Braziliyalı futbolçu Azərbaycanı BELƏ TƏBRİK ETDİ - VİDEO

Braziliyalı futbolçu Azərbaycanı BELƏ TƏBRİK ETDİ - VİDEOFutbol üzrə Azərbaycan millisinin sabiq futbolçusu Fabio Luis Ramim Azərbaycanı Qarabağ müharibəsində qazanılan qələbəyə görə təbrik edib.

BiG.AZ xəbər verir ki, braziliyalı legioner "Instagram" hesabındakı paylaşımında bu barədə məlumat yerləşdirib:

"Mən sakit oğlanam. Sosial mediada həyatımı göstərməyi xoşlamıram. Ola bilsin ki, bu, bir səhvdir. Amma mən beləyəm.

Son aylarda Azərbaycana görə – Dağlıq Qarabağdakı münaqişəyə görə narahat idim. Ancaq Tanrıya şükürlər olsun ki, bu münaqişə Azərbaycan Ordusunun uğuru ilə başa çatdı. Bütün ölkəni, xüsusən Qarabağı öz dogma ölkəsinə qaytaran cəsur oğlanları təbrik edirəm".

Braziliyalı futbolçu Azərbaycanı BELƏ TƏBRİK ETDİ - VİDEO39 yaşlı Ramim 5 ildir ki, Braziliyada məşqçi işlədiyini, Azərbaycanda yığdığı təcrübənin xeyrinə olduğunu bildirib və hətta dünənki oyunda komandasının "Vaqif Sadıqov taktikası" ilə qol vurduğunu göstərib. Zədəsinə görə milli karyerasını başa vurmuş Ramim nə vaxtsa Azərbaycana məşqçi kimi qayıda biləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Fabio Luis Ramim Azərbaycanda "MKT-Araz" (İmişli), "Olimpik" (Bakı) və "Bakı" klublarında çıxış edib. "Bakı" klubu ilə Azərbaycan çempionu və iki dəfə Azərbaycan kubokunun qalibi olub. 2008-2012-ci illərdə millimizin forması altında çıxış etmiş yarımmüdafiəçi burada 16 oyuna dörd qol vurub. Saytımıza verdiyi açıqlamaya görə, o, hazırda "Amerika" (San Paulu) klubunun 17 yaşadək komandasının baş məşqçisidir. (oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1174   Tarix: 23 noyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

07.04.2024 415
.

Arda Turana bir illik həbs cəzası verildi

"Barselona"nın və Türkiyə milli futbol komandasının sabiq yarımmüdafiəçisi Arda Turan İspaniyada vergi cinayətlərinə görə şərti olmaqla bir il həbs cəzası alıb və 630 min avro məbləğində cərimə olunub. Bu barədə Kataloniya Ali Məhkəməsi məlumat yayıb. Tərəflər 2015 və 2016-cı illər üzrə gəli

19.03.2024 768
.

Azərbaycan idmançısı Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Azərbaycan idmançısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində atıcılıq üzrə beynəlxalq ISAS-2024 turnirində ikinci qızıl medalını qazanıb. "Trend"in məlumatına görə, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında o, bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünü

24.03.2024 330
.

17 yaşında İspaniya millisində debüt edən futbolçu: Sanki yuxuda idim

Sanki yuxuda idim. Uşaq vaxtlarımdan millidə oynamaq arzum olub. "Report" xəbər verir ki, bunu İspaniya millisinin heyətində debüt edən futbolçu Pau Çubarşi deyib. Müdafiəçi 17 yaşında Kolumbiya millisinə qarşı keçirilən yoldaşlıq matçında iştirak edib. O, İngiltərənin paytaxtı Londonda ba

23.03.2024 426
.

"Şamaxı" FK-nın İdarə Heyətinin üzvü vəfat edib

"Şamaxı" futbol klubunun İdarə Heyətinin üzvü, Şamaxı rayonunun Maliyyə idarəsinin rəisi Seyran Alcanov vəfat edib. xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında məlumat verilib. "Mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk", - dey

17.03.2024 381
.

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də finala yüksəlib

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. "Report" xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxa

30.03.2024 274
.

UEFA "Qarabağ"a 3 milyon ödədi

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. "Köhlən atlar"a Avropa Liqasında pley-offa vəsiqə qazanması və 1/8 final mərhələsinə yüksəlməsinə görə 1 milyon 700 min avro (3 milyon, 133 min manat

04.04.2024 385
.

Dani Alveş azadlığa buraxıldı

Barselona məhkəməsi keçmiş braziliyalı futbolçu Dani Alveşi 1 milyon avroluq girov qarşılığında azadlığa buraxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Bundan əvvəl Dani Alveşin vəkili İnes Qvardiola Barselona məhkəməsinin hökmündən apellyasiya şikayət

20.03.2024 378
.

"Yəqin ki, "McDonald’s"da işləyəcəkdim" - Ronaldo

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını "Sportinq"də başa vurmağı planlaşdırdığını bildirib. "Qafqazinfo" TCR-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu deyib: "Karyeramı "Sportinq"də başa vuracağam. Bu kluba qayıtmaq istəyirəm. Portuqaliy

20.03.2024 374