Kömək - Axtar - İstifadəçilər - Kalendar
Bu səhifənin tam versiyası: Avto yeniliklər.....
www.big.az Forum > Ümumi bölmə > Avto dünya
Səhifə: 1, 2
KENZO
Yenilik olmasada yeqinki masin heveskarlari ucun maraqli olacaq... 108.gif

Angel_Misha
Hmm Hanni 2010 Pradosu superdi qarsuidan x6 oxsur bufer hissesi 211.gif

Birde Hanni o arxa kameralar dediyin uje 2009 versiyasinda var Pradoda bidene 2009 xosuma gelen Bufer hissesidi gorunus cehetden ferq o qeder yoxdu ama 2010 eladi onden baxdiqda ..Bakida en cox Prado Toyota Land Cruserdi fikir vermisem birde Pajero oda mitshubishi

Cirtdanka sen qoyduqun land Cruser Prado 2008indi qiymeti 35000$ 100.gif

Adda bv Bu avtomobil ustu ortlu mence daha yaxsidi ustu aciq gorunusu itir sence? 100.gif









Angel_Misha
En cox xosladiqim marka BMW sizlerle bolusmek istedim 108.gif

BMW GINA

2011 ve 2012 ci illerde uje Parisde Satisda Cetin Azerbaycana bu gele)))) Salon ise superdi 211.gif













Real 1 soz deyimde bu Bakida buraxirde masin xaricilerin buraxdiqi situatsiyalarla eyni deyil olmayacaqda hec Samanddi sonra 1ide vare S herfi ile basliyir unutdum indi Wexsen men olara avtomobil demirem qiymetide 3 4 35 000$ ele odu Prado ondan yaxshidi ... Nese heyranam xaricilerin bu avtomobillerine en superleride deyerdimki ele Parisde teqdim olunanlardi 108.gif
HaNNiBaL
Sitat(Angel_Misha @ 16.11.2009, 19:21) *
Hmm Hanni 2010 Pradosu superdi qarsuidan x6 oxsur bufer hissesi 211.gif

Birde Hanni o arxa kameralar dediyin uje 2009 versiyasinda var Pradoda bidene 2009 xosuma gelen Bufer hissesidi gorunus cehetden ferq o qeder yoxdu ama 2010 eladi onden baxdiqda ..Bakida en cox Prado Toyota Land Cruserdi fikir vermisem birde Pajero oda mitshubishi

Cirtdanka sen qoyduqun land Cruser Prado 2008indi qiymeti 35000$ 100.gif


Angel_Misha bu avtomobil dünyasında sənlə diyəsən mübahisə edəcəyimiz çox mövzular var.Yəni məndə bildiklərimi bölüşürəm səndə həmçinin yəni səhf anlama ki, bəs mən səni səhf çıxardıram və nəsə yəni belə sənlə şəxsi qərəzliyim yoxdur .
Mövzuya gəldikdə isə 2009-2010 modelləri birlikdə götürsəm demək olarki düzdür konfort və funksiya istərsədə manevr cəhətdən həqiqətəndə yeni modelə çox şeylər əlavə edilib.Dogrusu mən görmək istərdim orda ABS-nin daha yüksək səviyyədə tərtibini ama buna rast gəlmədim və özün hər halda yaxşı bilərsənki ən təhlükəli maşın məhz Pradodur səbəb isə göz qabağında maşın eni və uzununa baxsan eninin nə dərəcədə belə kiçik olması suallarımıza cavab verərə təhlükə baxımından.Sonda birdə Pajeronu vurğulamısan düzdür Bakıda ən çox istifadə edilən maşınlar bunlardır Pajero isə demək olarki hem bir qeyri-adilik mən onda görməmişəm sadəcə olaraq maşındır.Hə sənə bir şeyidə etiraf edimki doğrusu mən bunada qərar verməmişəmki Prado və Pajero şəhər maşınıdır yoxsa şəhər kənarı? )))) Yəqin məni başa düşdün fikrimi 100.gif
Birdə Cirtdankanın şəklinə gəldikdə isə yəqin maşına diqqətlə baxmamısan bu ola bilər sadəcə sərgi üçün yalnız bir maşını növbəti etaplarda sifariş olaraq nümunə üçün göstərilib buna görə yəqin 2008 demisən.Ama bu maşınların tam olaraq istehsalına 2009cu ildən olaraq başlayıb və artıq bazara buraxılıb.Birdə maşına 35000$ məbləğ göstərmisən ama bakıda artıq bu isə Toyotanın bakı mərkəzində istərsədə Avto salonlarda qiymətləri ən kiçik olaraq 49500$-dan başlayaraq 51000$ qədər artır , əgər fabrikdən sifariş yolu ilə maşını gətirsən bu qiymət dahada artır yəni sən dediyin qiymətə mümkünü yoxdur 100.gif

Sitat(Angel_Misha @ 16.11.2009, 19:42) *
En cox xosladiqim marka BMW sizlerle bolusmek istedim 108.gif
1 soz deyimde bu Bakida buraxirde masin xaricilerin buraxdiqi situatsiyalarla eyni deyil olmayacaqda hec Samanddi sonra 1ide vare S herfi ile basliyir unutdum indi Wexsen men olara avtomobil demirem qiymetide 3 4 35 000$ ele odu Prado ondan yaxshidi ... Nese heyranam xaricilerin bu avtomobillerine en superleride deyerdimki ele Parisde teqdim olunanlardi 108.gif


Görünür səndə Pradoya qarşı xüsusi simpatya var buna bir sözüm yox ama Azsamand ilə Pradonu qarşılaşdırmaq məncə düzgün deyil.Birdə maşınların sərgisini isə il ərzində bu dəyişir mənə şəxsən qarşıda gələn Frankfurtda təqdim olunanları səbirsizlikə gözləyirəm yox əgər sənin belə marağın varsa onda Aprel ayında Bakıda böyük bir Avtoshov keçiriləcək səhf etmirəmsə 1-4 tarixində. 100.gif
HaNNiBaL
Ama mənim fikrimcə bir birinə bənzəməsinə görə X6 deyil Lexus_LX - 570 daha çox bənzəyir Toyota Pradoya 100.gif

Toyota - Prado_2010




Lexus - LX_570



Angel_Misha
[quote name='HaNNiBaL-1' date='17.11.2009, 2:21' post='261600']
Ama mənim fikrimcə bir birinə bənzəməsinə görə X6 deyil Lexus_LX - 570 daha çox bənzəyir Toyota Pradoya 100.gif

hanni səndən incimirəm ola bilərki nəyisə bilməyimdə izvintratsiya))) Onuda deyimki ola bilsin az şey bilim maşın haqda çünki marağım maşın superdi o haqda məndə hərşey qaldıki pradoya simpatiya belədə olmamaqdan pis deyil ama şəhərdə sən demişkən ən çox prado pajerodu nə deyək olsunda)) 1 söz deyimki sən qoyduğun maşınların ablisovkası *əla dı 108.gif Mən qeyri adi avtomobilləri daha çox sevirəm təbii bura prado daxil deyil)))
HaNNiBaL
Yeni Lexus GX 460

7-ci Çin avtosalonunda Lexus yeni GX 460 modelinin təqdim edib. Model əvvəl kimi tanıdığımız GX 470-i əvəz edəcək. Funksiyalarına gəldikdə Toyota-dan 4,6 litrlik 301 at gücündə olan V8 mühərriki yerləşdirilib. 6 pilləli avtomat transmissiyalıdır. Avtomobili 3 - Normal, Sport və Comfort rejimində işləyə bilir. Avtomobil tam komfortla əhatə olunub. Onun yenilənən radiator barmaqlıqları və yüngüllehimli disklərlə təmin olunduğu da məlumdur.Qeyd edimki avtomobili aprel ayında Bakıda keçirələcək Avto şouda təqdim ediləcəyi gözlənilir ,,ilk dəfə,, olaraq .

P.S - Avtomobil barəsində internətdə geniş yayılmadığına görə yalnız bir şəkillə kifayətləndim zamanı gəldikdə maşını şəkillərinə görə dahada zəngilləşdirəcəm 100.gif




Angel_Misha
Vot LeXsus GX 460 108.gif







HaNNiBaL
Son statiskaya görə dünyanın ən bahalı 10 Avtomobili

10.Onuncu yerdə dəyəri 115 min dollar olan Jaguar XJL Supersport qərarlaşıb. Bu Britaniya modeli 500 at gücünə malik mühərriklə təchiz olunub. Onun 100 km/saat sürət yığmasına cəmi 4,7 saniyə tələb olunur.


9.Doqquzuncu yerdə Maserati Quattroporte Sport GT S modeli məskunlaşıb. Bu italyan superkarının kapotunun altında 440 at gücünə malik 8 silindrli mühərrik quraşdırılıb. O, cəmi 5,1 saniyəyə 100 km/saat sürət yığır. Bu avtomobil çəkinin unikal paylanması sistemi ilə təchiz olunub. Onun dəyəri 125 min dollar təşkil edir.


8.Səkkizinci yeri 145 min dollara satılan alman modeli Porsche 911 Turbo Cabriolet tutub. Onun mühərriki 500 at gücündədir, avtomobil 100 km/saat sürəti cəmi 3,5 saniyəyə yığır. Bundan başqa, almanların bildirdiyinə görə, mühərrik yanacağı qənaətlə işlədir.


7.Sonrakı yerdə əllə yığılan və dəyəri 210 min dollar olan Mercedes-Benz CL 65 AMG gəlir. AMG atelyesindən olan tüninq ustaları ona 604 at gücünə malik V12 mühərriki quraşdırıblar. Bu avtomobilin 100 km/saat sürət yığmasına cəmi 4,2 saniyə bəs edir.


6.Bu avtomobilin ardınca “Forbes” dərgisinin reytinqində Rolls-Royce Ghost MSRP modeli gəlir. O, 563 at gücünə malik olan V12 mühərriki ilə təchiz olunub. Dəyəri 245 min dollar olan bu avtomobil sifarişlə hazırlanır.





Son statiskaya görə dünyanın ən bahalı 10 Avtomobillərinin növbəti ilk beşliyi.

5.Ən bahalı avtomobillərin ilk beşliyini Bentley avtomobilləri arasında ən güclü və sürətli model olan Continental Supersports ingilis avtomobili qapayır. Dəyəri 275 min dollar olan bu avtomobilin kapotunun altında 621 at gücünə malik 12 silindrli mühərrik quraşdırılıb.


4.Reytinqdə dördüncü yeri Bentley Mulsanne sedanı tutur. Məlumatlara görə, avtomobil 50% əllə yığılır, bir modelin hazırlanmasına 2 ay vaxt sərf olunur. O, 6,75 litr həcmə və 505 at gücünə malik V8 mühərriki və 8 pilləli avtomat transmissiya ilə təchiz olunub.


3.Reytinqin “bürünc” mükafatçısı Ferrari 599 GTB Fiorano modelidir. Onun qiyməti 300 min dollar həddini keçərək 310 min dollar təşkil edir. Bu avtomobilə 620 at gücündə olan V12 mühərriki quraşdırılıb. Avtomobilin 100 km/saat sürət yığmasına 3,7 saniyə tələb olunur.


2.Reytinq siyahısında ikinci yeri Rolls-Royce Phantom Drophead Coupe tutur. Onun kapotunun altında 453 at gücünə malik olan 12 silindrli mühərrik quraşdırılıb. Bu mühərriklə avtomobil 5,7 saniyəyə 100 km/saat sürət göstəricisinə nail olur. Avtomobilin dəyəri 445 min dollardır.


1.Reytinqin lideri isə Maybach 62S MSRP modelidir. Alıcılar onun üçün 450 min dollar ödəməli olacaqlar. Mühərrikinin gücü 604 vahid təşkil edən bu avtomobil 5,2 saniyəyə 100 km/saat sürət yığır. Avtomobilin salonunda ayaqlar üçün altlıqlarla təchiz olunmuş maili arxa kreslolar, hərəkət edən masa, DVD və digər avadanlıqlar quraşdırılıb.

_L_A_D_Y_

Bentleyin Azərbaycanda yeni mərkəzi açıldı










HaNNiBaL
Sitat(_L_A_D_Y_ @ 15.12.2009, 12:39) *
Bentleyin Azərbaycanda yeni mərkəzi açıldı


Daha ətraflı məlumat verimki Bentleyin dünyada sonuncu nümayəndiliyidir ,,Bentley Baku,,. Bu şirkət Azərbaycanda Bentley-yə artan tələbatı İngiltərənin Kriv şəhərində xüsusi incəliklə hazırlanan dəbdəbəli avtomobillərlə ödəyəcək. Qeyd edək ki, bu şirkətin Bakı üzrə nümayəndiliyi məhz Paşa Holdinq tərəfindən imzalan müqavilə əsasında açılıb.Bentey Baku mərkəzi Nobel prospektində yerləşir.


HaNNiBaL
Yeni Audi A8

Design Miami sərgisi... Yeni Audi A8 sedanının dünya debütü ABŞ-da baş tutdu.Avtomobilin uzunluğu 75 mm artaraq 5137 mm-ə, eni 55 mm artaraq 1949 mm-ə, hündürlüyü 16 mm artaraq 1640 mm-ə çatıb. Dəyişikliklərin sayəsində mühərrikin gücü 21 vahid artaraq 371 at gücünə, fırlanma anı isə 15 vahid artaraq 445 Nm-ə çatıb. Eyni zamanda, mühərrikin qənaətcilliyi 13% artıb.Mühərrik baxımından avropalıların bəxti daha çox gətirib. Benzin mühərriki ilə yanaşı, avropalı alıcılara modernləşdirilmiş turbodizel mühərrikləri də təklif olunacaq.Əvəzində ABŞ və Avropa bazarlarında satılacaq avtomobillərin transmissiyalarında hər hansı fərq yoxdur. İstər ABŞ-da, istərsə də Avropada alıcılara yeni səkkizpilləli avtomat transmissiya təklif olunacaq.Almaniyada istehsal olunacaq A8-in qiymətlərinə gəldikdə, 4.2 FSI mühərriki ilə təchiz olunan A8-in qiyməti 89.300 avroya, 4.2 TDI mühərriki ilə təchiz olunan A8-in qiyməti isə 90.800 avroya bərabər olacaq. Hər iki modifikasiya yalnız səkkizpilləli avtomat transmissiya ilə təchiz olunur.


HaNNiBaL
Cadillac XTS - 2012

Qeyd edimki ABŞ-da artıq Detroyt-da avtomobil markalarının ən son mümayişi keçirilib və Cadillac-da özünü həm nümayişdə XTS ilə sınayıb.Avtomobilin ixracına isə 2012-ci ildə başlanacaq .Onun uzunluğu 5,1 m, eni 1,9 m, hündürlüyü isə 1,5 m-dir. Konsept 20 düymlük yüngül lehimli disklərlə, V6 benzin mühərriki və elektro mühərrikdənibarət güc aqreqatı ilə təchiz olunub. Aqreqatın gücü 350 at gücünə malikdir.



BARSA-1899
Mercedes-Benz Özünün Yeni Modelini Təqdim Etdi..R-800


Active
Almaniyanın “Audi” şirkəti “R8” modelinin ən güclü variantı olan “GT”-ni təqdim edib. Bu model cəmi 333 ədəd istehsal ediləcək. Avtomobil standart modellərə nisbətən daha yüngüldür. Daha nazik şüşələr, karbon liflər və standart versiyalarda olmayan digər müasir materialların tətbiqi nəticəsində avtomobilin kütləsi 100 kiloqram azaldılıb. 560 at gücündə mühərrik sayəsində avtomobil 100 km/saata cəmi 3,6 saniyəyə çatır. “Audi R8 GT”-nin maksimal sürəti isə 320 km/saatdır. Avtomobilin klirensi aşağı salınıb, daha sərt yaylar və pnevmatik asqı ilə təchiz edilib.

Avropada bu avtomobilin qiyməti 200 000 avrodan başlayır


HaNNiBaL
İnfiniti həvəsində olanların nəzərinə ))) 100.gif

Infiniti QX56 - 2010

Avtomobilin mühərriki 5.6 litir həcmində V8 ilə təchiz olunub.Mühərrik 7 pilləli avtomat transmissiya ilə tandemdə işləyir, həmçinin əl rejiminə keçmək imkanı da mövcuddur.İnfiniti QX56 üçün əsas satış bazarı Amerika Birləşmiş Ştatları olaraq qalacaq. Burada o, 56.700 dollardan (arxa ötürücülü versiya) 59.800 dollaradək qiymətə (tam ötürücülü versiya) təklif olunacaq.Yeni mövsümdən başlayaraq Azərbaycandada satışa çıxarılacaq çox gümanki Nurgün motorsun rəsmi dillerlərində tanış olmaq olar əlavə Yeni QX56 modeli barəsində 100.gif








HaNNiBaL
Toyota - Majesta (2011)

P.S - Qeyd edimki yaxın günlərdə Toyotanın yeni biznes klass sinifinə aid ən yeni avtomobili Bakıda Toyota mərkəzində öz ziyarətçiləri üçün açıq elan ediləcək.Ümumiyyətlə avtomobil başqa ölkələrdə artıq satışdadır.Hətda tələbatda çoxdur.Nədənsə Bakıda hələki bu avtomobil yoxdur.Diyəsən buda Toyotanın digər bir markası Toyota - Avalon kimi soradan diqqət mərkəzində olacaq.Çünki Toyota Avalon ilk öncə demək olarki heç rast gəlmək mümkün deyildi Azərbaycanda ama hal hazırda çox tələbat var Avalona Bakıda.

Buda yeni imicdə Toyota - Majesta. 100.gif








_L_A_D_Y_
Suruculuk vesiqesi almaq isteyenler artiq tibbi arayishlari qeydiyyatda olduqlari poliklinikalardan ala bileceker 255.gif
HaNNiBaL
Sitat(_L_A_D_Y_ @ 17.05.2011, 14:52) *
Suruculuk vesiqesi almaq isteyenler artiq tibbi arayishlari qeydiyyatda olduqlari poliklinikalardan ala bileceker 255.gif


Bu çıxarılan qanun çox yaxşı oldu.Əvvəl mən alanda belə qanun var idiki sürücülük məktəbi özü hazır edir.Soram qanun çıxdı ki,hər kəs getməlidir Gənclik tərəfdə olan polikinikadan keçsin.Orda da başdan ayağa bazar idi həmdə başqa idarələrdəndə ora göndərirdilər adi sürücünü belə işnən bağlı nə isə millətin çoxluğu aranı bir birinə dəyirdi indi bunun olması yaxşıdır.Ama polikinada necə gəldi arayış verilsə yenə bərbad olacaq onda da köhnəhə şükür etməklə yetinməli olacayıq 108.gif
GeNTLeMeN
Sitat(_L_A_D_Y_ @ 17.05.2011, 14:52) *
Suruculuk vesiqesi almaq isteyenler artiq tibbi arayishlari qeydiyyatda olduqlari poliklinikalardan ala bileceker 255.gif



O qerar ne vaxtdan kecerlidi?
_L_A_D_Y_
Sitat(HaNNiBaL @ 18.05.2011, 0:30) *

Dediklerine gore o bazardan olmayacaq ve guclu nezaret gozlenilir.Inanan dasha donsun 122.gif
Sitat(GENTLEMEN @ 18.05.2011, 1:04) *
O qerar ne vaxtdan kecerlidi?

Iki gundu Sehiyye Nazirliyinin numayendesi terefinden xeber verilib,tez bir zamanda quvvede olar yeqin...
advocat
Sitat(_L_A_D_Y_ @ 18.05.2011, 10:58) *
Iki gundu Sehiyye Nazirliyinin numayendesi terefinden xeber verilib,tez bir zamanda quvvede olar yeqin...


Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, bundan sonra arayış almaq istəyən vətəndaşların işi daha da yüngülləşəcək: “Strutktur dəyişikliyinə görə Bakı şəhəri Sürücülərin Tibbi Müayinə Mərkəzi bundan sonra ancaq təssərrüfat hesablı tibbi müayinə mərkəzi kimi fəaliyyət göstərəcək. Sürücülər tibbi arayışı sahə poliklnikalarından heç bir rüsum ödəmədən alacaqlar. Bu vaxta kimi həmin mərkəzdən tibbi arayış almaq üçün 30 manat rüsum ödənilirdi. Daha sürücülərdən pul alınmayacaq”.
...


yaxın vaxtlarda səlahiyyətlər yerli poliklinikalara veriləcək, ondan sonra sürücülər arayışları pulsuz alacaq, 30 amnat qabağa düşəcəklər . amma yenə də 5-10 manat pulları çıxacaq .
FBR
Yəqin xəbər avtomobil həvəskarlarına maraqlı olar.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

01 iyul 2011-ci il
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

1. Aşağıdakı məzmunda 159-1-ci maddə əlavə edilsin:

“Maddə 159-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati
tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi

Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə-
nəqliyyat vasitələrini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırılır.”.

2. 360.1-ci maddədə “155.7,” rəqəmindən sonra “159-1,” rəqəmi əlavə edilsin.

3. Aşağıdakı məzmunda 371.1.8 -371.1.9-cu maddələr əlavə edilsin:

“371.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq;
371.1.9. yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq.”.
4. Aşağıdakı məzmunda 406.1.7-ci maddə əlavə edilsin:

“406.1.7. yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının qərarı olduqda.”.
5. 407.1-1-ci maddədə “pozulduğuna görə” sözlərindən sonra “, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən” sözləri əlavə edilsin, “sürücü inzibati cəriməni” sözləri “nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla)” sözləri ilə əvəz edilsin.

6. 410-cu maddə üzrə:

6.1. aşağıdakı məzmunda 410.1.7-1-410.1.7-2-ci maddələr əlavə edilsin:

“410.1.7-1. inzibati xətanın aşkar edilməsində texniki nəzarət etmə vasitələrindən istifadə olunmuşdursa, onların göstəriciləri;
410.1.7-2. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər;”;

6.2. 410.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“410.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir.”;

6.3. 410.4-cü maddənin beşinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır.”.

7. 412.1-ci maddədə “Törədilmiş” sözü “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar istisna olmaqla, törədilmiş” sözləri ilə əvəz edilsin.

8. Aşağıdakı məzmunda 446.1.4-cü maddə əlavə edilsin:

“446.1.4. barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə.”.

9. 451.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

“451.7. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 3 aydan çox olmamaq şərti ilə tətbiq edilir.
Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, həmin qərarı qəbul etmiş məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanı inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən dərhal sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, barəsində inzibati tənbeh tətbiq edilən şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edilir və cərimənin ödənilməsini təmin etmək məqsədilə məcburi icraya yönəldilir. Məcburi icraya yönəldilmiş inzibati tənbeh tətbiq etmə haqqında qərar könüllü icra üçün qanunla müəyyən edilmiş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri ğörür.. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarında ödənişindən azad edilir.”.

10. Aşağıdakı məzmunda 455.6-cı maddə əlavə edilsin:

“455.6. Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir.”.

11. 456.2-ci maddədə “azaldıqda,” sözlərindən sonra “bu Məcəllənin 455.6-cı maddəsinə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərara xitam verildikdə,” sözləri əlavə edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2011-ci il.


P.S məlumat DYP-nin rəsmi saytından götürülüb.
HaNNiBaL
Sitat(FBR @ 04.07.2011, 12:57) *


Coxdandir bu deyishikler barede melumatim var.Cox deyishikler var sadece olaraq suruculer helede bundan bixeberdir))) Yuxarida yazdiqlarini calishib loru dilde yazardin cunki bele bu ismarici basha dushen derk eden user cetin ola)))) 122.gif
advocat
yaxşı dəyişikliklərdir.
Üstün cəhəti odur ki protokolun surətini sürücüyə verirlər,
yol kameraları şəklini çəkibsə onun şəklini ala bilər, maşına yapışdırarm bəzək kimi ..
cəriməni 3 gün ərzində ödəyirsə 10 % güzəşt olur . Endirim kampaniyası ...
cəriməni 3 ay ərzində ödəmədikdə sürücülük hüququ məhdudlaşdırılır və bundan sonra cəriməni və dəbbə pulunu ödəyirsə, məhdudlaşdırma barədə qərar ləğv edilir . Bu yaxşı haldır ..

HaNNiBaL
Sitat(advocat @ 04.07.2011, 14:08) *

Üstün cəhəti odur ki protokolun surətini sürücüyə verirlər,


Bunu anlamadim axi 109.gif
advocat
Sitat(HaNNiBaL @ 05.07.2011, 8:35) *
Bunu anlamadim axi 109.gif


əvvəllər mən biləni xəta protokolunun surətini xəta törədən sürücüyə vermirdilər 100.gif
HaNNiBaL
Sitat(advocat @ 05.07.2011, 8:43) *
əvvəllər mən biləni xəta protokolunun surətini xəta törədən sürücüyə vermirdilər 100.gif


Indi deqiq bilmedim sen neyi nezerde tutursan.Ama evvel bele idi ki,protokol tertib edildikde surucuye talon verirdiler surucu bu talon vasitesi ile avtomobili 1 ayliq muddete sure bilerdi ama indi surucuye hecne teqdim edilmir sadece protokol tertib edilir vessalam. Qalan prosuduralari da sen yuxarida qeyd etmisen.
advocat
Sitat(HaNNiBaL @ 05.07.2011, 8:47) *
Indi deqiq bilmedim sen neyi nezerde tutursan.Ama evvel bele idi ki,protokol tertib edildikde surucuye talon verirdiler surucu bu talon vasitesi ile avtomobili 1 ayliq muddete sure bilerdi ama indi surucuye hecne teqdim edilmir sadece protokol tertib edilir vessalam. Qalan prosuduralari da sen yuxarida qeyd etmisen.


əvvəllər talon sürücüyə verilirdi, protokolsa özlərinə qalırdı, amma indi protokolun surətini də verirlər ki al apar.
əvvəllər cərimənin qanunsuzluğundan məhkəməyə şikayət edəndə protokol vətəndaşda olmurdu, onu məhkəmə vasitəsi ilə alırdı, indi əvvəlcədən özündə olur .
HaNNiBaL
Sitat(advocat @ 05.07.2011, 8:54) *
əvvəllər talon sürücüyə verilirdi, protokolsa özlərinə qalırdı, amma indi protokolun surətini də verirlər ki al apar.
əvvəllər cərimənin qanunsuzluğundan məhkəməyə şikayət edəndə protokol vətəndaşda olmurdu, onu məhkəmə vasitəsi ilə alırdı, indi əvvəlcədən özündə olur .


Men hele surucuye protokolun suretini veren DYP ishcisi gormemishem ona gore maraqli geldi. Bu hansi qaydada gosterilmishdir onuda dinen day el cekim senden 109.gif ))
Бриллиантик
Bilirəm bu yenilik deyil amma bilməyənlərçün maraqlı olar məncə 108.gif

Avtomobil markalarının mənaları.

AUDI : Another Ugly Deutsche Invention ( Bir Başqa Çirkin Alman Kəşfi)
BMW : Brings Me Women ( Mənə qadınları gətirir )
FIAT : Failure in Italian Automotive Technology ( İtalyan Avtomobil Texnologiyasının Səhvi )
FORD : Fast Only Rolling Downhill ( Sadəcə yoxuş aşağı sürətlənir )
HYUNDAI : Hope You Understand Nothing's Driveable And Inexpensive ( Ümid edirik ki, heç bir şeyin sürülə bilən və bahalı olmadığını başa düşmüsünüz )
VOLVO : Very Old Looking Vehicular Object ( Çox köhnə görünüşlü vasitə )
PORSCHE : Proof Of Rich Spoiled Children Having Everything ( Varlı uşaqlarının hərşeyə sahib olduğunun sübutu )
HONDA : Had One, Never Did Again ( Bir dənə var, bir daha əsla )
JEEP : Just Eats Every Penny ( Axır qəpiyinə qədər xərcləyər )
JAGUAR : Just A Guess You Are Rich ( Sadəcə varlı olduğunu təxmin edirəm )
KIA : Keep It Away ( Məndən uzaq et )
MERSEDES - BENZ : My Expensive Race Car Emits Dense Exhaust Smoke - Bud Efficiency Near Zero ( Bahalı avtomobilim faciəvi duman çıxardır - Amma performansı haradasa sıfırdır )
HaNNiBaL
Sitat(Бриллиантик @ 05.07.2011, 9:07) *


Nissanin menasi ise ,,Yapon senayesi,, demekdir 100.gif
advocat
Sitat(HaNNiBaL @ 05.07.2011, 9:06) *
Men hele surucuye protokolun suretini veren DYP ishcisi gormemishem ona gore maraqli geldi. Bu hansi qaydada gosterilmishdir onuda dinen day el cekim senden 109.gif ))


əvvəllər İnzibati xətalar məcəlləsində əvvəllər xəta törədən şəxsə protokolla tanış olmaq imkanı yaradılırdı, indi həmin maddə dəyişdirildi
İnzibati xətalar Məcəlləsinin 410.3-cü maddəsi
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir .
eyni zamanda
410.4-cü maddə .
Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barәsindә öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır

göründüyü kimi hətta zərərçəkənin də protkolun surətini almaq hüququ var .
NeoNa
Bonus kompaniyası 185.gif
Cərimələri yerində həmin an ödəyənlərə 10% endirim olunur
Believer
bir sualım var , deməli biri qayda pozub , çek yazıb veriblər kim deyə bilər , cəriməni hansı banka ödəmək lazımdır ? 101.gif
HaNNiBaL
Sitat(Believer @ 12.08.2011, 11:01) *
bir sualım var , deməli biri qayda pozub , çek yazıb veriblər kim deyə bilər , cəriməni hansı banka ödəmək lazımdır ? 101.gif


Beynəlxalq Bankın istənilən filialına yaxınlaşıb cəriməni ödəyə bilər 100.gif
Crystal
Sitat(Бриллиантик @ 05.07.2011, 9:07) *
Bilirəm bu yenilik deyil amma bilməyənlərçün maraqlı olar məncə 108.gif

Avtomobil markalarının mənaları.


BMW : Brings Me Women ( Mənə qadınları gətirir )

Başqaları haqqda məlumatları Sizdən öyrəndim burda, amma bu yalnışdı. Mən elə bilirdim amma elə deyil, dəqiqləşdirib yazacam bura.
advocat
Milli Məclisin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” qanunvericiliyə dəyişiklik edilməsilə bağlı məsələyə baxılıb. Müzakirələrdən sonra qanuna dəyişikliklər təsdiqlənib.
Buna müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklikləri nəzərdə tutan qanuna dəyişikliklər edilib.


Layihədə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarəetmə 40 manat (əvvəl 15 manat)
Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma- 10-30km/saat həddində 20 manat (əvvəl 15-20)
Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma- 30-60 km/saat həddində 100 manat (əvvəl 20-40)
Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma- 60 km/saat həddindən artıq 150 manat (əvvəl 40-60)
Motodəbilqə taxmadan və ya onudüymələmədən motosikleti idarə edən, yaxud motodəbilqəsi olmayan və ya onurndüymələməyən sərnişinləri motosikletdə daşımaq 20 manat (15-20)
İşıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 30 manat (15-20)
Nəqliyyat vasitəsinirnidarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə 100 manat (əvvəl 60)
bu pozuntu il ərzində təkrar törədildikdə 200 manat (80-100)
Nəqliyyat vasitəsiniidarəetmə hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərərrçəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkən şəxsə maddi zərər vurulmasına görə 400 manat (əvvəl 140-180 manat idi)
Nəqliyyat vasitəsini idarəetmə hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan,narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digərmaddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinəgörə 150 manat (80-100)
Nəqliyyatvasitəsini idarəetmə hüququ olan və nəqliyyat vasitəsini alkoqoldan, narkotiknvasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digərmaddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edən şəxstərəfindən İXM-nin 151.2 və ya 151.3-cü maddələrində nəzərdə tutulmuş xətalarınrtörədilməsinə görə 200 manat (120-150)
Nəqliyyat vasitəsini idarəetmə hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və yagüclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoşvəziyyətdə idarə edilməsinə görə 250 manat (150-200)

Bu səhifənin tam versiyasına baxmaq üçün, linkdən keçin.
Русская версия IP.Board © 2001-2014 IPS, Inc.