Kömək - Axtar - İstifadəçilər - Kalendar
Bu səhifənin tam versiyası: Bədnəzərdən qorunma, dua və gözmuncuğu...
www.big.az Forum > Ümumi bölmə > Din
AFYO
Şükr olsun Allaha ki, hər bir ümmətə doğru yol göstərən peyğəmbər göndərdi və şükr olsun Allaha ki, bizim ümmətin qisməti, Onun sevimlisi Məhəmməd (s.a.v.) oldu. Şükr olsun Allaha ki, O, Məhəmmədlə bizə doğru yol göstərən bir kitab (Quran) göndərdi. Ən xeyirli kəlam Allahın kəlamı və ən doğru yol peyğəmbərimiz Məhəmmədin (s.a.v.) yoludur.Həyatın hər hansı problemi - iqtisadi, tibbi, ədəb - ərkan, tarixi, geyim, məişətin digər sahələri və s. bu kimi məsələlər üçün Allahın kitabında və peyğəmbərin sünnəsində cavab vardır. Qəlbimizdə Allaha, Kitabına, Peyğəmbərinə imanın olmasına baxmayaraq, cahillik (elmsizlik) davam edir. İnsanların dini əqidəsində yaranmış boşluqdan fırıldaqçı xürafatçılar, mövhumatçılar məharətlə öz mənafeləri üçün istifadə etmiş və etməkdədir.
Mövhumatçıların, həmişə olduğu kimi, bu gün də geniş şəkildə fəaliyyət göstərdiyi sahələrdən biri də "GÖZDƏYMƏ"-dir. Buna "bədnəzər" də deyilir.
Ey, müsəlman qardaşım, bil ki. gözdəymə haqdır.
Bu, Quranda "əl-Fələq" və "ən - Nəs" surələri ilə və peyğəmbərin hədisləri ilə sübut olunur:
- Buxari "Tibb kitabı" 36, "Libas kitabı" 86; Müslim, 2188; ət - Tirmizi, 2061; Əbu Davud, 3879; İbn Macə, 3506, 3507 və b.
Bizdən hər birimiz başqalarını və özümüzü, başqalarının və özümüzün malını, uşaqlarını, bağ, heyvan, ev, avtomobil və s. əşyalarını özümüz də hiss etmədən gözə gətirə bilərik. Ona görə özümüzdə və başqalarında fərəhləndirici və təəccübləndirici belə şey görəndə, allahdan onun bərəkətini istəməliyik.
İnsanlar nəzərdən qorunmaq üçün mıxtəlif əşyalara (göz muncuğu, qara tikan, at nalı, üzərlik otu, buynuz, heyvan başları və s.) tapınırlar. Həmin əşyaları evlərində, avtomobillərində asır, uşaqların biləklərində, boyunlarında gəzdirirlər. Bəziləri də mollaların yazdığı mənasız sözlərdən (bəzən heç söz də deyil, əyri- üyrü xətlərdən) ibarət "DUA"-ları gəzdirir. Dua asılmaz, gəzdirilməz, dua edilər, oxunular. Necə ki, dərmanı gəzdirmək xəstəyə təsir etməz, eləcə də duanı gəzdirmək nəzərə təsir etməz.
Həzrəti Əli (Allah ondan razı olsun) belə buyurmuşdur: "Həzrəti peyğəmbər sehr, çöpçülük. quşların uçuşundan hökm çıxarmaq, kahinlik, ulduz falı, göz muncuğu taxmaq kimi batil inancları tamamilə qadağan etmişdir"(Nəhcul Bəlağə", Tehran, 1995, səh. 46). Deməli bu əşyalardan istifadə edərək bədnəzərdən qorunmaq haramdır. Belə ki. bunlar hamısı Allahdan qeyrisinə etimad etmək. arxalanmaq, etibar etmək deməkdir ki. bu da Allaha şərik qoşmaqdır. " Öz üstündə tilsim gəzdirən adam Allaha şərik qoşmuş olur"- buyurmuşdur Peyğəmbərimiz. Bilməliyik ki. hər şey: övlad vermək, şəfa vermək, kömək olmaq, qorumaq, xeyir və zərər vermək yalnız Allaha məxsusdur. O əşyalar qüdrətlidir, yoxsa Allah??? Əlbəttə ki, Allah!!!
Sumeyya
Salam aleykum..
Allah razı olsun qardaşım,bu haqda ətraflı məlumat vermisiz..Amma nə yazıq ki,əhalinin çoxu bununla razılaşmır...Hətta insana daha çox əzab verən bilirsiz nə?!Bu kimi tilsimləri gətirib məscidlərin önündə,dini mağazalarda filan satmaqları..Allah Allah...Bu cəhalət nə vaxtadək sürəcək...İnsanların çoxlarıda elə düşünür ki,güya dində belə bir şey var..Göz muncuğu filan..Hansı ki,Rasulullah hər cür bədnəzərə qarşı mübarək Allah Azimuşşanın mübarək kəlamlarını qoyub getdi..FƏLƏQ,NAS,İXLAS kimi ilahi kəlamların müdrikliyini bizlərə ihsan etdi..Bizə bundan ötə nə lazımdıki..Allah Azzə və Cəllə. bizləri inancını itirənlərdən etməsin və şirkdən qorusun inşaAllah...
AFYO
Fiziki hadisələrdə istidən genişlənmə halları baş verir ki, əşyaların molekulları parçalanır və bunun nəticəsində əşyalar sınır və yaxud da çat verir. Tez - tez belə hallara rast gəlirik. Soyuq suda qabları yaxaladıqda soyuqdan və isti temperaturdan əşyalar sınır. Bunu nəiləsə əlaqələndirmək gülüncdür. Fizika elmi maddələrin və təbiətin tərkib hissəsini öyrənən elimdir. Elmlə paylaşdıqca artar. "Nefçilər" stansiyasında yerdə mərmərin üzərində şəkilə rast gələnlər az qala oranı nə adlasa şişirdərək insanları aldatmaq və qorxu yolu ilə inandırmağa çalışırdılarYaxşı ki, yaxşı insanlar bu mövhumatçılıqdan uzaqdırlar. Və bu prosesə, bu propkaya son qoydular. ALLAH xalqımıza kömək olsun! AMİN! Dənizkənarı parkda dənizə minlərlə tullanan kilidlərlə Xəzər dənizini ekoloji durumu pozanlara ALLAH hidayət etsin! AMİN!
musulmanka
salam aleykum.gözederme var.bunu birçe hedisler sübut eleyir.ama niye biz insanlar fikirleşirik ki gözmuncuğunu tağsan gözdeymez, tağanda ne olur.o günahdı o nedi ki senide qorusun,insanı allah qorusun.bu allaha şerik qoşmaqdı.onda götürek bakının gireçeyende gözmunçuğu vuraq heç ne olmasın bu ne qeder mentiqe sığan bir şeydi.
Sumeyya
Qurandan dəlil “Əgər Allah sənə bir sıxıntı versə,Allahdan başqa səni kimə qurtara bilməz.Əgər Allah sənə bir xeyir yetirsə,(heç kəs mane ola bilməz).Çünki O,hər şeyə qadirdir.(ən-Ənam,17)
Hədislərdən dəlil “Kim(gözdəymə vəs.dən qorunmaq üçün)tilsim asarsa artıq şirk etmiş olar.(Əhməd-səhih)
AFYO
Gözmuncuğundan yardım gözləməyin
İslama qədərki dövrdə insanlar gözmuncuqlarının qeyri-adi qüvvəyə malik olduğuna inanırdılar. Bu səbəbdən övladlarının paltarlarına belə muncuqlar asırdılar ki, həmin daş-qaşlar övladlarını bəd nəzərdən qorusun. Halbuki, gözmuncuqları rəngli daşlardan ibarət maddələrdir. Maddənin isə insanları hər hansı təhlükədən qoruma kəyfiyyəti yoxdur. Yəni övladlarımızın paltarlarından asdığımız muncuqlar hər hansı bəlanın qarşısını ala bilmir.
İslam alimləri oğlan övladlarımızın paltarlarından üzərində “Maşallah” (Allah (c.c.) istəsə bundan daha yaxşısını yaradar) yazılmış gümüşdən, qız övladlarımızın üzərində isə qızıldan asqılar asmağımızı məsləhət görüblər.
Su_pərisi
Göz muncuğu haqda kim nə bilir? Göz muncuğunu taxmaqla göz dəymədən xilas ola bilərikmi? Bu dində necə? Günah sayılır??
weytanka
goz muncuqu hmm ??? goz muncuqu onu biliremki ,,adami nezerden qoruyur
AFA88
Mən buna çox pis baxıram bə bunun Dinə heç bir aidiyyatı yoxdu..
mucadile
Sitat(Su_pərisi @ 06.12.2008, 15:46) *
Göz muncuğu haqda kim nə bilir? Göz muncuğunu taxmaqla göz dəymədən xilas ola bilərikmi? Bu dində necə? Günah sayılır??

bu dediyniz şeyin dində heç bir əsli yoxdur.bu insanlar tərəfindən ortaya çıxardılmış bir xurafatdır.göz muncuğunu bu niyyetlə istifadə etmək qəti şəkildə haramdır.Bir çox alimlər Allahdan başqa şəfa verən,zərəri dəf edən mənəvi sığınacaq və həll qaynağı qəbul edildiyindən bunları nəzər aradan qaldırıcı olaraq istifadə etməni şirk qəbul etmişlər.eyni zamanda Peygəmbər Əfəndimizdə bu cür şeylərdən istifadə olunmasını qəti şəkildə qadağan etmişdir.hətta üzəridə belə bir nazarlıq gəzdirən insanın beyətini qəbul etməmiş və onu çıxarıb atmasını əmr etmişdir.(nesai ziynet17,ibn mace tıb 39)
Su_pərisi
Sitat(mucadile @ 07.12.2008, 22:18) *
bu dediyniz şeyin dində heç bir əsli yoxdur.bu insanlar tərəfindən ortaya çıxardılmış bir xurafatdır.göz muncuğunu bu niyyetlə istifadə etmək qəti şəkildə haramdır.Bir çox alimlər Allahdan başqa şəfa verən,zərəri dəf edən mənəvi sığınacaq və həll qaynağı qəbul edildiyindən bunları nəzər aradan qaldırıcı olaraq istifadə etməni şirk qəbul etmişlər.eyni zamanda Peygəmbər Əfəndimizdə bu cür şeylərdən istifadə olunmasını qəti şəkildə qadağan etmişdir.hətta üzəridə belə bir nazarlıq gəzdirən insanın beyətini qəbul etməmiş və onu çıxarıb atmasını əmr etmişdir.(nesai ziynet17,ibn mace tıb 39)


Ay sağol, mən belə bir ismarıcı gözləyirdim. BU yaxınlarda dindar birindən də bu barədə soruşdum. o da eyni sən dediyin cavabı verdi. Amma bu məsələ mənə qaranlıq qaldı. Elə mövzunu da ona görə açdım. Bildiyimə görə, göz muncuğundan istifadə etmək, günah sayılır. Yəni Allaha şərik qoşmaq kimi bir şeydi. Amma məni narahat edən sual isə budur ki, axı göz-nəzər var. Düzdü? adama göz dəyir. Bəs niyə göz muncuğu sünah sayılır? Əlbətdə ALLAHIN VARLIĞINA, TƏKLİYİNƏ, BÖYÜKLÜYÜNƏ bütün varlığımla inanıram ancaq və ancaq ona sığınıram! Həmin dindar adam mənə dedi ki, Hətta Peyğəmbərin özünə belə göz dəyib. Onu necə açmağın yolunu da dedi. Amma mən başa düşmədim. Göz dəymədən bəs necə xilas olmaq olar? BU yaxınlara kimi bilirdim ki, göz dəydiyini hiss edəndə başından duz fırlayıb yandırırsan. Amma öyrəndim ki, bu olmaz. Çünki duz da nemətdi. ona görə yandırmaq olmaz. Bəziləri başından pul fırlayıb atır. bu kimi variantlar var. Bunların hansısa düzdü? bəs göz dəyməsin deyə neynəmək lazımdı. İnsana göz dəyməsi 100% var
mucadile
Sitat(Su_pərisi @ 08.12.2008, 2:29) *
Ay sağol, mən belə bir ismarıcı gözləyirdim. BU yaxınlarda dindar birindən də bu barədə soruşdum. o da eyni sən dediyin cavabı verdi. Amma bu məsələ mənə qaranlıq qaldı. Elə mövzunu da ona görə açdım. Bildiyimə görə, göz muncuğundan istifadə etmək, günah sayılır. Yəni Allaha şərik qoşmaq kimi bir şeydi. Amma məni narahat edən sual isə budur ki, axı göz-nəzər var. Düzdü? adama göz dəyir. Bəs niyə göz muncuğu sünah sayılır? Əlbətdə ALLAHIN VARLIĞINA, TƏKLİYİNƏ, BÖYÜKLÜYÜNƏ bütün varlığımla inanıram ancaq və ancaq ona sığınıram! Həmin dindar adam mənə dedi ki, Hətta Peyğəmbərin özünə belə göz dəyib. Onu necə açmağın yolunu da dedi. Amma mən başa düşmədim. Göz dəymədən bəs necə xilas olmaq olar? BU yaxınlara kimi bilirdim ki, göz dəydiyini hiss edəndə başından duz fırlayıb yandırırsan. Amma öyrəndim ki, bu olmaz. Çünki duz da nemətdi. ona görə yandırmaq olmaz. Bəziləri başından pul fırlayıb atır. bu kimi variantlar var. Bunların hansısa düzdü? bəs göz dəyməsin deyə neynəmək lazımdı. İnsana göz dəyməsi 100% var


222.gifRasulullah Əfəndimiz bu cür buyurmuşdur: “Göz dəyməsi gerçəkdir”(Buxari tıb 36,libas 86,Müslim ,selam 41-42)Hətta Rasulullah Əfəndimiz “toxunan hər pis gözdən” Allaha sığınmağı,Hz ibrahimin duası olaraq ümmətinə öyrətmişdir.(Buxari ənbiya 10, əbu Davud sünnət 20) “Nazardan Allaha sığının çünki nəzər vardır.”(ibn Macə hadis 3508)Hz Aişə anamızda Rasulullah Əfəndimizin göz dəyməsinə qarşı ,oxumağı əmr etdiyini xəbər vermişdir.(Buxari tıb 35)Nəzər dəyməsinə qarşı oxuma yoluyla həyata keçirilən müalicənin Rasulullah Əfəndimiz və sahabəsi tərəfindən edildiyi və müsbət nəticələr alındığı örnəkləriylə sabitdir.Bu mualicədə daha çox Fatihə,İxlas,Fələq və Nəs surələri və Ayətül kürsinin oxunduğu hədislərdə yer alan məlumatlar arasındadır.Eyni zamanda Qələm surəsinin 51 və 52 –ci ayətlərinin oxunması tövsiyyə edilir.İnsan xoşuna gələn bir şeyə baxdığı zaman nəzəri dəyməməsi üçün “ MAŞAALLAH,LƏ QUVVƏTƏ İLLA BİLLAH” DEMƏLİDİR.Bu Rasulullah Əfəndimizində oxudğu bir duadır.Her seyin dogrusunu Allah bilir.
ZehrayiNur
Bu goz muncugu Talisman kimi esyalar dine sonradan salinmis bidetlerdir...


Nahaq Yere Feleg nas Suresi yoxdurki..Eger Goz Muncugu nezerden qorusaydi o zaman bu sureler neye gerekdi????


Bunlar Hamisi Xurafatdir!
Su_pərisi
Hər səhər və axşam Ayətülkürsünü oxumaq insanı gözdəymədən xilas edə bilər?
muslim217
Sitat(Su_pərisi @ 09.12.2008, 17:49) *
Hər səhər və axşam Ayətülkürsünü oxumaq insanı gözdəymədən xilas edə bilər?


QURAN ayeleri en boyuk siqinacaqdir, goz muncuqu mexluqdur o seni qorumaz. inshAllah oxu ixlas , feleq nas , ayetulkursi,,en BOYUK siqinacaq ALLAHDIR ve onun kelimeleri
BARSA-1899
Mən bildiyimə görə Quranda elə ayələr var ki göz muncuğu onun yanında heç nədi.Sadəcə olaraq kimsə biznes qurmaq məqsədilə bunu salıb ortaya.
NeoNa
Goz muncugunun menim fikrimce dinimize hec bir aidiyyati yoxdur. Ozum ondan istifade etmirem. Bu haqda mene bir nefer ele başa salib ki, goz muncugu goruren yerde olmalidir ki, fikiri bed nezeri ozune gotursun, mala mulke goz deymekdense evezinne muncug sinacaq. Goz muncugu mehs bunun ucun nezerde tutulub. Lakin hec ozum de bilmirem bu ne derecede dogrudur?! 166.gif
ayka_18
gözmuncuğu kimi əşyaların insanı qoruması boş şeydi.ondansa hər gün Ayetulkürsini oxuyub ALLAHA dua etmək lazımdı.
Angel_Misha
Göz muncuğu indiki göz muncuqları yalnız formaçün atxırlar bəzəkçün indi əsl göz muncuöu taxan yoxdu formazonluqçün taxan var))))) o vaxt şivə derlər e bax ondan xoşum gəlir qara sarı göy rəngdə olur məndəa onun qarası var daimdə əlimdə olur ...ona inanıram amma bu 20 qəğiklik göz muncuğu taxıb dirlər nəzər belə helə inanmıram ona olsa əsli olsun o yaxşıdı...Birdəki insanı qoruyan nəzərdən pis gözlərdən yalnız Allah olsun
I Love Rock
Hech inanmiram!!! 104.gif
_L_A_D_Y_
Sadəcə olaraq istifadə edilən bir aksesuardı.Onun heç bir anlayış kəsb etdiyini sanmıram.Allah hər birimizi bəd-nəzərdən qorusun.AMİN!
elka_90
Maraqlidi,amma Allah teala insana hec bir canliya vermediyi bir nemet bexs edib.A G I L.Tefekkür edek,bu göz muncugunu.Goz muncugu dediyimiz esyani kim duzeldir?INSAN...Axi insanin özu duzeltdiyi bir esya nece onu qoruya biler?Gülmeli deyilmi?O dasdi,dasi da ALLAH yaradib.Qisasi,bos inanclardi.
NurGül1
Göz dəymə movcuddur...
Ama bunun qarşısını sadəcə duayla - Allaha sığınmaqla almaq olar.
Göz muncuğu isə batil inancdır....
Ammar
Həmd Allahadır.
Unutmamaq lazımdır ki, göz muncuğu heç də ancaq və ancaq dinə sonradan gəlmə bir şey deyil, bu, bidət olmaqla yanaşı, hətta bidətdən daha şiddətli bir günahdır. Bu, şirkdir. Yəni Allaha ortaq qoşmaq. Lakin insanı dindən çıxardan şirklərdən olmadığı üçün, kiçik şirk adlandırılmışdır. Kiçik şirk isə, günahların ən böyüyüdür.
Bu barədə bir çox səhih hədis mövcuddur ki, söz bu yerə gəlmişkən bir-ikisini zikr etmək yerinə düşər.
Allah Rəsulu (sas) buyurdu:
“Muncuq, üfürmə (ilə müalicə) şirkdir” (Əhməd ibn Hənbəl, Əbu Davud, Beyhaqi, Hakim)
Buradakı üfürmə, mənası bilinməyən şeylərin cindar falçılar tərəfindən oxunub üfürülməsidir. Caiz (halal) olan üfürmə isə sünnədən bəllidir və Allah Rəsulunun bildirdiyi dualarla olur.
Allah Rəsulu (sas) birinin qolunda qızıl bir bilərzik gördüyü zaman, onun nə olduğunu soruşdu. Həmin kəs, çiynindəki bir xəstəlik səbəbilə taxdığını bildirdiyi zaman, Allah Rəsulu (sas) buyurdu: Bu, sənin xəstəliyini ancaq artırar. Onu çıxart, bu sənin üzərində olduğu halda ölsən əgər, əsla iflah olmazsan.
(Əhməd bin Hənbəl)

Səhabələr də bunu pis əməllərdən görmüş, hətta bir gün səhabədən Huzeyfə (Allah ondanrazı olsun) birinin üzərində ondan gördüyü zaman, Allahın bu ayəsini oxumuşdu: “Onlar şirk qoşmadan iman etməzlər”
Said bin Cabir (Allah razı olsun) belə demiştir "Kim bir kimsənin boynundan muncuğu çıxardıb tullayarsa, kölə azad etmiş kimi olar"
Hər halda nəzər muncuğu gəzdirməyin dinimizə görə nə qədər çirkin bir şey olmasını başa düşmək üçün bu qədər hədis yetər. Lakin bu haqda istənilən qədər hədis gəlmişdir.
osman
Sitat(BE_WITH_YOU @ 05.05.2009, 2:31) *
men hemise uzerimde gezdiridim onu..ne bilim ona cox inaniram.gunahdisa nie IMAMZADEDE satirlar??

sənin dinivə görə bir problem yoxdu . amma Allahın dininə görə problemi var.sənin dinində təməl imamzadədi. yəni orda nə var hamısı halaldı. islamda bu məsələnin hökmüylə bağlı yuxarıda yazıblar. ammar qardaşın yazdıqlarını oxu. Əgər Allaha inanırsansa, Həzrəti Muhammədi onun elçisi qəbul eirsənsə onda göz muncuğuvu tulla getsin. yox Allahdan başqa ortaqların varsa onda qoy qalsın
Sun_Light
Eh boş-boş şeylərdi inanmiram.ama uşaqlıqda hemisə qoluma taxirdim.
Ammar
gəlin üç günlük ömrümüzü heç olmazsa doğru müsəlman kimi düşünüb yaşıyaq. Bu ki çətin deyil, bir düşünün də, axı bizdən çox şey istənmir, Allah nə deyibsə "doğrudur" deyək vəssalam...elədiyimiz günah əməllərə görə də ancaq bağışlanmağımızı diləyək. Niyə biz kimlərinsə istədiyi kimi yaşamağa razı oluruq, Allahın istədiyi kimi yaşamaq bir yana, düşünmürük də. Allah bizi doğru yola yönəltsin. amin.
BAHAR_CICEYI
Bədnəzərdən qorunma, dua və gözmuncuğu... Allaha şərik qoşmaq deməkdir...


Xeyiri cəlb etmək və ya şərdən qorunmaq üçün müxtəlif əşya və üsullardan istifadə olunur. Bu, istər Quran ayəsi yazılmış kağızlar (molla duaları), kitabələr, oxunma və bəzək əşyaları, istərsə də sümük, buynuz, nal, üzərlik, daş, medalyon və s. olsun, eyni hökmə malikdir. Bütün bunlar Allahdan qeyrisinə sığınmaq, əsaslanmaq, inanmaq, Allahdan qeyrisinə üz tutmaq, Allahdan qeyrisinin köməyi ilə xeyiri cəlb edib, şərdən qorunmaq, bir sözlə, Allaha şərik qoşmaq deməkdir. Necə ki, Peyğəmbər (s.) deyib: “Dua və ya gözmuncuğu asan, Allaha şərik qoşmuş olur!”
İslam dini göstərilmiş əşya və vasitələrlə şərdən qorunmağın tam əleyhinədir. Zərər və xeyir yalnız Allahın (c.c) iradəsinə bağlıdır, çünki yalnız tək Allah yaradılmışlar üzərində qüvvət və qüdrətə malikdir:

**Əgər Allah sənə bir zərər toxundursa, onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz...** (Yunus, 107). Digər bir ayədə də... **Əgər Allah sənə bir sixinti versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz).Çünki O, hər şeyə qadirdir!** (Əl-Ənam, 17).

Doğru olan əməl Peyğəmbərimizin (s.) şəriətinə uyğun olanı, Allaha sığınaraq Allaha dua etməkdir.

**(Ya Muhammed!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər** (Əl-Bəqərə, 186).

Kim xeyir və zərərin Allahdan olduğuna inanır və eyni zamanda (dua, gözmuncuğu və s.) şeyləri zərərdən qorunmaq üçün səbəb hesab edirsə, kiçik şirk etmış olur. Çünki Allah bu kimi şeyləri zərərdən qorunmaq üçün səbəb etməyib. Kim xeyir və zərərin Allahdan qeyrisindən olduğuna inanırsa, böyük şirk etmiş olur. Gördüyümüz kimi hər ikisi böyük və ya kiçik olmasından asılı olmayaraq, hər iki halda də günahdır. Allah bizi belə günahlardan qorusun! Amin!

Hörmətli userlər! Bəs siz necə? Bədnəzərdən qorunmaq üçün insanın öz üzərində dua, gözmuncuğu gəzdirməsinin, evlərin giriş qapısına sümük, at nalı, heyvan buynuzu asmasının, üzərlik yandırmağının Allaha şərik qoşmaq kimi günah əməllərdən olduğunu bilirdinizmi?
Buyurun... Sizin bu mövzuya münasibətinizi bilmək istərdim... Fikirlərinizi bizimlə bölüşə bilərsiniz... 133.gif
Musab
De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq (sıxıntı vermək) istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz (bütlər, tanrılar) Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!” (Zümər 38)


Əbu Bəşir əl ənsari belə rəvayət etdi:”Rasulullah(sav) ilə bir yolşuluqda bərabəridim. Gördüyü hər heyvanın boynunda olan, gözmuncuğu, muncuq və bunun kimi nə taparsa, qoparması üçün bir elçi göndərdi. (Buxari Cihad: 139, Əbu Davud Cihad: 45, Əhməd Müsnəd: 5/216)

İbn Məsud (ra)dan Rasulullah (sav) belə buyurdu: “Ruk”a, təmaim və tevlə şirklərdəndir” (Əbu Davud Tibb: 17, İbn Macə Tibb: 39, Əhməd: 1/381, Hakim Müstədrək: 4/217, Elbani Ahadisussahihə: 331)

Ruk'a: Tilsimli söz və şəkillərlə xəstəlikləri müalicə etməyə çalışmaqdır. Göz dəyməsindən və zərərlərdən qorunmaq qayəsiylə, içində şirk olmayan dualar oxumaq və ya Qur 'an-i Kərim oxumaq isə caizdir və sünnətdir.

Təmaim: Nəzərdən qorunmaq üçün taxılan nəzərliklər və bənzəri muncuqlardır.

Tevlə: Her çeşid musqadır. Ər arvadın arasını düzəltmək üçün düzəldilən məhəbbət musqaları bu şirkin əhatəsinə girər.

Abdullah b. Akim (r.a.)'dan, Rasulullah (s.a.v.) belə buyurdu:
"Kim özünü zərərdən qoruması üçün bir şey taxarsa, Allah (c.c.) o kimsənin qorunmasını taxdığı şeyə buraxar." (Tirmizi Tibb: 34, Nəsai Tahrim: 19,ƏhmƏd: 4/211, 310-311, Elbani Daifu'l-Cami: 5714.)

Said b. Cubeyr (r.a.) deyir ki:
"Kim bir insanın üzərindəki, musqanı (nəzərlik və bənzərlərini) qoparıb atarsa kölə azad etmiş qədər savab qazanar." (Veki)
Əbu İmran, İbrahim b. Yezid ən-Nəha'i belə deyir:
"Sahabə, Qur'an ayətlərindən olsun və ya olmasın, musqa, nəzərlik kimi şeylərin heç birində xoşlanmayıb, bunları məkruh görərlərdi." (Veki)

Sonda:

Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar. (Allah təklikdə deyil, Ona qoşduqları şəriklər-bütlər və tanrılarla birlikdə ibadət edərlər). (Yusuf 106)

Allah"ın salamı Ona ortaq qoşmayanlara olsun...
@ZAUR_DERVISH@


Düzünü desəm bu barədə heç bir bilgim yox idi taki sənin bu mövzunu oxumayınca. Lazlniz onu deyə bilərəmki Mən sadəcə üzəlik yandırmanın əlehinə deyiləm. Amma digər şeylərə gəldikdə isə (at nalı qoyumbaşı, heyvan buynuzu və s.) mən bunları cəfəngiyyat kimi adlandırıram. Sadəcə bunların hamısını boş şeylər sayıram. Üzərliyə gəldikdə isə bunu vallah mən gözümü açandan bizim evdə əvvəllər nənəmgil, sonralar valideyinlərim yandırıblar. Düzünü desem hecç ağlıma belə gəlməzdiki bununla Allaha şərik cıxmaq olar.
leg-kamran
duanı bilmirəm göz muncuğuna inanmıram insanı ğöz muncuğu yox allaha sığınmaq və dua xilas edir
BAHAR_CICEYI
Göz dəymənin həqiqətən olmasına Quran və sünnə dəlalət edir. Uca Allah buyurur: "Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar çarəsizlikdən: “O, dəlidir!”– deyirlər" (əl-Qələm, 51). İbn Kəsir (Allah ona rəhmət eləsin) bu ayənin təfsirində buyurmuşdur: "Bu ayə dəlildir ki, göz dəymə və onun təsiri haqdır". Həmçinin göz dəymənin haqq olmasına dəlalət edən Uca Allahın bu ayələridir. "Mərhəmətli və Rəhmli Allahın adı ilə! De: “Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən cadugər qadınların şərindən və həsəd aparan zaman paxılın şərindən!” (əl-Fələq surəsi). Qətədə buyurmuşdur: "Yəni gözündən və nəfsinin şərrindən".
İbn Qeyyim (Allah ona rəhmət eləsin) buyurmuşdur: "Hər bir gözü dəyən həsəd edəndir. Həsəd göz dəymədən daha geniş məna kəsb etdiyi üçün həsəddən Allaha sığınmaq, göz dəymədəndə Allaha sığınmaq deməkdir".
Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Göz dəymə haqdır. Əgər qədəri nəisə ötəsi olsaydı bu qədər olardı" (Muslim). Digər bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Gözdən Allaha sığının. Həqiqətən göz dəymə haqdır" (İbn Məca və Hakim).
Göz dəymənin iki növü vardır. İnsanın və cinin gözü. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) cinlərin şərrindən sonra isə insanların gözündən Allaha sığınırdı. Fələq və Nas surələri nazil olduqdan sonra ancaq bunları etməyə başladı. (Tirmizi və İbn Məca).
İnsanın özündə belə xoşuna gələn bir şeyi olduqda gözünün dəyməyindən Allah sığınmalıdır. Uca Allah buyurur: "Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!”– deməli deyildinmi?".. (əl-Kəhf, 39).
Göz elə bir şeydir ki, insanlara ziyan vurmaqla yanaşı, ailələrin dağılmasına hətta həlaka belə aparır.
Kim ki göz dəymədən qurtulmaq istəyirsə Allah və rəsulunun bizə öyrətdiyi yollardan istifadə etməlidir. Gözdən qorunmaq üçün göz muncuğu, ip və s. kimi şeylər asmaq isə bidətdir. Hər bir bidətdə zəlalətə aparır. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü nə bu cür şeylər etmiş nə də ki, bunu bizə əmr etmişdir. Əksinə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizi bundan çəkindirərək buyurmuşdur: "Ovsun, tilsim və cadu şirkdir" (Əbu Davud və Əhməd). Tilsim göz dəymədən qorunmaq üçün uşaqlara, maşin və s. şeylərə asılan şeylərdir. Digər bir hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Kim boynundan nə assa, onunla baş-başa buraxılar" (Əhməd vəTirmizi). Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu hədisdə bəyan edir ki, kim gözdən qorunmaq üçün Allahın şəriətinin buyurduğu yollardan istifadə edərsə Allahda onu qoruyar. Yox əgər kim Allahın buyurduğu kimi yox, nəsə asmaqla sığınarsa onda Allah ona kömək olmur və onun sığındığı şeylə baş-başa buraxar. Uca Allah buyurur: "Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər" (ət-Talaq, 3). Başqa bir ayədə buyurur: "Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Allaha təvəkkül etməyək?" (İbrahim, 12).


Göz dəymiş kimsə ovsun etməklə gözü özündən götürə bilər. Ovsun, aşağıda zikr edilən üç şərtə əməl etdikdə şəriətə uyğun olur.
Birincisi: Şirk və asilik olmamalıdır. Allahdan qeyrisinə dua etməklə və s. kimi şeylər.
İkincisi: Ərəb dilində və mənası başa düşülən olmalıdır. Şeyxul İslam İbn Teymiyyə buyurmuşdur: "İslam alimləri mənası başa düşülməyən ovsunların oxunmasını qadağan etmişdir".
Üçüncüsü: Etiqad etməməlidir ki, ovsun özü təsir edən bir şeydir.
Gözü dəyən insan ola bilsin ki, saleh insan olsun özüdə istəmədən gözü dəysin. İnsanın gözü öz yaxınlarına hətta öz oğluna, hətta özünə belə dəyə bilər. Məhz ona görə kimin xoşuna gələn bir şey olduqda, Allahdan həmin şeyə bərəkət istəməli və göz dəyməməsi üçün zikrləri oxumalıdır. Necə ki, Səhl ibn Huneynə (Allah ondan razı olsun) Amir ibn Rabiənin gözü dəydikdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onu qınayaraq dedi: "Onun üçün bərəkət diləsəydin". Ona görə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: "Sizlərdən birinizin özündə, malında və ya qardaşında xoşuna gələn bir şey olduqda onun üçün bərəkət diləsin. Çünki göz dəymə haqdır" (Əbu Naim rəvayət etmişdir, Albani hədisin Həsən olduğunu buyurmuşdur).
Hər bir müsəlman göz dəymədən qorunmaq üçün şəriətin bizə göstərdiyi yollarla öz ehtiyatını tutmalıdır. Uca Allah bu barədə Yaqubu (Allahın ona salamı olsun) bizə misal çəkərək buyurur: "O dedi: “Ey oğullarım! Şəhərə bir qapıdan girməyin, ayrı-ayrı qapılardan girin. Allahın iradəsinə qarşı isə heç bir şeylə sizə fayda verə bilmərəm. Hökm yalnız Allahındır. Mən ancaq Ona təvəkkül edirəm. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər” (Yusuf, 67). Abdullah ibn Abbas (Allah ondan razı olsun) buyurmuşdur: "Onlar gözəl görkəmə mailk olduqları üçün Yaqub (Allahın ona salamı olsun) onlara göz dəyməsindən qorxdu". Baxın mömin bəndələr belədirlər. Səbəb götürdükdən sonra Allaha təvəkkül edərlər.
Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Həsən və Huseyini (Allah onlardan razı olsun) göz dəymədən qorumaq üçün bu duanı oxuyardı. "Hər bir şeytandan, zərərli həşaratdan və hər pis gözdən qorumaq üçün sizi Allahın tam kəlmələrini həvalə edirəm" (Buxari).
Göz dəymiş insan ovsun etməklə şəfa tapa bilər. Ən çox təsir edən ovsun isə Quran ayələri və sünnədə varid olmuş zikrlərlə olur. Həmçinin kimin gözü dəydiyini bildikdə həmin insanın dəstəmaz suyu, bal, zəm-zəm suyu, qara zirə yağını da şəfa kimi istifadə etmək olar.
PANDA55
GÖZDƏYMƏ VƏ ONDAN QORUNMA

Rəhimli və mərhəmətli Allahın adı ilə!
Həmd olsun Allaha, aləmlərin Rəbbinə. Salam və salavat olsun Peyğəmbəri Məhəmmədə, onun ailəsinə, səhabələrinə və ardıcıllarına. Şükr olsun Allaha ki, hər bir ümmətə doğru yol göstərən peyğəmbər göndərdi və şükr olsun Allaha ki, bizim ümmətin qisməti, Onun sevimlisi Məhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) oldu. Şükr olsun Allaha ki, O, Məhəmmədlə bizə doğru yol göstərən bir kitab (Qur’an) göndərdi. Ən xeyirli kəlam Allahın kəlamı və ən doğru yol peyğəmbərimiz Məhəmmədin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yoludur.
Allah sübhənəhu və təala öz peyğəmbərinə Qur’anı nazil etməklə, bizə doğru yol göstərdi. Həyatın hər hansı problemi – iqtisadi, tibbi, ədəb-ərkan, tarixi, geyim, məişətin digər sahələri və s. bu kimi məsələlər üçün Allahın kitabında və peyğəmbərin sünnəsində (dedikləri, etdikləri və görüb qadağan etmədiklərində) cavab vardır. Bu sahələrdə yaranmış problemlərə cavabı məhz Qur’an və Sünnədə axtarmalıyıq. Uzun müddət doğru dinimizdən ayrı düşməyimiz bizi doğru yoldan azdırmışdır. Qəlbimizdə Allaha, Kitabına, Peyğəmbərinə imanın olmasına baxmayaraq, cahillik (elmsizlik) davam edir. Çünki bu iman elmsiz olduğu üçün naqisdir və kortəbii xarakter daşıyır. Dindən çox xurafat və mövhumat hökm sürür. Insanların dini əqidəsində yaranmış boşluqdan fırıldaqçı xürafatçılar, mövhumatçılar məharətlə öz mənafeləri üçün istifadə etmiş və etməkdədir.
Mövhumatçıların, həmişə olduğu kimi, bu gün də geniş şəkildə fəaliyyət göstərdiyi sahələrdən biri də «GÖZDƏYMƏ»dir. Buna «bədnəzər» də deyilir.
EY MÜSƏLMAN QARDAŞIM, BIL KI, GÖZDƏYMƏ HAQDIR.
Bu, Qur’anda «əl-Fələq» və «ən-Nəs» surələri ilə və peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) aşağıdakı hədisləri ilə sübut olunur:
· Ibn Abbas (Allah ondan razı olsun!) peyğəmbərin belə buyurduğunu rəvayət edir: «Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi. (Buxari «Tibb kitabı» 36, «Libas kitabı» 86; Müslim, 2188; ət-Tirmizi, 2061; Əbu Davud, 3879; Ibn Macə, 3506, 3507 və b).
· Ənəs (Allah ondan razı olsun!) rəvayət edir ki: «Peyğəmbər əqrəb sancmasına, nəzərə, eqzemaya (səpməyə) qarşı (dua) oxumağa icazə verdi» (Müslim, 2196; ət-Tirmizi, 2056).
· Aişə (Allah ondan razı olsun!) peyğəmbərin belə buyurduğunu rəvayət edir: «Nəzəri dəyən adam dəstəmaz alsın, onun dəstəmaz aldığı su ilə, nəzər dəyən adam qüsl etsin» ( Əbu Davud 3880).
· Aişə (Allah ondan razı olsun!) rəvayət edir: «Peyğəmbər mənə (və ya birisinə), nəzər dəyməyə görə (dua) oxumağı əmr etdi» (əl-Buxari, 76/35; Müslim, 2195).


Əsma bint Ümeys (Allah ondan razı olsun!) rəvayət edir: «Ey Allahın rəsulu, Cəfər oğullarına nəzər dəydi. Onlara oxuya bilərəmmi?—deyə soruşdum. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!): «Bəli, ilahi qəzəvü-qədəri keçə biləcək bir şey olasaydı, əlbəttə, onu nəzər keçərdi»—buyurdu» (ət-Tirmizi, 2059; Ibn Macə, 3510; Əhməd, «Müsnəd» 6/438).
· Ibn Tavus (Allah ondan razı olsun!) peyğəmbərin belə dediyini rəvayət edir: «Nəzər dəyməsi haqdır. Əgər qədərlə yarışacaq bir şey olsaydı, əlbəttə , nəzər yarışardı. Biriniz dəstəmaz almaqla onu yox etsin» (Abd ər-Rəzzaq, «Müsənnəf» 19770; Müslim, 2188).
IKI CÜR NƏZƏR VARDIR: insan nəzəri və cin nəzəri.
· Ümmu Sələmə (Allah ondan razı olsun!) rəvayət edir: «Peyğəmbər Ümmu Sələmənin evində üzündə göz dəymədən sarılıq meydana gələn bir qız uşağı gördü və: «Ona oxuyun. Çünki onda nəzər dəyməsi var»—buyurdu» (əl-Buxari, 76/35; Müslim, 2197; əl-Hakim, 4/212 və b.).
· Cabir (Allah ondan razı olsun!) peyğəmbərin belə dediyini rəvayət edir: «Nəzər insanı qəbrə, dəvəni qazana salar» (Ibn Hibban, 2/107; əl-Əlbani və b.). Yə’ni nəzər dəyən adam ölər, onu qəbrə basdırarlar, nəzər dəyən dəvəni ölməmiş tez kəsərlər.
· Əbu Səid əl-Xudri (Allah ondan razı olsun!) rəvayət edir: «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) cinlərdən və insan gözündən Allaha sığınırdı» (ət-Tirmizi, 2059; ən-Nisai, 8/271; ibn Macə, 3511).
Bizdən hər birimiz başqalarını və özümüzü, başqalarının və özümüzün malını, uşaqlarını, bağ, heyvan, ev, avtomobil və s. əşyalarını özümüz də hiss etmədən gözə gətirə bilərik. Ona görə özümüzdə və başqalarında fərəhləndirici və təəccübləndirici belə şey görəndə, Allahdan onun bərəkətini istəməliyik. Bu zaman «təbarək Allah» demək lazımdır:
· Imam Malik (Allah ona rəhmət eləsin!) rəvayət edir: «Əmir bin Rabiə, Səhl bin Hüneyfi yuyunarkən görmüşdür və «Vallahi (Allaha and olsun), bu günkü kimi bir gün və belə gözəllikdə bir bədən görmədim» demişdir. Bu zaman Səhl bin Hüneyf böyrü üstə yıxıldı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Əmir bin Rabiaya acıqlandı və: «Biriniz qardaşınızı niyə öldürürsünüz? Ona bərəkət duası edəydin. Get onun üçün qüsl et—buyurdu. Əmir də onun üçün üzünü, əllərini, dirsəklərini, dizlərini, ayaq barmaqlarını və köynəyini bir qab içində yudu. Sonra Səhlin üzərinə tökdü və o, adamlarla birlikdə gəzməyə başladı» (Müvatta, 2/939; ibn Macə, 3509; «Müsnəd», 3/486 və b.).


GÖZDƏYMƏDƏN QORUNMA

Xürafatçı fırıldaqçılar belə hallarda dinə, şəriətə, o cümlədən elmə zidd yollarla insanları mövhumata çağırırlar. Insanlar nəzərdən qorunmaq üçün müxtəlif əşyalara (göz muncuğu, qara tikan, at nalı, üzərlik otu, buynuz, heyvan başları və s.) tapınırlar. Həmin əşyaları evlərində, avtomobillərində asır, uşaqların biləklərində, boyunlarında gəzdirirlər. Bə’ziləri də mollaların yazdığı mə’nasız sözlərdən (bə’zən heç söz deyil, əyri-üyrü xətlərdən) ibarət «DUA»ları gəzdirir, istifadə edir. Həmin yazılar hətta mə’nalı sözlər, Qur’an ayələri və ya peyğəmbərin dualarından ibarət olsa belə, bu, şəriətlə düzgün deyil. Çünki dua asılmaz, gəzdirilməz, dua edilər, oxunular. Necə ki, dərmanı gəzdirmək xəstəyə tə’sir etməz, eləcə də duanı gəzdirmək nəzərə tə’sir etməz. Ona görə də xəstə dərmanı qəbul etdiyi kimi, duanı da etməlidir ki, tə’siri olsun.
· Həzrəti Əlinin (Allah ondan razı olsun!) «Nəhcul Bəlağə» kitabından oxuyuruq: «Həzrəti peyğəmbər sehr, çöpçülük, quşların uçuşundan hökm çıxarmaq, kahinlik, ulduz falı, göz muncuğu taxmaq kimi batil inancları tamamilə qadağan etmişdir» («Nəhcul Bəlağə», Tehran, 1995, səh. 46).
· Üqbə bin Amir əl-Cühnidən (Allah ondan razı olsun!) rəvayət olunur: «Bir dəfə Allahın Elçisinin yanına on nəfər adam gəlir, o, doqquz nəfərin bey?ətini qəbul edir, bir nəfəri sonraya saxlayır. Adamlar deyirlər:—«Ey Allahın Rəsulu! Doqquz nəfərin bey?ətini qəbul edib, bunu niyə belə buraxdın?». O deyir: «Onda tilsim var. Sonra əli ilə onun boynundakı tilsimi (talismanı) qırır və bey?ətini qəbul edir.Sonra deyir: «Öz üstündə tilsim asan şirk etmiş olur» (Əhməd).
Bu hədislərdən mə?lum oldu ki, tilsim, dua, göz muncuğu və s. şeylərdən istifadə edərək bədnəzərdən qorunmaq haramdır. Belə ki, bunlar hamısı Allahdan qeyrisinə e?timad göstərmək, arxalanmaq, e?tiqad etmək, iltifat etmək, e?tibar etmək deməkdir ki, bu da Allaha şərik qoşmaqdır. Bu şərafətli Peyğəmbər hədisində deyildiyi kimi: «Öz üstündə tilsim gəzdirən adam Allaha şərik qoşmuş olur».
Gözdəymədən qorunmaq üçün müxtəlif əşyalara tapınanlar fikirləşmirlərmi ki, hər şey: övlad vermək, şəfa etmək, kömək olmaq, qorumaq, xeyir və zərər vermək yalnız Allaha məxsusdur. Elə isə Allah zərər vermək istəsə həmin əşyalar Allahın əmrinə qarşı çıxa bilərlərmi??? Onlar qüdrətlidir, yoxsa Allah??? Əlbəttə ki, Allah!!!




NƏZƏRIN MÜALICƏSININ QUR’AN VƏ SÜNNƏ ILƏ MÜXTƏLIF YOLLARI VAR.


· Səhl bin Hüneyfə (Allah ondan razı olsun!) rəvayət edir: «Bir dəfə selə düşdük. Içinə girib yaxalandıq. Sudan titrəyərək çıxdım. Bunu Rəsulullah bildi: «Əbu Səmitə (Səhlə) deyin (ən-Nas və əl-Fələq) oxuyaraq Allaha sığınsın». Dedim: «Ya Rəsulullah! Oxumaq yarayarmı? Buyurdu ki: «Oxumaq ancaq nəzər dəyməsi, həşəratın sancması və əqrəb sancması zamanı olur» (Əbu Davud, 3888; «Müsnəd», 3/486; əl-Hakim, 4/313, 3/408, 409).
· «Allaha sığınmanın və oxumanın bir qismi «əl-Fələq» və «ən-Nas» surələrini, «əl-Fatihə»ni və Ayətul Kürsi?ni (Kürsü ayəsi, əl-Bəqərə, 255) çox oxumaqdır» (əl-Buxari, 76/39, 32, 33).
Peyğəmbərin etdiyi Allaha sığınma duaları da, «Oxumağa» daxildir. Bunlardan bə’zilərini göstərək.
· «ƏUZU BIKƏLIMƏTILLƏHI ƏT-TƏMMƏTI MIN ŞƏRRI MƏ XƏLƏQ» (yaratdıqlarının şərindən Allahın tam kəlmələrinə sığınıram) (əl-Buxari, 6/293; ət-Tirmizi, 2061; Əbu Davud, 4737; Müsnəd, 3/419, 448, 6/377, 409).
· «ƏUZU BIKƏLIMƏTILLƏHI ƏT-TƏMMƏTI MIN KULLI ŞEYTANIN VA HAMMƏH VƏ MIN KULLI ƏYNIN LAMMƏH» (Bütün şeytan və həşəratlardan, bütün bəd nəzərlərdən Allahın tam kəlmələrinə sığınıram) (əl-Buxari, 4-cü cild səh. 79; Ibn Macə 3525).
Əgər bir kəs başqasına gözünün dəyməsinə görə qorxursa, gözünün bu şərini «ALLAHUMMƏ BARIK ALEYHI» (Allahım, ona bərəkət olsun) deməklə dəf etsin. Həmçinin fərəhləndirici və təəccübləndirici bir şey gördükdə, «MAŞAALLAH, LƏ QUVVƏTƏ ILLƏ BILLƏH» (Allah istədi, Allahdan başqa qüvvət yoxdur) demək də gözdəymənin qarşısını alır.


Allah sübhanəhu-təalə Peyğəmbərə yaratdıqlarının (insanların, cinlərin, heyvanların və s.) şərindən, qaranlığın şərindən, ovsunçu cadugər qadınların şərindən və paxılın həsədindən (bəd nəzərdən), cin və insanların şərindən, şeytanın şərindən qorunmaq üçün «əl-Fələq» və «ən-Nas» surələrini nazil etdi:
«əl-Fələq» surəsi:
«QUL ƏUZU BIRƏBBIL FƏLƏQ, MIN ŞƏRRI MƏ XƏLƏQ, VƏ MIN ŞƏRRI ĞASIQIN IZA VAQAB, VƏ MIN ŞƏRRIN-NƏFFƏSƏTI FIL-UQƏD, VƏ MIN ŞƏRRI HƏSIDIN IZƏ HƏSƏD» (Ya Peyğəmbər!) De ki: «Pənah aparıram sübhün Rəbbinə, Yaratdıqlarının (insanların, cinlərin, heyvanların) ərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, (ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib, iplərə düyün vuran) qadınların şərindən, və bir də paxılın həsədindən».
«ən-Nas» surəsi:
«QUL ƏUZU BIRƏBBIN NAS, MƏLIKIN NAS, ILƏHIN NAS, MIN ŞƏRRIL VASVƏSIL XƏNNAS, ƏLLƏZI YÜVƏSVISU FI SUDURIN NAS, MIN ƏL-CINNƏTI VAN NAS». (Ya Məhəmməd!) de ki: «Pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların tanrısına, vəsvəsə verən (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən şeytanın şərindən, — o şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, o şeytan ki, cinlərdən də olur, insanlardan da.
Insan xəstələndikdə həkimə müraciət etməli, onun göstərişi ilə müalicə olunmalıdır. Əgər xəstəlik cismani deyil, nəfsi xəstəlik (göz dəymə, cadu, sehr və s.) olarsa, peyğəmbərin etdiyi kimi, müxtəlif duaları etmək lazımdır. Gözdəyməsi və onun müalicəsi ilə maraqlanan oxucularımız əl-Buxarinin «Səhih» kitabının «Kitabul-Tibb» (Tibb kitabı) bölməsindən, ibn əl-Qeyyim əl-Cövziyyənin «Zadul Mead» kitabının «Tibbun Nəbəvi» (Peyğəmbərin tibbi) bölməsindən və başqa hədis kitablarının tibb bölmələrindən geniş mə’lumat ala bilərlər.
BAHAR_CICEYI
Bir gün Allah Rəsulunun (صلى الله عليه وعلى آله وسلم) yanına on nəfərlik bir heyət biət üçün gəlmişdi. Allah Rəsulu doqquzundan biət almış onuncuya gəldikdə əlini onun əlindən çəkmişdi. Səbəbi soruşulduğu zaman Rəsulullah onun əlində göz nəzərlik (göz muncuğu) gördüyünü bildirmişdi. Bundan sonra o şəxs nəzərliyi qırıb parçalamış, Allah Rəsulu da ondan biət almışdı. Bundan sonra Allah Rəsulu (صلى الله عليه وعلى آله وسلم)

“Kim üzərində nəzərlik gəzdirərsə şirk qoşmuş olar.” – deyə buyurmuşdu.

Başqa bir hədisi şərifində Rəsulullah (صلى الله عليه وعلى آله وسلم) belə buyurmuşdur:

"Uğursuzluq çıxarmaq şirkdir, uğursuzluq çıxarmaq şirkdir, uğursuzluq çıxarmaq şirkdir. (İxtiyarı olmadan ürəyinə uğursuzluq vəhmi gəlib içində bəzi şeylərə qarşı nifrət duyan) xaric bizdən kimsədə bu yoxdur. Lakin Allah onu təvəkküllə aradan qaldırar."
sdhq-a
Sitat(BAHAR_CICEYI @ 30.08.2009, 21:43) *

istərsə də sümük, buynuz, nal, üzərlik, daş, medalyon və s. olsun, eyni hökmə malikdir.).

Demiwdim axi Qalowu da bu siyahiya elave et))))))))
BAHAR_CICEYI
Sitat(sdhq-a @ 18.09.2011, 1:42) *

Demiwdim axi Qalowu da bu siyahiya elave et))))))))


Aha, qaloş 122.gif ))) Yoooo, unutmamışam )))))))) Onu da siz əlavə edin... siz məndən yaxşı bilərsiz 122.gif )))))
sdhq-a
Sitat(BAHAR_CICEYI @ 18.09.2011, 2:47) *
Aha, qaloş 122.gif ))) Yoooo, unutmamışam )))))))) Onu da siz əlavə edin... siz məndən yaxşı bilərsiz 122.gif )))))

Inanmirsinize gozlerimle gormuwem)))
talaba
Cır-cındır asmaq,muncuqlar bağlamaqdansa Allaha sığınmaq lazımdır.Zikr etmək lazımdır.Gözdəymə haqdır., Quranda əl-Fələq və ən-Nəs surələri ilə və peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) aşağıdakı hədisləri ilə sübut olunur:
Ibn Abbas (Allah ondan razı olsun!) peyğəmbərin belə buyurduğunu rəvayət edir: Gözdəymə haqdır. Əgər qədərin (alın yazısının) qabağını ala bilən bir şey olsaydı, gözdəymə onu keçərdi. (Buxari Tibb kitabı 36, Libas kitabı 86; Müslim, 2188; ət-Tirmizi, 2061; Əbu Davud, 3879; Ibn Macə, 3506, 3507 və b).
Ənəs (Allah ondan razı olsun!) rəvayət edir ki: Peyğəmbər əqrəb sancmasına, nəzərə, eqzemaya (səpməyə) qarşı (dua) oxumağa icazə verdi (Müslim, 2196; ət-Tirmizi, 2056).
Aişə (Allah ondan razı olsun!) peyğəmbərin belə buyurduğunu rəvayət edir: Nəzəri dəyən adam dəstəmaz alsın, onun dəstəmaz aldığı su ilə, nəzər dəyən adam qüsl etsin ( Əbu Davud 3880).
Aişə (Allah ondan razı olsun!) rəvayət edir: Peyğəmbər mənə (və ya birisinə), nəzər dəyməyə görə (dua) oxumağı əmr etdi (əl-Buxari, 76/35; Müslim, 2195).
Əsma bint Ümeys (Allah ondan razı olsun!) rəvayət edir: Ey Allahın rəsulu, Cəfər oğullarına nəzər dəydi. Onlara oxuya bilərəmmideyə soruşdum. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!): Bəli, ilahi qəzəvü-qədəri keçə biləcək bir şey olasaydı, əlbəttə, onu nəzər keçərdibuyurdu (ət-Tirmizi, 2059; Ibn Macə, 3510; Əhməd, Müsnəd 6/438).
Ibn Tavus (Allah ondan razı olsun!) peyğəmbərin belə dediyini rəvayət edir: Nəzər dəyməsi haqdır. Əgər qədərlə yarışacaq bir şey olsaydı, əlbəttə , nəzər yarışardı. Biriniz dəstəmaz almaqla onu yox etsin (Abd ər-Rəzzaq, Müsənnəf 19770; Müslim, 2188).
IKI CÜR NƏZƏR VARDIR: insan nəzəri və cin nəzəri.
Ümmu Sələmə (Allah ondan razı olsun!) rəvayət edir: Peyğəmbər Ümmu Sələmənin evində üzündə göz dəymədən sarılıq meydana gələn bir qız uşağı gördü və: Ona oxuyun. Çünki onda nəzər dəyməsi varbuyurdu (əl-Buxari, 76/35; Müslim, 2197; əl-Hakim, 4/212 və b.).
Cabir (Allah ondan razı olsun!) peyğəmbərin belə dediyini rəvayət edir: Nəzər insanı qəbrə, dəvəni qazana salar (Ibn Hibban, 2/107; əl-Əlbani və b.). Yəni nəzər dəyən adam ölər, onu qəbrə basdırarlar, nəzər dəyən dəvəni ölməmiş tez kəsərlər.
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun!) rəvayət edir: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) cinlərdən və insan gözündən Allaha sığınırdı (ət-Tirmizi, 2059; ən-Nisai, 8/271; ibn Macə, 3511).
Bizdən hər birimiz başqalarını və özümüzü, başqalarının və özümüzün malını, uşaqlarını, bağ, heyvan, ev, avtomobil və s. əşyalarını özümüz də hiss etmədən gözə gətirə bilərik. Ona görə özümüzdə və başqalarında fərəhləndirici və təəccübləndirici belə şey görəndə, Allahdan onun bərəkətini istəməliyik. Bu zaman təbarək Allah demək lazımdır:
Imam Malik (Allah ona rəhmət eləsin!) rəvayət edir: Əmir bin Rabiə, Səhl bin Hüneyfi yuyunarkən görmüşdür və Vallahi (Allaha and olsun), bu günkü kimi bir gün və belə gözəllikdə bir bədən görmədim demişdir. Bu zaman Səhl bin Hüneyf böyrü üstə yıxıldı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Əmir bin Rabiaya acıqlandı və: Biriniz qardaşınızı niyə öldürürsünüz Ona bərəkət duası edəydin. Get onun üçün qüsl etbuyurdu. Əmir də onun üçün üzünü, əllərini, dirsəklərini, dizlərini, ayaq barmaqlarını və köynəyini bir qab içində yudu. Sonra Səhlin üzərinə tökdü və o, adamlarla birlikdə gəzməyə başladı (Müvatta, 2/939; ibn Macə, 3509; Müsnəd, 3/486 və b.).
BAHAR_CICEYI
Üqbə bin Amir əl-Cühnidən (Allah ondan razı olsun!) rəvayət olunur: «Bir dəfə Allahın Elçisinin yanına on nəfər adam gəlir, o, doqquz nəfərin bey?ətini qəbul edir, bir nəfəri sonraya saxlayır. Adamlar deyirlər:—«Ey Allahın Rəsulu! Doqquz nəfərin bey?ətini qəbul edib, bunu niyə belə buraxdın?». O deyir: «Onda tilsim var. Sonra əli ilə onun boynundakı tilsimi (talismanı) qırır və bey?ətini qəbul edir.Sonra deyir: «Öz üstündə tilsim asan şirk etmiş olur» (Əhməd).

Bu hədisdən də məlum olur ki, tilsim, dua, göz muncuğu və s. şeylərdən istifadə edərək bədnəzərdən qorunmaq haramdır. Belə ki, bunlar hamısı Allahdan qeyrisinə etimad göstərmək, arxalanmaq, etiqad etmək, iltifat etmək, etibar etmək deməkdir ki, bu da Allaha şərik qoşmaqdır. Bu şərafətli Peyğəmbər hədisində deyildiyi kimi: "Öz üstündə tilsim gəzdirən adam Allaha şərik qoşmuş olur".
Bu səhifənin tam versiyasına baxmaq üçün, linkdən keçin.
Русская версия IP.Board © 2001-2014 IPS, Inc.