Kömək - Axtar - İstifadəçilər - Kalendar
Bu səhifənin tam versiyası: Unudulmaz şəxsiyyətlərimiz haqqında
www.big.az Forum > Azərbaycan > Ədəbiyyat
3_Rengli_HeyaT

B.Pünhanın həyatının xronologiyası

Zəmanimizin satirik şairi Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində dünyaya göz açıb.1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu il 8-ci sinifi bitirib. Həmin il Bakı Rabitə texnukumuna daxil olub. 1967-ci il iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik vəzifəsində işləməyə başlayıb. 1968-ci il hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdan kimi metroda işini davam etdirib.Metroda işlədiyi ilk vaxtlarda “Metro” qəzetində kiçik həcimli şerləri və qəzəlləri çap olunub. 25-il müddətində həmin yerdə işləyib.

1972-ci ildə evləntb. Bir oğlan, bir qız övladı var. Hamı onu Baba çağırsa da dünyaya gələn iki nəvəsi üçün həqiqi mənada baba olub.

Baba Pünhan ilk qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şer məhəbbəti ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübarizəkar qəzəlləriylə üsyan edir. 2 il müddətində “Zarafat” qəzetində çalışıb. Sonralar “Tək səbr”, “525”, “İmpuls”, “Oxu məni”, “Yeddi gün”, “Azadlıq”, “Şəhriyar”, “Bakı Xəbər”, “Etimad”, “Qətiyyət”, “Politika”, “Olaylar”, “Bakının səsi”, “Dünya”, “Müsavat”, “Qoroskop”, “Dəryaz”, “Arı”, “Ekspress”, “Vəhdət”, “Nəbz” və “Ədalət” qəzetində “Danabaş kəndinin Bakı filialı” rublikası başlığı altında çap olunub.

1998-ci il “21-ci gənclik dərgisi”, 1999-cu il “Azərbaycan jurnalı”, 2004-cü il aprel ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və “İRS-наследие” Beynəlxalq Azərğaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun qəzəlləri də özünə məxsus yer tutaraq çap olunub.

1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş “Füzuli məclisi”nə dəvət olunub.

1996-cı il “Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi “Paklıq” mükafatına layiq görülüb. 1997-ci il fevral ayında “Məşhəd” ziyarətinə gedib.

1998-ci il noyabr ayının 5-də “Vahid evi”ndə onun “50” illik yubileyi keçirilib. Həmin il Azərbaycan televiziya “ANS” kanalının “Qulp” verlişinə dəvət alıb. Bu verilişdə “Lirika” rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.

3 noyabr 2000-ci ildə B.Pünhanın “Acı həqiqət” kitabı ilk dəfə işıq üzü görüb.

2000-ci ildə “Az. Jurnalı ” tərəfindən “Hikmət Ziya” adına mükafat alıb. 2000-ci il sentyabr ayında “Yalan çeynəyə- çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub. Və 2000-ci il Həcc ziyarətinə gedib. Gələndən sonra “Mərkəzi Kliniki xəstəxana”sında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb. (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub.)

2002-ci ilin avqust ayında şairin “Mən nə dedim ki...” kitabı oxuculara təqdim olunub. 2004-cü il “Kim nə götürdü” adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də “Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən “kiçik əməliyyat” aparılıb. 7 apreldə evə gəlib. 8 Aprel səhər tezdən halı pisləşib “koma” vəziyyətinə düşüb. 9-gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si Baba Pünhanın ürəyi süni nəfəsdən imtina edib.

Həmin gün ömrü tamamlanıb.

Komada ikən sonuncu kitabı çapdan çıxıb. Öz səsi və nəfəsiylə dediyi 17 qəzəl və bir sərbəst şerin yazıldığı disk ölümündən sonra hazır olub.

Onun kitablarında çap olunan qəzəllər 278, müxtəlif şerlər 7, felyutonlardan 10-u, 7 bəhri-təvimindən 3-ü və kiçik lətifələri oxucuların nəzərinə çatdırılıb.

Məzarı “Kürdəxanı” kəndində, məhəbbəti onu sevənlərin qəlbindədir. Xalq ona “Azərbaycanın haqq şairi” adını verib.

Bu adı Baba Pünhan bütün vücudunun vəqhi, ruhunun həqiqətilə yazıb yaratdığı qəzəlləri və sağlamlığını itirmək bahasına qazanıb.

Ölməz, həmişəyaşar şairimiz haqqında sizi məlumatlandırmağı özümüzə borc bilirik.



Hüsnü Yaqut Seyidəli qızı.
8.04.2006


Babaların ən Pünhanı


Baba Pünhan "Günəbaxan" adamdır. Adam var ayağa baxır, adam var ələ baxır, adam da var başa... Bu kişi günə baxır. Və baxdığını görür... Bu dünyada baxdığını görməkdən pis heç nə yoxdur. Bunu mən bilirəm...

Baba Pünhan şairdir, şer yazan deyil. Onun yazdıqlarında ağrı var, onun yazıları ağrayır.

Baba Pünhanın səsi də var, amma o oxumur, səsini ucaldır ki, hamı o deyənləri eşidib, özü üçün bir nəticə çıxarsın. Onu heç kim eşitmir...

Baba Pünhanın ürəyinə bıçaq dəyib. İndi də, əvvəl də onun ürəyi yaralı idi. Onun ürəyində hər şey var. Şırım da "şram" da. Mənə elə gəlir ki, bir gün Babanın ürəyindəki şırımda gül bitəcək... Və bu gülün qoxusu düzü-dünyanı tutacaq. Hamı deyəcək ki, "buna baxın"", ""buna baxın" Babanın ürəyi çiçəklədi... Nə yaxşı olar...

Amma hələ ki, hər zad pisdir. Və bu pisi görən Baba Pünhanın sirri aşkardır. Baba sirri gizlədib, pünhanı aşkar edəndir. Məqamı aşkar olub, gözə görünməyən, əməli sözündən kasıb indikilərin arasında bilirsiniz nə çətindir, pünhan olanı aşkar eləmək?

Əsil söz "aysberq" kimidir. Dibi özündən çox dərindədir. Baba sözü əyilib dibdən çıxarır. Ona görə də onun sözü təzə-tər, soyuq və şirindir. Bu sözü qaba töküb içmək də olar, biri-birinə hədiyyə eləmək də...

Bizim Baba sözü, daş oynadan daşını oynadan kimi oynadır. Bizim Baba sözdən çəpər hörür. Onun söz evi möhkəmdir, gözəldir. Şəxsən mən bu evdə böyük arxayınlıqla yaşayardım. Amma Baba Pünhanın söz evi yaşamaq üçün deyil, əksinə yaşamamaq üçündür. Çünki Baba irfanı, dərgahı və təcəllanı qoyub, Sabirdən gələn təəssüflə ilk öncə xalqını və insanını düşünür...

Amma Baba Pünhan insandan yazsa da sosial deyil. İronik də deyil. O, gülüşün ağlayan yerindən, ağlayanın gülən yerindən gələn bəndədir. Şer taxtında oturub, bəndeyi-bəndaləri suçlayan xandır. Onun səltənətində pis heç nə yoxdur. Çünki bu xanlığın sözü ədalətlidir. Şairin hökmdardan üstünlüyü də elə budur. Onun yaratdığı dünyaya heç bir hökmdar girə bilməz, buna bu hökmdarın ədaləti çatmaz.

Babanın şerlərində xilas anı "axır zaman imamla", bu günün xilası öz mənliyimizlə səciyyələnir.

Baba Azərbaycanın özünü və biz qəribə "Azərbaycanlıları" çox sevir. O bu düzümü yazanı da, pozanı da görür.

Babadan yaxşı "qarovulçu" çıxardı. Onun sevmədiyi bircə mərəz var. Qeyri səmimilik və yalan.

Baba Pünhan silahdır, atır. Bir gün işdir-şayət, kim isə onunla oynamaq istəsə, atar, yəni açıla bilər.

Azərbaycan Baba Pünhanındır. Çünki Baba Pünhan Azərbaycanındır.

Şer onun mənəvi dəstəmazıdır. Onun adı həm həcidir, həm Babadır. Amma bütün bu adlar hələ tam Baba Pünhan deyil. Çünki ad hələ insanın özü deyil. Adı əməl ad eləyir.

Baba iş adamıdır. Onun işi şer yazmaqdır. O bu şeri yazır. Bizim işimiz isə bu şeri qanmaqdır... Görəsən biz bu şerləri qana bilirikmi?
3_Rengli_HeyaT



Cəfər Qafar oğlu Cabbarlı (20 Mart, 1899, Xızı-31 Dekabr, 1934, Bakı). Azərbaycan dramaturqu, şairi və nasiri. aktyor, ssenari müəllifi, rejissor.

"Cabbarlı öz yaradıcılığında Azərbaycan klassik dramaturgiyasının ən gözəl cəhətlərini davam etdirməklə bərabər dünya dramaturgiyasının da nailiyyətlərindən faydalanıb.İbsen kimi aktual, qəti və cəsarətli, Şiller kimi üsyankar, Şekspir kimi əngin və rəngarəng, Qorki kimi ideyalı olmağa çalışan, öyrənən, arayan Cabbarlı Azərbaycan dramaturgiyasında sosial realizmin əsasını qoydu."

Həyatı
İlk Təhsil İlləri
Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Cəfər Cabbarlının adı görkəmli klassiklərimizlə bir sırada çəkilir.

XX əsrin ikinci onilliyində yaradıcılığa başlayan Cəfər Cabbarlı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm şer, həm dram, həm də nəsr növlərindən bacarıqla istifadə etmiş, istedadını sınamışdır.

XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist Cəfər Qafar oğlu Cabbarlı 1899-ci il martın 20-də Bakının 110 km-də yerləşən Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olmuşdur. Cəfərin ailəsi 1903-cü ildə Bakıya köçərək şəhərin "Dağlı Məhəlləsi" adlanan yuxarı hissəsində yaşamışdır. Cəfərin atası təxminən 1901-1902-ci illərdə ürək xəstəliyindən vəfat etmişdir. Yazıçının anası Şahbikə xanım namuslu və çalışqan bir qadın idi. Onun dörd oğlu var idi. Kiçiyi Cəfər idi. Əri vəfat etdikdən sonra ailənin bütün ağırlığı onun üzərinə düşmüşdü.

Şahbikə heç olmasa kiçik oğlunu təhsildən məhrum etməmək üçün Cəfəri əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir az sonra isə Molla Qədirin yanında Quran oxumağa qoyur. Bu vaxtlar 6-7 yaşında olan Cəfər anasının bişirdiyi çörəkləri alverçilərin dükanına daşımaqla ailəsinə kömək edir. Mollaxananın ona bir şey verməyəcəyini başa düşən Cəfər başqa şəhər uşaqları ilə birlikdə 1905-ci ildə "Stariy Poçtovı-25"də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci Müsəlmani və rusi" məktəbinin birinci sinfinə daxil olmuşdur. Cəfərin ilk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci Müsəlmani və Rusi" məktəbini bitirib bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına 3-cü Ali-ibtidai məktəbdə oxuyur. 1915-ci il aprelin 2-də məktəbi bitirən gənc Cabbarlı sənədlərini Bakı Politexnik məktəbinin elektro-mexanika şöbəsinə vermişdir.

Hələ ibtidai məktəbdə oxuduğu zaman Abdulla Şaiq və Süleyman Sani Axundov kimi yazıçı və müəllimlərin təsiri ilə Cabbarlıda ədəbiyyata həvəs daha da qüvvətlənir və o, Azərbaycan və rus şairlərini mütaliə etməklə bərabər özü də yazmağa başlayır.

Cəfərin əlyazmaları içərisində hələ tamamilə bitməmiş, məktəbli xətti ilə yazılmış bir neçə şer, hekayə, opera mətni və hətta roman da vardır. Bəzi tədqiqatçılar Cabbarlının 1913-cü ildən öz yazıları ilə qəzet idarələrinə gəldiyini göstərirlər. 1990-cı ilin əvvəllərinə qədər belə həsab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində çap olunmuş Bahar şeridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmlinin axtarışlarından məlum oldu ki, C. Cabbarlının ilk lirik və satirik şerlərinin tarixini 1915-ci ilin aprel və iyun aylarında çap edilmiş "Bahar" və "Əl Götür" şerlərindən deyil, "Həqiqəti-Əfkar" qəzetinin 5 Noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş "Eşidənlərə" və "Şücaətim" şerlərindən başlamaq lazımdır.

1915-ci ildə Bakı Politexnik məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat almışdır.

Cəfər Cabbarlı 1920-ci ildə Bakı Politexnik Məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin tibb fakültəsinə daxil olmuşdur. O, burada oxumuş, lakin bu sənət onu maraqlandırmadığından ərizə yazıb həmin fakültədən çıxmışdır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.

Cabbarlı ədəbiyyata yüngül bir həvəslə gəlməmişdi. Onu ədəbiyyata çəkən qüvvə ictimai həyatda fəal iştirak etmək ehtiyacı idi. O, hətta ilk əsərlərində də böyük maarifçi-yazıçılarımızın, realistlərimizin yolu ilə getməyə çalışaraq, hər əsərində ictimai bir fikir ifadə edirdi, onun hər əsəri müəyyən daxili həyəcanın, düşüncənin nəticəsi kimi meydana çıxırdı.

1915-1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövrdür. O, bir-birinin ardınca "Vəfalı Səriyyə yaxud Göz Yaşı içində Gülüş", "Solğun Çiçəklər", "Nəsrəddin Şah", "Trablis Müharibəsi və ya Ulduz", "Ədirnə Fəthi", "Bakı Müharibəsi", "Aydın" kimi Azərbaycan səhnəsini düşündürən əsərlər yazmış, lirik və satirik şerlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir




Yaradıcılığının İlk Dövrü
Lirik və satirik şerləri. Hekayələri və ilk dram əsərləri.

Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934 -cü illər arasındakı iyirmiillik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur.

Azərbaycan demokratik-realist klassik ədəbiyyatına, zəngin xalq yaradıcılığına əsaslanan Cabbarlı, başlıca olaraq, Mirzə Fətəli Axundov realizmindən qidalanırdı. Mirzə Fətəli Axundovun maarifçi-demokratik fikirlərini, həyatla dərindən bağlı olan realizmini Cabbarlı ümumiyyətlə Azərbaycan ədəbiyyatı üçün, xüsusən özü üçün ən düzgün bir yaradıcılıq yolu hesab edirdi.

Cabbarlının əsaslandığı realizm xalq həyatı ilə, Azərbaycan zəhmətkeşlərinin azad və gözəl həyat haqqındakı arzuları ilə, xalqın irəliyə, işığa və sədaqətə doğru coşqun meylləri ilə bağlı idi.

Qeyd edildiyi kimi, Cabbarlı ədəbiyyata şerlə gəlmişdi və ilk mətbu şerləri 1911-ci ildə "Həqiqəti-Əfkar" qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində yazıçının "Bahar" adlı şeri nəşr olunmuşdu. "Məktəb" jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. Deməli, C.Cabbarlının yaradıcılığa başlamasında "Məktəb" jurnalının da müəyyən rolu olmuşdur.

1915-ci ildə "Qurtuluş" jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının "Qürub Çağı Bir Yetim" şeri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin "Hophopnamə" və "Qurtuluş" jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı.

Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, birincilərin ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini "Boranlı Qış Gecəsi" ("Qurtuluş" jurnalı, 1915), "Bayram Saxlayanlara", "Dilənçi" ("Bəsirət" qəzeti, 1917, 8 İyul) və "Novruz Bayramına Hazırlaşan Müsəlmana Töhfə" ("Bəsirət" qəzeti, 1917, 25 Fevral) kimi şerlərində əks etdirmişdir.

Cabbarlı yaradıcılığının ilk dövründə mühüm yer tutan satira ədibin bir realist, bir demokrat kimi yetişməsində mühüm rol oynamışdır. Onun ilk satirik şerlərində həm mövzu, həm də forma cəhətdən Sabir ruhu duyulmaqdadır. XX əsrin əvvəllərində Azərbaycanda yetişən realist satirik şairlərin hamısı bu və ya başqa şəkildə Sabir satirasının qüvvətli təsirini hiss etmişlər. Gənc Cabbarlı da ilk satirik şerlərini bu böyük satirikin təsiri altında yazmışdır.

Sabirdən öyrənmək, onun demokratik fikirlərindən mütəəssir olmaq, satirik üsullarından istifadə etmək Cabbarlının müsbət cəhətidir. Sabir yaradıcılığı onun üçün ilk realizm məktəbi, vətəndaş poeziyası məktəbi, cəmiyyətə, xalqa xidmət məktəbi idi.

Cabbarlı öz satirik şerlərini sadə, aydın yazmağa, fikrini real və canlı ifadə etməyə çalışarkən çox vaxt Sabirə müraciət edir və ondan bacarıqla istifadə etməyə müvəffəq olur. Aşağıdakı parçalar buna ən yaxşı misal ola bilər:

Qızıma

Fikrini vermə nə elmə, nə də ürfanə, qızım!
Çoxdur elmin zərəri din ilə imanə, qızım!
Oxuyub elmi, evin eyləmə viranə, qızım!
Yoxdur elmin səməri qövmi-müsəlmanə, qızım!
Dərsü məktəb sözün, ol lal, gətirmə dilinə;
Qələmi xarici məzhəb kimi alma əlinə.
Vurma ləkə daha, allahı sevərsən, elinə.
Elm bir şeymi, verə mənfəət insanə, qızım?
Nə rəvadır salasan möhnətə qəmsiz başını,
Edəsən xalqın arasında xəcil qardaşını;
Get bişir evdə, bala, düşbərəni, bozbaşını,
Verginən meylini xingalə, fisincanə, qızım!
"Qızıma" adlı satirasında ("Babayi-Əmir", 1915,№19) qızlarını cəhalətdə saxlayan köhnə fikirli atalar tənqid edilmişlər. Maraqlıdır ki, Cəfər Cabbarlının "Qızıma" satirası Oksford Universiteti tərəfindən çap olunmuş dərsliyə daxil edilmişdir.

Zahirən yüngül və bir qədər də "məzəli" görünən bu satirik şerlərdə Cabbarlının qəzəbli səsi aydınca eşidilirdi. Onun ilk satirik şerlərində qadın azadlığı mövzusuna xüsusi yer verilmişdir.

"Hürriyyəti-Nisvançılara Protesto", "Arvadlar Deyirlər", "Kişilər Deyirlər", "Qızlardan Kişilərə Protesto" və başqa şerlərində şair vaxtilə moda halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

Cəfər Cabbarlının pyes və hekayələrində olduğu kimi, satirik şerlərində də kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tutur. Yazıçı satirik şerlərində pis kişinin qadına, naxələf övladın anaya və eləcə də feodal-burjua cəmiyyətin qadına mənfi münasibətlərini tənqid edərək, onları öz hüquqlarını müdafiə etməyə çağırır.

İlk şer, hekayə və dramlarını Cabbarlı eyni ildə, 1915-1916-cı illərdə yazmışdır. İlk hekayələrindən olan "Aslan və Fərhad"ın üzərində 15 İyul 1916-cı il tarixi vardır. "Mənsur və Sitarə" hekayəsinin əlyazma nüsxəsi və həmçinin "Sitarə" adlı operanın əlyazma nüsxəsində tarix yoxdur. Lakin əlyazmaların xəttindən, əsərlərin üslubundan asanlıqla təyin etmək olar ki, bunlar da 1915-ci ilin axırlarında və ya 1916-cı ilin ortalarında yazılmışdır.

Cabbarlının ilk satirik və lirik şerləri ilə bir zamanda yazılan bu əsərlərin mövzusu da, demək olar ki, bir-birinə çox yaxındır. Müəllif bu əsərlərində də cəmiyyətdəki ədalətsizlikdən bəhs edir. Gördüyü zülmə və haqsızlıqlara soyuqqanlı baxa bilməyən gənc yazıçı öz həyəcanını, qəzəb və nifrətini ifadə etməyə çalışır.

C.Cabbarlı yaradıcılığa şerlə başlasa da, ən gözəl əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycanın görkəmli dramaturqu və teatr xadimi kimi tanınmışdır.

Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.

C.Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan "Vəfalı Səriyyə yaxud Göz Yaşı içində Gülüş" əsərinin üzərindəki qeydə görə əsər 30 Dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. Bu əsərdə dramaturq burjua-mülkədar cəmiyyətində hökm sürən nadanlığın, cəhalətin və avamlığın bir-birini təmiz məhəbbətlə sevən gənclərin həyatlarına böyük maneə olduğunu göstərmişdir.

"Vəfalı Səriyyə yaxud Göz Yaşı içində Gülüş" əsərindən sonra yazıçı "Solğun Çiçəklər" əsərini yazmışdır. Əsər 1915-ci ildə yazılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmişdir. Yazıçı "Solğun Çiçəklər"də yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa etmişdir. Əsər ilk dəfə İsmailiyyədə (indiki EA-nın rəyasət heyətinin binası) 1916-cı ildə oynanılmışdır.

Ailə-məişət mövzusuna həsr olunmuş pyes Cabbarlının qüvvətli dramaturq istedadına malik olduğunu göstərir. Cəfər Cəfərov "Solğun Çiçəklər" və "Vəfalı Səriyyə" pyesləri haqqında yazır: "Klassik Azərbaycan dramaturgiyasının ən yaxşı ənənələrinə sadiq qalan Cabbarlı eyni zamanda özünəməxsus bir səpgisi, orijinal xüsusiyyəti olan, ədəbiyyata yeni mövzular, obrazlar və ideyalar gətirən bir ədib kimi meydana çıxır.

Bu pyeslərin ən qiymətli cəhəti mənfəət düşgünlərinin qəddar, qaba və nadan adamlar olduğunu ifşa etməsidir".

Əsərdə Cabbarlı həyatı realist boyalarla təsvir edərək, ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərə bilmişdir.

"Nəsrəddin Şah" C.Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində "Nəsrəddin Şah" variantlarının ən köhnəsi "Nəsrəddin Şah" təxminən 1916-cı ilə aiddir.

Əsərdə Cabbarlı İranda hökm sürən şah despotizmi fonunda zəhmətkeş kəndlilərin ağır həyatını, xanların azğınlığını, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsini göstərmişdir.

Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi drama janrını milli-azadlıq ideyaları ilə, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə zənginləşdirmişdir.

"Nəsrəddin Şah" pyesində istibdad və mütləqiyyətə qarşı geniş xalq kütlələrinin mübarizəsinin əks olunması onun fərqli xüsusiyyəti olmuşdur. Azərbaycan dramaturgiyasında və C.Cabbarlının yaradıcılığında tarixi mövzunun işlənilməsi "Nəsrəddin Şah"la yeni mərhələ idi. "Nəsrəddin Şah" ilk dəfə Aşqabadda 1919-cu ildə tamaşaya qoyulmuşdur.

1920-ci illər Cəfər Cabbarlı dramaturgiyası üçün dərin sarsıntılar, iztirablı axtarışlar, varlığa estetik münasibətdəki eniş yoxuşlar mərhələsi idi. Azərbaycan Demokratik Cumhuriyyəti dövründə (1918-1920) bir çox yazıçılar kimi, gənc Cabbarlının da dərindən çulğalamış milli problematika, milli iftixar, qürur və vətənpərvərlik ruhu ilə yazılmış "Ulduz və ya Trablis Müharibəsi" (1917), "Ədirnə Fəthi" (1917) pyesləri tənqid tərəfindən "Ziyanlı Sənət", "Zərərli Təmayül" kimi qarşılanmışdı. Hər iki əsərin mövzusu Türkiyə xalqının yadellilərə qarşı apardığı rəşadətli mübarizələrdən götürülmüşdür. Obraz və mövzu yaxınlığını nəzərə alaraq "Ədirnə Fəthi" pyesini "Trablis Müharibəsi və ya Ulduz" pyesinin davamı hesab etmək olar. Bu əsərlər türk məişətini, türk qəhrəmanlığını və şücaətini təbliğ etdiyi üçün hələ yazıldığı gündən vulqar tənqid tərəfindən "panturkist", "panislamist" təmayüllü əsərlər kimi qarşılanmış, az sonra tamamilə səhnədən çıxarılmışdır.

"Trablis müharibəsi və ya Ulduz" və "Ədirnə Fəthi" əsərlərinin mövzusu qardaş Türkiyə xalqının mübarizə dolu tarixinin yaxın keçmişindən (1911-1913-cü illər) götürülmüşdür.

"Ulduz" (1917) və "Ədirnə Fəthi" (1917) əsərlərini müəllif ömrünün gənclik çağında (18 yaşında), yaradıcılığının ilkin mərhələsində yazmışdır. C.Cabbarlı Bakı Politexnik məktəbinin tələbəsi olmasına baxmayaraq, Türkiyə tarixinin Balkan müharibəsi (1911-1913) dövrünü mətbuat məlumatları əsasında diqqətlə izləmiş, bəhrələndiyi tarixi faktlara yaradıcı münasibət bəsləyərək, problemlərin və xarakterlərin ziddiyyətli məqamlarını üz-üzə qoyaraq oxucuları və tamaşaçıları təsir altına, gərgin həyəcanlı anlara sala biləcək, bu gün də Azərbaycanda mövcud olan ictimai vəziyyətlə bağlı əlahiddə aktuallıq kəsb edən dəyərli səhnə əsərləri yaratmışdır.

"Ulduz"da hadisələr İtaliya-Türkiyə müharibəsi fonunda cərəyan edir. "Ədirnə Fəthi" faciəsini gənc Cabbarlı 1917-ci il oktyabrın 17-də bitirmiş, əsər elə həmin il, dekabrın 15-də tamaşaya qoyulmuşdur. Pyesin əsas məzmunu Balkan müharibələri dövründə təslimçi, riyakar mövqe tutmuş hakim dairələrə qarşı türk xalqının qəzəbi, itirilmiş Ədirnə torpaqları uğrunda vətənpərvərlik hərəkatı, qəhrəmanlıq və rəşadəti təşkil edir.

Yazıçının "Bakı Müharibəsi" əsərində 1918-ci ilin martında Bakıda baş verən qanlı hadisələr, erməni daşnaqlarının azərbaycanlılara garşı etdiyi zülmlər təsvir olunur, başda Nuru Paşa olmaqla qəhrəman xilaskar Türk ordusunun şəhəri erməni vəhşilərindən xilas etməsindən danışılırdı. Həmin faciə 1919-cu il sentyabrın 16-da Azərbaycan Dövlət Teatrosunda tamaşaya qoyulmuşdur. Lakin çox təəssüf ki, əsər bu günə kimi tapılmamışdır.

Cabbarlının satirik və lirik şerlərdən başlanıb ictimai-məişət pyeslərinədək gələn ilk yaradıcılıq dövrünün ümumi istiqaməti belədir. Cəmi 3-4 il sürən bu dövrü yazıçının ədəbi təcrübə illəri adlandırmaq daha düzgün olar. Bu dövrdə yazdığı əsərlərin bir çoxuna Cabbarlı nəinki böyük əhəmiyyət verməmişdi, hətta onların çap olunmasına da çalışmamışdı.

Lakin buna baxmayaraq, bu dövr gənc yazıçının yaradıcılıq yolunda qanunauyğun bir mərhələ idi və ciddi ədəbi təcrübə əhəmiyyətinə malik idi. Bu dövrdə Cabbarlı realizm yoluna düşmüş və ictimai-məişət mövzularını işləməyə başlamışdı. İlk satirik və lirik şerlərində o, cəmiyyətdəki nöqsanlara incə bir kinayə ilə gülməyi, onları acı-acı qamçılamağı, ifşa etməyi və onlara qarşı nifrət oyatmağı öyrənmişdi; hekayələrində insanlar arasındakı münasibətləri nisbətən geniş təsvir etməyə, yaxşı-yamanı, xeyir-şəri bir-birindən ayırmağa çalışmışdı. Bu hekayələrində Cabbarlı hələ cəsarətsiz bir şəkildə olsa da, xarakterlər yaratmağa təşəbbüs etmişdi. İlk pyeslərində isə bu təşəbbüs daha da artmışdı; yazıçı məişət səhnələrini, burjua cəmiyyəti ilə toqquşan fərdlərin faciəsini və nəhayət, ictimai ədalətsizliyə qarşı mübarizə meyllərini göstərməyi təcrübə etmişdi.

Sənətkarlıq və dil cəhətindən də bu dövr Cabbarlı üçün bir hazırlıq məktəbi idi.


Yaradıcılığının İkinci Dövrü
C.Cabbarlının 1920-1923-cü illərdəki ədəbi fəaliyyətinin ən yaxşı nəticəsi "Aydın" və "Oqtay Eloğlu" pyesləri oldu. Hər iki əsər 1921-1923-cü illərdə Azərbaycan Dövlət Teatrosunda müvəffəqiyyətlə tamaşaya qoyulmuş və teatrın repertuarında görkəmli yer tutmuşdur. İdeya və üslub cəhətdən bir-birinə yaxın olan bu əsərlərdə Cabbarlı pulun hökmranlıq etdiyi bir cəmiyyəti, bu cəmiyyətdə əzilən zəhmətkeşlərin faciəsini göstərmişdir.

"Oqtay Eloğlu" əsərini yazmaqda Cabbarlının məqsədi Azərbaycan Milli Teatrını yaratmaq ideyası idi. Oqtay pərəstiş etdiyi xalq səhnəsini yüksəltmək, milli teatr yaratmaq uğrunda dinclik bilmədən çalışır. O, səhnə xadimidir. Səhnəni bütün varlığı ilə sevən Oqtay hər şeydən əvvəl yaradıcı bir insandır. Yaradıcılıq onun əsas keyfiyyətidir. O, deyir: "Yaşamaq istəyiriksə, yaratmalıyıq. Səhnəmiz yox, fəqət olmalıdır. Onu da mən yaradacağam."

Yaradıcılığının ilk dövrundə yazılmış pyeslərində - "Vəfalı Səriyyə, yaxud Göz Yaşları İçində Gülüş" (1915), "Solğun Çiçəklər" (1915), "Ədirnə Fəthi" (1917), "Nəsrəddin Şah" (1916) - məharətlə süjet qurmaq, fərdi psixoloji xarakterlər yaratmaq yolunda göstərdiyi səylər artıq gənc Cəfər Cabbarlıya oxucu rəğbəti qazandırmış olsa da, onun geniş oxucu - tamaşaçı kütlələrinin hiss və duyğuları, fikir və düşüncələri üzərində əsl dramaturq hakimiyyəti "Aydın" (1919), "Oqtay Eloğlu" (1921) pyesləri ilə başlayır.

Cəfər Cabbarlının əsl peşəkar ustalığı, bədii texniki yetkinliyi, həyati konfliktlər, təbii monoloq və mükalimələr qurmaq məharəti ilk dəfə olaraq bu pyeslərdə tam qüdrəti ilə təzahür edir. Bu pyeslər həm də Cəfər Cabbarlı dramaturgiyası zəminində Cabbarlı teatrını qurmaq və ucaltmaq yolunda iki əsas təməl sütunları idi. İdeoloji təzyiqlərə məhəl qoymadan millilik elementlərini qoruyub saxlayan, səhnə və sənətkar problemini də bu rakursdan həll etməyə çalışan sənətkarın vətənpərvərlik və ziyalılıq ruhu bu pyeslərdə tam gücü ilə duyulur. Xalqın yaşaması, özü-özünün təsdiqi üçün milli mədəni intibahın başlıca şərt olduğunu anlayan Oqtay ("Oqtay Eloğlu") xalqını dahilər, sənətkarlar, şəxsiyyətlər yetişdirməyə çağırır. Lakin doğma səhnəni boş görən sarsılmış gənc aktyor təbiətinə məxsus çılğınlıqla üzünü salona tutaraq: "Səfil xalq, nə bağırırsan. Səndə sənətkar bir qadın yox, varsansa yarat, yaratmırsansa sus, uzan öl" - deyir. Tragik qəhrəman səviyyəsinə yüksələn Oqtay Eloğlu pərəstiş etdiyi, varlığı qədər sevdiyi səhnəni yüksəltmək, milli teatr yaratmaq uğrunda dinclik bilmədən çalışır, faciəli sənət yolu keçir.

Aydının və Oqtayın mübarizə, inkar və etiraz hədəfləri müxtəlif olsa da, onlar talecə eyni bir həyat məcrasında birləşir və qovuşurlar. Altun və pulun qəddar dərəbəyliyi, incəsənət, şöhrət və sərvət ehtiraslarının mənhus tuğyanı qarşısındakı əlacsızlıq onları eyni bir ağrı və iztirab dəyirmanında üyüdür.

Vətənə, xalqa, milli mədəniyyətə və sənətə xidmət yolunda hər cür fədakarlığa hazır olan bu qəhrəmanlardakı parlaq romantika, nəcib xəyalpərvərlik hadisələr axarında az keçmir ki, həyatın sərt daşlarına dəyərək çiliklənir. Hər iki əsər faciəvi bir finalla, sarsıdıcı bir sonluqla tamamlanır.

Cəfər Cabbarlının təsvir etdiyi gənc qəhrəmanlar: aydınlar, oqtaylar real və həyatı idilər.

"Oqtay Eloğlu" ilə "Od Gəlini" arasındakı illər Cabbarlı yaradıcılığında çox gərgin ədəbi fəaliyyət illəri və yeni inkişaf dövrünə girmək üçün hazırlıq illəri olmuşdur.

"Od Gəlini" tragediyası bir körpü kimi iki dövrü bir-birinə bağlayır. "Od Gəlini" əsərində Cabbarlı öz həqiqi mübariz qəhrəmanını, yəni aydın və yüksək məqsəd uğrunda mübarizə edən əsl qəhrəmanını tapmışdır. Əsərin qəhrəmanı Elxan azadlıq və istiqlaliyyət uğrunda mübarizə edən xalq kütlələrinin qəhrəman bir sərkərdəsi olmaqla bərabər, bir mütəfəkkir və islahatçıdır; o, ictimai quruluşun yaramazlıqlarını dərk etmiş və onu dəyişdirmək qərarına gəlmişdir. Bu nöqteyi-nəzərdən Elxan yalnız Cabbarlı yaradıcılığında deyil, bütün Azərbaycan ədəbiyyatında yeni müsbət bir qəhrəman idi.

"Od Gəlini" tragediyası şahların, xəlifələrin, hökmdarların həyatına həsr edilmiş əsər deyildir. O, zəhmətkeş xalqın həyatını, mübarizəsini, xalqın öz içərisindən çıxan qəhrəmanları təsvir edir. Babək xalq qəhrəmanı, xalq sərkərdəsi və xalq başçısıdır.

"Od Gəlini" tragediyasını yazmaq fikri ilk dəfə Cabbarlıda 1924-cü ildə oyanmışdır. "Od Gəlini" əsas etibarı ilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilmişdir. Əsərin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç il də işləmiş, təkmilləşdirmiş və ancaq bundan sonra teatra vermişdir. Heç bir əsər üzərində Cabbarlı "Od Gəlini" qədər çox və səylə işləməmişdir.

1928-ci ildə dramaturq "Od Gəlini" pyesi ilə tarixi mənşəyinə görə olduqca problematik, zamanına görə aktual, aktual olduğu qədər də xətalı, süjet və kompozisiya həllinə görə bənzərsiz möhtəşəmliyə malik bir mövzuya müraciət etmişdi. Mövzunun dərinliyi və genişliyindəndir ki, əsər ilk variantında 38 şəkildən ibarət pyes kimi qələmə alınmış, tamaşaya hazırlıq prosesində isə 18 şəklə endirilmişdir.

Sovet tənqidinin "ateist ruhlu", dinə qarşı mübarizədə çox təsirli əsər kimi qiymətləndirdiyi faciədə konkret olaraq islam və onun ziyanlı cəhətlərinin təsviri yoxdur, lakin ərəblərin Azərbaycanda işğalçılığını, soyğunçuluğunu, xalqın adətlərinə, dininə, heysiyyatına təcavüzünü əks etdirən səhnələr bir-birini əvəz edir.

Məmməd Əmin Rəsulzadə "Çağdaş Azərbayçan Ədəbiyyatı" əsərində yazırdı: "Od Gəlini"ni Cəfər "Çeka" həbsindən çıxdıqdan sonra yazmışdır. O, vaxtilə istər məmləkətdə, istərsə məmləkət xaricində səs salmış bir hadisəyə görə "müsavatçılar" qrupu ilə birlikdə həbs edilmişdi. Bu əsərdə atəşpərəst Azərbaycanın müsəlman-ərəb istilasına qarşı mübarizəsi təsvir edilir.Yeni sahiblər məmləkətin bütün zənginliklərini çapıb aparırlar. Neft dövlətin malı elan edilir. Ərəbistana daşınır. Azərbaycanlıları islam dinini gəbul etməyə məcbur edirlər.

Mənzərənin rəmziliyi göz qabağındadır. Tamaşaçılar üçün "ərəb" və "islam" sözləri yerinə "rus" və "kommunizm" sözlərini qoymaq mənanı aktuallaşdırmaq üçün kifayətdir".

"Od Gəlini" əsəri 1928-ci ildə tamaşaya qoyuldu. Əsərin quruluşçu rejissoru A.A.Tuqanov idi.

Cabbarlının yaratdığı pyeslər öz bədii dili və üslubu ilə də seçilirdi. Heç şübhəsiz ki, Cabbarlının ədəbi dil sahəsindəki fəaliyyəti Azərbaycan dilinin inkişafında bir mərhələ təşkil etməkdədir.

Cabbarlının, xüsusən dramaturq Cabbarlının yaradıcılığında dil əsas tipləşdirmə vasitələrindən biridir. Buna görə də yazıçının saf, aydın və müstəqil Azərbaycan dili uğrundakı mübarizəsi bilavasitə onun sənətkarlıq xüsusiyyətləri ilə bağlıdır.

Cabbarlı dilinin qüvvəti, hər şeydən əvvəl onun dramlarında meydana çıxır.

Cabbarlı müasir dram dilimizin banisidir: xalq danışıq dilinə əsaslanan dram dilinin yox, normativ bədii dilə əsaslanan dram dilinin yaradıcısıdır. Məhz dramaturqun formalaşdırdığı dram dili Avropa klassiklərinin pyeslərini ana dilimizə tərcümə eləməyə, bu sahədə lazımi adekvatlığa nail olmağa imkan verdi. O, Azərbaycan bədii dilinin normativ dram üslubunun banisi oldu. Dramaturqun yaratdığı bədii üslubu nə nəsr, nə də şer dili ilə müqayisə etmək olar. Onun yaratdığı dramatik danışıq üslubunu Mirzə İbrahimov, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Sabit Rəhman, Ənvər Məmmədxanlı kimi istedadlı yazıçılarımız inkişaf etdirmişlər.

Cabbarlı Azərbaycan həyatından alınmış tarixi və əfsanəvi mövzularla çox maraqlanırdı. O, Azərbaycan xalqının azadlığı uğrundakı mübarizə tarixini, əfsanə və nağıllarını öyrənərək, xalqın mənəvi qüdrətini öz əsərlərində əks etdirmək istəyirdi.

Hələ 1922-1923-cü illərdən üzərində işlədiyi "Araz Çayı" mənzum faciəsini Cabbarlı oynamaq üçün Dövlət Dram Teatrına təqdim etmişdir. Çox ehtimal ki, bu mənzum faciə Azərbaycan xalqının vəhdəti məsələsinə həsr edilmişdi. O dövrdə ağızlarda gəzən "Araz çayı, qalx aradan, qoy birləşsin Azərbaycan!"-misrasının da həmin faciədən olması güman edilir. Lakin təəssüf ki, bu əsər tapılmadığı kimi haqqında müfəssəl məlumat da yoxdur. 1923-cü ildən başlayaraq Cabbarlı "Qız Qalası" adlı əfsanəvi poemasını "Maarif və Mədəniyyət" jurnalında dərc etdirmişdir. "Qız Qalası" 1922-1923-cü illərdə yazılmışdır.

1924-cü ildə Bakı Dövlət Universitetinin Şərq fakültəsində oxuyarkən Cabbarlı ədəbi fəaliyyətini də davam etdirirdi. O, bir sıra hekayə və şerlər yazmaqla bərabər tərcüməçiliklə də məşğul olur, ayrı-ayrı mətbuat orqanlarında məqalələrlə çıxışlar edirdi. Yazıçının teatr sənəti haqqında nəzəri düşüncələri 1924-1925-ci illərdə yazdığı "Azərbaycan Ədəbiyyatının Son Vəziyyəti", "Bizdə Teatro", "Azərbaycan Teatr Məktəbi",1922-ci ildə "Ədəbi Mübahisələr" məqaləsini "Zəhmət" qəzetində dərc etdirmişdir və s. məqalələrində daha səciyyəvi formada öz əksini tapmış, yeni repertuarın yaradılması, sənətkar aktyorlar, aktrisa və rejissorlar yetişdirmək məsələsi irəli cürülmüşdü.

Məmməd Əmin Rəsulzadənin qeydlərindən: "Cabbarlı yalnız yazıçı deyil, eyni zamanda rejissordur. Məhşur musiqi professoru Qilyer onun "Şahsənəm" adlı mənzum pyesini nota çevirərək opera yazmışdır. "Qız Qalası" mənzuməsi kimi, əsərlərindən bir qismi rusca ilə bərabər, Qafqaz dillərinə də tərcümə edilmişdir. Dramlarından başqa Cabbarlının şerləri və hekayələri də vardı. Cabbarlının dramaturqluğu Azərbaycan dramaturgiyasında mühüm bir mərhələdir."

1925-ci ildə dövlət teatrı üçün Şekspirin "Hamlet" faciəsini tərcümə etmiş, 1927-ci ilin əvvəllərində "Dilbər" hekayəsini çap etdirmiş, eyni zamanda F.Qladkovun "Sement" əsərindən bir parça tərcümə etmişdi. 1928-ci ildə Lev Tolstoyun "Uşaqlıq" povestini və Maksim Qorkinin "Üzügülər" hekayəsini tərcümə və çap etdirmişdi.


Yaradıcılığının Üçüncü Dövrü
Axan çaylar, sən kiminsən? - Mənə körpü salanın!
Doğan günəş, sən kiminsən? - Məndən işıq alanın!
Sonsuz fəza, sən kiminsən? - Mənə qanad çalanın!
Həyat, söylə, sən kiminsən? - Mən həyatı öyrənənin, bacaranın, alanın!
Mürəkkəb ictimai-siyasi hadisələrlə zəngin olan 1920-1930-cu illər Azərbaycan xalqının həm siyasi, həm də ədəbi tarixində xüsusi mərhələ təşkil edir. Bolşevik hakimiyyəti, sovet rejimi, kolxoz quruculuğu, elliklə kollektivləşmə kimi mürəkkəb hadisələrlə xarakterizə olunan bu dövrün həqiqətlərini əks etdirən tarixi sənədlər, ədəbiyyat nümunələri çoxdur.

C.Cabbarlı mürəkkəb, ziddiyyətli bir tarixi dövrün ədəbi səhnəsinə onun həm qaranlıq, həm də işıqlı cəhətlərini bizə çatdırmaq üçün gəlmişdir.

Cəfər Cabbarlı 1920-1930-cu illərdə Azərbaycan dramaturgiyasının ən populyar dramaturqu idi. Dövrün tarixi-ictimai məzmununu təsvir və səciyyələndirmək qüdrəti məhz ona nəsib olmuşdur. Cəfər Cabbarlısız bu dramaturgiyanı bütöv, fəal, müstəqil və qüdrətli hesab etmək mümkün deyildir.

1928-ci ildən başlayaraq, yazıçının yaradıcılığının üçüncü dövrü başlayır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bir müddət dram yaradıcılığına fasilə verən yazıçı 1927-ci ildə "Sevil" əsərini yazır. Əsər qadın azadlığı mövzusuna həsr olunmuşdur. 1928-cu ildə "Sevil"in tamaşaya qoyulması ilə sanki Şərq qadınlarının azadlığı üçün bir yol açıldı.

Qadın azadlığı Cabbarlı dramaturgiyasının əsas mövzularındandır. Cəlil Məmmədquluzadə kimi Cabbarlı üçün də qadın dərdi "köhnə bir dərd" idi.

Yazıçının hekayələrinin əksəriyyəti Azərbaycan qadınının bədbəxt taleyinə həsr edilmişdir. Lakin yazıçı Azərbaycan qadınlarını donmuş bir vəziyyətdə yox, inkişafda təsvir etmişdir. Onlar get-gedə şüurlanır, insanlıq ləyaqətlərini dərk edirlər. Cabbarlının qadın surətləri passiv etirazdan başlayaraq fəal etiraza, ictimai mübarizəyə qədər yüksəlirlər.

Qadın azadlığı hərəkatında mətbuatın və bədii ədəbiyyatın üzərinə mühüm vəzifə düşürdü və Cabbarlının "Sevil" pyesi bu mübarizədə xüsusi əhəmiyyət kəsb etdi.

Əsərdə Azərbaycan qadınının dünənki, bugünkü, hətta gələcək həyatı Sevilin simasında əks etdirilmişdir.

30-cu illərin ədəbi-ictimai mühitinə bilavasitə təsir göstərən, böyük tamaşaçı və oxucu kütləsi arasında rezonansa səbəb olan "Sevil" pyesində dramaturq yeni cəmiyyət, yeni insan, yeni ailə və əxlaq normalarının bədii illüstrativ təsvirinə səy göstərmişdir. Əsərdə müti bir qadının keçdiyi həyat yolu, mənəvi təkamül prosesi təsvir olunur. Pyesdə ədib müasir həyat materialı əsasında köhnəlik və yeniliyin mübarizəsini əks etdirmişdir.

1930-cu ildə Cabbarlı Türk Dövlət Teatrında bədii hissə müdiri və rejissor vəzifəsində işləməyə başladı.

"Sevil"dən sonra dramaturqu iki mövzu düşündürürdü; onlardan biri xalqlar dostluğu, ikincisi isə yeni kənd məsələsi idi.

C.Cabbarlının 1930-cu illər dram yaradıcılığı "Almaz" pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilmişdi. Tamaşa böyük müvəfəqiyyət qazanmışdı.

Sosializm quruculuğu dövrünün, 1929-1930-cu illərin əsas ictimai məsələlərindən biri kənd təsərrüfatının kollektivləşdirilməsi idi. Almazın simasında yazıçı sosializm cəmiyyəti üçün xarakterik olan bir gəncin surətini yaratmışdır.

1931-ci ildə Cabbarlı "1905-ci İldə" pyesini tamamlayıb teatra verdi. Əsər xalqlar dostluğundan bəhs edir. Türk Dövlət Dram Teatrı 1931-ci il mövsümünü bu pyeslə açmışdır. Əsərin quruluşçu rejissoru Lyütse işi yarımçıq qoyub getdiyi üçün quruluş üzərində Cabbarlı özü işləmişdir.

1932-ci ildə C.Cabbarlı "Dönüş" əsərini yazmışdır. Həyat yoldaşı Sona xanıma yazdığı məktubda ədib əsər haqqında belə yazmışdı: "Bir balaca pyes yazmağa başlayacağam. Burada qurtara bilməsəm, gerisini gəlib bağda qurtaracağam…"

Cabbarlının 1932-ci ilin yayında yazdığı bu məktubda göstərdiyi balaca pyes - "Dönüş" pyesi idi. Yazıçı bu pyesi nə səbəbə "balaca" adlandırmışdı? Bu suala ədibin bir az əvvəl A.A.Tuqanova yazdığı məktub cavab verməkdədir. Həmin məktubda Cabbarlı bildirir ki, Dövlət Dram Teatrının yubileyi münasibəti ilə kiçik satirik bir pyes yazacaqdır. Belə məlum olur ki, Cabbarlı teatrın yubileyində tamaşaya qoymaq üçün nöqsanlarını yoldaşcasına tənqid edən bir pyes üzərində işləyirdi. Bu pyes bir və ya iki pərdəli bir komediya, "səhnəmizin güzgüsü" kimi tənqidi bir əsər olacaqdı. Lakin iş zamanı əsər getdikcə böyümüş, mövzuca genişlənmiş və axırda sosializm sənəti məsələlərini əhatə edən ciddi bir pyesə çevrilmişdi.

Əsəri yazmaqda yazıçının əsas məqsədi ədəbiyyat və sənət aləmindəki nöqsanları meydana çıxarmaq, zərərli və yaramaz fikir və nəzəriyyələrdən teatr mühitini təmizləmək idi. Nöqsan isə az deyildi. Onları cəsarətlə tənqid etmək lazım idi.

Moskvada oxuyub Azərbaycana gəlmiş gənc Gülsabah teatr kollektivini yeni repertuar, yeni üsul, möhkəm intizam uğrunda mübarizəyə çağıranda bu nöqsanlarla üz-üzə gəlir. Gülsabah gördüyü nöqsanları hamının nəzərinə çatdırır. Kollektivin köməyi ilə onları aradan qaldırmağa çalışır. O deyir: "Bir də, yoldaşlar, bizdə bir konservatizm vardır: Yenilikdən qorxmaq, köhnəliyə pərəstiş". Gülsabahı hər şeydən artıq bu əsas nöqsan, mühafizəkarlıq narahat edir; o, konservatizmlə, köhnəliklə mübarizəyə girişir. Pyes "Oqtay Eloğlu" əsərinin davamı kimi götürülə bilər.

"Dönüş" ilə bir zamanda, 1932-ci ildə Cabbarlı "Yaşar" pyesi üzərində də işləyirdi. Əsər 1932-ci ilin dekabrında tamaşaya qoyulmuşdu.

Əsərdə yeni Azərbaycan ziyalısının obrazı yaradılmışdır. Yaşar yeni tipli gənc bir alimdir. O, öz ixtirası ilə vətən torpağını abad etmək istəyir.

Pyesdə Cabbarlı köhnə elmi normalara, köhnəlmiş üsullara pərəstiş edən elmin əleyhinə çıxır, inkişafa mane olan köhnəlmiş qaydaları cəsarətlə qırıb atan yeni, təşəbbüskar elm adamlarını alqışlayır.

"Yaşar" Cabbarlının son tamamlanmış əsəri idi.

1933-1934-cü illərdə Cabbarlının səhnəyə yeni bir əsər verməməsinə baxmayaraq, bu illər də onun həyatında ən gərgin fəaliyyət illəri idi. Bu zaman o həm dram teatrında, həm opera teatrında, həm də kinoda işləyirdi.


Hacı Qara (1929) filmindən kadr. Ssenari müəllifi Cəfər Cabbarlıdır:


Cəfər Cabbarlı teatra böyük qiymət verir və onun başlıca rolunu xalqa xidmətdə görürdü. Teatr haqqında yazdığı qeydlərindən birində oxuyuruq: "Teatro-yüksək bədii bir dərəcədədirsə ölkə də ümumən gözəl inkişaf edəcəkdir. Mədəniyyət - elm və sənətdən ibarətdir. Teatro isə sənətin başqa qismlərini birləşdiriyor".

Bütün həyatını teatrla bağlamasına baxmayaraq dramaturq incəsənətin vacib sahələrindən biri olan kinoya da çox böyük əhəmiyyət verir, Azərbaycan milli kinosunun yaranması və inkişafı üçün əlindən gələni əsirgəmirdi.


Hacı Qara (1929) filmindən kadr. Ssenari müəllifi Cəfər Cabbarlıdır.Uzun müddət Azərbaycan Dövlət Dram Teatrında ədəbi-hissə müdiri işləyən professional dramaturq o vaxt yenicə inkişaf edən kino sənəti ilə çox maraqlanırdı. 1928-ci ildə Bakı kino fabrikində Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə "Hacı Qara" əsərinin motivləri əsasında "Sona" adlı kino-film çəkilir. "Hacı Qara" bədii filmi ilə Azərbaycanın ilk milli kino ssenaristi kimi tanınan Cabbarlı Azərbaycan qadınlarını qara çadradan xilas edib siyasi, iqtisadi və ictimai həyata çıxartmaq üçün kinematoqrafın böyük imkanlarından istifadə etmək fikrində idi. O, bu arzusunu "Sevil" filmi ilə həyata keçirdi.

"Sevil" filmi 1929-cu ildə Cəfər Cabbarlının ssenarisi üzrə çəkilmişdir (1999-cu ildə filmin 70 yaşı tamam oldu). Bu film Azərbaycan kinematoqrafçılarının qadın hüquqsuzluğuna, qadın əsarətinə ilk etiraz səsi idi.

Kinofilmdə Sevil rolunu oynamaq üçün münasib bir azərbaycanlı qızı axtarmaq işində Cabbarlı yaxından iştirak etmişdi. C.Cabbarlı öz qəhrəmanının ekranda surətini canlandıracaq aktrisanı tapmaq üçün Bakının küçələrinə düşüb qapı-qapı gəzərək evlərdə, idarələrdə, ali məktəblərdə azərbaycanlı qız axtarırdı. Cəfər istəyirdi ki, filmdə Sevili mütləq azəri qızı oynasın. O, bu arzusuna da özünə məxsus bir inadkarlıqla nail olmuşdu. Hətta başına qəribə macəralar da gəlmişdi. Bu axtarış zamanı aldığı təəssürat əsasında "Gülər" hekayəsini yazmışdı.

Sevil rolunu Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun tələbəsi İzzət Orucova oynamışdır.

"Sevil" filmi böyük müvəffəqiyyət qazandı. Kinodakı bu işindən hədsiz dərəcədə sevinən Cabbarlı "Almaz" və "1905-ci İldə" pyesləri üzrə kinossenarilər yazdı və "Sevil"dən sonra dərhal "Almaz" filminin çəkilişlərinə başladı.

Sona xanımın xatirələrindən: "Burada da qəhrəman rolunu, yəni Almazı İzzət xanım oynayırdı. Təəssüf ki, Cəfər bu quruluşu başa çatdıra bilmədi. Amansız ölüm onu bu işindən də vaxtsız ayırdı. Cəfərin sənət dostları "Almaz" filmini Cəfərsiz çəkib qurtardılar və 1935-ci ilin axırında, onun ölümünün birinci ildönümündə, işi müvəffəqiyyətlə qurtardıqları haqqında məzarı üstündə raport verdilər".

Sona xanım Cabbarlının xatirələrindən məlum olur ki, yazıçı ömrünün son illərini kinostudiyadakı fəaliyyətinə sərf etmiş,həyatı qədər sevdiyi teatrdan özü istəmədən uzaqlaşmağa məcbur olmuşdu.

Cəfərin bədxahları iddia edirdilər ki, güya yazıçı Azərbaycan Dövlət Dram Teatrını monopoliyaya götürüb və nə qədər ki, Cəfər teatrdadır və yazır, biz oraya pyes verməyəcəyik.

Cəfər Cabbarlının bununla əlaqədar Sovet Yazıçıları İttifaqının təşkilat komitəsinə yazdığı məktubdan bir parçaya diqqət yetirək: "…Əgər bu doğru isə, mən dərhal teatrı tərk etməyə hazıram, təki onlar yazsınlar. Mən başqa müəssisələrə: 14 ildən bəri kimsənin heç bir şey yazmadığı və mənim bu il iki libretto yazmalı olduğum operaya; heç vaxt işləmədiyim və buna baxmayaraq repertuarını mənim "1905-ci İldə", "Almaz", "Yaşar", "Sevil" pyeslərim təşkil edən rus işçi teatrına; 14 ildən bəri kimsənin heç nə etmədiyi, mən isə özümü orada borclu saydığım Azərkinoya; habelə pyeslərimin əksəriyyəti oynanılan özbək, türkmən, tacik, tatar teatrlarında, fəhlə klublarında işlərəm, nəhayət, tamamilə yazmaya bilərəm, təki o yoldaşlar yazsınlar".

Beləliklə də, Cəfər tamamilə teatrdan çıxıb Bakı kino fabrikində daimi işə keçdi.

Kino Cabbarlıni getdikcə daha çox cəlb edirdi. Azərbaycanda sənətin bu sahəsində lazımi kadrların olmaması vəziyyəti çox ağırlaşdırmışdı. Cabbarlı kino işlərini canlandırmaq məqsədi ilə əlindən gələni əsirgəmir, orada həm ssenarist, həm də rejissor kimi çalışırdı.

Cabbarlı azərbaycanlılardan operator, rəssam, rejissor və kino-aktrisa yetişdirmək barədə məsələ qaldırmış, kinoda işlədiyi zaman isə bu sahədə ciddi fəaliyyət göstərmişdi.Teatrda olduğu kimi kino işinə də çox ciddiliklə yanaşan yazıçı bu sahədə milli kadrların yetişdirilməsi və hazırlanmasına böyük əhəmiyyət verirdi. "Hara Gedir Azərkino" adlı məqaləsində oxuyuruq: "Azərkinonun rəhbərlərinə sual verəndə: nə üçün Sizdə fabrikin nəzdində yerləşən mətbəədə dörd mürəttibdən (özü də onların ikisi yenicə işə götürülüb) biri də türk deyil və türk yazıları bu dili bilməyənlər tərəfindən elə təhrif olunur ki, "gözəl qızlar"-"gözəl qozlar" kimi yazılır, onlar cavab verirlər ki, türk mürəttibləri yoxdur, burada isə türk mürəttibi özü üçün gəzir və nərd oynayır. Soruşanda ki, nə üçün Sizdə türk qadını rolunda türk qadını çəkilmir, dedilər türk qadınları yoxdur.


Sevil (1929) filmindən kadr. Əsərin müəllifi və ssenari müəllifi Cəfər Cabbarlıdır.Lakin elə buradaca, fabrikdə türk qadını Orucova (Azərkinonun türk olmayan 125 işçinin içərisində həmin 8-9 türkdən biri, gözəl aktrisa) makinaçı işləyir. Kişi rollarında aktyorlar nə üçün Moskvadan, Leninqraddan, Xarkovdan dəvət olunur sualına isə heç kəs aydın cavab verə bilmir və direktor rejissorun, rejissor operatorun, operator rejissorun üstünə yıxır və s.i.a. Azərkinonun öz siması yoxdur. O, özünün şəxsi yaradıcılıq simasını tapmalıdır. Azərkinonun yeganə xilas yolu-başlıca olaraq xidmət etdikləri Azərbaycanın zəhmətkeş kütlələrinə inamsızlıqdan imtina etməsində və bu əsas kütlənin yaradıcılıq iradəsini və təbiətini özünün bütün işi üçün bazis seçməsindədir. Bizim kinofabrikanın qapılarını açmaq və oraya bu canlı yaradıcı kütləni buraxmaq lazımdır. Yalnız o, Azərbaycan kinosunun əsl simasını müəyyənləşdirməyə qadirdir. Bütün qalanlar isə yapmadır, sünidir, surroqatdır, inandırıcı deyil və deməli, bir qəpiyə də dəyməz və məhvə məhkumdur. Başqa kino təşkilatları belə işləyir və bizimki də belə işləməlidir. Bizim kinomuzun rəhbərləri bunu nə qədər tez dərk etsə, o qədər yaxşı olar. Və əgər yenə inadkarlıq etmək fikrinə düşsələr, çox guman ki, bu dəfə onların özləri üçün pis qurtaracaq. Biz isə indi xəbərdarlıq edirik, bizim kino yanlış yol ilə məhvə doğru gedir."

Kinoda işləməyə başladıqdan sonra Cabbarlı istirahəti tamamilə yaddan çıxarmışdı. Sona xanım Cabbarlıya yazdığı 1933-cü il 29 Avqust tarixli məktubunda Cabbarlı öz gərgin iş vəziyyətini belə təsvir edirdi: "…Sonra, Sonası, öz işim belədir: Moskvada qət olunub ki, kinoda "1905-ci ilin" pastanovkasını ancaq mən verməliyəm. Özgə adamın verməsinə razı olmayıblar. Moskvada həll olunub ki, hansı kinolar gedə bilər və hansını hansı rejissor qoymalıdır. "1905-ci İldə" filminin rejissorundan söhbət gedəndə demişlər ki, Braginski-mraginski tanımırıq, Cəfər özü qoymalıdır. Özü də bu il olmalıdır. Və teatrdan kinoya keçməlidir. Mən dedim: teatrdan getmərəm. Sonra dedilər ki, teatrda da, kinoda da işlə. İndi gərək rejissor ssenarisinə başlayaq. Ayın 1-dən kinoda qulluqdayam. Sonra, "Səfa"nın ancaq bircə 4-cü pərdəsi qalıb. 1-ci, 2-ci, 3-cü pərdələrini qurtarmışam. Tamam-kamal. Bu yandan da Qliyer gəlib Narkomprosda deyir: gərək bir həftəyə "Şahsənəm"i qurtarasan, operada oynayaq. Deyirəm vaxtım yoxdur. Deyirlər, özgə adam eyləyə bilməz. Bu yandan da Şillerin "Qaçaqlar"ı, o yandan da "Əfqanıstan" …Xülasə, işlərim çox dolaşıqdır, haraya gedib çıxsa, sənə yazaram… Sonra, Türk teatrında "1905-ci İldə"ni quruluşda verməliyəm. Rus teatrında da "1905-ci İldə" gedir. Mayorov deyir, gərək ikili işləyək, tək qoya bilmərəm. Operada da "Səfa"nın pastanovkasını gərək mən verəm. Bizim teatrda da "Otello"nu təzələmək boynuma qalmışdır. Onlardan bir cür ilə boyun qaçırmışam. Hamısı da deyir bir vaxtda. Xülasə, aləm çaxnaşıb bir-birinə, heç bilmirəm nə edəcəyəm. Hə, "Od Gəlini"ni də gərək Mayorov ilə mən işləyəm. Budur, təxminən mənim işlərim. İndi gələk sənin işlərinə…"

Bir daha qeyd edək ki, Cəfər Cabbarlı milli kino sənətimizin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərdəndir. Azərbaycan milli kinosunun yaranmasında, bu sahədə milli kadrların yetişdirilməsində, kino işinin yeni, milli əsaslar üzərində qurulmasında Cabbarlının xidmətləri əvəzsizdir.

O, 1928-ci ildə Mirzə Fətəli Axundovun "Hacı Qara" pyesi əsasında ssenari yazaraq Azərbaycanın ilk milli kino ssenaristi olmuş, kinematoqrafiya tariximizin qızıl fonduna "Sevil", "Almaz" kimi gözəl filmlər bəxş etmişdir.

Sona xanımın xatirələrindən: "Ümumiyyətlə, bu illərdə Cəfər səhhətinin pozulduğuna baxmayaraq, çox gərgin işləyirdi. Ömründə bircə dəfə də kurorta, ya sanatoriyaya getməmişdi. Hətta, bağa, yaylağa da gəlməyə vaxt tapmırdı; gələndə də ancaq işləmək üçün, yazmaq üçün gəlirdi."

İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də səhər saat 4-də ürək iflicindən vəfat etdi.

M. Ə. Rəsulzadə öz əsərində qeyd edirdi: "O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır".

Cabbarlının coşqun bir həvəs və enerji ilə yazıb yaratdığı bir zamanda gözlənilmədən vəfat etməsi Azərbaycan ədəbiyyatı və teatrı üçün, Azərbaycan xalqı üçün böyük bir itki idi.

Səməd Vurğunun yazdıqlarından : "C.Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir."

Sevil (1929) filmindən kadr. Əsərin müəllifi və ssenari müəllifi Cəfər Cabbarlıdır:


3_Rengli_HeyaT
Aktyor Aydın Cabbarlının atasıdır.


Əsərləri
Vəfalı Səriyyə, yaxud Göz Yaşları içində Gülüş (1915)
Solğun Çiçəklər (1917
Oqtay Eloğlu (1922)
Od Gəlini(1928)
Gülzar (1924)
Dilarə (1924)
Dilbər(1927)
Sevil (1928, tamaşası)
Almaz (1931, tamaşası)
Yaşar (1932, tamaşası)
Dönüş (1932)



Çəkildiyi Filmlər

--------------------------------------------------------------------------------

Balıqçılar (1927)-Balıqçı (Qısametrajlı Bədii Film)



Ssenari Müəllifi Olduğu Filmlər

--------------------------------------------------------------------------------

Hacı Qara (1929)(Tammetrajlı Bədii Film)
Sevil (1929)(Tammetrajlı Bədii Film)






Əsərləri üzrə Çəkilən Filmlər

--------------------------------------------------------------------------------

Sevil (1929)(Tammetrajlı Bədii Film)




Rejissor Olduğu Filmlər

--------------------------------------------------------------------------------

Sevil (1929)(Tammetrajlı Bədii Film)




3_Rengli_HeyaT



Tam Adı Mikayıl Əbdülqadir oğlu İsmayılzada
Doğum Tarixi 1908
Doğum Yeri Bakı
Ölüm Tarixi 1938
Ölüm Səbəbi Repressiya edilib


Həyatı
İsmayılzada Mikayıl Əbdülqadir oğlu - şair, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü -1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində doğulmuşdur. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur.

1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.



Əsərləri
1.Küləklər (şeirlər). Bakı: Azərnəşr, 1930, 121 səh.
2.Günün səsləri. Bakı: Azərnəşr, 1930, 130 səh.
3.Buruqlar arasında (poema). Bakı: Azərnəşr, 1932, 47 səh.
4.Vuruşmalar. Bakı: Azərnəşr, 1932, 36 səh.
5.Pambıq (şeir). Bakı: Azərnəşr, 1932, 15 səh.
6.Bir may. Bakı: Azərnəşr, 1932, 14 səh.
7.Şeirlər. Bakı: Azərnəşr, 1934, 172 səh.
8.Qaya (poema). Bakı: Azərnəşr, 1935, 29 səh.
9.Kəndli və ilan (el nağılı). Bakı: Azərnəşr, 1935, 18 səh.
10.Şəngül, Şüngül, Məngül. Bakı: Azərnəşr, 1934,
11.Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1957, 192 səh.
12.Şəngül, Şüngül, Məngül. Bakı: Uşaqgəncnəşr, 1960, 16 səh.
13.Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1960, 424 səh.
14.Kəndli və ilan. Şəngülüm, Şüngülüm. Bakı: Azərnəşr, 1965, 32 səh.
15.Kəndli və ilan. Bakı: Azərnəşr, 1966, 16 səh.
16.Teleqraf telləri. Bakı: Azərnəşr, 1966, 80 səh.
17.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1968, 16 səh.
18.Duyğu yarpaqları. Bakı: Azərnəşr, 1966, 250 səh.
19.Əsərləri (üç cilddə). I c. Bakı: 367 səh.
20.Əsərləri (üç cilddə). II c. 335 səh.
21.Əsərləri (üç cilddə). III c. 354 səh.
22.Yenə o bağ olaydı. Bakı: Gənclik, 1976, 166 səh.
23.Əbədiyyət nəğməsi. Bakı: Yazıçı, 1978, 309 səh.
24.Qaya. Bakı: Maarif, 1978, 118 səh.
25.Kəndli və ilan. Bakı: Gənclik, 1984,13 səh.
26.Şəngül, Şüngül, Məngül. Bakı: Gənclik, 1983, 16 səh.
27.Kəndli və ilan. Bakı: Gənclik, 1984, 16 səh.
28.Könlümün dedikləri (şeirlər). Bakı: Gənclik, 1988, 56 səh.
29.Həyat sevgisi (şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar). Bakı: Yazıçı, 1988, 304 səh.


Tərcümələri
1.Yeqişe Çarens. Şeirlər, B., Azərnəşr, 1934,54səh., 2.000 nüs.
2.Taras Şevçenko. Kobzar, B., Azərnəşr, 1934, 85 səh., 2.000 nüs. (şərikli).
3.A.S.Puşkin. Qaraçılar, B., Azərnəşr, 1930, 30 səh., 3.000 nüs. (şərikli).
4.Marşak. Huşsuza bax, huşsuza, B., Azərnəşr, 1935, 10 səh., 6.000 nüs.
5.A.S.Puşkin. Qaraçılar, B., Azərnəşr, 1937, 30 səh., 10.000 nüs. (şərikli)
6.Marşak. Huşsuza bax, huşsuza, B., Azərnəşr, 1936, 14 səh., 7.000 nüs.
7.M.F.Axundov. Şərq poeması, B., Azərnəşr, 1937, 31 səh., 5.000 nüs.







3_Rengli_HeyaT



Həyatı
Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid)(1895, Bakı – 1.10.1965, Bakı) – Azərbaycan şairi. Azərbaycan əməkdar incəsənət xadimi (1943).

Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı «Məcməüş-şüəra» ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, möhumatı, zülm və haqsızlığı ifşa etmişdir. «Tamahın nəticəsi» adlı ilk kitabı nəşr olunmuşdur.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsini rəğbətlə qarşılayan Vahid İnqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şer: «Əsgər və fəhlə yoldaşlarıma», «Məktəb nə deməkdir», «Ucal, mələyim» və s. yazmış, «Kommunist» qəzetində, «Molla Nəsrəddin» jurnalında əməkdaşlıq etmişdir. «Kupletlər» (1924), «Mollaxana» (1938) kitablarındakı şerlərdə yeniliyə Mane olanlar, kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə («Döyüş qəzəlləri», 1943; «Qəzəllər», 1944 kitabları) Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və b.-nın qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir.


Yaradıcılığı
***


Hər kim mənə tən eyləsə meyxanələr içrə,
Qan olsun onun badəsi peymanələr içrə.

Öz xəlqinə hər kim mey içib versə əziyyət,
Olsun yeri bayquş kimi viranələr içrə.

Mümkünsə fəsad əhli ilə həmqədəh olma,
Nöqsan yetirər şəninə biganələr içrə.

Cəhd eylə o kəslərlə çalış, badəni qaldır
İnsan kimi zövq artıra məstanələr içrə.

Pərvanə əgər şəmə yanır atəşi qəmlə
Mən də yanıram hər gecə pərvanələr içrə.

Bir zülfü siyah dilbərə çoxdandır əsirəm,
Məhşuram o gündən bəri divanələr içrə.

Vahid biləcək qədrini sərraf əgər olsa,
Saxlar bu gözəl şerini dürdanələr içrə.

Gözəldir


Hər aşiqə öz istədiyi yarı gözəldir,
Hər bülbülə öz sevdiyi gülzarı gözəldir.

İlqarı gözəl olmayanı istəməz aşiq,
Can ver elə cananə ki ilqarı gözəldir.

Mən bir uca boylu gözəlin zülfünə bəndəm
Rüxsarı gözəl, şivəsi, rəftarı gözəldir.

Yüzlərlə gözəl başqa vilayətdə də çoxdur,
Amma bizim ölkə bütün - elcari gözəldir.

Yar olsa mənimlə mənə biganə nə eylər?
Uçmaz elə bir xanə ki memarı gözəldir.

Mən istədiyimçün o gülü qeyri də sevdi
Qiymətli o şeydir ki xiridarı gözəldir.

Vahid, mənə insaf elə, sima ilə baxma,
Əhsən elə bir şairə əşarı gözəldir.

Tələsmə


Səbr eylə könül, möhnəti hicranə tələsmə,
Dərd əhli yetər səbrlə dərmanə, tələsmə.

Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetəcək sevgili cananə tələsmə.

Pərvanə əgər yansa da şəmin sitəmindən,
Şəmin də yaxar ömrünü pərvanə tələsmə.

Zahid çalışır yıxmağa meyxanə binasın,
Məscid qalacaq, əksinə, viranə, tələsmə .

Gül zövqünü çəkmək əbədi xarə də qalmaz,
Bülbül gələr əlbətdə gülüstanə tələsmə.

Gündən-günə artır bu gözəl huriliqalar
Dünya dönəcək cənnəti rizvanə tələsmə.

Vahid içəcəksən demə ki tövbələr olsun,
Cəlb eyləyər axır səni meyxanə tələsmə.


Bəs nə deyim?


Mən o şuxə güli-rəna deməyim, bəs nə deyim?
Aşiqə bülbülü-şeyda deməyim, bəs nə deyim?

Min gözəl görsə gözüm, bir kərə doymaz könlüm,
Bu kiçik qətrəyə dərya deməyim, bəs nə deyim?

Mən əgər eşqidə Məcnun deyiləm bəs nəçiyəm?
Sevdiyim dilbərə Leyla deməyim, bəs nə deyim?

Çırpınır quş kimi hər zülfünü gördükcə könül,
Mən bu divanəyə rüsva deməyim, bəs nə deyim?

Gözlərin həsrətini çəkməyən aşiq yoxdur,
Sənə mən afəti-dünya deməyim, bəs nə deyim?

Bu şirinlik, bu lətafət ki, sənin var gözəlim!
Sənə güldən də mən əla deməyim, bəs nə deyim?

Eşqidən bir bu qədər söyləmək olmaz Vahid,
Mən bu məcnunluğa sevda deməyim, bəs nə deyim?



Dedim:-Ey qönçə dəhan könlümü qan eyləmisən
Dedi:-Bica yerə eşqimdən fəqan eyləmisən

Dedim:-İnsaf elə incıtmə məni aşiqinəm
Dedi:-Get sirrimi aləmə bəyan eyləmisən

Dedim:-Ağlatma məni sərv boyun şövqündə
Dedi:-Göz yaşımı bihudə rəvan eyləmisən
Dedim:-Axır gözəlim bağu-baharım sənsən
Dedi:-Sən ömrünü həsrətlə xəzan eyləmisən

Dedim:-Az çəkməmişəm gözlərinin həsrətini
Dedi:-Öz könlünü yersiz nigaran eyləmisən

Dedim:-Eşqində əsirəm bəs mənə xeyri nədi
Dedi:-Əvvəldə bu sevda da ziyan eyləmisən

Dedim:-Eş atəşi neylər mənə qorxan deyiləm
Dedi:-Biçarə yanarsan nə güman eyləmisən

Dedim:-Ey gül mən əzəldən də gözəl aşiqiyəm
Dedi:-Sən ruhini eşq iylə cavan eyləmisən

Dedim:-Hər gün səri-kuyində dolanmaqdır işim
Dedi:-VAHİD nə gözəl yerde məkan eyləmisən
3_Rengli_HeyaT









Həyatı
Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Sabir) 1862-ci il 30 May-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə ruhani görmək istəyirdi. Buna görə oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.

Mollaxanada şagirdlərin ilk vəzifəsi Quranı oxumaq idi. Ancaq Ələkbər Quranı oxuyub başa vurmadan yazı yazdığı üçün mollası tərəfindən falaqqaya salınıb döyülmüşdü. Onu sıxan yalnız mollaxanadakı dözülməz qanun-qaydalar, maraqsız keçən dərslər idi. Evdə ata və anası səkkiz yaşlı oğullarını oruc tutmağa, namaz qılmağa məcbur edirdilər. Sabirin uşaq vaxtı yazdığı üç misralıq ilk şerində bu acı həqiqət çox təsirli ifadə olunur:

Tutdum orucu irəmazanda,
Qaldı iki gözüm qazanda,
Mollam da döyür yazı yazanda.
Sabir 12 yaşına qədər mollaxanada oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Bu məktəb onun üçün faydalı olmuş, xüsüsilə biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir. Müəllimi Ələkbərə fars dilindən şerlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.

Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şerlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına göre, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şer dəftərini də cırıbmış.

Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şer yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şer dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.

Doğrudan da, Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci idə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir.O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Belə böyük ailə sahibi olmaq Sabirin vəziyyətini olduqca çətinləşdirmişdi. Başqa bir sənəti olmayan şair ailəsini dolandırmaq üçün sabun bişirib satır, ailəsini çox çətinliklə dolandırırdı. Buna baxmayaraq o, yenə dövrünün qabaqcıl ziyalıları ilə əlaqə saxlayır, bədii yaradıcılıqla məşğul olurdu.

1902-ci ildə baş vermiş dəhşətli zəlzələ şəhəri tar-mar etmişdi.Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı. Şair tək başına böyük bir çətinliklə ailəsi üçün müvəqqəti bir daxma düzəltmişdi.

Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü,zarafatçıl, səmimi idi.

XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətin bu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şerlərini oxuyub təhlil və müzakirə edirdilər.

XX əsrin əvvəllərindən başlayaraq Sabirin şerləri mətbuat səhifələrində görünür. 1903-cü ildə “Şərqi-Rus” qəzetində onun şeri çap olunur. Bir qədər sonra isə o,”Həyat” qəzetində şer çap etdirir. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq həqiqi bir xalq jurnalı kimi qarşılayıb onun ən sevimli şairi, ən fəal müəlliflərindən biri oldu.

Bu zamandan C.Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar əməkçi xalqın qanını soran zalım ağalara, yaltaq ruhanilərə, satqın ziyalılara sarsıdıcı zərbələr vururdu. Bütün bunların nəticəsi olaraq Sabir özünə çoxlu dost qazandığı kimi, düşmən də qazanmışdı. Şerlərini gizli imzalarla yazmasına baxmayaraq, istər Şamaxıda və Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində və İranda bir çox irticaçılar şairin əsərlərini pisləyir, onun yazdığını oxuyanları kafir elan edirdilər. Hətta bəzən ruhanilər Sabirin ölümünə fitva verir, varlılar ona hədələyici məktublar göndərir, qoçular küçədə yolunu kəsib ağır sözlər deyirdilər.

1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şer yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət “İrşad” qəzetinin redaksiyasında korrektor işleyir və müəllimlik imtiyazı əldə etmə üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə fərəhli məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.

1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim sifətilə dərs deyir. Müəllim yoldaşları onun dərin bilik və pedaqoji ustalıqla verdiyi dərsləri çox bəyənirlər.

Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı “Ümid” məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu.Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə “Zənbur” jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanı məktəbində böyük həvəslə dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları “Nur” kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərinin redaksiyasında işləyir. “Günəş” qəzeti hər həftənin cümə günü “Palanduz” sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə “Nizədar” və “Çuvalduz” imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda “Molla Nəsrəddin”ə də yazmaqda davam edir.

Aylarla ehtiyac içində, işsiz, əzab-əziyyətlə dolanan böyük şair 1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C.Məmmədquluzadənin evində yatır. “Molla Nəsrəddin”in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şer yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, “Molla Nəsrəddin” jurnalının redaksiya işlərinə yaxından kömək edir.

İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır. Axır günlərindən birində şair deyir:

İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl,
Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!
“Molla Nəsrəddin” jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq “Molla Nəsrəddin”in ünvanına ianə göndərirlər.

Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: “...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”.

1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda “Yeddi günbəz qəbiristanı”nda dəfn olunur.

Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri “Hophopnamə” adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə “Hophopnamə”nin ikinci, daha mükəmməl nəşri buraxıldı. Sovet hakimiyyəti illərinde Sabir irsinə maraq görülməmiş dərəcədə artdı, “Hophopnamə” böyük tirajla bir neçə dəfə çap olundu.


Aldanma ayıqlıqda fəraqət ola, heyhat!

Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!

Bidar olanın başı səlamət ola, heyhat!

At başını yat, bəstəri-rahətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!


Aldanma ayıqlıqda fəraqət ola, heyhat!

Qəflətdə keçənlər kimi ləzzət ola, heyhat!

Bidar olanın başı səlamət ola, heyhat!

At başını yat, bəstəri-rahətdən ayılma!

Laylay, bala, laylay!

Yat, qal dala, laylay!

tük edirem xebere gore
3_Rengli_HeyaT

Məhəmməd Biriya

Həyatı
Məhəmməd Biriya - (Məhəmməd Bağırzadə) Azərbaycan Demokrat Firqəsinın maarif naziri. 1914-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Atası sənətkar olub. 1920-ci ildə Qüzey Azərbaycana muhacirət edib. İlk təhsilini Bakıda alıb. 1929-ci ildə anası vəfat etdikdən sonra yenidən Təbrizə qayıdıb. Şair milləti Pəhləvi zülmünə qarşı mubarizəyə dəvət edib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi hökumət qurandan sonra maarif naziri seçilən Məhəmməd Biriya məktəblərdə Azərbaycan dilinin tədrisinin proqramını yaradıb. 1947-ci ildə Azərbaycan Demokrat Firqəsi dağılandan sonra Qüzey Azərbaycana qaçıb. Sovet dövründə Sibirə sürgün olunub. Azərbaycan maarifinin inkişafında böyük rol oynayıb.



Məhəmməd Biriya - (Məhəmməd Bağırzadə) Azərbaycan Demokrat Firqəsinın maarif naziri. 1914-cü ildə Cənubi Azərbaycanın Təbriz şəhərində dünyaya gəlib. Atası sənətkar olub. 1920-ci ildə Qüzey Azərbaycana muhacirət edib. İlk təhsilini Bakıda alıb. 1929-ci ildə anası vəfat etdikdən sonra yenidən Təbrizə qayıdıb. Şair milləti Pəhləvi zülmünə qarşı mubarizəyə dəvət edib. 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi hökumət qurandan sonra maarif naziri seçilən Məhəmməd Biriya məktəblərdə Azərbaycan dilinin tədrisinin proqramını yaradıb. 1947-ci ildə Azərbaycan Demokrat Firqəsi dağılandan sonra Qüzey Azərbaycana qaçıb. Sovet dövründə Sibirə sürgün olunub. Azərbaycan maarifinin inkişafında böyük rol oynayıb.


[redaktə / تحریر] Yaradıcılığı
Biriya qoymaginan, bəndəri kəs, Şah qaçır a!


Biriya qoymaginan, bəndəri kəs, Şah qaçır a!
Daha düşməz əlinə, durma tələs, Şah qaçır a!


Çapdı iranlıların var-yoxunu, yağlı yedi,
Laybalay cibləri puldu, şələsi bağlı gedir,
Tacu-təxtə baxır, amma ürəyi dağlı gedir,
Yükü çoxdur, gücənir, təngi-nəfəs Şah qaçır a!
Biriya qoymaginan, bəndəri kəs, Şah qaçır a!


Rza xan məmləkəti gör necə pamal elədi,
Binəva xəlqini axır suçu hammal elədi,
Elə iş gördu - bütün şahları ibtal elədi,
Dövrədən də səsinə verdilər səs, Şah qaçır a!
Biriya qoymaginan, bəndəri, kəs Şah qaçır a!


Demə İran gələcək, sən sevin İran olacağ,
Məmləkət zülmü sitəmdən daha viran olacağ,
Müstəbidlər gənədə sahibi fərman olacağ,
Bizi təqib edəcək bir gün ƏSƏS, Şah qaçır a!
Biriya qoymaginan, bəndəri kəs, Şah qaçır a!



Nə azadəm bu aləmdə, nə əldə ixtiyarım var


Nə azadəm bu aləmdə, nə əldə ixtiyarım var,
Nə qussə əl çəkir məndən, nə dildə bir qərarım var.


Qəfəsdə saxlamış zalım, fəğanımnan alır ləzzət,
Təsəvvür eyləməz, gün tək münəvvər bir şüarım var.


Dilim bağlı, gözüm bağlı, qulağım kar, üzüm gülməz,
Günə həsrət qalan gülsüz, səfasız laləzarım var.


Nəçün mən olmayım məhzun, ürəkdən etməyim nalə?
Hər addımda müəyyəndir, qazılmış bir məzarım var.


Ölüm xoşdur, çıx ey ruhum bu cismi natəvanimdən,
Nə təslim olmağa meylim, nə dəhrə etibarım var.


Zavalli xəlqinin dərdin gərəkdir Biriya çəksin,
Bu yolda qanıma batsam, böyük bir iftixarım var.



***


Cahanda qurtulan deyil zəmanənin sitəmləri,
Amandı saqi, mey gətir, keçirmə boş bu dəmləri.


İçim şərabi - məst olum, yazım kitabi xilqətə,
Mənəm deyənlərin məni əzən dəyir mənimləri.


Vəfası çox, səfasi çox, alovlu-odlu şairəm,
Əgər iradə eyləsəm, qılınca çevrilər qələm.



Ey varlığa, azadlığa, insanlığa düşmən


Ey varlığa, azadlığa, insanlığa düşmən,
Bəsdir daha, artıq day utan öz əməlindən.


Tökdün bu qədər qan, daha etməzmi kifayət?
Yoxdurmu bu haqsızlığa, bu zülmə nəhayət?


Başdan başa fikrin, əməlin qanlı cinayət,
Əlbət yetəcəkdir sona bu qəmli hekayət.


Ömründən əgər, mən bilirəm, qalsa da bir an,
Axırda həqiqət tutacaqdır sənə divan.


Bir gün alacaq haqqını səndən bəşəriyyət,
Lənət sənin amalına, həkkarına lənət.


Xilqət nə qədər var, unudulmaz adın amma,
Nifrətlə səni yad edəcəkdir yeni dünya.



Ərbab


Sinnim bu yaşa gəldi, görmədim nə kitabxanə üzü, nə məktəb,
Yandırdı mənim qarnımı axırda bu mətləb.
Yorğan-döşək içində səni sancsın bir qara əqrəb,
Var-yoxsa ümid gələsən lənətə Ərbab,
İnsaf elə, gəl bir balaca mürvətə Ərbab!


Çöllərdə canım çıxdı mənim gün qabağında,
Arvad-uşagım görmədi başmaq ayağında,
Var-yoxsa gözüm çatlamış ayran çanağında,
Al, al bunu da, yap məni, sal zillətə Ərbab,
İnsaf elə, gəl bir balaca mürvətə Ərbab!



Necə gəlim?


Başına döndüyüm, qurban olduğum,
Deyirsən evə gəl, mən necə gəlim?
Gözəl camalına heyran olduğum,
Deyirsən evə gəl, mən necə gəlim?


Üzümü bir belə danlama, bəsdi,
Bilirsən, fələyin işləri nəsdi,
Gəlirdim, yolumu EMGEBE kəsdi,
Deyirsən evə gəl, mən necə gəlim?


Laygerin dövrəsi çəpərdi, valla,
Hər yana baxıram xətərdi, valla,
Burda xilas olmaq hünərdi, valla,
Deyirsən evə gəl, mən necə gəlim?


Çəpərin dalında durub nigəhban,
Qabaqda ölümdü, arxada zindan,
Qadasın aldığım yari-mehriban,
Deyirsən evə gəl, mən necə gəlim?


Üzümü tutanda qadir Allaha,
Dönür seksiyalar ibadətgaha,
Mənə vəslin olub canımdan baha,
Deyirsən evə gəl, mən necə gəlim?


Adım Məhəmməddir, özüm riyasız,
Hələ çıxmamışam sənə vəfasız,
Məni buraxmayır tutan həyasız,
Deyirsən evə gəl, mən necə gəlim?



Vəsiyyət


Vurma əl türbətimə, türbəti Adəm də mənəm,
Nə o dünya, nə bu dünya, iki Aləm də mənəm.
Neyləyim, pey aparan olmadı bu varlığıma,
Eyşi-işrət də mənəm, möhnəti matəm də mənəm,
Rəsmidə Həzrəti Nuh, ismidə Xatəm də mənəm.
3_Rengli_HeyaT
Seyid Əzim Şirvani



Həyatı
Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 9-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd, Seyid Əzim kiçik yaşlarında ikən vəfat etmişdir. Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Heç təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir.

Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Fizuli şerlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar görkəmli yazarın zəngin bədii irsi içərisində az yer tutur. S.Ə.Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şerə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.


Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün "Əkinçi" bir xitabət kürsüsü idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, "Əkinçi"də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

Bəs "Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.


Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarı ilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir. Şairin öyüdlərinin çoxu bu günə qədər öz tərbiyəvi əhəmiyyətini itirməmişdir.

Filhəqiqət dirəxti-nakamil,
Tərbiyət feyzinə olur şamil.
Növi-insan deyil ağacdan kəm,
Qabili-tərbiyətdi hər adəm.


Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" və s. satiralarıdır.

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat etmişdir. Görkəmli şair 53 illik ömür salnaməsində böyük bir irs qoyub getmişdir.


Yaradıcılığı
Abid və quru kəllə


Çay kənarında bir nəfər abid
Həqqə olmuşdu şövq ilə sacid.1
Gördü bir kəllə su üzündə əyan,
Aparır çay aşağə seyli-rəvan.
Durub abid o kəlləyə yetdi,
Kəllənin halını sual etdi.
O quru kəllə nitqə gəldi rəvan,
Dedi: - Ey abidi-fəriştənişan,
Şah idim mən cahanda izzət ilə,
Ruzgarım keçirdi şövkət ilə.
Tac ilə təxtü dövlətim var idi,
Gəncü zərrü rəiyyətim var idi.
Hər tərəf işlər idi fərmanım,
Xoş keçərdi həmişə dövranım.
Məclisimdə müdam cami-şərab,
Saqivü badə, çəkgü tarü rübab.
Neçə zərrinkəmər qulamlərim,
Hasil idi cahanda kamlərim.
Məclisim xüld2 badə kövsər idi,
Hər murad istəyəm-müyəssər idi.
Eylədi dəhr eyşimi bərbad,
Mürği-ruhə əcəl olub səyyad,
Mənzilim ta ki bir məğak oldu,
Bədənim döndü tirə xak oldu.
Qəbrimi seyl həm fəna qıldı,
Məni bu halə mübtəla qıldı.
Seyyida, bir diyardır bu fəna-
Ki, bərabərdir onda şahü gəda...



--------------------------------------------------------------------------------




1.Sacid – səcdə edən.
2.Xüld – behişt.
3_Rengli_HeyaT





Həyatı
Məhəmməd Süleyman oğlu Füzuli

Azərbaycan-Türk ədəbiyyatı tarixində Divan ədəbiyyatının ən möhtəşəm nümayəndələrindən biri kimi tanınmaqdadır. Təxminən 1494-cü ildə anadan olmuşdur. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu mə'lumdur.

Azərbaycanda məşhur olan türkmənşəli Bayat tayfasındandır.

Bə'zi mə'lumatlara görə, Məhəmmədin atası Süleyman İraqa Azərbaycanın Ərəş mahalından köçmüşdür. Sonralar şairin oğlu Fəzli Ərəşə dönərək, yaxın qohumlarının yanında yaşayıb. O, burada özünün alimliyi ilə geniş şöhrət tapıb. Füzulinin özü də kamil təhsil görmüşdü. Elə bunu nəzərə alan tədqiqatçılar belə hesab edirlər ki, şairin atası kifayət qədər varlı adam olmuşdur. Eləcə də onun ziyarətgah sayılan Hillə və Kərbəla kimi şəhərlərdə yaşaması Süleyman kişinin ruhani olduğuna dəlalət edir. Həqiqətən də belə bir rəvayət var ki, Füzulinin atası Hillə şəhərinin müftisi olmuşdur.

XI əsrdə İraqın Səlcuqlar, daha sonralar isə Monqollar və Teymurilər tərəfindən işğalından sonra Bağdadda və onun ətraflarında türklərin sayı getdikcə artırdı. Bu durum sonralar da davam edir. 1508-ci ildə şah İsmayıl təntənəli şəkildə Bağdada girərək, İraqı Azərbaycana birləşdirir, sonra isə 1534-cü ildə bu şəhər uzun bir müddətə Osmanlı İmperiyasının tərkibinə daxil olur. Beləliklə Füzulinin həyat və yaradıcılığı ilk dövrləri İraqi-Ərəbin Səfəvilər hakimiyyətinə tabe olduğu illərə düşür.

İlk təhsilini Kərbəlada almış, Bağdadda davam etdirmişdir. Bir müddət İraqın Nəcəf və Hüllə şəhərlərində də yaşamışdır. Şəxsi mütaliəsi sayəsində Orta Əsr elmləri (məntiq, tibb, nücum, riyazi və humanitar elmlər), xüsusən dini-fəlsəfi cərəyanlar, ərəb tərcümələri əsasında yunan fəlsəfəsi ilə yaxından tanış olmuş, klassik türk, ərəb, fars və hind ədəbiyyatını öyrənmişdir. "Bəngü Badə" ("Tiryək və Şərab") əsərini Şah İsmayıl Xətai'yə ithaf etməsinə, I Şah Təhmasib'ə və onun sərkərdələrinə, ayrı-ayrı valilərə, xanlara qəsidələr yazmasına baxmayaraq, saraya meyl göstərməmişdir. Sultan Süleyman'a bir neçə qəsidə təqdim etmiş Füzuli Sultan ordusu ilə Bağdada gələn türk şairləri Xəyali və Yəhya bəy'lə görüşmüş, "Leyli və Məcnun" (1537) əsərini də "Rum zərifləri" adlandırdığı bu sənətkarların xahişi ilə qələmə almışdır. Füzuli üç dildə qəzəl, qəsidə, müsəddəs, tərkibbənd, tərcibənd, rübai, qitə, mürəbbe və s. yazmışdır. Fəlsəfi mahiyyətli qəsidələri, "Yeddi cam", "Ənisül-qəlb", "Səhhət və Mərəz" əsərləri qocalıq dövrünün məhsullarıdır. O, qəsidələrini ayrıca bir əsər kimi toplayıb kitab şəklinə salmış, türk, fars və ərəb dillərində divanlar tərtib etmişdir. Füzuli türk dilində lirik şerin ən gözəl nümunələrini yaratmışdır. Yaradıcılığının zirvəsi olan "Leyli və Məcnun" poeması Azərbaycan, eləcə də Şərq və dünya poeziyasının nadir incilərindəndir. Nizami Gəncəvi'nin ilk dəfə yazılı ədəbiyyatı gətirdiyi "Leyli və Məcnun" mövzusunun bir çox türk, fars, hind, özbək və tacik şairləri tərəfindən qələmə alınmasına baxmyaraq, Füzulinin ana dilində yaratdığı əsər orijinallığı ilə bu mövzuda əvvəllər yazılmış poemalardan seçilir. Füzuli Azərbaycan ədəbiyyatı tarixində ana dilində bədii nəsrin görkəmli nümunələrini yaratmışdır. Füzuli qədim yunan və Şərq fəlsəfəsi ilə tanış idi. Onun fəlsəfi görüşləri əsasən ərəb dilində nəsrlə yazdığı "Mətləül-etiqad" əsərində əksini tapmışdır. Füzuli burada Aristotel, Platon, Empedokl, Demokrit və başqa yunan filosoflarının fikirlərindən, ən-Nizam'ın fəlsəfi irsindən təsirlənmişdir. Füzulinin başqa əsərlərində də ədəbi fəlsəfi fikirlərə təsadüf edilir. Füzuli Nəsimi'dən sonra ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yeni yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına qüvvətli təsir göstərmiş, ədəbi məktəb yaratmışdır. Onun əsərləri Təbrizdə, Bakıda İstanbulda, Ankarada, Qahirədə, Daşkənddə, Buxarada, Aşqabadda dəfələrlə nəşr edilmiş, dünya şərqşünasları tərəfindən yüksək qiymətləndirilmişdir.

Məhəmməd Füzuli qəməri tarixlə 963-cü, miladi təqvimlə 1556-cı ildə Kərbəlada taun xəstəliyindən vəfat etmiş, orada da dəfn olunmuşdur.

Şairin ölümünün 400 illiyi dünya miqyasında qeyd edilmişdir. Əsərləri toplanaraq ən qədim nüsxələr əsasında Azərbaycanda beş cilddə nəşr olunmuşdur.


Əsərləri
"Səhhət və Mərəz" Farsca və nəsrlə yazılıb. Alleqorik əsərdir.
"Rindü Zahid" Farsca və nəsrlə yazılıb. İki baxışın dialoqudur.
"Hədiqətüs-Süəda" (Xoşbəxtlik bağçası) Həcmcə ən böyük əsəridir. Əsər ən`ənəvi-müştərək bir mövzuda yazılmışdır.
"Hədisi ərbəin tərcüməsi"
"Mətləül e`tiqad"


Məşhur Qəzəlləri
"Məni candan usandırdı"
"Söz"
"Olsaydı məndəki qəm"
"Yetər ey fələk"
"Tutuşdu qəm oduna"
"Pənbeyi-daği-cünun"
"Keç"
"Bəkləriz"
"Könül səccadəyə basna ayaq, təsbihə əl urma"
"Rəmazan oldu çəkib şahidi-mey pərdəyə ru"




Məni candan usandırdı,cəfadan yar usanmazmı?

Fələklər yandı ahımdan,muradım şəmi yanmazmı?



Qamu bimarına canan dəvayi-dərd edər ehsan,

Nəçün qılmaz mənə dərman,məni bimar sanmazmı?



Ğəmim pünhan tutardım mən,dedilər yarə qıl rövşən,

Desəm ol bivəfa bilməm,inanarmı,inanmazmı?



Şəbi hicran yanar canım,tökən qan çeşmi- giryanım,

Oyadar xəlqi əfğanım,qara bəxtim oyanmazmı?



Güli-ruxsaruna qarşu gözümdən qanlı axar su,

Həbibim,fəsli-güldür bu,axar sular bulanmazmı?



Deyildim mən sənə mail,sən etdin ağlımı zail,

Mənə tən eyləyən qafil,səni görgəc utanmazmı?



Füzuli rindi-şeydadir,həmişə xəlqə rüsvadır,

Sorun kim,bu nə sevdadır,bu sevdadan usanmazmı?

3_Rengli_HeyaT
İzzəddin Həsənoğlu


Həyatı
İzzəddin Həsənoğlu doğma Azərbaycan türkcəsində şeirləri hifz olunmuş ilk şairlərimizdəndir. Azəri türkcəsində yazılmış və bu gün əlimizdə olan üç şerində Həsənoğlu, farsca şeirlərində Puri-Həsən təxəllüsünü işlətmişdir. Həsənoğlunun "Apardı könlümü bir xoş qəmər yüz, canfəza dilbər" mətləli qəzəli o qədər kamildir ki, Həsənoğlunun özünün də, o əsrdə yaşamış başqa şairlərimizin də artıq ana dilində yüksək bədii səviyyədə şeirlər yaratdıqlarına şübhə qalmır.



Yaradıcılığı
***


Apardı könlümü bir xoş qəmərüz canfəza dilbər,
Nə dilbər? Dilbəri-şahid. Nə şahid? Şahidi-sərvər.


Mən ölsəm sən, büti-şəngül, sürahi eyləmə qülqül,
Nə qülqül? Qülqüli-badə. Nə badə? Badeyi-əhmər.


Başımdan getmədi hərgiz səninlə içdigim badə,
Nə badə? Badeyi-məsti. Nə məsti? Məstiyi-sağər.


Əzəldə canım içində yazıldı surəti-məni,
Nə məni? Məniyi-surət. Nə surət? Surəti-dəftər.


Şaha şirin sözün qılır Misirdə bir zaman kasid,
Nə kasid? Kasidi-qiymət. Nə qiymət? Qiyməti-şəkkər.


Tutuşmayınca dər atəş bəlirməz xisləti-ənbər,
Nə ənbər? Ənbəri-suziş. Nə suziş? Suzişi-məcmər.


Həsənoğlu sənə gərgçi duaçıdır, vəli sadiq,
Nə sadiq? Sadiqi-bəndə. Nə bəndə? Bəndeyi-çakər.



***


Necəsən gəl, ey yüzü ağım bənim?
Sən əritdin odlara yağım bənim.


And içirəm səndən artıq sevməyim,
Sənin ilə xoş keçər canım bənim.


Hüsn içində sana manənd olmaya,
Əsli yuca, könlü alçağım bənim.


Al əlimi irəyim məqsədimə,
Qoyma yürəkdə yana dağım bənim.


Sən rəqibə sirrini faş eylədin,
Anun ilə oldu şımtağım bənim.


Qışladım qapında itlərin ilə,
Oldu kuyin üştə yaylağım bənim.


Bən ölücək yoluna gömün bəni,
Bağa dursun yarə toprağım bənim.


Toprağımda bitə həsrətlə ağac,
Qıla zari cümlə yaprağım bənim.


Bu Həsənoğlu sənin bəndəndürür,
Anı rədd etmə yüzü ağım bənim.



***


Rəhmsiz xəlq olunubdur o nigarım, nə edim?
Aparıb fikri bütün səbrü qərarım, nə edim?

El mənə tənə vurur: söylə, tükənməzmi yasın?
Axı, mən bağrıyanıq aşiqi-zarəm, nə edim?


Ayqabaqlım görüşə gəlmədi, tənha gəzərək,
Saymayım nəcmi-münəvvər, şəbi-tarəm, nə edim?


Yar apardı canımı, olmadı dildar mənə,
Özü asudə gəzir, mən güli-xarəm, nə edim?


Saldı əldən qəmi-məşuqə məni, yoxmu dəva,
Eşqdən oldu pərişan səri-karım, nə edim?


Hər iki dünyada allah gözəli düst tutar,
Mən ki, puri Həsənəm, yoxdu nigarım, nə edim?
3_Rengli_HeyaT
Tam Adı Qazi Əhməd Bürhanəddin
Doğum Tarixi 1345
Doğum Yeri Kayseri
Ölüm Tarixi 1398
Ölüm Yeri Sivas



Həyatı
Qazi Bürhanəddin (Qazi Əhməd Bürhanəddin), (1345 - 1398) Orta əsrlər Azərbaycan, türk dövlət xadimi və şairi.

Azərbaycan dilində yazdığı divanı bizə çatan ilk şairdir.

1345-ci ildə Kayseridə dünyaya gəlmişdir. Oğuzların Salur Boyundan gəlmə bir ailənin uşağıdır. Təhsilinə kiçik yaşlarından atasının yanında başlamışdır. Ərəbcə və Farscanı öyrənib Misirə gedib və orada fıkıh, hədis və tibb kimi elmləri öyrənmişdir.

Qazı Bürhanəddin, Səlcuqların məğlubiyyətindən sonra Sivas və ətrafında qurulan Eretna Bəyliyində 1335-1381-ci illərdə sıra ilə kadılık, vəzirlik və padişahlıq vəkilliyi kimi vəzifələrdə işləmiş və bir müddət sonra bəyliyin zəifləməsindən istifadə edərək öz adını daşıyan Qazi Bürhanəddin Əhməd Bəyliyi dövlətini qurmuşdur. 1381-ci ildə qurduğu bu dövlət 17 il yaşamış və 1398-ci ildə Ağqoyunlu hökmdarı Qara Yuluq Osman Bəy tərəfindən Qazi Bürhanəddinin öldürülməsiylə birlikdə sona yetmişdir.

1392-ci ildə Qazi Bürhanəddin, Şehzade Ertuğrul komutasındaki Osmanlı İmperiyası ordusunu Çorum yaxınlarında (Kırkdilim) yendi və bu savaşta İldırım Bəyazid taht varisi uşağı Ertuğrul öldürüldü.
1393-cü ildə 608 səhifə olan divanı özü yaşarkən yazıya keçdi. Qazəllərində məxləs yoxdur və divan da əlifba sırasıyla tertip edilməmişdir. Divanında 319 qazəl, 20 rübai, 108 tuyuq ve birkaç da müfrəd bulunmaqdtadır. Tuyuq şeklinde Türk ədəbiyyatında ilk şiir yazanın Qazi Bürhanəddin olduğu da diqqət çekicidir.
Qazi Bürhanəddin, macərə ilə dolu bir həyat yaşamışdır. Məlumatlı, adil, zəki və sözünü əsirgəməyən bir dövlət xadimi olduğu rəvayət edilmişdir. Bu xüssiyyətlərindən əlavə, içdən və yanıq bir eşq şairidir. Lirik şeirlərində cəsarət gözə çarpır və bu istiqamətiylədə klassik şeirdən fərqlənir. Eşq şeirlərindən əlavə din və tasavvuf ilə bağlı şeirləri də vardır. Bir Türkçə divanı ilə, iki Ərəbcə yazılmış əsəri mövcuddur.

XIV. yüzyılda Anadolu, Anadolu Beylikleri adıyla, bölge bölge kurulan Türk Beyliklerinin idaresi altındadır.Selçuklu Devletinin çöküşünden sonra türeyen, her biri kendi başına buyruk, her biri bağımsız, büyüklü küçüklü bu beylikler, tek bir devlet gücüne bağlanıncaya kadar, birbirleriyle sürekli olarak çatışmışlardır. Aralarında birlik olmayınca, Anadolu'da dirlik de olmamış, halk sürekli bir huzurun özlemini çekmiştir. Hele iki beylik vardı ki, bunlar ötekilerinden daha büyük, daha güçlüydüler.

Biri Karamanoğulları, öteki Osmanlılar... Bunlar devamlı çatışıyor, çevrelerindeki küçük beylikleri sık sık birbirleri aleyhine kışkırtıyorlardı. Anadolu'nun Kayseri, Sivas kesimini ellerinde bulunduran Eratna Beyliği bu küçük beyliklerden biriydi.

İşte bu yıllarda, Kayseri'de, Şemseddin Ahmed adında ünlü bir kadı vardı. Adaletiyle, bilgisiyle tanınmış, sevilmişti. 1344 yılında Şemseddin Ahmed'in bir oğlu dünyaya gelmiş, bu sevimli çocuğa Burhaneddin adı verilmişti. Türk Edebiyatının büyük divân şairi, devrin seçkin bilim ve devlet adamı Kadı Burhaneddin işte bu çocuktu. İlk öğrenimini babasından yapan Burhaneddin, daha 14 yaşlarındayken ana dili Türkçe’den başka Arap ve Fars dillerini, mantık ve hikmet gibi bilimleri, yaşından beklenmeyen bir ölçüde öğrenmişti.

Kayseri'de gördüğü öğrenimini yeterli bulmayan Burhaneddin, bir gün azığını aldığı gibi, yollara düşmüş, önce Kahire'ye, daha sonra da Halep'e gelerek öğrenimini tamamlamıştı. Onun gurbet hayatı 6 yıl sürmüş, 1364 yılında babasının ölüm haberini alır almaz Kayseri'ye dönmüştü.

Kayseri'de Kadı Şemseddin Ahmed'in yerine oturacak, adaleti onun gibi, ince eleyip sık dokuyacak kimse yoktu. Oğlu Burhaneddin ise o zaman 20 yaşındaydı. Gençti, tecrübesizdi ama, bilgisi ve zekâsıyla herkesi kendisine hayran bırakıyordu. Çok geçmeden Kayserililer onu babasının makamına oturtuverdiler. O günden sonra Kadı Burhaneddin adını aldı. Bununla da kalmadı. Eratna Beyi Gıyaseddin Mehmed'e damat oldu.

Gıyaseddin Mehmed'in kısa bir süre sonra öldürülmesiyle Eratna Beyliğinin başına oğlu Alâeddin Ali Bey geçmişti. Alâeddin Ali Bey, genç eniştesi Kadı Burhaneddin'i kendisine vezir tayin etmekte gecikmedi. Kadı Burhaneddin bir yanda devlet işlerini yürütürken öte yanda durmadan okuyor, öğreniyor, kitaplar yazıyor, tasavvuf ve edebiyatla uğraşıyordu.

1380 yıllarına doğru Eratna Beyi Alâeddin Ali Beyin ölümüyle yerine 7 yaşındaki oğlu tahta çıkmıştı. Bu durum sürekli karışıklıklara neden olmuş, Kadı Burhaneddin, halkın da isteği ve ısrarı üzerine idareyi eline alarak bağımsızlığını ilân etmiş ve Sivas'ta tahta oturmuştu.Onun 18 yıllık saltanatı, yine karışıklıklar, savaşlar, iç isyanlar içinde geçmiş, böyle olduğu halde, kılıç ve kalemini aynı ustalıkla kullanmış, 1500 gazeli 119 tuyuğ ve 20 rubaî'yi içine alan Türkçe koca bir divan meydana getirmişti.

Özellikle, Türk Edebiyatında (Tuyuğ) denen şiir örneğini en çok kullanan Kadı Burhaneddin olmuş, tuyuğlarında yiğitçe kükremiştir:

Özünü şeyh gören serdâr olur
Enelhak dava kılan berdâr olur.
Er oldur, Hak yoluna baş oynaya,
Döşekte ölen yiğit murdar olur.
Cana can vermeyenin ne canı var,
Can verenin adı ile sanı var.
Er kişinin matahı erlik olur.
Cevherinin lâl ile mercanı var.
Erenler öz yolunda er tek gerek
Meydanda erkek kişi mertek gerek
Yahşi yaman, katı yumşak olsa hoş
Serverim diyen kişi erkek gerek


Şiirlerinde adını, ya da takma adını kullanmayan Kadı Burhaneddin tekke şairleri gibi içine dönük değil, aksine hayata yaygın, Köroğlu misali, mertlik ve aşkı birlikte yaşatan, halka, halkın diliyle seslenen bir ozandır. 600 sayfalık Dîvân'ından ayrı olarak yazdığı İksîr-i Saâdet adlı eseriyle de bilgi dağarcığını ortaya koymuştur.

Bir gazelinde:

Şahâ, senün cemalünü göreyim ondan öleyim,
Susamışam visaline ereyüm andan öleyim
Dün gice düşte ben seni, benim ile görür idim,
Bu düşümün tabirini yorayım andan öleyim.


diyerek, son nefesine kadar aşkı dilinden düşürmemiştir.

Kadı Burhaneddin, Şeyh Müeyyed isyanı sırasında, 1398 yılında Sivas'ta şehit olmuş, ölümünden sonra kurduğu Beylik dağılmıştır.



Öz dilində şəirlər yazmışdır.
Umumi Türk ədəbiyyatında eski dövrin ən mühim ikinci şahəsərini kaleme alandır.
Azərbaycan Türkçəsi ilə yazdığı divanı bizə çatan ilk şairdir.
Tuyuq şeklinde Türk ədəbiyyatında ilk şiir yazanın Qazi Bürhanəddin olduğu da diqqət çekici olub bu cür banisidir.
Arkasından gəlmə Nəsimi və Füzuli'yi etkilemiştir.


Yaradıcılığı
Qazəllər

I

Nigârine, bu gözlerden nesîbi qanı üşşâqun,
Ki, her dem leblerim içün dökilür qanı üşşâqun.
Müberqe oluben, şâhâ, nühüfte qıla hüsnüni,
Nevası, rastı yoxdur meğer ki, canı üşşâqun.
Belün kibi xilal oldux, ağızm tek xeyal oldux,
Xeyâlun olalı, şâhâ, bu dem mehmânı üşşâqun.
Gel ey eşqine quşanan, dil ü can ver, cefâ cövr al,
Geh assı, geh ziyan eyle, budur dükkânı üşşâqun.
Egerçi âm îmânın tamam eyler şehâdetler,
Kemâle irmeye sensüz, şehâ, îmânı üşşâqun.
II

Canumı eşqüne satdum dexi behâ ne gerek,
Bana xo yoluna can vermeğe behâne gerek.
Nigâra, qâmetüne qılmuşuz könüli feda,
Zira ki, serv-i revane revan revâne gerek.
Dükâne baxmadı, bazarı olmadı könlüm,
Ve leyk le'l-i lebünçün varam dükâne gerek.
Qanumı lebleri içdi vü düşdü araye qan,
Canum dexi quşanuban bu qana qane gerek.
Nigâra zülfüni tağıd, qarası çoğ olsun,
Ya ada, ya sana layiq çeri yasane gerek.
Kenarı andan ü andan kenare istemegil,
Miyane derd-i dil ehli işi miyane gerek.
Çü lütfüni bilürem ger günah qıldım ise,
Yazana qılma cefayı, cefa yazane gerek.
III




Çin edelüm saçı çini xetâya saldı beni,
Sebeb nedür ecaba ki, cezaya saldı beni.
Dodağı buse dedi ve hevâle qıldı yüze,
Egerçi neqd idi vechi bir âya saldı beni.
Gözüyle ki, könül xestedür davam umaram,
Tebib bilmedi nebzi, davaya saldı beni.
Könüli gendüye qullab ilen getürdi saçı,
İrağa atmağ içün qaşı yaya saldı beni.
Ne dem durur ki, mis altun degül vücudun ile
Feda olmaz oduna, kimyaya saldı beni.
IV

Xub cananda çox velî nâzik ü dilrübâ gerek,
Cana vida qıluban eşqine merhaba gerek.
Ben kim olam ki, depremdem bir qılmı gîsusunun,
Başın eline alıban ol iş içün sebâ gerek.
Qonça ağızın açmağa kimün eli irişiser,
Ateş- i eşq mevsümi irişiben hevâ gerek.
Ta ki, sefa gire ele Ke'be yüzinde ol bütün,
Cünne dexi qeba olub yene qeba ebâ gerek.
Derdi ile çü esrüken dürdi ile yazam xumar,
Pes nedelüm çü xesteyüz derdümüze deva gerek.
V

Serxoş gözü bilür ki, mestâne-yi eşqem ben.
Bir âqil-i me'nîyem dîvâne-yi eşqem ben.
Her bixiredün sözi ki, te'ne qılur bana,
Senden beni ayırmaz, ez xane-yi eşqem ben.
Cananeye ben canı çoxdur ki, revan etdüm,
Canum benüm oldur ki, canane-yi eşqem ben.
Gencîne-yi hüsnini püshan edeli dilde,
Gökçeklikle bay oldur, vîrâne-yi eşqem ben.
Rövşen bu durur, yanmaq oldu yüzine vâcib,
Şem olmağa her cana pervane-yi eşqem ben.

VI

Can olur ise bari canâne-yi eşq olsa,
Mest olur ise kişi mestane-yi eşq olsa.
Gözlerüm axıdur dür, serraf getür urdur,
Dürdane olur ise dürdâne-yi eşq olsa.
Her bir kişi dünyada erlikden eder deva,
Merdâne olur ise merdane-yi eşq olsa.
Herçend ki, her seme pervane düşer olur,
Yoldaş bize bu yolda pervâne-yi eşq olsa.
Qddı lebi ol yarun şerbetlerini hazır,
Dîvâne içün liyken dîvâne-yi eşq olsa.
VII

Saqi, tolu sun neçə-neçə zəhdlə pərviz,
Mütrib, yenə düz nəğmeyi-tərəbəngiz.
Dil sinənə bağlandı, can asıldı ləbündən,
Hər mövləvi gərək dürə bəndü şəkaraviz.
Mələkdə ağız böylə necə ola dürəfşan,
Ya huridə səs böylə qaçan ola dilaviz?
Nazik tənüni biliməzəm canmı, bədənmi?
Hələ sanuram bən ruhi-bədənamiz.
Xuni-cigəri gözlərüm axıdə zərurət,
Çün hindu gözün aldı ələ xəncəri-xunriz.
Şol lə'li-ləbün cilvə qılurisə cəhanə,
Başdan-başa sürxab axıda xitteyi-Təbriz.
3_Rengli_HeyaT



Seyid Əli İmadəddin Nəsimi (1370 - 1417) - Orta əsrlər Azərbaycan şairi, hürufilik təriqətinin ən məşhur nümayəndələrindən biri.


Həyatı
Nəsimi 1370-ci ildə Şamaxı*da dünyaya gəlib. Bəzi tədqiqatçılar onun Bakıda doğulduğunu iddia edir.

Şairin atası Seyid Məhəmməd Şirvanda yaxşı tanınan şəxsiyyətlərdən idi. Nəsiminin bir qardaşı da olub. Onun Şamaxıda yaşadığı, Şah Xəndan təxəllüsü ilə şe'rlər yazdığı və hazırda bu adla tanınan qədim qəbristanlıqda basdırıldığı mə'lumdur. İslam*dan sonrakı dövrdə Şamaxı iri mədəniyyət mərkəzlərindən birinə çevrilmişdi. Burada çoxlu məktəb, mədrəsə, bütün Şərqdə məşhur olan şe'r və musiqi məclisləri fəaliyyət göstərir, zəngin ictimai və şəxsi kitabxanalar mövcud idi. Paytaxtdan bir qədər kənarda, Məlhəm adlanan yerdə məşhur şair Xaqaninin əmisi-alim və həkim Kafiəddin tərəfindən yaradılmış Dar-üş-şəfa tibb akademiyası da fəaliyyət göstərirdi. Şamaxıdan bütöv bir şair və alimlər pleyadası çıxmışdır ki, onların da arasında böyük sənətkar Əfzələddin Xaqani*ni xüsusi qeyd etmək lazım gəlir. Nəsiminin məktəb illəri belə bir mühitdə keçib.

Şairin əsərlərinin təhlili göstərir ki, Nəsimi Şamaxıda o dövrün ən yaxşı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil təhsil ala bilib. O, klassik Şərq və qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiş, İslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuş, tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmişdi. O, dilləri elə yaxşı öyrənmişdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni dərəcədə gözəl şe'rlər yaza bilirdi. Onun azərbaycanca şe'rlərinin dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təşkil edir. Nəsiminin rübailəri Azərbaycan xalq şe'ri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, eləcə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sinanı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüstərini, Övhədi Marağayini və başqalarını göstərə bilərik.

Hürufilər Teymurləng tərəfindən ciddi təzyiqlərə məruz qaldığı bir vaxtda Nəsimi vətəndən didərgin düşüb, İraq, Türkiyə, Suriyada yaşamağa məcbur olub. Hürufilik təlimi əsasında irəli sürdüyü panteist ideyaları üstündə Hələb şəhərində edam olunub. Nəsimini Təbrizi nisbəsində təqdim edən İbn əl-İmad Hənbəli yazır: “O, hürufilərin şeyxidir, Hələbdə sakin idi, tərəfdarları çoxaldı, bidəti artdı, iş o yerə çatdı ki, sultan onun öldürülməsini əmr etdi, boynu vuruldu, dərisi soyuldu, çarmıxa çəkildi.”

Nəsimi 3 dildə yazıb. O, öz ideyalarını peşəkar filosof kimi ayrıca traktatlarda bitkin sistemdə verməyib, çünki Miyanəcinin, İbn Ərəbinin geniş əhatəli sufi-fəlsəfi əsərlərindən sonra bu məzmunda traktatlar yazmağa o zaman bəlkə də ehtiyac duyulmurdu. Hürufiliyin nəzəri əsaslarına gəldikdə, Nəiminin əsərlərində o artıq işlənib hazırlanmışdı.






Fəlsəfəsi
Nəsimidə hər iki qrup – mötədil və ifrat sufilərin təsiri aydın duyulur. Nəsimi Allahı dərk etməklə mövcud çoxluğun heçliyə varması, hər şeyin vahid varlığın təzahürü olaraq qalması fikrinə şərik olur: “Faniyi mütləq olmuşam, Haqlayam, Haqq olmuşam.” Nəsimi idrakda yəqinliyin elmi, yəqinliyin eyni, yəqinliyin həqiqəti mərhələlərini nəzərdən keçirib. Birincisi, bilik, ikincisi, görmə və üçüncüsü Haqqa çatmaqdır.

Monoteist sufilərin varlıq təliminin əsasında kreatsionizm nəzəriyyəsi durur. Bu, sufi ədəbiyyatda Qurandan götürülmüş “kün! Fə kanə” (Ol! Oldu!) ilə göstərilib. Sonralar bu ehkamın əsaslandırılması üçün bir hədisdən istifadə ediblər: “Mən gizli bir xəzinə idim, istədim ki, tanınım. Ruhları və insanları yaratdım ki, tanınam.” Nəsimi “Ol!Oldu” ifadəsinə kaf (k) ilə nun (n), həmin hədisə isə “Kuntu kənzən” deyə dəfələrlə işarə edib. Lakin həmin ifadələri panteist məzmunda işlədib.

Nəsiminin panteizmini sufilərdən fərqləndirən başlıca xüsusiyyət onun hürufi rəmzlərindən istifadə etməsidir. 28, yaxud 32 hərf, onun mühüm ifadə vasitələrindəndir.

Nəsiminin əsərlərində “Haqq” ilə “cümlə aləm” arasındakı eyniyyət üçün “İnsan” anlayışından istifadə olunur. Belə ki, “İnsan” ən geniş həcmdə “Allah” haqqında, ən zəngin məzmunda isə “cümlə aləm”, yaxud onun təzahürləri haqqındadır. Ən geniş həcmli anlayış olan “Haqq“ ilə eyniləşdirilən “Mən” anlayışına yalnız bütün mövcudatın mütləq məcmusu bərabərdir. Əks təqdirdə, “Mən” hər şeyə şamildir, ona şamil olan isə yoxdur. Allahı təbiətdən ayrı hesab etməyi korluq hesab edir.



Nəsimi insanı nə qədər ümumiləşdirib mücərrədləşdirib kosmoloji həddə matdırsa da, onunhəyatda real, etik vəziyyətini, cəmiyyətdə yerini unutmayıb. Onun fikrincə, ürək sıxan üç şey var: Birincisi, yaman qonşu, pis xasiyyətli dost, pis övrət. İkincisi, yalançılıq, qeybət, paxıllıq, ədavət. Üçüncüsü, böhtan, ələ salma, kobud zarafat.

Yaradıcılığı

Nəsiminin Bakı şəhərində heykəliNəsimi dilin zənginliklərindən qəzallərində özünəməxsus bir ustalıqla istifadə edib. Bə'zən şair şe'rlərini yalnız xitab və ifadəli təkrarlar üzərində qurur:

Nigarım, dilbərim, yarım, ənisim, munisim, canım
Rəfiqim, həmdəmim, ömrüm, rəvanım, dərdə dərmanım...
Diləfruzum, vəfadarım, cikərsuzum, cəfakarım,
Xudavəndim, cahandarım, əmirim, bəyimü xanım.

Filosof-şairin poeziyası çox tez bir zamanda Orta Asiya, Türkiyə və İran xalqları arasında populyarlıq qazanır. Həllac Mənsurla birlikdə onun adı öz əqidəsi uğrunda qeyri -adi sədaqət və cəsurluq rəmzinə çevrilir. Onun əsərləri bir çox dillərə çevrilir və həmin dillərdə yazıb-yaradan şairlər onu təqlid edirlər. Nəsiminin şe'rlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını təbliq etmək üstündə bir çoxları əzablara qatlaşır, hətta canlarından da keçirlər.

Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi sufizm mövqeyində dayanır və tanınmış sufi şeyxi Şiblinin tə'limini davam etdirirdi. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni", "Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazır. Lakin X əsrin sufi İran filosof-şairi Hüseyn Həllac Mənsurun tə'limi Nəsiminin ruhuna daha yaxın idi. İlk dəfə məhz o demişdi ki, "Mən allaham!" Bu cür küfr sayılan fikirlərinə görə Həllac Mənsur daim tə'qiblərə mə'ruz qalmış və nəhayət, öz ömrünü dar ağacında başa vurmuşdu. Əqidəsi uğrunda bu cür fədakarlıq göstərməyə hazır olan Nəsimi də Mənsura heyran kəsilmiş və öz əsərlərində onu tərənnüm etmişdi. Maraqlıdır ki, şair hürufi tə'limini qəbul etdikdən sonra da Həllaca vurğunluğundan qalmamışdı. Bu sözləri müəyyən mə'nada Nəsiminin uzun müddət sadiq qaldığı sufi fəlsəfəsi haqda da söyləmək olar. Bununla əlaqədar olaraq, Zümrüd Quluzadə yazır: "Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl-allah dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox olmaqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq, o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, həqiqətə çatdıra bilər." Daha sonra oxuyuruq: "Lakin tədricən Nəsiminin dünyagörüşündə sufilik hürufiliklə əvəz olunur. Bu, hər şeydən öncə şairin panteist görüşlərindəki dəyişiklikdə əks olunur. Bu görüşlərin əsasında artıq eşq və sərxoşluq deyil, hərf, ağıl dayanmağa başlayır. Bu zamandan e'tibarən Nəsimi fəlsəfədə Nəiminin yaratdığı hürufiliyə tapınır və onun əsas müddəalarını təbliğ edir. Ancaq Nəsiminin təbliğ etdiyi hürufilik heç də Nəiminin yaratdığı tə'limin eynilə təkrarı deyil."

Nəsimi yaradıcılığının ana xətti insanın allahla eyniləşdirilməsi və ilahiliyi ideyasından keçir. Nəsiminin bu düşüncələrini poetik tərzdə ifadə eləyən məşhur şe'r də fikrimizi sübut edir:

Məndə sığar iki* cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.

Kövnü məkandır ayətim, zati dürür bidayətim,
Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.

Surətə baxu mə'nini surət içində tanı kim,
Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.

Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.

Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.

Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam.

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
Bundan uludur ayətim, ayətü şanə sığmazam.

* Bəzi mənbələrə görə orijinal versiyada iki sözü ikən olmalıdır. Bu 20-ci illərin səhvi kimi göstərilir. Lakin əksər müasir nəşrlərdə iki kimi yazıldığından bu söz iki kimi verilmişdir.


Azərbaycan mədəniyytində Nəsimi
Azərbaycan Respublikası yənidən qurulanda ismine Azərbaycan Nəsimi Dilçilik İnstitutu inkişaf olub. Nəsimi (1971), Nəsimi (1973), Nəsimi (1973) (II) filmləri olub.











3_Rengli_HeyaT
Həyatı
Məşhur Azərbaycan şairi, böyük Füzulinin ustadlarından sayılan Həbibi Göyçayın Bərgüşad kəndində dünyaya gəlmişdir. Uşaq yaşlarından çobanlıq edən Həbibi hazırcavablığı ilə Ağqoyunlu hökmdarı Sultan Yaqubun məmurlarndan birinin diqqətini çəkmiş və beləliklə sultan sarayına düşmüşdür. Ağqoyunluların süqutundan sonra Şah İsmayılın dəvəti ilə Səfəvilər sarayına gəlmiş və burada "Məlik üş-şüəra" rütbəsi almışdır.


Yaradıcılığı
***


Gər səninçün qılmasam çak, ey büti-nazikbədən,
Gorum olsun şol qəba, əgnimdə pirahən-kəfən.


Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il,
Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən.


Gərçi şad olman dəxi, ey dil, bundan böylə kim,
Çün məna həmdəm olan sənsən, nə sən olgil, nə mən.


Düşdi şəbnəm bağə, gəl, ta gül nisar etsün sana,
Səbzənin hər bərginə bir dür ki, tapşurmuş çəmən.


Ey könül, eşq əhlinə hər dəm gülərdin şad olub,
Mən deməzmidim ki, danla ağlıyasıdır gülən?


Necə diklənsün Həbibi, sənsiz, ey əndamı gül,
Kim batar cisminə təndə hər tük olmuş bir tikən.
3_Rengli_HeyaT
Nemətullah Kişvəri - XV əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Əsasən Əlişir Nəvainin təsiri ilə lirik şeirlər yazmış, ancaq bu sahədə Azərbaycan poeziya məktəbinə məxsus orijinal poetik üslub nümayiş etdirməyə nail olmuşdur. Xüsusən şeir dili sahəsində, orijinal poetik obrazlar işlətməkdə Kişvəri Azərbaycan ədəbiyyatında unikal mövqe tutur. O, Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında yaşamış, kiçik müasiri, Ağqoyunlu sarayının məliküşşüərası Həbibi ilə tanış olmuşdur.

Yaradıcılığı
"Divan"ından seçmələr


***


Ey xərməni-gül, gülşəni-rüxsarına qurban,
Sərvi-çəməni, qamətü rəftarına qurban.


Həm cani-girami ləbü-canbəxşinə sədqə,
Həm xaki-tənim nərgisi-bimarına qurban.


Didarını görsəm, keçərəm iki cahandan,
Ey iki cahan, dövləti-didarına qurban.


Bir söz degil, ey çeşmeyi-həyvan ki, bulurlar
Xizr ilə Məsih, ləbü güftarına qurban.


Ey zahidi-xudbin, nə bitər zühdü vərə'dən,
Gər bulmayasan Kişvəri tək yarına qurban.



***


Munca qan tökməkdin, ey xunxarə, usanmazmısan?
Munca xəlqi göydürüb, ey yar, usanmazmısan?


Ğəmzeyi-xupriz ilən, ey namüsəlman, hər tərəf
Xəstə canların qılıb əfkar, usanmazmısan?


Bülbüli-qəmdidənün bağrınə sancıb dəmbədəm,
Xari-həsrət, ey güli-bixar, usanmazmısan?


Ya dögərsən, ya sögərsən, ya sorarsan, ey pəri,
Munca məni-divanə, azar, usanmazmısan?


Xəstəxatir Kişvərilən acı-acı sözləşüb,
Ey ləbi-şirin, şəkkərgüftar, usanmazmısan?



***


Könlüm nəsibi çünki bəla qıldı yarədən,
Tabi-bəla götürmədi can, çıxdı arədən.


Çeşmimdin, ey qəzalə, fəraqində ağlasam,
Pürkalələr düşər cigərparə parədən.


Könlüm qəra qılur yüzini sənsiz ah ilən,
Qurtar, xuday içün məni bu yüzi-qarədən.


Baş ağrıdur səhər bu müəzzin dedükləri,
Ya Rəb, ki, anı Tanrı uçursun minarədən.


Könlündə heç rəhmi yox ol dilbərün, bəli
Mehri-giyah bitməz olur səngi-xarədən.


Bimarlıq nəhayətə yetti, gör, ey rəqib,
Goru kəfən yarağı ki, iş ötti çarədən.


Kirpikləri xiyal edə, ey Kişvəri, yenə
Bağrım bulub kəbabü asıldı qənarədən.



***


Vay kim, mən öldümü yar özgələr yari hənuz,
Məndən ol fariq, vəlikən mən giriftari hənuz.


Həsrətindən canə yettim də, nə bədbəxt adəməm
Kim, nəsib olmaz mana bir ləhzə didari hənuz.


Payimal ettin cəfa yolində xaki-cismümi,
Qopğusu bir zərrə tofrağım sənin sari hənuz.


Gərçi var özgə həvasi yarun, əmma vardurur,
Can anun müştaqüvü könlüm həvadari hənuz.


Ta pozulmur rişteyi-can, yüzməzəm səndən ümid,
Bir kəlafə iplikü Yusifi-xiridari hənuz.


Gecə kim uyxumə girsən, istərəm ol uyxunı,
Kim qiyamətdə dəxi olmayə bidari hənuz.


Kişvəri, könlünə azər etmə, degil ğəmzənə,
Düşmədin aramıza azari-bizari hənuz.
3_Rengli_HeyaT
Həyatı
XVII əsr Şərqinin ən görkəmli şairlərindən biri Azərbaycan və fars dillərində gözəl şeirlər müəllifi Saib Təbrizidir. Mirzə Məhəmməd Əli Saib Təbrizi 1601-ci ildə Təbriz şəhərində doğulmuş və ibtidai təhsilini də burada almışdır. Atası Mirzə Əbdürrəhim tacir idi və məşhur təzkirəçi Nəsrabadinin yazdığına görə, dərin etibar qazanmışdı. Ata babası Şəms əd-Din Məhəmməd Təbrizi bütün şərq dünyasında "Qələmi şirin" adı ilə tanınmış çox mahir xəttat idi.

On altıncı əsrin axırlarında, şah Təhmasibin zamanında Təbriz osmanlılar tərəfindən işğal olunmuşdu. Şəhər azad edildikdən sonra şah Abbas bir çox təbrizliləri İsfahana köçürür. Saibin atası da köçürülənlərin arasında idi. Saib öz təhsilini və poetik fəaliyyətini İsfahanda davam etdirir. O, dövrün görkəmli alimlərindən Kaşi və Şəfaidən dərs alır. Təhsilini bitirəndə artıq onu İsfahanda savadlı ziyalı və iste'dadlı şair kimi yaxşı tanıyırdılar. Bundan sonra Saib dövrünün ən'ənələrinə uyğun olaraq, təhsilini səyahətlərdə davam etdirir. O, Məkkə və Mədinə ziyarətində olur, buradan da Türkiyəyə gedir. Burada o, ölkənin tanınmış şair və alimləri ilə tanış olur, yaradıcılıq söhbətləri aparır. Az sonra yenidən İsfahana qayıdan Saib burada soyuq qarşılandığından 1625-ci ildə Hindistana gedir. Yolüstü Kabula dönür. Kabul hökmdarı, şe'r aləmində Zəfərxan təxəllüsü ilə tanınan Mirzə Əhsənulla Nəvvab Saibi əziz bir dost kimi qarşılayaraq, öz sarayında qonaq saxlayır. 1630-cu ildə Zəfərxan Saibi də özü ilə birlikdə moqol hökmdarı Şahcahanın sarayına aparır. (Şahcahan sonralar bütün dünyada öz arvadının şərəfinə tikdirdiyi Tac Mahal məqbərəsi ilə tanınıb.)

Sarayda Saib görkəmli həkim və şair, Azərbaycan dilində yazılmış məşhur "Vərqa və Gülşa" poemasının müəllifi Məsihi ilə rastlaşır. Məsihi burada şahın həkimi kimi çalışırdı. Bir çox təzkirəçilərin Məsihini Saibin tələ-bəsi hesab etmələrinə baxmayaraq onların dostluğu hər iki şairin yaradıcılığına müsbət tə'sir edir və uzun müddətli olur. Saib Məsihinin yaradıcılığını yüksək qiymətləndirir və onun ölümündən sonra dostunun "Divan"ının ilk tərtibçilərindən olur. Təzkirəçi Mirzə Tahir Nəsrabadinin yazdığına görə, Saibin evində Məsihinin on "Divan"ı varmış.

Saib Təbrizinin atası onun dalınca Hindistana gəlib, İsfahana aparmaq üçün icazə istəyir. 1633-cü ildə artıq Kəşmir hökmdarı olan Zəfərxan Sahibin vətənə dönmək arzusunu yerinə yetirir. Lakin bir sıra səbəblər ucundan şair İsfahanda çox duruş gətirə bilmir və yenə səyahətə yollanır. 0, Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil şəhərlərini gəzərək yenidən İsfahana dönür. Bu dəfə II şah Abbas (1642-1666) şairi ehtiramla qarşılayır və sarayına də'vət edir. Saib sarayda məlik-üş-şüəra?şairlərin başçısı olur. O, burada lirik qəzəllər və qəsidələr yaradır.

Saib Təbrizi İran tədqiqatçılarının "İsfahan üslubu" adlandırdıqları yeni poetik cərəyan yaradır. Qeyd olunmalıdır ki, Hindistanda onu farsdilli poeziyanın "Hindistan məktəbi"nin banisi kimi tanıyırlar. Sarayda ikən Saib öz qəsidə və epik əsərlərində şahın hərbi hünərlərini tərənnüm edir. ?Qəndəharnamə? poeması bunların arasında bədii dəyərinə görə xüsusi yer tutur. Bu poema II şah Abbasın Əfqanıstan yürüşünə və 1649-cu ildə Qəndəharı tutmasına həsr olunub.

Şah Süleyman (1666-1694) hakimiyyətə gəldikdən sonra sarayda Saibə münasibət pis tərəfə doğru ciddi surətdə dəyişməyə başlayır və o, sarayı tərk edir.

Saib ömrünün son on ilini öz əsərlərinin sistemləşdirilməsinə və qaydaya salınmasına həsr edir. O, öz şe'rlərini mövzular üzrə ayıraraq, "Mir"atül-camal", "Arayişe-nigar" və "Vacibül-hifz" adlı toplular təşkil edir.

Saib böyük bir poetik irs qoyub getmişdir. Bə'zi tədqiqatçılar belə hesab edirlər ki, onun irsi təqribən 300 min beyt təşkil edib. Görkəmli Azərbaycan alimi Məhəmməd Əli Tərbiyət özünün "Azərbaycanın görkəmli adamları" kitabında yazır ki, o özü Saibin 120 min beytlik "Divan"ını (poemaları daxil olmadan) gözü ilə görüb.

Saib Təbrizi 1677-ci ildə İsfahan şəhərində vəfat edib və orada da dəfn edilib.


Getdi
Dünən ol yar mənim halımı sordu,getdi,
Yüz şirin söz dedim,o dinlədi durdu getdi.
Kim ki,gəldi,bu cahan mülkünü abad elədi,
Qəm-kədər içrə öz ömrün başa vurdu,getdi.
Ancaq o kəslərə xoş keçdi həyat şimşək tək,
Doğulub sonra da şiışək kimi soldu getdi.
Kimi də zəvvar idi Kəbə evin görmək üçün,
Sanki bu yer kürəsi sadəcə yoldu,getdi.
Saibin də dolu idi ürəyi ümmid ilə,
Naümidlik kədərilə yenə doldu getdi
.
[/color]


Qeribe xeyalimin ucbatindan yer uzunun qeribi oldum
Hec kes menim kimi veteninde qerib olasin
Saib Tebrizi

Her gulun eteyinden yapishma,her shamin etrafinda firlanma
Qeribe gozellik ve yeni mena teleb et
Saib Tebrizi


Tutulmush konlumu cam ile shadan elemek olmaz,
El ile pustenin agzini xendan elemek olmaz
Bulud qilan kimi covlan urar da ildirim tigi
Konul perdelerinde eshqi punhan eylemek olmaz
Meni-Mecnuni aqil eylemek mumkun deyil,naseh
Soz ilen mushki-nabi,qan ki,bir qan eylemek olmaz
Saib Tebrizi


3_Rengli_HeyaT




Azərbaycan şairi Qövsi Təbrizi (1568-1640) anadan olub. Klassik Şərq ədəbiyyatına dərindən bələd olan şairin ədəbi irsindən divanının iki nüsxəsi mə’lumdur: birincisi Britaniya muzeyində, ikincisi Gürcüstanın Dövlət muzeyində saxlanılır. Füzuli ədəbi məktəbinin görkəmli davamçılarındandır. Lirik qəzəllərində mə’nəvi azadlıq, insanların arzu və istəkləri tərənnüm olunur. Bir sıra şairə, xüsusilə, Füzuliyə nəzirələr yazmışdır. Onun yaradıcılığı Azərbaycan şe’rinin inkişafında mühüm rol oynamışdır.



3_Rengli_HeyaT
Həyatı
Nişat Şirvani Ağamәsihin müasiri imiş. Şirvan şairlәrinin mötәbәrlәrindәn birisi hesab olunur, Nişat hәqiqәt әhli olduğu üçün zahiri zöhdü tәqvanı vә riyai ibadәti sevmәz imiş vә şeirlәrinin çoxunda xudbin vaizlәrә vә müdәmmәq abidlәrә dolaşarmış. Heyfa ki, Nişatın tәrcümeyi-halına dair mәlumat cәm edә bilmәdik.

Ağamәsihlә onun hәmәsr olduğu әşarından görünür. Mәlum olduğuna görә, hәr iki şair ömürlәrinin çoxunu başqa diyar vә ölkәlәrdә sәyyahlıqla keçiriblәr vә sәyahәt etdiklәri vilayәtlәrin әksәri İran mәmlәkәtindә olan vilayәtlәr olubdur vә İran şüәra vә ürәfasından tәhsili-kәmalat etmişlәr. Vә lakin Nişat qürbәt vilayәtlәrdә kamal vә tәcrübә kәsb edibsә dә, xeyli mәşәqqәt vә zәhmәtlәrә dәxi düçar olubdur. Necә ki, bu xüsusda bir qәzәlindә yazır:

Qürbәtdә rәhi-sәbdә әsbabi-sәfәr tәk
Asudәliyim olmadı hәr mәnzilә düşdüm.


Gәr misli-hübab özgә hәva başıma düşdü,
Bir dәmdә evim tikdimü yıxdım, yola düşdüm.


Üz görmәdim әzbәs ki, Nişat, әhli-vәtәndәn,
Bu vәch ilәdir kim, baş alıb hәr elә düşdüm.


Aşağıda yazılan qәzәl Ağamәsihin diqqәtini cәlb edib, ona cavab yazmağa şairi vadar etmişdir.

Qәzәli-Nişat:

Şuri-cünun aşiqin başına rifәt verir,
Hәr kәsә dünyadә, hәq әqlicә dövlәt verir.


Qanım içirkәn bulur çeşminә eyni-sәfa,
Öylә ki, meyxarәlәr bәzminә zinәt verir.


Handa ki, görsәn, könül, yarı, dolan başına,
Sanma ki, dövran sәnә bir dәxi fürsәt verir.


Surәti-halın demәk aşiqә lazım deyil,
Üz verә iqbal әgәr, eşq özü surәt verir.


Gövhәri-nәzmin, Nişat, eylәmә hәr yerdә sәrf,
Bir belә bazardә kim ona qiymәt verir?


Bunun cavabında Ağamәsih yazmışdır:

Aşiqә tәlimi-yar feyzi-bәşarәt verir,
Necә ki, gül bülbülә dәrsi-fәsahәt verir.


Ol sәhiqәd, püstәlәb gülşәnә olsa rәvan,
Qönçәni dilgir edәr, sәrvә xәcalәt verir.


?mmәyә mümkün ola gәr lәbi-dildardәn,
Çeşmeyi-heyvan kimi gör necә lәzzәt verir.


Vaiz özü hurilәr vәsfi ilә zövq edәr,
Tәrki-meyü eşq edin--xәlqә nәsihәt verir.


Duzәx özü söylәnir şiddәti mәşhurdur,
Canda fәraq atәşi özgә hәrarәt verir.


Çәrxә vәfa bağlama, eyş edә gör vәqt ikәn,
Vәdә irişsә, әcәl sanma ki, fürsәt verir.


Gövhәri-nәzmin, Nişat, düşsә Mәsih әlinә,
Rayici-bazar edәr, alәmә şöhrәt verir.


Ağamәsihin axırkı beyti Nişatın xoştәb vә şirinkәlam bir şair olduğunu göstәrir. Nişatın öz әsәrlәri dәxi onun fünuni-şerdә mahir vә qabil olduğunu bildirir. O әsәrlәrdәn bir neçәsi burada yazılır.

Qәzәli-Nişat:

Sәnin fәrşin ki, zahid, buriyadır,
Hәqiqәt mәnzilindә bu riyadır.


Riyadır zahidin gәrçi namazı-
Vә lakin xәlq içindә xoş әdadır.


Nigahından ol ahuçeşmin, ey dil,
Özün saxla kim, ol eyni-xәtadır.


Düşәr güzgüyә daim әksi-canan,
Könül saf olsa, hәr mәtlәb rәvadır.


?cәb yox, türrәsindәn olmuşam şad,
Mәnim bәxtim ki, var başdan qaradır.


Nişatın könlünü incitmә, ey şux,
Sәnә nifrin edәr, әhli-duadır.


Yenә qәzәli-Nişat:

Qönçә tәk eldәn kişi sirrin nihan etmәk gәrәk,
Aşiqi-yekrәng olan bağrını qan etmәk gәrәk.


Müşkül işdir dәrdi hәr bidәrdә izhar eylәmәk,
Dәrdi bir dәrd әhlinә şәrhü bәyan etmәk gәrәk.


Xәlqdәn qәti-әdaqә eylәyib әnqa kimi,
Bir qәnaәt guşәsindә aşiyan etmәk gәrәk.


Yaxşı gündә bilmәk olmaz kim, dәyanәt kimdәdir,
Yaxşı yoldaşı yaman gün imtәhan etmәk gәrәk.


Ey Nişat, ox tәk sözümdәn hәr kimә sәhm eylәnir,
Böylәdir, doğru sözü xatirnişan etmәk gәrәk.


Nişatın bu qәzәli hikmәt vә tәcrübә üzü ilә deyilmiş şerlәrdir. Şair hәr nakәsә sirri-zәmiri açıb söylәmәkdәn insana ariz olan zәrәri tәcrübә ilә müşahidә edib nәsihәt üzü ilә tövsiyә edir ki, kişi olan gәrәkdir qönçә tәk sirrini xalqdan pünhan saxlasın, ta ki, öz muradına vasil ola bilsin. Peyğәmbәrimiz Mәhәmmәd әl-Mustafa dәxi buyurmuşdur ki, "hәr kәsә sirri әyan etmәk olmaz". Necә ki, Molla Rumi "Mәsnәvi"sindә bu babda yazmışdır:

Bacardığın qәdәr heç kәsin yanında sirr açma,
Amandır, bu qapını heç kәsә açma!
?gәr sirrlәrin ürәyindә gizlәnәrsә,
O muradın tezliklә hasil olar.
Peyğәmbәr demişdir: hәr kim ki, sirri gizlәtsә,
Tezliklә öz muradına çatar.
Toxum torpaqda gizlәnәrsә,
Bostan bitkilәrinin başı olar.
Qızıl vә gümüş әgәr üstüörtülü olmasaydılar,
Onlar mәdәndә nә vaxt pәrvәriş tapardılar?!


Vә bu babda yenә әbәs deyilmәyibdir ki: "Sәr vermәk olar, sirri әyan elәmәk olmaz!" Doğrudan da insanın qәlbi karvansara deyil ki, yol ilә hәr ötüb keçәn onda özü üçün mәqam bulsun vә onun içindә olan yaxşı-yamanı görüb alәmә faş qılsın.

İnsan gәrәkdir sirrlәrini vә fikirlәrini sevsin vә cani-dil ilә onları ürәyindә bәslәyib hәddi-kәmala yetirsin vә sonra faş etmәyi lazım isә, faş elәsin vә bundan maәda hәr naәhlә vә hәr bidәrdә dәrdi-dili izhar etmәyin nә faydası? Bir kәs ki, sәnin dәrd vә qәminә şәrik olmayacaqdır vә sәnin xiffәt vә küdurәtini azaltmayacaqdır, ona daha dәrdi söylәmәkdәn nә hasil? Kişi dәrdini söylәsә dә, gәrәkdir dәrd әhlinә söylәsin vә bilmәk istәsin ki, dәrd әhli vә dusti-hәqiqi kimdir. Lazımdır dost adlandırdığı şәxsi yaman günündә, yәni sәnә bir yas vә müsibәt üz verәn halda imtahan edәsәn.

Hәr gah dostun yaman günündә dәyanәt göstәrib öz dostluq vә sәdaqәtindә möhkәm vә sabitqәdәm olsa, o, hәqiqi dostdur. Vә illa yaxşı gündә, әldә var vә dövlәt olan zamanı hamı sәnә dost vә xeyirxah olacaqdır. Odur ki, şair deyir:

Yaxşı gündә bilmәk olmaz kim, dәyanәt kimdәdir,
Yaxşı yoldaşı yaman gün imtәhan etmәk gәrәk.


Amma Nişatın bir arzu vә xahişini haqq vә savab görә bilmәdik. O isә xalqdan qәti-әlaqә edib әnqa kimi qәnaәt kuşәsindә aşiyan etmәkdir. Nişatın bir tәrәf-dәn kuşәnişin abidlәri vә riyakar zahidlәri tәn vә mәlamәt edib, digәr tәrәfdәn özü guşәnişinlik arzu etmәsi bir növ qәribә gәlir vә bir dә islamda röhba-niyyәt olmadığı üçün müslüm gәrәkdir xalq içindә, hәmçinsi arasında dolanıb, onlar ilә müaşirәt elәsin, xalqa kömәk vә nәf yetirsin, xalqa, din vә vәtәnә hüsni-xidmәtlәr göstәrib hәr ikisinin tәrәqqi vә tәalisi yolunda sәrfi-himmәt etsin. Guşәnişinlik böyük bir hünәr deyil ki, onu arzu edib, әmәli qeyrilәrә dәxi töv-siyә olunsun.

Nişat Şirvaninin yuxarıda zikr olunan qәzәllәrindәn başqa daha da bir çox gözәl müxәmmәslәri vә mürәbbeatları vardır ki, cümlәsinә mәcmuәmizdә yer yoxdur.
3_Rengli_HeyaT



Həyatı
Məşhur Azәrbaycan şairlәrindən biri də Molla Vәli Vidadidir. O, Molla Pәnah Vaqifin müasiri, dostu, bəzi mənbələrə görә isə hətta qohumu imiş. Molla Vәli Qazax mahalının Şıxlı kəndində dünyaya gəlib. Rәvayәtә görә, Molla Vәlinin atası Mәhәmmәd ağa Qazaxa İrandan köçüb və onun atası Səfəvilər dövründə İranda yaşayan Hәmzә sultanın nәslindәndir.

Molla Vәlinin yaxşı elm vә savadı vә rәvan tәbi var imiş vә özü dә zöhdü tәqva әhli olub, vaxtının çoxunu ibadәtdә keçirәrmiş. Haqq söylәyәn vә haqqı dost tutan bir vücud imiş ki, hәr kәsin eybini açıq söylәmәkdәn bak vә ictinab etmәz imiş. Ona binaәn şairdәn dilgir vә rәncidә olanların әdәdi az deyil imiş. Amma bununla belә hamı onu sayarmış, xatirini әziz vә möhtәrәm tutarmış. Müasiri vәkil ?hmәdağa ilә aralarında dostluq vә zarafat var imiş vә çox vaxtı şair ona kinayә vә istehza tәriqincә acı sözlәr deyәr imiş, amma ?hmәdağa onun sözlәrindәn incimәz imiş. Belә ki, bir vaxtı bunlar yaylaqda olan zamanı evlәrindәn çıxıb gözәl vә çiçәkli dağlarda seyr edirlәr. Bu әsnada duman gәlib onları әhatә edir. Molla Vәli xovfa düşür ki, onlar azacaqlar. Amma ?hmәdağa ona ürәk-dirək verib deyir: "Qorxma, mәn sәni salamat yurdumuza apararam" vә doğrudan da Vidadini salamat gәtirib şenliyin içinә çıxarır.

Bu barәdә qeyrilәrin yanında ?hmәdağa özünü öyüb, zehn vә fәrasәtini zikr etdikdә Molla Vәli tәngә gәlib deyir: -Ağa, bu qәdәr özünü öymә, bu bir böyük hünәr deyil, qara mal da (sığır) heç azmaz.

Bәzi rәvayәtә görә, Molla Vәli Vidadi Qazax mahalında әn mötәbәr, tәdbirli vә nüfuzlu bir adam hesab olunduğuna binaәn, Gürcüstan valisi İrakli xan onu özünә müqәrrәb edib vә onun ağıl vә kamalını görüb, bәzi ittifaqlarda Qazax mahalına dair mәsәlәlәr vüqua gәldikdә onun tәdbir vә sәlahdidilә iş görәrmiş. Bu әhvalı onun dostu Molla Pәnah Vaqif eşidib Qarabağdan Vidadinin hal vә şәninә münasib bu şerlәri yazıb göndәrmişdir:

Ey Vidadi, yenә xan qulluğunda
Qaim olub, nә qiyamәt eylәrsәn?
Yaman gözdәn allah özü saxlasın,
İxlas ilә, kişi, xidmәt eylәrsәn.


Belә dursan o qapıda qış vә yaz,
Yetişәrsәn bir çörәyә sәrәfraz,
Bu doğru yolundan әyilsәn bir az,
Yәqin bil ki, çox xәyanәt eylәrsәn...


Amma Vidadinin İrakli xana müqәrrәb vә mәslәhәtçi olduğunu nә gürcü vә nә rus vә nә dә bizim tarixlәrdә görmәdik. Özgә bir qövlә görә, әzancümlә mәrhum ?hmәd bәy Cavanşirin yazmağına binaәn ki, - onun Qarabağ tarixinә dair artıq bәlәdiyyәti var idi, - Molla Pәnah mәrhum İbrahim xanın müqәrrәbi-hüzuru olan zamanı öz dostu Molla Vәlini yazıb Qazaxdan Qarabağa gәtirdibdir vә burada onun xana yavuq olmağına sәbәb düşübdür vә xan Molla Vәlinin ağıl vә kamalını dәrk edib vә xüsusәn onun mömin vә müttәqi bir şәxs olduğunu görüb, ona lütf vә mәrhәmәt göstәrәrmiş vә hәr qisim röya görsә imiş Molla Vәliyә söylәr imiş. Molla dәxi onları xeyli münasib tәbir edәrmiş. Amma bu rәvayәti dәxi tәsdiq etmәyә әldә bir dәstavizimiz yoxdur. Bunun doğruluğuna şәhadәt verici "Qarabağ tarixi"ndә bir işarә görmәdik.

Doğrudur Mirzә Cәmalın yazdığı tarixdә Mirzә Vәli adlı bir şәxsin ismi zikr olunubdur, vәli haman Mirzә Vәli Qarabağda Şuşa uyezdindә Baharlı qәryәsindәn bir şirinzәban vә kardan vә zirәk bir adam imiş ki, İbrahim xan onu öz әmizadәsi ?bdüssәmәd bәy ilә Ağa Mәhәmmәd şah әvvәl dәfәdә Azәrbaycanın cәnub sәmtindә vaqe olan vilayәtlәri hiyteyi-tәsәrrüfünә götürdükdә zәval rәsmi ilә şaha göndәrmişdir. Mәzkur Mirzә Vәlinin nәsli bu halda Qarabağda vә Bakıda mövcud vә Vәliyev familiyası ilә mәşhurdurlar.

Bәs, Baharlı Mirzә Vәli ilә Şıxlı Mirzә Vәlini qarşıdırmaq böyük sәhvdir. Tәәccüb budur ki, Qarabağın әhval vә tarixinә bәlәd olanlar vә onların cümlәsindәn şair Mirmöhsün ağa Ağamirzadә Şıxlı Molla Vәlinin vücudunu bilmәrrә inkar edib, Molla Vәli Vidadi ancaq Mirzә Vәli Baharlıdan ibarәt olmasını tәkid edirlәr vә Mirmöhsün ağanın qövl vә iddiasının qüvvәsincә bunu dәxi әlavә edә bilәrik ki, neçә sәnә bundan müqәddәm Baharlı qәryәsindәn Hәmid bәy Vәliyev ismindә bir şәxs ilә tanış olduq. Bu cәnabın ziyadә xoşsöhbәt vә dilavәr olduğunu tәhsin etdikdә bizә cavab verib dedi ki, filankәs bizim babamız çox dilavәr vә fәsih bir adam imiş, özünün dә tәbi-şeriyyәsi var imiş. Babasının adını soruşduqda bizә cavab verdi ki, babamızın adı Molla Vәlidir, "Vidadi" tәxәllüs.

Sәhihi budur ki, Molla Vәli Vidadini onun dostu Vaqif çağırıb Qarabağa gәtirdibdir. Vә burada Cavanşir uyezdindә mәşhur "Gülüstan" adlanan yerdә--ki, sabiqdә xırdaca bir xanlıqdan ibarәt imiş,--Molla Vәli Vaqifin vasitәsilә ora xanının hüzurunda müqәrrәb vә möhtәrәm şәxslәrdәn birisi olubdur. Bu әhvalın doğruluğuna Vaqif ilә onun arasında vüqua gәlәn müşairә dәlalәt elәyir. Vaqif yazır:

Belә dursan o qapıda qış vә yaz,
Yetişәrsәn bir çörәyә sәrfәraz.
Bu doğru yolunda әyilsәn bir az,
Yәqin bil ki, çox xәyanәt eylәrsәn.


Xanın mәhәbbәtin könlündә yatır,
Bit yeyәr әtini, olarsan qotur,
Tәrpәnmә yerindәn, әlbәt, bәrk otur,
Vay halına bir hәrәkәt eylәrsәn.


Evini, malını yadına salma,
Xan izin versә dә, boynuna alma,
Ömәrin, Osmanın qaydına qalma,
Sözlәrini bidәyanәt eylәrsәn.


Cavanşir xәlqilә ol qohum-qardaş,
Qazaxın sözünü heç eylәmә faş,
Demәnәm dinini eylә qızılbaş,
?qlin olsa, özün, әlbәt, eylәrsәn.


Xanı qoyub әgәr evә getmәsәn,
Qarğa mәnә mәtlәbinә yetmәsәn,
Ülülәmrin itaәtin etmәsәn,
Tәrki-sünnәt vәl-cәmaәt eylәrsәn.


Vidadi Vaqifә yazdığı cavabın bir bәndindә deyibdir:

Dovtәlәb oluban gedibsәn xandan,
Ölüncә çıxmanam ta Gülüstandan,
Sәn hәrgah çalışsan habelә candan,
Hәr nә desәn, bil, aqibәt eylәrsәn.


Molla Vәlinin oğlu Mәhәmmәd ağa--ki, babasının adı ona qoyulmuşdur,--sonralardan haman Gülüstanda, Qazi Sәidәddin әfәndinin qövlünә görә, xanlıq edibdir. Vidadinin bir oğlu dәxi mәşhur Osman әfәndi imiş ki, Tiflisdә ikinci müfti olubdur ki, elm vә kәmalı ilә mәşhur imiş. Osman әfәndinin fәrzәndlәrindәn birisi üçüncü müfti Mәhәmmәd әfәndi olub vә o birisi dәxi Qazi Sәidәddin әfәndidir ki, sabiqdә Qarabağda qazilik edәrmiş vә bәd müddәti-mәdidә Qazax mahalında mәsnәdi-qәzavәtdә ikәn hәştad sinnindә dari-üqbayә rehlәt elәyibdir.

Vidadi yüz ilә kimi, bәlkә bir az da artıq zindәganlıq edibdir. Sinndә Vaqifdәn böyük imiş. Odur ki, Vaqif ona yazdığı bir qәzәlindә demişdir:

Eşqә düşmәk sәnә düşmәz, qocalıbsan, belә dur,
Belә işlәr yenә Vaqif kimi oğlanә düşәr.


Vidadi bunun cavabında yazdığı qәzәldә demişdir:

Nә qәdәr olsa qoca gәrçi Vidadi xәstә,
Yenә Vaqif kimi, әlbәttә, yüz oğlanә dәyәr.


Molla Vәlinin müsini çağında fәrzәndi-giramisi Osman әfәndi ona xidmәt vә riayәt göstәrәrmiş vә şairin gözlәri yaxşı görmәdiyindәn onun әlindәn tutub gәzdirәrmiş vә hәr növ ehtiyacatını rәf qılmağı özünә borc hesab edәrmiş vә Vidadi dәxi onu canü dildәn sevib, әziz tutarmış vә onun haqqında belә xeyir-dua etmişdi:

Ey hәlimü әlimi-rәbbani,
Elm ilә möhtәrәm qıl Osmani.


Filhәqiqә Osman әfәndi atasının duası bәrәkәtindәn elmü helm ilә fәridül-әsәr bir vücud olub. Onun namü şöhrәti nәinki tәk Qafqazda, hәtta Osmanlı mәmlәkәtindә dәxi intişar tapmışdır.

Molla Vәli Vidadi vәfat edibdir tarixi-hicriyyәnin 1224-cü ilindә ki, miladın 1809-cu sәnәsinә mütabiqdir. Dәfn olunubdur Şıxlı qәbristanlığında ki, "Gәmiqayası" adlanan yerdә vaqedir. Qәbir daşının üstündә bu beyt hәkk olunubdur:

Kim Vidadi xәstәnin qәbrin görüb etsә dua,
Edә hәq rәhmәt, şәfi ola Mәhәmmәd Mustafa.
Azяrbaycan шairi Molla Vяli Vidadi 1707-cu ildя Qazax rayonunun Birinci Шыxlы kяndindя anadan olmuшdur. О, яvvяl Шяmkirdя, sonra isя Qazaxыn Poylu kяndindя tяhsil almыш, яrяb, fars dillяrini mцkяmmяl юyrяnmiшdir. Шыxlы kяndindя mirzяlik vя mяktяbdarlыq etmiшdir. Molla Vяli Vidadi hяm яruz, hяm dя heca vяznlяrindя yazmышdыr.

Яdяbi irsinin az qismi mяlumdur. Feodal zцlmцndяn, xanlыqlar dюvrцnцn hяrc-mяrcliyindяn doьan kяdяr vя цmidsizlik, mяnяvi tяnhalыqdan шikayяt Molla Vяli Vidadinin yaradыcыlыьыnыn яsas motivlяridir.

Humanist sяnяtkar olan Vidadinin yaradыcыlыьыnda vяtяnя, zяhmяtkeшlяrя mяhяbbяt gцclцdцr. Шairin “Dяli kюnцl, gяl яylяnmя qцrbяtdя”, “Ey hяmdяmim, sяni qana qяrq eylяr”, “Xяstя dцшdцm, gяlяn yoxdur цstцmя” kimi шerlяrindя vяtяn hяsrяti, qяriblik iztirabы sяmimi vя tяsirlidir.

Vidadinin aшiqanя шerlяri dя var. Vidadi lirikasы yцksяk bяdii sяnяtkarlыq nцmunяsidir. Vidadi realist tяsvirя meyl edяn шairlяrdяn olmuшdur. Bir sыra яsяrlяri rus dilinя vя digяr dillяrя tяrcцmя olunmuшdur.
Molla Vяli Vidadi 1809-cu ildя Шяmkirdя vяfat etmiшdir. Ясярляри




v Яsяrlяri /Tяrt.: Hяmid Araslы; Юn sюzцn mцяllifi vя redaktoru Я. Sяfяrli.- B.: “Юndяr Nяшriyyat”, 2004.- 126с.

v Яsяrlяri /Тяrt. вя юn sюzцn mцяllifi Hяmid Araslы.- B.: “Шяrq-Qяrb”, 2004.- 261 s.




Щаггында




v Яhmяdov F. XVIII яsr Azяrbaycan яdяbi dilinin inkiшafыnda Vidadinin rolu /Elmi red.: Фilologiya elmlяri doktoru, professor R. Mяhяrrяmova.- B.: “Nurlan”, 2005.- 115 (1) s. - S.109-115.




* *
v Qaraxanlы M. Vaqiflя Vidadinin “Deyiшmяsi”ndя hяyatilik //Шяfяq.- 2005.- № 1-2.- S. 65-68.




Рус дилиндя ядябиййат




Ясярляри

v Журавли:Стихотворение/Пер.с азерб.С.Мамедгулузаде.-Б.:Гянджлик,1990.-12 с.




Щаггында




v Дунямалиева Т.А. Жизнь и творчество М.В.Видади.-Б.:Элм,1970.-21 с.



Yaradıcılığı
Vidadinin әsәrlәrindәn mәşhuru Şәki vә Şirvan hakimi Hüseyn xan "Müştaq" tәxәllüsün sәrgüzәşti vә onun öz әmisi Hacı ?bdülqadirin hiylәkarlığı vә әdavәti ilә mәqtul olduğu babında yazdığı müxәmmәsdir ki, eyni ilә burada dәrc olunur:

Gәl, könül, bir ibrәt al, bu gәrdişi-dövranә bax!
Cami-heyrәtdәn dәmi mәxmur olub, mәstanә bax!
Tut tәfәkkür damәnin, bir dәm dili-heyranә bax!
Kimsәyә qılmaz vәfa, bu dәhri-bipayanә bax!
Olma mәmurinә rağib, axiri viranә bax!


Bivәfadır mülki-dünya, malına aldanma çox,
İzzü cahü dövlәtü iqbalına aldanma çox,
Tutma ümmid, әqlü fәhm әhvalına aldanma çox,
Qövmü qәrdaşü rәfiq әqvalına aldanma çox,
Hәr biri bir rәmz ilә sәndәn olur biganә, bax!


Şәrhi bimümkün gәlib getmiş cahana çox hümam,
Hәr biri әsrindә bir sahibhünәr, alimәqam,
Şah ola, istәr gәda, divanә ya әhli-nizam,
Yetmәmiş mәqsudinә alәmdә heç әrbabi-nam,
Cümlәsin mәqtul edib, bu bisәrü samanә bax!


Dinlә, ey tüğyani-möhnәt, bir hekayәt söylәyim,
Didәlәr giryan edәn şәrhi-mәlalәt söylәyim,
Dәrdi-bidәrmanü daği-binәhayәt söylәyim,
Bu sözә nisbәt sәnә, gәl, bir hekayәt söylәyim,
Lütf edib, qıl bir nәzәr, bu müxtәsәr dәstanә bax!


Noldu gör ol sәrvәri-dövran, әmiri-möhtәrәm,
Mәnbәi-cudü sәxavәt, mәdәni-lütfü kәrәm,
Mәrdi-meydan, әhli-ürfan, sahibi-tiğü qәlәm,
?rseyi-rifәtdә guya kim, tikilmiş bir әlәm,
Hakimi-Şirvan, Şәki, yәni Hüseyn xanә bax!


Şirdil bir mәrd idi kim, şövkәtü şәni әzim,
Sәfşikәn, әdafikәn, şәmşirzәn, bixövfü bim,
Sәrvәri-sahibhәşәm, әtbai çox, mülkü qәdim,
Xoşnüma, xәndanliqa, şirinsüxәn, tәbi hәlim,
Neylәdi, gәl gör, müqәddәr, hikmәti-yәzdanә bax!


Hәqpәrәst, әhli-tәvәkkül, pakdil, safcigәr,
Baki yox heç kimsәdәn, cahü cәlalı bikәdәr,
Bilmәmiş rәşkü hәsәd insanı eylәr dәrbәdәr,
Bağlamış onunla kin әlavü әdna sәrbәsәr,
Saldılar hәr rәng dәvalar tutub böhtanә bax!


Hacı ?bdülqadirü Hacı Mәhәmmәd kinәdar
Saldılar yüz dürlü dәva, oldular ondan fәrar,
Etdilәr ol dәmdә Dardoqqazı sәngәr üstüvar,
Tapdı düşmәn hәr tәrәf, yüz oldu qovğa aşikar,
Buldular fürsәt, tәmami girdilәr meydanә, bax!


Kәndxudalar göndәrib oğluyla çox and eylәdi,
Etmәdi bir sud hәrçәnd әhdü peyvәnd eylәdi,
Hacı ?bdülqadir ol dәm gör necә fәnd eylәdi,
Tutdu onları tәmamәn yerbәyer bәnd eylәdi,
Verdi İbrahim xana, hәm saldılar zindanә, bax!


Gör nәlәr gәldi o dәm Hacı Mәhәmmәd başına,
Tutdurub hәm anı dәxi qoydu qәlә daşına,
Qaldı bir il, verdi can axır әcәl pәrxaşına,
Böylәdir, hәr kim olursa xain öz yoldaşına,
Getdi hәr nә var isә mәrdümliyi mәccanә, bax!


Ol Qarabağ hakimi dövlәtli İbrahim xan
?vvәl-axır onun ilә ta yaman idi yaman,
Gördü fürsәt gәldi, fövt etmәk deyil әqlә nişan,
Oldu ?bdülqadir ilә müttәfiq hәm ol zәman,
Yığdılar bihәdd lәşkәr, car edib hәr yanә, bax!


Qıldı bu sәrriştәdә hәr hal ol sәyü әmәk,
Etmәdi tәqsir, hәr dәm verdi simü zәr demәk,
Gәldilәr Carü Tala bәylәr tәmami binәmәk,
Keçdi çox dava-döyüşlәr, tul olur şәrh eylәmәk,
Öldu әvvәl Hacı xan tәk novcәvan fәrzanә, bax!


Çәkdi Ümmә xanü ?hmәd xani-Cöngәtay cәri,
Hәr biri Dağıstan içrә külli lәşkәr sәrvәri,
Bilәsincә neçә başçı, cümlәsi meydan әri,
Bir tәrәfdәn göndәrib topxanә, verdi lәşkәri,
Arxa durdu onlara valiyi-Gürcüstanә bax!


Eylәdi hәr bir qoşun gәldikcә bir dürlü savaş,
Hәr tərәfdәn qoydular can almağa meydanә baş,
Keçdi müddәt, düşdü xәlqә öylә bir qәhti-mәaş,
Olmayıb bir böylә zillәt mütlәqa alәmdә faş,
Gәlmәyib böylә müsibәt Rumә, ya İranә, bax!


Artdı qovağa üz verib hәr lәhzә bir cәngü cidal,
Öylә kim, gәlmәz hesabә oldu mәqtulü qital.
Gördü kim, ol mәrdi-meydani-bәla, ol pürmәlal
Günbәgün etmәkdәdir әyyam onu aşüftәhal,
Dәmbәdәm salmaqdadır dövran onu nöqsanә, bax!


Fәtәli xan yanına әzm eylәyib, hicrәt qılıb,
Neylәdi ol mәrd gör әda ikәn hörmәt qılıb,
Çәkdi lәşkәr bilәsincә neçә yol qeyrәt qılıb,
Etdi mәyus onu hәm iqbali-binüsrәt qılıb,
Neylәsin insan әgәr yar olmasa sübhanә, bax!


Gah Ağası xan Şirvan hakimilә bir zaman-
Baş qoyub әdayә qarşı atdılara meydanә can,
Öylә bir cәng etdilәr kim, su yerinә axdı qan,
Hasili ol dәrdmәndә vermәdi nüsrәt inan,
Atәşi-meydanlara etdi özün pәrvanә, bax!


Döndü çün iqbali-dövlәt, gәlmәdi pәrva ona,
Olmadı hәr yanә üz tutdusa bir mәva ona,
Hәr nә var yarü müsahib oldular әda ona,
Hәr tәrәfdәn verdilәr qәtl etmәyә fitva ona,
Cümlә xunxarü nәmәksiz ol Şәki, Şirvanә bax!


Gör necә döndü, tәmaşa qıl onun әqranına,
Aşikaravü nihan qәsd etdilәr ta canına,
Duydu halı, hәr tәrәfdәn yığdı lәşkәr yanına,
Olmadı, çün çarә yox hәqdәn işin imkanına,
Hәr nә tәdbir ilә sәy etdisә ol mәrdanә, bax!


Cәm olub qәtlinә onun bir neçә әşrarlәr,
Bilmәyәn nanü nәmәk, bihörmәtü biarlәr,
Ölmәyә, öldürmәyә bәrk etdilәr iqrarlәr,
Cümlә öz әqvamü әqranı tәmam xunxarlәr,
Qövm-qardaşa inan, gәl dosta bax, yaranә bax!


Bir günorta vaxtı xali buldular fürsәt mәgәr,
Qalmamış, getmiş dәrindә hiç dәrbandan bәşәr.
Doldular ol xabi-qәflәtdә yatarkәn bixәbәr,
Böylәdir tәqdir: "iza caәl-qәza әmәl-bәsәr",
Özgә fikrә düşmә çox, hәqdәn gәlәn fәrmanә bax!


Çıxdı ta olcaq xәbәr әdayә qarşı bidirәng,
Bir zaman naçar, tәnha eylәdi şiranә cәng,
Neylәsin yox dәsti-bәxt, iqbali-nüsrәt, payi lәng.
Hәr tәrәfdәn üstünә yağdırdılar tiğü tüfәng,
Aqibәt mәcruh olub qәrq oldu әlvan qanә, bax!


Etdilәr sülh üzrә ol dәm bir neçә qövlu qәrar,
Oldu razı, bildi yalan olduğun biixtiyar,
Saxlayıb bir hәftә axır qәtl edib mәcruhü zar,
Külli-varın etdilәr taracü yәğma, tarümar,
?hli beyti cümlә düşdü növhәvü nalanә, bax!


?l qoyub cümlә fәsadә tikdilәr şeytan evin,
Etdilәr guya xәrabә din evin, iman evin,
Açdılar babi-fәsad, bağladılar ehsan evin,
Qırdı öz övladını, yıxdı onun sübhan evin,
Hacı Qadir tәk cahanın fitnәsi şeytanә bax!


Gәl, yetәr, ey zülmә rağib, sәngdil, sәxtcigәr,
Bunca xunriz olma, eylә zülmi-nahәqdәn hәzәr,
Yadına gәlmәz mәgәr ruzi-cәza, ey bixәbәr,
Noldu, hәqdәn bir zaman şәrm eylә, çıx şamü sәhәr,
Guş edib mәzlumlardan ol gәlәn әfqanә bax!


Ah kim, ta alәm olmuş mehrü mahın mәnzili,
Eylәmiş rövşәn dili ahi-siyahın mәnzili,
Gah düşәr nisbәt gәdayә padşahın mәnzili,
Gah şiri-nәr yerin eylәr rubahın mәnzili,
Dövri-bәrәksә nәzәr qıl, çәrxi-kәcrәftarә bax!


Kimsә qalmaz nikü bәd, ancaq qalır alәmdә ad,
Namurad eylәr cahan, hәr kim ki, istәr bir murad,
Bu musibәtnamә tarixin bil, ey fәrruxnihad,
İki yeddi, iki qırx olmuşdu min yüzdәn ziyad.
Oldu mәrhumü şәhid ol kövhәri-yektayә bax!


Böylәdir dövran işi, hәr gündә bir al eylәmiş,
Aqili nadan ilә pәjmurdәәhval eylәmiş,
Üz verib namәrdә, hәr dәm mәrdi pamal eylәmiş,
Ey Vidadi, gәl ki, bu heyrәt mәni lal eylәmiş,
Gör nәlәr qıldı fәlәk Müştaqi tәk insanә, bax!



Vidadinin mövzun vә pürmәzmun kәlamlarından birisi dә dünyanın heç kәs ilә payidar vә bәrqәrar olmadığı barәsindә yazdığı şeri-müsәddәsidir ki, şair özünә xitabәn yazmışdır. Dünyaya vә onun mal vә dövlәtinә pabәnd olmaqdan vә qeydkeşlikdәn asudә vә hürr olmağı tövsiyә vә tәnbeh etmişdir:


Gәl çәkmә cahan qeydini sәn, can belә qalmaz, Qan ağlama çox, dideyi-giryan belә qalmaz, Gül vaxtı keçәr, seyri-gülüstan belә qalmaz, Hәr lәhzә könül xürrәmü xәndan belә qalmaz, Bir cam yetir, saqi, bu dövran belә qalmaz, Tәn bir gün olur xak ilә yeksan belә qalmaz.

?zbәs bu camal ilә ki, canan ola fani, Bu işvә ilә qәddi-xuraman ola fani, Bu gәrdәni-xoş, zülfi-pәrişan ola fani, Bu әhsәni-surәtdә ki, insan ola fani, Bir cam yetir, saqi, bu dövran belә qalmaz, Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz.

Sultani-cahan olsa, gedәr, canә inanma, Bir gün pozulur, şövkәti-divanә inanma, Çün baqi deyil, mülki-Süleymanә inanma, Gәr aqil isәn, gәrdişi-dövranә inanma, Bir cam yetir, saqi, bu dövran belә qalmaz, Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz.

Yüz mövsümi-xoş xürrәm olub illәr açılsa, Yüz lalә bitib susәnü sünbüllәr açılsa, Yüz baği-cahan tazәlәnib güllәr açılsa, Könlüm ki, açılmaz neçә müşküllәr açılsa, Bir cam yetir, saqi, bu dövran belә qalmaz, Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz.

Ah, aldı mәni dәrdi-fәraqü qәmi-hәsrәt, Sәrmәstü xәrab etdi yenә badeyi-heyrәt, Bir mehrü vәfa etmәli yox kim, ola rәğbәt, Fövt eylәmә gәl, var ikәn әldә dәmi-fürsәt, Bir cam yetir, saqi, bu dövran belә qalmaz, Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz.

Fikr etsәn әgәr, dәhrin işi bәhri-bәladır, Bir dürri-giranmayәsi min canә bәhadır, Hәr nәqşi bir ayineyi-isbati-xudadır, Mәqsudi-dü alәm yenә tәhsili-rizadır, Bir cam yetir, saqi, bu dövran belә qalmaz, Tәn bir gün olur xak yeksan, belә qalmaz.

Ey xәstә Vidadi, bu cahan bir quru sәsdir, Bir dәmdә keçir, öylә ki, fәryadi-cәrәsdir, Bu bәzmi-fәnadә bu nә hәnkami-hәvәsdir, Gәl durma ki, ömrün keçir, әncami-nәfәsdir, Bir cam yetir, saqi, bu dövran belә qalmaz, Tәn bir gün olur xak ilә yeksan, belә qalmaz.




Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin deyişməsi


Vaqif
Ey Vidadi, sәnin bu puç dünyada
Nә dәrdin var ki, zar-zar ağlarsan?
Ağlamalı günün axirәtdәdir,
Hәlә indi sәndә nә var, ağlarsan?


Vidadi
Vaqif, nә çox yan baş-ayaq atarsan,
Mәnә dersәn: nә bu qәdәr ağlarsan?
Sәnin dә başında mәhәbbәt beyni-
?gәr olsa, eylәr әsәr, ağlarsan!


Vaqif
Ta cәsәdin cüda olmayıb candan,
Bil özünü artıq sultandan, xandan,
Habelә ayrılıq nәdir ki, ondan
Bu qәdәr çәkibәn azar, ağlarsan?


Vidadi
Ağlamaq ki, vardır, mәhәbbәtdәndir,
Şikәstәxatirlik mәrhәmәtdәndir,
?sil bunlar cümlә mürüvvәtdәndir,
Olsa ürәyindә, betәr ağlarsan!


Vaqif
Say qәnimәt diriliyin dәmini,
Keçәn hәmdәmlәrin çәkmә qәmini,
Ağlın olsun, sil gözünün nәmini,
Dәxi geri gәlmәz onlar ağlarsan!


Vidadi
Oxumadın "fәlyәzhәku" ayәtin,
Çәkmәyibsәn yarü hәmdәm firqәtin,
Bilsәn әgәr ağlamağın lәzzәtin,
Ta gedincә nuri-bәsәr ağlarsan


Vaqif
Kimdi indi bu dövrdә ol adәәm,
Pәrisi yanından heç olmaya kәm.
Qaralırsan bulut kimi dәmadәm,
Ağ yağış tәk yaşın yağar, ağlarsan.


Vidadi
Billәm çox uşaqsan, ürәyin toxdur,
Lәhvü lәәb ilә hәvәsin çoxdur,
Qocalıq әsәri könlündә yoxdur,
Hәlә sonra әqlin kәsәr, ağlarsan!


Vaqif
Toy-bayramdır bu dünyanın әzabi,
?qli olan ona gәtirәr tabi,
Sәn tәki oğlana deyil hesabi,
Hәr şeydәn elәyib qubar ağlarsan!


Vidadi
Oğlan, sәn uşaqsan, cavansan hәlә,
Yenicә cisminә düşüb vәlvәlә,
Tәzә dәyәnәyi alıbsan әlә,
Qaim tut ki, nagah düşәr, ağlarsan.


Vaqif
Kәndini әlindәn aldıran fәlәk.
İnәklәrә buzov saldıran fәlәk,
Yarü yoldaşını öldürәn fәlәk,
Mәgәr sәni belә qoyar, ağlarsan?


Vidadi
Neylәrsәn söylәmiş buzov-inәyi,
Bizimlә eylәmiş belә hәnәyi,
Hәzrәtqulu bәyin ağ dәyənәyi-
Alıbsan әlinә mәgәr, ağlarsan!


Vaqif
Bidәmağ olmaqdan nә düşәr әlә,
Şükr elә allaha, gәz gülә-gülә!
Uşaq ha deyilsәn, tez-tez habelә-
Könlünün şişәsi sınar, ağlarsan.


Vidadi
Uzaqdan bax, yaxşı fәhm et satirә,
Bu iş baxmaz heç könülә, xatirә,
İstәr yüz il bu yollarda qatirә,
Bir gün yanar canü cigәr ağlarsan!


Vaqif
Keçәn işdәn mәrd igidlәr pozulmaz,
Atalar deyibdir: "Tökülәn dolmaz".
Qatıq üçün qışda ağlamaq olmaz,
İnşaallah, gәlәr bahar, ağlarsan!


Vidadi
Dövlәtindәn yetdik nanü nәmәyә,
Düşdük indi cadü qatıq yemәyә,
Söz ki, çoxdur, yeri yoxdur demәyә,
?gәr bilsәn, ey bixәbәr, ağlarsan.


Vaqif
İç qatığı, ye darının cadını,
. . . . . . . . . . . . . .
İstәmә dövranın dadlı zadını,
Sәnә olur o zәhirmar, ağlarsan!


Vidadi
Ey mәnә göstәrәn qatığı, cadı,
Onu yeyәn tapar külli muradı,
Dünyanın sәnә dә lәzzәti, dadı-
Bir gün olur axır zәhәr, ağlarsan!


Vaqif
Nә qәdәr dirisәn, ölü deyilsәn,
Qocalıban yaylar kimi әyilsәn,
Padşahsan, әgәr özünü bilsәn,
Neçün olub candan bizar, ağlarsan!


Vidadi
Elә ki, taxıldı burnuna çeşmәk,
Qocalıq әl verib, dәxi nә şişmәk!
Uşaqlar içindә düşәr gülüşmәk,
Sәnin dә acığın tutar,ağlarsan!


Vaqif
Yalqız çox qocalan bayatı sevәr,
Gah öyünәr, tәk-tәk özündәn deyәr,
Sәn dә yetişibsәn o hәddә mәgәr,
Beyninә bayatı uyar, ağlarsan?


Vidadi
Külli Qarabağın abi-hәyatı,
Nәrmü nazik bayatıdır, bayatı,
Oxunur mәclisdә xoş kәlimatı,
Ox kimi bağrını dәlәr, ağlarsan!


Vaqif
Müxәmmәs demәyin seyrәklәnibdir,
Bayatıda zehnin zirәklәnibdir,
Qocalıbsan, qәlbin köyrәklәnibdir,
İşdәn-gücdәn olub bikar ağlarsan.


Vidadi
Gәl danışma müxәmmәsdәn, qәzәldәn,
Şeri-hәqiqәtdәn, mәdhi-gözәldәn,
Sәnin ki, halını billәm әzәldәn,
Elә deyib canan, dilbәr ağlarsan.


Vaqif
Yetmişdә ki, belә nәm gәlә gözә,
Kәsmәyә arasın, baxmaya sözә,
O zaman ki, yaşın yetişәr yüzә,
Gör ki, onda nә bişümar ağlarsan.


Vidadi
Sarı Çobanoğlu gәlsin yanına,
Axund deyib canın qatsın canına,
Onun şövkәtinә, sәnin şanına,
O, yaxşı müxәmmәs düzәr, ağlarsan.


Vaqif
Çökәr bir gün qabağına ?zrayıl,
Deyәr: ey kor bәndә, qәflәtdәn ayıl!
Görәrsәn bir әcәb şәklü şәmayıl,
Ürәyinә qanlar damar, ağlarsan.


Vidadi
?zrayıl ki, çәngәl çalar canına,
Çevrilib baxarsan hәr bir yanına,
Ol zamanda sәnin o әfğanına,
Nә bir gәlin, nә qız yetәr, ağlarsan!


Vaqif
Onun ki, çәngәli әzayә düşәr,
Çaxnaşar cәsәdin, lәrzayә düşәr,
Tamam sümüklәrin vay-vayә düşәr,
Diriykәn dәrini soyar, ağlarsan.


Vidadi
Axirәt sözünü salma yadına,
Mütlәq dürüst deyil etiqadına,
Mәhşәr günü kimsә yetmәz dadına,
Fәryadın fәlәyә çıxar, ağlarsan.


Vaqif
Yanarsan, tәnindәn çıxar tütünün,
Tutuşar boğazın, kәsilәr ünün,
Hәlә vardır bundan betәr pis günün,
Üqbayә edәndә sәfәr ağlarsan,


Vidadi
Mömin olub qәlbin olsaydı sәlim,
Bilәrdin xudanın oldurun kәrim,
Sәnә kәrәm eylәr әzizü hәkim,
Nә çәkәrsәn xövfü xәtәr, ağlarsan!


Vaqif
Çün gedәrsәn o qaranlıq dar yerә,
Qonşu olmaz, çağıranda sәs verә,
Bir kimsә tapılmaz qapından girә,
Görәrsәn dörd tәrәf divar, ağlarsan.


Vidadi
Möminәm, zikrimdir daim ilahi,
Uzaqdır könlümdәn külli mәnahi,
?fv olur möminin cümlә günahi,
Sәnin dә könlündәn keçәr ağlarsan.



Vidadinin qәzәllәri


Hәr sәhәr bad әsәr, arizi-cananә dәyәr,
Toxunar sәrvә gәhi, gah gülüstanә dәyәr.


Şәm gәr yansa, sәvadi-şәb üçün heyf olmaz,
Şölәsi çünki onun arizi-cananә dәyәr.


Olmasa qabil әgәr dәhr, cәfa vermәz ona,
Tәm bilәzzәt olanda necә dәndanә dәyәr.


Söhbәti-nakәsü namәrd hәmin söhbәt imiş,
Tut ki, bir mәrd әtәyin dövlәti-xaqanә dәyәr.


Mәn ki, meydani-bәla içrә sәrim top edәrәm,
Ta düşәr әldәn-әlә axırı çovganә dәyәr.


Nә qәdәr olsa qoca gәrçi Vidadi xәstә,
Yenә Vaqif kimi, әlbәttә, yüz oğlanә dәyәr.


Bu qәzәli Vidadi xәstә Vaqifin ona yazdığı "Kim ki, sövdayi-sәri-zülfi-pәrişanә düşәr" qәzәlinә cavab yazmışdır.





Könül sәbrü qәrar etmәz, gedәr yar olmayan yerdә,
Mәhәәbbәt payidar olmaz vәfadar olmayan yerdә.


Vәfa qıl bir vәfadarә, ulaşma hәr biiqrarә,
Mәtaın atma bazarә, xiridar olmayan yerdә.


Mәnim hәmrazü hәmdardim, deyim hәr bәdnüma gördüm,
Hünәr kәsb eylәmәz mәrdüm, bәli, ar olmayan yerdә.


Xuda, sәn saxla gəl fәrdi, çәtindir yalqızın dәrdi,
Pәrişanlıq tapar mәrdi havadar olmayan yerdә.


Dila, laf etmә mütlәqdәn, düşәrsәn zülmә nahәqdәn,
Neçün mәrdüm dönәr hәqdәn bir azar olmayan yerdә?!


Gәl, ey könlü olan rövşәn, qәbul et bu sözü mәndәn,
Necә mәqdur olur mәskәn gülә xar olmayan yerdә.


Könül dünyadә yar istәr, olubdur biqәrar istәr,
Vidadi xәstә var istәr, xaçan yar olmayan yerdә.



Bahar mövsümünü vә novruzun daxil olmasını şair bu gunә nәzmә çәkmişdir:

Novruzi-bahar oldu, cahan tazәtәr oldu,
Rәf oldu әlәmlәr,
Dağıldı bu şadlıq xәbәri, dәrbәdәr oldu,
Yandı oda qәmlәr.
Qırx yeddi rәqәm sındı zimistan qәlәmindәn,
Fürsәt gülә düşdü.
Meydani-tәrәbdә bu nә türfә hünәr oldu,
Sәrf oldu kәrәmlәr.
Göydәn yerә yağdı nә gözәl şәbnәmi-rәhmәt,
Bitdi gülü lalә.
Xoş nәğmәlәnib bülbüli-şeyda ötәr oldu,
Açıldı irәmlәr.
Yüz hәmdü sәna mayili-seyri-çәmәn oldu,
Şad oldu könüllәr.
Bir mövsümi-güldür bu ki, hәqdәn nәzәr oldu.
Xoş gәldi bu dәmlәr.
Ey xәstә Vidadi, bu gün etmәzmi sәnә rәhm
Sultani-zәmanә?
Bu eydi-mübarәkdә ki, dünya xәbәr oldu,
Dağıldı dirәmlәr.


Vidadinin mürәbbeatı da Vaqifinki kimi xeyli açıq vә gözәl dildә vә lisanımızın şivәsindә yazılmışdır. Onlardan bir neçәsi burada zikr olunur:

Seyri-gülşәn etsәn, ey gülüzarım,
Bülbül oxur, bağlar sәdayә düşәr,
Xәttinә baş әyәr sünbül, bәnәfşә,
Gül xaki-payinә fәdayә düşәr.


Xurşidim, xavәrim, hilalım sәnsәn,
Şirinim, şәrbәtim, zülalım sәnsәn,
Fikrim, zikrim, sözüm, xәyalım sәnsәn,
Könlüm haçan sәndәn cüdayә düşәr.


Arizunu çәkәr sahibdilәklәr,
Dolanıb başına dönәr fәlәklәr,
Mәdhin oxur әrş üzündә mәlәklәr,
Hәr biri bir türfә nidayә düşәr.


Xәyalındır xәyalımın hәyatı,
Dәhanın şәkkәri, lәbin nәbatı,
Cәmalın sәdqәsi, hüsnün zәkatı
Mәnim tәk binәva gәdayә düşәr.


İntizarın mәn çәkәrәm peyvәstә.
Könül pәrişandır, xatir şikәstә,
İstәr vüsalını Vidadi xәstә,
Üz xakә fәrş eylәr, duayә düşәr.









Ay ağalar, bir nigarın oduna,
Dәli könlüm yana-yana düşübdür.
Mәn ki, düşüb bu odlara yanaram,
Nә sәmәndәr, nә pәrvanә düşübdür.


Açılıb cәnnәt tәk camalın gülü,
Ötәr çövrәsindә şeyda bülbülü,
Bu gülşәnin yasәmәni, sünbülü,
Nә bir bağә, nә bostanә düşübdür.


Könül dost kuyinә etdikcә güzәr
Qanlı qәmzәsindәn etmәzmi hәzәr?
Çıxdı gözüm, bir dәm eylәdi nәzәr,
Gör necә kәsilmәz qanә düşübdür.


Qaş vә gözü durub qanın almağa,
Zülf tökülüb din-imanın almağa.
Vidadi xәstәnin canın almağa,
Xәt bir yana, xal bir yana düşübdür.






Ey hәmdәmim, sәni qanә qәrq elәr,
Gәl tәrpәtmә yaralanmış könlümü.
Ayrı düşmüş vәtәnindәn, elindәn,
Hәmdәrdindәn aralanmış könlümü.


Könül verdik hәr bivәfa yadlara,
Hayıf oldu ömür, getdi badlara,
Fәlәk saldı dürlü-dürlü odlara
Şan-şan olmuş, paralanmış könlümü.


Qanlı yaşım gündәn-günә bollandı,
Axdı, axdı sinәm üstә köllәndi,
Yenә qәm sinәmi mindi yollandı,
Heç bilmәzәm yaralanmış könlümü.


Gözüm yaşı gündәn-günә fәrq elәr,
Eyb elәmәk mәni qana qәrq elәr,
Rövşәn etmәz yüz min günәş - bәrq elәr-
Bu möhnәtdә qaralanmış könlümü.


Vidadiyәm xәstә gözüm mәrdümi,
İtirmişәm qoşunumu, ordumu,
Çox tәbibә şәrh eylәdim dәrdimi,
Heç görmәdim çaralanmış könlümü.



Göy üzündә qatar ilә uçan durnalara xitabәn yazılmışdır:

Qatar-qatar olub qalxıb havaya,
Nә çıxıbsız asimana, durnalar!
Qәrib-qәrib, qәmgin-qәmgin ötәrsiz,
Üz tutubsuz nә mәkana, durnalar?!


Tәsbih kimi qatarınız düzәrsiz,
Havalanıb әrş üzündә süzәrsiz,
Gah olur ki, danә-xurә gәzәrsiz,
Siz düşәrsiz pәrişana, durnalar!


?rz elәyim, bu sözümün sağıdır,
Yollarınız hәramidir, yağıdır,
Şahin-şunqar sürbәnizi dağıdır,
Boyanarsız qızıl qana, durnalar!


?zәl başdan Bәsrә, Bağdad eliniz,
Bәylәr üçün әrmәqandır teliniz,
Oxuduqca şirin-şirin diliniz,
Bağrım olur şana-şana, durnalar!


Bir baş çәkin dәrmandәnin halinә,
?rzә yazsın, qәlәm alsın әlinә,
Vidadi xәstәdәn Bağdad elinә
Siz yetirin bir nişana, durnalar!
3_Rengli_HeyaT




Həyatı
Qarabağ xanının birinci vəziri XVIII əsrin məşhur siyasi və ictimai xadimi Molla Pənah Vaqif xalqımızın orta əsrlər ən'ənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şe'rlər yazmış görkəmli şairlərindəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük tə'sir göstərmişdir.

Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Belə bir fikir var ki, omun əcdadları böyük Füzulinin də mənsub olduqu Bayat tayfasından olub. Onun valideynləri haqqında çox az şey mə'lumdur. Bəllidir ki, onun babasını Süleyman, atasını Mehdi, anasını isə Ağqız çağırmışlar.

Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, arxitektura, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedoqoq Şəfi əfəndinin yanında oxumuşdu. Bə'zi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə alıb. Orası da mə'lumdur ki, Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada da Molla Pənah adını almışdır. Bu zaman onun alimliyi haqtında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: "Hər oxuyan Molla Pənah olmaz."

XVIII əsrin ortalarında Gürcüstan sərhəddində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu ailə Qarabağın Cavanşir uyezdinin Tərtərbasar kəndində sığınacaq tapır. Vaqif burada da müəllimliklə məşğul olur. Kiçik bir kəndin mollasının aldığı cüz"i maaş böyük ailənin maddi ehtiyaclarını ödəmir və Vaqifin ailəsi kasıblıq həddində yaşayır. Görünür, onun məşhur "Bayram oldu" qoşması da elə həmin vaxtlarda yazılmışdır:

Bayram oldu, heç bilmirəm neyləyim...
Bizim evdə dolu çuval da yoxdur.
Dügüylə yağ hamı çoxdan tükənmiş
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm, dəxi qoymazlar kəndə.
Xalq batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.


Əlbəttə, Vaqifin yaradıcılığında heç nə ilə fərqlənməyən bu şe'ri misal gətirməmək də olardı. Ancaq sovet dövründə Vaqif poeziyasının məşhur nümunəsi kimi daim xatırladılan bu şe'r az qala şairin bütün yaradıcılığının şah əsəri sayılırdı. Bu şe'ri uşaq bağçalarından tutmuş universitet auditoriyalarına qədər hər yerdə əzbərdən söyləyirdilər. Və qoşmanın məzmununda mövcud quruluşun üstünlükləri haqqında ciddi ümumiləşdirmələr aparırdılar. Azərbaycan şe'rsevərlərinin geniş kütləsi şairin bədii yaradıcılığı ilə tanışlı-ğı məhz bu qoşma ilə başlayır, Vaqifin həyat və yaradıcılığı haqqında ən dolqun mə'lumatı isə Səməd Vurğunun məşhur "Vaqif" pyesindən alırdılar.

Biz isə tarixi mə'lumatlarımıza davam edək. Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də iste'dadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahim Xəlil xana çatır və onu saraya də'vət edirlər.

Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur. Bunlardan birinə əsasən, Vaqif ayın tutulması və zəlzələ olacağı haqda irəlicədən dəqiq xəbər verir və bu xəbəri xana çatdırırlar. İbrahim Xəlil xan bu bacarıqlı münəccimlə tanış olmaq istəyir. Vaqifin dərin ağıl və zəkasından heyrətə gələn xan ona sarayda qalıb işləmək təklifi verir. Başqa bir rəvayətə görə, hələ Gəncədə ikən Vaqif Cavad xana bir şikayətçinin dilindən ərizə yazır. Ərizənin üslubu xanı o qədər valeh edir ki, o, Molla Pənahı sarayına gətirdir. Lakin İbrahim Xəlil xanın tə'kidli xahişi ilə şairin Qarabağa qayıtmasına icazə verir.

Vaqifin ömrünün son günlərinə qədər sarayda yaşaması mə'lumdur. O, əvvəlcə eşik ağası, yə'ni, daxili işlər naziri, daha sonra isə birinci vəzir kimi fəaliyyət göstərib. Özünün yüksək savadı və elmi biliyi ilə o, burada da hamının rəqbətini qazanır.

Görünür, Vaqif astronomiya ilə ciddi məşqul olub, bu sahədəki biliklərini təcrübi olaraq gün tutulmalarının və bu qəbildən olan digər təbii hadisələrin müəyyənləşdirilməsi üçün istifadə edir, astroloji biliklərini isə sarayda özünün münəccim məsləhətləri ilə nümayiş etdirirdi. Ehtimal etmək mümkündür ki, Vaqif tətbiqi riyaziyyatı da yaxşı bilib. Belə ki, onun xan sarayının, yaşayış evlərinin, Şuşa qalasının divarlarının tikintisində dəqiq hesablamalar aparması da bəllidir. Vaqifin zəngin kitabxanası vardı və o, daim öz biliklərini artırmaqla məşqul olurdu. Saray əyanları və şəhər ziyalıları içərisində seçilib-sayılması onun özünə ədəbi təxəllüs götürdüyü Vaqif (hər şeyi bilən) adını doğrultduğunu göstərir.

Vaqif yaradıcılıqının görkəmli tədqiqatçısı Əziz Şərifin də qeyd etdiyi kimi, Qarabağ xanlığının vəziri vəzifəsində Vaqif özünü layiqli dövlət xadimi, müdrik və uzaqgörən bir siyasətçi kimi göstərə bilir. Doğrudur, Vaqifin bacarıq və iste'dadını şübhə altına almaq mümkün deyil, amma bir məsələni aydınlaşdırmaq üstündən bu qədər vaxt keçəndən sonra bizim üçün çətinlik törədir: Bu gün Qarabağda baş verən qanlı hadisələr kimin "uzaqgörənliyinin" nəticəsidir - Vaqifin, yoxsa İbrahim Xəlil xanın? Bu hadisələrin kökü o vaxtlar yeridilmiş siyasətdənmi irəli gəlir?...

Vaqif iki arvad alıb. Birinin adı Qızxanım, o birininki Mədinə olub. Qızxanım Durbənd bəyin qızı idi və gənc yaşlarında özündən çox-çox yaşlı olan Vaqifə ərə getmişdi. Xalq arasında onun qeyri-adi gözəlliyi barədə rəvayətlər dolaşırdı. Vaqifin bir oğlu, iki qızı olub. Onların hamısı Mədinə xanımdan olmuş uşaqlar idilər. Oğlunun adı Əliağa idi, "Alim" təxəllüsü ilə şe'rlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi.

Vaqif Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi şairlərlə dostluq etmişdir. Onun ən yaxın dostu isə heç şübhəsiz, həmyerlisi və bə'zi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqif öz qızlarını Vidadinin oğlanlarına ərə vermişdir. Onların müşairəsi (şe'rləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur.

Vaqifin yaxın dostlarından biri - Hüseyn xan Müştaq 22 il Şəki xanı olmüşdu, Vaqifin onunla da şe'rləşdiyi bəllidir.

Vaqif saraya düşüb birinci vəzir olduqdan sonra xanlığın xarici siyasətinə rəhbərlik edib. O vaxt Azərbaycanda vəziyyət çox gərgin və mürəkkəb idi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra, bəlkə hələ bir az da əvvəl Azərbaycanda müstəqil xanlıqlar yaranmışdı. Az bir müddət ərzində Şəki, Qarabağ, Gəncə, Quba kimi Azərbaycan xanlıqları beynəlxalq miqyasda tanınmağa başlayırlar. Lakin bu xanlıqların müəyyən iqqisadi, siyasi və hərbi uğurlarına baxmayaraq, onların başı üzərində hər an öz müstəqilliklərini itirmək təhlükəsi dolaşırdı. Azərbaycanda aparıcı rol oynamaq uğrunda Rusiya, İran və Türkiyə mübarizə aparırdı. Qonşu xanlıqlar və hətta Gürcüstan da müstəqillik üçün təhlükəyə çevrilmişdilər. Fasiləsiz feodal müharibələri və güclü qonşuların daimi basqınları Qarabağ xanlığını məcbur edirdi ki, yaxın xanlıqlarla dil taparaq, aparıcı dövlətlərdən dəstək alsın. İbrahim xan Gürcüstanla ittifaqa girir və onlar birlikdə Rusiyadan dəstək istəyirlər. 1783-cü ildə gürcü çarı II İrakli Rusiya təbəəliyini qəbul edir və Vaqif bir il sonra Tiflisdə həmin ölkələr arasında müqavilənin imzalanması mərasimlərində iştirak edir. Tiflisdə olduğu zaman Vaqif şəhərin tə'rifinə, gürcü gözəllərinə və İraklinin oğlu şahzadə Eulona həsr olunmuş şe'rlər də yazıb. 1783-cü ildə İbrahim Xəlil xan II Yekaterinaya məktub yazaraq, ondan xahiş edir ki, Qarabağ xanlığını Rusiya təbəəliyinə qəbul etsinlər. İbrahim xan çətin bir seçim qarşısında qalmışdı: o ya Rusiyanı, ya da İranda hakimiyyətə gəlmiş Ağa Məhəmməd şah Qacarı seçməli idi. İbrahim Xəlil xan çox düşünmədən Rusiyaya üstünlük verir. Məsələ onda idi ki, hələ qədim zamanlardan Qarabağ buraya köçürülmüş qacarlarla məskunlaşdırılmış və 200 il ərzində burada qacarların Ziyadoğlular boyundan olan şəxslər hökmranlıq etmişdi. Yəqin ki, Ağa Məhəmməd şah Qarabağ xanlığını tutmaq istərkən bunu müəyyən qədər qacarların pozulmuş hüquqlarının bərpası ilə motivləndirmək fikrinə düşmüşdü. Ağa Məhəmməd şah Qarabağa yaxınlaşdıqca, İbrahim Xəlil xan II İrakli ilə daha artıq yaxınlaşmağa başlayır. Vaqif Ağa Məhəmməd xana qarşı birləşmək üçün İbrahim Xəlil xanın, II İraklinin, İrəvan hakimi Məhəmməd xanın və Talış hakimi Mir Mustafa xanın danışıqlarında iştirak edir.

Qarabağ üzərinə yürüşə hazırlaşarkən Ağa Məhəmməd şah İbrahim Xəlil xandan ona tabe olmasını və bunun rəmzi kimi oğlunu onun yanına girov göndərməsini tələb edir. İbrahim Xəlil xan buna razı olmur. 1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını keçərək, Şuşa istiqamətində irəliləməyə başlayırlar. Şuşalılar Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq görürlər. Şuşanın mühasirəsi uzanır və Ağa Məhəmməd şah İbrahim Xəlil xanı qorxutmaq məqsədilə öz saray şairinə tapşırır ki, ona bir məktub yazsın. Məktub bu məzmunda olmalı idi: "Ey ağılsız, göydən başına daşlar yağarkən sən şüşənin içində mö'cüzəmi axtarırsan?" Bu parçada Şuşa qalasının adı ("şüşə sözü) oy-nadılmışdı. Şuşa Azərbaycan dilində "şüşə" demək idi və şüşə də təbii ki, daşa davam gətirə bilməzdi. Həmin beyt yazılmış kağızı oxa bərkidərək, qalaya atırlar. Qarabağ xanının birinci vəziri Vaqif buna cavab yazaraq, elə həmin yolla Qacara çatdırır. Cavabın məzmunu belə idi: "Bə'li,yaradan məni şüşəyə salıb. Ancaq bu şüşə sal daşlardan tikilmiş qalanın içində yerləşir. "

Vaqifin beyti Ağa Məhəmməd şahın qəzəbinə səbəb olur və o, top atəşlərini davam etdirmək əmrini verir. Lakin yenə heç nə alınmır. Şuşanın 33 günlük mühasirəsi qalanın igid müdafiəçilərini sarsıtmır və şah məcbur olub, mühasirəni dayandıraraq, Gürcüstana yola düşür.

Qalanın müdafiəsində Vaqif özü də şəxsən iştirak etmişdi. Onun şe'r yazan barmaqları silahla da davranmağı bacarırdı. Şairin atıcılıq məharəti xalq arasında hətta rəvayətlər də yaradıb. Deyirlər ki, bir erməni toyunda atıcılıq yarışı keçirilir və bu yarışdan da Vaqif qalib çıxır. Vaqif hətta silaha bir müxəmməs də həsr edib:

Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng
Xoş qədi ayineyi-simü səmənbər bir tüfəng...
Hər kim istər kim, vücüdi mə'rəkə ara gərək,
Kəndi zatından silahü əsləha ə'la gərək,
Gülləsilə xuni-ə'da tökməyə sövda gərək...


1796-cı ildə qraf V. Zubovun başçılıq etdiyi rus qoşunları Şamaxıdan keçərək, Qarabağ sərhədlərinə gəlirlər. İbrahim Xəlil xan öz oğlu Əbülfət xanın başçılığı ilə onun yanına elçilər göndərir. Bu hey'ətə Vaqif və tanınmış Qarabağ əmirlərinin oğlanları da daxil olurlar.

Səfarət geri dönərkən İbrahim Xəlil xanla birlikdə Vaqifə də II Yekaterinanın adından qiymətli hədiyyələr verirlər. Vaqifə bahalı daş-qaşla bəzədilmiş əsa düşür. İbrahim Xəlil xan bu müddətdə II Yekaterina ilə məktublaşmasını davam etdirir. Xanın həmin məktublarının mətnini Vaqif yazırdı və imperator tezliklə onun güclü yazı qabiliyyətini müəyyənləşdirir. 1784-cü ildə ildə Q. A. Potyomkinə yazdığı məktubunda Yekaterina qeyd edirdi ki, İbrahim xanın məktubları özünün ədəbiliyi və zərifliyi ilə İrandan və Türkiyədən gələn bütün məktubları üstələyir. Rusiya hökmdarı öz favoritindən həmin məktubların müəllifinin kimliyini müəyyənləşdirməyi və onun səhhəti ilə maraqlanmağı xahiş edir. 1796-cı ildə II Yekaterina vəfat edir. Yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırır. Ağa Məhəmməd şah bundan istifadə edərək, onun üzünə ağ olmuş xanları cəzalandırmaq istəyir. Elə həmin il o, yeni yürüşə çıxır və bu yürüşünü Şuşadan başlayır. Bu dəfə İbrahim Xəlil xan qalanı döyüşsüz təslim edir və öz qohumları, yaxın adamları və kiçik dəstəsi ilə Azərbaycanın şimalına qaçır. Lakin mə'lumdur ki, Vaqif, o vaxt xanın özü ilə götürdüyü adamların içində olmayıb. İran qoşunlarının Şuşaya girməsindən bir həftə sonra onu tutub İbrahim Xəlil xanın qardaşı Məhəmməd Həsənbəyin sarayına gətirirlər. Ağa Məhəmməd şah burada yerləşmişdi.

Özünün mühasirə qüdrətinə görə şöhrət qazanmış Şuşa qalasını İbrahim Xəlil xanın döyüşsüz təslim etməsi tarixçilər tərəfindən xanlığın ağır iqtisadi vəziyyəti ilə izah olunur. Burada il quraqlıq keçdiyindən qıtlıq hökm sürürdü. Vaqifin xanın yanında olmaması müxtəlif cür yozulur. Bütün izahlar çoxsaylı suallar doğurur. Şuşa alınmaz qala sayılırdı və İbrahim Xəlil xanın zəruri ehtiyat toplayaraq, qalanın müdafiəsini təşkil etmək üçün xeyli vaxtı vardı. Yox, əgər onun əvvəldən qalanı döyüşsüz təslim etmək fikri vardısa da, bundan Vaqifin xəbəri olmalıydı. Çünki Vaqif onun ən yaxın saray adamı idi və elə bu halda xan onu da özü ilə aparmalıydı. Lakin belə olmur və bu da müxtəlif müəmmalarla səbəblənir.

Şairin şimala gedən xanın dəstəsinə daxil olmamasını, göstərdiyimiz kimi, bir neçə cür izah edirlər. Yozumlardan birinə görə, guya Vaqif Cəmil ağa adlı bir şəxslə Tiflisə gedibmiş və geri qayıdan baş Ağa Məhəmməd şahın adamları onu həbs edirlər. Başqa bir izaha görə, guya o, şahdan qaçıb canını qurtarır, ancaq Cavad xan tərəfindən tutulub, Qacara təhvil verilir.

Başqa bir ehtimal da var ki, guya şəhər hələ Qacara qədər İbrahim Xəlil xanın düşmənləri tərəfindən tutulubmuş və Vaqif də şah gəlməmişdən əvvəl həbs olunubmuş. Qalanın döyüşsüz təslim edilməsini də bununla izah etmək olar.

Bundan sonra daha müəmmalı hadisələr baş verir. Məşhur tarixçi Mirzə Camalın (İbrahim Xəlil xan Şuşaya qayıtdıqdan sonra Vaqifin yerini məhz o tutmuşdur) yazdığına əsasən, Vaqifi səhərə yaxın saraya gətirirlər və Ağa Məhəmməd şah tapşırır ki, səhərisi gün onu e'dam etsinlər. Ən qəribəsi budur ki, Mirzə Camalın yazdığına əsasən, elə həmin axşam o, hansısa günahlarına görə, dan yeri söküləndə özünün də üç xidmətçisini e'dam etməg tapşırığı veribmiş. Ancaq Ağa Məhəmməd şah özü səhərə sağ çıxmır. Onun e'dam edəcəyi həmin üç xidmətçi maneəsiz olaraq, şahın yatağına girərək, onu qətlə yetirirlər. Bu hadisə ilk baxışda çox sadədir, lakin bütün bunların arxasında eyni ssenari dayanır.

Bir çox tarixçilər belə hssab edir ki, Ağa Məhəmməd şaha qəsdi onun ya İrandakı müxalifətlə, ya da gürcü çarı II İrakli ilə əlaqədar olan yaxın adamları təşkil etmişlər. Bu qətldə II İraklinin iştirakını onunla izah edirlər ki, sui-qəsdi təşkil edənlər arasında bir gürcü də olub. Hadisələrin bu cür yozumu adamları çoxdan bəri düşündürən bu qaranlıq məsələyə bir aydınlıq gətirmiş olardı. Belə ki, İbrahim Xəlil xan gürcü çarının yaxın müttəfiqi idi və əgər həmin sui-qəsddə İraklinin əli varsa, demək, İbrahim Xəlil xan bu işə mütləq qarışmalı idi. Belə götürdükdə Vaqifin Qarabağda qalma səbəbləri də aydınlaşır. Ola bilsin ki, Vaqif İran şahı ilə mübarizəni təşkil etmək, aralarında Qacarın yüksək mənsəbli adamları da olan qəsdçilərə rəhbərlik etmək üçün qalıbmış. Tarixçilər həmin qəsdçilərdən biri kimi məşhur sərkərdə və tanınmış Azərbaycan xanı Sadıq xan Şəqqaqini göstərirlər. Qacarı Şuşaya müşaiyət edən bu sərkərdə həm Azərbaycan xanları ilə, həm də İranda yaşayan gürcülərlə çox yaxın idi. Həmin versiyanı bu fakt da sübut edə bilir ki, qəsddən sonra şahın üstündə olan zinət şeyləri ona təhvil verilmişdi. Şahın ölümündən sonra qoşunlar müxtəlif yollarla İrana qayıdır. Gürcüstana planlaşdırılan yürüş baş tutmur. Ola bilsin ki, qəsdçilər öz üzərlərindən şübhəni götürmək məqsədi ilə səhərisi gün asılmalı olan xidmətçilər haqda versiyanı gücləndirmişlər. Şah öldürülən gecə Vaqifin davranışı da həmin fikri təsdiqləyə bilir. Deyilənə görə, Vaqif həmin kecə səhərə qədər bir neçə dəfə həbsxana rəisini yanına çağırtdırıb ondan şəhərdə qeyri-adi hadisələrin baş verib-verməməsini soruşub.

İran şahının qətlindən dərhal sonra Qarabağ xanlığının başına İbrahim Xəlil xanın yaxın qohumlarından olan Məmməd bəy Cavanşir keçir. Belə görsənir ki, Vaqif xilas ola bilər. Lakin belə olmur və birinci vəzirin azad edilməsindən az sonra Məmməd bəy Cavanşir onu və oğlu Əli bəyi e'dam etdirir. Böyük sənətkarın e'dam olunma səbəbləri tarixçilər arasında müxtəlif cür yozulur.

Danışırlar ki, qətl günü fərraşlar onları xanın yanına aparmağa gəldiklərini söyləyirlər. Yolda Əli bəy atasından soruşur ki, xan yuxarıda otura-otura bizi aşağı niyə aparırlar? Vaqif cavabında söyləyir: "Bizi çoxlarını göndərdiyimiz yerə aparırlar". Vaqifi Şuşada böyük şərəflə dəfn edirlər. Hətta məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.

Buna baxmayaraq, Vaqifin ölümündən sonra onun evi talan olunur, əlyazmaları yandırılır. Şairin şe'rlər "Divan"ı da bu səbəbdən bizə gəlib çatmamışdır. İndi kitablarda nəşr olunan şe'rlər isə şairin yaradıcılığının pərəstişkarları tərəfindən bircə-bircə toplanmışdır. Onun şe'rləri aşıqların dilindən düşmürdü, xalq arasında əzbər deyilirdi. Bundan başqa şairin şe'rləri bə'zi adamlar tərəfindən yazıya da alınmışdı. Lakin bütün bunları bir yerə toplamaq, yazıya alıb, nəşr etdirmək heç də asan iş deyildi. Və ilk dəfə bu işi Mirzə Yusif Nersesov görür. 1856-cı ildə Teymurxanşurada Vaqifin ilk kitabı basılır. Sonra estafet M. F. Axundova keçir. O, çox zəngin bir material toplayaraq, məşhur şərqşünas Adolf Berjeyə verir. Berje isə bunları 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirir. Eyni zamanda Vaqifin irsi ilə Azərbaycan poeziyası nümunələrindən iri bir antologiya tərtib etmiş Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov da maraqlanır. Hüseyn Əfəndi həm də Vidadinin uzaq qohumu idi. O öz əlyazmalarını dərc etdirməsə də, bir çox ədəbiyyatşünaslar həmin əsərə tez-tez istinad etmişlər. Nəhayət, inqilabdan qabaqkı dövrdə Vaqifin əsərlərinin son nəşri "Yeni həyat" qəzetinin redaktoru Haşım bəy Vəzirov tərəfindən həyata keçirilib. İnqilabdan sonrakı dövrdə Vaqifin əsərlərinin toplanması və nəşri sahəsində Salman Mümtazın böyük xidmətləri olub.

Vaqif yaradıcılığı təkcə azərbaycanlılar arasında deyil, həm də gürcü və erməni mühitində məşhur olmuşdur. Mə'lumdur ki, uzun müddət Azərbaycan dili Qafqazda millətlərarası ünsiyyət vasitəsi olmuşdur və elə buna görə də, Vaqifin şe'rləri yalnız Azərbaycan əlifbası ilə deyil, həm də gürcü və erməni əlifbaları ilə yazıya alınmışdır.

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şe'rlər təşkil edir. Həmin şe'rlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir.

Vaqif aşıq mühitində böyümüşdü və kütlənin zövq və təlabatını yaxşı bilirdi. Onun yaradıcılığında qoşmanın böyük yer tutmasını da elə bununla bağlamaq olar. Məsələyə başqa tərəfdən yanaşanda ehtimal etmək olar ki, "Divan"ı itdikdən sonra şairin yalnız xalqın hafizəsində qalan şe'rləri yazıya alınıb. Bunlar isə əsas e'tibarilə qoşmalar ola bilərdi. Orası da qeyd olunmalıdır ki, qoşmaya aludəliyi Vaqifin klassik şe'r növlərində yazdığı əsərlərin dilinə və üslubuna da müsbət tə'sir göstərib.

Vaqifin əsərlərindəki məhəbbət orta əsrlərdə yaşayıb-yaratmış Azərbaycan şairlərinin böyük əksəriyyətinin şe'rlərinə xas olan sufi-mistik rəmzlərdən tamamilə azaddır. Vaqif öz əsərlərində həyat eşqini, mə'şuqəsinin gözəlliyini, hicranın acısını və vüsalın şirinliyini inandırıcı bir tərzdə tərənnüm edir.

Şair öz əsərlərinin bütöv bir qismini Azərbaycan gözəllərinin təsvirinə həsr edib. Vaqif az qala bütün şe'rlərində mə'şuqənin gözlərini, qaşlarını, saçlarını, yanaqlarını, əllərini, ayaqlarını, qədd-qamətini, can alan baxışlarını təsvir edir. Bəlkə də bu şe'rlər bizə bir qədər yekrəng görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, şairin müasirləri bu əsərləri tamamilə başqa cür qəbul etmişlər. Kişinin, qadının sifətini görmək və onlarla sərbəst şəkildə ünsiyyətə girmək imkanı olmayan müsəlman cəmiyyətində qadın gözəlliyi daha tez və həssaslıqla anlaşılırdı. Bu mə'nada qadının gözəllik əlamətlərini sadəcə sadalayan şe'rlər belə o zaman oxuculara aşkarda görülməsi mümkün olmayan obrazları tam təsəvvür etmək imkanı verirdi. O dövrün auditoriyasının emosionallıq dərəcəsi də bizimkindən qat -qat yüksək idi. Bu fikri bir çox ədəbiyyatlarda təsvir olunan sufi məclisləri də sübut edə bilər. Belə ki, həmin məclislərdə oxunan adi sevgi şe'rləri də bə'zən dinləyiciləri bayıltmaq qüdrətinə malik olurmuş. O dövrün kişi auditoriyası tərəfindən qadın gözəlliyinin belə həssaslıqla qəbul edilməsi Vaqifin şe'rlərini dinləyənlərə ləzzət verirdi. Çünki onlar şairin sənətkarlıq xüsusiyyətləri sayəsində öz təsəvvürlərində bir-birinə bənzəməyən nazlı-qəmzəli, qədd-qamətli, iri, badamı gözlü, ağbuxaqlı, alyanaqlı, od baxışlı və mütləq ağıllı-kamallı Azərbaycan gözəllərini canlandıra bilirdilər. Vaqif də öz poeziyasının məqsədini elə bunda görürdü. Onun şe'rləri oxucuda obrazın həm xarici görünüşünün həm də daxili dünyasının canlı təsəvvürünü yaradır. Əsərləri:


v Сечилмиш ясярляри: /Тярт.ед.: Щ.Араслы.- Б.: Маариф, 1978.- 160 с.

v Гурбан олдуьум: [Лирика].- Б.: Эянълик.- 1994.- 117 с.




* *
v Дурналар; Байрам олду; Севэилим, ляблярин йагута бянзяр; Кцр гыраьынын яъяб сейранэащы вар //Азярбайъан.- 2006.- № 2.- С. 3-4.

v Байрам олду… //Вятян сяси.- 1991.- 7 март.-С.-5.

v Кясибдир; Йандырдын: [Шерляр] //Ядябиййат вя инъясянят.- 1982.- 23 ийул.- С. 4.




Щаггында




v Ъяфяров Низами. Фцзулидян Вагифя гядяр: [Полемик гейдляр] //Азярбайъан.- 1988.- № 6.- С. 176-180.

v Гараханоьлу М. Вагифля Видадинин «дейишмяси»ндя щяйатилик //Шяфяг.- 2005.- № 1.- С. 65-68.

v Рцстям С.Каш эюряйдим бу эцнляри //Ядябиййат вя инъясянят.-2001.- 22 йанв.- С. 4.


[b]Bəri bax"
Ala gözlü,sərv boylu dilbərim,
Həsrətin çəkdiyim canan bəri bax!
Gecə-gündüz fikrim-zikrim əzbərim,
Üzüldü taqətim aman bəri bax!

Kim dözər mənim tək belə firqətə?
Rəncü məşəqqətə ,bari-möhnətə.
Haçandır düşmüşəm tari-zülmətə
Çəkilsin üstümdən duman,bəri bax!

Payibəndəm qəmi-eşqə giriftar,
Hicran atəşindən can oldu bimar.
Razi-dilimi də bilməm aşikar,
Çəkərəm dərdini pünhan,bəri bax!

Günbəgün könlümün artır qubarı,
Pərişandır tapmaz o qəmküsarı.
Ölsün,itkin olsun belə əğyarı
Gəzməsin arada yaman,bəri bax!

Çox çəkir hicrini Vaqifi xəstə
Leylü nahar,şamü səhər peyvəstə.
Ey yanağı lalə,ləbləri püstə,
Ağzı nabat,dili şəkər zəban,bəri bax!


BAX
EY Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!
ruzigarə qıl tamaşa,karə bax kirdarə bax!

əhli zülmü necə bərbad elədi bir ləhzadə,
hökmü adil padişahi-qadirü qəhharə bax!

sübh söndü şəb ki xəlqə qiblə idi bir çıraq,
gecəki iqbalı gör gunduzdəki idbarə bax!

taci-zərdən ta ki ayrıldı dimagi-pürqürur,
payimal oldu təpiklərdə səri-sərdarə bax!

mən fəqirə əmr qılmışdı siyasət etməyə,
saxlayan məzlumu zalimdən o dəm Qəffarə bax!

ibrət et AĞA MƏHƏMMƏD xandan ey kəmtər gəda,
ya həyatın var ikən nə şahə nə xunxarə bax!

baş götür bu əhli-dünyadan ayaq tutduqca qaç,
nə qıza nə oğula nə dusta nə yara bax!

VAQİFA GÖZ YUM CAHANIN BAZMA XUBÜ ZİŞTİNƏ
ÜZ ÇEVİR ALİ-ƏBAYƏ ƏHMƏDİ - MUXTARƏ BAX![/b]






QEYD:MİRZƏ FƏTƏLİ AXUNDOV VAQİF YARADICILIĞINI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
MaKu
Xaqani_Şirvani.jpg‎(228 × 336 piksel, fayl həcmi: 17 KB, MIME növü: image/jpeg)

Tam Adı Əfzələddin İbrahim Əli oğlu Xaqani Şirvani
Doğum Tarixi 1126
Doğum Yeri Şamaxı
Ölüm Tarixi 1199
Ölüm Yeri Təbriz


Həyatı

Xaqani 8 yaşında atasıni itirmiş, dövrünün məşhur alim və həkimi olan əmisi Kafiəddin Ömər Osman oğlunun himayə və tərbiyəsi altında böyümüşdür.

Xaqani Şirvaninin Sənainin "Hədiqətül-həqiqət" əsərinin təsiri ilə "Həqayiqi" təxəllüsü ilə yazdığı şerlər ona şöhrət qazandırmışdır. 25 yaşında ikən Şirvanşahların məliküş-şüərası Əbül-üla Gəncəvinin dəvəti ilə saraya gəlmiş, onun qızı ilə evlənmiş, Əbül-ülanın ona verdiyi "Xaqani" təxəllüsü ilə şerlər yazmışdır.

Xaqani Şirvani klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunələri yaratmışdır. Əsərləri tezliklə Yaxın və Orta Şərq ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb etmişdir. Bədxah saray şairlərinin haqsız hücumlarına məruz qalan Xaqani Şirvani 1156-cı ildə Məkkəyə ziyarət bəhanəsi ilə Şirvanı tərk etməyə məcbur olmuşdu. Xaqani Şirvani gizli surətdə Şirvandan getməyə cəhd göstərmiş, lakin I Axsitanın əmri ilə həbs olunaraq 1170-ci ildə Şabran qalasına salınmışdır. 7 ay həbsdə qaldıqdan sonra azad edilən Xaqani Şirvani, nəhayət, 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı həmişəlik tərk edərək Təbrizə köçmüş, ömrünün sonunadək orada yaşamış və bu şəhərdə vəfat etmişdir. Təbriz yaxınlığında sonralar "Məqbərətüş-şüəra" adlandırılan Surxab qəbristanlığında dəfn olunmuşdur. Dahi Nizami Gəncəvi Xaqani Şirvaninin vəfatı münasibəti ilə mərsiyə yazmışdır.

Xaqaninin heykəli

Xaqani Şirvaninin ədəbi irsi zəngindir. Yaxın Şərqə səfərdən qayıtdıqdan sonra Xaqani Şirvani Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən "Töhfətül-İraqeyn" (1157) adlı məsnəvisini yazmışdır. Əsər dövrün sosial-siyasi şəraitini öyrənmək baxımından da əhəmiyyətlidir. "Mədain xərabələri" adlı məşhur fəlsəfi qəsidəsində müasirləri üçün maraqlı fikirlər irəli sürmüşdür. Xaqani Şirvani vətənpərvər şairdir. O, vətəni Şirvanı hüsnkar təbiətli, bolluq, bərəkət ölkəsi, şairlər ocağı kimi tərənnüm etmişdir. Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlanan qəzəl janrı Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik dərəcəsinə çatmışdır. Cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışan şair, saraylara nifrətini, xalqa yaxınlıq və sədaqətini, "Xaqani" deyil, "Xəlqani" olduğunu poetik bir dildə bildirmişdir. Xaqani Şirvani eyni zamanda mahir nasir olmuşdur. "Töhfətül İraqeyn" məsnəvisinə nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mənsur məktubları mürəkkəb bədii tərzli ifadəsi, təşbeh, istiarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edib. Əsərləri Hindistanda, İranda dəfələrlə çap edilmişdir. Yaradıcılığı 12-ci əsrdən tədqiqatçıların diqqətini cəlb etmiş, Azərbaycan, rus, Qərbi Avropa, İran, Türkiyə, Hindistan və s. ölkələrin şərqşünasları tərəfindən öyrənilmişdir.


Ey Xaqani, bu dünyada hər zaman,
Anan vermiş zəhmətilə sənə can.

Su, çörəyin qıt olsa da atmadın, -
Yurdun oldu bu əzablı, dar Şirvan.

Heç bir kəsə sən olmadın tüfeyli,
Kömək aldın allahdan nə anandan.

Sən oturdun kölgə kimi ananın
Cəhrəsinin kölgəsində anbaan.

Ey ağ qartal! Nə vaxtadək olacaq
Ana yurdu vücuduna aşiyan?

Nə vaxtadək, İsa kimi atasız, -
Ana ilə tanısınlar səni? Qan!

Bir dəfə də Xzır kimi yoxa çıx,
Bəsdir oldun ananla həmxaniman!

Sən qiymətli bir dürrsən, nədəndir
Oldun ana astanasından pünhan?

Sən ağıllı övladsansa dilə gəl,
Ana kimi özünü danla bir an.

Hər nə etsən ana haqqın unutma,
Bil, anandır sənə edər can qurban.

Bu ananın xatirinə, düşməndən
Gələn dərdə dözüb, sən ol mehriban.

Qorx o gündən, bir gün səni tək qoyub,
Əbədilik anan köçər dünyadan.


Çox ağırdır xasiyyəti mənim nəccar atamın,
Onu xalis yanar oddan yaratmış pərvərdigar.

Sanki ekiz doğulmuşdur Nəmrudun Azərilə,
Ona təlim verən usta olmuş Yusifi-nəccar.

Təbiəti: kərkisi tək, mahir olmuş yonmaqda,
Xasiyyəti, mişarı tək, yaman kəsib doğrayar.

Hər gün fələk sitəmindən o eyləyir şikayət,
Gecə Zühəl ulduzuyla səhərədək çarpışar.

Mərrix əgər olsa idi sakin birinci göydə,
Dərhal ona əl uzadıb, vurardı iki mismar.

Ağırlaşıb qocalıbdır, qıçlarını tutub yel
Başı isə dazlaşaraq, huşu pərsəng aparar.

Köhnəlmişdir lıkka kimi dərisində vücudu,
Əti sanki bədənində əprimişdir aşikar.

Nə üzündə səfası var, nə başında sevdası,
Hamımızın üzərində ağır bir yükə oxşar.

Yazıq anam mənbər kimi qısılmışdır bir küncə,
Minarə tək baş qaldırıb atam edir iftixar.

Zəmanənin mən ki belə ən layiqli oğluyam,
Osa mənim hünərimi özü üçün bilir ar.

Deyir: kaş ki, bu Xaqani bir toxucu olaydı,
Olmayaydı söz mülkündə belə qabil sənətkar.

Nə etməli, atam odur bir oğulam ona mən,
Ağ olmaram, o nə qədər eyləyərsə məni zar.

Axır mənə çörək verib bəsləmişdir birtəhər,
Böyük allah, qoru onu, bəlalardan çək kənar.


Bu göylər şahının lütfü mənə sayə salıb əlan,
Zavallı könlümə vermiş yeni qüvvət, yeni ruh, can.

Ürək dil açdı, şükr etdi ki, qurtardım fəlakətdən,
Nə yaxşı – söylədi canım – tükəndi möhnəti-zindan.

Belə olduqda şadlandım, nəhayət, arzuma çatdım;
Sənə qoy söyləyim indi qəribə bir gözəl dastan.

Gedib məğrib-zəminə bir kişi dərya kənarında,
Dararkən başını bir tük yerə saldı o, başından.

Köçüb sonra o, məqribdən, səyahət eylədi şərqə,
Bu müddət çox külək əsdi, yağışlar eylədi tufan.

Otuz il keçdi bu gündən, yenə səyyah gəlib qərbə,
Haman yerdən götürdü öz tükün, güldü bir az heyran.

Buna Xaqaninin halı, onun Abxazə ezamı
Necə çox oxşayır, bir bax, necə dövr eyləyir dövran.

Olub Abxaz ona məğrib, şahın dərgahı bir dərya
Zavallı canı bir tük tək düşüb qalmış ora nalan.

Əgər bir vaxt o da canın taparsa tük kimi təkrar,
Ona tənə edib, bir də gülərmi nanəcib düşman?

Olub indi mənə həmdəm səsi çaşbaş vuran bir ney,
Əlimdən öz neyimi, gör, necə aldı fələk asan.

Açılmış bir gün ağzıdır mənim ağzım bu gün yalnız,
Qızıl, yaqutla doldurmuş bütün dünyanı hər bir an.

Fəqət əfsus ki, gülməz könül Rey mülkü də alsa,
O, halbuki quru sözlə olardı nəşəli, xəndan.

Bu Kür Ceyhun olar, Tiflis Səmərqəndi qoyar dalda,
O vəqt ki, Tiflisə, Kürlə gələr Xaqani və xaqan.


Nə qədər ki, dövlət sənin qapındadır pasiban,
Açacaqdır qapısını sənə geniş asiman.

Qüreyşilər bayrağınla sənin səfərbər oldu,
Yəmanilər xəncərinlə sənin müzəffər oldu.

İnsaf sənin dəzgahına gəldi sevinc ilə, bax,
Zülmü sitəm astanadan qaçdı yaxa yırtaraq.

Fələk sənin qullarının qollarına baş əydi,
Ona görə fanilikdən azad oldu əbədi

Öz qələmin rəng vermişdir məharətlə ruzgara,
Gecə, gündüz bu səbəbdən olmuş belə ağ, qara.

Söz Misrinin Yusifləri saflığına hər zaman
Nuş eyləyir mənaların badəsini durmadan.

Mənim bütün varlığımı bürümüşdür qəm, kədər,
Razılığın olmayınca, bu varlıqdan nə səmər?

Mənim yüksək qiymətimi təkcə bir sən bilərsən,
Simurğə də bu dünyada Cəmşid verə bilər dən.

Gözəl bilər bu mətləbi göy cəlallı hökmdar,
Mənim kimi yer üzündə tapılmaz bir sənətkar.

Baxma sadə bir xarratın oğluyam mən, bil, Azər
Xarrat idi, lakin oğlu Xəlil oldu peyğəmbər.

Bu sənətdə hər kəs məndən öyrəndi bir fəsahət,
Sonra gedib hazırladı mənə min cür fəlakət.

Bu təəccüb deyil, əgər bir qurşun almas qıra,
Hünər ona deyərəm ki, almas polad sındıra.

Gedən zaman bu dünyadan Sənai tək bir ustad,
Əvəz gəldim ona, atam mənə Bədil qoydu ad.

Boğazına gövhər tıxdım bu dünyanın nə qədər,
Onu aman deməyə də qoymadı bu gövhərlər.

Sən təbimin bağçasından istə təzə xurmalar,
Gedib hər bir yaramazın söyüdündən umma bar!

Hər an xurma ağacından boldu xurma dərərsən,
Yel əsərsə, kəpənəklər uçar fəqət söyüddən.

Əgər qəmdən qocalmışsa vücudum, nə eybi var? –
Mədhin ilə bu dünyanı təzələrəm aşikar!

Tərifini edən qəlbim sınsın gərək hər anda,
Çünki xəznə olar ancaq xarabazar məkanda.
MaKu



Tam Adı Həsən bəy Məlikov
Doğum Tarixi 1837
Doğum Yeri Göyçay Zərdab
Ölüm Tarixi 1907
Ölüm Yeri Bakı
Ölüm Səbəbi iflic olub


Həyatı


Həsən bəy Məlikov (Zərdabi) 1837-ci il iyunun 28-də keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. Həsən bəy ilk təhsilini mollaxanada almış, sonra Şamaxı qəza məktəbində oxumuş, orta təhsilini isə Tiflisdə tamamlamışdır. 1861-ci ildə Moskva Universitetinə daxil olan Həsən bəy Zərdabi dörd il sonra həmin universitetin təbiyyət-riyaziyyat fakültəsini bitirmişdir.

Ali təhsil ocağında oxuduğu müddətdə Həsən bəy tələbələr arasında xüsusi olaraq seçildiyinə görə fakültəni əla qiymətlərlə başa vurduqdan sonra elmi iş üçün universitetdə saxlanılmışdır. Lakin vətəninə, doğma Azərbaycanına olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu bu gənc, perspektivli müəllimi Azərbaycana çəkib gətirdi. Bir müddət Tiflisdə qulluq edəndən sonra Qubada məhkəmədə işləyən Zərdabi daha sonra Bakıya gələrək burada rusca orta məktəbdə təbiətdən dərs deməyə başladı.

Gündəlik həyatında və işində xalqla sıx bağlı olan Zərdabi asudə vaxtlarını xalq arasında keçirir, uşaqları və yeniyetmələri elmə, mədəniyyətə, maarifə həvəsləndirirdi. Onun apardığı təbliğatın köməyi ilə Bakı gimnaziyasında oxuyan tələbələrin sayı az bir zamanda xeyli çoxalmışdı.

O zaman Azərbaycanın mərkəzi şəhəri kimi Bakının sürətli inkişafı milli mətbuatımızın yaranması zərurətini doğurdu. Doğma ana dilində qəzetə böyük ehtiyac olduğunu dərk edən Həsən bəy Zərdabi qəzet çap etmək üçün hökumətə müraciət etdi. Bununla əlaqədar böyük mütəfəkkir İstambuldan hürufat gətirtdi və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernatorun mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə müvəffəq oldu. Bu mətbu orqanla milli mətbuatımızın əsası qoyuldu.

1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olunurdu. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxmışdır. "Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olunurdu. Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzetinin dəsti-xətti əsasən bir ideya üzərində qurulmuşdu. Zərdabi və onunla birlikdə bu qəzetdə çalışan bir sıra maarifpərvər, demokratik naşirlər Şərqin geriliyini, ətalət və süstlüyünü həqiqi azadlığın olmamasında görürdülər. Onlar öz sözlərini dolayı yolla olsa belə, bu qəzet vasitəsi ilə xalqa çatdıra bilirdilər. O dövrdə xalqın başa düşəcəyi sadə dildə yazılan bu qəzetdə belə fikirlərin səslənməsi təbii ki, Azərbaycanı əsarət altında saxlayan imperiya məmurlarını ciddi narahat edirdi.

İlk mətbu orqan kimi "Əkinçi" öz əsas ideyasına uyğun olaraq incəsənət və ədəbiyyata da aid yeni demokratik tələblər irəli sürürdü. Azərbaycanın böyük dramaturqu Nəcəf bəy Vəzirov köhnə şerlərlə yanaşı, şairləri müasir həyatdan yazmağa, xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Bununla Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini "ziyalı" sayan bəzi üzdəniraq insanlar yerbəyerdən "Əkinçi"nin üzərinə hucuma keçdilər. Nəhayət, 1877-ci il sentyabrın 29-da "Əkinçi" öz nəşrini dayandırmağa məcbur oldu. Milli mətbuatımızın ilk qaranquşu olan bu qəzet iki illik ömür yaşasa da xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. Maarifçi və demokratik ideyaların carçısı olan "Əkinçi" realist ədəbiyyatımızın inkişafında müstəsna xidmətlər göstərdi. Məhz buna görə də belə tərəqqipərvər qəzet mürtəce, işğalçı bir rejimin əsarəti altında çox yaşaya bilmədi.

Beləliklə, 1880-cı ildən başlayaraq Həsən bəy doğma kəndi Zərdabda yaşamağa başladı. O, kənd təsərrüfatı sahəsində kəndlilərə yaxşı məsləhətlər verir, məqamı yetişəndə yerli camaata öz maarifpərvər, demokratik ideyalarını da çatdırırdı. Bakıdan kənarda yaşamasına baxmayaraq Zərdabi yenə də mətbuatda fəal iştirak edirdi. Belə ki, 1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.

Həyatının son illərində Zərdabi Bakı şəhər Dumasında maarif şöbəsində rəsmi vəzifədə çalışaraq Bakı və ətraf kəndlərdəki məktəblərə başçılıq edirdi. 1906-cı ildə Bakıda keçirilən Azərbaycan müəllimlərinin birinci qurultayında fəal nümayəndələrdən biri də qocaman maarif xadimi, görkəmli mütəfəkkir Zərdabi olmuşdur.

Gərgin elmi fəaliyyətlə məşğul olan Həsən bəy Zərdabi həddindən artıq işləyib özünü yorduğu üçün iflic xəstəliyinə tutuldu və 1907-ci il noyabr ayının 28-də vəfat etdi. O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılıb. Mərhumun sümükləri bir-neçə il evdə ailəsinin yanında qalıb. Nəhayət, Həsən Bəy Zərdabinin 50 illik yubleyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabanda dəfn olunub.


Daxiliyyə


Əkinçi qəzetinin bina olmağının səbəblərindən o qəzeti çap etmək barəsində göndərdiyimiz elamnamədə danışdıq. Əlbəttə o səbəblərdən savay buna qeyri səbəblər də çoxdur. Amma onları bura da ismən aldatmaq məqdur (mümkün) deyil. Ona görə o səbəblərdən danışmağı lazım bilməyib xahiş edirik bu УƏkinçiФ qəzetinin əvvəlinci nömrəsində o qəzetin məzmunundan goftügu edək. УƏkinçiФ qəzentində bu aşağıda adlanan fəsillər olacaqdır. Əvvəlinci fəsil daxiliyyə olacaqdır, yəni qəzetin münşisinin öz tərəfindən yazılan şeylər olacaqdır. İkinci fəsildə əkin və ziraət xəbərləri olacaqdır, yəni bizim ya qeyri-vilayətlərdə olan əkinlərdən, onları əkib-becərməkdən, onları əkib-becərən vaxtda işlənən əsbablardan (alətlərdən), əkin yerin şüxmа etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır.а Həmçinin bu ikinci fəsldə maldarlıqdan və mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və ya qeyri-vilayətlərdə nə qism mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışıq olacaqdır. Üçüncü fəsildə elm xəbərləri olacaqdır, yəni elm və ya imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışıq olacaqdır. Dördüncü fəsildə təzə xəbərlər olacaqdır və bu təzə xəbərlər bir neçə qism olacaqdır. Əvvəla, ticarət xəbərləri olacaqdır, yəni bizim vilayətimizdə və ya qeyri-vilayətlərdə bir şey, məsələn, buğda filan şəhərdə ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər veriləcəkdir. Saniyən,а bizim Rusiya dövlətinin və qeyri-dövlətlərin politika xəbərlərindən danışıq olacaqdır, yəni padşahların və onların vüzəralarının aralarında olan danışıqlardan və dövlətlər arasında olan cənglərdən xəbər veriləcəkdir. Salisən, Rusiya dövləti tərəfindən öz tabelərinə sadir olan hökmlərdən xəbər verəcəkdir. Rabeən, bizim kənd sudlarında ya miravoy sudda və ya okrucnoy sudda qət olan işlərin ümdəsinin qətnaməsi olacaqdır. Xamisən,а yuxarıda zikr olan xəbərlərdən savayı, hər bir vilayətdə aşkar olan məşhur naxoşluq ya yanqu, ya oğurluq və ya qeyri-qism xəbərlərdən danışıq olacaqdır.аа
аааа Bu məzmunda qəzeti müsəlmanlar üçün vacib bilib onun zəhmətini və zərərini qəbul edib, başlayırıq və müsəlmanların anlıyan və pişrov (qabaqcıl) kəslərindən iltimas edirik ki, xalqa bu qəzeti oxumağa mane olmasınlar, bəlkə, səy etsinlər ki, onu oxuyan çox olsun. Bu təvəqqei anlıyan kəslərdən elədiyimizə səbəb odur ki, bizə məlumdur bizim müsəlmanlar həmişə öz anlıyan kəslərini əziz tutub, onların sözlərinə əməl ediblər. Əlbəttə, anlıyan və pişrov kəslərə lazımdır ki, xalqın bu etibarına xəyanət etməyib onun gözləri açılmağa səy və guşeş etsinlər. Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərcişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir deyərlər zəmanə dəyişilməyi, əlbəttə, hər anlıyan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər. Onların belə irəli getməyinə mane olmaq, yəni onları keçən zəmanənin qaydası üzrə saxlamaq məsləhət deyil, ona görə ki, yolu onlar bizsiz də gedəcəkdirlər. Pəs bizim anlıyan və pişrov kəslərə eyni məsləhətdir bu yolu onlar ilə bir yerdə getsinlər, ta ki, onların tez tərəqqi etməyinə səbəb olsunlar və buna görə gələcəkdə həmçinin onlara pişrov olsunlar
.

Rusiyada əvvəlinci türk qəzeti


Dünyada ittifaq olmasa, heç bir cəmiyyət işi bina tutmaz. Bizim sabiq cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatr oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanalar açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil. Ələlxüsus, bizim yerlərdə ki, qonşularımız elm təhsil edib günü-gündən irəli gedir, bizim əlimizdə olan mülkü malımıza sahib olurlar və bir az vaxtdan sonra biz onlara rəncbərlik edib, onların malını daşımaqdan ötrü kirəkeşlik edəcəyik.
ааааа Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mirur ilə əriyib deşilir, аhabelə söz də, ələlxüsus doğru söz, mirur ilə qanmazın başını deşib onun beyninə əsər edər. Belədəа mən onları necə görüm və görmək mümkündürmü? Hər kəs öz qara sandığının üstə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir.а Amma ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əcdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəməyir.
ааааааBelədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın.а Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o bənd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu rəxnə tapar və su mirur ilə bəndi uçurub aparar.а Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğru olmağı aşkar olar.
ааааа Bəs qəzeti necə çıxardım?а Pul yox, çapçı yoldaşı yox, kitabxana yox, hürufat yox, əmələ yox. 1-2 yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki, bir böyük bəladır.
ааааа Bizim qubernator mütəvəffi general Staroselski, doğrudur xalis rus idi, amma övrəti gürcü qızı idi. Ona görə Qafqazın yer əhlini artıq dost tuturdu. Mən ona dərdimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını УƏkinçiФ qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğu qəbul eləsin. Bu tövr ərizə verib izin aldım.
ааааа Çünki o vaxtda yazı-pozu şikəstə xətti ilə olurdu və basma xəttini oxuyan yox idi vəа tamam Rusiyada işlənən hürufat çox yaman idi, ona görə mənə məsləhət elədilər ki, qəzeti daş basması ilə (litoqrafiya) basdırım.а Mən buna razı olmadım. Çünki litoqrafiya ilə çıxan qəzet həftədə bir və ya iki dəfə çıxa bilir. Amma mənim ümidim var idi ki, sonra qəzeti hər gündə çıxarım və bir də Osmanlı və İran məmləkətlərində o vaxtda qəzetlər çıxırdı və onlar da hürufat ilə basılırdı və daş üstə çıxanlar da sonralar hürufat ilə basılacaqdı.
ааааа Belədə yaxşı olardı ki, işin binasından oxuyanları basma xəttinə öyrədim ki, sonra dübarə zəhmət çəkib onları təzədən basma xəttinə öyrətmək lazım olmasın. O vaxtda Bakıda iki basmaxana var idi. Onların birisində ki, Qubernski Pravleniyanın idi, bircə müsəlman hürufatını alayarımçıq düzən Minasov adlı erməni var idi. Onu götürdüm danışdırdım. Söz verdi ki, nə qədər hürufat düzən lazım olsa, öyrədib mənim qəzetimdə işlədər. Sonra fikrə getdim ki, yaxşı hürufatı haradan alım? Rusiyada, doğrudur, yaxşı hürufat yox idi, amma qəliblər qayırıb, təzə hürufat tökdürmək mümkün idi. İş burasındadır ki, təzə qəliblər qayırdan kargahçı 5-10 puddan ötrü onları qayırmağa razı olmazdı. O vaxtda İstambulda olan bizim şirvanlılar ilə mənim irsal-mərsulum var idi. Onların yazmağından bilirdim ki, orada bizim türk dilində bir neçə qəzet çıxır. Hətta onlardan gündə çıxanı da var. Ona görə lazım bildim ki, gedib İstambulu da ziyarət edim və orada işlənən yaxşı hürufatdan 5-10 pul alım gətirim.
ааааа 1875-ci sənənin iyul ayında gedib İstambulda 10 pud hürufat alıb, avqust ayında qayıdıb gəldim. Hürufat qışda gəlib çatdı. Əlahiddə basmaxana açmağa pulum olmadı. Ona görə Staroselski mənim hürufatımı Qubernski Pravleniyanın basmaxanası üçün satın aldı. Kağız və qeyri mayəhtacı hazırlayıb УƏkinçiФ qəzetini çıxarmağı 1875-ci sənənin iyul ayının 22-də başladım. İyul ayına qəzetin açılmasını salmaqdan muradım o idi ki, zikr olan Minasovdan başqa, türk hürufatı düzən tapılmadı. O da bircə bacısı oğlunu gətirib, yanında şagird saxladı. Belə labüd qalıb mən özüm də ona gərək kömək edərdim. Basmaxana hər nömrəni bir kiçik vərəq üstə hər səfər 1000 vərəq basmaqdan ötrü məndən 15 manat istədi. Hesab çəkib gördüm ki, qəzeti hər iki həftədə bir dəfədənt artıq çıxara bilmərəm. Qəzet çıxarmaq elamnaməsini novruzda paylamışdım və Qafqazın tamam şəhərlərinə və böyük kəndlərinə də göndərmişdim. İyul ayınacan 100 müştərim var idi ki, hərəsindən 3 manat, cümlətanı 300 manat vüsul olmuşdu. Qubernator naçalniklərə hökm yazdı ki, hər kəndin yüzbaşısı qəzet alsın. Bu tövr ilə 300 də müştərim artdı ki, cümlətanı 1200 manata qədər qəzet satılmaqdan vüsul oldu. Qəzeti əldə satdırmaq və elamnamə basdırmaq da ki, o vaxtda yox idi, qəzeti 8-9 yüzə qədər basdırdım. Onun 400-nü müştəri olanlara və artığını Bakının küçə və bazarlarında paylatmaqdan savayı, qeyri şəhərlərə də müftə göndərirdim ki, qəzeti oxumağa adət eləsinlər.
ааааа Əvvəlində nömrələri çıxarmağınа zəhməti çox artıq oldu. Yayda şagirdlərim Bakıdan evlərinə getmişdilər. Mən tək qalmışdım və bir də Minasov ömründə qəzet işi görməmişdi və çox ağır işləyirdi. Ona görə özüm yazırdım, hürufatı düzməyinə kömək edirdim, qələtlərini düzəldirdim. Əvvəlinci yarım ili, yəni yanvarın birinəcən 500 manata qədər zərər elədim. Amma müştərilərimin qədəri yüzdən üç yüzə qədər artdı. O ki, yüzbaşılardı, naçalniklər onlara qəzeti vaxtında göndərmədiyinə onların qədəri azaldı.
аааа Yanvarın 1-dən 400-ə qədər müştərim var idi, üç manatdan. Novruzdan sonra qəzetin vərəqlərini böyükləndirdim və o ilin payızında qəzeti həftədə bir dəfə çıxartdım. Çünki yazıçı yoldaşlarım günü-gündən artırdı və Minasov öz bacısı oğlu ilə işə artıq öyrənmişdi. İl qurtaranda hesabını çəkib gördüm ki, 1000 manata qədər zərərim var. Üçüncü, 1877 sənədə yüzbaşılardan savayı 400-ə qədər müştərim var idi. Mənim əvvəlinci köməkçilərim şagirdlərim idi. Onlar yazmaqdan savay qəzeti müftə paylamağa, poçta verməyə də kömək edirdilər. Onların hamısı qəzet oxumaq ilə yazıb-oxumağı öyrənmiş idilər və öz vətən dilində qəzeti görəndə çox şad olurdular. O günü onlar üçün bir böyük bayram olurdu.
аааа УƏkinçiФnin əvvəlinci bədbəxtliyi qubernator Staroselski Bakıdan getməyi oldu. Ondan sonra vitse qubernator bir yoğun senzor oldu. İkinci və böyük bədbəxtliyi osmanlı davası başlanmağı oldu.
ааааа Nə qədər osmanlı davası başlanmamış idi, bir tövr bu yoğun ilə yola gedirdim. Elə ki, dava başlandı, özləri rus olmayan, amma rus dövlətinə ixlas göstərmək istəyənlər əz cümlə bu yoğun hər bir cəhətdə artıq diqqət edib qəzet çıxarmağı düşvar elədilər. УƏkinçiФyə ixtiyar vermişdilər ki, siyasi xəbərləri qeyri qəzetlərdən çap eləsin. Amma onların birisini də çap etməyə qoymadılar və bir tərəfdən də müştərilərimiz dava xəbəri istəyirlərdi. Senzordan təvəqqe elədim ki, özü qeyri qəzetlərində siyasi xəbərləri də göstərsin ki, hansıları çap etmək mümkündür. Ona da razı olmayıb, izin verdi ki, dövlət tərəfindən hər gündə gələn telləri çap edim. Əlbəttə, həftədə bir dəfə çıxan qəzetdə bir həftənin müddətində gələn tellərin hamısını çap etmək mümkün deyil idi. Çünki hər gündə 2-3 yüz sətrə qədər tel gəlirdi və onlardan seçib lazım olan qədərini də basdırmağa qoymadılar. Xülasə, siyasi xəbərləri basmaq mümkün olmadı və müştərilər məndən çox narazı oldular.
аааа Müsəlmanların düşmənləri ki, Staroselskinin vaxtında bir iş görə bilmirdilər, hər tərəfdən УƏkinçiФnin üstə tökülüb onun bağlanmağına səy etdilər. Candarma polkovnikinə hər gündə məndən və УƏkinçiФdəçn adsız danoslar göndərdilər. Candarma tərəfindən mənim üstümə qarovulçular qoyuldu. Onların birisi mənim rus qulluqçumun qardaşı adına gecələr mənzilimin içində yatırdı. Birisi də küçə qapısında durub mən hər tərəfə gedəndə məni aparıb-gətirirdi. O vaxt mən hər gecə 1-2 saat kluba gedib bilyard oynayırdım və candarma polkovniki də bəzi vaxtda mənim ilə oynayırdı. Onunla belə həftədə bir neçə dəfə o polkovnik məni apardıb məndən cavab istəyirdi ki, doğrudurmu filan günü axşam filankəslərin yanına gedib, filan sözü demisən. Mən cavabа verirdim ki, filan saatda səninlə bilyard oynayırdım. Deyirdi ki, mən özüm də yaxşı bilirəm, amma neyləyim, zakon belədir, gərək xəbər alım. Belə danosları bircə candarmaya versəydilər yenə dərd yarı idi, amma onları vəzirlərə, sərdara və qeyrilərə də göndərirdilər ki, onların cavablarını yazmaqdan biçarə candarma yorulmuş idi. Amma bununla belə mən qəzeti vaxtında çıxardırdım.
аааа Elə ki, Dağıstanda şuluqluq başlandı, УƏkinçi!Фnin günü dəxi artıq qara oldu: bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub onları elm təhsil etməyə çağırırdı. Senzor qol çəkib çap olmağa izin vermişdi. Qəzet çap olub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb məni istədilər. Gedib gördüm ki, mənim Minasovum ordadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni bağlayıb sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb paylatdı. Çünki nömrə mənim adımdan çıxmışdı, mən təvəqqe elədim ki, dəxi mənim adımdan qəzet çıxarmasınlar.
аааааBu tövr mən istəyirdim qəzeti vaxtilə bağlayıb dava qurtarandan sonra çıxardım. Amma müsəlmanların düşmənləri əl çəkmirdilər. Bir gün gimnaziyanın direktoru mənə məlum elədi ki, sərdarın hökmünə görə Yekaterinodar şəhərinin gimnaziyasına müəllim gedəm. Ona görə mən ərizə verib qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim. Dava qurtardı, amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıq qulluğuna məni götürmədilər və bakılılardan heç kəs məni qulluğa götürmədi. 1-2 yerdə cəmiyyət qulluğuna girmək istədim, amma məni seçkidən qaraladılar və qaralayanlar da Bakı müsəlmanları oldu ki, orada xaricilərdən intixab etdilər. Belədə mən də ki, УƏkinçiФni dəxi çıxarda bilmədim, hətta Bakıda da qala bilməyib öz kəndimizə köçübа getdim.
MaKu



Tam Adı Zəlimxan Yusif oğlu Yaqubov
Doğum Tarixi 1950
Doğum Yeri Gürcüstan Bolnisi Kəpənəkçi


Həyatı


Yaqubov Zəlimxan Yusif oğlu (Zəlimxan Yaqub) — Azərbaycan xalq şairi, ictimai xadim - 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. ADU-nun Kitabxanaçılıq fakültəsində təhsil almışdır (1967-1972). «Yazıçı» nəşriyyatında redaktor və poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır, 1995-2005-ci illərdə Milli Məclisin üzvü olmuşdur.

Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), «Şöhrət» ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir. 1983-cü ildən AYİ-nın üzvüdür
.

Kitabları

Şair harayı
Vətən yaralar
Sizi qınamıram
Ziyarətin qəbul olsun
Od aldığım ocaqlar 1986
Mən sənin qəlbinə necə yol tapım 2003
Böyük ömrün dastanı 2004
Qayıdaq əvvəlki xatirələrə 2004
3_Rengli_HeyaT
Bu mövuda Əbülfəz Elçibəy dühasının, çəxsiyyətinin böyüklüyü haaqında söhbət açmaq istəmirəm.Zatən onu azdan çoxdan tanıyan insalar bu böyük ürəyə sahib olan insanın öz xalqı üçün əlindən gəldiyi qədər necə xidmət etdiyini bilirlər.

Mən bu mövzuda "Böyük bəy " ləqəbi ilə yaddaşlarımıza iz salan Əbülfəz bəy Elçibəyin elmi əsərlərini siz gənclərimizə təqdim etmək istəyirəm .Bəyin yazdığı əsərlər Azərbaycan xalqı üçün zəngin elmə və ədəbi irsdir .
XAHİŞ edirəm biganə qalmayaq !
Xalqı üçün çalışan insanlara biganə qalsaq " BİZ DƏYƏR BİLƏN XALQIQ " deməyə haqqımız yoxdur !

Beləliklə buyurun :

İlk kitabın adı :AZƏRBAYCANDAN BAŞLAYAN TARİX

İnanın bu kitabı oxuduqca bilmədiyiniz çox tarixi məqamları , Azərbaycanın tarixdə rolunu öyrənəcəksiz 100.gif
Buyurun !!!


http://www.tebrizinsesi.com/new/ts-docs/El...slayanTarix.pdf





P.S

BU hələ son deyil!
Bu kitabı oxuyun !
İnşaAllah bəyin başqa kitablarını da yerləşdirəcəyəm !
Jurnalist_89
Tam adı - Cabir Mirzəbəy oğlu Novruzov

Doğuldiğu yer- Xızı rayonu Upa kəndi

Doğulduğu tarix- 1933 cü il mart ayının 12
[/b]


Cabir Novruz 1933-cü il mart ayının 12 də Xızı rayonunun Upa kəndində anadan olmuşdur.Orta məktəbi bitirdikdən sonra Mirzə Ələkbər Sabir adına pedaqoji Texnikomda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universtetinin jurnalistika fakültəsinə daxil olmuşdur.
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrini təşkil edir.Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə ülvi şəkildə birləşir.Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri -mənəvi dəyərləri tərənnüm edənşerləri ilə oxucu məhəbbəti qazanmışdır.Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir.Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasa mühim xidmətlər göstərmişdir.Vətənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları Azərbaycançılıq ideyaları ilə sıx bağlı olmuşdur.Şairain poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanə daha həyati etmişdir.
Şairin ədəbi və ictimai həyatı da yüksək qiymətləndirilmişdir.O " Əməkdar incəsənət xadimi", " Xalq şairi" fəxri adlarına, orden və mükafatlara layiq görülmüşdür.Şair 1995-ci ildə Azərbaycam Milli Məclisinin deputatı seçilmişdir.
Ədəbiyyatımızın görkəmli nümayəndəsi Cabir Novruz 2002-ci ildə dekabr ayının 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
[/b]
kabus_ve_zulmet
maraqlidr saymaqnan qutarmz olmez sexsiyetlerimizi sagolun ki bu haqda melumat yazirsiz
PROSATANOS
Bu gün xalq şairi Bəxtiyar Vahabzadə vəfat etdi.ALLAH RƏHMƏT ELƏSİN
Bəxtiyar Vahabzadə Mahmud oğlu 1925-ci ildə Şəkidə doğulmuş, 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçmüşdür. 1942-ci ildə orta məktəbi bitirib, Bakı Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuş, 1947-ci ildə həmin fakultəni bitirib universitetin nəzdində aspiranturaya qəbul olunmuşdur.

1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda monografiyasını mödafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini almışdır.

Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

B.Vahabzadə 70-dən artıq şer kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya ?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyulmuşdur. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
O, 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına laik görülmüşdür. 1985-ci ildə ona "Xalq şairi" adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xəsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilmişdir.

B.Vahabzadənini şerləri obrazların kamilliyi, bədii vasitələrin məasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur.

Son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir.

Bədii, elmi, publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçilmişdir (1980-2000).

O, hələ 60-cı illərdən başlayan mili azadlıq hərəkatının öncüllərindən biri olmuşdur. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiasının pənçəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalədli mübarizəsinə qoşulmuşdur.

Bu poemaya görə 1962-ci ildə şair "Millətçi" damğası ilə Universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə itmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək öz millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa Sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovetlər İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
Azərbaycan dilində kitablar

1- "Mənim dostlarım", Azərnəşr, 1949
2- "Bahar", "Gənclik", 1950
3- "Dostluq nəğməsi", "Gənclik", 1952
4- "Ədəbi heykəl", Azərnəşr, 1951
5- "Çinar", "Gənclik", 1956
6- "Sadə adamlar", Azərnəşr, 1956
7- "Ceyran", "Gənclik", 1957
8- "Aylı gecələr", Azərnəşr, 1958
9- "Şəbi hicran" (Füzuli haqqında poema), "Gənclik", 1959
10- "Şerlər və poemalar", Azərnəşr, 1961
11- "İki poema", "Gənclik", 1962
12- "İnsan və zaman", Azərnəşr, 1964
13- "Bir ürəkdə dört fəsil", Azərnəşr, 1966
14- "Seçilmiş əsərlər", 1967
15- "Köklər-budaqlar", "Gənclik", 1968
16- "Dəniz-Sahil", "Gənclik", 1969
17- "416", "Gənclik", 1970
18- "Bir baharın qaranquşu", "Gənclik", 1971
19- "Dan yeri", "Gənclik", 1973
20- "Seçilmiş əsərlər" (I cild, şerlər), Azərnəşr, 1974
21- "Seçilmiş əsərlər" (II cild, poemalar), Azərnəşr, 1974
22- "Açıq söhbət", "Gənclik", 1977
23- "Açılan səhərlərə salam", 1970
24- "Pyeslər", "Gənclik", 1980
25- "Payız düşüncələri", "Yazıçı", 1981
26- "Hər çiçəkdən bir ləçək" (Dünya poeziyasından nümunələrindən tərcümələr), "Yazıçı", 1982
27- "Seçilmiş əsərlər" (2 cildlik), 1983-1984
28- "Özümlə söhbət", Azərnəşr, 1985
29- "Axı, dünya fırlanır", "Yazıçı", 1987
30- "Səhər", "Gənclik", 1986
31- "Lirika", Azərnəşr, 1990
32- "Şəhidlər", Azərnəşr, 1990
33- "Nağıl-həyat", "Yazıçı", 1991
34- "Ümidə heykəl qoyun", "Yazıçı", 1991
35- "Vətəndaş", "Gənclik", 1994
36- "Fəryad", "Azərbaycan", 1995
37- "Körppü çaydan uzaq düşüq", "Azərbaycan", 1996
38- "Bir ömür yuxu", "Azərbaycan", 1998
39- "İstiqlal", "Gənclik", 1999
40- "Ağıl başqa, ürək başqa", "Azərbaycan", 2000
41- "Sandıqdan səslər", "Təfəkkür", 2002

Elmi-publisistik kitabları

1- "S.Vurğunun lirikası", Universitet nəşriyyatı
2- "Səməd Vurğun" (monografiya), "Azərnəşr", 1968
3- "Sənətkar və zaman", "Gənclik", 1976
4- "Sadəlikdə böyüklük", "Yazıçı", 1978
5- "Vətən ocağının istisi", "Gənclik", 1982
6- "Dərin qatlara işıq", "Yazıçı", 1986
7- "Gəlin açıq danışaq", Azərnəşr, 1989
8- "Sənbə gecəsinə gedən yol", Azərnəşr, 1991
9- "Yanan da mən, yaman da mən", "Göytürk", 1995
10- "Leyaqət", "Azərbaycan", 1998
11- "Zaman və mən", "Gənclik", 1999
12- "Səməd Vurğun" (rus dilində, E.Talıblı ilə birlikdə), "Azərbaycan", 2000

Türkiyədə çap olunmuş kitabları

1- "Ömrümdən səhifələr", "Ötügən", 2000
2- "Vətən, millət, ana dili", Atatürk kültür başqanlığı yayınları, 2000
3- "Soru işareti", Kaynak yayınları, 2002

Pyesləri
1- "Vicdan" - 1960
2- "İkinci səs" - 1968
3- "Yağışdan sonra" - 1971
4- "Yollara iz düşür" - 1974
5- "Cəzasız günah" - 1975
6- "Dar ağacı" - 1978
7- "Fəryad" (Nəsimi) - 1984
8- "Hara gedir bu dünya" - 1990
9- "Özümüzü kəsən qılınc" - 1998

Başqa dillərdə nəşr olunmuş kitabları

1. Rus dilində - 14 kitab
2. Türk dilində - 15 kitab
3. Erməni dilində - 3 kitab
4. Özbək dilində - 2 kitab
5. Türkmən dilində - 1 kitab
6. Alman dilində - 2 kitab
7. İngilis dilində - 2 kitab
8. İranda Azərbaycan dilində - 5 kitab
HaNNiBaL
Hüseyn Cavid



Həyatı

Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) - Azərbaycan şairi, dramaturq. Ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır (1894-1898).

1899-1903-cü illərdə Cənubi Azərbaycanda olmuş, Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmiş (1909), Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, 20-ci əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şerlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. "Keçmiş günlər" adlı ilk şer kitabı 1913-cü ildə çap olunmuşdur.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. Hüseyn Cavid bu dövrdə tədriclə "haq verilmir, alınır" ideyasına gəlib çıxmışdır.

Yaradıcılığında mühüm yer tutan "İblis" (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - "insan insana qurddur" fəlsəfəsinin tərəfdarları, "iyirminci əsrin mədəni vəhşiləri" olan dairələri İblis surətində ümumiləşdirilmiş, işğalçı müharibələrə lənət yağdırılmışdır.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlərlə qayıtdı.

20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazmışdır. "Peyğəmbər" (1922) və "Topal Teymur" (1925) əsərlərindən sonra yazdığı "Səyavuş" (1933), "Xəyyam" (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş oldu. Cənubi Azərbaycandakı azərbaycanlıların "şahənşahlıq" üsuli-idarəsi əsarəti altında əzab çəkməsi, ən adi insan hüquqlarından məhrum edilməsi də vətənpərvər şair kimi Hüseyn Cavidi düşündürürdü ("Telli saz" dramı, 1930; "Kor Neyzən" poeması, 1930).

Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin "nailiyyətlər"indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına sürgün edilmiş və orada həlak olmuşdur. (5.12.1941, İrkutsk vilayəti) Şairin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunmuşdur. Naxçıvanda ev-muzeyi yaradılmışdır (1981).

Yubiley ərəfəsində cənazəsinin qalıqları İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılmışdır.

Azərbaycan ədəbiyyatının söz və fikir zadəganıdır. Daxili ləyaqəti sənət idealına son dərəcə uyğunlaşmışdı. Bəlkə də bu sənət idealı onun daxili ləyaqətini illər, on illər boyu formalaşdırmışdı. “Gözəllik namına, sevqi namına” yazan böyük sənətkar neft buruqlarından və dəniz qəhrəmanlarından, tarlada səhərdən gecəyədək çalışan əmək qabaqcıllarından tərənnüm dolu süni misraların sayını çoxaltmadı. Azərbaycan yaradıcı fikri bu süni misralar təlatümündə boğulduğu bir zamanda həyatı bahasına olsa da, Cavid öz sənət idealına xain çıxmadı, onu satmadı. Gözəllik və sevgi şairi idi, eləcə də qaldı.

Azərbaycan Şekspiri dörd əsr gecikmişdi. Ona yazmaq, yazmaq, yazmaq lazım idi. Ağ vərəq, mürəkkəb və qələm. Vaxt onu qovurdu. Söz və fikir zadəganı. Keçmişdə qalmış dəbdəbə və təmtərağı, yüksək ehtirasları tərənnüm edərək, həm də onlara yas saxladı. Beləcə əsilzadə, köklü-soylu zadəgan əlacsızlıq və ümidsizlikdən ürəyi partlaya-partlaya, gözləri görə-görə öz kralını eşafota yola salır. Bu günə qəti ümidi yox idi. Bütün keçmişi — yaxşı tanıdığı və sevə-sevə oxşadığı o böyük keçmişi yalnız gələcəyə etibar edə bilərdi.

Əsilzadələrə bu dünyada yer yoxdur. Onlar öz padşahlarının ölümü ilə bacarıb bu dünyanı tərk eləməlidirlər. Yoxsa cütçülərə, çobanlara, sərsərilərə yoldaş ola bilərlər. Son məqam isə başı uca tutma məqamı, son döyüş isə özünə qarşı yonəltdiyin qılıncdır. Cütçünün yoldaşı cütçü, çobanın yoldaşı çoban olmalıdır.

Sənin ən böyük təsəllin odur ki, sən sonunculardansan. Səndən sonra sənə oxşar olmayacaq. Hər şey qaynayıb-qarışacaq bir-birinə. Bir-birinin içində itəcək. Fərq etməyəcək kim kimdir. Fərq etmədiyinə görə də nəsillərin təbii axarının ardıcıllığı qırılacaq; bu təbii axarın gah qarşısı kəsiləcək, gah da sonrakı davamla qatı açılacaq. Mənən çobanlar ədəbiyyata “gərgin” əməklə gələcək və onlar adlarını sənətkar qoyub o süni misralar dənizinin təlatümünü getdikcə daha artıq şiddətləndirəcəklər. Burda ayıb olan heç nə yoxdur: yerlər dəyişik düşə bilməz, çoban çoban olaraq qalmalıdır. Belə olmayanda belə olur. Sənin ən böyük təsəllin: Sonunculardansan! Sonuncu söz və fikir zadəganlarindan.
PROSATANOS
Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981). Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafıə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).

Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıtdırmışdır. Xidmətlərinə görə Qırmızı Bayraq ordeni və medallarla təltif olunmuşdur.
VIP


Tam Adı Məmməd Muxtar oğlu Aslanov
Doğum Tarixi 1939
Doğum Yeri Kəlbəcər Laçın kəndi

Həyatı

Aslanov Məmməd Muxtar oğlu - şair, tərcüməçi, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar mədəniyyat işçisi - 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962). Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı «Yenilik» qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada «Ulduz», «Azərbaycan təbiəti» jurnallarında, «Azərbaycan gəncləri», «Ədabiyyat və incəsənət» qəzeti redaksiyalarında çalışmış, «Yazıçı» nəşriyyatında böyük redaktor olmuşdur. Hazırda Azərbaycan Dövlət Teleşirkətinin «Ekran-Efir» qəzetinin baş redaktorudur. Bədii yaradıcılığa 1960-cı ildə «Azərbaycan müəllimi” qəzetində çıxan ilk şeirilə başlamışdır. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Keçmiş SSRİ xalqları ədəbiyyatıdan tərcümələrə xüsusi qayğı ilə yanaşır. Zülfiyyənin «Torpağa səcdə», qazax şairi Qədir Murzalıyevin «Bu bağda bülbüllər ötər» (1980) şeirlər məcmuələrini şərikli tərcümə etmişdir.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. «Şöhrət» ordeni ilə təltif edilmişdir (2000).

Əsərləri

* 1.Dağ ürəyi (şeirlər). Bakı: Gənclik, 1969, 34 səh.
* 2.Böyürtkən böyrü tikan (uşaqlar üçün). Bakı: Gənclik, 1972, 36 səh.
* 3.Səhəri kim açır(uşaqlar üçün şeirlər). Bakı: Gənclik, 1972, 36 səh.
* 4.Səsimə səs ver (şeirlər). Bakı: Gənclik, 1978, 136 səh.
* 5.Bizdən sonra nə qalır (oçerklər, publisistika). Bakı: Gənclik, 1979, 180 səh.
* 6.Ürək möhlət verəydi (şeirlər). Bakı: Yazıçı, 1980, 120 səh.
* 7.Durnalar lələk salır (hekayələr). Bakı: Gənclik, 1982, 167 səh.
* 8.Dəvə niyə gövşəyir (uşaq şeirləri). Bakı: Gənclik, 1980, 81 səh.
* 9.Ərzurumun gədiyinə varanda (xatirələr). Bakı: İşıq, 1985, 250 səh.
* 10.Ömrün yarı yaşında. Bakı: Yazıçı, 1986, 275 səh.
* 11.Saxla izimi dünya. Bakı: İşıq, 1989, 200 səh.
* 12.Nur içində nur(şeirlər). Ankara: 1997, 128 səh.
* 13.Allahın rəsulu. Bakı: 2001, 327 səh.
* 14.Bir sultan yaşardı Sultantəpədə. İstanbul: 2003, 135 səh.

Tərcümələri

(türkcədən)

* 1.Türk xalqlar şeirlərindən seçmələr. Bakı: Gənclik, 1980, 176 səh.
* 2.Yunus İmrə, Aşıq Veysəl, iki zirvə. Bakı: Yazıçı, 1982, 137 səh.

BARSA-1899
Elə bu cür cavabları Eynşteyn kimi insanlar verə bilər.Doğurdan da Albert çox məntiqli və təfəkkürlü bir insan olub.İstərdim onu sizlərlə yaxından tanış edim.Buyurun oxuyuyn.

Albert Eynşteyn (almanca Albert Einstein) (14 Mart, 1879 - 18 Aprel, 1955) - alman fiziki

Nisbilik nəzəriyyəsi və xüsusilə də cisimlərin kütlə və enerjiləri arasındakı məşhur E=mc² münasibətinə görə məşhurdur. 1921-ci ildə Nəzəri fizika elmində xidmətlərinə və ələxsus fotoelektrik effekt qanunun kəşfinə görə Nobel mükafatına layiq görülmüşür. Eynşteynin fizika elminə bəxş etdiyi digər töhfələr arasında - xüsusi nisbilik nəzəriyyəsi, ümumi nisbilik nəzəriyyəsi, nisbi kosmologiya sahəsində tədqiqatları, kapilyar hərəkət, kritik opalesensiya, statik mexanikanın klassik problemləri və onların kvant fizikasına tətbiqi məsələləri, məhlullarda Braun hərəkətinin izahı, monatomik qazların kvant nəzəriyyəsi, aşağı radiasiya sıxlıqlarında işığın istilik xüsusiyyətləri (Eynştyen bununla Foton nəzəriyyəsinin əsanı qoyur), süni (və ya həyəcanlaşdırılmış) süalanma da daxil olmaqla radiasiya nəzəriyyəsi, eynicinsli sahə nəzəriyyəsi və digər elmi tədqiqat işlərini göstərmək olar.

1999-cu ildə Time jurnalının keçirdiyi səs sorğularına əsasən "Əsrin adamı" və tanınmış fiziklər arasında keçirilmiş sorğulara görə isə bütün dövr və xalqların ən böyük fiziki adlarına layiq görülmüşdür. Müasir günümüzdə "Eynşteyn" adı dahi, düha kimi sözlərə sinonim kimi işlədilməkdədir.

Həyatı
1879-cu il martın 14-də Almaniya*da doğulub. İlk təhsilini Münhendəki Luitpold Gimnaziumuda alır. 1894-cü ildə Hermann Eynşteyn*in iflası nəticəsində onlar İtaliya*ya köçürlər. Albert təhsilini Münhendə davam etdirir. 1896-ci ildə İsveçrəyə təhsilini davam etdirmək üçün gedir və İsveçrə Federal Politexnik Məktəbində fizika və riyaziyyat müəllimi ixtisası üzrə təhsilini davam etdirir. 1903-cü ildə Mileva Maric ile evlənir . Bir qızı ve iki oğlu dünyaya gəlir. 1905-ci ildə doktorluq dissertasiyasini müdafiə edir və 1909-cu ildə Zürix Universitetinde professor kimi çalışmağa başlayır. 1911-ci ilde Praqa Universitetində fizika professoru oldu. 1912-ci ildə Zürix Universitetinə geri dönüb riyaziyyatçı Marcel Grossman ilə çalışmağa başlayır. 1914-cü ildə Berlin Universitetində professor kimi çalişmağa başlayır. Albert Eynşteyn alman vətəndaşı olsa da, 1933-cü ildə siyasi səbəblərə görə bundan imtina edib Amerika*ya köçür və Prinston Universitetində professor kimi çalişmağa başladı. 1940-cı ildə Amerika vətəndaşı olur və 1945-ci ildə təqaüdə çıxır. İkinci dünya müharibəsindən sonra Albert Eynşteyn böyük şöhrət qazanır. Albert Eynşteyn Dr. Chaim Weizmann ilə Jerusalem Universitetində birgə çalışır. 1945-ci ildə Ruzvelt-ə yazdığı məktubunda nüvə silahını düzəldə bildiyi baradə xəbər verir. Xirosima və Naqasaki faciəsindən sonra bu ixtirasından böyük peşmanlıq hissi keçirir və bundan sonra nüvə silahlarının yaradılmasına və istifadəsinə qarşı mübarizə aparır. Atom Bombası Albert Eynşteynə, Avropa ve Amerika*dakı bir çox universitetlərdən fizika və tibb sahələrində qürurlu doktor dərəcəsini almağa haqq qazandırır. 1920-ci illərdə Avropa*da, Amerikada dərs deyir. Çalışmaları nəticəsində bir çox mükafatlar alır. Bunlar arasında Copley Nişanı (1925) ve Franklin Nişanı (1935) da var idi. 1921-ci ildə fizika sahəsində fotoeffekt bağlı işlərinə görə Nobel mükafatı*na layiq görülür. Albert Eynşteyn 18 aprel 1955-ci ilde Prinstonda vəfat edir.


[b]1 weyi de qeyd edim.. Albert Eynşteyn 18 aprel 1955-ci ilde Prinstonda vəfat etmezden once, xeste yataginda yatir..Ve o olerken <son sozlerini> ozu ile aparir, cunki ona qulluq eden tibb bacisi Almanca bilmirdi…Bax men buna cox uzulurem, A,Enwteyn haqda sohbet acilarken,her zaman bu sual meni narahat edir-<Goresen onun son sozleri ne idi?>

Həyatda hər insanın səhfi olur. Ən böyük dahilərin belə.
Deməli Big Bank və Big Kranc adlı anlayışlara məxsus mövzu acdım . Həmin bu mövzu
Eynşteynle bağlı idi. Eynşteyn cox bilməsi ama susması nəticəsində həyatının ən böyük səhfin edir. Bunu karyerasına endirilmiş zərbə deyirdi. Susmasını.
İlk dəfə yerin bir nöktədən genışlənməsi və kicilməsi haqqında bütün məlumatları olmasına baxmayaraq həmin dövrün qanunlarına tərs cıxmamaq üçün bu kəşfi kənara qoyur hec olmamış kimi baxır. Əgər bu kəşfin tez etsə idi. şöhrətin, fizik mebadiləsin tez ortaya qoyma imkanı olardı. Hefslendiyi bir şey oduki onun qulluqcusu bu məlumatları pul müqabilində başqa bir dahiyə satır. uzun müddətdən sonra onun bir bir axtardığı məlumatlar başqa adda başqa alimin adında ortalığa cıxarılır.
Nizami63
Sitat(nata87 @ 17.08.2009, 22:10) *
Sovyetlər İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.

Azərbaycan ədəbiyyatında hansısa "sandıq" ədəbiyyatının olduğunu iddia etməyi mən düzgün hesab etmirəm...

Bu barədə əziz dostum Məmməd bəyin yazmış olduğu aşağıdakı məqalə hesab edirəm ki, diqqətinizi cəlb edəcəkdir :


Zərdüşt Əlizadə özünün ən yeni tariximizin obyektiv salnaməsi sayıla biləcək “İkinci Respublikanın sonu” kitabında maraqlı bir təzahürə diqqət çəkib. Yenidənqurma başlayıb sosialist blokunun dörd yanında şair və yazıçılar arxivlərini töküşdürüb çap olunmamış və ya qadağan olunmuş əsərlərini işığa çıxaranda bəlli olur ki, Azərbaycanda heç kəs “sandıq üçün yazmayıb”. Bütün “nəhənglər” yalnız dərc olunmaq üçün yazıb.
SeRSeRİ

SƏMƏD VURĞUN

Səməd Yusif oğlu Vəkilov 1906-cı il martın 21-də Qazax rayonunun Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub bir ailədə anadan olmuşdur. Vəkilağalılar, sonralar isə Vəkilovlar adlanan nəslin 300 illik tarixi məlumdur. Şairin anası da həmin nəsildəndir. Vəkilağalılardan çox cürətli hərbiçilər, maarifçilər, həkimlər, şairlər yetişmişdir. Onlar çar Rusiyası dövründə Qazaxda, Tiflisdə, başqa yerlərdə yaşamış və işləmişlər. Şairin atası Yusif ağa kənddə, ömrünün son illərini isə Qazaxda yaşamışdır. O, çox səxavətli olduğundan öz var-dövlətini əlində saxlaya bilməmiş, yoxsullaşmışdır.
Balaca Səmədin uşaqlığı çox acınacaqlı olmuşdur. 6 yaşı olanda anası Məhbub xanım 28 yaşında vəfat edir. Səməd atası Yusif ağanın və ana nənəsi Aişə xanımın himayəsində yaşayır. Aişə xanımın əri-şairin babası Mehdixan ağa öz dövründə elində, obasında Kuhənsal ləqəbi ilə tanınan şair idi. Görkəmli Azərbaycan şairi, Qarabağ xanı İbrahim xanın vəziri Molla Pənah Vaqif (1719-1797) də bu nəslə mənsub olmuşdur.
Şair uşaqlıq illərini doğma kəndində keçirmiş, ilk təhsilini kənd məktəbində almışdır.
1918-ci ildə görkəmli ədəbiyyatşünas və maarifçi Firudin bəy Köçərli Qori müəllimlər seminariyasının Azərbaycan şöbəsini Qazaxa köçürərək Qazax müəllimlər seminariyasını təşkil edir. Seminariya mütərəqqi bir maarif ocağı idi. Bu məktəbə qəbul olunan kənd uşaqları arasında Səməd və Mehdixan Vəkilov qardaşları da var idilər. Firudin bəy Köçərlinin həyat yoldaşı Badisəba xanım Vəkilova (Köçərli) şairin yaxın qohumu idi.
Səməd Vəkilov gəncliyində o hər şeylə maraqlanan, həssas, şıltaq, bədəncə zəif, bununla yanaşı çox cürətli, möhkəm iradəli, hazırcavab idi. Təhsilə başladığı ilk günlərdən ondakı fitri istedad özünü göstərməyə başlamışdı. Bu illərdə o, Vaqif, Vidadi, Zakir və Sabir yaradıcılığı ilə yanaşı, A.S.Puşkinin, Y.M.Lermontovun və türk yazıçılarından Tofiq Fikrətin, Namiq Kamalın, Məhməd Əminin əsərləri ilə də tanış olur. Səsi olduğundan gözəl oxuyur, məharətlə şeir deyir, həvəskar tamaşalarda çıxış edirdi.
1922-ci ildə şairin atası Yusif ağa, bir il sonra isə nənəsi Aişə xanım vəfat edir. Bundan sonra Səmədə və qardaşı Mehdixana onların bibisi qızı Xanqızı Vəkilova qayğı göstərir.
Seminariyada o, ilk şeirlərini qələmə alır. Bunlar xalq poeziyası formasından biri olan lirik qoşmalar idi. Yazdığı şeirlər seminariyanın divar qazetində çıxırdı.
Şairin ilk çap əsəri olan «Cavanlara xitab» şeiri 1925-ci ildə Tiflisdə çıxan «Yeni fikir» qazetində dərc olunmuşdur. Bu şeiri o, seminariyanı qurtarması münasibətilə yazmışdı.
Seminariyanı bitirdikdən sonra Səməd Vəkilov Azərbaycanın bir sıra kənd və rayonlarında, o cümlədən Qazaxda, Qubada və dahi Nizaminin vətəni Gəncədə Azərbaycan dili və ədəbiyyatını tədris etməyə başlayır.
Poeziya get-gedə şairin bütün varlığına hakim kəsilir. Gənc şair öz xalqını, vətənini, doğma torpağının əsrarəngiz təbiətini sevdiyi üçün «Vürğün» təxəllüsünü götürür. O, özü sonralar belə yazırdı:


Aşiqəm insana və təbiətə,
Əlim qələm tutub yazandan bəri…

1929-cu ildə Səməd Vurğun İkinci Moskva Universitetinin ədəbiyyat fəkültəsinə daxil olur. Moskvadakı təhsil illərində o, fəal yaradıcılıqla da məşğul olur.
Həmin illər yazdığı siyasi məzmunlu və lirik şeirlər onun 1930-cu ildə çap olunmuş «Şairin andı» adlı ilk kitabında toplanmışdır.
1930-1940-cı illər-Vurğun istedadının çiçəklənməsi və yüksəlişi dövrüdür. 1934-cü ildə şairin «Könül dəftəri» və 1935-ci ildə «Şeirlər» adlı kitabları nəşr olunmuşdur. Bu dövrdə şair, poeziyamızın dilini bir çox əcnəbi sözlərdən təmizləyərək, ədəbiyyatımızı, dramaturgiyamızı yeni əsərlər hesabına zənginləşdirmişdir. Yalnız 1935-ci ildə Səməd Vurğun 7 poema və 100-ə yaxın şeir yazmışdır. 1934-cü ildə yazılmış «Azərbaycan» şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə doğma Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır:
Elə həmin il Səməd Vurğunun şəxsi həyatında yenilik baş vermişdir. O, Abdulla Şaiqin baldızı Xavər xanım Mirzəbəyova ilə ailə həyatı qurmuşdur.
O, çox qayğıkeş və mehriban ata idi. Həyat yoldaşı Xavər xanım uşaqların şıltaqlığından şikayətlənəndə, Səməd Vurğun demişdi ki, mən özüm ana, ata qayğısından məhrum olmuşam, qoy uşaqlarım sərbəst böyüsünlər. Şairin Xavər xanıma və uşaqlarına həsr etdiyi şeirlər bu münasibətin gözəl ifadəsidir:


Yusifin, Vaqifin görüm var olsun,
Aybəniz hamıdan bəxtiyar olsun.
Yüz il də Vurğuna Xavər yar olsun,
Ən əziz sirdaşım, köməyim sənsən .

Səməd Vurğun 1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olaraq, A. S. Puşkinin «Yevgeni Onegin» mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir:


Axıtdım alnımın inci tərini,
Yanmadım ömrümün iki ilinə.
Rusiya şeirinin şah əsərini
Çevirdim ilk dəfə türkün dilinə.

Bu mənzum romanın tərcüməsinə görə şairə Puşkin komitəsinin «A. S. Puşkin medalı» təqdim olunmuşdur. Bu illər şair Şota Rustavelinin «Pələng dərisi geymiş pəhvəlan» əsərinin bir hissəsisini böyük ustalıqla tərcümə etmiş, bunun üçün Gürcüstan SSR MİK-in fəxri fərmanı ilə təltif edilmişdir. Eləcə də şair Taras Şevçenkonun, İlya Çavçavadzenin, Cambulun bir çox şeirlərini dilimizə tərcümə etmişdir.
1937-ci ilin ikinci yarısında Səməd Vurğun özünün ölməz dram əsərini – «Vaqif»i yazır. «Vaqif» dramını 3-4 həftə ərzində, heyrətləndirici bir sürətlə tamamlayan şair əsərdə Molla Pənah Vaqifin faciəli həyatını, şair böyüklüyünü, insanlıq kamilliyini ustalıqla, məhəbbətlə əks etmişdir. «Vaqif» dramına görə Səməd Vurğun 1941-ci ildə «Stalin mükafatı laureatı» adına layiq görülmüşdü.
1937-1938-ci illərin məlum hadisələri - qanlı represiyalar Səməd Vurğunu da «unutmamışdı». Onun yüksək sənət qüdrəti, nüfuzu və ona olan xalq məhəbbətinə qısqanan adamlar şairi millətçilik böhtanları ilə ləkələmək və cərgədən çıxartmağa can atırdılar. Müxtəlif dairələrdə dəfələrlə «onun məsələsinə» baxılmış, böyük şair «olum və ya ölüm» dilemması qarşısında qalmalı olmuşdur. Şairi «lazımi idarələrə» tez-tez çağırırdılar. Lakin Səməd Vurğun mənəvi iztirab keçirsə də, əyilməz iradəsi, cürəti, məntiqi və təsirli danışıqları ilə əleyhdarlarının planlarını pozmuşdu.
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq işində fəal iştirak edən Səməd Vurğun 1939-cu ildən başlayaraq Nizami haqqında məqalələr yazmış, elmi məruzələrlə çıxış etmiş, onun «Leyli və Məcnun» poemasını məharətlə dilimizə çevirmişdir.
1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan «Xanlar»ı yazmışdır. Həmin il onun «Azad ilham» kitabı nəşr edilir.
1941-ci ildə Səməd Vurğun Nizaminin «Xosrov və Şirin» poemasının motivləri əsasında «Fərhad və Şirin» mənzum dramını yazır. Muharibə dövründə yazılmış bu dramda böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə «Stalin mükafatı layuratı» adına layiq görülür.
Şairin yaradıcılığında Böyük Vətən müharibəsi dövrü xüsusi yer tütür. Müharibənin başlandığı gün Səməd Vurğunun yazdığı:


Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən.

- misraları şairin Xalq və Vətən qarşısında andı idi. Bu misralar təkcə şairin deyil, bütün Azərbaycan poeziyasının müharibə dövründəki yaradıcılıq proqramına, yaradıcılıq devizinə çevrilmişdi.
Müharibə illərində sənətkar 60-dan artıq şeir, bir neçə poema, o cümlədən «Bakının dastanı»nı yazmışdı.
Bu illərdə Səməd Vurğun sənətinin şöhrət miqyası çox genişlənir. Onun yazdığı «Ukrayna partizanlarına» şeirinin mətnləri təyyarədən Ukrayna meşələrinə səpələnərək partizanlara çatdırılmışdır.
1943-cü ildə Amerikada keçirdiyi müharibə əleyhinə yazılmış ən dəyərli əsərlər müsabiqəsində şairin yazdığı «Ananın öyüdü» şeiri çox yüksək qiymətləndirilmiş və bütün dünya ədəbiyyatında bu mövzüda yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap etdirilərək hərbiçilər arasında yayılmışdır. Müharibə illərində vətənpərvər şairin atəşin səsi ön cəbhədə, xəstəxanalarda, radioda daha əzəmətli səslənirdi. Müharibənin ağır şəraitində Səməd Vurğun Krım, Mozdok, Qroznı, Novorossiysk cəbhələrində olmuşdur. 1943-cü ildə onun təşəbbüsü ilə hərbi tədbirlər, cəbhəçilər və onların doğmaları ilə görüşlər keçirmək üçün Fizuli adına Ziyalılar evi yaranmışdır.
1945-ci ildə yazdığı fəlsəfi dram olan «İnsan»da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı: «Mən «İnsan» adlı beş pərdəli mənzum dram üzərində işləyirəm. «İnsan» mənim dördüncü mənzum dramımdır. Əsər üzərində böyük bir zövqlə işləyirəm, çünki tarixi mövzuda yazılmış əvvəlki üç pyesimdən fərqli olaraq mən birinci dəfə öz müasirlərimin surətinə müraciət etmişəm, onların gələcək nəslini təsvir etmək əzmindəyəm.»
Şairin «İnsan» əsərində yaratdığı «Qardaşlıq şəhəri»ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır. Müəllifin həmin pyesdə qoyduğu «Qalib gələcəkmi cahanda kamal?» dərin bəşəri, fəlsəfi, ritorik sual bu gün də və gələcək zamanlar üçün də aktual olaraq qalır.
Səməd Vurğun təkcə məşhur şair deyil, eyni zamanda böyük alim, əvvəzsiz təşkilatçı və nəzəriyyəçi idi. 1945-cı ildə o, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilmişdir. Elə həmin il Bakıda İranla Mədəni Əlaqələr Cəmiyyəti yaranır. Bu cəmiyyətin başçısı Səməd Vurğun təyin edilir. İlk günnən şair tərəfindən cəmiyyətin qarşısında duran vəzifələr təyin edilir. O, İran Azərbaycanı ilə Azərbaycan SSR-i arasında mədəni körpü yaradılması işində fəal iştirak edir.
Müharibədən sonrakı illərdə Səməd Vurğun görkəmli ictimai xadim kimi dünyada sülhün bərqərar olması işində fəal iştirak etmişdir. SSRİ Ali Sovetinin deputatı kimi şair 1947-ci ildə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri ilə birgə Londona səfər etmiş, yolüstü Berlində də olmuşdur. Burada şairi böyük sevinc gözləyirdi. Onun «Vaqif» dramı Berlin teatrında səhnəyə qoyulmuşdu. Teatrın yaradıcı kollektivinə müəlliflə görüşmək, onun fikrini öyrənmək çox maraqlı olur. Alman rejissoru kiçik dəyişiklik etmiş, Qacarın obrazında Hitlerə məxsus cizgilər vermişdir.
1948-ci ildə Səməd Vurğun Polşanın Vrotslav şəhərində keçirilən Mədəniyyət Xadimlərinin Ümumdünya Konqresinin iştirakçısı olmuş, konqresdən qayıtdıqdan sonra şair «Zəncinin arzuları» poemasını yazmışdır. Həmin il poema Polşada çap edilmişdir. Xarici səfərlərlə bağlı yazdığı şeirlərini Səməd Vurğun məşhur «Avropa xatirələri» adı ilə çap etdirmişdir.
1951-ci ildə şair «Bolqar-sovet dostluğu cəmiyyəti»nin xəttilə Bolqarıstanda olmuşdur.
O dövrün xarici mətbuatında Səməd Vurğunun xaricdə çıxışları, keçirilən görüşlərdə məzmunlu, məntiqli söhbətləri haqqında yazılar dərc edilmiş, yaradıcılığından nümunələr çap edilmişdir. Böyük rus yazıçısı və şairi Konstantin Simonovun yazdığı «Dostum Səməd Vurğunun Londonda ziyafətdə nitqi» şeiri çox yayılmış, ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdi.
Səməd Vurğunun müharibədən sonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca «Muğan» (1948), «Aygün» (1950-51) və «Zamanın bayraqdarı» (1952) poemalarını qələmə almışdır.
Həyatının son illərində yazdığı şeirləri onun yaradıcılığının yeni mərhələsini təşkil edir. Onlar rəngarəngliyi və poetikliyi ilə seçilən şeirlərdir. Bu şeirlər həyata bağlılıq, insanların dotluq və xeyirxahlıq kimi keyfiyyətlərini əks etdirməklə yanaşı, şairin vətən və xalq qarşısındakı müqəddəs borcunun ifadəsi idi.
Səməd Vurğunun bu illərdə yaradıcılıq uğurlarına baxmayaraq o, yenə 1953-cü illərdə haqsız hücumlara, təziqlərə məruz qalır. «Aygün» poeması tənqid edilir şairin Moskvada çap edilmiş «Şairin hüquqları» məqaləsi ona qarşı hücumları daha da kəskinləşdirir. Respublika rəhbərliyinin göstərişi əsasında məqalə Azərbaycan Yazıçılar ittifaqında müzakirə edillir, onun əleyhinə məktub yazılıb Moskvaya göndərilir. Şair yenə də millətçilikdə təqsirləndirilir. Kitablarının kitabxanalardan, dramlarının səhnədən götürülməsinə göstəriş verilir. Şairə şəhərdən çıxmaq qadağan edilir. Söz yayılır ki, Vurğun tutulub. Bu düz olmasa da, 1953-cü ilin sentyabr ayında həbs edilməsi üçün order yazılması həqiqət idi. Lakin 1953-cü ilin yayında SSRİ və Respublika rəhbərliyində edilən dəyişikliklər nəticəsində bu tədbir baş tutmur… (1956-cı ilin yanvar ayında o zamanki, respublika rəhbəri M.C.Bağırovun və dəstəsinin məhkəməsində, onların «Azərbaycanın sevıimli şairi görkəmli sovet yazıçılarından biri Səməd Vurğunu aradan götürmək cəhdləri» ifşa edilmiş, bu məqsədlə topladıqları böhtan dolu iki qovluq material, o cümlədən həbsi üçün order əşyayi-dəlil gətirilmişdir.)
1953-cü ildə ölkədə və respublikada böyük dəyişikliklər baş verir. Səməd Vurğunu Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin edirlər. İşlədiyi dövrdə ictimai elmlər qarşısında böyük problemlər qoyur, saatlarla bu problemlərin, elmi əsərlərin müzakirələrini keçirir, problemlərin həllini təşkil edir. Həddən ziyadə xeyirxah bir insan olan Səməd Vurğun vitse-prezident vəzifəsində çalışdığı zaman da, ayrı-ayrı insanlara öz kömək əlini uzatmışdır. Akademiklərdən Sara Aşurbəyovanın, Püstəxanım Əzizbəyovanın Elmlər Akademiyasına gəlmələri Səməd Vurğunla bağlıdır. Bundan əlavə, dilçi alimlərdən Türkan Əfəndiyeva, Vaqif Aslanov, filosof Camal Mustafayev, tarixçi Mahal Məmmdov və onlarla belə insanların elmə gəlməsi Səməd Vurğunun təkidi və köməkliyi nəticəsində olub. Moskvaya oxumağa göndərdiyi aspirantların ailəsinə kömək edər, təqaüdü az olanlara maddi yardım göstərərdi.
O zamanki SSRİ məkanında Səməd Vurğunun böyük nüfuzu var idi. O, müxtəlif illərdə SSRİ-nin ən yüksək orden və medalları ilə təltif edilmiş, sovet xalqlarının sevimli şairi olmuşdu. 1954-cü ildə Sovet yazıçıların ikinci ümumittifaq qurultayında «Sovet poeziyası haqqında» məruzə ona tapşırılmışdı. Bu, o dövrdə xalqımız üçün olduqca iftixaredici bir hadisə idi.
1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur. Çində onu Pekin xəstəxanasında müayinə edirlər. Şair xəstəxanada olduğu müddətdə tezliklə sağalmaq və fəal həyata qayıdmaq arzusu ilə yaşayır. Yataqda yazdığı kiçik şeir onun böyük iradəsini və mətanətini göstərir:


Vaxtsız əcəl, məndən uzaq dolan, dur
Qürbət eldə can vermərəm ölümə!
Qılıncını məndən uzaq dolandır
Onu bil ki, qələm aldım əlimə,
Qürbət eldə can vermərəm ölümə.

Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir…
1956-cı ilin mart ayında Səməd Vurğunun 50 yaşı tamam olur. Xalqımız şairin yubileyinin keçirilməsinə hazırlaşır. Azərbaycanın rəhbərliyi tərəfindən «Azərbaycanın xalq şairi» adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür. May ayının 12-də opera və balet teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. Amansız ölüm şairin həyat eşqilə çırpınan ürəyini, yaradıcılıq atəşi ilə odlanan qəlbini əbədi susdurur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur. O günlər bütün Azərbaycan matəm içərisində idi. Üç gün xalqımız şairlə vidalaşmağa gəlir, izdihamlı insan axının arda-arası kəsilmirdi. Şair may ayının 30-da Bakıda Fəxri xiyabanda dəfn edilir.
Matəm günlərində şairin ailəsinin adına ölkəmizin bütün guşələrindən baş sağlığı teleqramları gəlirdi. Ürək ağrısı ilə yazılmış belə teleqramların birində: «Təsəlliniz o olmalıdır ki, Səməd Vurğunun öldüyü gündən onun yeni həyatı – şair ölümsüzlüyü başlanır» – sözləri yazılmışdı. Bu həqiqət idi…
Şairin adı ölümündən sonra müxtəlif yerlərdə əbədiləşmişdir. Bakıda şairin möhtəşəm heykəli ucaldılmış, meydana və mərkəzi küçələrdən birinə şairin adı verilmişdir. Bundan başqa Azərbaycan Rus Dram Teatrı, Dənizkənarı parkdakı yay kino-teatrı, neft tankeri də Səməd Vurğunun adını daşıyır. Mossovetin qərarı ilə Moskva küçələrindən biri, Kiyev şəhərində kitabxana, Düşənbə şəhərində 57 saylı məktəb və Bolqarıstanda texnikum şairin adını daşıyır.
Respublikamızın bütün rayonlarında Səməd Vurğun adına onlarla məktəb, mədəniyyət evi, küçə, park vardır. Vaxtilə respublikada bir çox kolxoz və sovxozlar da şairin adını daşıyırdılar. Şəhər və kəndlərdə şairin heykəlləri, büstləri qoyulmuşdur. Müxtəlif yerlərdə şairə həsr olunmuş güşələr və kiçik muzeylər yaranmışdır. Bunların içərisində Qax şəhərində müəllim Məmməd Aşurovun öz həyətində inşa etdiyi evdə yaratdığı «Səməd Vurğun muzeyi» xüsusi yer tutur.
1975-ci ildə Bakıda «Sovet ədəbiyyatı günləri»ndə ölkənin ədəbi ictimayətinin iştirakı ilə «Səməd Vurğunun ev-muzeyi»nin təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi Yuxarı Salahlıda ev-muzeyinin filialı – «Səməd Vurğunun poeziya evi» yaradılmışdır.


Cavanlara xitab (1924)
Maydan (1925)
Şikəstəyə məktub (1926)
Göygöl (Əhməd Cavada) (1926)
Sızıltılarım (Möhtərəm və əziz Hüseyn Cavidə) (1926)
Bir gün məni lap boğurdu hicran (1926)
Şuşa(1926)
Zeynal (1926)
Səyahət (1927)
Əyilmə (1927)
Müəllimlik (1927)
Şəki (1927)
Orda… (1927)
Ondan da gözəldir (1927)
Şəki maralı (1927)
Bəlkə (1927)
Hazır olunuz (1927)
Adsız şer (1927)
Məni (1927)
El ayrılığı (1927)
Qadın (1927)
Bir qəlb ki, çalxanar, hər zaman coşar (1927)
Dilcan dərəsi (1927)
Çəkil! (1927)
Onu görürkən… (1927)
Sorma aqıl kimsələrdən, sorma heç dünya nədir (1927)
İllər, qərinələr keçirsə aləm (1927)
Unut… (1927)
Dağlar (1927)
Ana (1927)
Bizim dağların (1927)
Dan yıldızı (1927)
Bir qətrə yaş (1927)
Ellər gözəli (1927)
Dağlar! Sizdəki bu böyüklük, vüqar (1927)
Nə vaxt güləcəyəm? (1927)
Şikayət (1927)
Sənət (1927)
Ona… (1927)
Salyan gözəli (1927)
Həyata doğru (1928)
İşçi (1928)
İki körpə (1928)
Andım (1928)
Şeirim (1928)
Acı gülüşlər (1928)
Bir yaz sabahının ilk azanıydı (1928)
Çəkdiyim ağrılar bir yana dursun (1928)
Ey uzaq göylərin yaxın elçisi (1928)
Matəm nəğməsi (1928)
İrəli… (1928)
Ömrün pərişan günləri (1928)
İngilis (1928)
Bahar şərqisi (körpələrə) (1928)
Sahildə (1928)
Həyat dedikləri şübhəli bir şey (1928)
Şeir (1928)
Uzaqlara doğru (1928)
Bayram qabaği (1928)
Kür çayı (1929)
Leylasız (1929)
Səhərə yaxın (1929)
ŞƏRQİN QAPISI (1929)
1.Səhər oyanarkən
2.Axsam
3.Mədəniyat sarayi
4.Son söz
Vətən həsrəti (1929)
Şairin andı (1929)
Səfil qadın (1929)
Yeni dünya (1929)
Əmək və təbiət (1929)
İnqilab yurdu (Anam üçün)(1929)
Konsert axşamı (1929)
Hərəkət (Nazim Hikmətə) (1929)
Ölümün məhkəməsi (1929)
Ellər dünyası (1929)
Çörək dostu (1929)
Ayıq ol (1929)
Dostlar xəbəri (1929)
Aprel (1930)
Səriyyənin ölümü (1930)
Olduğum yer (1930)
Məktub (1930)
Fanar (1930)
Zərbəçilər (1930)
Dinlə məni gözəl bahar! (1930)
Şairin səsi (Mikayıl Müşviqə) (1930)
Dönüş (1930)
Bir az gülmək üçün (Qardaşım Osman Sarıvəlliyə) (1930)
Məktub (1930)
Tabut keçərkən (1930)
Mən bir əsgər kimi (1930)
Raport (Bakı mədən işçilərinə) (1931)
Kolxozçu qadına məktub (1931)
Ölən şeirlərim (1931)
Qızıl Şərq (1931)
Pambıqçılar (1931)
Cavabımız (1931)
Tikanlı sözlər (1931)
Şeir və xaltura (1931)
Yoldaş, Hinger, amxanaqo (1931)
Oktyabr günləri (1931)
Hücum (1931)
Sən o deyilsən, ah! Dəyişdin, döndün (1931)
Çalma!… (1931)
Keçdi günlər ki, sənin Hüsnünə pərvanə kimi (1931)
Rot-front (1932)
Xavər (1932)
Sevgilim Xavərə (1932)
Salam (1932)
Aşığın dərdi (1932)
Yoldaş komandan (1932)
Bahar (1932)
Komsomol marşı (1932)
Cinayət (1933)
Bizim bayram (1933)
Sevgi (1933)
Sevirəm (1933)
Bəzək və zinət (1933)
Anamın dərdi (1933)
Sevgilimin qılığı (1933)
Dəniz gəzintisi (1933)
Çənə söhbəti (1933)
Cəbhədə (1933)
Sabahın türküsü (1934)
Şairin sevgilisinə (1934)
Böyük revolyutsiya (1934)
Vətən ordusu (1934)
Qafqaz (1934)
Böyük ədib (1934)
Əhli-qələm (1934)
Həsrət (1934)
Sənət eşqi (1935)
Ordenli qəhrəman (1935)
Azərbaycan (torpağın tələbi) (1935)
Şairin albomundan (1935)
Alqış (1935)
Təranə (1935)
Natəvan (1935)
Leyla (ilk təyyarəçi qız Leylaya) (1935)
Təbriz gözəlinə (1935)
Şairin ölümü (1935)
A köhlən atım! (1935)
Azərbaycan (1935)
Sərgüzəşt (1935)
Zərdüştün xülyaları (1935)
Füzulinin dərdi (1935)
Kislovodskidə (1935)
Klim Voroşilova (Yoldaşlıq məktubu) (1936)
Söz buketi (May şənliyinə) (1936)
Azad ilham (1936)
Səmimiyyət yolçusu (1936)
Yadıma düşdü (1936)
Sənət ustasına (1936)
Böyük şairin şərəfinə (1936)
Günəşin keşiyində (1936)
Çinarın şikayəti (1936)
Sabirin şərəfinə (1936)
Sünbül (1936)
Anam qəlini (1936)
Lənkəran şeirləri (1936)
Ölüm xəbərçilərinə (1937)
Pravdanın yubileyinə (1937)
Səadət nəğməsi (1937)
Qanlı bazar (1937)
Bahar və mən (1937)
Şeirimizin ağsaqqalı (1937)
Bayrağım (1937)
Bir arzu (1937)
Danışaq (1937)
Bülbül (1937)
Bənövşə (1937)
Səhər-səhər (1937)
On iki dekabr (1937)
Bayram qabağı (Oktyabrın XX ildönümünə) (1937)
Dargöz (1937)
Bülbül və bağban (1937)
Omrümün gündəliyindən (1937)
Böhtan (1937)
Azərbaycan (1938)
Aşıq qardaşıma (1938)
Karyerist (1938)
Çil toyuğun tək yumurtası (1938)
İncə xanım (1938)
Xeyrə-şərə yaramaz (1938)
Mavzoley (1938)
Qızıl əsgər (1938)
Şadlıq (1938)
Sədaqət (1938)
Böyük bir kitab var bizim həyatda (1938)
Bizim gəncliyə (1939)
Xəyal (1939)
Qızcığaz (1939)
Fitnə (1939)
Nizami (1939)
Ürəyi xain adam (1939)
Kommunist (1939)
David (1939)
Ləzgi qızı (1939)
Qəhrəmanın heykəli (1939)
Samur çayı (1939)
Pioner marşı (1939)
20 bahar (1940)
Ala gözlər (1940)
Təzə il (1940)
Şam (1941)
Mıs-mıs (1941)
Həyat eşqi (1941)
Vətənin keşiyində (1941)
Ananın öyüdü (1941)
Şəfqət bacısı (1941)
Qızıl şahinlər (1941)
Qoca qəhrəmanın çıxışı (1941)
Tarla nəğməsi (1941)
Daşların bağrından gövhər çəkərik… (1941)
Rus ordusu (1941)
Komsomol marşı (1941)
Qəhrəmanın hünəri (1941)
Pioner marşı (1941)
Sənəm qarının pıçıltıları (1941)
Uşaq bağçası (1941)
İgid şahin (1941)
Məhəbbət (1941)
Bütün xalqlar, qəbilələr od içindən çıxacaqdır (1941)
Sovqat (1941)
Moskva (1941)
Oktyabr (1941)
Ukrayna partizanları (1942)
Azərbaycan balası (1942)
Salam, Moskva! (1942)
Həyat fəlsəfəsi (1942)
Şairin salamı (1942)
Yanğın (1942)
Partizan Babaş (1942)
Daşsalahlı yoldaşlara (1942)
Dağlar (1943)
Gülə-Gülə (1943)
Qızxanımın hünəri (1943)
Qoca qartal (1943)
Göz aydınlığı (1943)
Bayramınız mübarək (1943)
Salam, dostum! (Mustafa bəy Topçubaşova) (1943)
İlham pərisi (Mirzağa Əliyeva) (1943)
Mənə belə söyləyirlər (1943)
Bayraqdar (1943)
Adsız qəhrəman (1943)
Göyərçin (1943)
Ürək (1943)
Qəzəl (1943)
Gələcəyin toy-bayramı (1943)
Dörd söz (1943)
İlk bahar və mən (1944)
Dərman verin! (1944)
Nəsibimiz səadətlə ilk bahardır! (1944)
Gəlməsəniz də! (1944)
Sözun şöhrəti (1944)
İstiqbal təranəsi (1944)
Şair, nə tez qocaldın sən? ! (1944)
Təzə il sovqatı (1944)
Qəhrəmanın ölümü (1944)
Qızıl ordu (1945)
Zəfər bayrağı (1945)
İyirmi beş bahar (1945)
Qərinədən-qərinəyə (1945)
Zəfər bayramı (1945)
Böyük bəstəkar (1945)
Mənim arzum (1945)
Mənim səsim (1945)
Ah, paxıllar (1945)
Dəlilər evi (1945)
Mənim rübabım (1946)
Unudulmuş tək məzar (1946)
Təbrizin şairlər məclisinə (1946)
Yandırılan kitablar (1947)
Yer həsrəti (1947)
Təyyarə meydanı (1947)
Berlin (1947)
Reyxstaq (1947)
Ana heykəli (1947)
Alman bənnası və sovet zabiti (1947)
Məhəbbət ilhama çağırır məni! (1948)
Bəstəkar (1948)
İslam (1948)
Eşq olsun sənətkara! (1948)
Körpünün həsrəti (1948)
Düşüncələr (1949)
Deyin, gülün, övladlarım! (1949)
Mənim andım (1949)
Dinlə, Xavər (1949)
Ana və körpə (1949)
Eduard Maze (1950)
Qoca şərqə günəş doğur… (1950)
Rəssamın son əsəri (1950)
Ziyafət (1950)
Marksın qəbri üstündə (1950)
London qarısı (1950)
Kiçik şəhər (1950)
Lenin (1951)
Bütün Bakı ürəyimdə bir şer olur… (1951)
Xavərə (1951)
Bahar düşüncələri (1953)
Belələri də var (1953)
Müxəmmət (1953)
Şair, nə tez qocaldın sən! (1953)
Lalə (1954)
Mən tələsmirəm… (1954)
Musa Cəlilə (1954)
Gödəkcə (1955)
Yada sal məni (1955)
Qürbət eldə (1955)
Dostluq hədiyyəsi (1955)

Yazılma tarixi məlum olmayan şeirlər


Dağlar
Şikayət
Qəzəl
Qəzəl
Qəzəl
Qəzəl
Vurğunun
Gözlərin!
Xanım
Qızıl xatirə
Yaxın gəl, gözəl qız. Yaxın gəl bir az
Sən gələndə bizim eldə yaz olur
Marş
Lenin
Sərhədçilər marşı
Bir dağ ətəyinə, lap aşikarə
Bəlkə bu dünyadan əl üzdüm artıq
Yenə xəstəliyim, əski halım var
Fikrətin rəsmi qarşısında
Gördüklərim
Mən o deyiləm
Fəqət siz!
Gedərkən sükuta gecənin qəlbi
Soyuq-Soyuq yenə bir qış axşamı
Ah, bu qürbət məni dağıtdı, sökdü

Poemalar


Komsomol poeması 1933
Muradxan 1933
Xumar 1933
Lökbatan 1933
Kənd səhəri 1933
Ölüm kürsüsü 1934
Macəra 1935
Acı xatirələr 1935
26-lar 1935
Qız qayası 1935
Aslan qayası 1935
Bulaq əfsanəsi 1935
Dar ağacı 1935
Ölən məhəbbət 1935
Talıstan 1935
Üsyan 1936
Bəsti 1937
Yazla qışın dəyişməsi 1937
Ayın Əfsanəsi (Aybəniz) 1941
Hürmüz və Əhriman 1943
Bakının dastanı 1944
Zəncinin arzuları 1948
Muğan 1948-1949
Leninin kitabı 1950
Aygün 1950-1951
Zamanın bayraqdarı 1952

Dramlar


Vaqif 1937
Xanlar 1939
Fərhad və şirin 1939-1941
İnsan 1945
Şairin həyatı

İki sevgi 1940-1941
PANDA55
hamisi yaxsidir. amma xahis ediram, kimin imkani varsa MAMMAD ARAZ haqqinda bildiyini yazsin.avvalcadan tasakkurlar.
Jurnalist_89

[b]Əlibala Hacızadəni də itirdik.

[/b]
Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Burada Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953-1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970).

Hazırda Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda baş elmi işçi vəzifəsində işləyir (1976-cı ildən). "Nizami" jurnalının baş redaktorudur (1994-cü ildən). "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur.

Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı.

1980-ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi.

Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala müəllim həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmişdir.Bundan başqa dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat etdi və bu gün dəfn olundu. Ama Xalq yazıçısı adını almamış


[b]Əsərləri




  • 1. Heykəl gülür (hekayələr). Bakı: Uşaqgəncnəşr, 1961, 54 səh.
  • 2. Unutmaq olmur (povest). Bakı: Uşaqgəncnəşr, 1963, 115 səh.
  • 3. Məhəbbət olmayan evdə (povestlər). Bakı: Azərnəşr, 1965, 100 səh.
  • 4. Fərruxi Yəzdinin poeziyası. Bakı: Elm, 1965, 198 səh.
  • 5. Cehiz (hekayələr). Bakı: Gənclik, 1969, 154 səh.
  • 6. Pəhləvan (hekayələr). Bakı: Gənclik, 1974, 31 səh.
  • 7. Təyyarə kölgəsi (roman). Bakı: Gənclik, 1974, 287 səh. (təkrar nəşr: 1992)
  • 8. İtkin gəlin (roman). Bakı: Gənclik, 1979, 215 səh.
  • 9. Əfsanəsiz illər (roman). Bakı: Gənclik, 1981, 353 səh.
  • 10.Ayrılığın sonu yoxmuş. Bakı: Gənclik, 1983, 432 səh.
  • 11.Vəfalım mənim. Bakı: Gənclik, 1985, 344 səh. (təkrar nəşr: 1992)
  • 12.Dünyanı tanı. Bakı: Gənclik, 1990, 450 səh.
  • 13.İtkin gəlin (roman trilogiya). I kitab. Bakı: Azərnəşr, 1992.
  • 14.İtkin gəlin (roman trilogiya). II kitab. Bakı: Azərnəşr, 1992.
  • 15.İtkin gəlin (roman trilogiya). III kitab. Bakı: Azərnəşr, 1992.
  • 16.Sevəcəyəm (şerlər, hekayələr). Bakı: Diplomat, 2001, 170 səh.
  • 17.Əsərləri (10 cilddə). I c. Bakı: Nafta-Press, 2004, 501 səh.
[/b]
Aisha_


"Qanlı Zəmi" filmindən kadr. İsi Məlikzadə tacir rolunda.
Tam adı İsi Abbas oğlu Məlikzadə
Doğum tarixi 1 may 1934
Doğum yeri Ağcabədi
Ölüm tarixi 12 may 1995
IMDb səhifəsi






Buyurun Buda menim fexrim olan Babam hakkinda qisa bir avtobiografiya.....



İsi Məlikzadə 1934-cü il mayın 1-də Azərbaycanın Ağcabədi rayonunda anadan olmuşdur. Burada Xalfərəddin orta məktəbini bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsində təhsil almışdır (1952-1957). "Əzizbəyovneft" mədənlər idarəsində operator, yerüstü avadanlıq ustası (1957-1961), Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyi Başqaz idarəsində böyük mühəndis, şöbə rəisinin müavini (1961-1966), «Ulduz» jurnalı redaksiyasında publisistika şöbəsinin müdiri, məsul katib (1966-1973), Azərbaycan Dövlət Nəşriyyatında redaktor, C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında ssenari redaksiya heyətinin üzvü (1974-1976), "Azərbaycan" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1976-1980), "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri (1980-1981), "Mozalan" satirik kinojurnalında böyük redaktor (1981-1983), C.Cabbarlı adına "Azərbaycanfılm" kinostudiyasında baş redaktor vəzifələrində işləmişdir (1983-1985). Sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. Azərbaycan Dövlət Akademik Dram Teatrında ədəbi hissə müdiri (1988-1990) işləmişdir. Sonra ömrünün sonunadək "Azərbaycan" jurnalında publisistika şöbəsinin müdiri (1994-cü ildən), Azərbaycan Mədəniyyət Fondunun Qarabağ fılialının sədri (1990-cı ildən) vəzifələrində çalışmışdır. 1995-ci il mayın 12-də vəfat etmişdir.





Əsərləri




1.Həsrətin sonu. Bakı: Azərnəşr, 1964, 44 səh.
2.Özgə anası. Bakı: Gənclik, 1969, 152 səh.
3.Kövrək qanadlar. Bakı: Gənclik, 1973, 234 səh.
4.Küçələrə su səpmişəm. Bakı: Gənclik, 1977, 219 səh.
5.Yaşıl gecə. Bakı: Yazıçı, 1979, 305 səh.
6.Günəşli payız. Bakı: Yazıçı, 1982, 252 səh.
7.Dədə palıd (povest). Bakı: Yazıçı, 1984, 413 səh.
8.Gümüşgöl əfsanəsi. Bakı: Yazıçı, 1987, 295 səh.
9.Şehli çəmənlərin işığı. Bakı: Yazıçı, 1991, 304 səh.
10.J.Dotaşalann novruz bayramı. Bakı: Gənclik, 1992, 119 səh.






Filmoqrafiya


Ağ Atlı Oğlan (1995)
Alma Almaya Bənzər (1975)
Altı Duru, Üstü Quru (1983)
Dua (1982)
Evin Kişisi (1978)
Evlənmək İstəyirəm (1983)
Gəl Qohum Olaq (2001)
Güllələnmə Təxirə salınır!... (2003)
Gümüşgöl Əfsanəsi (1984)
Güzgü (1990)(II)
Hacı Qara (2002)
Harayacan Qaçacaqlar (1983)
Hərənin Öz Payı+Tayı (2006)
İcazə (1972)
İlişdim (1983)
Kişi Sözü (1987)
Küçələrə Su Səpmişəm (2004)
Qanlı Zəmi (1985)
Qatarda (1981)
Qoca Palıdın Nağılı (1984)
Məğlubedilməzlər (1983)
Müşavirə (1971)
Oktyabr və Azərbaycan (1987)
Ömrün Səhifələri (1972)
Pəncərə (1991)
Vətən Mənə Oğul Desə (1996)
Zərbə (1983)
Aisha_
Ag Atli Oglan



Babamin yazdigi Ag Atli oglan Eseri nin filmi...chox maraqlidir..isteyen izlesin)
Milaska89
Abdulla Şaiq Axund Mustafa oğlu Talıbzadə
Azərbaycanın ədəbi-ictimai fikir tarixində maarif və mədəniyyət xadimi, şair, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi kimi tanınan Abdulla Şaiq Talıbzadə 24 fevral1881-ci ildə Tiflisdə ruhani ailəsində doğulmuşdur. Balaca Abdulla ilk təhsilini ruhani idarəsinin altı sinifli məktəbində (1889-1893) və Xorasanda Türkiyədən gəlmiş maarifsevər Yusif Ziyanın məktəbində (1894-1899) almışdır. Uşaqlıqdan Şərq ədəbiyyatına, şeirə, sənətə həvəs göstərmiş, 1900-cü ilin payızında Xorasandan Tiflisə qayıtmış və bir neçə aydan sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Həmin ildəcə rəsmi dövlət komisiyası qarşısında imtahan verib, müəllimlik hüququ qazanmış, rus-tatar (türk) və realnı məktəblərdə ana dili və şəriət dərslərini aparmışdır. Az vaxt içində ictimai-ədəbi mühütlə, Nəriman Nərimanov, Əlibəy Hüseynzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Əbdürrəhimbəy Haqverdiyev, Həsənbəy Vəzirov, Firidunbəy Köçərli, Hüseyn Cavid, Mahmudbəy Mahmudbəyov, Süleyman Sani Axundov, Seyid Hüseyn, Hüseyn Minasazov kimi dövrün məşhur ədəbi şəxsiyyətləri ilə tanış olub, taleyini ömürlük ədəbiyyata, məktəbə və maarif işinə bağlamışdır. Ədəbi-pedaqoji fəaliyyətə can atan cavan Şaiqin fikri tərbiyyəsinə, türkçülük ideyalarına yiyələnməsində qardaşı Yusif Ziyanın güclü təsiri olmuşdur.
On altı yaşında bədii tərcümə və füzuliyanə qəzəllərlə yaradıcılığa başlayan A.Şaiq Bakıda Avropa, türk və rus ədəbiyyatını da öyrənib, ən çox klassik ənənələrə, türk romantizminə dayanıb, «Füyuzat» ədəbi məktəbi ilə ilgilənməklə, ara-sıra «Molla Nəsrəddin» ədəbi məktəbinin təsiri ilə əsərlər də yazıbdır.
Yeni yüzilliyin əvvəllərindəki inqilab hərəkatı A.Şaiqin dünyagörüşündə bir dönüş yaradır. İnqilabı «Azadlıq ulduzuna», «Hürriyyət pərisinə» bənzədən şair onun sönməsindən kədərlənirsə («Niyə uçdu?», «Bir quş», «Vətən» və s.), həyati, siyasi olayları öyrəndikcə «Bir zaman məhv olur şu istibdad» inamına gəlir. Onun romantik ruhlu humanizmi, demokratizmi «Həpimiz bir günəşin zərrəsiyiz» (1910) şeirində daha aydındır. «Köç», «Dağlar sultanı» kimi əsərləri isə Azərbaycan təbiətinin romantik simfoniyası kimi səslənir.
Azərbaycanda məktəb və maarif işinin yüksəlişi, milli uşaq ədəbiyyatının, uşaq dramaturgiyasının yaranması bir başa A.Şaiqin adı ilə bağlıdır. O, Azərbaycan müəllimlərinin I, II qurultaylarının hazırlanmasında komissiya üzvü kimi böyük iş görmüş, «Uşaq çeşməyi» (1907), «Uşaq gözlüyü» (1909), «Gülzar» (1912) və başqa yeni tipli dərsliklər yaratmışdır.
A.Şaiq qüdrətli sənətçi, azadlıq carçısı, gözəllik aşiqi kimi Azərbaycan Demokratik Cümhuriyyəti dövründə həvəslə çalışıb. Məktəblərin milliləşdirilməsi məsələsi haqqında rəsmi dövlət qəzeti «Azərbaycan»da ardıcıl çıxış edən milli təhsili ilk həyata keçirən də A.Şaiq olmuşdur. Bu illərdə buraxdığı «Milli qiraət», «Ədəbiyyat dərsləri» «Türk çələngi» (1919), «Türk ədəbiyyatı» (1920) kimi dərsliklərindən Azərbaycan gəncliyinin böyük bir nəsli dərs alıb, «Müsavat» hakimiyyəti ilərində yaratdığı «Türk ədəmi mərkəziyyət firqəsi», «Müsavata ithaf marşı», «Yeni ay doğarkən», «Vətənin yanıq səsi», «Arazdan Turana» kimi silsilə şeir və poemaları poeziyamıza yeni ab-hava gətirən sənət örnəklərindəndir.
Ömrünün altmış ilini xalqının xidmətinə yönəldən A.Şaiq bir ədəbiyyatşünas-alim, bir çox dünya ədəbiyyatı örnəklərini dilimizə çevirən sənətçi, xalq elçisi, el ağsaqqalı kimi də sayılıb, ən ali məclislərə seçilib, mükafatlandırılıb, orden və medallar alıb, Əməkdar incəsənət xadimi adına layiq görülübdür. Ən böyük mükafatı isə xalqın, millətin ona olan sevgisidir.
Abdulla Şaiq 24 iyul 1959-cu ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
ÇALIŞAN QAZANAR
Yaydı, isti bir gün idi,
Ağaclar çox ölgün idi.
Göydən yerə od yağırdı,
Solmaz Eldarı çağırdı:
– Qardaş, gəl, bağçaya gedək,
Çiçəklərə bir baş çəkək.
Çoxdandır su içmir güllər,
Bəlkə solub qərənfillər?
Bağçaya getdilər yügrək,
Gördülər hər gül, hər çiçək
Yerə əyib şax boynunu,
Yamyaşıl o atlas donu
Yaman solub saralıbdır,
Hamısını dərd alıbdır.
Eldar qəmləndi bu işə;
Acıqla baxdı günəşə,
Dedi: – günəş, nə yamansan,
Çiçəkləri solduransan!
Neçin vurdun bu ziyanı,
Soldurdun güllü bağçanı?
Günəş gülümsədi: – “Sağ ol!
Məndən ziyan gəlməz, oğul!
Hər şeyə can verən mənəm!
Qüvvət, ət, qan verən mənəm!
Bu böhtandır, ay uşaqlar!
Məndə axı nə günah var?
Güllər su içmir üç gündür,
Odur ki, onlar ölgündür.
Oğlum, hər şey sevir zəhmət,
Tənbəl ziyan çəkər, əlbət!
Məndən gəlməmiş bu ziyan.
Çox qazanar, çox çalışan.
Zəhmətsiz bal yemək olmaz”.
Utanaraq Eldar, Solmaz
Suladılar çiçəkləri,
Puç olmadı əməkləri.
Güllər yenə cana gəldi,
Bağça ətə-qana gəldi.


Sabina-87




Xurşidbanu Natəvan


Bədii yaradıcıllığa XIX əsrin 50-ci illərində başlayan Xurşidbanu Natəvan Azərbaycan ədəbiyyatında Füzuli ənənələrini davam etdirən görkəmli şairlərdən biridir.Həzin, səmimi lirika, təbiət gözəlliklərinin və insanın könül dünyasının bəzən real, bəzən isə romantik, tə`sirli poetik vasitələrlə təsviri onun yaradıcıllığının başlıca keyfiyyətləridir.

Xurşidbanu Natəvan 1832-ci il avqust ayının 15-də Şuşa şəhərində anadan olmuşdur.O, mənşə etibariə seçilmiş bir nəsildən idi.Atası Mehdiqulu xan Cavanşir Qarabağ xanı, anası Bədircahan bəyim isə Gəncə hakimi Cavad xanın nəslindən olan Uğurlu bəyin qızıdır.Belə məşhur nəsildən çıxdığı üçün Xurşidbanu Natəvan Qarabağda "Xan qızı" ləqəbi ilə tanınmışdır.Natəvan ailənin yeganə övladı idi.Onun uşaqlığı sarayda keçmiş, ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri olmuşdur.Natəvan təhsilini də atasının sarayında xüsusi müəllimlərdən almış, hələ kiçik yaşlarında oxuyub-yazmağı, dini və dünyəvi bilikləri, habelə klassik poeziyanı öyrənmişdir.

Atasının ölümündən sonmra Qarabağ xanlığının mülklərini idarə etmək hüququ Natəvana keçir.O, xanlığın ictimai mədəni inkişafı, Şuşa şəhərinin abadlaşdırılması üçün fədakarlıqla çalışır.Körpü və yolların salınmasına, məktəblərin açılmasına, məscid və minarələrin tikilməsinə, köhnə binaların təmirinə yaxından kömək edirdi.1872-ci ildə "Məclisi-üns"ün rəhbərliyi ilə bərabər, bütün xərclərini də öz üzərinə götürür.

1883-cü ildə Natəvan Şuşadan yeddi kilometr aralı olan Sarı Bbadan şəhərə su kəməri çəkdirmiş, sonra böyük su anbarı tikdirmiş, hovuz, hamam, buzxana düzəltdirmişdir.Şəhər əhalisinin istirahət və gəzintisi üçün bağ saldırmışdır.

1885-ci ildə Natəvanın oğlu Mirabbas xəstələnib ölür.Bu hadisə şairəni sarsıdır, onda dərin bir kədər doğurur.Bundan sonra o, xəstələnir və get-gedə solmağa başlayır.Ömrünün sonlarında airə maddi cəhətdən də çətinlik çəkir.Ev əşyalarını, bağını, zinət şeylərini açıq satışa qoyur.Bütün bu iztirablar Natəvanın səhhətini getdikcə ağırlaşdırır və 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat edir.Dəfn mərasimində iştirak edən adamlar hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparırı, Xan qızı Ağdamda "İmarət" deyilən ailə qəbirsanlığında dəfn olunur.

Natəvanın əsərləri əsasən, qəzəllərdən ibarətdir.Bu qəzəllərin mərkəzində insanpərvərlik, xeyirxahlıq, səmimi ülfət, dostluq ideyalarının tərənnümü dayanır."Ey dust", "Xudahafiz", rəqifli qəzəllərində o, bir-birini sevən insanlar narazılıq, ayrılıq salmağa cəhd edən xain, yaramaz adamların əməllərini pisləyir.Müasirlərinə riyakar, ikiüzlü, aravuran adamlardan uzaq gəzməyi təkidlə tövsiyə edən şairə, eyni zamanda, dostluq ülfəti tutan kəsləri ehtiyatlı olmağa, rəqib fitnəsindən qorunmağa çağırır.

Natəvanın təbiət gözəlliklərinə, bənövşəyə, qərənfilə, bülbülə həsr etdiyi şerləri də vardır: "Gülün", "Bülbül", "Bənövşə", "Qərənfil" və s.Doğma təbiətin gözəlliklərindən ilham alan şairənin bu əsərlərindən həyat ətri, gülün, çiçəyin xoş rayihəsi gəlir.Şairə təbiət gözəlliklərini insanın mənəvi dünyaını, qayğılar ilə əlaqələndirir.Bu şerlərdə güclü bir insan əhval-ruhiyyəsi duyulur.

Natəvanın yaradıcıllığı ilə XIX əsr Azərbaycan şerinin lirik qəhrəmanı bədii struktur baxımından daha da zənginləşir; bu tərkibə əvvəlki Aşiq və Məşuqə surətlərindən fərqlənən tamam yeni bir insan-dərdli, kədərli ana surəti daxil olur.

Sinəsinə çalın-çarpaz oğul dağı çəkmiş bu ananı dünyadan cavan köçmüş övladının ayrılığı yandırır.Onun yarası gecə-gündüz göynəyib sızıldayaraq ana qəlbinin fəryadına çevrilir."Yanar canım oğul, daim sənin nari-fəğanında" misrası ilə başlanan qəzəli həmin fəryadların bədii əksi kimi yaranmışdır.Bu şerin hər misrasında müsibət içində olan ananın odlu qəlbi çırpınır:

Yanar canım, oğul, daim sənin nari-fərağında,

Necə pərvanələr hər dəm yanar şəmin ayağında.

Güli-ruyin həvasilə çıxar əflakə əfqanım,

Odur bülbül nəvası gül fəraqü iştiyaqında.

O şirin ləblərin şövqü günü-gündən olur əfzun.

Əgər Fərhad tək iki yüz il dolansam hicr dağında.

Sənin hicrin odu, Abbas, dəxi çıxmaz ki, canımdan,

Səməndər tək yanar daim anan nari-fərağında.


Həyatdan doymuş anaya oğulsuz yaşadığı hər bir dəqiqə ildən artıq görünür. O, işrət yerlərindən kənar dolanaraq, günlərini oğlunun məzarı üstə gedib orada ağlamaqla keçirir.Ana səadətini ölməkdə, oğlunun ruhuna, torpağına qarışmaqda görür.Buna görə ömrünün tamamlanıb sona yetişməsini arzulayır, lakin ruhu onun xəstə canını tərk eləmir.Günlər keçdikcə ananın üzüntüləri artır və dözülməz olur.

Şairənin "Sənsi", "Əfsus", "Getmə" rədifli qəzəlləri Mirabbasın ölümü münasibətilə yazılmışdır.Bu şerlərin birincisində ananın bahar fəslində, təbiətin canlandığı, gözəlləşdiyi bir vaxtdakı əhval-ruhiyyəsi təsvir olunmuş, təbiətin şadlığı ilə ana qəlbinin kədəri arasında qüvvətli bir bədii təzad yaradılmışdır.İkinci şerdə isə Natəvan oğlunun ölümünü gül mövsümünün keçməsi, baharın solub getməsi, bülbülün xəstə halda halda tək-tənha qalması ilə müqayisə edir.Ana oğlunu əzəmət və şərafət bağında açılmış, lakin "gülçini-ruzigar"-dövranının bağbanı tərəfindən çox tez qopardılmış gülə bənzədir.Oğlunu həzin, kədərli bir dillə yuğlayan ana torpağa yalvararaq bu "gülbədən" cavanı əziz saxlamağı xahiş edir:

Keçibdi mövsimi-gül, getdi novbahar, əfsus!

Qalıbdı bülbüli-biçarə xarü zar, əfsus!

Riyazi-izzü şərafətdə bir gül açmışdı,

Qopardı o gülü gülçini-ruzigar, əfsus!

O gülbədən ki, ipək köynək incidərdi onu,

Olubdur indi o, torpaqla xakisar, əfsus!

Sən allah, ey qara torpaq, onu əziz saxla,

Odur mənim gözümün nuru, ey məzar, əfsus!


Xurşidbanu Natəvanın böyük oğlu Mehdiliqulu xana həsr etdiyi "Ölürəm" rədifli şeri də övladı üçün darıxan, onu görməyə, bağrina basmağa can atan, lakin arzusu gözündə qalan ananın daxili iztirablarını əks etdirir.Yüsək bədiilikdə yazılmış bu şerin misralarında "fəraqdan gecələr sabaha kimi yatmayan, ayrılıqdan "bahar laləsi tək bağrı qan" əli qoynunda qalan, sinəsi dərdlə dolu ananın kövrək qəlbi, həsrət gözləri görünür:

Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,

Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

Fəraqdan gecələr yatmaram səbahə kimi,

Xəyali zülfünə bağlı gedibdir can, ölürəm.


Natəvanın şerləri bədii sənətkarlıq baxımından kamil ş`er nümunələridir.İncə mətləbləri, dərin hissləri qüvvətli lirika, poetik coşğunluqla cana gətirmək, şerdə ifadə yığcamlığı, fikir əlvanlığı və məna dərinliyi yaratmaq onun sənətkarlığının başlıca səciyyəsini təyin edir.

Şifahi xalq ədəbiyyatından və klassik irsdən ustalıqla bəhrələnən şairə yeri gəldikcə bədii sual, xitab və nidalar işlətməklə lirik qəhrəmanın daxili aləmini, onun hiss və duyğularını, heyeət, həyəcan, yalvarış və təəssüflərini canlı, təsirli əks etdirir.Şe`rlərindəki bədii ifadə vasitələri, xüsusilə təkrirlər, qoşa qafiyələr, rədiflər onun əsərlərinin bədii təsirini daha da qüvvətləndirir.


[i]Əsərləri

Seçilmiş əsərləri. Təbriz: -1991.-112 s.
Əsərləri.-Bakı: Lider nəşriyyatı, 2004.-87 s.
Əsərləri.-Bakı: Yazıçı, 1984.-100 s.
33 qəzəl.-Bakı:: Gənclik, 1981.-36 s.
Şerlər.-Bakı:: Azərnəşr, 1965.-80 s.
Milaska89

Məhsəti Gəncəvi

XII əsr mənşəcə Azərbaycan türklərindən olan şairə,sufi Əxi təriqətinin üzvü.
XI əsrin sonları - XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan və müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şerlərində sənətkar, şair, müğənni və mütrib obrazlarını tərənnüm edən yeni şəhər peziyasının təmsilçisi idi. Məhsəti hər şeydə birincilik qazanmışdır. O, ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır. Onun tərcümeyi-halı rəvayətlər və müəmmalar haləsinə bürünüb, şairənin həyatı barədə məlum olan faktlarsa hər halda həmin dövrün müsəlman cəmiyyətinin anlayışında həddən artıq qeyri-adiliyi ilə fərqlənir. Əlbət ki, əgər bu faktlara sözün həqiqi mənasında yanaşılarsa. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtını qonaqlıqlarda, musiqi və rəqs məclislərində keçirmişdir. Onun şerlərində şərab və eşq duyğusu tərənnüm olunur. Şairənin əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, dərzilərə, əyiricilərə, qızılaxtaranlara və başqalarına həsr etdiyi şerlər silsiləsi daha çox məşhurdur:
Dün kaşı kuzəmi daşlara çaxdım,
Sərxoşdum bilmədim əlimdən saldım
Kuzə dilə gəlib ddi ki,mən də
Sənin kimi idim,bu günə qaldım.
Bənzər, dərzi oğlu, uzun qəmərə,
Məhsəti Gəncəvi təqribən 1089-cu ildə Gəncə şəhərində doğulmuş və ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü. Həmin təxəllüsün mənşəyi barədə bir neçə rəvayət vardır. Bunlardan birində deyilir ki, guya Sultan Səncərlə söhbətlərindən birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir ki,"to, meh-həsti" (yəni, "sən hamıdan böyüksən"). Və guya "meh-həsti"-"məhsəti"yə çevrilib, onun təxəllüsü olur. Digər bir fərziyyəyə görə, "Məhsəti" "məh" və "səti" olmaqla iki sözdən ibərətdir və "böyük xanım" anlamına gəlir. Nəhayət, başqa bir ehtimala əsasən, bu ad "Mah" və "səti" ("Ay xanım") sözlərindən düzəlib (Nizami Gəncəvinin Məhin Banusu (Xosrov və Şirin) da bunun analoqudur).
Məhsəti Gəncəvinin xalq şeri tərzinə yaxın formalı rübailəri və öz fəlsəfi mahiyyəti etibarilə dərin məzmunlu şerləri Azərbaycan və ümumən Şərq poeziyası tarixində mühüm rol oynamışdır. Bir çox tədqiqatçılar Məhsətinin rübailərini Ömər Xəyyam məktəbinə aid edirlər. Buna baxmayaraq, çağdaş ədəbiyyatşünasların əksəriyyətinin fikrincə, şairə əsası [Qətran Təbrizi]] və İzəddin Şirvani tərəfindən qoyulmuş Azərbaycan şer məktəbinin ənənələrindən bəhrələnmişdir.
Ashiqi Movla
EHMED CAVAD

Ehmed Cavadin heyat ve yaradiciligi indiyedek tam olaraq oyrenilmemishdir.Ehmed Cavad edebiyyat tariximizde boyuk milli shair,edib,alim,ayrica tercumecilik mektebi olan bir senetkar,medeniyyetimiz tarixinde gorkemli ictimai xadim,jurnalist,taninmish pedaqoq,cebheci muxbir,ibtidai,orta ve ali mekteblerde,texnikum muellimi kimi shohret tapmishdir.
Onun eserleri ,ozu kimi qapalidir,sirlidir.Onun eserleri repressiya dovrunde yandirilib,musadire olunub,telef edilib.Ve bizim dovre catmamishdir.Bizlee catan eserleri ise 1000 sehifeden artiqdir.
Azerbaycan Demokratik Cumhuriyyetinin yashadigi dovrde Ehmed Cavad en guclu milli shair kimi edebiyyatimizin bayraqdari olmushdur.Ehmed C. hemin illerde Gence ebedi muhitinin en parlaq ulduzu hesab olunurdu.Onun sheirleri dilde-agizda gezirdi.ADR-in milli marshlarinin ekseriyyetinin muellifi de Ehmed Cavaddir.Musavat partiyasinin lideri,Milli Shuranin sedri Mehemmed Emin Resulzade istedadina ,qabiliyyetine ve gosterdiyi xidmetlerine gore E.Cavadi resmi ogulluga qebul etmishdir.Ehmed Cavad 16 yashindan muellimlik etmeye bashlamishdir.O,cemi 45 il omr surmushdu.11934-cu ile qeder oz elmi-pedaqoji fealiyyetini davam etdirmishdir.Bir muellim kimi dosent,professor rutbelerine qeder yukselmishdir.
Ehmed Cavadin Azerbaycanin Xeyriyye Cemiyyetinin mesul katibi ve en gorkemli uzvu kimi gosterdiyi xidmetlere gore hele oz laiqli giymetini ala bilmemishdir.O,1914-1918-ci illerde Birinci Dunya muharibsinde ilk gunden son gunlere qeder on cebhede olmushdur.100-le reportajlar hazirlamish ve cap etdirmishdir.
Cavad ilk zerbeni 8 yashinda atasini itirerken almishdir.Ilk tehsili molla yaninda kecmish,ereb-fars dillerini oyrenmish,Qurani oxuyub xetm etmishdir.O,ensiklopedik biliye yiyelenmishdir.O,cox vetenperver idi.
Shair,ruhani ailesinde dogulmushdur.Atasi axund,babasi mucdehid olmushdur.Babasi Gence xani Cavad xani yaxshi taniyirdi.Ve atasi Mehemmedali,oooooglunun adini Cavad qoyur.
Ehmed Cavad ilk sheirini Gencede yazmishdir.
O,bir shair kimi hele ozunu tapmamishdir,axtarishlar dovrunu yashayirdi.Onun sheirlerini gerek lugetle oxuyasan.Orada ereb-fars,turk-azeri sozleri qarishiqdir.1937-ci ilde repressiya edilmishdir.


NIGARI XILGETDEN SORDUM : NEDIR BU MENALAR?
BU ESHQ,NALE,BU HICRAN,BU TATLI XULYALAR?
NEDIR HEYATA GULEN BU DERIN MUEMMALAR?
GOTUR BU PERDEYI BIR,ASHKARIM OLSUN QOY!
DEDI : HEYAT OZU AYRILIQ,KEDER,BIR QEM,
NE CARPIYORSA GOZE,HEPSI BIR YIGIN MATEM.
BU GOZ YASHINDA BOGULMAQDA TALEYI-ALEM.
MENIM DE GOZ YASHIM - HICRAN MEZARIM OLSUN QOY!
Ashiqi Movla
Həyatı

Əhməd Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olmuşdur. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil almışdır. Quba Xalq Maarif şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləmişdir.

Şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şerlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır.

Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət bir türk övladı kimi Əhməd Cavadı ciddi narahat etmişdir. O,klassik ədib və şair pedaqoq Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılır. Trakiya cəbhəsində Türkiyənin müstəqilliyi uğrunda türk qardaşları ilə çiyin-çiyinə vuruşmuşdur.

1914-cü il, birinci dünya müharibəsi zamanı Türkiyənin şərq cəbhəsindəki döyüşləri “Sarıqamış” uğursuzluğu ilə nəticələnmişdi. Türkiyənin şərq hissəsi rus ordusunun işğalına, Qars və Ərzurum əhalisi rus və ermənilərin qırğınına məruz qalmışdı. Bakıda yerləşən “Azərbaycan xeyriyyə cəmiyyəti” Türkiyənin şərq vilayətlərindəki əhaliyə yardım etməkdə idi. Bu işdə Əhməd Cavad da yaxından iştirak edir, Bakı ilə Qars arasında rusların törətdikləri maneələrə baxmayaraq gedib-gəlir, yardım işlərində yorulmadan çalışırdı. Qardaş xalqın bu bədbəxt günündə Qarsda qarşılaşdığı ürək parçalayan mənzərəni bədii şəkildə “Nə gördümsə” şerində dilə gətirir:

Armağanım yaslı nəğmə,
Bir quş oldum, çıxdım yola.
Getdim gördüm dost elində
Nə bir səs var, nə bir layla.
Sordum qərib minarədən:
"Axşam olmuş, əzan hanı?
Bayquş qonmuş minbərlərə,
Deyən hanı, duyan hanı?"
Vicdan mənə əmr edər ki:
"Belə gündə bayram etmə".
Quran mənə yol göstərir:
"Yoxsulları məyus etmə".

Son bənddə Əhməd Cavad bayramdan söz açır. Şer 1915-ci il martın 22-də yazılmışdır. Martın 22-si “Novruz” bayramıdır. Beləliklə, Əhməd Cavad belə bir gündə bayram etmir, Qarsdakı qardaşlarının yasını saxlayır. Çünki Qars rus orduları tərəfindən işğal edildiyi zaman oradakı türk soydaşları ruslar və ermənilər tərəfindən qılıncdan keçirilmiş, Qars xarabazarlığa çevrilmişdi. Yaradılışından şair doğulan Əhməd Cavadın bu hadisədən həyəcanlanmaması mümkün deyildi. Çünki 1914-cü ildə Osmanlı dövlətinin müharibədə iştirak etməsindən həyəcanlanan Əhməd Cavad illərdən bəri adı-sanı anılmadan Türkiyə radiolarında mahnı kimi oxunan “Qara dəniz” şerini yazmışdı və böyük ümidlərlə yaşamışdı. “Qara dəniz” şerinin son bəndi belə bitir:

Dost elindən əsən yellər
Mənə şer... salam söylər.
Olsun bizim bütün ellər
Qurban Türkün bayrağına.
(914-cü il 15 noyabr, Gəncə: “Dalğa”, səh. 26, Bakı, 1919).

Birinci dünya müharibəsi zamanı, 1915-ci ildə Türkiyədə rus və erməni istilasına, özbaşnalığına qarşı çıxaraq "Azərbaycan xeyriyyə cəmiyyəti" vasitəsilə vaxtaşırı türk xalqına kömək göstərmişdir. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışmış, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməmişdir. Birinci dünya müharibəsinin axırlarında Qafqaz cəbhəsində türk ordusu müvəffəqiyyət qazanır. Türk ordusu qardaş Azərbaycan birlikləri ilə Bakıya qədər gəlir. Əhməd Cavad yenə “Müqəddəs Məhmədcik” və azəri əsgər yoldaşları ilə Bakının Yasamal dağındakı səngərlərdə düşmənlə vuruşur. Beləliklə, bu döyüş meydanında Əhməd Cavadın yazdığı “Bismillah” şeri milli həyəcana malik olan dəyərli lirik əsərlərindən biridir:

Atıldı dağlardan zəfər topları,
Yürüdü irəli əsgər, Bismillah.
O, Xan sarayında çiçəkli bir qız,
Bəkliyor bizləri zəfər, Bismillah.
Ey hərbin taleyi bizə yol ver, yol.
Sən ey coşan dəniz gəl Türkə ram ol,
Sən ey sağa, sola qılınc vuran qol
Qollarına qüvvət gəlir, Bismillah.

Azərbaycan höküməti Bakıda döyüş zamanı şəhid olan “məhmədciklərə” şəhidlər abidəsi qoydurur. Abidənin təməl qoyma mərasimində Əhməd Cavad “Qalx” adlı şerini oxuyur:

Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.
Qovduqların sənin yabançı xanlar
Qurtardı ölkəmi tökdüyün qanlar.
Bax, nasıl öpməkdə tozlar, dumanlar
Qərib məzarını, mənlə bərabər.

"Şeirlər" (1958), "Sən ağlama, mən ağlaram" (1991) kitablarının, Fransua Rablenin "Qarqantua və Pantaqruel" (1961), Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta" (1962), Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" (1978) tərcümə kitablarının müəllifi olmuşdur. Şeirləri Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunan Azərbaycan Sevgi Poeziyası toplusunun Birinci kitabına (Bakı, 2008) daxil edilmişdir (Tərtibçi: Hamlet İsaxanlı).

Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.

Kumeyl
Abbasqulu aga Bakixanov

Sovetlər ittifaqı dövründə Bakıxanovun şəxsiyyəti və yaradıcılığının bir çox cəhətləri, o cümlədən əxlaqi-ürfani görüşləri dolğun əks etdirilməmiş və ya müəyyən səbəblər üzündən diqqətdən kənarda qalmışdır. Sovetlər dönəmindəki hakim siyasi, ədəbi mühitə uyğun olaraq dərin dini görüşlərə malik və sadiq olan şair və ədiblərin yaradıcılığında geniş yer almış əxlaqi-ürfani fikirləri, adətən, yazarın dünyagörüşündəki ziddiyyətlər kimi izah edir, onun səbəbini yazıçının yaşadığı mühitin, patriarxal dini baxışların ona göstərdiyi təsiri kimi qiymətləndirirdilər.Bakıxanov dini etiqadlara hörmət və riayət edən edən müsəlman ailəsində doğulmuş, mükəmməl İslam tərbiyəsi almış bir ziyalıdır. O şüurlu şəkildə, heç bir siyasi mühitin basqısı olmadan müstəqil yaşamış və yaratmışdır. Çünkı onun qarşısında istənilən düşüncə məkanı və seçimi açıq idi. Bakıxanovun dini-fəlsəfi, əxlaqi-ürfani mövzulara müraciət etməyi bəzi yazarlarda müşahidə edilən səthi bir yanaşma, qələm sınağı olmamışdır. Adətən, klassik yazarların əksəriyyəti ömürlərinin xəzan fəslində əxlaqi-ürfani mövzulara müraciət edir, qələmlərini bu yöndə də sınağa çəkirlər. Bakıxanov isə tam əksinə, bu mövzulara gəncliyinin erkən vaxtlarından maraq göstərmişdir. Bunun ən böyük nümunəsi şairin gənc yaşlarında “Riyazül-Qüds” kimi dərin dini məzmunlu əsər yazmasıdır. Mərsiyə xarakterli bu əsərində Bakıxanov tam əqidəli bir müsəlman kimi dinə sədaqətini, Əhli-Beytə vurğunluğunu, onların dərdi ilə qovrulduğunu nümayiş etdirir:
Canə gəlmişdim Rəsul evladının dərdilə mən,

Söyləməklə dərdimi yüngül və assan eylədim.
Son vəsi evladının meydandakı cövlanını
Vəsf edib mən də qələm atilə cövlan eylədim.

Bakıxanovun əsərlərində şərq poeziyasının, xüsusilə panteist ruhlu arif və şairlərinin təsir izləri müşahidə olunur.Əhli-Beyt imamlarına, xüsusilə də Kərbəla şəhidi İmam Hüseynə diqqət və rəğbətini coşqunluqla ifadə edən Bakıxanovu Əhli-Beyt şairi də hesab etmək olar. Bir şerində Bakıxanov Əhli-Beyt şairi Möhtəşəm Kaşaninin Məhərrəm ayını vəsf edən şerinə nəzirə olaraq deyir:

Bu nə şuriş, nə qovğadır, tutubdur aləmi nalə,
Qana qərq olmuş hər bir göz qızarmış, sanki bir lalə
Uzanmaz hər qəmü-matəm, aman bəs bu nə matəmdir,
Ki, hey artar günü-gündən yenə o çatmaz ikmalə?!

Bu gün xalq arasında “on dörd məsumun tilavəti” kimi məşhurlaşan, Şeyx Bəhaəddin Amuliə mənsub olan duanın Bakıxanov tərəfindən nəzmə çəkildiyini yəqin ki, çox az adam bilir.Sadə insanların ərəb dilində asan əzbərləməsi üçün nəzmə çəkilən bu dua “ilahi bi-nəbiyyin, ərəbiyyin və rəsulin mədəniyyin” misrası iıə başlayır.Bakıxanovun içəridən gələn bir sevgi ilə öz ana dilində nəzmə çəkdiyi və indiyə qədər çap edilməmiş bir əsəri də “təvəssül” dua – münacatıdır.

Xudaya, gəilb dərgahıva bir əbdi miskin,
Zəlili-natəvan bir zari-ğəmgin.
Bihəqqi-Mustafa şahənşahi-din
Əğisna ya Ğiyasəl mustəğisin.
İmamım çün Əliyyi-Murtəzadır,
Muəynim Fatimə, Xəyrin-Nisadır.
Qabağında dəlilim Müctəbadır
Əğisna ya Ğiyasəl mustəğisin.
Qalan nəşi yer üstə xar üryan,
Olan öz qanına meydanda qəltan.
Bihəqqi-şahi- məzlum, ləbi-ətşan
Əğisna ya Ğiyasəl mustəğisin.
Yoxudur bir nəfər ənsari, ya Rəbb,
Olubdur gözlərim xunbar, ya Rəbb.
Bihəqqi- abidi-bimar, ya Rəbb
Əğisna ya Ğiyasəl mustəğisin.
Ki, taği ərşi elm bəhri moci,
Muhəmməd Baqirdir din pənahı
Bihəqqi-Cəfəri- Sadiq ilahi,
Əğisna ya Ğiyasəl mustəğisin.
İmam Museyi-Kazimdir rəhbər,
Xorasanın ğəribi xəlqə sərvər.
Bihəqqi- nuri- paki- Ali- Heydər,
Əğisna ya Ğiyasəl mustəğisin.
Şəfa olmaz ona hər kim şəqidir,
İmamım adilu kamil Təqidir.
Min bir yarəyə Hadi Nəqidir,
Əğisna ya Ğiyasəl mustəğisin.
Ki, gəldi bəndə bu zar fəğanə,
Bağışla Əskəri şahi-cəhanə.
Muhəmməd Məhdi Sahibzəmanə,
Əğisna ya Ğiyasəl mustəğisin.

A.Bakıxanov 1846-cı ilin martında Məkkə ziyarətinə getmişdir. O, Tehran, Təbriz, İstanbul, Misir marşurutu ilə arzusunda olduğu müqəddəs məkana yetişir. 1847-ci ilin əvvəlində Məkkə ziyarətindən qayıdarkən 52 yaşında Vadiyi-Fatimə deyilən yerdə vəba xəstəliyindən vəfat etmişdir.

Bu səhifənin tam versiyasına baxmaq üçün, linkdən keçin.
Русская версия IP.Board © 2001-2014 IPS, Inc.