Bildiyimiz sadə va hazırlanması asan olan şirniyyat,tort və desert reseptlərini bölüşək. Kəsmikli halqalar
Tərkibi:400 qr kəsmik
4 yumurta
0,5 st şəkər tozu (zövqə görə bir az artıqda ola bilər)
1 qutu vanil
Un
Hazırlanması:Yumurta ilə şəkər tozu yaxşı çalınır. Üzərinə kəsmik, vanil əlavə olunur qarışdırılır. Çoxda bərk olmayan xəmir alınana qədər un əlavə olunur. Xəmir yumşaq olmalıdır .Əlllərimizi unlayıb xəmirdən halqalar hazırlayırıq. Daha sonra qazanda yağı yaxşıca qızdırırıq, halqaları yağda qızardırıq. Qızardıqdan sonra onları kağız salfetin üzərinə yığırıq ki, əlavə yağ salfetə hopsun. Sonda üzərinə şəkər pudrası əlavə edirik.
P.S : hazırlanması sadədir və az vaxt aparır.
zulya 853
31.01.2009, 15:24
Deyim də,qəşəng bir tort resepti.
un- 1,5 stəkan,şəkər tozu-0,5 stəkan,kərə yağı-100 qram,yumurta sarısı-3 ədəd,xama 2 stəkan,soda-0,5 çay qaşığı.
Krem üçün:yumurta ağı-3 ədəd,şəkər tozu-0,5 stəkan,mürəbbə şırəsi-2 x.q(çiyələk,moruq,ərik mürəbbəsi ola bilər)
İstəyirsiz hazırlanma qaydasını da yazım:yağı şəkər tozu ilə qarışdırıb bir- bir yumurta sarısını əlavə edib çalırıq.üzərinə soda ilə qarışdırılmış xama və ələnmiş un töküb yoğururuq,xəmirdən 4-5 kündə hazırlayıb bir müddət soyuducuda saxladıqdan sonra nazik yayaraq vam istilikdə açıq sarı rəngə qədər bişiririk,soyuyandan sonra aralarına krem çəkin.zövqünüzə görə bəzəyə bilərsiniz
Rosalina
24.04.2009, 22:03
-QARIŞQA YUVASI tortu-
içindəkilər
200 qr marqarin yağı
2 yumurta
150 ml süd
500 qr un
1 st qoz.
krem üçün
200 qr kərə yağ
1 qatılaşdırılmış süd
Qozdan başqa bütün içliyi qarışdırıb, xəmiri hazır edirik. Sonra xəmiri Selofana büküb soyuducuya qoyuruq.(1-2 saatlıq)
Qatılaşdırlımış süd qaynadılmış olsa yaxşı olar. Sonra üzərinə yağı əlavə edib çalırıq.
Xəmiri belə bir vəziyyətdə kəsib tavaya düzürük. Xəmiri daha 2 cürə etmək olar: sürtkəcdən və ət maşınındanda keçirə bilərsiniz.
Bişdikdən sonra kremi, xırdalanmış qozu əlavə edib qarışdırılır.
-KƏSMİKLİ PİROQ-
içindəkilər
500 qr kəsmik
1 yumurta
3 x/q şəkər
2 x/q mannı
50 qr kişmiş
1 x/q duru yağ
1/4 ç/q soda
vanil
üstünə çekmək üçün xama
hazırlanması
Kəsmiyi əzib duru yağı əlavə edirik. Yumurtanı şəkərlə çalıb qatışdırırıq. Bütün içliyi kəsmiyə əlavə edib yaxşıca qarışdırdıqdan sonra kişmiş əlavə edirik. Qaba yerləşdirib üzərinə xama çəkirik. İsti soba da 20-25 dəqiqə bişir.
-ƏTLİ BLİNİ PiROQU-
içindəkilər
5 - 6 hazır blini
0.5 kq farş
2-3 yumurta
2-3 x/q xama
hazırlanma qaydası
Bliniləri hazır edirik. Farşı hazır olana qədər bişiririk. Yumurtanı farşa içinə bişmiş (bərk halda) və ya çiy töküb qazın üzərində yumurta bişənə qədər gözləyirik.(Yumurtanı bərk formada olduğu zaman qazın üzərinə qoymuruq). Farşın bir acı çıxması üçün sarımsaqda əlavə edə bilərsiniz. Qabı yağlayıb blini + farşı əlavə edib, sona qədər belə edirik. Üzərinə xama çəkib sobaya yerləşdiririk.
_MilaYa_SlaDkaYa_
24.04.2009, 22:11
Kismisli Piroq..
8 yumurta
200 q yag
1 stekan qatiq
1 cay qasiginin yarisi qeder soda
100 q kismis
1 stekan yarim un...
biraz da vanil...
bunlari qatib pioq qabina tokub bisirin...
cox asan hazirlanan ve dadli alinan bi piroqduu....
Rosalina
24.04.2009, 22:31
PİZZA`nın resepti
1 kq un
1 x/q maya
1 yumurta
2 x/q xama
süd gözəyarı əlavə olunur.
İçlik isə zövqünüzə görə
QEYD: Bu respt İtaliyan pizzasınındır. 1st un yalnız bir nəfər üçün nəzədə tutulur. 1 kq undan isə böyük formada alınır. Altı deşdəkli qabınız yoxdursa xəmir bir balaca çəngəl batırırıq. Xəmiri qaba yayıb 2-3 dəqiqəlik sobaya qoyuruq ki, xəmir özünü tutsun sonra çıxarıb üzərinə içliyi əlavə edirb yenidən sobaya yerləşdiririk. Əgər evinizdə holland pendiri yoxdursa onu yumurtanın ağı ilə də əvəz edə bilərsiniz.
ADİ BİSKİVİT
1 st un
8 yumurta
1 st şəkər
KRAXMAL ilə
3-4 st un
1 x/q kraxmal
8 yumurta
1 st şəkər
YAĞ ilə
4 x/q un
6 yumurta
6 x/q şəkər 70 qr kərə yağ
2 ç/q kraxmal
XAMA ilə
2 st un
6 yumurta
1 st şəkər
1 st xama
EV ŞƏRAİTİNDƏ
1 st un
4-5 yumurta
1 st şəkər
QEYD: Yumurtanı çalmamışdan əvvəl ağını sarısından ayırırıq. Yumurtanın ağını məhluldan iki-üç dəfə böyük hala gətiririk.(pena halına salırıq)
NurGül1
26.04.2009, 23:54
"Ağlayan" tort
Tərkibi:
- 3 ədəd limon;
- 1 stəkan şəkər tozu;
- 1 paket krem-şanti;
- 1 stəkan süd;
- 1 paket limon jelesi;
- 2,5 stəkan isti su;
- 2,5 stəkan soyuq su.
Hazırlanması:
Süd və krem-şantini möhkəm qarışdırıb soyuducuda saxlayın. Limonu sürtgəcdən keçirib suyunu sıxın. Şəkər tozu və limon suyunu şəkər əriyənədək qarışdırın. Qaynayan suda limon jelesini də əriyənə qədər həll edib mikserə tökün, şəkərli limon suyu və krem-şantiyi də əlavə edib möhkəm qarışdırın, düzbucaqlı şüşə qaba qoyub soyuducuda bir gecə saxladıqdan sonra süfrəyə verin.
Rosalina
27.04.2009, 20:23
Yeməkləri harada yerləşdirdiyimi bilmədiyim üçün bura yazdım.
"TOYUQ FiLESİNDƏN KOTLET"
içindəkilər
500 qr fle
2 yumurta
1 soğan (normal)
duru yağ
duz, istiot
hazırlanması
Soğan, fle xırda doğranır, yumurta, duz istiot əlavə olunub qarışdırılır. Qaba duru yağ töküb, kotlet kimi edib qızardılır.
"LAVAŞ ARASI"
içindəkilər
2 soğan
2 bibər
1 kök
4 pomidor
300 qr toyuq flesi
göyərti zövqə görə
lavaş (istənilən qədər)
hazırlanması
Hamısı xırda doğranır. Əvvəl soğan xırda doğranır, qızılı rəng alana qədər qızarılır, bibərlə kök əlavə olunur, bir az qarışdırılır (3-4 dəq.). pomidor (qabığını təmizləsəz daha yaxşı olar), sonrada fleni əlavə edib pomidorun suyunda toyuq bişənə qədər bişirilir..... Lavaşın ortasına töküb məktub şəklində büküb, tavanı qızdırıb, bir az yağ töküb qoyuruq qızarsin........ Bu qədər....
-TOYUQ RULETİ-içindəkilər
1 yumurta
1 kök
şüyüd
qarox
600-700 qr fle
falqa kağız
hazırlanma qaydası
Yumurta ilə kökü suda qaynadırıq. Toyuğu ət maşınından 2 dəfə çəkirik. Sonra falqanı yağlayıb üzərinə tuyuq ətini rulet kimi yayıb (ətə istiot, duz vurmağı unutmayın), yumurtanı, kökü 2 yerə bölüb ətin üsərinə qoyub qarox, göyərti əlavə edib.....rulet kimi büküb falqanın ağzını bərk bağlayırıq. listə 1 st su əlavə edib, suyu çəkilənə qədər bişir sobada... 250 dərəcədə 35-40 dəq.
P.S. Soyuq halda yemək məsləhət görülür.... Zövqünüzə görə
Şəkər çörəyi
Lazım olan ərzaqlar:
Ə'la növ buğda unu - 530 q.
Ərinmiş yağ - 260 q.
Şəkər kirşanı - 300 q.
Yumurta - 1 əd.
Vanilin - 3 q.
Hazırlanma qaydası
Ərinmiş yağ şəkər kirşanı ilə 25 - 30 dəq. çalınır, bu zaman ona az-az yamurta ağı əlavə edilir. Çalıntıya vanilin və ələnmiş un qatılıb xəmir yoğrulur. Həmin xəmirdən 60 - 75 qramlıq girdə kündələr hazılranır, perqament kağızı sərilmiş listlərə düzülür, üzərinə yumurta sarısı çəkilib 175 - 180 C istilikdə 25 - 30 dəq. bişirilir. Şəkərçörəyi soyuduqdan sonra üstünə şəkər kirşanı səpilir.
Rosalina
30.04.2009, 0:11
-ROZA-içindəkilər
2 x.q şəkər
2 yumurta
bir çimdik duz
bir çimdik soda
2 st un (təxminən)
duru yağ
hazırlanma qaydası
Yumurta şəkərlə çalınır... hamısı əlavə olunub xəmir yoğrulur....Xəmiri açıb, yumru stəkanın ağzı ilə kəsilir, bir azda balacası ilə.... üst-üstə qoyub barmağınızla ortasından bir az basın ki, yapışsın...qıraqlarını xətt-xətt kəsin...orta hssəyə bıçaq dəyməsin.... yağı çox töküb, qızdırın sonra içinə qoyun ki bişsin....
P.S. istəsəz içinə bir az araq tökün ki, xırçlılıq versin...... istədiyiniz formada edə bilərsiz....zövqünüzə görə
-MANDARİN PİROQU-içindəkilər
2 yumurta sarısı
125 qr kərə yağ
2 x/q şəkər
1 çimdik duz
1 st un
3 mandarin
70 qr kişmiş
70 qr qoz
1 ç/q duru yağ (iysiz)
1 x/q suxari
hazırlanma qaydası
Yumurtanı yağla çalırıq. şəkərlədə duzu, sonra bir-birinə qatıb un əlavə edirik.mandarinləri 2 yerə bölüb,kişmişi, qozu, suxarini içliyə əlavə edirik...sonra qabı duru yağla yağlayıb içliyi qaba töküb bişirik... 180 dərəcədə 1 saat ərzində hazır olur
-ÇİYƏLƏKLİ TORT-içindəkilər
5 yumurta
0,5 st şəkər
1 st un
1 vanil
bir az soda
çiyələk
qalka kağız
hazırlanma qaydası
İçliyi qalka kağızın üzərınə əlavə edirik..... çiyələyi istər altda, istərsə də üstə düzüb bişirmək olar.... 150 dərəcədə 25 dəqiqə.Sitat
yeməkləri bura yerləşdir
Xanım salatlar üçün də ayrıca mövzu varmı,yoxsa necə?
Rosalina
30.04.2009, 1:25
"BANAN MAFFİNİ"
içəndəkilər
2 böyük banan
100 qr kərə və ya marq.
150 qr şəkər
2 yumurta
2 ç/q qabartma tozu
2,5 st. un
hazırlanma qaydası
İlk növbədə şəkərlə, yağ sonrada yumurta çalınır. Bananları əzirik alınmış məhlula qatırıq qabartma tozunu və unu əlavə edirik (xəmir qaşıqdan gec düşən vəziyyətdə olmalıdır) balaca qablara tökürük (qabları yağlayın), hardasa 180 dərəcədə 15-20 dəqiqiyə hazır olur...Üstünə əridilmiş şokolad əlavə edə bilərsiniz...zövqə görə
Miss_Clever
02.05.2009, 15:20
Trubalar(şokoladlı və ya kokoslu)
Lazımdır
yarım kilo qara peçenye
1 qatılaşdırılmış süd (squşonnı)
200 q kərə yağı
100 q qoz ləpəsi
pletka şokolad
Hazırlanması
Peçenyeni əzirsiniz.(badam maşınından çəkə və yaxud doğraya bilərsiniz). Qatılaşdırılmış südü və kərə yağını peçenyeyə töküb qatırsınınız.
Sonra qozu və şokoladı da badam maşınında çəkirsən. Peçenya xəmirini əlində xırda-xırda qoz boyda kürələr edib qoz və şokolada batırısan. Daha dadlı olması üçün bir neçə saat soyuducuda qalması yaxşı olar.
Zövqə görə qara əvəzinə ağ peçenyadan və qoz əvəzinə kokos istifadə oluna bilər.
Həddindən artıq praktikdir. Heç nə bişirmək lazım deyil. Asandır həm də, çox dadlıdır.
Rosalina
12.05.2009, 8:53
Sitat
Zəhmə't olmazsa ruletin reseptini yerləşdirin də biriniz...
RULET- (tez hazırlanan)
1 st un
1 st şəkər
5 yumurta
1 /2 ç/q soda (sirkə ilə çalırıq)
1/3 ç/q duz
Zövqə görə istənilən içlik əlavə oluna bilər.
HaNNiBaL
16.05.2009, 15:38
Mənədə bir resept barədə köməyiniz lazımdır.....İtalya mətbəxindən ,,Bize,, adlı şirniyyatdır....Bunun reseptini bilən varsa mənə dəqiq desin
MIRANDA_KERR
16.05.2009, 15:53
Sitat(HaNNiBaL-1 @ 16.05.2009, 17:38)

Mənədə bir resept barədə köməyiniz lazımdır.....İtalya mətbəxindən ,,Bize,, adlı şirniyyatdır....Bunun reseptini bilən varsa mənə dəqiq desin
eger men bildiyim bizedise onda yumurtanin agini seker tozu ile mikserle qarisirdirirsan sor 10 deq sobada mikrodalga ferq etmez eyni seydi ne ise orda 10deq qalir sora hazir olur...
ayka_18
16.05.2009, 15:57
baby 8 yumurta çox deyil
Hanni sən onun dediyinin yarısı qədər elə
BARSA-1899
16.05.2009, 18:05
Sizlere qısa zamanda hazırlaya bileceyiniz bir tort resepti verirem.Hem de çox asandır,heç bir iş bacarmayan oğlanlar bele
tez bir zamanda hazırlaya bilerler.Başladıq.....Tortumuzun adı belədi
Mozaik tortLazım olan erzaqlar
fotodakılardır

1 kakaolu puding ve 1 paket (2 paket de olar)
Petit Beurre peçenye ve süd.
Hazırlanması;Pudingi paketin arxasında yazıldığı kimi bişirdim,peçenyeleri (altdakı şekilde göründüyü kimi) bu pudinge bulayıb düzdüm.

en sonda qalan pudingle üstünü,etrafını örtdüm.Menim zamanım olmadığından bezemedim üzerini ama siz pudingi her terefine sürtdükden sonra üzerini üreyiniz isteyen kimi bezeye bilersiniz.. Meselen,yaşıl fıstıqla görünüşü ve dadı gözel olar,ve ya qoz,fındıq qırıqları ile vs.
Soyuducuda en az 3-4 saat qalsın.tortu kesdikden sonra görünüşü en üstdeki şekildeki kimi olsun deye,bıçağı eyri tutub (45 derece eyib) kesirsiniz,o zaman ele xetli görüntü çıxacaq ortaya.
BARSA-1899
16.05.2009, 18:10
Kakaolu pudingErzaqlar;
Un-5 xörek qaşığı
Kakao-5 xörek qaşığı
Süd-1 kg
Toz şeker-1 stekan
vanilya-1 paket
Yumurta-2 eded
Margarin-100 qr
Hazırlanması;Marqarinden başqa herşeyi qarışdırıb,bişiririk orta istilikde.qaynayıb,qatışan kimi ocaqdan alırıq,marqarin qatıb,mikser ile çalırıq.
Bu cür qablara tökərək istifadə etmək olar.
Nuş olsun!
XiRDa_XaNiM
16.05.2009, 19:03
Sitat(Baby_cakes @ 16.05.2009, 16:50)

8 yumurtanın ağın yaxşı-yaxşı çalırsan bərkiyənə kimi ) sonra ona 1.5 stekan pesok ) 2sin bir yerdə yenə yaxşıca çalırsan ) sonra listə azca yağ vurulur və qaşıqla bizeni ora qoy )) 3saata qədər peçdə qalır vam xodda bişir
İstər Bize vəya basqa bir şirniyyat bisirdikdə yumurtanın ağını qarıştırmamış 15 dəq-20 dəq soyuducunun buzlu gğzündə saxladıqda əla olur
tövsiyyə
BARSA-1899
16.05.2009, 22:57
Kakaolu muffinBu muffini (ingilis dilindedir muffin,azericesi yoxdur,amma oxunuşu "mafın" ,indi isteyirsiz mafın deyin,müffin deyin,balaca keks deyin.. ne deyirsiz deyin amma men müffin deyirem,daha şirin çıxır ya da k; bizim Baby_cakes 
)
Erzaqlar;Yumurta-2 eded
Toz şeker-1 stakan
Süd-1 stakan
Bitki yağı-1 stakan
Qabartma tozu-1 paket
Vanil-1 paket
Un-2 stakan
Kakao-2 yemek qaşığı
Qoz-1/2 stakan
darçın-1 çay qaşığı
kakos-2 çay qaşığı
Quru üzüm-2 çay qaşığı
Susam-2 çay qaşığı
Hazırlanması;yumurtaları ve toz şekeri mikserle yaxşıca çalın.Vanilya ve südü elave edib çalın.Yağıda elave edib çaldıqdan sonra,un ve qabartma tozunu da qarışdırın.İçine kakao ve qalan erzaqları da qatıb,qarışdırdıqdan sonra muffin kağızlara boşaldın.175 dereceli sobada pişirin.eğer bu kağız müffin qablarında bişirmeyecekseniz,yağlanmış kiçik qablara boşaldın.
Nuş olsun!
Uşaqlar bezeni nece derecede bisiririk??
GOLDLADY
25.08.2009, 13:39
Zebra Piroqu.*3 ədəd yumurta;
*1 st./yarım şəkər tozu;
*150 qr. kərə yağı;
*1 st. qatıq;
*1 ç./q. soda;
*3 st. un;
*kakao;
*vanil.
1.Yumurtaları mikserlə köpürənə qədər çalıb, üzərinə 1 st./yarım şəkər tozunu əlavə edin və mikserlə ağ rəngdə olana qədər çalın.
2.150 qr. kəreə yağını (boş halda) əlavə edib, mikserlə yaxşı-yaxşı çalın.
3.1 st. qatığa 1 ç.q. sodanı əlavə edib, köpürənə qədər qarışdırıb, alınan məhlula tökün və yenə də mikserlə çalın.
4.Son anda 3 st. unu alınan məhlulun üzərinə töküb, qaşıqla qarışdırın.
Məhlula tökülən unu sərt qarışdırmaq lazım deyil, çünki onda xəmirin "havası" yatır.
Məhlul o qədər də bərk olmamalıdır. Elə bil ki, krem halında olur.Görəndəki əlivizə yapışır daha ona un vurmaq lazım deyil!!!
5.Sonra xəmiri iki hissəyə ayırın, birinci hissəyə kakao töküb, qarışdırın.
6.Tavanı yağlayın. 1.ci adi xəmirdən 1 x./q. tavanın ortasına tökün. Sonra kakaolu xəmirdən 1 x./q. adi xəmirin üstüne tökün. Xəmir qurtarana qədər bu cür davam edin. Axırda da tavanı bir az özünüzə tərəf tərpədin ki, xəmir tavanın içində yayılsın. İstəyə görə hər qatın arasına kişmiş, üstünə də küncüd əlavə edə bilərsiz! Çox dadlıdır! Sizdə də dadlı alınmalıdır!!!
Nuş olsun!
Deniz189
29.08.2009, 13:44
TEREVEZ RULETI
Lavas-7eded
goyerti-reyhan,sogan,kesnis,suyud,turseng,shomu
smetan-200qr
bolqar biberi-2eded
canaq pendiri-200qr
duz zovqe gore
Bolqar biberi,goyertileri xirda dograyiriq,4lavash goturub,smetani uzerine cekirik.Ustune goyerti qarisigindan ve sutkecden kecirilmish pendir tokub,diger lavashlara xama surtub ust-uste yigirig.Rulet weklinde bukdukden sonra ,dograyb sufreye veririk
_VasToCnaYa_
09.10.2009, 21:17
Qizlar mene tecili julyenin resepti lazimdiyeee,bilen olsa yazsinda
Rosalina
08.11.2009, 14:35
Julyen Fransız mətbəxinə aiddir. ola bilsin onun adıyla bağlı yeni salat və ya nəsə hazırlanıb. Amma əslində o bir yeməkdir.
ÜLVİYYƏ
07.12.2009, 20:59
Qızlar sizə bir şirniyat növünün reseptini deyəcəm hazırlayan da barmaxlarıvızı yeəcəksiniz. Zaqatala (bamiyəsi)hazırlanması. Xəmiri:1kq un+1l su Qaynar suyu unun üzərinə asta-asta tökürük taxda qaşıqla qarışdırıra-qarışdıra yoğururuq.Xəmiri yumuşaq olmalıdır xəmiri qızğın(bitki)yağda qızardıb,süzgəcə yığırıq.Bir gün əvvəl hazırlanan şərbətə salırıq. Şərbət:0,5st su+1,5st pesok.
lol
Jurnalist_89
31.12.2009, 15:44
Qızlar sizə Mimoza salatının reseptini yazıram. Ola bilər ki. hamı bilir, ama yenə də yazıram.
Ərzaqlar
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1/2 stəkan xırda doğranmış qoz ləpəsi
3 ədəd orta boy kartof
2 ədəd yumurta
3 ədəd orta boy yerkökü
zövqə görə duz
6 qaşıq xama (zövqə görə bu miqdarı artırmaq da olar) + 6 qaşıq mayonez (zövqə görə bu miqdarı artırmaq da olar)
rəndələnmiş Holland pendiri
Qeyd 1: Əgər mayoneziniz duzludursa, layların arasına səpdiyiniz duzun miqdarını azaldın ki, salat çox duzlu olmasın.
Qeyd 2: Mimoza salatını balıqla da düzəltmək olar. Toyuq ətinin əvəzinə, duzlu siyənək balığından (rusca: selyodka) istifadə edin.
1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya əlinizlə didin.
2. Karktof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun.
3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.
toyuq ətinin yarısı
xama-mayonez qarışığı
qozun yarısı
kartofun yarısı
duz
xama-mayonez qarışığı
yumurtaların yarısı
duz
yerkökünün yarısı
xama-mayonez qarışığı
Layları eyni şəkildə davam edin. Ən üstdə yerkökü olmalıdır.
4. Axırıncı layın üstünə və salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin (bəzən mən pendirin yerinə nar dənələri qoyuram).
Nuş Olsun!
BAHAR_CICEYI
05.07.2010, 1:41
Şokaladlı tort
Tərkibi;
400 qr tünd şokolad,
3 xörək qaşığı su (lazım gələrsə çox da götürmək olar),
12 yumurta (sarısı ağından ayrılmalıdır), 2 stəkan (1 stəkan = 237 qr) xırdalanmış şəkər tozu,
2 çay qaşığı qurudulmuş apelsin qabığı,
340 qr + 4 xörək qaşığı yumşaldılmış kərə yağı,
1 stəkan (237 qr) ələnmiş un, şəkər pudrası.
Hazırlanması:
Peçi 160˚С – yə qədər qızdırın. Diametri 25 sm olan qabın içərisini və divarlarını yağlayın. Tavaya şəkər tozu tökün. Yumurtaların sarısını içərisinə vurub, durmadan çalın. Ağ rəng alınana qədər bu prosesi davam etdirin. Daha sonra ayrıca bir qabda şokoladı yaxşıca əzin və 3 xörək qaşığı su əlavə edin. Əgər şokolad çox qurudursa bir az da su əlavə edə bilərsiniz. Müəyyən qədər yumşalmasına şərait yaradın. Bütün bunlardan sonra əldə olunmuş isti şokoladı əvvəlcədən qarışdırdığınız yumurtanın sarısı ilə şəkər tozunun üzərinə əlavə edin. Həmçinin yumşaldılmış yağı və tort üçün nəzərdə tutduğunuz apelsin qabığının qurusunu da bura əlavə edin. Ələnmiş un qatıldıqdan sonra qaşıqla yavaşca onları bir – birinə qatmağa başlayın. Yumurta ağlarını isə bir qaşıq şokoladla birlikdə yavaşca qarışdırın. Daha sonra onu bayaqkı qarışıma əlavə edin və yenə də qarışdırın.
Bu qarışımı bayaq yağladığınız formaya tökün. Demək olar ki, bu qarışım həmin qabın ağzından bir az aşağı olmalıdır. 1 saat 20 dəqiqə müddətində peçdə saxlayın. Bişdiyini öyrənmək üçün ağacdan olan çöplə yoxlaya bilərsiniz. Əgər çöpün arxa hissəsiu quru çıxacaqsa deməli sizin tortunuz hazırdır. 15 dəqiqə soyumağa qoyun, daha sonra formadan çıxardın. Tamamilə soyumasına imkan verin. Tortu soyuducuya qoyun. Süfrəyə verməzdən əvvəl şəkərli pudra ilə bəzəyə bilərsiniz. 20 ədədlik pors üçün nəzərdə tutulmuşdur.
PANDA55
26.08.2010, 19:40
Şokaladlı tort
Tərkibi
400 qr tünd şokolad
3 xörək qaşığı su (lazım gələrsə çox da götürmək olar)
12 yumurta (sarısı ağından ayrılmalıdır)
2 stəkan (1 stəkan = 237 qr) xırdalanmış şəkər tozu
2 çay qaşığı qurudulmuş apelsin qabığı
340 qr + 4 xörək qaşığı yumşaldılmış kərə yağı
1 stəkan (237 qr) ələnmiş un
şəkər pudrası
Hazırlanması
Peçi 160˚С – yə qədər qızdırın. Diametri 25 sm olan qabın içərisini və divarlarını yağlayın. Tavaya şəkər tozu tökün. Yumurtaların sarısını içərisinə vurub, durmadan çalın. Ağ rəng alınana qədər bu prosesi davam etdirin. Daha sonra ayrıca bir qabda şokoladı yaxşıca əzin və 3 xörək qaşığı su əlavə edin. Əgər şokolad çox qurudursa bir az da su əlavə edə bilərsiniz. Müəyyən qədər yumşalmasına şərait yaradın. Bütün bunlardan sonra əldə olunmuş isti şokoladı əvvəlcədən qarışdırdığınız yumurtanın sarısı ilə şəkər tozunun üzərinə əlavə edin. Həmçinin yumşaldılmış yağı və tort üçün nəzərdə tutduğunuz apelsin qabığının qurusunu da bura əlavə edin. Ələnmiş un qatıldıqdan sonra qaşıqla yavaşca onları bir – birinə qatmağa başlayın. Yumurta ağlarını isə bir qaşıq şokoladla birlikdə yavaşca qarışdırın. Daha sonra onu bayaqkı qarışıma əlavə edin və yenə də qarışdırın.
Bu qarışımı bayaq yağladığınız formaya tökün. Demək olar ki, bu qarışım həmin qabın ağzından bir az aşağı olmalıdır. 1 saat 20 dəqiqə müddətində peçdə saxlayın. Bişdiyini öyrənmək üçün ağacdan olan çöplə yoxlaya bilərsiniz. Əgər çöpün arxa hissəsiu quru çıxacaqsa deməli sizin tortunuz hazırdır. 15 dəqiqə soyumağa qoyun, daha sonra formadan çıxardın. Tamamilə soyumasına imkan verin. Tortu soyuducuya qoyun. Süfrəyə verməzdən əvvəl şəkərli pudra ilə bəzəyə bilərsiniz. 20 ədədlik pors üçün nəzərdə tutulmuşdur.Kofe və fıstıqlı tort
Bu reseptdə krem, kofeli biskvit və yunan fıstığı əsas yer tutur.
Tərkibi
225 qr duzsuz yağ, yumşaldılmış, 225 qr şəkər tozu, 4 yumurta, 3 xörək qaşığı südlü kofe (yaxud 2 xörək qaşığı quru kofenin 1 xörək qaşığı su ilə qatışımı), 225 qr un, 1 çay qaşığı soda, 75 qr yunan fıstığı, 25 qr fıstıq bəzəmək üçün.
Kofeli kremin tərkibi
150 qr şəkər tozu, 3 yumurtanın sarısı, 225 qr duzsuz yağ, 2 xörək qaşığı südlü kofe (yaxud 2 xörək qaşığı quru kofenin 1 xörək qaşığı su ilə qatışımı),
Hazırlanması
Peçinizi 180°С qədər qızdırın. Bişirmək üçün nəzərdə tutduğunuz qabı yağlayın, üzərinə kalka kağızı yerləşdirməyi unutmayın. Yağı mikserin köməkliyi ilə tamam açın, onun tam yumşalmış və ərimiz forması əldə olunduqdan sonra şəkər tozu qatıb yenidən qarışdırın. Bu zaman yağ daha da qabarıq olacaqdır. Üzərinə yumurta əlavə edin, qeyd edək ki, hər məhsulu əlavə etdikdən sonra yaxşıca qarışdırmağı unutmayın. Bu qarışıma kofe də əlavə edin, yaxşıca qarışdırıb, ununu tökün, həmçinin soda və fıstıqlarını da əlavə edə bilərsiniz. Bu zaman qarışımı yavaşca və tam qatışana qədər qarışdırın. Bişmək üçün nəzərdə tutduğunuz formanın içinə tökün və peçə qoyaraq 23 – 28 dəqiqə bişməsini gözləyin. Peçdən çıxartdıqdan sonra 15 dəqiqə soyumasını gözləyin. Bu vaxt ərzində kremi hazırlamaq üçün 100 qr şəkər tozu və 10 ml suyu qarışdırın, o vaxta qədər ki, şəkər tozu suda yam həll olunsun. Onu odun üzərinə qoyub məhlul forması alana qədər qızdırın. Temperatutun 108°C dərəcə olması kifayət edir.
Bütün bunlardan sonra yumurta sarılarını şəkər tozu ilə qarışdırın, lakin onların açıq rəngə çalması və şişməsinə ehtiyac yoxdur. Əldə olunmuş şəkər siropunu yumrta qarışımın içinə tökün. Onları bir – birinə qatışanadək çoxluca qarışdırın. Digər bir qabda isə yumşalmış yağla kremi çalın və aram – aram bu məhlulu içinə əlavə etməyə başlayın. Biskvitlərdən birinin ortasını kəsin və yuxarı hissəsinə adi krem çəkərək, alt qatlarına kofedən hazırlanmış kremi çəkməyə başlayın. Süfrəyə verməzdən əvvəl fıstıqla da yaxşıca bəzəyin. 12 pors üçün nəzərdə tutulmuşdur.Sitat(GOLDLADY @ 26.08.2010, 21:27)

Zəhmət olmasa
mənim üçün kafeyni və yaxud şakaladlı dondurmalı tortunun hazırlanmasını tapıb bura yerləşdirərdizdə
bilirəm bu mövzu arzu və istəklər deyil
yenədə bəxtimi sınadım
Əvvəlcədən təşəkkülər
Konkret sən deyən tortları tapa bilmirəm..Amma axtarıram..
PANDA55
26.08.2010, 19:59
Bunu GOLDLADY-nin xahişi ilə yerləşdirirəm..Silməyin...Rus dilində olacaq...Amma öz dilimizdə bu ressepti tapmaq hec cür mümkün olmadı..Tərcümə etmək isə xeyli vaxt aparacaq..
Шоколадный торт-мороженое
Состав
рассчитано на форму 17х17 см
печенье песочное (шоколадное) - 200 г,
сливочное масло - ~50-70 г,
мороженое (пломбир или крем-брюле) - 500 г,
миндальные орехи или фундук
для глазури
сгущенное молоко - 100 г,
шоколад темный - 100 г,
сахар - 1 столовая ложка,
сливочное масло - 1/3 чайной ложки,
ванилин - на кончике ножа
Приготовление
Печенье измельчить в мелкую крошку при помощи мясорубки или комбайна.
Сливочное масло растопить.
К измельченному печенью добавить сливочное масло и хорошо перемешать (масса не должна получиться слишком густой, но и не слишком рассыпчатой).Дно и стенки формы выложить измельченным печеньем и поставить форму на ~20 минут в морозилку, чтобы основа для торта хорошо схватилась.В застывшую основу из печенья выложить размягченное мороженое и разровнять поверхность.Убрать форму с мороженым в морозилку на ~2 часа, до полного застывания мороженого.
Приготовить глазурь из сгущенного молока и шоколада.
Залить глазурью всю поверхность мороженого и хорошо разровнять.
* Следует учитывать, что глазурь при соприкосновении с холодным мороженым быстро начинает застывать - поэтому заливать и разравнивать глазурь нужно довольно быстро.Торт снова убрать в морозилку на ~30-40 минут.
Перед тем как подавать торт, его нужно вынуть из морозилки, посыпать рубленым миндалем или фундуком и оставить немного отойти при комнатной температуре (~10 минут).
Разложить торт-мороженое по креманкам, каждый раз обмакивая ложку в горячую воду и посыпать рублеными орехами.
@cici_kiz@19
26.08.2010, 20:05
demeli bele bu movzuda acildi axirki!!!
RULET_1
icine gedenler..
1Eded skuşonnui,2yumurta,0.5qasiq soda veya kabartma tozu,2stekan un.
HAZIRLANIŞI:
Mazemeler qarişdırılır ve duru xamır halında yağlanmış siniye tökülüb 200derecede bisirilir.bishhirildikden sora isti isti cem ve ya her hansi kremle yaglanib bukulur chiyelem cemi ile daha meslehetlidi))
R ULET_2
icine gedenler:
1Stekan pesok,1stekan un,5yumurta,0.5armud stekani un.
HAZIRLANIŞI:
Mazemedekiler mikserle qarisdirilir.200derecede bishirilir.bu da beyaqki rulet kimi isti isti bukulur..
GOLDLADY
27.08.2010, 19:28
CİCİ_QIZ bax bunu deyirsən yalnız bunu tapdım
Narlı bilərzik salatı
Hazirlanmasi uchun ashaqidaki memulatlar lazim olacaq : 1 eded soqan , 2 eded chuqundur , 2 eded kartof , 2 eded kok , 200qr toyuq eti (file) , 2 eded yumurta , 2 eded nar , mayonez , duz , istiot , qoz lepesi .
Hazirlanmasi :
Kartofu , chuqunduru , yumurtani qaynadib bishirin ve soyudun .Bundan sonra terevezleri iri gozlu surtgecden kechirin lakin bir birine qarishdirmayin , heresini ayri ayriliqda boshqablara yiqin .Sonra toyuq etini qaynadib bishirin . Soyuduqdan sonra xirda – xirda doqrayin .Soqani xirda – xirda doqrayin ve yaqda qizardin .
Salatin gozel alinmasi uchun bize chox derin olmayan uri boshqab lazimdir . Bu boshqabin ortasina evvelceden bosh stekani bashiashaqi qoyun .Sonra stekanin etrafinda salatin qatlarini yiqmaqa bashlayin . Stekan ise sonda salata bilerzik formasini vermeye komek edecek . Butun qatlari elave olaraq duzlamaq ve istiotlamaq olar (zovqe gore ).Her qatin arasina mayonez surtmeyi unutmayin .Belelikle ashaqidaki qatlari ardicilliqla hazirlayin :
1 qat – bishirilib surtgecden kechirilmish kartof
2 qat – hazirlanmish chuqundurun yarisi
3 qat - bishirilib surtgecden kechirilmish kok
4 qat – qoz lepesi
5 qat - toyuq etinin yarisi
6 qat – qizardilmish soqan
7 qat - yumurta
8 qat - toyuq etinin qalan hissesi
9 qat chuqundurun qalan hissesi
Qatlari hazirladiqdan sonra stekani chixardib mayonez ile her terefi yaxshica doldurun ( surtun) ve nar deneleri ile bezeyin .
tenhaqiz
28.08.2010, 20:38
Kakoslu & damla şakaladlı keks
Ərzaqlar:
Yumurta-4
Toz şeker-1 stəkan
Bitki yağı-yarım stəkan
Süd-yarım stəkan
Kakos-yarım və ya 1 stəkan
Un-2 və ya 2,5 stəkan
Damla şakalad-yarım və ya 1 stəkan
Qabartma tozu-1 paket
Hazırlanması: Keks qabını yağlayın.Yumurtaları mikserle çalın + toz şeker,çalmaya davam edin.Sırasıyla bitki yağı,süd,kakos və yavaş -yavaş unu əlavə edin.Az gələrsə artıra bilərsiniz unu.Dibine çökməməsi üçün damla şakaladları yaxşıca unlayıb qatın.Ən sonda da qabartma tozunu əlave edib,mikserin yavaş sürətində qarışdırın.175 dərəcəli sobada,içi bişənə qədər bişirin.Təxminən 40-45 dəqiqəyə hazır olacaqdır.
Xanım userlərdən çox xaiş edirəm bilən varsa Türkiyə türklərinin dili ilə desək Yaş pasta-nın reseptini və hazırlanma qaydalarını qeyd etsinlərdə.
PANDA55
28.08.2010, 23:51
Pratik Yaş Pasta Tarifi
Malzemeler
3 adet yumurta
1,5 su bardağı un
1 su bardağı şeker
1 yemek kaşığı sıvıyağ
1 yemek kaşığı kakao
1 paket kabartma tozu
1 çay bardağı süt
Üzeri için ;
2 su bardağı süt
5 yemek kaşığı şeker
2,5yemek kaşığı un (yada 1 yemek kaşığı un ,1 yemek kaşığı pirinç unu)
3-4 yemek kaşığı kakao
1 paket vanilya
yarım paket margarin
Hazırlanışı : Keki için üst kısımda saydığımız bütün malzemeler karıştıralım. Yağlamış olduğumuz tepsiye koyularak pişmeye bırakalım. Üzeri için bir tencereye malzemeleri koyalım ve kısık ateşte kremasını pişirelim. Kek soğuduktan sonra ortadan ikiye keselim ve hazırlamış olduğumuz kremayı kestiğimiz parçanın üzerine sürelim. Diğer parçayıda üzerine kapatarak kalan kremayı üst kısma sürelim. İsteğe göre üzerine hindistan cevizi serpelim. Buzolabına soğumaya bırakalım. Afiyet olsun…Maku,xanım userlərə əziyyət verməyək...Budur ressept..Amma türk dilindədir..Yəqin sənin ücün bunun cətinliyi olmaz..
PANDA55
30.08.2010, 18:21
“AĞLAYAN” TORT
Lazım olan ərzaqlar:
- 3 ədəd limon;
- 1 stəkan şəkər tozu;
- 1 paket krem-şanti;
- 1 stəkan süd;
- 1 paket limon jelesi;
- 2,5 stəkan isti su;
- 2,5 stəkan soyuq su.
Hazırlanma qaydası:
Süd və krem-şantini möhkəm qarışdırıb soyuducuda saxlayın. Limonu sürtgəcdən keçirib suyunu sıxın. Şəkər tozu və limon suyunu şəkər əriyənədək qarışdırın. Qaynayan suda limon jelesini də əriyənə qədər həll edib mikserə tökün, şəkərli limon suyu və krem-şantiyi də əlavə edib möhkəm qarışdırın, düzbucaqlı şüşə qaba qoyub soyuducuda bir gecə saxladıqdan sonra süfrəyə verin.
@cici_kiz@19
31.08.2010, 9:23
"YAZ GÜNÜ"
içindəkilər
300 qr toyuq flesi
3 yumurta
3 kartof
1-2 kök
200 qr göbələk
100 qr qoz
soğan
duz, istiot
mayanez
zövqə görə göyərti
hazırlanma qaydası
Kartofu,yumurtanı,kökü bişirib..soyuduqdan sonra sürtkəcdən çəkirik. Göbələkdə balaca doğranır.Touqla soğan bir yerdə qızarılır(xırda halda). Qat-qat düzməyə başlayırıq.
1-kartof
2-göbələk
3-kök
4-toyuq soğanla birlikdə
5-yumurta
(iki aradan bir göyərti vurmağı unutmayın)
Sonda üstünə qoz əlavə olunur.
Qeyd: Çalışın salatın hər yerinə mayanez vurmayın.....ancaq qat hissələrinə....özünüz salatın rənglı alınacağını görəcəksiniz. Çalışin tort halında yox, təpəcik formasında olsun.
Bella_15
31.08.2010, 21:02
Tez başagələn PİROQ .
Tərkibi:
Süd 0,5 stəkan
Qatılaşdırılmış qaynadılmış süd (squşonka)
1 qutu (400 qr)
3 yumurta
1 stəkan qoz
1,5 ç.q. xəmirqabardıcı
Un 2/3 stəkan
Şəkər 1/3 stəkan
Kişmiş 50 qr
Hazırlanması:
Yumurtalar mikserlə çırpılır
Qaynadılmış qatı südün 2/3 hissəsi yumurtalara əlavə olunur
Çırpılmaya davam edilir
Üzərinə un ələnir,şəkər və xəmirqabardıcı əlavə olunur
Hamısı yaxşıca qarışdırılır,iri doğranmış qoz və kişmiş əlavə edilir
Mikserlə qarışdırmaya davam edilir
Hazır xəmir yağlı kağız(perqament) qoyulmuş formaya boşaldılır
Əvvəlcədən isidilmiş 180 dərəcə duxovkada 30-35 dəqiqə bişirilir
Qatı qaynanmış südün yerdə qalan hissəsi isidilmiş südlə qarışdırılır
Bişmiş piroq duxovkadan çıxarılaraq üstündə diş çöpü ilə dəliklər açılır
Eyni bərabərdə qatı südlü qarışım piroqun üzərinə tökülür
Üzəri xırdalanmış qozla bəzədilir
Tez başagələn piroqunuz hazırdır
Nuş olsun!
Bella_15
31.08.2010, 22:01
Çiyələkli-Qaymaq Kremli Tort
Tortu hazırlamaq üçün lazım olanlar:
1 ədəd klassik süngər biskviti
Vanilli tort şərbəti (resept aşağıda verilib)
Qaymaqlı krem (resept aşağıda verilib)
Təxminən 1 stəkan halqalara bölünmüş çiyələk
Süngər biskviti keçiddə izah olunduğu kimi bişirin. Kənara soyuması üçün qoyun və şərbətlə kremi aşağıda göstərilən qaydada hazırlayın.
Vanilli Tort Şərbəti
üçdə bir stəkan şəkər tozu
üçdə bir stəkan su
yarım limonun suyu (təxminən 3 xörək qaşığı)
1 çay qaşığı vanil ekstraktı (duru vanil)
Balaca qazanda şəkər tozu və suyu qaynadın. Şəkər əriyəndə, qazanı kənara çəkib içinə limon suyu və vanil ekstraktını əlavə edin. Qoyun kənarda soyusun.
Qaymaqlı Krem
1 stəkan yarım soyuq qaymaq
3 xörək qaşığı şəkər kirşanı (pudrası)
yarım çay qaşığı vanik ekstraktı (duru vanil - zəruri deyil)
İri qabda qaymaq, şəkər kirşanı və vanili mikserlə kütlə bir az bərkiyənədək çırpın.
Tortun Yığılması:
Soyumuş biskviti iti bıçaqla ikiyə bölün. Bir yarısını kəsilmiş tərəfi üstdə olmaq şərtiylə yastı yerə qoyun.
Fırçayla şərbətin yarısını bu biskvitin üstünə çəkin. Kremin yarısından bir az azını üstünə yayın. Bunun üstünə çiyələkləri lay şəklində düzün (çiyələkdən bir neçəsini bəzək üçün saxlayın).
Biskvitin digər yarısını kəsilmiş tərəfi yuxarıda olmaq şərtiylə çiyələklərin üstünə yerləşdirin. Qalan şərbəti fırçayla üstünə çəkin. Qalan kremi bu biskvitin üstünə və tortun kənarlarına çəkin. Tortu çiyələklə bəzəyin. Hazır tortu dərhal soyuducuya qoyun və sərin olaraq süfrəyə vedin.
Süngər biskvitimizi bişirdik. İndi isə növbə bu biskvitdən tort düzəltməyə gəldi. Əvvəllər dükkanlarda satılan Nağıl tortu yadınızdadır? O tortun biskviti bir qədər islaq olurdu. Məncə bunun sirri biskvitin şərbətlə islanmasındadır. Bax elə bu reseptdəki kimi. Nuş Olsun!
Xanımlardan bir ricam olacaq bilən varsa lütfən kömək eləsin çünki təcili deyəcəyim pirokun hazırlanması və xəmirində istifadə ediləcək mazamelərə öyrənməyə ehtiyac var.
Yediyim prikonun yalnız formasını bilirəm ki,pirokun üstü cemli olur və cemin üstünə isə öz xəmiri tyorkadan keçirilib xırda-xırda üstünə spilib.Kömək edün lüffffdəəənnnn
Bella_15
31.08.2010, 22:11
ALMALI QOZLU DARCINLI KEKS
Bu keksin adını ve reseptini görünce,tam menim meleyime uyğun bir keksdir dedim.alma,darçın,qoz.. faydalı şeyler.hem şekeri de çox sayılmaz.6 aylıq körpe keks yeyir

dehşet.Bu qız inanılmaz iştahlı ve ağzının dadını bilir
Erzaq;
Yumurta-2
Süd-yarım stakan
Bitki yağı-yarım stakan
Toz şeker-1 stakan
Qabartma tozu-1 paket
Vanilya-1 paket
Alma
Qoz
Darçın
Hazırlanması;yumurta ve şekeri mikserle çalın+süd+yağ ve çalmaya davam edin.qabartma tozu+vanilya+un eleyerek qatın ve yavaş yavaş qarışdırın.pişireceyiniz qaba tökün,üzerine alma,qoz düzüb,darçın sepin.170 derecede pişecek.
Bu keks 1 gün qaldıqdan sonra daha dadlı olur.Nuş olsun.))
Sitat(MaKu @ 01.09.2010, 0:06)

Xanımlardan bir ricam olacaq bilən varsa lütfən kömək eləsin çünki təcili deyəcəyim pirokun hazırlanması və xəmirində istifadə ediləcək mazamelərə öyrənməyə ehtiyac var.
Yediyim prikonun yalnız formasını bilirəm ki,pirokun üstü cemli olur və cemin üstünə isə öz xəmiri tyorkadan keçirilib xırda-xırda üstünə spilib.Kömək edün lüffffdəəənnnn

2yumurta
1st.seker tozu
250qr yaq(yumsaldilmis yaxud eridilmis)
2 qaşıq qatıq
xemir alinana qeder un
vanil
soda
yumsaq xemir edib,xemirden 3den 1hissesini ayirib soyuducuya qoyulur.diger hisse tavanin icine yayilir.uzerine zovqe uyqun cem cekilir,sonra soyuducuda olan xemir tyorkadan bunun uzerine cekilir.ve bisirilir.
Nuş olsun))
P.S. Harda yemisən ki?
Sitat(MaKu @ 02.09.2010, 12:51)

oğlanları başa düşdüy qızlarda mı baxmır bu bölməyə?ya da verdiyim pirok çətin oldu

Yazmağa nə varki əsas onu hazırlamaqdı da))
mənim heç həvəsim yoxduda yemək işlərinə qarşı..
bidənə həvəslə hazırladığım kabak kotleti və salatlardı)) :)
Sabina-87
03.09.2010, 13:21
Sitat(MaKu @ 31.08.2010, 23:06)

Xanımlardan bir ricam olacaq bilən varsa lütfən kömək eləsin çünki təcili deyəcəyim pirokun hazırlanması və xəmirində istifadə ediləcək mazamelərə öyrənməyə ehtiyac var.
Yediyim prikonun yalnız formasını bilirəm ki,pirokun üstü cemli olur və cemin üstünə isə öz xəmiri tyorkadan keçirilib xırda-xırda üstünə spilib.Kömək edün lüffffdəəənnnn

Siz dediyiniz piroq üçün 2 ədəd yumurta, 1 stəkan şəkər tozu, 250 qr yağ, 1 çay qaşığı çaynı soda, vanil lazımdır.
Hazırlanması: Yumurta ilə şəkər tozunu qarışdırıb ələnmiş unun üzərinə tökürsüz, sonra üzərinə yağ (yağ yumşaq olmalıdır ki, əllə əzilsin) , çaynı soda (çaynı sodani azca limon suyu və ya sirkədə əridirsiz), vanil əlavə edib ələ yapışmayanadək yoğrulur. (unun miqdarıda bundan asılıdır) Sonra hazır olan xəmirdən normal (küftə boyda yaxşı olar) ayırıb buzxanaya qoyursuz. Qalan xəmiri isə soba listinə yayırsız üzərinə zövqünüzə görə hər hansı bir, limon, alma və s. düzürsüz. Və sonra buzxanadakı xəmir bir az bərkiyəndən sonra onu elə xəmirin üzərinə tutub sürtgəcdən keçirirsiz hər tərəfinə və qoyursuz bişməyə... Nuş olsun...
Bella_15
20.09.2010, 21:14
BEZE
Tərkibi:
5 yumurta ağı
250 qr şəkər
Beze hazırlamanın bir neçə qaydasıı vardır ki,onlara riayət etmədikdə beze alınmır.
1.Yumurta ağı sarısında ehtiyatla ayrılmalıdır,yumurta ağına az da olsa sarısı qarışmamalıdır.
2.Yumurta ağları mütləq quru bir qabda çırpılmalıdır,qabda bir damcı su və ya yağ olarsa beze alınmaz.
3.Yumurta ağlarının yaxşı çırpılması üçün onlara bir çimdik duz və ya bir neçə damcı limon suyu əlavə etmək lazımdır.
4.Əgər yumurta ağlarını çırpdığınız zaman istənilən nəticə alınmırsa,yumurta ağı olan qabı başqa bir soyuq su ilə dolu qab içərisinə alıb çırpmaya davam etməli,amma bu zaman bezenin içərisinə su girməməlidir.
Hazırlanması:
Yumurta ağları köpüklənənə qədər çırpılır
Şəkər tədricən (1-2 yemək qaşığı) əlavə olunmaqla çırpılmaya davam edilir
Qabdakı kütlə qatı hal alana qədər çırpılmaya davam edilir
Duxovka listinə yağlı kağız qoyulur (və ya yağlanır).Mətbəx şprisi və ya qaşığın köməyi ilə bezelər listə düzülür.
100 dərəcə istilikdə bezelər qurudulmaya buraxılır.Bezenin hazır olması onun ölçüsündən asılıdır.
Orta hesabla 1- 1,5 saat qurudulmaya davam edilir.
Nuş olsun!
NurGül1
20.09.2010, 22:13
Sitat(Sabina-87 @ 03.09.2010, 15:21)

Pu piroqun hazırlanma mərhələsində diqqətimi bişey çəkdi. Xəmirə soda vurulur. Bəs üzərinə sürtgəçdən keçirmək üçün ayrılıb soyuducuya qoyulan xəmir- orada bərkiməsi üçün bir müddət qalmalıdır. Bu müddət ərzində soda`nın təsiri getməz və xəmir linc olmazmı?
@cici_kiz@19
05.10.2010, 15:03
sabina ve nurgul yazdigi piroq-
bu piroq menede maraqli geldi.bes kabartma tozu tokulurmu?bide xemiri pecin sinisine ellemi yayisan ya oxloylami yayib qoyusan bu hisseni tap basha dushmedim ve nece derecede nece deqiqe bishmelidi???
HaNNiBaL
05.10.2010, 15:08
Ən sevdiyim desert beze yanındada espresso mmmmmmmm
NurGül1
05.10.2010, 17:56
Sitat(@cici_kiz@19 @ 05.10.2010, 17:03)

sabina ve nurgul yazdigi piroq-
bu piroq menede maraqli geldi.bes kabartma tozu tokulurmu?bide xemiri pecin sinisine ellemi yayisan ya oxloylami yayib qoyusan bu hisseni tap basha dushmedim ve nece derecede nece deqiqe bishmelidi???

Piroq`u 2 dəfə hazırlamışam =) Soda ilə kabartma tozu eyni anda olmaz. İkisindən biri) Mən soda ist etmişəm.
Əllə yayılır. Oxlov olsa içi açılmaz- ) Öncədən isidilməli peç)
Dərəcəyə fikir verməmişəm. Öncə altda qalır- o çəkilmiş xəmir var- hansı ki üzündə) onun bir-ikisi qızarmağa başlayanda üstə bişməyə qoyulur. Qızardıqdan sonra isə götürülür.
Bu səhifənin tam versiyasına baxmaq üçün,
linkdən keçin.