Kömək - Axtar - İstifadəçilər - Kalendar
Bu səhifənin tam versiyası: Qiyamətin əlamətləri...
www.big.az Forum > Ümumi bölmə > Din > Tövhid və Əqidə
Səhifə: 1, 2
Sumeyya
Qiyametin elametleri!

- Exlaqsızlıq, pozğunluq açıq olmadan, qonşular pisleşmeden, xainler emin, eminler xain sayılmadan, qohumluq elaqelerinde soyuqluq olmadan qiyamet qopmaz! (İ. Ahmed)
- İnsanlarda paxıllıq artar ve qiyamet pislerden başqası üzerine qopmaz! (İ.Neccar)
- And içirem ki, paxıllıq, pozğunluq meydana çıxmadıqca, emine xeyanet edilib, xaine güvenilmedikce, yaxşılar helak olub, pisler qalmadiqca qiyamet qopmaz! (Hakim)
- Yağışın bereketi qaldıqca qiyamet qopmaz! (Ebu Ya’la)
- Yer üzünde Allah diyen müselman qaldıqca qiyamet qopmaz! (Müslim)
- Elm qalxmadıqca, zelzeleler çoxalmadıqca qiyamet qopmaz! (Buxari)
- Mal çoxalıb artmadıqca qiyamet qopmaz! Bele ki, zekat verilecek kimse tapılmaz! Birine zekat teklif edilerken “Menim buna ehtiyacım yoxdur” deyecek! (Buxari)
- Müselmanlar Yehudilerle savaşmadıqca, daşlar bele “Ey müselman, arxamda gizlenen yehudini öldür!” demedikce qiyamet qopmaz! (Buxari)
- Yetmiş dene PEYĞEMBEREM deyen yalançı çıxmadıqca qiyamet qopmaz! (Teberani)
- Livata (mavilik) mübah (ne savab, ne günah) sayılmadıqca qiyamet qopmaz! (Deylemi)
- Kiyamet qopmadan 100 il evvel Yerde Allaha ibadet eden qalmaz! (Hakim)
- Zelzele, fitne, qatillik artmaıqca qiyamet qopmaz! (Buxari)
- Qardaşlar ferqli dinlerden olmadıqca qiyamet qopmaz! (Deylemi)
- Pisler dünyaya hakim olmadıqca qiyamet qopmaz! (Tirmizi)
- Vehşi heyvanlar insanlarla danımadıqca qiyamet qopmaz! (Tirmizi)
- Bir zaman gelecek ki, insanlar yalnız pulu düşünüb halal ve haramını düşünmeyecekler! (Buxari)
- Rüşvet hediyye adı altında verilecek, gözdağı üçün günahsızlar öldürülecek! (İmam Gazali)
- Menden bir hedis söylenince “Rasulullah (sas) bele söylemez, hedisi burax Qurana bax!”deyerek meni yalanlayanlar çıxacaq! (Ebu Ya’la)
- Qurandan başqa delil qebul etmerem deyenler çıxacaq! (Ebu Davud)
- Kafirleri pislemek üçün gelen ayeleri müselmanları pislemek üçün istifade edecekler! (İbni Ömer)
- Sünnet bidet kimi çirkin, bidet sünnet kimi reğbet qazanacaq! Sünnete uyan qerib olacaq, yalnız qalacaq, bidete uyan çox yardımçı tapacaq! (Şir’a)
- Mesçidlerde minden çox insan namaz qılacaq, içlerinde mümin olan olmayacaq! (Deylemi)
- Sonra gelenler, önceki alimleri cahillikde günahlandıracaq! (İbni Asakir)
- Din alimi qalmayacaq, din adamı yerine keçirilen cahiller bilmeden fetva verecek, herkesi doğru yoldan çıxarmağa çalışacaq! (Buxar)
- Din adamları xalqın istediyi yönde fetva verecek, halala haram, harama halal deyecekler, dini ticarete, menfeete alet edecekler! (Deylemi)
- İnsan dinini ve heyatını ancaq pul ile ayaqda tuta bilecek, qızılı, gümüşü olmayan rahatlıq tapmayacaq! (Taberani)
- Hecce hökümdarlar gezmek, varlılar ticarek, klasıblar dilenmek, dindarlar gösteriş üçün gedecekler! (Hatib)
- Anarxiya, ölüm çoxalacaq! (İbni Mace)
- Çalğı her yerde çalınacaq, güvenlik işçileri çoxalacaq! (Beyheki)
- Her esr evvelkinden pis olacaq ve belece pozula-pozula gedecekler! (Hadika)
- İnsanın bütün qayğısı medesi olacaq, şerefi mal, qiblesi qadın, dini pul olacaq! (Sülümi)
- İnsanlar temizlikde hedden artıq ciddi olacaqlar, vesvese edib dinde heddi aşacaqlar! (Ebu Davud)
- Müxtelif adlar altında şerablar çıxacaq, halal sayılacaq! (İmam Ahmed)
- Ortalıq qarışacaq, dinde olmaq elde alov tutmaq qeder çetin olacaq! (Hakim)
- İt saxlamaq övlad yetişdirmekden daha cazibeli, maraqlı olacaq! (Hakim)
- Pis qadınlar çoxalıb zina bir topluluqda yayılarsa, xalq evveller görülmemiş yolxucu xesteliklere meruz qalar! Ölçüde aldadar, hile ederse yaşayış çetinleşer! (Beyheki)
- İşler ehli olmayana verilecek! (Buxari)
- Varlıya malına göre tezim edilecek, pozğunluq edilecek, bicler çoxalacaq! Böyüye hörmek, kiçiye merhemet edilmeyecek...! (Hakim)
- Lutilik (homoseksuallıq) mübah (ne günah, ne savab) sayılmadıqca qiyamet qopmaz! (Deylemi)
- Kişi yol kenarında qadınla cinsi elaqede olaca! (Hakim)
--------------------------------------
- İçki çox içiler!
- Zekat verilmez!
- Cihad terk edilir!
- Gencler fasiq olur!
- Yaxşılığa mane olunar!
- Kişiler ipek geyiner!
- Qonşuluq pisleşer!
- Günaha celb artar!
- Çalğı aletleri çoxalar!
- Cansızlar danışar!
- Emanete riayet qalxar!
- Her yerde çalğı çalınar!
- Adam öldürmek çoxalar!
- Faiz aşikar olar!
- Zinadan doğulan uşaqlar çoxalar!
- Alçaqlar söz sahibi olar!
- Alimlerde zere qeder iman olmaz!
- Hamıya yaxşılıq eden müselman axmaq sayılar!
- Mesçid ve toplantılarda fasiqlerin sesi ucalar!
- Xanıma uyub anaya üsyan ediler!
- Dine uymaq, gözel exlaqlı olmaq ayıb sayılar!

Haqq olan qiyamet!
Nedir qiyamet?!
Ne bilirsen (haradan bilirsen) ki, nedir qiyamet?! (Qiyametin ne olduğunu sene ne öyretdi?)
Sur birce defe üfürüleceyi;
Yer ve dağlar qaldırılıb birce defe bir-birine çırpılacağı (ezilib toza döneceyi) zaman -
Mehz o gün (vaqe olacağına heç bir şübhe olmayan) qiyamet qopacaqdır!
Ve (göy) süst düşüb parçalanacaqdır!
Melekler de onun (göyün) etrafında (Allahın emrine müntezir) olacaq ve hemin gün (ya Peyğember!) senin Rebbinin erşini onların (başı) üstünde sekkiz melek daşıyacaqdır!
O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rebbinizin hüzuruna) getirileceksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
Emel defteri sağ eline verilen kimse deyecekdir: "Alın, emel defterimi oxuyun!
Men (dünyada iken qiyamet günü) öz hesabıma yetişeceyime (möhkem) inanmışdım!"
Bundan bele o, xoş güzeran içinde,
Yüksek bir Cenetde olacaqdır.
(Ele bir Cennet ki, onun) meyveleri çox yaxındadır (mö’minler onlardan ayaq üste olanda da, oturanda da, uzananda da yeye bilecekler).
(Onlara bele deyilecekdir: ) "Keçmiş günlerde etdiyiniz (yaxşı) emeller müqabilinde yeyin-için!"
Emel defteri sol eline verilen ise deyecekdir: "Kaş emel defterim mene verilmeyeydi!
Hesabımın ne olduğunu bilmeyeydim!
Kaş o (ölüm) qeti (ebedi) olaydı! (Bir daha dirilib bu ezabı görmeyeydim!)
Mal-dövletim mene heç bir fayda vermedi (Allahın ezabını menden def ede bilmedi).
Mülküm (seltenetim) de mehv olub getdi!"
(Allah dergahından bele bir nida gelecekdir: ) "Onu tutub qandallayın!
Sonra da Cehenneme atın!
Daha sonra onu yetmiş arşın uzunluğunda zencirle bağlayın!
Çünki o, böyük olan Allaha inanmırdı.
O (özü zekat vermir, acize, kimsesize kömek etmit, xalqda da) yoxsulu yedirtmeye reğbet oyatmırdı.
Bu gün bax burda onun yaxın bir dostu yoxdur.
İrinden başqa bir yemeyi de yoxdur.
Onu ancaq günahkarlar yeyer!"
(1-3, 13-37,Haqq olan qiyamet suresi)


And içirem qiyamet gününe;
And içirem (günah etdiyi üçün, yaxud yaxşı emeli azdır deye) özünü qınayan nefse! (Siz ölenden sonra mütleq dirileceksiniz!)
Meger insan ele güman edir ki, (qiyamet günü) onun sümüklerini bir yere yığa bilmeyeceyik?!
Beli, Biz onun barmaqlarını da (barmaq sümüklerini de, barmaqlarının uclarını da) düzeltmeye qadirik!
Lakin insan (bundan sonra da) önündekini (qiyameti) danmaq (pis işler görmek) isteyer.
Ve (istehza ile): "Qiyamet günü ne vaxt olacaqdır?" - deye soruşar.
Göz (heyretden) bereleceyi;
Ay tutulacağı;
Güneşle ay birleşeceyi (her ikisinin qerbden çıxacağı, nurunun gedeceyi) zaman -
Mehz o gün insan: "Qaçıb can qurtarmağa yer haradadır?" - deyecekdir.
Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!
O gün (ey insan!) duracaq (penah aparılacaq) yer ancaq Rebbinin hüzurudur!
(1-12, Qiyamet suresi)

Sitat(a_s_k @ 11.06.2008, 15:44) *
atriq qiyametin elametleri bashlayib bacim,maraqli xebere gore teshekkur

Salam aleykum..Elədir bacım indidən deyil eee çoxdan başlayıb.Sadəcə bunu anlayıb dərk etməkdə çətinlik çəkənlərə yazığım gəlir Vallahi....Allah bizi pənahında saxlasın inşaAllah...
AFA88
Mende bunun bashladigini coxdan bilirem. Allah bunu bilmeyenlere bildirsin. Onlarda basha dushsunler Qiyametin yaxinlashdigini. Sumeyya bacimin dedikleri ile raziyam. Allah razi olsun ondan bele movzuya gore.
captain070
bu söhbətlərin əksəriyyəti baş verir deməli qiyamət gəlir ALLAH hamının günahını bağışlasın AMİN
NurGül1
Allah fasiqleri dogru yola ceksin, Qiyamet lap çoxdan yaxinlawib..........
Aisha GuraBa
Qiyamət yaxınlaşır deyə deyə daha da yaxınlaşdırırıq olmaz vaxtı məqam çatanda olacaq.heç yeri yoxdu belə söhbtin Allaha acıq gedər
PROSATANOS
Sitat(Cuppuw91 @ 08.03.2009, 3:20) *
Qiyamət yaxınlaşır deyə deyə daha da yaxınlaşdırırıq olmaz vaxtı məqam çatanda olacaq.heç yeri yoxdu belə söhbtin Allaha acıq gedər

Xanim qiyamətin əlamətlərini sadalamaqla və ya deməklə vaxti yaxinlaşdirmaq olar məgər???
Aisha GuraBa
Sitat(PROSATANOS @ 08.03.2009, 4:34) *
Xanim qiyamətin əlamətlərini sadalamaqla və ya deməklə vaxti yaxinlaşdirmaq olar məgər???



fikrim pisdi kimsə nəsə biabırçılıq görür deyir Qiyamət yaxınlaşır.olmaz.hər bir adi çeydə Qiyamətin adı çəkilməz
SEVGI_SIMVOLU
Sitat(Cuppuw91 @ 08.03.2009, 4:20) *
Qiyamət yaxınlaşır deyə deyə daha da yaxınlaşdırırıq olmaz vaxtı məqam çatanda olacaq.heç yeri yoxdu belə söhbtin Allaha acıq gedər

Allaha sənin bu sözün acıq gedər qiyamətin əlamətlərin saymaq yox...yazanda fikrləş gör nə yazırsan...dediyin sözün altında peyğəmbər və səhabəsini təhqir-nəuzu billah--var...səhabələrə təhqir var, islam
uləmasına təhqir var...bu BÖYÜK KÜFÜR dür...tövbə et...bağışlanma dilə...güman edirəm anladın nədə xəta etdiyini..aydın olmadısa hərf-bə hərf izah edim 100.gif
SEVGI_SIMVOLU
Sitat(Cuppuw91 @ 08.03.2009, 4:53) *
fikrim pisdi kimsə nəsə biabırçılıq görür deyir Qiyamət yaxınlaşır.olmaz.hər bir adi çeydə Qiyamətin adı çəkilməz

biyabırçılıq gördükdə qiyaməti yada salmaq, xatırlamaq nəyi pisdir? buna aid dəlilin var? əksinə hər biyabırçılığı gördükcə qiyaməti yada salmamaq elə özü biyabırçılıqdır...Allah və peyğambərimiz ( s.ə.s ) hər bir şeyə ibrət göxüylə baxmamızı əmr edir indi sən durub deyirsən ki, baxdığınız pis şeylərdən ibrət alib nəticə çıxarmayaq...bu nə qədər islam məntiqiylə uyğunlaşır sən düşün...yazmısan "hər adi bir şeyde qiyamət adı çəkilməz" ..lap yaxşı o zaman göstər görək "adi şey" hesab etdiyin hanı?
mucadile
Sitat(SEVGI_SIMVOLU @ 08.03.2009, 13:00) *
biyabırçılıq gördükdə qiyaməti yada salmaq, xatırlamaq nəyi pisdir? buna aid dəlilin var? əksinə hər biyabırçılığı gördükcə qiyaməti yada salmamaq elə özü biyabırçılıqdır...Allah və peyğambərimiz ( s.ə.s ) hər bir şeyə ibrət göxüylə baxmamızı əmr edir indi sən durub deyirsən ki, baxdığınız pis şeylərdən ibrət alib nəticə çıxarmayaq...bu nə qədər islam məntiqiylə uyğunlaşır sən düşün...yazmısan "hər adi bir şeyde qiyamət adı çəkilməz" ..lap yaxşı o zaman göstər görək "adi şey" hesab etdiyin hanı?

salam aleykum.mən yuxarıda yazılanları oxudum.qardaşın yazdıqları çox doğrudur.Allah səndən razı olsun.Mən forumda din bölməsində yazan şəxslərə sadəcə bir şeyi demək istəyirəm, dinlə bağlı yazdığınız hər bir şeyi əsaslandırmaq məcburiyətindəsiz.Yəni yazdığınızın altında Qurandan və sünnədən bir dəlil olmalıdı.Yoxsa dinlə bağlı yazdıqlarınız şəxsi görüşlərinizdisə bunun fəlsəfədən nə fərqi oldu.Biz müsəlmanlar hər bir şeydə Qurana və Sünnətə tabe olmağa məcburuq.
Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır! Əl Əhzab-3
Onda hər bir müsəlman bir şey yazmadan öncə açıb bir Qurana və sünnətə baxsın.Baxsınki bu məsələdə Allahın hökmü nədi?
Müvəffəqiyyət Allahdandı
mucadile
Ənəs bin Malik radıyallahu anhın rəvayətinə görə bədəvinin biri Rasulullaha s.a.v :
-Qiyamət nə vaxt olacaq? dedi
Rasulullahda s.a.v ona :
-Qiyamət üçün nə hazırladın? deyə soruşunca , bədəvi:
-Allah və Peyğəmbər sevgisini hazırladım, cavabını verdi.
-Elə isə sevdiyinlə bərabərsən,buyurdu.
Riyazus Salihin, cild 1, səh 161.İstanbul 2005


O zaman məndə soruşmaq istəyirəm qiyamət üçün nə hazırlamışıq?Sizin də cavabınız bədəvinin cavabıyla eyniysə xoş bizim halımıza.Biz də Allah və Peyğəmbər sevgisini hazırlamışıqsa qurtulmuşuq demək.Ancaq bir şeyi unutmayın sevmək sadəcə dillə söyləməklə olmur.Allahı sevdiyini söyləyən,bilməlidir ki Allahı sevmək ona itaət etməyidə tələb edir.Çünki Allah, qulunun Ona itaət etməsini sevər.Sevən insan, sevdiyinin sevdiyi şeyləridə sevər.Bu halda Allah sevgisi Allahın bizə əmr etdiyi əmrlərə itaət etməklə gerçəkləşər.Peyğəmbəri sevdiyini söyləmək də, Peyğəmbərimiz kimi olamğa çalışmaqla və davranışlarında onu örnək almaqla gerçəkləşir. Birdə düşünək biz qiyamət üçün nə hazırlamışıq?Allah və Peyğəmbər sevgisinimi?
Müvəffəqiyyət Allahdandır!
SEVGI_SIMVOLU
Mucadile qardaş doğru məqama toxundu...çoxumuz maraq göstəririk ki, qiyamət nə zaman qopacaq....həttda bəziləri falçıların...fırıldaqçıların sözlərinə əsaslanıb filan ildə qiyamət qopacaq deyirlər...məsələ qiyamətin nə zaman qopacağını bilmək deyil...məsələ ona hazırlaşmaqdır...məhz Rasulullah ( s.ə.s ) bu məqama toxunaraq...bədəvinin :qiyamət nə zaman? qopacaq sualına -" sən qiyamətə nə hazırladın?! deyə sual etməsidir...
ZehrayiNur
Biz her seyi yeni butun gunahlari adi qebul edirik mes; icki,qadinlarin toyda kisiler ile bir yerde olmasi,aciq saciq gezmeleri (hetta bashin bele aciq olsada) zina, ogurluq,Ona buna atma ,qeybet (deyende qeybet etme deyirlerki "qeybet niye edirik? sohbetdirde edirik."), shantaj,yalan ve.s.O qeder yazmaq olarki....Allah qiyameti belkede 3-4 momunun uzune saxlayib bu dunyani.Onlarda olmayan kimi Allah dunyanin kitabini baglayacaq.Allah ne qeder sebrlidir ki bize helede sebr edir.Hec olmasa xecalet cekirikmi? Qiyametin elametleri artiq movcuddur.Bunu hamimiz gozel bilirik.
93_07_23
Qiyametin elmetlerinden bir de odurki kiwiler qadinlardan yalniz uzlerinin tuku ile secilecekler;qadinlar erleri ucun yoooox yad kiwiler ucun bezenecek,exlaqsizliqin yayilamasi,muharibelerde dinc ehalinin helak olasi,memurlarin oldurulmesi ve.s bir cox misallar getire bilerk;Yawadiqimiz dovure nezer salanda bu hallarin hamisi bizim etrafimizda carx kimi firlanir:Boyuk yaradan her birimize komek olsun:Gelin baqiwlanmaqimiz ucun yaradanimiza dua edek:
Ammar
Mən burada qiyamətin ən önəmli əlamətini nəzərinizə çatdırıram:

Bu haqda Buraxidə səhih bir hədisdə:

حدثنا إسحاق بن محمد الفروي حدثنا مالك عن نافع عن عبد الله بن عمر رضى الله تعالى عنهما أن رسول الله صلى الله عليه وسلم قال تقاتلون اليهود حتى يختبئ أحدهم وراء الحجر فيقول يا عبد الله هذا يهودي ورائي فأقتله [ 2767 ]

Malik Nafidən, o da Abdullah ibn Ömərdən (r.anhum)Allah Rəsulunun (sas) belə dediyini rəvayət etdi:

- “Siz müsəlmanlar, yəhudilərlə savaşacaqsınız. (Onları qıracaqsınız) Hətta bir yəhudi bir daşın arxasına gizlənəcək, o daş da (dilə gələcək ki) Ey Allahın qulu! Bu arxamdakı bir yəhudidir, onu öldür!” deyəcəkdir.”

Eləcə də digər hədisində:

حدثنا إسحاق بن إبراهيم أخبرنا جرير عن عمارة بن القعقاع عن أبي زرعة عن أبي هريرة رضى الله تعالى عنه عن رسول الله صلى الله عليه وسلم قال لا تقوم الساعة حتى تقاتلوا اليهود حتى يقول الحجر وراءه اليهودي يا مسلم هذا يهودي ورائي فاقتله [ 2768 ]

Əbu Zura, Əbu Hureyrədən rəvayət etdi ki, Allah Rəsulu belə buyurdu:
“Yəhudilərlə savaşmadıqca əsla Qiyamət qopmayacaqdır. Hətta arxasında bir yəhudi olan daş “Ey müsəlman, arxamdakı yəhudidir, onu öldür” deyəcəkdir.”

Yuxarıda Suməyya bacımız bunu da qeyd etmişdi, sadəcə olaraq bunu qeyd edib diqqəti bu savaşa deyil, bu savaşda kimin qalib olacağına çəkmək istədim. Hədislərin mühtəvasından da göründüyü kimi, bu savaşda müsəlmanlar mütləq qalib olacaqlar.
Bəs bu halda, bu gün yəhudilərlə sülh axtarışında olub beynəlcxalq konfransların və yəhudilərə mərhəmət yalvarışlarının, sülh danışıqlarının nə qədər dəyəri var? Nə qədər baş tutacaq bu iş?? İndi özününüz qərar verin...

Qiyamətə yaxın bir zamanı Allah Rasulu (sas) təsvir edib hətta o qədər gözəl təsvir edilib ki, lap yerinə düşür. Bunu burda yazmamaq olmazdı...

‏ " ‏حدثنا ‏ ‏عبد الرحمن بن إبراهيم الدمشقي ‏ ‏حدثنا ‏ ‏بشر بن بكر ‏ ‏حدثنا ‏ ‏ابن جابر ‏ ‏حدثني ‏ ‏أبو عبد السلام ‏ ‏عن ‏ ‏ثوبان ‏ ‏قال‏
‏قال رسول الله ‏ ‏صلى الله عليه وسلم ‏ ‏يوشك الأمم أن ‏ ‏تداعى ‏ ‏عليكم كما ‏ ‏تداعى ‏ ‏الأكلة ‏ ‏إلى ‏ ‏قصعتها ‏ ‏فقال قائل ومن قلة نحن يومئذ قال بل أنتم يومئذ كثير ولكنكم ‏ ‏غثاء ‏ ‏كغثاء ‏ ‏السيل ولينزعن الله من صدور عدوكم المهابة منكم وليقذفن الله في قلوبكم الوهن فقال قائل يا رسول الله وما الوهن قال حب الدنيا وكراهية الموت" ‏

Abdurrahman ibn İbrahim Diməşqi, Bəşr ibn Bəkrdən, o da İbn Cabirdən, o isə Əbu Abdussalamdan, o da Sevbannan, Allah rəsulunun (sas) belə dediyini rəvayət etdi:
Allah Rəsulu (sas) bir gün ətrafındakılara:
“Acların yemək başına şığıdığı kimi millətlər üzərinizə gələcəklər. Biri dedi: Ya Rasulullah, həmin gün sayımız azmı olacaq? Allah Rrasulu (sas) dedi: Xeyr, əksinə, çox olacaqsınız, lakin selin yığıb gətirdiyi çör-çöp kimi dəyərsiz hala düşəcəksiniz. Allah düşmənlərinizin qəlbindən sizə qarşı qorxunu götürəcək. Sizin qəlblərinizə isə “vəhn” salacaqdır. Biri soruşdu: “Vəhn nədir ya Rasulullah?” Buyurdu: “Dünya sevgisi, ölüm qorxusu”

(Əbu Davud, Məlahim)

Həqiqətən də bugün müsəlmanların halı eynilə Allah Rasulunun (sas) dediyi kimidir. Kafirlərə qarşı hər bir müsəlmanın qəlbində qorxu var. Kafirlər də bu qorxunu öz qırıcıları, tankları, fantastik filmlərilə qəlblərimizə salıblar. Hətta o qədər qorxudublar ki, onlara qarşı qorxu hissi duyduğumuza görə Allah yolunda savaşanlara da dil uzadır, kafirlər bizdən razı qalsınlar deyə onlar barədə də yalan iftiralar deyir, terorist sayır, radikal və yolunu azmış vəhşi gözündə görürük. Bu da Allah qorxusunun yerini kafir qorxusunun tutması səbəbilədir.....Allah ümməti İslam və islah etsin. amin..
Aykosh
GÜnahlardan tövbə etməyə tələsək
hacer
ALLAH bizi o gunden qorusun....AMIN
Göytəpəli
*İmanı qelbde tutmaq elde isti ocağı tutmaq qeder çetin olacaq .!
*İnsan gece mömin yatacaq ,seher kafir olaraq qalxacaq. Ve ya bunun tersi olacaq .!
*Faize alış –veriş, rüşvete hediyye deyilecek .Selemçilik artacaq halal-haram unudulacaq, pul gelsin de haradan gelirse-gelsin deyilecek .!
*İnsanların başına ele bir zaman gelecek ki onlardan faiz yemeyen qalmayacaq yemese bele tozu onlara çatacaqdır .!
*Qazanc müeyyen olmuş insanlar arasında dolaşacaq ,dar gelirliler aclıq ve sıxıntıya düşecek .!
*Fasiqler başa keçecek ve danışmasını bilmeyenler xalqa xitab edecekler .!
*Qebirler süslenecek ve Quran qazanc getiren bir emtee halına gelecek .!
*Fitne her eve gelecek ve tecrübesiz Gencler başa keçecekler .!
*Üç şey çox qiymetlenecek: halal pul, emel edilen sünnet ve candan bir dost .!
*ecnebiler çoxalacaq ve müselmanlara qelebe edecekler .!
*Sonradan gelen nesiller önceden gelenlere söyüb saymayacaqlar .!
*Hiylesiz iş edilmeyecek , tacirler ve yazarlar artacaq qelem bollaşacaq .!
*Böyükleri merhemetsiz ,kiçikleri hörmetsiz olacaq , uşaqları terbiye köpekleri terbiyeden daha çetin olacaq .!
*İçkini dövlet teşkil edecek ve müxtelif isimler altında içilecek .!
*İnsan libasını qoruduğu qeder dinini qorumayacaq ve kasıblar da Namaz qılmayacaq .!
*eqrebalıq elaqeleri qopacaq ve Salam tanıdıq olanlara verilecek .!
*Zenginler üçün ticaret , hafizler üçün riya ve gösteriş yeri olacaq Hecc .!
*Kişiler özlerini qadınlara qadınlar da kişilere benzedecekler .!
*İnsanlar pisliklerden bir-birini çekindirmeyecek ve yaxşılığı emr etmeyecekler .!
*Alimler pul ve dünyalıq qarşılığında elm öyredecek axiret emeli dünyalıq teleb edecekler .!
*Minareler çoxalacaq , mescidler süslenecek ve içlerinden yüksek sesler gelecek .!
*ereb erazisinin çölleri çaylara ve yaşıllıqlara qovuşacaq .!
*Ulduzlar, fal doğrulanacaq ve qeder yalan olacaq .!
*ALLAH-TAALA apaçıq inkar edilecek .!
*Bir müselman qoyundan daha aciz olacaq, xor ve kasıb görülecek .!
*Zaman qısalacaq: Bir il bir ay kimi bir hefte bir gün kimi keçecek ,bir günün keçmesi ise bir yarpağın yanması kimi tezleşecek!
*Xainlere emin ,emin olanlara ise xain deyilecek ve burada emin bir insan vardır deyilecek qeder insan sayı azalacaq!
*Adama şerinden qorxuluğu üçün ikramlar olunacaq , görünüşde dost feqet esasında düşmen insan sayı artacaq. Sözler hemişe yalan ve bir –birine müxalif olacaq .!
*Amir ve memur çox ,doğru iş gören az olacaq .!
*Xeyirler ve yağmurlar azalacaq, zelzele ve daşqınlar artacaq .!
*Zenginlere etibar edilecek xesislik artacaq , zekat ağır bir borc kimi qebul edilecek .!
*Dinden ayrı xüsusi öyrenim edilecek .!
*Bela, müsibet artacaq .Rahat ve dinclik qalmayacaq kimse elile bunları önlenmeyecek .!
*Böyük ve gösterişli binalar qurulacaq ve bunlardan öteri küçeler daralacaq .!
*Yırtıcı heyvanların derileri soyularaq çeşidli geyim eşyası edilecek .!
*Seher geyilen libaslar başqa , axşam geyilen libaslar başqa olacaq .!
*Önümüze yemeklerden birisi gelecek , digeri gedecek . Ve Kebee nin örtüldüyü kimi divarları xalça ile süslenecek .!
*Elm azalacaq cehalet anarxiya ve cinayetler artacaq. Adam öldürmek yüngül bir suç sayılacaq .!
*Alicenablıq, izzet ikram ve comerdlik duyğuları qeyb olacaq ve haqlar pul qarşılığında satılır hala gelecek .!
*Kişiler-kişilerle , qadınlar-qadınlar ile münasibetsiz elaqeler quracaq .!
*Her terefde oxuyan ve çalğıçı qadınlar zühur edecek .!
*Dedi-qodu yayğın bir hal alacaq. Her kes qazanmadığından ve keçinmediyinden şikayetçi olacaq .!
*Yalançı şahidlik ve boşanmalar artacaq ani ölümler sıx görülecek .!
Kim Özünün Nefsinin Eqoist ve İstek Tutqunlarından Qoruyarsa Artıq O Qurtulmuş Demekdir. !
QURANİ KERİM
Active
Hündür binaların tikilməsi yarışları da gedir. Bu da qiyamətin əlamətlərindəndir. Bir hədisi-şərifdə belə buyrulub

"Qiyamət əlamətlərindən biri də, ayaqyalın, çılpaq, yoxsul qoyun-keçi çobanlarının binaları yüksəltməkdə bir-birləriylə yarış etdiklərini və lovğalandıqlarını görməyindir." (Buxari, Fiten: 25; Əhməd min Hənbəl, Müsned, 2/313)
X_Pirat
Könlüm düşüb əravətdən.
Əlamətdir qiyamətdən.
selos
İndi elə vəziyyətdir ki, həmişə buna hazır olmalıyıq..
Ami-Djan
Qiyamətin nə vaxt qopacağını bir Allah bilir...Hətta Peyğəmbərlər də bu günün hansı tarixdə baş verəcəyini də bilmir...Amma qiyamətin əlamətləri Quranda verilib, bu günkü gündə bu özünü göstərir...Məsələn, cinayətlər (oğurluq, zorakılıq, adam öldürmə) artır, əxlaqsızlıq baş alıb gedir...Rüşvət hədiyyə adı altında verilir və s...
NurGül1
Sitat(hacer @ 24.08.2009, 18:09) *
ALLAH bizi o gunden qorusun....AMIN


O gündəN deyil də o gündə qorusun,bacım...O günü görməyəcək və ya o gündən siğortalanmış kimsə yoxdur!
SeRSeRİ
qiyamət günü elə olacaqki ana süd əmər usağını atıb öz dərdinnən əlləşəcək
KENZO
Axirət aləmi başlamadan əvvəl, bütün insanların ve bütün aləmlərin başına qiyamət qopacaqdır. Bu qiyamətin qopmasını “Sur`a birinci üfürüş” hadisəsi meydana gətirəcəkdir.
Beləki, Mələk İsrafil(ə) “SUR” deyilən və mahiyyəti Uca Allah tərəfindən bilinən bir səs vermə cihazına üfürəcəkdir. Bundan çıxan qorxunc bir səs ilə bütün canlılar öləcək, hər şey alt üst olacaqdır. Bunun qopacağı vaxtı ancaq Uca Allah bilir.
Qiyamətin əlamətlərinə gəlincə:Bunlar, Əşrat-ı Saad (Qiyamət əlamətləri) deyilən bəzi əcaib və çirkin olan görülməmiş hadisələrdir.Bunların meydana gələcəyini Peyğəmbər Əfəndimiz bildirmişdir.


Qiyamətin kiçik əlamətlərdir:
1---Din mövzusunda məlumatsızlığın hər tərəfə yayılması,
2-- sərxoşluq verən şeylərin içilməsi,
3--- zina və bənzəri pisliklərin çoxalması,
4-- öldürmə hadisələrinin ziyadələşməsi.


Böyük əlamətləri isə bunlardır:
1-- Möminlər nəzləyə(qripə) tutulmuş və kafirlər sərxoş olmuş kimi edəcək bir dumanın çıxması,
2-- Dəccal adında bir şəxsin törəyib ilahlıq davasında olması və sonra qeyb olması getməsi,
3-- Yə`cuc və Mə`cuc adında iki millətin yer üzündə yayılaraq bir müddət pozğunçuluğa çalışması,
4-- Həzrət-i İsanın göydən bir müddət Peyğəmbərimizin şəriəti ilə əməl etməsi,
5-- “Dabbətül Ərz” adında canlı yaradığın yerdən çıxaraq insanlara qarşı sözlər söyləməsi,
6-- Şərq ilə Qərbdə və Ərəb yarımadasında bir böyük yer çöküntüsü olması,
7—Günəşin az bir vaxt üçün batdığı yerdən doğması.

Selefi1427
Salamu aleykum Baci ve qardawlar. Beli, sekk yoxdur ki, Allahin vedi haqqdir Qiyamet mutleq baw verecekdir.
Уличка
Peyğəmbər (s.ə.s).in mübarək sözləri.

1. Bir zaman gələcək, insanlar yalnız pulu düşünüb, halal, haram düşünməyəcəklər.
2. Rüşvət hədiyyə adi altında veriləcək, gözdağı üçün günahsız insanlar öldürüləcək.
3. "Peyğəmbərəm" deyən insanlar meydana çıxacaq, halbuki məndən sonra peyğəmbər gəlməyəcək.
4. "Məndən bir hədis söylənincə" "Rasululllah bu söyləməz, hədisi burax, Qurana bax!" deyərək məni yalanlayanlar çıxacaq.
5. "Qurandan başqa dəlil qəbul edə bilmərəm" deyənlər çıxacaq.
6. Kafirlər üçün gələn ayələri Müsəlmanları günahlandırmaq üçün istifadə edəcəklər.
7. Sünnət bidət kimi çirkin, bidət sünnət kimi rəğbət qazanacaq. Sünnətə uyan qərib, yalnız qalacaq,
bidətə uyan çoxlu yardımcı bulacaq.
8. Məscidlərdə mindən çox insan namaz qılacaq, amma içərilərində bir müsəlman belə olmayacaq.
9. Sonra gələnlər əvvəlki alimləri cahilliklə günahlandıracaq.
10. Din alimi qalmayacaq, din adamı yerinə keçən cahillər,
bilmədən fətva verəcək, hər kəsi doğru yoldan çıxarmaya çalışacaqlar.
11. Din adamları, xalqın istədiyi yöndə fətva verəcək, halala haram, harama halal deyəcəklər.
Din ticarətə, mənfəətə alət ediləcək.
12. İnsan dinini və dünyasını ancaq pul ilə ayaqda tuta biləcək. Parası, pulu olmayan rahatlıq tapa bilməyəcək.
13. Həccə hökmdarlar gəzmək üçün, varlılar ticarət üçün, din adamları göstəriş üçün gedəcəklər.
14. Anarxiya və ölüm çoxalacaq.
15. Çalğı hər yerdə çoxalacaq, güvənlik gücləri çoxalacaq.
16. Hər əsr əvvəlkindən daha pis olacaq.
17. İnsanın bütün qayğısı mədəsi olacaq, şərəfi mal, qibləsi qadın, dini pul alacaq.
18. Çeşidli adlar altında şərablar çıxacaq, halal sayılacaq.
19. Dinə uymaq ovucda atəş tutmaq qədər çətin olacaq.
20. İt saxlamaq uşaq böyütməkdən daha cazip olacaq.
21. Əxlaqsız qadınlar çoxalıb, zina yayılarsa xalq daha öncə görünməmiş xəstəliklərə tutulacaq. Ölçüdə, çəkidə
hiylə edilərsə yaşayış çətinləşər.
22. Zənginə malı üçün təzim ediləcək, əxlaqsızlıq yayılacaq, bic uşaqların sayı artacaq.
Böyüyə hörmət, kiçiyə mərhəmət qalmayacaq.
23. Lutilik. Homoseksuallıq mübah (haram olmayan, bəyənilən) sayılmadıqca qiyamət qopmayacaq.
24. Zəlzələ, fitnə artmadıqca qiyamət qopmayacaq.
25. Pis insanlar dünyaya hakim olmadıqca, qiyamət qopmayacaq.
26. Kişilər yol kənarında qadınla bərabər olacaq.

Sizcə bu gün bunlar varmı?
Savadsiz
Allah Təala inşallah hələ bizi qalib edəcək. Müsəlmanlar dünyaya hakim olacaq. Bunu Hz Peyğəmbər (s) deyib bizi müjdələyib. Qurani Kərimdə də işarələr var. İnşallah zühur tez olar və zülm haqsızlıq aradan gedər.
Gərək indi zühurun əlamətlərini öyərənək.
Ya Məhdi!
Selefi1427
QİYAMƏTİN KİÇİK ƏLAMƏTLƏRİ

Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə çatan bəzilərini xatrıladaq.
1. Peyğəmbərimiz Məhəmməd – sallallahu aleyhi və səlləm – in göndərilməsi. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «mən Qiyamət günü ilə birlikdə göndərildim, bu iki barmaq kimi». Ravi Şöbə deyir ki: «O şəhadət barmağı ilə orta barmağını bir-birinə birləşdirdi. Onların bir-birinə olan üstünlüyü qədər». İmam Bağavi – rahmətullahi aleyhi – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in Allah tərəfindən göndərilməsi Qiyamətin yaxınlaşmasına səbəbdir. Əbu Cubeyr rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «mən Qiyamət gününün küləyi ilə göndərilmişəm».
2. Onunla peyğəmbərliyin, risalətin sona yetməsi və Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfat etməsi. Auf b. Məlik rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Mənim ölümümü». Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Mədinəyə gələndə bütün şəhər sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə qərq olmuşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dünyasını dəyişdikdən sonra Əbu Bəkr və Ömər – radıyallahu anhu – onun süd anasının ziyarət etmək qərarına gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb deyirlər: «Niyə ağlayırsan? Allah Rəsulu üçün Onun (Allahın) dərgahında daha yaxşıdır» Qoca qadın dedi: «Mən ona görə ağlayıram ki, artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Ömər – radıyallahu anhum – da ağlamağa məcbur etdi.
3. Beytul-Məqdisin fəth edilməsi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) fəth edilməsi». Ömər – radıyallahu anhu – nun xəlifəliyi dövründə, hicrətin 16-cı ilində Qüds zəbt olunur.
4. Fitnələrin ortaya çıxması . Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İrəlidə bir çox fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən kimsə qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə sığınsın və ya gizlənmək üçün yer taparsa gizlənsin».
5. Yəhudi və Xristianlar kimi keçmiş ümmətlərin yolu ilə getmək. Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Həqiqətən siz əvvəlkilərin adət ən-ənələri ilə gedəcəksiniz. Hər bir şeydə onlara qarış-qarış oxşamağa çalışacaqsınız. O, dərəcəyə qədər ki, onlardan biri kərtənkələ yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz». Biz: «Ya Rəsulallah! Sən Yəhudi və Xristianları nəzərdə tututsan?» deyə soruşduq. Peyğəmbər: «Onlardan başqa kimlər olacaq» deyə buyurdu.
6. Yalançıların və peyğəmbərlik iddiasında olanların ortaya çıxması. Səvban – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir Peyğəmbər olduğunu iddia edəcəkdir. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur».
7. Peyğəmbər – sallallahu aleyhi və səlləm – haqqında hədislərin uydurulması. Əli, Ənəs b. Məlik, Əbu Hureyrə – radıyallahu anhum – rəvayət edirlər ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhəsiz ki, mənim ağzımdan yalan söyləmək başqasının ağzından yalan söyləmək kimi deyil. Hər kim söyləmədiyimi mənə qəsdli olaraq söyləyərsə atəşdən yerini hazırlasın».
8. Yalanın artması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın mənim ümmətimdən elə bir insanlar çıxacaq ki, onlar nə sizin, nə də atalarınızın eşitmədikləri şeyləri danışacaqlar. Onlardan çəkinin». Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dənizdə Süleymanın qandalladığı şeytanlar vardır. Çox keçmədi ki, onlar azad olarlar və insanlara öz Quranlarını oxuyarlar».
9. Elmin qaldırılması, cahillik və fitnə-fəsadın çıxması. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın elm qaldırılacaq». Huzeyfə b. Yəmən – radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü İslam paltarın naxışları silinib yox olduğu kimi silinib yox olacaqdır. Belə ki, (yer üzündə) nə orucun, nə namazın, ən həccin, nə də sədəqənin nə olduğu bilinməyəcəklər. Allah bir gecədə Quranı qaldıracaq və yer üzündə ondan bir ayə belə qalmayacaqdır. O zaman insanlardan yaşlılar və böyüklər qalacaqlar və deyəcəklər: «Biz babalarımızın bu kəlməni: «Lə ilələ illəllah» - söylədiklərini eşitdik. Buna görə də biz də onu söyləy-irik». «bu sözlər onları Cəhənnəmdən qurtaracaq» və üç dəfə təkrar etdi». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Peypəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə Allah, Allah kəlməsi itməyənədək Qiyamət qopmaz».
10. Ölüm hadisələrinin artması. Əbu Musa əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın Xarc çoxalacaqdır». Biz: «Xarc nə deməkdir?» deyə soruşduq. O: «Ölüm hadisələrinin çoxalması». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbim əlində olan Allaha and olsun ki, ölən nə üçün öldürdüyünü bilmədikcə Qiyamət qopmaz». Biz: «Bu necə olacaq?» deyə soruşduq. O: «Bu elə qətllər olacaq ki, ölən də öldürülən də Cəhənnəmə düşəcək».


11. Qəbirdəkilərə qibtə edilməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmaz o vaxta qədər ki, qəbrin yanından keçən insanlar – Kaş ki, onun yerində mən olaydım» deməyincə.
12. Bəlaların və fitnələrin artmasından insanın ölmüş birisinin yerində olmasını təmənna etməsi. Əbu Hureyrə – radıyallahu nahu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ruhum əlində olan Allaha and olsun! İnsan qəbrin yanından keçərkən özünü toza çırpıb – Kaş ki, qəbrdə mən olardım» deməyincə Qiyamət qopmaz.
13. Zəlzələlərin və xəstəliklərin çoxalması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Zəlzələlərin sayı çoxalmadıqca Qiyamət qopmaz». Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər hansı bir qövmdə zinakarlıq artarsa Allah onları taunla və başqa bir xəstəliklə cəzalandırar. Elə bir xəstəlik ki, bundan qabaq bu haqda eşitməyiblər».
14. Kişilərin sayca azalması və qadınların çoxalması. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmazdan qabaq qadınların sayı artacaq, kişilərin sayı azalacaq, belə ki, əlli qadına bir kişi düşəcəkdir».
15. İnsanların göz qabaqlarında zinaların artması. Nəvvas b. Səman – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Yer üzündə insanların şərliləri qalar. Onlar orada heç bir kəsdən utanmadan eşşəklərin bir-biri ilə cinsi əlaqədə olduqları kimi qadın kişi bir-birləri ilə cinsi əlaqədə olarlar. Qiyamət də onların üzərində qopar». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qəlbim əlində olan Allaha and olsun! Bu ümmət məhv olmaz o vaxta qədər ki, bir kişi qadını yolda uzada və o, günün ən xeyirli insanları isə: «Yaxşı olardı ki, sən o divarın arxasında gizlənərdin» deyəcəklər.
16. Musiqinin, içkinin, zinanın artması və bunların halal qəbul edilməsi, Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın zinakarlığın, içkilərin artması (çoxalması) olacaqdır». Əbu Məlik əl-Əşari – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – «Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq». Səhl b. Səd – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu. Ubadə b. Sabit – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallalahu aleyhi və səlləm – buyurdu: «Ümmətimdən bir qism insanlar olacaq ki, içki içib onu başqa adla adlandıracaqlar».
17. Əmanətə xəyanətin artması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Qiyamət nə vaxt qopacaq?» O: «Əmanət qaldıracağı zaman siz qiyaməti gözləyin» deyə buyurdu. O, kişi: «Əmanət nə vaxt qaldırılacaq?» Peyğəmbər : «Layiq olmayan insana əmanət verilərsə əmanət korlanmış olar» deyə buyurdu.
18. Qul qadının öz ağasını doğması, kasıbların varlanıb hündür binalar tikməkdə bir-birləri ilə yarışmaları. Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən Qiyamətin əlamətləri haqqında soruşan Cəbrailə belə cavab vermişdir: «Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq, çobanların hündür bina tikməkdə bir-birləri ilə yarışmaları».
19. İnsanların yalnız tanıdıqarı kimsələrə salam vermələri. İbn Məsud – radıyallahu anhu- rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamətin əlamətlərindən biri də insanların yalnız tanışlıq xatirinə bir-biri ilə salamlaşmalarıdır».
20. Yalan şahidliyin çoxalması, haqq şahidliyin gizlədilməsi. İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət qopmazdan əvvəl insanlar yalan şahidlik edəcəklər və həqiqəti gizlədəcəklər».


21. Qohumluq əlaqələrini kəsməyin, qonşuluq münasibətlərinin pisləşməsinin çoxalması. Abdullah b. Amr – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Ədəbsizlik, həyasızlıq, qohumluq əlaqələrinin kəsilməsi və qonşuluq münasibətlərinin pisləşməsi çoxalmadıqca Qiyamət qopmaz».
22. Vaxtın sürətlə getməsi. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxt sürətlə getməyənə qədər Qiyamət qopmaz. İl aya, ay həftəyə, həftə günə, gün saata, saat da közərən külün sönməsinə bərabər olacaqdır».
23. İnsanların bir-birinə inamının itməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnamın itdiyi zaman Qiyaməti gözləyin».
24. Məscidlərin və Quranın bəzədilməsi. Ənəs – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar bir-birlərinin qarşısında məscidlərdə öyünmədikcə Qiyamət qopmaz». Ənəs – radıyallahu anhu – deyir ki, insanlar məscidlərlə öyünərək və onları az-az ziyarət edəcəklər. Onlar məscidləri bəzəməklə öyünəcəklər». İbn Abbas – radıyallahu anhu – deyir ki, siz məscidləri Yəhudilərin və Xaçpərəstlərin etdikləri kimi bəzəyəcəksiniz». Əbu Dərdə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Əgər siz məscidləri və Quran vərəqələrini bəzəməyə başlasanız onda siz məhv olacaqsınız».
25. Yuxuların çin çıxması. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vaxtın sürətlə getməsindən müsəlmanların yuxuları demək olar ki, onları aldatmayacaqdır. Xeyirli yuxular görən kimsə ən xeyirli insan sayılacaq. Müsəlmanın yuxuları Peyğəmbərliyin qırx beşdə biridir».
Həmçinin Ərəbistan yarmadasının bağçalara çevrilməsi, yağışların çoxalması, Hicazda alovun əmələ gəlməsi, malın çox olmasına baxmayaraq nankorluğun artması, həyasızlığın ortaya çıxması, düşmənçiliyin, nifrət etməyin, kin saxlamağın çoxalması, insanların çılpaq geyinib çölə çıxmaları, heyvanların və cansız əşyaların danışması, müsəlmanların Xristianlarla müharibəsi, Konstantinopolun fəthi, Mədinənin boşaldılması, Kəbənin dağıdılması və s. səhih hədislərlə sabit olunmuş bir çox əlamətlər vardır.
Elə bir dəhşətli dövran gələcəkdir ki, zülmət qaranlığı kimi fitnələr meydana çıxacaq
dır. Bu fitnələrin meydana çıxdığı zaman Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Xeyirli əməllər etməyə çalışın! Çünki səhəri mömin olan axşama kafir olacaqdır, axşamı mömin olan isə səhərə kafir olacaqdır. İnsanlar öz imanlarını dünya malına satacaqlar». Allah bizi o günlərdən qorusun! Amin!
Xanum~Femida...
men cox qorxuram.. men hele savablarimi qazanmamwam..
Politic science
hami cennete getmek ister ama heckim olmek istemez
İqan
Günəşin əlamətləri ortadadırsa, yəni hava isinir və işıqlanırsa, demək artıq Günəş çıxıb. Qiyamət də bu cürdür. Qiyamətin əlamətləri artıq yerinə yetirsə deməli qiyamət artıq başlayıb. Ancaq bilməliyik ki, qiyamət 1 an, 1 saniyə deyil. O uzun bir prosesdir. Hətta bəzi ayələrə görə 1 gün çəkəcək prosesdir. O gün Rəbbin günü adlanır. Rəbbin günü isə Qurana görə 1000 ilə bərabərdir. Yəni Hz Mehdi və Hz İsanın gəlməsilə ədalət, sülh erasının ömrü də elə bu qədər ola bilər. Daha sonrasını ancaq Allah bilir.
BAHAR_CICEYI
Qiyamət günü Günəş yer üzünə yaxınlaşdırıldığı zaman Günəş altındakıları hərarəti ilə qızdırar. Hərarətdən onların kədər və narahatlıqları artar. O gün yalnız Ərşin kölgəsində sərinlənənlər və Günəşin hərarəti ilə qovrulanlar olacaq.

Rəsulullah səlallahu əleyhi vəsəlləm belə buyurmuşdu: "Yeddi qrup insan vardır ki, Allah Təala onları ərşin kölgəsindən başqa bir kölgə olmadığı qiyamət günündə öz kölgəsində saxlayacaqdır. Bunlar:

1. Adil imam (yəni idarəçi),
2. Allah Təalaya ibadət edərək böyüyən gənc,
3. Qəlbi məscidlərə bağlı olan insan,
4. Allah Təala üçün bir birini sevən, Allah Təala yolunda birləşən və Allah Təala yolunda ayrılan iki nəfər,
5. Gözəl bir qadının əxlaqsız dəvətini rədd edən kişi,
6. Sədəqə verən, ancaq sağ əlinin verdiyi sədəqəni sol əli bilməyəcək şəkildə gizləyən kimsə,
7. Tənha yerdə Allah Təalanı zikr edib və göz yaşı tökən kimsə.”

(Səhihi-Buxari, Zəkat Kitabı, 17; Səhihi- Müslim, Zəkat Kitabı, 30)
(*_*)
vaxtin cox tez kecmeside qiyametin elametidi...
gun quru yarpagin yanib qurtarmasi kimi tez otub kececek
ЭзраилЪ
Салам Алекум ве рехметуллахи ве берекетухх

Аллахын Ресулундан гийамет бареде сорушанда беле буйурур... Гийамет гуну О вахт гелечек ки, хер шей харам олмасада харамын тозу дейечек...
dalil
Qiyamətin Əlamətləri Iki Qismə Ayrılır:
1. Kiçik Əlamətlər – Bu əlamətlər çox uzun zaman davam edən və təkrarlanan əlamətlərdir. Məs: Elmin yox olması, cəhalətin çoxalması, içki içilməsi, binaların ucaldılması və s.
2. Böyük Əlamətlər – Bu əlamətlər Qiyamətin qopmasına yaxın görüləcək ilk dəfə olacaq böyük hadisələrdir. Məs: Dəccalın çıxması, İsanın (ona Allahın salamı olsun) gəlməsi, Yəcuc və Məcuc tayfaları və s (“Fəthul Bəri” 13/485, ət-Təzkira s. 624).


Qiyamətin kiçik əlamətləri olduqca çoxdur. Bunlardan səhih yolla bizə çatan bəzilərini xatırladaq. Bu əlamətləri sıra ilə vermədim. Çünki əlamətlərin hansı sırayla olacağını bildirən bir dəlil yoxdur. Buna görə də alimlərin oldu və bitti dedikləri əlamətlərdən başladım. Diqqət çəkiləsi məsələlərdən biri də bəzi insanların Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) xəbər verdiyi Qiyamət əlamətlərinin çəkinəlisi və qadağan olunan bir əlamətlər kimi başa düşürlər. Lakin bu heç də belə deyildir. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) xəbər verdiyi Qiyamətin əlamətlərinin hamısı çəkinəlisi və ya pis əlamət deyildir. Onların içərisində xeyirli olan əlamətlər də vardır.

1. Peyğəmbərimiz Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) Göndərilməsi: Ənəs b. Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: «Mən Qiyamət günü ilə birlikdə göndərildim, bu iki barmaq kimi». Ravi Şöbə deyir ki: «O şəhadət barmağı ilə orta barmağını bir-birinə birləşdirdi. Onların bir-birinə olan üstünlüyü qədər». (“Fəthul Bəri”, Buxari “Rikak” 11/347, Müslim “Fitən”) İmam Bağavi (Allah ona rəhmət etsin) deyir ki, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Allah tərəfindən göndərilməsi Qiyamətin yaxınlaşmasına səbəbdir. Əbu Cubeyr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: «Mən Qiyamət gününün küləyi ilə göndərilmişəm». (əd-Daulabi, əl-Albani səhih)

2. Onunla Peyğəmbərliyin, Risalətin Sona Yetməsi Və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Vəfat Etməsi: Auf b. Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Mənim ölümümü» ( Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277) .
Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gələndə bütün şəhər sevinirdi. O, öldüyü gün isə bütün şəhər zülmətə qərq olmuşdu (Tirmizi “Mənakib”, “Tuhfətul Əhfazi” 10/87-88, Şueyb əl-Arnaut səhih olduğunu qeyd edir). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) dünyasını dəyişdikdən sonra Əbu Bəkr və Ömər (Allah onlardan razı olsun) onun süd anasını ziyarət etmək qərarına gəlirlər. Qoca qadın ilə görüşdükdə onun ağladığını görüb deyirlər: «Nə üçün ağlayırsan? Allah Rəsulu üçün Onun (Allahın) dərgahında daha yaxşıdır» Qoca qadın dedi: «Mən ona görə ağlayıram ki, artıq vəhylər gəlməyəcəkdir». Bu sözlər Əbu Bəkr və Öməri də (Allah onlardan razı olsun) ağlamağa məcbur etdi ( Müslim “Fadailus Sahabə”, İmam Nəvəvi “Şərh Müslim” 16/9-10).

3. Beytul-Məqdisin Fəth Edilməsi: Auf b. Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Qüdsün (Yerusəlimin) fəth edilməsi» (Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277). Ömər (Allah ondan razı olsun) nun xəlifəliyi dövründə, hicrətin 16-cı ilində Qüds zəbt olunur və orada bir məscid də inşa edilir (“əl–Bidayə vən–Nihayə” 7/55–57).

4. Taun Xəstəliyi: Auf b. Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: «Qiyamət günündən qabaq altı hadisəni gözləyin: «Çox ölənlər olur. Sizin içinizdə heyvanların burunlarından axan və bir anda öldürən xəstəlik olacaqdır” (Buxari “Cizyə”, “Fəthul Bəri” 6/277). İbn Həcər (Allah ona rəhmət etsin) deyir ki: “Bu əlamət Ömərin (Allah ondan razı olsun) zamanında Qütsün fəthindən sonra Amvasta baş vermişdir”( “Fəthul Bəri” 6/278). Taun hicrətin 18-ci ilində Amvasta baş vermiş və sonra Şam tərəfə də yayılmışdır. Ölənlərin sayı 25000 min nəfər olmuşdur. Bu ümmətin əmini olan Əbu Ubeydə b. Cərrah da (Allah ondan razı olsun) bu xəstəlikdən ölmüşdür (“əl–Bidâyə vən–Nihâyə” 7/94).

5. Malın Çoxalması, Sədəqə Və Zəkatın Veriləcək Kimsənin Olmaması: Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurdu: “Aranızda mal çoxalmadıqca Qiyamət qopmaz. Elə ki, mal sel kimi axacaq, mal sahibi sədəqə verəcək kimsə tapmayacaqdır. Zəkat veriləcək kimsə: “Mənim zəkata ehtiyacım yoxdur” deyəcəkdir (Buxari “Fitэn” 13/81,82, Müslim “Zəkât” 7/97, Nəvəvi Şərhi) .

http://www.feqih.com/?p=503#more-503
BAHAR_CICEYI
"Peyğəmbərə 40 sual" kitabından... 40-cı sualda Qiyamət barədə soruşulur...

Ya Peyğəmbər, qiyamət günü haqqinda ne deyə bilərsiz?

- Demeli ele bir memleket, ele bir sherder olmayacaq ki,qiyamet gunu yaxinlashanda daginiqlardan kenarda qalsin. Bele bir vaxt o zaman gelecekdir ki, yer uzunde ne muqeddes Quran nede menim seriatim qalacaqdir. Menim ummetim yolundan azacaq, cehennem meskunlarina laiq olacaqlar. Hicaz ,Yemen ve Mekke eyaletlerini xestelik buruyecekdir. Medinede acliq bas verecekdir, serq ve qerb eyaletleri zelzeleden viran olacaqdir. Rum ve onun etrafindaki memleketler ildirim zerbelerine meruz qalacaqdir. Tebiristan ve fars eyaletlerinin ehalisi sixisdirilib mehv edilecekdir. Iraq eyaleti isgalcilar terefinden viraneye cevrilecekdir. Bagdad , Mosul ve Berse( Bekarat) cu altinda qalacaqdir. Xorasan ve bir sira basqa ealetlerde xestelikden kutlevi qirgin olacaq , Kaskar eyaleti, Cin , Kesmir , Kabul ve Hindistan da daginiqlara meruz qalacaqdir.Bu memleketler dagildiqdan sonar lenete gelmis Deccal peyda olacaqdir . O dord yerden : Mekke, Medine .Quds seherlerinden ve Sina dagindan basqa butun dunyaya sahib olacaqdir.
- Bundan sonar Isa (s.e.s) peygember elinde qilinc goyden yere enecekdir. Muselmanlar Isa ( s.e.s) peygemberi gorende sevinecelker . Isa ( s.e.s) peygember Deccal ile doyuse girecek ve onu oldurecekdir, bundan sonar menim ummetim Deccalin ordusu ile doyuse girecek ve yer uzunu bu lenetden temizleyecekdir. Isa ( s.e.s) peygember menim canisinim kimi 40 il yer uzunde hokumranliq edecekdir. Hemin vaxt iller cox uzun cekecekdir meselen: onun hokumranliginin birinci gunu bi rile,ikinci gunu bir aya beraber olacaqdir.
- 40 ilden sonra O vefat edecekdir. Muselmanlar onu Qudsden Medineye getirecek menim yanimda defn edecekler .
- Isa ( s.e.s) peygember defn edildikden 7 gun sonra Serqden Yecuc ve Mecuc adli tayfalar gelecek. Onlar 4 yerden basqa: Mekke,Medine, Quds seherleri ve Sina daginlan basqa butun dunyani feth edecekler . Bu tayfalar 40 il hokumranliq edecekler . Mekke,Medine, Quds seherleri ve Sina daginda yasayan muselmanlar bu tayfalara qarsi mubarizenin cetin oldugunu bilerek menim qebrimin ustune gelecekler ve menden umid dileyecekler.
- Allah teala boyca agcaqanaddan da balaca hesarat yaradib yere gonderecdir . Hemin hesaratlar Yecuc ve Mecuclarin bogazina girib onlari mehv edecekdir. Bundan sonra Allah teala yer uzune qeyri adi yagis gonderecekdir. Yagan yagislar yer uzunde bu tayfalarin qoyub getdiyi leyaqetsizliyi yuyub aparacaqdir. Muselmanlar Allahin merhemeti muqabilinde ona sukur edecekler.
- Bu iki tayfa yox olandan sonra qiyamet günü özünü göstərəcəkdir.
talaba
QİYAMƏTİN ADLARI

Qurani – Kərimdən bizə məlim olan Qiyamət gününün bir çox adları vardır.
1. Yəumul-Bəss – məşhərə göndərilən gün. (ər-Rum 56).
2. Yəumul-Xuruc – çıxarılacaq gün. (Qaf 42).
3. Yəumul-Qiyəmə – qalxacaqları gün. (əl-Qiyamət 1).
4. Yəumul-Həşr – toplanma günü. (Qaf 44).
5. Yəumul-Fəsl – ayırd etmə günü. (ən-Nəbə 17).
6. Yəumul-Cəma – cəm etmə günü. (əş-Şura 7).
7. Yəumul-Hicəb – haqq-hesab günü. (Sad 16).
8. Yəumul-Vaid – vəd olunmuş gün. (Qaf 20).
9. Yəumul-Həsra – peşmançılıq günü. (Məryəm 39).
10. Yəumul-Xulud – əbədiyyat günü. (Qaf 34).
11. Dərul-Xuld – əbədiyyat yurdu. (Fussilət 28).
12. Yəumul-Tələq- qarşılaşma günü. (Ğafir 15).
13. Yəumud-Din – sorğu-sual günü. (əl-Fatihə 4).
14. Həqqa – haqq üzə çıxacağı gün. (əl-Haqqə).
15. Qariə – qəlbləri təsvişə salan gün. (əl-Qariə 1-2).
16. Ğaşiyə – qəlbləri dəhşət bürüyən gün. (əl-Ğaşiyə 1-2).
17. Təğabun – qarşılıqlı aldanma günü. (ət-Təğabun).
18. Əzifə – yaxınlaşmaq günü. (ən-Nəcm 57) və s.
_APHRODiTE_
Allah yaxin etsin o gunu inwAllah.2012 104.gif
talaba
Qiyamet gunu ALLAHIN kolgesinde 7 cur insan olacaq
1. Ədalətli rəhbər. Allaha itaətdə yetişən gənc. Qəlbi məscidlərə bağlı olan. Allah üçün bir birini sevən və bu sevgi üzərində ayrılan, Gözəl bir qadın onu yatağına dəvət etdikdə: Mən Allahdan qorxuram, - deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əli bilməyən, təklikdə Allahı yada salıb gözləri yaşaran bəndə.
R_Huseyin
Salam aleykum. Qardahs bunu oxudum chox saq olun ki bunlari yazdiniz bura. Sehv etmiremse bu qiyametin kichik elametleri hesab olunur. Mumkunse boyuk elametleri haqqinda da yazardiniz.

Salam aleykum. Qardahs bunu oxudum chox saq olun ki bunlari yazdiniz bura. Sehv etmiremse bu qiyametin kichik elametleri hesab olunur. Mumkunse boyuk elametleri haqqinda da yazardiniz.
talaba
QİYAMƏTİN BÖYÜK ƏLAMƏTLƏRİ
Huzeyfə b. Əsid əl-Ğifari – radıyallahu anhu – rəvayət edir ki, bizlər (Qiyamət) müzakirə edən halda Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizim yanınmıza gəldi və: «Nəyi müzakirə edirsiniz?» deyə buyurdu, Orada olan səhabələr: « Qiyamət saatını müzakirə edirik» dedik. Peyğəmbər: «Sizlər on əlamət müşahidə etmədikcə əsla Qiyamət qopmayacaqdır!» və bunları zikr etdi: «Duhan (duman), Dəccəl, Dəbbətul Ard (heyvanın çıxması), Günəşin məğribdən doğması, İsa – əleyhissəlam – ın gəlməsi, Yəcuc və Məcucun çıxması, Biri şərqdə, biri qərbdə, biri də ərəb yarımadasında yerin batması və bütün bunlardan sonra Yəməndən xaric olan odun insanları toplanış yerinə aparması».
BAHAR_CICEYI
Sitat(black_rose @ 27.08.2010, 18:09) *
2012 tarixi doğrudurmu?Yəni Axirət-Qyamət 2012 ci ilin dekabr ayının 21 mi baş verəcək?

Boş-boş, əssasız danışırlar da.. hər söylənilənlərə inanmayın. Bir vaxlar da deyilirdi ki, 1998-ci ildə qiyamət qopacaq.. nə oldu bəs?! hər deyilənə inanmaq lazımdır ki? Qurandan və sünnədən Qiyamət gününün yalnız bəzi əlamətləri qeyd olunur.. Qiyamətin nə zaman olacağını Allahdan başqa kimsə bilə bilməz. "Yox, (Qiyamət) onlara gözləmədikləri bir halda gələcək və onları heyrətə salacaqdır. Onlar onun qarşısını ala bilməyəcəklər və onlara heç aman da verilməyəcəkdir" (Ənbiya, 40)
talaba
Sitat(black_rose @ 27.08.2010, 18:09) *
2012 tarixi doğrudurmu?Yəni Axirət-Qyamət 2012 ci ilin dekabr ayının 21 mi baş verəcək?

Nostradamusa inansaydıq uje yox olmalı idik 122.gif həmin günün yəni axirət gününün nə vaxt gələcəyini Allahdan qeyri heç kəs bilmir.
Blackkk
Həyatımla mərcə girərəm ki, axirət olmayacaq!
Ashiqi Movla
BIR GUN DINSIZ BIR SHEXS IMAM CEFER SADIQ (a)-IN YANINA GELIB DEYIR : "EGER ALLAH VARSA,ONDA NIYE OZUNU GOSTERMIR KI, HEC KES ONUN HAQQINDA SHUBHE ETMESIN?" IMAM BUYUUR : "VAY OLSUN SENE ! QUDRETINI SENIN OZUNDE SENE GOSTEREN SHEXS SENDEN NECE GIZLIN OLMUSHDUR? (MEXFI) OLMADIGIN BIR HALDA SENIN VUCUDA GELMEYINI,KICIK DOVRANDA OLDUQDAN SONRA BOYUMEYINI,BACARIQSIZ OLDUGUN DOVRDEN SONRA QUVVELENDIRMEYINI, QUVVELI OLDUQDAN SONRA YENIDEN ZEIFLEMEYINI (QOCALMAGINI) ,SEHHET HALINDA OLDUQDAN SONRA XESTELENMEYINI,XESTE OLDUQDAN SONRASEHHET ETA ETMEYINI,QEZEBINDEN SONRA RAZILIGINI,RAZILIQDAN SONRA QEZEBINI,SHADLIGINDAN SONRA QEM-QUSSENI,DUSHMENCILIYINDEN SONRA DOSTLUGUNU,HER HANSI BIR SHEYE,IMTINA ETDIKDEN SONRA EZM VE IRADE ETMEYINI,EZM VE IRADE ETDIKDEN SONRA (YENIDEN) IMTINA ETMEYINI,ISTEMEDIYIN BIR HALDAN SONRA SHEHVETLE ISTEYINI,SHEHVETLE ISTEDIYINDEN SONRA IKRAHLI OLMAGINI,QORXU HALINDA OLDUQDAN SONRAKI REGBETLE ISTEYINI,REGBET HALINDAN SONRA OLAN QORXU VE VEHSHETINI,UMIDSIZ OLDUQDAN SONRA UMIDVAR OLMAGINI,VEHM QUVVENDE OLMADIGI HALDA XATIRINE GETIRMEYINI,ETIQADLI OLDUGUN SHEYLERIN ZEHNINDEN GEDIB GIZLENMESINI..."
IMAM SADIQ (a) INSANDA OLAN MUXTELIF HALLARI SADALADI,SONRA HEMIN DINSIZ SHEXS DEYIR : " O QEDER BU SOZLERDEN SOYLEDI KI, ELE BU DEQIQE ALLAHI (NEUZU BILLAH) GORECEYIMI TESEVVUR ETDIM.
SONRA ISE IMAM SADIQ (a) buyurur : " EVVELA EGER SIZIN SOZUNUZ DUZ OLSA, HANSI KI, BU DUZ DEYIL, ONDA SIZ HEM DE BIZ (YENI ALLAHA INANANLAR,DINDARLAR VE INANMAYANLAR,DINSIZLER) RAHAT OLACAYIQ. AMMA EGER BIZ DEYEN DUZ OLSA,HEQIQETEN BIZ DEYEN KIMIDIR,- O VAXT BIZ NICAT VE QURTULUSHA NAIL OLACAYIQ,SIZ ISE HELAK OLUB EBEDI MEHV OLACAQSINIZ." _ (kafi,1-ci cild,seh 77)


"YOXSA SIZI EBES YERE YARATDIGIMIZI VE GIYAMET GUNU DIRILDIB HAQQ-HESAB UCUN BIZIM HUZURUMUZA QAYTARILMAYACAGINIZI GUMAN EDIRSINIZ ?!" _23-cu sure,115-ci aye


Sitat(Blackkk @ 12.06.2011, 19:19) *
Həyatımla mərcə girərəm ki, axirət olmayacaq!



"EGER BIZIM OZ BENDEMIZE (HEZRET MUHAMMEDE) GONDEDIYIMIZ SHEYLER BARESINDE SHEKK-SHUBHENIZ VARSA,ONDA ONUN KIMI BIR SHEXSDEN BIR SURE GETIRIN ! "_Beqere sur 23-cu aye.
GeNTLeMeN
Qiyamət əlamətləri iki yerə bölünür;"Qiyamətin kiçiki əlamətləri "və "qiyamətin böyük əlamətləri".

"Qiyamətin kiçik əlamətləri"

1.İnsanların hündür binalar tikməklə birbiriilə yarışmaları.
2.İnsanların ölümü istəmələri.
3.İslam alimlərinin ortadan qalxması,cəhalətin artması.
4.Zəlzələlərin çoxalması.
5.Cinayətlərin çoxalması,fitnələrin zühur etməsi.
6.Musiqilərin çoxalması və.s

"Qiyamətin böyük əlamətləri"


1.Dəccalın ortaya çıxışı.
2.Duman əmələ gəlməsi
3.Dabbe adlı heyvanın çıxışı.
4.Günəşin qərbdən çxması.
5Həzrəti İsa-ın zühur etməsi.
6.Yəcüc Məcüc tayfasını çıxışı.
7.8.9.Şərq,Qərb,ərəb yarımadasında yer çöküntülərinin meydana gəlməsi.
Бриллиантик
Hal-hazırdda ətrafımızda dövran edənlərin hamısı qiyamətin yaxınlaşdığına real sübutdur 108.gif
Allah qorusun!
BAHAR_CICEYI
Rəvayət olunur ki, Ənəs (رضي الله عنه) dedi:

“Peyğəmbər (صلى الله عليه وعلى آله وسلم) dedi:

“Bu Saatın əlamətlərindən o olacaq ki, elm itəcək, cahillik isə kök salacaq, (insanlar) (çoxlu) şərab içəcəklər və zina (geniş) yayılacaq“.”


(Səhih əl-Buxari, 80. Həmçinin №№ 81,5231,5577,6708 hədislərə bax. Bu hədisi Əhməd 3/176, Muslim 2671, Tirmizi 2205, Nəsai “Sunan əl-Kubra”-da 5906, İbn Macə 4045, “Sahih əl-Cami əs-Sağir” 2206, “Mişkat əl-Məsabix” 5437 rəvayət emişlər)
Canis_Majoris
"Vanqa"nin dediyinə görə bu il dünyanin sonu idi,ancaq yaşayiriq çox şükür.. 255.gif
Bu səhifənin tam versiyasına baxmaq üçün, linkdən keçin.
Русская версия IP.Board © 2001-2014 IPS, Inc.