Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız - Maraqlı faktlar

Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız - Maraqlı faktlarBiG.AZ Kulis.az-a istinadən əməkdar artist Gülnar Salmanova haqqında maraqlı faktları təqdim edir.

Gülnar Salmanova 24 iyul 1956-cı ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 1978-ci ildə ailə həyatı qurub. 1979-cu ildə oğlu dünyaya gəlib. Lakin bir müddət sonra aktrisa həyat yoldaşından ayrılıb, oğlunu tək böyütməyə qərar verib.

***

Aktrisa müsahibələrinin birində deyir: "Həyat yoldaşımdan xəyanət üstündə ayrıldım. O vaxt öz puluma özümə yeni ev də aldım. Teatrda çalışanda oğlumu qaynanam saxlayırdı, yoldaşımdan ayrılandan sonra ona anam baxdı. Altı yaşı olanda oğlumu məktəbə özüm aparıb-gətirirdim. Oradan da çıxıb gəlirdim teatra. Bəzən o da dəftər-kitabını götürüb mənimlə birlikdə teatra gəlirdi. Çox sakit uşaq idi, bir küncdə oturub dərsləri ilə məşğul olurdu. Anam rəhmətə gedəndən sonra övladımı tək böyüdüb, tək də yaşadım."

Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız - Maraqlı faktlarAiləli ola-ola İncəsənət universitetinin musiqili komediya fakültəsində təhsil alan aktrisa 1981-ci ildə oranı bitirib. Həmin ildən Azərbaycan Musiqili Komediya Teatrında işləyib. Aparıcı səhnə ustası, güclü və məlahətli soprano səsə malik idi. Əsasən "Subretka" ampluasında teatrda və televiziya ekranlarında fəal çıxış edirdi.

***

Aktrisa teatra yenicə gəldiyi illərdə teatrda Vaqif İbrahimoğlunun qurluşunda hazırlanan "Arşın mal alan" əsərində Gülçöhrə rolunu ifa edərkən digər aktrisa Sona Həsənova ilə konflikt yaşayıb. Hətta aktrisa səhnəyə təzimə çıxanda Sona Həsənova onu yumruğu ilə itələyib.

Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız - Maraqlı faktlarOnun "50 yaşında cavan" tamaşasındakı Gülnaz, "Beşmanatlıq gəlin"dəki Naznaz, "Özümüz bilərik"dəki Ceyran, "Subaylarınızdan görəsiniz"dəki Çiçək, "Hicran"dakı Çarleston, "Bankir ədaxlı"dakı Maral, "Məhəbbət oyunu"dakı Ceyran, "Bir günlük siğə"də, "Aldın payını, çağır dayını" tamaşasında At Balaxanım və s. obrazları özlərinin orijinallığı və yüksək ifası ilə sevilib, yadda qalıb.
Aktrisa bir dəfə teatr ilə İmişliyə qastrol səfərinə yola düşür. Dözülməz istilərin yaşandığı bir vaxtda aktyorlar pambıqçılar üçün konsert verməli idilər. Kolxoz sədri qonaqları çardağa aparır. Lütfiyyə Səfərova ilə Gülnar xanım isə getmir.Onlar yaxınlıqdakı çaya əl-üzlərini yumaq üçün yollanırlar. Lakin, iş elə gətirir ki, Gülnar xanımın ayağı sürüşür çaya düşür, əynindəki ağ səhnə paltarı da palçığa bulaşır. Onu yaxınlıqdan keçən kəndlilərdən biri xilas edir. Pambıqçı qızlar aktrisanın paltaraını yuyurlar, ona isə geyinmək üçün xalat verirlər. Aktrisa xalatla da səhnəyə çıxır. Bundan sonra Hacıbaba Bağırov onu nə zaman görürmüşsə, ay camaat, qaçın, "vodolaz qız gəldi" sözlərini deyib.

***

Gülnar Salmanovanın ilk ekran işlərindən biri Aslan Qəhrəmanovun "Səni axtarıram" televiziya tamaşasının "Bağışla" adlı ikinci hissəsindəki epizodik rolu olub. Aktrisa burada Elçinin yəni Yaşar Nurinin katibəsi rolunu ifa edir. Tamaşadakı adı da elə Gülnar olur. Onun bu televiziya tamaşasında "Elçin müəllim, çay içirsiniz?" sözü dillər əzbərinə çevrilir.

Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız - Maraqlı faktlarAktrisaya ən böyük məşhurluğu isə 80-ci illərdə "Səhər görüşləri" proqramındakı obrazı gətirdi. Bu səhnəcikdə aktrisa aktyor Ağaxan Salmanlının arvadı rolunda çıxış edirdi. Həyatda hər iki aktyorun soyadı bənzər olduğundan tamaşaçılar onları həyatda da ər və arvad hesab ediblər. Ağaxan Salmanlı bu barədə belə deyirdi: Tamaşaçıların böyük əksəriyyəti bizi ər-arvad kimi tanıyıblar. Məni tədbirlərə, toya çağırıblar. Mən də getmişəm. Tökülüşüblər üstümə ki, niyə tək gəlmisən, biz elə bilirdik yoldaşınla gələrsən. Əvvəl başa düşmürdüm, yoldaşımın bura nə dəxili. Sonradan Gülnarın hal-əhvalını soruşanda, bilirdim ki, bunlar səhv salıblar. Açıqlayırdım ki, biz sənət yoldaşıyıq, həyat yoldaşı yox. Soyadlarımızın eyniliyi siz çaşdırmasın".

***

Aktrisa uzun illər şəkər xəstəliyindən əziyyət çəkib. Lakin ömrünün son illərində o, böyrək çatışmazlığından və xərçəngdən müalicə olunurdu. Aktrisanın özünün sözlərinə görə ağır xəstələnməsinə səbəb həkimin ona vurduğu səhv iynələr olub. O, müsahibələrinin birində deyirdi: Neçə il bundan əvvəl yüngül bir xəstəliyim var idi, həkim pula görə mənə səhv iynə vurdu. Xəstəlik də elə oradan başladı. Onu Allaha tapşırmışam. Səhv iynə ucbatından məni pis günə qoydu. O, çox pis insandır".

Xəyanətə görə boşanan, həkim səhvindən xərçəngə tutulan, son nəfəsdə keçmiş ərini arzulayan aktrisamız - Maraqlı faktlarSonralar aktrisanın vəziyyəti pisləşəndə həmin həkim onun evinə gələrək sistemin altında olan aktrisanın ayaqlarına düşüb, ona yalvarır ki, qurban olum, məni bağışla, iki yetim saxlayıram".

***

Aktrisa ona səhv müalicə edən həkim barədə heç vaxt hüquq-mühafizə orqanlarına müraciət etməyib. "Mən elə insan deyiləm. Bu yaşa çatmışam, polis, məhkəmə, prokurorluq yolu bilməmişəm. Elə şeyləri də sevmirəm. Amma gərək o, məni bu günə qoymayaydı".

***

Aktrisanın ölümündən sonra sosial şəbəkələrdə oğlu Elçin haqqında xoşagəlməz sözlər yayıldı. Bir çoxları onu anasına baxmamaqda günahlandırdı. Oğlunun mətbuata müsahibə verməməsi isə bu şayiələri daha da genişləndirdi. Lakin Elçin bildirib ki, o, işi ilə əlaqədar uzaqda olduğundan anasının yanına gec-gec gəlsə də, maddi cəhətdən onu təmin edib, vaxtı-vaxtında həkimə müayinəyə aparıb, ona baxıcı və sürücü də tutub.

Gülnar Salmanova ömrünün son günlərində xəstəliyi ilə bağlı verdiyi açıqlamalar çoxlarının xatirindən çıxmayıb: "Çox pisəm. Böyrəklərim sıradan çıxıb, həftədə iki dəfə dializə qoşuluram. Xəstəxanaya güclə aparırlar məni. Dializə qoşanda da, inanın ki, halım pisləşir, ürəyim gedir. İynə vurub güclə özümə gətirirlər. Ölmək istəmirəm, teatrda fəaliyyətimi davam etdirmək istəyirəm, o qədər tamaşalarım qalıb ki. Hamısı məni gözləyir. Mən iki böyrək istəmirəm, birini tapıb dəyişsinlər. Yoxsa ki, ömrümə çox az qalıb. Xanımdan sonra növbə mənimdir, qoymayın ölməyə".

***

Aktrisa 2001-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.

***

Teleaparıcı İradə İsaq Gülnar Salmanovanın son anlarını belə xatırlayır: "Ölənə yaxın Elçin, İradə, "behişt" sözünü təkrarlayırdı. Xəstə insan üçün "behişt" sözünü demək çox çətin idi. Dünyasını dəyişən günü həyat yoldaşını çağırdı. Onu gördü və son dəfə üzünə baxıb canını tapşırdı. Canını çox çətin tapşırdı. Elə bil ki, yoldaşını gözləyirdi. Amma bizə onu gözlədiyini demədi. Axırıncı günlər atasından danışırdı və deyirdi ki, ata, məni bağışla. Daha çox oğlu Elçindən danışırdı. Elçinlə nəfəs alırdı. Oğlu həmişə yanında olurdu və xəstələnən zaman da birlikdə xəstəxanaya apardıq".

Novruz Qartal cavanlığından bəri oğlunu tək böyüdən aktrisanın sağlamlığını kimə qurban verdiyini, ömrünün son saatlarını yaşayan aktrisanın yaxın dostuna hansı sözləri pıçıldadığını, ölüm ayağında onu tək qoymayan keçmiş həyat yoldaşının son nəfəsində əlindən tutaraq ona nə dediyini, aktrisanın ən böyük arzusunun nə olduğunu açıqlayıb. "Son nəfəsdə keçmiş həyat yoldaşı onun yanına gəlib. Əlindən tutaraq baxışları ilə ona təsəlli verib. Gülnar da baxışları ilə ona minnətdarlıq etdi".

***

Uzun xəstəlikdən sonra əməkdar artist, Dövlət Musiqili Teatrının aktrisası Gülnar Salmanova 24 oktyabr 2015-ci ildə yerləşdirildiyi 3 saylı Şəhər Kliniki Xəstəxanasında 58 yaşında vəfat edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8448   Tarix: 05 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355