Bu səhifənin tam versiyası:
Elmar Hüseynov
PROSATANOS
13.07.2009, 20:25
Elmar Hüseynov 17 iyul 1967-ci il Bakida anadan olmuşdur.1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub.1985-87-ci illərdə sovet ordusunda xidmət edib 1990-ci ilin əvvəllərində jurnalist fəaliyyəti ilə məşğul olmağa başlayib.Bir neçə rusdilli media quruluşunda calişdiqdan sonra `Monitor` jurnalini təsis edib. Elmar2005-ci ilinlmartin 2-dəBakida yaşadiği evin blokunda odlu silahla muzdlu qatil tərəfindən qətlə yetirilib.
Məni onun sərt cixişlari cəlb etmişdi.Məmur özbaşiniliqlari,hakimiyyət nümayəndələrinin xalqin pulunu hansi yollarla mənimsəməsi,Azərbaycanda olan korrupsiya,ədalətsizlik .......dəlillərlə heç çəkinmədən,açiq-aşkar yazilari dedikləri isə məni heyrətə gətirmişdi.Açiği Cingiz Mustafayevdən sonra əqidəli jurnalistlərə təzyiqlərin olduğu bir məkanda Elmar kimi bir jurnalistin yetişəcəyinə inanmirdim.
Elmarin həyat yoldaşi Rüşaniyə Hüseynovanin anim mitinqindəki çixişi hələ də yadimdadi.(çalişacam tapib dəqiqliklə yazim çixişini)Bu xanimdaki dözümə,qürura heyrət edirəm.
Elmar kimi OĞUL barədə cəmiyyətimizdə demək olar ki məlumat yoxdur.Sifarişlə işləyən əqidəsiz şou- biznesdən yazan ......jurnalistlərin çox olduğu bu zamanda Elmar Hüseynov gənc əqidəli jurnalistlərə əsl nümunədir.Qeyd edim ki iyulun 17-i İkinci Fəxri xiyabandaki məzari ziyarət olunacaq.Vaxti olanlar buyurub gələ bilər.
PS-Niyə axi bu cür İNSANLARİ tanimiriq ???Onlari tez unuduruq??Amma şou-biznes nümayendelerinin az qala alt paltarinin markasi belə əzbərdən bilirik
Attractive_girL
13.07.2009, 20:30
Allah rehmet elesun !!! Esl ogullara qiymet veren yoxdur! ama ki ... neyseee! duzelen shey doureee !
PROSATANOS
13.07.2009, 20:52
Taniş jurnalist yoldaşimin köməkliyi ilə bura yaziram onun çixişini.
"Men hər iyulun 17-de Elmara hədiyyə verirdim. Həmişe bu günü biz xüsusi qeyd edirdik. Sağ olsaydı Elmarın 38 yaşını qeyd edəcəkdik, amma o, indi aramızda yoxdur. Elmarsız yaşadığımız günlər artdıqca ürəyimizdə onun yoxluğunun yaratdığı boşluq böyüyür. Bu gün Elmara deyərdim ki, sen yoxsan, ancaq Aslan var. Elmarın ve sizin qarşınızdakı borcum onu elə böyütməkdir ki, gələcəkdə hansısa mövqe tutanda fəxrle deyə bilsin "Mən Elmar Hüseynovun oğluyam". O, atası kimi dəyanətli ve mübariz olsun. Elmar kimi ədalətli ve azad olsun. Mən sizin hamınızdan rica edirəm ki, birliyinizi itirməyin ve bu cinayətin açılmasında birgə köməkliyinizi göstərin". Qeyd edim ki Rüşaniyə 2006-ci ildən oğlu Aslanla birgə Norveçə mühacirət edib.Səbəbi isə......
PROSATANOS
13.07.2009, 22:19
Sitat(KisS @ 13.07.2009, 23:16)

Bu barede forumda bir 6ey dani6mag istemirem . ) nese, Allah Rehmet Elesin
Niye ki???Cekinirsen??? Onsuzda bilinir ki onu hakimiyyet aradan goturub.
Bu qetlin icraçıları istenilen terrorçu, xuliqan ola biler. Buna heç bir şübheniz olmasın ki, Azerbaycan hakimiyyetinin her cür terrorçu ile emekdaşlığı var. Bütün dünyaya bellidir ki, hakimiyyet silah, narkotik biznesi ile elaqelidir. Ancaq Elmarın qetlinin sifarişçilerini artıq bütün cemiyyet tapıb. Bu sifarişçi başda İlham Eliyev olmaqla, Azerbaycan hakimiyyetidir. Ne qeder ki, bu rejim hakimiyyetdedir bu qetlin üstü açılmayacaq. Eminem ki, bu il hakimiyyet tarixin arxivine gönderilecek ve Elmarın qetlinin üstü açılacaq-Bu sozlerin muellifi diger bir eqideli jurnalist,
Azadlıq" qezetinin baş redaktoru Qenimet Zahidir.Indi hebsdedir
Düzünü deyim mən Elmar Hüseynov haqqında eşitmişəm.Monitor jurnalının redaktoru-Elmar Hüseynov.Müəllifin verdiyi məqaləni oxudum.Nədənsə cəmiyyətdə belə jurnalistlər,işini yaxşı bacaranlar aradan götürülür.Niyə?-Məlum səbəblərə görə...Ümidvaram ki bu cinayətin üstü açılar.Bəlkədə açılıb...Hər şey dövlətin əlindədir.Axtarış saytında Elmar hüseynov haqqında axtarış verdim və axtarış nəticəsiz qalmadığına görə sevindim.
Jurnalist_89
14.07.2009, 14:16
Təşəkkürlər Prosatanos.
Allah rəhmət eləsin belə oğula. Onun qətllinin əsas səbəbi hakmiyyətin əsas sifətini göstərməsi, güzgü rolunu oynayan bir jurnalının olması idi. Elə hakimiyyətin əli ilə də getdi. Onun kimi bəzi jurnalistlərimizdə elə indi həbsdədir. Kimki biraz azda olsa başını yuxarı qaldırır,səsini ucaltmaq istəyir başından vururlar ki, səs sus, dinmə, qanma, eşitmə, görmə! Elmar kimi, elə vurdular ki, birdəfəlik susdurdular.
MonSantro
17.07.2009, 11:41
17.07.2008
Mərhum jurnalist Elmar Hüseynovun ad günü
Mərhum jurnalist Elmar Hüseynov 17 iyul 1967-ci ildə anadan olub. 1992-ci ildə Azərbaycan Mühəndis-inşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir neçə müddət Xudafərin GES-də və Rusiyada Boquçan GES-də ixtisası üzrə çalışıb. Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də "Trend" analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor" jurnalını təsis edir. O həmçinin "Bakinskiy bulvar", "Bakinskiy vedomosti" qəzetlərinin təsisçisi idi. Peşəkar jurnalist Elmar Hüseynov 2 mart 2005-ci ildə qətlə yetirilmişdir. Ailəli idi, bir övladı yadigar qalıb.
Miss_Anisa
17.07.2009, 12:29
Bu gün Azərbaycan jurnalistikasına 2005-ci il martın 2-də yaşadığı evin pilləkənləriylə sürünə-sürünə özünü qapıya çatdırmaq istəyən Elmar Hüseynovun gözüylə baxmaq lazımdı. Özü də başqa Elmar Hüseynovun yox, məhz həmin andakı, qan içində pilləkənləri sürünən, öldürülən, öldürülən Elmar Hüseynovun gözüylə.
Yalnız həmin Elmar Hüseynovun gözüylə baxanda biz dərk eləyə bilərik ki, Azərbaycan jurnalistikası nə çəkir.
Məhz qətl bizim ən böyük problemimizdi.
Problemimiz nədisə, vəziyyətimiz də odu.
Bu gün mərhum jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür.
Hüseynov Elmar Sabir oğlu 1967-ci il 17 iyulda Bakı şəhərində anadan olub. 1983 -cü ildə Əzizbəyov rayonunun 234 nömrəli məktəbini bitirib. Həmin ildəcə o zamankı Azərbaycan Tikinti • Mühəndis institutuna daxil olur və 1992 - ci ildə oranı mühəndis hidrotexnik ixtisası ilə bitirir.
1985 - ci illərdə Sovet ordusunda qulluq edib. Bir müddət öz peşəsi ilə Xudafərin su elektrik stansiyasını tikintisində və Rusiyada “Boquçan” su elektrik stansiyasının tikintisində iştirak edib.
1995-ci ilə Hüseynov Azərbaycana qayıdaraq jurnalist fəaliyyəti ilə məşğul olmağa başlayır.
İlk öncə Hüseynov “Zerkalo” cəməkdaşlıq etməyə başlayır. 1995 - ci ildə Elmar analitik iqtisadi informasiya agentliyi olan “Trend” agentliyini və gündəlik “Alver” qəzetini yaradır. 1996 - ci ildə O, “Geoiqtisadi araşdırmalar mərkəzinin” yaradıcılarından biri olur.
1996- cı ildə ayda bir dəfə çıxan “Monitor” jurnalını təsis edir. Bu jurnalın materialları kəskin tənqidi ilə seçilirdi.
1998 ci ildə Bakı şəhər məhkəməsi üç tarixçinin şikayəti Elmar Hüseynovu “Azərbaycan millətinin təhqir olunması” maddəsi ilə “Monitor” jurnalına cərimə kəsir ki, bunun nəticəsində də jurnalın fəaliyyəti dayanır.
1998 • ci ildə Elmar Hüseynov “Bakı Bulvarı” qəzetini təsis edir.
1999 - cü ildən isə həftəlik “Bakinskie vedomosti” qəzetini təsis edir. Bu qəzet hədələr nəticəsində ancaq səkkiz nömrə çap edilə bilir.
2000 - ci ildə Elmar yeni bir “Monitor Weekly” həftəliyini yaradır.
Bu jurnal ciddi təzyiqlərindən sonra 10 nömrəsi işıq üzü görərək bağlanır. Elmara isə vergidən yayınma faktı ilə bağlı cinayət işi açsalar da vergi orqanları bunu təsdiq edə bilmirər. Amma jurnalın yenidən fəaliyyətinə də imkan verilmir.
Bundan sonra 2001 ci ilin sentyabrın 6-da “Bakı bulvarı” qəzeti də məhkəmə hökmü ilə fəaliyyətini dayandırdı. Elmar Hüseynovu Bakı şəhər İcra hakimi Hacıbala Abutalıbovun “şərəf və ləyaqətini təhqir olunması və böhtan” maddələri ilə Elmarı altı ay müddətinə azadlıqdan məhrum edilir. Amma bir ay sonra beynəlxalq təşkilatların və ictimaiyyətin təzyiqi ilə azadlığa buraxılır.
Elmar Hüseynov 2002 - ci ilin aprelindən Monitor jurnalı ilk olaraq aylıq sona isə həftəlik formatda çıxarmağa başlayır.
Elmar Hüseynov “Zərdabi”, "Qızıl Qələm" Mükafatının laureatı olub. Bir neçə dəfə ən yaxşı jurnalist və redaktor adına layiq görülüb.
“Monitor” jurnalının son nömrəsi 19 fevral 2005 - ci ildə nəşr edilib. Həmin ilin 2 martında Elmar Hüseynov öz yaşadığı binanın girəcəyində qətlə yetirildi.
Evli idi. Aslan adlı bir oğlu var idi. Elmar Hüseynov öldürülərkən Aslanın 1 yaş 4 aylıq idi.
Hal-hazırda Elmar Hüseynovun həyat yoldaşı Rüşaniyyə Hüseynova və oğlu Aslan Norveçdə siyasi mühacir kimi yaşayır.
Bu gün onun doğum günüdür...
PROSATANOS
17.07.2009, 18:21
Bu forumun 1 dəyərli userinin şəxsi ismaricina cavab
Bura yaziram ki hami bilsin.Rüşaniyyə xanimin övladi ilə Norveçə mühacirət etməsi-Səbəbi isə...yazanda düşündüm k hər şey aydindi indi açiq-aşkar yaziram
Elmari yuxarilarin əmri ilə həbs etdirən H.Abutalibovun dəfn mərasiminə başçiliq etməsinə qəti etiraz edirdi, onun qətli ilə bəzi məqamlarin ört-basdiredilməsinə çalişdiği qədər imkan vermədi, müsahibələrində-Mən Elmarın ölümünün bu xalqı ayağa qaldırmasını istəyirdim! Mən Elmarın bütün həmkarlarının bu mərasimde - bu facienin ətrafında sıx birləşməsini istəyirdim
Xüsusilə də ELMARİN QƏTLİ SİYASİ SİFARİŞDİR ve BU, İLHAM ƏLİYEVİN ƏMƏLİDİR: “Qatil belke de tapıla biler. Amma istintaqın sifarişçini faş edəceyine inanmıram...” deyən bir xanim səncə nə qədər yaşayacaqdi???
Elmarin yaxinlarinin dediyinə görə onun ailəsinə təzyiqlər artiq hiss olunurdu.Nə yaxşi ki Norveçə mühacirət etdilər əks-təqdirdə KİV-də Elmarin həyat yoldaşi və övladi qəza nəticəsində həlak oldu tipli xəbərlər eşidərdin.Allah onlara kömək etsin.Mən 2-ci bir Elmarin dönəcəyinə inaniram.Aslan mütləq Elmarin yolunu davam etdirəcək və onun atasinin qətlini beləcə yerdə qoymayacaq
Ümid edirəm ki indi aydin oldu sənə.Yenə qaranliq qalan məqam oldusa buyur
Nizami63
15.08.2009, 17:33
“Media forum” saytı Elmar Hüseynovun uşaqlığından üç fotoşəkli təqdim edir. Bu şəkillər ilk dəfədir KİV-də dərc olunur :.jpg)
.jpg)
2 - ci və 3 - cü fotoşəkilləri nəzərə alanda mərhum Elmar bəyin keçmiş Əli Batramlı indiki Şirvan şəhərində anadan doğulduğu məlum olur...
PANDA55
20.08.2009, 10:24
E.HUSEYNOVUN qatlinin acilmasinda REALNIY AZERBAYCAN qazaetinin tasiscisi E.FATULLAYEV va qazaetin amakdaslar cox aziyyat cakdilar. hatta demak olar ki, bir azda qalsaydi tam haqiqati uza cixaracaqdilar. onuda gorduz neca vaziyyata saldilar. ozlarini AZARBAYCANLI sayan bazi adamlarin ali ila ( tabii ki, gurcu xanimin basciligi altinda) zindana gondardilar.allah qapisini acsin. allah ELMAR HUSEYNOVADA RAHMAT ELASIN. E. FATULLAYEV AZADLIGDA QALASYDI ELAMRIN LAYIQLI DAVAMCISI OLA BILARDI. o ki, qaldi hokumata... na deyim eee. guya bizim hokumati tanimirsiz?
Nizami63
20.08.2009, 19:29
Sitat(PANDA55 @ 20.08.2009, 11:24)

E.HUSEYNOVUN qatlinin acilmasinda REALNIY AZERBAYCAN qazaetinin tasiscisi E.FATULLAYEV va qazaetin amakdaslar cox aziyyat cakdilar. hatta demak olar ki, bir azda qalsaydi tam haqiqati uza cixaracaqdilar. onuda gorduz neca vaziyyata saldilar. ozlarini AZARBAYCANLI sayan bazi adamlarin ali ila ( tabii ki, gurcu xanimin basciligi altinda) zindana gondardilar.allah qapisini acsin. allah ELMAR HUSEYNOVADA RAHMAT ELASIN. E. FATULLAYEV AZADLIGDA QALASYDI ELAMRIN LAYIQLI DAVAMCISI OLA BILARDI. o ki, qaldi hokumata... na deyim eee. guya bizim hokumati tanimirsiz?
çooooooooox düz olaraq göstərmisiniz...
Hörmətli
Eynulla bəyin həbs edilməsində onun bu cinayətin izinə düşməsi mühüm rol oynamışdı...
o ki qaldı onların münasibətlərinə bu münasibətlər daha yüksək səviyyəyə malik idi : onlar bir - birinin silahdaşı idilər !
SIRIN_BALA
20.08.2009, 19:34
he mende el bus ozlere qatiliram..gor onun kimi nece nece oqullar olub gedib amma hami sakit oturub evinde eshiyinde hal bu ki Elmarin ve onun kimi qurbanlarini ana bacilari qebrstanliqlarda aqlayirlar..sakit oturmaqdan bir shey cixmir..onlarin qatilleri uze cixartmaq lazimdir..
Nizami63
22.08.2009, 18:16
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus Azadlıq Radiosunun «İşdən sonra» proqramında müxtəlif prezidentlərin dövründə Azərbaycanda söz azadlığının vəziyyətini qiymətləndirib. Həmin müsahibədəki bu fikir mənim diqqətimi xüsusilə cəlb etdi :
Heydər Əliyevə qarşı mətbuatda da, şəxsi görüşlərdə də çıxış edirdim. 1995-ci ildə Bakıda Britaniya səfirliyinin yeni binasının açılışında onu çox sərt tənqid etdim. Korrupsiyanın baş alıb getməsini vurğuladım. Ancaq yenə də təmkinli münasibət gördüm. Heydər Əliyev vətəndaş cəmiyyətinin üzvlərilə də, mətbuatla da görüşürdü. Görüşdə də açıq suallar vermək imkanı var idi.
İndisə, 2003-cü ildən bəri bu yoxdur. Cəmiyyət artıq qapalıdır. Xaricdən bu qapalılıq açıq-aydın görünür. Toplunun qapalılığı 2005-ci ilin martında, Elmar Hüseynovun qətlindən başladı. Dəhşətli qətl göstərdi ki, Azərbaycanda söz azadlığı bitib.
kabus_ve_zulmet
08.02.2010, 14:04
heyatda her sey beledi teze vaxt qezet seifelerinden getmiyen hadise hec ne olmais kimi unudulur bizim problemimizde ele burdadirda
Demək olar ki, "Monitor" jurnalının hər bir nömrəsini oxuyurdum, və E.Hüseynovun qorxusuz, ürəklə sözün düzünü yazmağından həzz alırdım.
Heyifslər olsun ki, bu uzun müddət çəkmədi...
X_Pirat
10.02.2010, 19:17
Sözün əsl mənasında Elmar Hüseynov sözün düzün yazan və jurnalistika peşəsinə örnək idi. Allah rəhmət eləsin.
Darixiram
10.02.2010, 19:44
Allah rehmet elesin....
guya bizde ne duzdur ki ....
kabus_ve_zulmet
12.02.2010, 11:32
40 gun kecdi unudulur
uzu soyuqdu torpagin
yenede ziyafet eliyir ziyafet eyliyenler
ornekdi duzgunluyune gore ama hec kim bele duz olmaz ki bele aqibetde onu gozlesin
forumda ilk mövzudur ki,mənə təsir etdi...Azərbaycanda həqiqi jurnalist olmaq mümkün deyil,ya Çingiz Mustafayev və Elmar Hüseynov kimi öldürüləcəksən,ya da Eynulla F. və digərləri kimi min bəhanə ilə həbs ediləcəksən. Allah rəhmət eləsin
...
advocat
15.03.2012, 22:28
Elmar öldürüldü, eynulla ağ günə çıxdı ..
Bu səhifənin tam versiyasına baxmaq üçün,
linkdən keçin.