı və yenə biz keçdik təkrarlara :
-İnşAllah tökülən qanlar yerdə qalmayacaq.
-Allah ölənlərə rəhmət eləsin , inşAllah.
-İnşAllah gələn dəfə 20 Yanvar şəhidlərini Qarabağı alıb sevindirərik.
................................................................................
.
................................................................................
.

İnşAllah, inşAllah hara qədər?! Bir ilin yalnız və yalnız 8-9 günündə şəhidləri yad eləyən xalq çətinki bu inşAllah-ları reallaşdırsın. Belə bir söz vare "Qəbul olunmuyacaq duaya AMİN deməzlər" , inciməyin mən də bu gün gələcəyinə edilən dualara AMİN deməyəcəm! Niyədə deməliyəm axı. Hər millət hər xalq gələcəyini gənclərdə görür. Bizdə necədi? Demək olarki hər şey irsi və gənclərin çox faizi boş boş işlərin dalında... Gənc olub öz gücünə qabağa gedən vətəndaş sayı əl barmaq sayın keçə bilməz. Bizim dövlət üçün belədidə , o sayın əl barmaq sayını keçməsi günahdı, özüdə elə belə yox haa böyük günahdı, əstafurullah elə bir şey olub eləsə xalq olaraq cəhənnəmə gedə bilərik.
20 Yanvar günü vətən uğruna canını verən qəhrəmanlarımız inşAllah Allah qatında şəhidlik mərtəbəsinə çıxıblar, bəs geridə qalan bizlər? Sizcə rəhməti haqq eləyən bizlər deyilik?! Nə isə. Onsuzda çox vaxt səhv başa düşülürəm ona görədə xahiş eləyirəm bu yazıma sitat gətirib "bu belə deyil" deməklə məni cin atına mindirməyin!

Ey Şəhidlər! Bilirəm, məni eşidirsiz, ona görədə ürəyimdən keçən hər şeyi dilimə gətirib bura yazacam! Sizlər , vətən uğrunda can verən sizlər , rahat yatın , biz tərəfdən narahat olmayın! Bizlər , sizlərin qanınızı yerdə qoymayacayıq! Axan hər bir qanı , axıdılan qanlarla yuyacayıq! ya da gəlin belə eləyək, axan qanları unutduraq ki, qanı axıdanların qanları axmadan bu məsələ bağlansın! Bizlər sülhlüyün simvolu olaq! Bütün xalqlara nümunə olaq! Desinlər ki , ...... fikirləşdim ki, deyiləcək heçnə yoxdu axı. Onsuzda dünyanın 60-70%-inə inandırıblar ki, qan axıdanlar türklərdi! Amma siz yenədə narahat olmuyun, axı biz müsəlmanıq, əmək sərf etmədən hər cümlənin axırına inşAllah gətirməklə sizləri sevindirəcəyik! Niyə indi heçnə eləmirik? Çünki indi vaxtımız yoxdu! Dünyada böhran var deyirlər, eşitmisiz yəqinki , bizdədə o böhrandan var , bizdə o böhranın çoxu var , biridə vaxtdadı! Artıq elə olubki çayxanalarda düz əməlli vaxt keçirdə bilmirik, artıq elə olubki qız dalıycan düşüb səviyyəmizi yüksəldəcək qədər vaxtımızda qalmıyıb , artıq elə olubki maşın sürə sürə 2 telefonla danışmaq məcburiyyətində qalırıq! Həmdəki maşın sürə sürə telefonu əldə saxlayıb çöldəki qızlara "padxod" eləmək lazımdır axı, bu dünyaya 1 dəfə gəlirik axı! Elə təkcə sizi sevindirəcək deyilikki, elə təkcə sizi sevindirməknən ömrümüzü çürüdəcək deyilikki! Vaxtlarımızın bu qədər qıt olduğu vaxtda sizləri yad eləyə biliriksə bu özüdə sizi sevindirməlidi!
Ey Şəhidlər! mən bir qələt idi elədim , bu yazını yazıb sizləri incitdim amma "inşAllah" hər şey daha yaxşı olacaq! inşAllah, inşAllah
Jurnalist_89
Allah bütün şəhidlərimizə rəhmət eləsin.Yəqin bir gün gələr ki,bu şəhidlərin qanı yerdə qalmaz yəqin!
XiRDa_XaNiM
Eger sablon sozleri tekrarlayaraq yaramizi sagalda bileceyikse onda 19 ildi tvlerde multik kimi danisilan sozleri tekrarlayiram.


Men eminemki Gelen il bu vaxt Sehidlerimizin Ruhunu Qarabagda yad edeceyik.
Nizami63
Sitat(XiRDa_XaNiM @ 20.01.2009, 14:52) *
Eger sablon sozleri tekrarlayaraq yaramizi sagalda bileceyikse onda 19 ildi tvlerde multik kimi danisilan sozleri tekrarlayiram.

19 ildə təkrarlanan bu fikirlər bizləri o müdhiş gecədən ayırır ki yaxınlaşdırmır ! Ona görə ki biz 20 yanvar haqqında əsl həqiqəti bu gün də etiraf etməyə qorxuruq.
Bu barədə həqiqətlərin bəzisi YENI NƏSIL AZƏRBAYCAN KOMMUNİST PARTİYASININ aşağıdakı bəyanatında öz əksini tapıb. Böyük məmuniyyətlə onu sizlərin diqqətinə çatdırmaq istəyirəm :

Hörmətli həmvətənlər. Düz 18 il bundan öncə Azərbaycan xalqı satqın elitanın (qərb siyasi dairələri tərəfindən külli miqdarda rüşvət qarşılığında ələ alınmış Qorbaçov və komandası) və ABŞ Mərkəzi Kəşviyyat İdarəsi (ÇRU) birgə səhnələşdirdikləri cani ssenarinin qurbanına çevrildi. Hələ 1948-ci ildə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı, Sovet İttifaqı rəhbərliyinə qərb imperialist dairələri tərəfindən ələ alınmış yalançı, psevdo-kommunistlərin gətirilməsini nəzərdə tutan "SSRİ-nin kommunistləşdirilməsi" (əslində kapitalistləşdirilməsi) məxvi planının son pərdələrindən biri 1990-cı ilin 20 yanvarında Bakı küçələrində tamaşaya qoyuldu.
MaKu
ALLAH bütün şəhid olanlara rəhmət eləsin.
X_Pirat
Əvvəla mövzu üçün təşəkkür edirəm. Həqiqətəndə bu unudulmaz tarixdi. Allah bütün şəhidlərə rəhmət eləsin.
X_Pirat

















HaNNiBaL
İstərdim bu mövzu təkcə Yanvar ayında yox ilin digər aylarındada yada düşülsün! !
X_Pirat
20 YANVAR 1990-CI İL (QANLI YANVAR)



Sovet qoşunlarının Bakıya yeridilməsinin istiqamətləri
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir.




Бриллиантик
20 yanvar 2010.
21 əsrin onuncu 20 yanvarı gəldi. Gəldi və 20-ci əsrin bitməsinə on il qalmış 20 yanvarından salam gətirdi.
10 il 20-ci əsrdən və 10 il də 21-ci əsrdən. Beləcə 20 ilinə gədəm qoydu. Bu o deməkdir ki, bu 20 il ərzində dünyaya gələn körpələr o günü yaşamadı. Bu o deməkdir ki, həmin gün 20 yaşı olanlar indi 40 yaşa çatdılar. 40 yaşında olanlar 60-a. Və bu kimi...

20 yanvar 2010.
Deməli, artıq 20 il keçir Qorbaçovun “islam fundamentalizmi” damğası vurub bu qətliamı törətməsindən. (Bəzən günümüzdə də bəzi “əcinnə axtaran” məmurların da elə eyni səciyyəli damğalar vurmaları mənə bu ənənənin kökündə məhz Sovet imperiyası vərdişlərinin durduğunu yada salır).

20 yanvar 2010.

Deməli, Allahın bizləri namaza hidayət etməsindən 20 il keçir. Belə ki, yuxarıda qeyd olunan damğalanma cəhdindən sonra bir çoxları kimi bəndeyi-həqir də bu sözlərin mənasını araşdırmağa başlamışdır. “İslam nədir?”, “Fundamentalizm nədir?” kimi suallar yeniyetmə düşüncəsində canlanmağa başlamışdır. Və bu sualların nəticəsində qəribə bir vəcdverəcək qürur hissi əmələ gəlmişdir. “Biz Müsəlmanıq!” Təbii ki, öncələrdən də bu sözü eşitmişdik və bilirdik. Amma öncəki anlamında bir növbətçi xarakterli və vücudi tərkibdən xali olan çalarlar var idi. Lakin indi bir başqa nurani duyğu var idi. Bizlərin “İslam fundamentalizmi” nədir belə anlamamasına rəğmən, İmperiya bu sözlə bizi damğalayırsa, deməli İslamımızdan narahatdır. (Əslində dünya indi gen-boluna bu narahatçılğın acılığını yaşamaqdadır. Artıq bunun bir islamofobiya olması da hamıya məlum oldu).
Beləcə, Allahın hidayəti ilə namaza başladıq. Beləcə də, hər 20 yanvar gəlişi ilə namaza hidayətimiz də yada düşür. Artıq 20 il. (Əslində bu, bir məsuliyyət yükünü də insanda artırır).

20 yanvar 2010. Bu gün bizlərə “Şəhid” sözünü öyrətdi. Qəribədir. İmperiya “İslam” adıyla islamdan xəbərsiz bir xalqa divan tutur. Amma əksinə bir sürəc yaşanır. Şəhidlik. Xalqın dərin yaddaşından gələn nurani Qurani anlayışın yenidən bərpası. Şəhidlik. Əsrlərdən gələn və toplumu, ən mənfi mənada kosmopolit durumundan milli özünüdərkə, kimliyə qədər aparacaq bir anlam. Onillərlə unutdurulan bu anlam, bir neçə gün ərzində böyük sürətlə bərpa olunur. İmperiya cəlladları qarşısında milli yaddaş, milli ruhun müdafiəsi işə düşür.

Şəhidlik. Şəhid vermə. Ən ali dəyərlərə görə canını haqq yolunda qurban vermə mədəniyyəti.

Qəhrəman ata-babaların Hüseynsevərliyindən gələn bir ruh, pak ətəkli anaların Zeynəbvari laylaylardan gələn bir ruh.

20 yanvar 2010. Qanlı 20 yanvar. Mən deyərdim, həm də Canlı 20 yanvar.

İştirak etdiyim, bu münasibətlə düzənlənmiş bir dəyərli tədbirdə nümayiş etdirilən şəkillərdən öncə, ekranda ilk olaraq “Canlı yanvar” oxudum. Sonra diqqət etdim ki, yox, “Qanlı” yazılıb. Və düşündüm ki, elə o qədər ki, qanlıdır, bir o qədər də canlıdır. Axı şəhidin qanı da fərqlidir. Şəhidin qanında həyat var. Şəhidin qanı İslam məntiqində diri mahiyyətə malikdir. Dirilikvericidir. İnancımıza görə Şəhid Qanı toplum üçün sanki bir oksigendir. Toplumun diriliyinin təminidir bu Qan.

20 yanvar 2010.
İstiqlalımızın sığortası olan bir gündən 20 il keçdi. Amma əfsuslar olsun ki, İmperiya dağılsa da, Vətinimizdə bu istiqlalın gətirməli olduğu dəyərlər tam surətdə gəlmədi.
Gəlsə idi, torpağlarımız işğal altında olardımı?!
Gəlsə idi, məmləkətdə məscidlərimiz sökülərdimi?!
Gəlsə idi, təhsilimiz, səhiyyəmiz, məhkəmələrimiz, telekanallarımız bu gündə olardımı?!
Gəlmədi. Amma bir şeyə qəti əminlik var. O vücudi istiqlal ki, 20 yanvar şəhidlərimiz onun uğrunda canlarını fəda edib - gələcək.
O, gəlməkdədir. Qarşılamaq üçün ayağa duraq və Şəhidlər qarşısında baş əyək.
Və onların ruhlarına bir “Fatihə” oxuyaq. 20 il öncəsi kimi (20 il öncə insanlar bilməyəndə də, çalışırdılar “Fatihə” oxusunlar şəhidlərimiz üçün. İndi isə bilmə artdı, lakin “Fatihə” yenidən susmaqla əvəz olundu. Əcəba, İmperiya buxovlarını əvəzləyən yeni “modern” buxovlarmı əmələ gəldi ?!).

Salam olsun Həzrət Peyğəmbərə və onun pak Əhli-beytinə (ə)!
Salam olsun Şəhidlər Sərvəri İmam Hüseynə (ə) və Kərbəla şəhidlərinə!
Salam olsun sizlərə, ey 20 yanvar Şəhidləri - Vətənimizin istiqlal şəhidləri.


P.S-Bunu dəyərli bir saytdan götürmüşəm!
Sizinlə bölüşməyi özümə borc bildim!
Sadəcə oxuyun.
HaNNiBaL
Бриллиантик
Azerbaycanim...
Şəhidlərimizə ALLAHdan rəhmət diləyirəm. Məkanları cənnət olsun! Unutmayaq ki, şəhidlər ölməzdirlər! Və onlar hər zaman qəlbimizdə yaşayacaqlar!

HaNNiBaL
Məncə bu şəkil bütün hər şeyi ab-açıq izah edir !!!!


Бриллиантик
1988-ci ildən bəri 20 Yanvar hadisələrinə hazırlıq gedirdi. Son iki ildə Sovet İmperiyası ermənilərin əli ilə Azərbaycana qarşı təxribatlar törədirdi.

1988

... Fevralın 20-də Dağlıq Qarabağ Vilayət Sovetinin növbədənkənar sessiyasında “DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb Ermənistan SSR tərkibinə verilməsi haqqında” məsələ müzakirə olunmuş və səs çoxluğu ilə qərar qəbul edilmişdir. SSRİ Ali Sovetindən isə bu məsələyə baxmaq xahiş olunmuşdur.

... Fevralın 22-də Qarabağ torpağında ilk qan tökülmüşdür: erməni millətçiləri Əsgəranda toqquşma törətmiş, Əli və Bəxtiyar adlı ağdamlı iki gənc ermənilər tərəfindən qətlə yetirilmiş, bir neçə nəfər yaralanmışdır.

... Fevralın 25-də Əsgəranda daha iki azərbaycanlı qətlə yetirilmişdir.

... Fevralın 27-28-də Sumqayıt təxribatı törədilmişdir. Hadisələr zamanı 32 nəfər həlak olmuşdur.

... Mayın 16-18-də Bakıda V.İ.Leninin adını daşıyan meydanda çoxminlik mitinqlər keçirilmişdir.

... İyunun 15-də Ermənistan SSR Ali Soveti DQMV Xalq Deputatları Sovetinin xahişi ilə əlaqədar “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR tərkibinə keçməsi haqqında” qərar qəbul etmişdir.

... İyunun 17-də Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR tərkibinə verilməsinin qəbuledilməzliyi haqqında” qərar qəbul etmişdir.

... İyunun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ barəsində məsələyə dair Ermənistan SSR və Azərbaycan SSR ali sovetlərinin qərarları haqqında” qərar qəbul etmişdir.

... Sentyabrın 18-də azərbaycanlıların silah gücünə Stepanakertdən (indiki Xankəndidən) çıxarılmasına başlanmışdır.

... Sentyabrın 20-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Stepanakertdə xüsusi vəziyyət elan olunmuş, qadağan saatı qoyulmuşdur.

... Noyabrın 17-də Bakıda V.İ.Lenin adına meydanda kütləvi etiraz mitinqi başlanmışdır.
... Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə noyabrın 23-dən 24-nə keçən gecə Bakıda, Naxçıvanda və Kirovabadda (Gəncədə) xüsusi vəziyyət elan olunmuş, qadağan saatı qoyulmuşdur.

... Noyabrın 20-30-da Ermənistanda yaşayan azərbaycanlıların doğma yurdlarından kütləvi şəkildə, dövlət orqanları səviyyəsində qovulması əməliyyatı həyata keçirilmişdir.

... Dekabrın 4-dən 5-nə keçən gecə Bakı şəhəri xüsusi rayonu hərbi komendantının əmri ilə V.İ.Lenin adına meydanda 18 gündən bəri fasiləsiz davam edən etiraz mitinqi ordu tərəfindən zorakılıqla dağılmışdır.
... 1988-ci il ərzində ermənilər tərəfindən 186 nəfər azərbaycanlı qətlə yetirilmiş, 200 mindən çoxu isə doğma ocaqlarından vəhşicəsinə qovulmuşdur.

... Yanvarın 12-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” fərman vermişdir.

... Fevralın 4-də “Dağlıq Qarabağ problemi” ilk dəfə muxtar vilayət hüdudlarından kənarda özünü büruzə vermişdir: ermənilər Sədərək sərhədinə yığışaraq, Kərki kəndinə gedən maşınları və kəndin özünü müxtəlif növ silahlardan atəşə tutmuşlar. Ermənistanla həmsərhəd olan 12 yerdə mühafizə postu təşkil edilmişdir.

... İyunun 7-də ermənilər yenə Dağlıq Qarabağın hüdudlarından kənarda - Naxçıvan MSSR ərazisində silah işlətmişlər: Kərki kəndi atəşə tutulmuşdur.

... İyulun 5-də Naxçıvan şəhərində, Şərur, Ordubad və Culfa rayonlarında çoxminlik mitinqlər keçirilmiş, respublika hökumətindən Naxçıvanın müdafiəsi üçün konkret tədbirlər görmək tələb olunmuşdur.

... İyulun 16-da Bakıda AXC-nin təsis konfransı olmuş və Azərbaycan Xalq Cəbhəsinin yaradıldığı elan edilmişdir.

... İyulun 18-də Naxçıvan MSSR Ali Soveti muxtar respublikanın təhlükəsizliyini təmin etmək üçün Naxçıvan MSSR Dövlət Müdafiə Komitəsinin yaradılması barədə qərur qəbul etmişdir.

... İyulun 29-da Bakıda V.İ.Lenin adına meydanda, şəhər və rayon mərkəzlərində AXC-nin irəli sürdüyü tələblərlə kütləvi mitinqlər keçirilmişdir.
... Avqustun 15-də Sədərək yaxınlığındakı “Qarağac” deyilən yerdə ermənilərlə atışma zamanı bir soydaşımız yaralanmışdır.

... Sentyabrın 4-dən 11-dək AXC-nin təklifi ilə ümumrespublika tətil aksiyasının keçirilməsinə cəhd göstərilmiş, “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatının fəhlələri tətil aksiyasına qoşulduqları üçün sentyabrın 5-də “Kommunist”dən savayı heç bir qəzet çıxmamışdır.

... Sentyabrın 15-də Azərbaycan SSR Ali Sovetinin sessiyasında DQMV Xüsusi İdarə Komitəsinin ləğvi üçün SSRİ Ali Sovetinin Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması barədə qərar qəbul olunmuşdur.

... Sentyabrın 22-də Azərbaycan SSRİ Ali Soveti Azərbaycan SSRİ-in dövlət suverenliyi haqqında Konstitusiya qanunu qəbul etmişdir.

... Noyabrın 28-də SSRİ Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyətin normallaşdırılması sahəsində tədbirlər haqında” qərar qəbul etmişdir. DQMV ilə paritet əsaslarda respublika təşkilat komitəsi yaratmaq, 20-ci çağırış DQMV Xalq Deputatları Sovetinin və onun İcraiyyə Komitəsinin fəaliyyətini bərpa etmək qərara alınmış, habelə, “hakimiyyət və idarəetmə orqanlarının bərpa edilməsi şəraitində” DQMV Xüsusi İdarə Komitəsinin saxlanması məqsədəuyğun sayılmamışdır.

... Dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” və “Dağlıq Qarabağ Muxtar Vilayətində vəziyyətin normallaşdırılması sahəsində tədbirlər haqqında” SSRİ Ali Soveti qərarının qəbuledilməzliyi barədə” qərarlar qəbul etmişdir.

... Dekabrın 14-də Dağlıq Qarabağın hüdudlarından xeyli kənarda olan Şərur rayonunun Sədərək kəndi yenidən ermənilər tərəfindən atəşə məruz qalmışdır.

... Dekabrın 31-də gündüz saat 12-də minlərlə insan - qadın və kişi, uşaq qoca və cavan Ordubaddan Sədərəyədək SSRİ Dövlət sərhədinin 167 kilometrlik ərazisi boyunca sərhəd dirəklərinin tikanlı məftillərini sökmüşlər.
... Dağlıq Qarabağda hadisələr başlanandan 1989-cu ilin sonunadək ermənilər tərəfindən 216 azərbaycanlı qətlə yetirilmişdir. Onlardan 57 nəfəri qadın, 23 nəfəri isə müxtəlif yaşlı uşaqlar olmuşdur.

1990

... Yanvarın 9-da Ermənistan SSR Ali Sovetinin sessiyası “1990-cı il üçün DQMV-nin sosial-iqtisadi inkişaf planının 1990-cı il üçün Ermənistan SSRİ-in iqtisadi və sosial inkişafına dair dövlət planına daxil edilməsi haqqında” qərar qəbul etmişdir.

... Yanvarın 10-da Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin iclası olmuşdur. İclasda Ermənistan SSRİ Ali Soveti sessiyasının 1990-cı il 9 yanvar tarixli qərarı “fitnəkar hərəkət”, “yenidənqurma əleyhinə siyasi təxribat, suveren Azərbaycan Sovet Sosialist Respublikasının daxili işlərinə aşkar müdaxilə” kimi qiymətləndirilmiş, SSRİ Ali Soveti tərəfindən Ermənistan SSR Ali Sovetinin konstitusiyaya zidd qərarlarına siyasi və hüquqi qiymət verilməsi “yolverilməz” hesab edilmişdir.

... Yanvarın 10-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti Ermənistan Ali Sovetinin Dağlıq Qarabağa dair 1989-cu il dekabrın 1-də və 1990-cı il yanvarın 9-da qəbul etdiyi qərarların SSRİ Konstitusiyasına zidd olması barədə qərar qəbul etmişdir.

... Yanvarın 13-də Azadlıq meydanında keçirilən çoxminlik mitinqdə AXC tərəfindən Milli Müdafiə Şurasının yaradıldığı elan olunmuşdur.

... Yanvarın 13-15-də Bakıda ermənilərə qarşı talan və zorakılıq hərəkətləri baş vermişdir. Hadisələr zamanı 56 nəfər ölmüş, 112 nəfər bədən xəsarəti almışdır. Ermənilərin Bakıdan kütləvi surətdə köçürülməsi başlanmışdır.

... Yanvarın 15-də Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in DQMV-də vəziyyətin normallaşdırılması sahəsində təxirəsalınmaz vəzifələr haqqında” qərar qəbul etmişdir. Qərara alınmışdır ki, “DQMV-də, zərurət olduqda isə DQMV-yə bitişik Rayonlarda və SSRİ-nin Dövlət sərhədi boyunca fövqəadə vəziyyət tətbiq olunsun” və “həmin məsələ ilə əlaqədar SSRİ Ali Sovetinin Rəyasət Heyətinə müraciət edilsin”.
... Elə həmin gün - yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyət elan olunması haqqında” fərman vermişdir. Həmin fərmana əsasən, 1990-cı il yanvarın 15-də yerli vaxtla saat 23-dən “Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində, Azərbaycan SSRİ-in ona bitişik rayonlarında, Ermənistan SSRİ-in Gorus rayonunda, habelə Azərbaycan SSR ərazisində SSRİ dövlət sərhədi boyunca sərhəd zonasında” fövqəladə vəziyyət elan edilmiş, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə təklif olunmuşdur ki, əhalinin, müəssisələrin, idarə və təşkilatların təhlükəsizliyini təmin etmək üçün Bakı, Gəncə şəhərlərində və digər yaşayış məntəqələrində qadağan saatının tətbiqi də daxil olmaqla, lazım olan hər cür tədbirləri görsün...

... Yanvarın 19-da M.S.Qorbaçov yanvarın 20-dən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi barədə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını imzalamışdır. Fərman yalnız yanvarın 20-də səhər saat 6-7 radələrində radio ilə elan edilmişdir.
budis
Biz heç də şəhidlərimizi yada salmırıq heç düzgündür ki ancaq 20 yanvar yada salaq tv lap ağını çıxardıb 20 yanvar bir balaca yada salırlar şəhidləri səhərisi gün kansert verirlər heç olmasa 2 3 gün şəhidlərimizdən versələr gənclərdə vətənpərvərlik ruhu baş qaldırar

HaNNiBaL
Kumeyl
movzu tekrardi

İyirmi yanvarda, o qanlı gündə
Əsarət ipini qırdı şəhidlər.
Hüseyni duruşla qalxıb ayağa
Zilləti izzətlə vurdu şəhidlər.

Şəhidlik - əbədi bir həyat demək,
Şəhidlik - əbədi səadət demək,
Şəhidlik cihaddır - ibadət demək
Səf-səf ibadətə durdu şəhidlər.

"...Onlar diridirlər..." - Quran ayəsi
Şəhidin qanıdır hürlük mayası.
Azadlıq! - məqsədi, amal, qayəsi
Bu yolda canını verdi şəhidlər.

Əsrlərdən bəri o qanlı bayraq
Hay salır, hayqırır dalğalanaraq.
Haqsızın önünü haqla alaraq
Haqqın qalasını qurdu şəhidlər.

Zamanın sahibi (ə.f.) gələydi ey kaş,
Bizləri nökəri biləydi ey kaş,
Yolunda canımız öləydi ey kaş
Necə Kərbəlada öldü şəhidlər.
ЭзраилЪ
1990-ci il yanvarın 20-də saat 00.20-də Azərbaycan SSR-nin Ali Sovetinin razılığı olmadan sayca 20 milyon çox olan, SSRİ-nin başqa regionlarandan gəlmiş Sovet Qoşunları Bakı şəhərinə soxuldular. Bununla da SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyaları tam kobudcasına və vəhşiliklə pozulmuş oldu.

Nəticədə 170 nəfər həlak olanlar, 400-ə yaxın yaralanlılar oldu. Bunların içində asudə insanlar: gənclər, uşaqlar, qocalar və qadınlar da var idi, hətda hərbi qulluqçular da.
Şəhərə ordunun girməsi cə fövqəladə vəziyyətin elan edilməsi, SSRİ Ali Sovetinin 19 yanvar 1990-ci il tarixli qərarı və Qorbaçovun qolu ilə olmuşdur. Bu akta SSR-i Ali Sovetinin razılığı yalnız ordu girəndən 7 saat sonra elan edilmişdir.
Ordunun girməsilə Bakıda və bütün Azərbaycanda adi camaata qarşı görünməmiş cinayətlər başlandı. Helsinin və Vyana razılıqlarına qol çəkmiş bir hökumətdə insan hüquqları görünməmiş dərəcədə pozuldu.
Bakının zəbt olunması DİN-nin, DTK-nin və müntəzəm Sovet ordusunun hissələrilə müdafiyə naziri Yazovun komandanlığı altında həyata keçirildi. Heç bir xəbərdarlıq edilmədən şəhərin mərkəzində, kənarlarında milliyətindən, yaşından, cinsindən asılı olmayaraq sülhpərvər insanlara atəşlər açıldı. Belə vəhşiliklər şəhərətrafı qəsəbələrdə harada ki, əsasən azərbaycanlılar yaşayır və heç bir talan-tapmar (ordu bu adla girmişdi) ola bilməz, edilirdi. Hətda qadağan olunmuş silahlardan, güllələrdən də istifadə olunurdu. Hamıya məlumdur ki, güllə milliyət tanımır. Bu fəlakətli gecə əskərlər yaralılara qarşı da mərhəməti unudaraq, xəstəxanalarda işıqları söndürdülər, “təcili yardım” maşınlarına atəş açırdılar, ağır yaralılara yerindəcə qətlə yetirirdilər. Hətda öz vəhşiliklərinin izini itirmək üçün meyitləri yandırıb, gizlədirdilər. Məhz buna görə də respublikada yüzlərlə adamlar itmiş hesab olunurlar.
Yanvarın 20-də bu vəhşiliklərə Bakı Ali Hərbi məktəbinin milliyətcə müxtəlif bir neçə yüz nəfər kursantları etiraz əlaməti bildirdilər və Salyan kazarmasında olan hərbi sürsat anbarının bir hissəsini ələ aldılar. Bundan başqa meyitlərin və yaralıların dənizlə başqa yerə aparılmasını eşidən 50-ə yaxın mülki gəmilər və neft tankerləri Bakı buxtasını dövrəyə aldılar və onlar ara-sıra Sovet Ordusunun hərbi gəmiləri tərəfindən atəşə məruz qalırdılar.
Şəhər cəbhə xəttini xatırladırdı. Iki miliyonluq şəhərin, harada ki, neft, qaz idtehsal olunur üstündə raketlə silahlanmış hərbi vertolyotlar fırlanırdı. Bütün ərzaq anbarlarını ələ alaraq, dükanlara aparmağı qadağan edirdilər. Dərmanların çatışmamazdlığından (Moskva dərmanların gətirilməsinə imkan vermirdi) yaralılar ölürdü.

1990-ci il yanvarın 22-də Sovet Hərbçilərinin binaların daşında yerləşdirdiyi pulemyotların ağızı altında, günahsız güllələnmiş qurbanları 1,5 milyona yaxın xalq axırıncı yola saldı. Bakı öz oğlan və qızlarını: azərbaycanlıları, rusları, yəhudiləri və başqa millətlərin nümayəndələrini yola salırdı. Dağlıq parkda “Şəhidlər xiyabanı” yerləşir. Burada Azərbaycanın azadlığı uğrunda öz canlarını qəhrəmancasına vermiş oğlan və qızlarımızın qəbirləri yerləşir. Şəhidlər Xiyabanına bütün azərbaycan xalqı səcdə edir. Hər il yanvarın 20-də azərbaycan xalqı kecmiş SSRİ başçılarının: Qorbaçovun, Yazovun, Bakatinin, Primakovun, Kryuçkovun və Vezirovun sayəsində qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini yad edir.
Istintaq komissiyasının verdiyi məlumata görə bu əməliyyatda 20 min hərbçilər, yüzlərlə tanklar, yüzlərlə başqa zirehli hərbi texnika, hərbi-nəqliyyat təyyarələri və bir neçə növ (HHQ, DİN, DTR) hərbi hissələrin hərbiçiləri iştirak etmişlər.

ALLAH Rehmet Elesin !!!
Azerbaycanim...
ALLAH rehmet elesin! Bu cür acılar bir daha yaşanmasın İnşaAllah!
Allahım,sen dövletimi,milletimi qoru,pisliklerden uzaq et.Başımızın üstünden eksik olma,YaRebbim.Amin!
Angry_Bird
Qan yaddaşimizdir , unutmaq olmaz..
Təəsüf ki , "Allah şəhidlərimizə rəhmət eləsin" deməkdən başqa əlimizdən heç nə gəlmir..

Minulya)
Her 19dan 20 kecen gun gecesi mene vahimeler yasadir qulagma kuceden sesler gelir Allah rehmet elesin sehidlerimizi Allah gec eder guc eder onlar haqq dunyadadi en muqedes yerde(

little_big
Azerbaycan xalqinin bawi sag olsun.Sehidlerimizin ruhu sad mekanlari cennet olsun.Fani heyatdan doya doya zovq almasalar bele Allah oz cennetinde onlarin yerini memnun elediyinden eminem....
Che
Allah bütün Azadliq Aşiqi Şəhidlərə Qəni-qəni Rəhmət eləsin!
Bu səhifənin tam versiyasına baxmaq üçün, linkdən keçin.
Русская версия IP.Board © 2001-2014 IPS, Inc.